Məhkəmə qərarları › İş №1(057)-184/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-184/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-184/2023 19.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ali təhsilli, subay, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 12,87 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 30-da saat 22:00-da Salyan şəhərində yerləşən “Dostluq” restoranının yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb, saat 22:20-də idarə etdiyi “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, ilkin təyinatı dəyişdirilərək küt tərəfi də kustar üsulla itilənib hər iki tərəfində kəsici xassə yaradılaraq ucu deşici olmaqla, xəncər tipli soyuq silahların konstruksiyasına uyğunlaşdırılmış və soyuq silah hesab edilən ov bıçağını əldə edib idarə etdiyi “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla gəzdirmişdir. 2023-cü il avqustun 30-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra avtomobilə keçirilmiş baxış zamanı ön oturacaqların arasında yerləşən sandıqçadan həmin soyuq silah aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Uzun müddət əvvəl “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, son 4-5 il ərzində isə istifadə etməmişdir. 2023-cü il avqustun 30-da səhər saatlarında Salyan rayonu Babazanlı qəsəbəsində Kür çayının kənarında getdiyi vaxt yerdə olan şəffaf rəngli sellofan torbanın içindəki ot kütləsi diqqətini cəlb etmiş, həmin torbanı götürüb baxdıqda içində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Bundan sonra içində olan narkotik vasitəni nə vaxtsa istifadə etmək məqsədilə həmin sellofan torbanı götürüb cibinə qoymuşdur. Onu əldə etdiyi və ya üzərində saxladığı vaxt satış məqsədi olmamış, həmin narkotik vasitədən heç kimə pay verməmiş yaxud satmamışdır. Saat 22 radələrində şəxsi işləri ilə bağlı Salyan şəhərində yerləşən “Dostluq” restoranının yaxınlığında idarə etdiyi qardaşı Şahsuvara məxsus olan “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içində əyləşdiyi vaxt mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. Bundan başqa, idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş soyuq silah hesab edilən ov bıçağını təxminən 1 il əvvəl Bakı şəhərində olduğu vaxt Sədərək Ticarət Mərkəzində xatırlamadığı mağazadan almışdır. Şəxsi təsərrüfatı olduğu üçün həmin bıçağı təsərrüfatda istifadə etmək məqsədilə idarə etdiyi avtomobildə saxlamışdır. Əlavə olaraq heç bir cinayətin törədilməsində iştirak etməmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-ballistik, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işi üzrə götürülmüş maddi sübutlar, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Salyan Rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, 2023-cü il avqustun 30-da Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün şöbənin Cinayət Axtarışı bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Həmin gün Şahid1 və şöbənin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə dərhal Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətə götürmüşdür. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Salyan şəhərində yerləşən “Dostluq” restoranının yaxınlığında “VAZ 212134” markalı, g9-NX-397 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşdiyi vaxt müşahidə edib ona yaxınlaşaraq özümüzü təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdir. Təqsirləndirilən şəxs razılıq verdikdən sonra Şahid2 “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşərək və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə birlikdə polis şöbəsinə gətirdilər. Polis şöbəsində Məmmədyar müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutuldu və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Məmmədyarın üzərində şəxsi axtarış keçirilməyə başlanıldı. Şəxsi axtarış zamanı müstəntiq Məmmədyara təklif etdi ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Məmmədyar da həmin anda əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Məmmədyarın təqdim etdiyi şəffaf rəngli polietilen torbaya baxış keçirilərkən içində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edildi. Şifahi sorğu zamanı Məmmədyar bildirdi ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. Bundan sonra Məmmədyarın üzərində şəxsi axtarış keçirildi və üzərindən əlavə əşya aşkar edilməmişdir. Məmmədyarın üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan şəffaf rəngli polietilen torba elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 13,5 qram olduğu müəyyən edildi. Şəxsi axtarışın sonunda Məmmədyarın üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan şəffaf rəngli polietilen torba müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürləndi və Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzaladılar. Bundan sonra həmin iştirakçılarla birlikdə rayon polis şöbəsinin həyətində saxlanılan “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobildən 1 ədəd qatlanan bıçaq və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Məmmədyar bildirdi ki, həmin bıçaq və mobil telefon ona məxsusdur. Bundan sonra aşkar edilmiş bıçaq müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürləndi və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra isə Təqsirləndirilən şəxs istintaqa cəlb olunmaqla barəsində cinayət işi başlanılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə analoji ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40-da Salyan RPŞ-nin İB-də şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X3 Yerinə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, o da həmin anda əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli polietilen torbanı çıxarıb masanın üzərinə qoymuşdur. Məmmədyarın təqdim etdiyi şəffaf rəngli polietilen torbaya baxış keçirilərkən içində yaşıl rəngli, spesifik qoxulu narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edildi. Şifahi sorğu zamanı Məmmədyar bildirdi ki, həmin kütlə “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadır və özünə məxsusdur. Bundan sonra Məmmədyarın üzərində şəxsi axtarış keçirildi və üzərindən əlavə əşya aşkar edilməmişdir. Məmmədyarın üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan şəffaf rəngli polietilen torba elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 13,5 qram olduğu müəyyən edildi. Şəxsi axtarışın sonunda Məmmədyarın üzərindən aşkar edilmiş içində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan şəffaf rəngli polietilen torba müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürləndi və Zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra iştirakçılar protokolu imzaladılar. xx.xx.2023-cü il tarixli “avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdən görünür ki, baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və digər cinayət xarakterli əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, o da həmin anda avomobildə özünə məxsus mobil telefon və şəxsi bıçağı olduğunu bildirmişdir. Bundan sonra rayon polis şöbəsinin həyətində saxlanılan “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış zamanı avtomobildən 1 ədəd qatlanan bıçaq və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Məmmədyar bildirdi ki, həmin bıçaq və mobil telefon ona məxsusdur. Təsərrüfatla məşğul olduğu üçün həmin bıçağı lazım olduğu halda istifadə etmək məqsədilə avtomobildə saxlamışdır. Bundan sonra aşkar edilmiş bıçaq müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürləndi və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/864 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torba kəsiyi bükülüsündə təmiz çəkisi 12,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Mariuxana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, marixuananın təmiz çəkisi – 12,87 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq – 12,85 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/864 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 18/865 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, ilkin olaraq xüsusi təyinatlı (köməkçi məqsədlərlə istifadə edilmək üçün nəzərdə tutulmuş) ov bıçağı olmuşdur, lakin sonradan küt tərəfi də kustar üsulla itilənib hər iki tərəfində iti kəsici xassə yaradılaraq, ucu deşici olmaqla, xəncər tipli soyuq silahların konstruksiyasına uyğunıaşdırılaraq ilkin təyinatı dəyişdirilmişdir – soyuq silah hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/864 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 34,38 manat (otuz dörd manat otuz səkkiz qəpik) təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Salyan rayon prokuroru Rəşad Mansurovun təqdimatı təmin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 855 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji və məhkəmə-ballistik ekspertizasının rəylərini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 12,85 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markal, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞnə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi əməl üzrə cinayət təqibinə xx.xx.2020-ci ildə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18-1-68/2-2249/2023 saylı məktubdan görünür ki, Əhədov X2 Rayon Mərkəzi Xəstəxanasında narkoloji və psixinevroloji qeydiyyatda deyildir. Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-113/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan Rayon Məhkəməsinin 4(057)-89/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2864 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Əhədov X2 şəhəri, 28 May küçəsi, ev 18 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 182.2.4, 186.2.2 və 234.2-ci maddələri ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 12,85 qram narkotik vasitə qurudulmuş marixuana, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markal, **- NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş soyuq silah hesab edilən ov bıçağı cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, avtomobilə baxış keçirilməsi və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji, məhkəmə-ballistik və məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış və götürmənin, avtomobilə baxış və götürmənin videogörüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk və digər istintaq sənədləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 12,87 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşıması, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il avqustun 30-da saat 22:00-da Salyan şəhərində yerləşən “Dostluq” restoranının yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılması, saat 22:20-də idarə etdiyi “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə rayon polis şöbəsinə gətirilməsi, üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülməsi, bundan başqa, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış, ilkin təyinatı dəyişdirilərək küt tərəfi də kustar üsulla itilənib hər iki tərəfində kəsici xassə yaradılaraq ucu deşici olmaqla, xəncər tipli soyuq silahların konstruksiyasına uyğunlaşdırılmış və soyuq silah hesab edilən ov bıçağını əldə edib idarə etdiyi “VAZ 21214” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla gəzdirmiəsi, 2023-cü il avqustun 30-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra avtomobilə keçirilmiş baxış zamanı ön oturacaqların arasında yerləşən sandıqçadan həmin soyuq silahın aşkar edilərək götürülməsi və bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanmasını, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün, cəmi 03 (üç) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi) ay 10 (on) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 20 (iyirm) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən,probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən,probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən,probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən,ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri, 28 May küçəsi, ev 18 ünvanında yerləşən yaşayış yeriniaxşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 12,85 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı,**-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ona məxsus, soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 84,12 manat (səksən dörd manat on iki qəpik) məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 228.4-cü maddəsi ilə 09 (doqquz) ay müddətə, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 18 (on səkkiz) gün, cəmi 03 (üç) ay 20 (iyirmi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi) ay 10 (on) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 20 (iyirm) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri, 28 May küçəsi, ev 18 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X5 aparılmış ekspertizadan sonra qalıq qalmış 12,85 qram çəkidə olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21214” markalı,**-NX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş və ona məxsus, soyuq silah hesab edilən ov bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 84,12 manat (səksən dörd manat on iki qəpik) məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 60 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq həmin büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar