Məhkəmə qərarları › İş №1(057)-182/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-182/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-182/2023 26.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin 27 iyun 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143.4-cü (köhnə redaksiyada) maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29, 149.1-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib CMin 66.3-cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,cəzasını xx.xx.2018-ci ildə çəkib qurtarmış,məhkumluğu ödənilmiş, Salyan şəhəri, Ə.Zeynalov küçəsi 48-də qeydiyyatda olan və yaşayan,barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.762 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il sentyabr ayının 09-da saat 10:00-da Neftçala rayonu Aşağı Surra kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 10:30-da ünvan 1 ünvanında yerləşən Neftçala RPŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli köynəyin sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.447 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il sentyabrın 28-də saat 10:00-da Salyan şəhəri, Ə.Zeynalov küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 10:15də ünvan 3 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şabalıdı rəngli şalvarının sol yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı,özünün onkoloji xəstə olduğunu qeyd edərək ifadə verməkdən imtina etdiyi üçün Azərbaycan Respublikası CPMnın 327.1-ci maddəsinə əsasən istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O,həmin ifadəsində ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, təxminən 2-3 ildir ki, narkotik vasitə heroin istifadə edir, hazırda heç bir yerdə işləmir, küçədən boş dəmir qablar yığmaqla özünü dolandırır, 09 sentyabr 2023-cü il tarixdə səhər saatlarından etibarən piyada Neftçala rayonu Aşağı Surra kəndində yol kənarında boş dəmir qablar yığarkən yerdən bir ədəd sellofan kəsiyində bükülü tapmış, həmin bükülünü açıb baxdıqda içərisində narkotik vasitə heroin olmasını görmüş, o, istifadəçisi olduğu üçün narkotik vasitələri tanıyır, həmin heroini tapdığı bükülüdə büküb əynindəki göy rəngli köynəyin cibinə qoyub işinə davam etmiş, həmin tapdığı narkotik vasitədən istifadə etmək fikrində imiş, həmin günü saat təxminən 10:00-da mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və üstündə qanunsuz narkotik vasitə saxlamağı barədə məlumatları olduğu üçün onu Neftçala rayon polis şöbəsinə aparacaqlarını demişlər, daha sonra avtomobillə polis əməkdaşları ilə birlikdə Neftçala RPŞ-yə gəlmişlər, Neftçala RPŞ-nin inzibati binasında əvvəlcə o, şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah edilməklə müdafiəçi təqdim edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə baş təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, əvvəlcə ona üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet və ya maddənin olub-olmaması, olduğu təqdirdə təqdim etməyi təklif edilmiş, o da əynində olan göy rəngli qısaqol köynəyin sol yan cibinə qoyduğu 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə olan heroini təqdim etmiş, üzərində aparılan şəxsi axtarış zamanı əlavə olaraq qanunla qadağan olunan əşya, maddə və ya predmet aşkar edilməmiş, təqdim etdiyi sellofan bükümdə olan kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, sonra isə 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri o da daxil olmaqla digər iştirakçılar tərəfindən imzalanmış və möhürlənərək ekpsertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan başqa o, 2023-cü il sentyabrın 28-də saat 08 radələrində yaşadığı evdən piyada çıxıb Kür çayı sahilinə getmiş, Kür çayı sahilində piyada halda getdiyi zaman yerdə olan 1 ədəd sellofan büküm diqqətini cəlb etmiş, o, həmin bükümü əlinə götürüb baxdığı vaxt içində onun “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, həmin narkotik vasitəni istifadə etmək məqsədilə sellofan bükümü götürüb cibinə qoymuş, sonrakı müddətdə həmin narkotik vasitədən istifadə etmək üçün həmin bükümü cibində saxlamış, 2023-cü il sentyabrın 28-də saat 10:00 radələrində yaşadığı evin qarşısında küçədə dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmiş, o da polis əməkdaşları ilə razılaşmış və birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müstəntiq tərəfindən ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona yazılı bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda əynində olan şabalıdı rəngli şalvarının sol yan cibində saxladığı içində narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya, maddə və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı o, təqdim etdiyi kütlənin narkotik vasitə heroin olmasını və özünə məxsusluğunu bildirmiş, həmin kütləni 2023-cü il sentyabrın 28-də saat 08 radələrində Salyan şəhəri ərazisindən keçən Kür çayı sahilində qoyun otarmağa gedərkən yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.57 qram olduğu müəyyən edilmiş, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri o, və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Şahid qismində dindirilmiş Salyan rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü il sentyabr ayının 28-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış və həmin gün saat 10:00-da onu Salyan şəhəri, Ə.Zeynalov küçəsində aşkar edib polis şöbəsinə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən heroinə oxşar kütlə aşkar olunmuşdur.Həmin kütlə tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişdir. Şahid qismində məhkəmədə ifadə verən Neftçala rayon X4 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili X3 göstərmişdir ki, şöbəyə daxil olmuş əməliyyat məlumatına əsasən 09 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Təqsirləndirilən şəxs Neftçala rayonu Aşağı Surra kəndi ərazisində saxlayaraq Neftçala RPŞ-yə aparmışlar. Polis şöbəsində axtarış zamanı Süleyman əynində olan göy rəngli qısaqol köynəyin sol yan cibindən 1 ədəd sellofan bükümdə içərisində narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin narkotik vasitə heroin olmasını, həmin kütləni yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə baş təhqiqatçı tərəfindən əvvəlcə elektron tərəzidə çəkilmoş, daha sonra isə 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış, möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Şahid qismində dindirilmiş Neftçala RPŞ-nin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid5 şahid Seyidəhməd Qəfərovun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş 28 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. 10 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2023cü il tarixli, 18/957 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərinə...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0.447 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-kimyəvi ekspertizasının 10 sentyabr 2023-cü il tarixli, 18/895 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.762 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 965 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, 18-1-68/2-2288/2023 saylı arayışından görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhəri, Ə.Zeynalov küçəsi, ev 48-də qeydiyyatda olan və yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2011-ci ildən “Tiryəklə” narkoloji qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixinevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası, Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 2300 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Zeynalov küçəsi ev 48-də pasport qeydiyyatındadır və yaşayır. Həmin nümayəndənin xx.xx.2023-cü il tarixli 2300 nömrəli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Xalq Məhkəməsinin 27 iyun 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143.4-cü(köhnə redaksiyada) maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə edilməklə 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 22 oktyabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29; 149.1-ci maddəsi ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin 20 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinib CM-in 66.3cü maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını xx.xx.2018-ci ildə çəkib qurtarmışdır. Salyan Rayon Məhkəməsinin 14 sentyabr 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış çəkisi 0.397 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına və həmçinin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış çəkisi 0.712 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Neftçala RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Əməlində cinayətlərin residivi olmasa belə əvvəllər qəsdən törədilmiş cinayətlərə görə məhkum olunmuş, ona təyin olunmuş cəzalarla islah olunmamış və yenidən oxşar cinayət əməlini törətmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs təkrar cinayət törətməklə məsuliyyətini bir qədər də ağırlaşdırmışdır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən olunmamış, təkrar cinayət törətməsi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,712 qram və 0,397 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,69 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı dörd gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində on bir ay iyirmi altı gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,712 qram və 0,397 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,69 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar