Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-19/2025 25.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X10 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (fəhlə), əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamış, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 21 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmaqla xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 90,00 manat olmaqla iki uşağa cəmi 180,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(057)-1244/2018 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)- 585/2022 nömrəli qərarı ilə 500,00 manat məbləğində inzibati cərimə, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(057)-689/2023 nömrəli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 9520,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurduğu zərəri tam ödəyəcəkdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahından xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 adında iki övladları dünyaya gəlmişdir. Onun xəbəri olmadan 2018-ci ildə Zərərçəkmiş şəxs ilə ayrılmış və uşaqlar anaları ilə qalmışdır. Ondan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 90 manat olmaqla iki uşağa cəmi 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 2014-cü ilin mart ayının 13-nə kimi yaxşı işlərdə işləmişdir. Ailəsinin maddi ehtiyacını təmin etmişdir. İ Qarabağ müharibəsinin iştirakçısı kimi 80 manat pensiya alır. Hər ay pensiyasından pul tutulur. Sonda Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranı və yaşlı olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla xx.xx.2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X5 adında iki övladları dünyaya gəlmişdir. 12 mart 2015-ci ildən uşaqları ilə birlikdə valideynlərinin evinə köçmüşdür. Təqsirləndirilən şəxs bir dəfə olsun gəlib uşaqlarla maraqlanmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu X3 18 yaşı tamam olmuşdur. 4000-5000 manat pul ödəniləcəyi təqdirdə Tahirdən şikayətçi olmayacaqdır. Son bir ildə Tahirin pensiyasından aylıq 56 manat pul tutularaq ona ödənilmişdir. Son bir ilə kimi cəmi 3 dəfə ona poçt vasitəsi ilə 80 manat, 60 manat və 50 manat pul ödənilmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onun cəzalanmasını, lakin tutulacağı təqdirdə ona olan borcunu ödəməyəcəyini bildirərək ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1244/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019ci il tarixdən başlayaraq, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2018-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra sənədində göstərilən tələbin könüllü qaydada icrasını təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş, lakin o, icra sənədində göstərilən tələbi könüllü qaydada icra etməmişdir. Təqsirləndirilən şəxs 80 manat pensiya aldığı üçün tələb borclunun pensiyasına yönəldilmişdir. Borclu Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə dəvət olunmuş, izahatı alınmış, ona bir daha surətinə imza etdirməklə iş üzrə tərtib edilmiş qərar və bildiriş təqdim edilmiş, icra sənədində göstərilən tələbi icra etməsi ondan tələb olunmuş, xəbərdarlıq təqdim edilməklə ona verilmiş müddət ərzində tələbi təmin etmədiyi halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunaraq məhkəməyə veriləcəyi ona izah olunmuşdur. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvanda borclunun yaşamaması və tələbin yönəldilə bilinəcəyi əmlakın olmaması barədə müvafiq akt tərtib edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Salyan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə olunmuş, daha sonra isə 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs 1190 manat məbləğində aliment ödəmiş və 9520 manat ödənilməyən aliment borcu qalmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 Şahid2 ifadəsində dediklərini bir daha təsdiq edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-1244/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müstəntiqi kiçik ədliyyə müşaviri Elşən Tağıyevin 30 oktyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 14-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1244/2018 saylı, 23 noyabr 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Cinayət işinin 15-17-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1244/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı nikahın pozulması, uşaqların yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçı Zərərçəkmiş şəxs ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2004-cü il tarixdə Salyan rayon Qeydiyyat Şöbəsində 505 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X2 nikah pozulandan sonra anaları-iddiaçı Zərərçəkmiş şəxs yanında qalması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Cinayət işinin 18-19-cu vərəqlərində olan xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Təqsirləndirilən şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. Cinayət işinin 42-ci vərəqində olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, xx.xx.1969-cu ildə Salyan şəhərində doğulmuş, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 21də qeydiyyatda olan və yaşayan (forma bir) borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 51-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-585/2022 saylı, 18 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Cinayət işinin 61-ci vərəqində olan Azərpoçt MMC vasitəsi ilə ödənilmiş xx.xx.2022ci il tarixli qəbzin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 80 manat ödəniş edilmişdir. Cinayət işinin 63-cü vərəqində olan Azərpoçt MMC vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli qəbzin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 60 manat ödəniş edilmişdir. Cinayət işinin 67-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 8(057)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(057)-1244/2018 saylı sənədi üzrə borclu xx.xx.1969-cu ildə anadan olmuş, Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 21-də qeydiyyatda olan Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 82-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-689/2023 saylı, 02 avqust 2023-cü il tarixli qərardan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 10 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilmişdir. Cinayət işinin 91-ci vərəqində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, E.Hüseynov küçəsi, ev 21 ünvanında yaşayır. Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikdə vətəndaşın mülkiyyətində fərdi yaşayış evi, ticarət obyekti və mal-qaranın olub-olmaması, pensiya alıb-almaması eləcədə telefon nömrəsi barədə məlumatlar yoxdur. Cinayət işinin 93-cü vərəqində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Cinayət işinin 100-cü vərəqində olan X4 ksero surətindən görünür ki, X6 xx.xx.2004-cü ildə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. Cinayət işinin 103-cü vərəqində olan 31 may 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdə zəruri ehtiyaca malik olan ev əşyaları və tələbin yönəldilə bilmədiyi əmlak növlərindən başqa üzərinə həbs qoyulub aliment borcunun tələbkar Zərərçəkmiş şəxs ödənilməsini təmin edən hər hansı əmlaklar aşkar edilməmişdir. Cinayət işinin 124-cü vərəqində olan 19 sentyabr 2024-cü il tarixli aktdan görünür ki, borclu Təqsirləndirilən şəxs hal-hazırda icra sənədində göstərilən (ünvan 2ünvanda heç bir əmlakları yoxdur. Sözügedən ünvanda borclu Təqsirləndirilən şəxs böyük qardaşının arvadı, böyük qardaşı Aydın Bayramov, böyük qardaşının oğlu Ayaz Bayramov öz ailəsi ilə birlikdə yaşayırlar. Cinayət işinin 125-ci vərəqində olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 126-128-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1244/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri cədvəlindən görünür ki, borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs 1190 manat aliment ödəmiş, ödənilməyən aliment borcu 9520 manat təşkil edir. Cinayət işinin 138-ci vərəqində olan 23 avqust 2019-cu il tarixdə verilmiş M/V № 086125 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır və o, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Cinayət işinin 153-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Cinayət işinin 176-177-ci vərəqində olan 06 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 190-191-ci vərəqlərində olan 06 dekabr 2024-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Azərpoçt MMC vasitəsi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli qəbzin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 392.20 manat ödəniş edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərpoçt MMC vasitəsi ilə ödənilmiş xx.xx.2025-ci il tarixli qəbzin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 200 manat ödəniş edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Salyan Rayon Məhkəməsinin 2(057)-1244/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün məhkəməyə müraciət olunan xx.xx.2018-ci il tarixdən başlayaraq, hər ay hər uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment cavabdeh Təqsirləndirilən şəxs alınaraq, iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs növündə tənbeh tədbiri tədbiq edilmiş, yenidən izahatı alınıb Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 9520 manat məbləğində aliment borcunu ödəməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, “CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə İXM-in 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır.” Sözü gedən qərarda həmçinin qeyd edilir ki, “CM-in 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: -məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; -borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; -borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; -borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, CM-in 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir.”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib peşman olmasını, İ Qarabağ müharibəsi iştirakçısı olmasını, vurulmuş maddi zərərin qismən ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2 və 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə, Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanındakı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 3 ünvanındakı evi hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-19/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-19/2025
25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver