Məhkəmə qərarları › İş №1(057)-189/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-189/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-189/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 119/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)- 309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 4-cü hissəsi tədbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,400 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il sentyabrın 19-da saat 10:55 dəqiqədə Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən Billur şadlıq sarayının yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 11:05 dəqiqədə ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. Onun əvvəlki müddətdə məhkumluğu olmuşdur. 2023-cü il sentyabrın 18-də səhər saatlarında yaşadığı Salyan rayonu, Aşağı Kürkənd kəndində yerləşən elektrik stansiyasının yanından piyada keçən zaman yerdə 01 ədəd büküm olduğunu görmüş və həmin bükümü götürərək içərisinə baxmışdır. Bu zaman həmin bükümün içindəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu başa düşmüşdür. Həmin narkotik vasitəni götürüb cibinə qoymuşdur. Həmin narkotik vasitədən az miqdarda istifadə etmiş, qalan hissəsini üzərində saxlamışdır. 2023-cü il sentyabrın 19-da saat 12 radələrində o, Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən Billur şadlıq sarayının yanında küçədə piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Ona şübhəli şəxs qismində tutulduğu elan olunmuşdur. Şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. O, əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən olan sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin narkotik barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni yaşadığı kənddə yerləşən elektrik stansiyasının yanından tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2023cü il sentyabrın 19-da Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Həmin gün o, Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili, Şahid3 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhərində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 10:55 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən Billur şadlıq sarayının yaxınlığında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verərək onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində isə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il sentyabrın 18-də yaşadığı kənddə yerləşən elektrik stansiyasının yanından piyada keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,6 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 2023-cü il sentyabrın 19-da Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat müvəkkili Şahid1 və Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhərində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 10:55 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən Billur şadlıq sarayının yaxınlığında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verərək onlarla birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində isə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il sentyabrın 18də yaşadığı kənddə yerləşən elektrik stansiyasının yanından piyada keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,6 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 2023cü il sentyabrın 19-da Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşıması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili, Şahid1 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhərində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 10:55 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Dadaşov küçəsində yerləşən Billur şadlıq sarayının yaxınlığında müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verərək onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxsla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içində isə qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlə barədə soruşulduqda bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Həmin kütləni 2023-cü il sentyabrın 18-də yaşadığı kənddə yerləşən elektrik stansiyasının yanından piyada keçən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütlədən birazını istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 1,6 qram olması müəyyən olunmuşdur. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 19 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin 25-ci vərəqində olan 19 sentyabr 2023-cü il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 19 sentyabr 2023cü il tarixdə, saat 10:55-də məhdudlaşdırılmış, saat 11:15-də isə tutulmuşdur. Cinayət işinin 31-33 vərəqlərində olan “Şəxsi axtarış və götürmə aparılması barədə” 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242 və 445.2-ci maddələrinin tələblərinə əsasən şübhəli şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Salyan RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis leytenantı Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkildi, çəkisinin 1,6 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkiliş aparıldı, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Cinayət işinin 43-45-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/927 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 1,400 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edilmiş - 0,1 qram, qalıq 1,300 qram olmuşdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil etmişdir. Cinayət işinin 51-52-ci vərəqlərində olan 21 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 73-74-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqində olan “təqsirləndirilən şəxsin X8 azad edilməsi haqqında” 21 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunması qərara alınmışdır. Cinayət işinin 82-96-cı vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-119/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Cinayət işinin 97-99-cu vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır. Cinayət işinin 104-106-cı vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Salyan Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1 və 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 03 gün 15 % islah işləri cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə CM-nin 126.1, 67 və 68.1.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3186 saylı “ƏFV” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 221.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 06 ay 28 gün azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-119/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 107-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X14 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X13 28 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2385/2023 saylı məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən, Salyan rayonu, Aşağı Kürkənd kənd sakini, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 2020-ci ildən “tiryəklə” narkoloji qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 122-123-cü vərəqlərində olan Salyan rayon Arbatan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri ilə birlikdə yaşayır, barəsində yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 124-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın xx.xx.2023-cü il tarixli, 967 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz jiletinin sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış 1,300 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-119/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyun 2020-ci il tarixdən 14 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılmış, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-309/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 01 il 07 ay 27 gün azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmışdır, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 234.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi üç il nəzərdə tutulduğundan Təqsirləndirilən şəxs həmin əməli az ağır cinayətlər təsnifatına aiddir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Cinayət Məcəlləsinin Məcəllənin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1 və 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs olunmalı, “həbs” qətimkan təbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), narkomaniyadan məcburi müalicə təyin edilməli (CM- 93.1.2) və Ərazi Narkoloji Xəstəxanasında qeydiyyata alınmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd “DVD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablansın və ona qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək onun barəsində “həbs” qismində qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 1,300 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” diskin cinayət işinin materiallarında olması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinədarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar