Məhkəmə qərarları › İş №1(057)-187/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-187/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-187/2023 26.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıma cinayət əməlini törətməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 7.65 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 sentyabr 2023-cü il tarixdə saat 11:20-də Salyan rayonu, Arbatan kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 11:35-də ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, yaşadığı fərdi yaşayış evində keçirilmiş baxış zamanı həmin evin yataq otağındakı şkafın üzərindən 01 ədəd kibrit qutusunda həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 05 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Salyan şəhəri Büllur şadlıq sarayının yaxınlığında olarkən Salyan RPŞ-nin əməkdaşı Tural Məlikov tərəfindən saxlanılaraq Salyan RPŞ-nin inzibati binasına gətirilmiş, Salyan RPŞ-nin inzibati binasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli şəxs qismində tutulmuş, daha sonra yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuananın olması və həmin maddəni təqdim edə bilməsi ilə bağlı istintaqa könüllü olaraq ərizə vermiş, onun iştirakı ilə Salyan rayonu, Arbatan kəndində yerləşən yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, evinin yataq otağında yerləşən şkafın üzərində narkotik vasitəni iştirakçılara təqdim etmiş, onun təqdim etdiyi 01 ədəd kibrit qutusu və 02 ədəd siqaret qutusu təqdim etmişdir. Kibrit qutusunda qurudulmuş marixuana, birinci siqaret qutusunun içərisində olan sellofan torbada çətənə bitkisinin toxumları, ikinci siqaret qutusunun içərisində isə 02 ədəd salfetə bükülmüş çətənə bitkisinin toxumları olmuşdur. Toxumları təxminən 02 il bundan əvvəl yaşadığı Salyan rayonu, Arbatan kəndinin girişində olan işıqforun yanından yerdən tapdığını, xəstə olması səbəbindən tapdığı həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəbul etdiyini, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni isə təxminən 01 il bundan əvvəl kənd ərazisindən tapdığını, 1-2 aydan bir özünün istifadə etdiyini bildirmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək azyaşlı oğlu Hüseyn Gözəlovun xəstəlikdən əziyyət çəkdiyini, özünün uzun zaman idmanla məşğul olduğunu, bir daha narkotik vasitələrdən istifadə etməyəcəyini, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin X3 əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il sentyabr ayının 5-də Salyan rayonu, Arbatan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün müvafiq qərar qəbul edilmiş, həmin gün şöbənin əməliyyat müvəkkili Şahid2 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 11:20 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yazılı ərizəsi əsasında yaşadığı evə onun iştirakı ilə baxış aparılmış, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, eləcə də 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd salfet bükümdə və digər 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər xeyli sayda toxumlar aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı 01 il öncə tapdığını, çətənə bitkisinin toxumlarını isə sağlamlığı üçün dərman kimi istifadə etdiyini, çətənə bitkisinin toxumlarını isə təxminən 2-3 il öncə Salyan şəhəri ərazisində yerləşən işıqforun yaxınlığında yerdən tapdığını, nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, həmin predmetləri saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamış, pay verməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən məhkəmə-bioloji ekspertizasına təqdim edilməsi üçün götürülmüş, baxış barədə müstəntiq tərəfindən protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, 2023-cü il sentyabr ayının 5-də Salyan rayonu, Arbatan kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün müvafiq qərar qəbul edilmişdir. Həmin gün şöbənin əməliyyat müvəkkili Şahid1 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 11:20 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu, Arbatan kəndi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs da razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, şöbədə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin suallarına cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Onun razılığı əsasında yaşadığı evə baxış keçirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, eləcə də 01 ədəd siqaret qutusunun içərisində 02 ədəd salfet bükümdə və digər 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd sellofan bükümdə narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər xeyli sayda toxumlar aşkar edilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunda olan nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı 01 il öncə tapdığını, çətənə bitkisinin toxumlarını isə sağlamlığı üçün dərman kimi istifadə etdiyini, çətənə bitkisinin toxumlarını isə təxminən 2-3 il öncə Salyan şəhəri ərazisində yerləşən işıqforun yaxınlığında yerdən tapdığını, nəşə kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmiş, həmin predmetləri saxlayarkən satış məqsədi olmamış, heç kimə satmamış, pay verməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərilən xüsusatları öz ifadəsində mahiyyəti üzrə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizovun 06 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin 12-ci vərəqində olan xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqları 05 sentyabr 2023cü il tarixdə saat 11:20-dən etibarən məhdudlaşdırılmış, 05 sentyabr 2023-cü il tarixdə saat 11:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqlərində olan “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi X10, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Salyan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, 2023-cü il sentyabrın 05-də tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Belə ki, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2023-cü il sentyabrın 05-də saat 11:20 dəqiqədə Salyan rayonu, Arbatan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılaraq saat 11:35 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan torbacığı çıxarıb masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs üzərində əlavə olaraq cinayət xarakterli əşya və predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan torbacığın içində kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirdi ki, həmin kütlə psixotrop maddə metamfetamindir. Həmin kütləni bu gün, yəni 2023-cü il sentyabrın 05-də səhər saatlarında Salyan şəhəri, Babazanlı qəsəbəsindən keçən Kür çayının kənarından tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Eləcə də, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkildi, çəkisinin 3,24 qram olması müəyyən olundu. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd büküm tərəfindən zərfə qoyularaq qablaşdırıldı, “Zərflər üçün № 113” möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürüldü. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparıldı, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin 32-ci vərəqində olan “baxış və götürmə aparılması haqqında” 05 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilməsi və həmin ünvanda narkotik vasitə və ya cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi qərara alınmışdır. Cinayət işinin 34-35-ci vərəqlərində olan “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, şübhəli şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi X10, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Salyan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2023-cü il sentyabrın 05-də saat 11:20 dəqiqədə Salyan rayonu, Arbatan kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılaraq saat 11:35 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdə iş üzrə sübut əhəmiyyətinə malik malik ola biləcək əşyaların olmasını güman etməyə kifayət qədər əsaslar olduğundan onun razılığı ilə yaşadığı ünvana baxış keçirilməsi, həmin ünvanda narkotik vasitə və cinayət xarakterli digər əşya müəyyən edildiyi təqdirdə götürülməsi barədə 05 sentyabr 2023-cü il tarixdə tərəfindən qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə gələrək video çəkiliş aparılmaqla baxış və götürmə istintaq hərəkətini keçirməyə başlamışdır. İstintaq hərəkəti zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məxsus ev Salyan rayonu, Arbatan kəndində yerləşməklə bir mərtəbəli fərdi yaşayış evidir. Həyətyanı sahə mişar daşlarından tikilmiş hasar ilə əhatə olunmuşdur. Həyətin giriş qapısından içəri daxil olduqda irəlidə yerləşən evin sağ tərəfdə köməkçi tikili erləşir. Həyətə daxil olduqdan sonra ilkin olaraq Təqsirləndirilən şəxs tərəfindən istintaq hərəkətinin keçirilməsi və iştirakçılar barədə məlumat verildi. Bundan sonra Təqsirləndirilən şəxs izahat verən zaman bildirdikləri soruşulduqda təkrarən bildirdi ki, evdə yataq otağında narkotik vasitə vardır və həmin narkotik vasitəni təqdim edə bilər. Buna görə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim etməsi təklif edildi və bundan sonra o, həyətin o biri tərəfinə doğru irəlilədi. Təqsirləndirilən şəxs evə daxil olaraq yataq otağına daxil olub orada yerləşən şkafın üzərində olan narkotik vasitəni iştirakçılara təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirən zaman içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd siqaret qutusuna baxış keçirən zaman birinci siqaret qutusunun içərisində olan sellofan torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması, ikinci siqaret qutusunun içərisində isə 02 ədəd salfetə bükülmüş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması müəyyən edildi. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı bildirdi ki, həmin toxumlar narkotik tərkibli çətənə bitkisinin toxumlarıdır, təxminən 02 il bundan əvvəl yaşadığı Arbatan kəndinin girişində olan işıqforun yanından yerdən tapdığını, xəstə olması səbəbi ilə tapdığı həmin narkotik tərkibli çətənə bitkisinin toxumlarını qəbul etdiyini, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni isə təxminən 01 il bundan əvvəl tapdığını, özünün istifadə etdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin üzərindən götürüb istifadə etdiyini billdirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar yaşadığı evin qonaq otağına aparıldı. Bundan sonra yataq otağından aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 02 ədəd siqaret qutusunda olan narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar 01 ədəd zərfdə qablaşdırıldı, “Zərflər üçün No113” möhürü ilə möhürləndi və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Cinayət işinin 48-50-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X6 Bölməsinin 06 sentyabr 2023-cü il tarixli, 18/884 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-7,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd siqaret qutusunda polietilen torbacıqda təmiz çəkisi-1,04 qram, digər 1 ədəd siqaret qutusunda 2 ədəd salfet kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri-16,43 qram, 4,38 qram, ümumi çəkisi-21,85 qram olan birki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır, onlar narkotik vasitələrə aid deyildir. Marixuana (kannabis) 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (siyahı İ) daxildir. Tədqiqata sərf edildi-0,02 qram, qalıq-7,63 qram. Cinayət işinin 63-64-cü vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 07 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 86-90-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin № 4(057)- 92/2023 saylı, 07 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlanılma müddət 04 ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 05 sentyabr 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 149-150-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 5(057)- 178/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlar “Azercell MMC”-dən götürülməsi qərara alınmışdır. Cinayət işinin 157-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X13 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X11 11 oktyabr 2023-cü il tarixli, 18-1-68/2-2548/2023 saylı məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin, həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına əsasən, Salyan rayonu, Arbatan kənd sakini, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 174-178-ci vərəqlərində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmamasına görə rədd edilməsi qərara alınmışdır. Cinayət işinin 187-188-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hərbi Dəniz Qüvvələri Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 239 “B”, 42-1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş (hökmün icrası 02 il təxirə salınmışdır), Sumqayıt Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən CM-nin 334.1 və 39-cu maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 39 saylı ƏFV Fərmanına əsasən azad olunmuşdur. Cinayət işinin 196-197-ci vərəqlərində olan Sumqayıt Hərbi Məhkəməsinin 149/2001 saylı, 31 avqust 2001-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək və 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılması, Azərbaycan Respublikası CM-nin 39-cu maddəsinə (1960-ci il) əsasən əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi hazırkı iş üzrə təyin edilmiş cəzaya qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi hökm edilmişdir. Cinayət işinin 204-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X9 Yoxlamanın xx.xx.2023-cü il tarixli 867 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 222-223-cü vərəqlərində olan Salyan rayon Arbatan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Arbatan kəndində ailəsi ilə birlikdə yaşayır və onun haqqında ərazi nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 245-ci vərəqində olan 17 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs ona məxsus olan Salyan rayonu, Arbatan kəndində yerləşən birmərtəbəli fərdi yaşayış evinin yataq otağına daxil olub orada yerləşən şkafın üzərində olan narkotik vasitəni təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd kibrit qutusuna baxış keçirən zaman içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması, həmçinin 02 ədəd siqaret qutusuna baxış keçirən zaman birinci siqaret qutusunun içərisində olan sellofan torbada narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması, ikinci siqaret qutusunun içərisində isə 02 ədəd salfetə bükülmüş vəziyyətdə olan narkotik tərkibli çətənə bitkisinin toxumlarına oxşar toxumlar olması bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahısına əsasən təmiz çəkisi 7.63 qram narkotik vasitə qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 7.63 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsini isə şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan qurudulmuş marixuana və ümumi çəkisi 21,85 qram olan narkotik təbiətli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı 3 (üç) ay 21 (iyirmi bir) gün müddət azadlıqdan mərhum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutulmaqla, cəmi 7 (yeddi) ay 12 (on iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu, Arbatan kəndində yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 7.63 qram narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi 21,85 qram olan narkotik təbiətli çətənə bitkisinin toxumları hökm qanuni qüvvəyə minəndən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar