Məhkəmə qərarları › İş №1(057)-188/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-188/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-188/2023 19.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan,barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 237.1 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hazırlama, əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü il aprel ayında Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsində qanunsuz olaraq əkməklə sonrakı müddətdə xeyli miqdarda cəmi 14 ədəd çətənə (kannabis) bitkisinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, 2023-cü il sentyabrın 19-da saat 16:30 dəqiqədə Salyan rayonu Kərimbəyli kəndində yaşadığı evin yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:00 dəqiqədə ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:30-dan etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin bağ hissəsinə baxış keçirilərkən ümumilikdə 14 ədəd yaş vəziyyətdə kök üstə, ümumi təmiz çəkisi 12000 qram olan əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan eyni tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, həyətyanı sahəsində aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 420 qram olan çətənə (kannabis) bitkisindən eyni tərkibli kustar üsulla narkotik vasitə qurudulmuş marixuananı hazırlayıb əldə edərək Salyan rayonu Kərimbəyli kəndində yerləşən yaşadığı evin yataq otağında saxlamış, 2023-cü il sentyabrın 19-da saat 18:30-dan etibarən Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirilərkən evin yataq otağında yerləşən karton qutudakı sellofan torbadan həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 237.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü il aprel ayının əvvəllərində çətənə bitkisinin toxumlarını həyətyanı sahəsinin bağ hissəsində əkib-becərmiş və 2023-cü il sentyabrın 19-da saat 17 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları onu tutub polisə aparmışlar.Lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır.Polis işçilərinə həyətində çətənə bitkisini əkib becərdiyini və həmçinin evində marixuana olduğunu demişdir.Ona görə də polis əmkədaşları evinə və həyətinə baxış keçirmişlər. Baxış zamanı həyətyanı torpaq sahəsində 14 ədəd çətənə bitkisi və evində marixuna aşkarlanmışdır. Özü narkotik maddlər qəbul etdiyi üçün əkib becərmiş və evində saxlamışdır. Peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü il sentyabrın 19-da Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və yaşadığı evdə saxlaması, həmçinin yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat qrupu yaradılmış, sonuncunun həyətinə və evinə özünün razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində 14 ədəd çətənə bitkisi, evində isə selofan bükumdə marixuna aşkar olunmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş və həmin protokola imza etmişdir. Şahid qismində məhkəmədə dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 və Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunmuş 2023-cü il sentyabrın 19-da Salyan RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Nahid Abbaslı tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinin bağ hissəsindən 14 ədəd yaş halda kök üstə yaşıl rəngli tərkibində narkotik maddələr olan çətənə bitkilərinə oxşar bitkilər, eləcə də yaşadığı evin yataq otağından içində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olan 1 ədəd sellofan torba aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2023-cü il tarixli, 18/928 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1) Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...14 ədəd...” sözləri və imzalar olan ümumi olaraq 03 ədəd sintetik torbada ümumi sayı 14 ədəd, yaş vəziyyətdə ümumi çəkisi – 12000 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş eyni tərkibli narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 14 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. 2) Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzalar olan polietilen torbada təmiz çəkisi 420,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 14 ədəd çətənə bitkiləri və qurudulmuş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 966 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nin 28 sentyabr 2023-cü il tarixli PHŞ-18-1-68/2-2381/2023 saylı arayışından görünür ki, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Salyan rayon İHB-nin Salyan rayonu Kərimbəyli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 oktyabr 2023-cü il tarixli, 25 saylı məktuba əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri (20%) cəzası təyin edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 11998,60 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri və yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspert tədqiqatları nəticəsində qalıq qalmış təmiz çəkisi 419,90 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs 19.09. 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü ildə barəsində polisin nəzəarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Onun həbsdə olduğu müddət ona təyin olunacaq cəza müddətinə hesablanmaldır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddələrlə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_11.htm 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir.Onu təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növü ilə islah etmək mümkün deyildir.Çətənə bitkiləri 14 ədəd olmaqla 12 kq olması və həmçinin evində 420,0 qram qurudulmuş marixuana narkotik vasitənin aşkar olunması halı bir daha onu göstərir ki, onu yüngül cəza ilə islah etmək mükün deyildir.Həmçinin özünün məhkumluğu ödənilsə belə əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulub saxlandığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmüyü qaydasında ona təyin olunmuş cəzaları qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Təqsirləndirilən şəxs narkomaniyada məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilatiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclasında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan Salyan RPŞ-də saxlanılan 11998,60 qram olan 14 ədəd çətənə bitkisinin qalığı və 419,90 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilnib ona həmin maddə ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində iki il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclasında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Salyan RPŞ-də saxlanılan 11998,60 qram olan 14 ədəd çətənə bitkisinin qalığı və 419,90 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə iki ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: Hakim: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar