Məhkəmə qərarları › İş №1(057)-190/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-190/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-190/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Yaqub oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Tovuz rayonu Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmış, məhkumluğu götürülməmiş və ödənilməmiş, Tovuz rayonu Qovlar şəhəri Ə.H. Qarayev küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 21 aprel 2023-cü il tarixdə Bakı şəhərində taksi kimi xidmətindən istifadə etdiyi avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra onun kreditlə avtomobil almaq istədiyini öyrənib tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə həmin şəhərdəki banklardan birində girovluqda olan "Niva" markalı avtomobili guya ona kreditlə 9300 manata alacağı barədə Zərərçəkmiş şəxs yalan vəd verib bunun üçün onun əvvəlcə 1300 manat "beh" verməli olduğunu, yalnız bundan sonra avtomobilə dair sənədlərin və açarın bankdan götürülməsinin mümkün ola biləcəyini bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə onun qayınatası Şahid bu məqsədlə 2023-cü ilin aprel ayının 22-də saat 15:11:58-də Salyan rayonu, Şorsulu kəndində yerləşən "Ay İşığı" adlanan marketdə quraşdırılmış "e Manat" elektron ödəmə terminalı vasitəsi ilə "LeoBank"a məxsus öz adına son 8 rəqəmi 71010882 olan karta yüklədiyi 1300 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının 21-də Bakı şəhərində Əhmədli qəsəbəsinə “taksi” ilə gedərkən həmin maşının sürücüsü olan Anarla təsadüfən tanış olmuşdur. Anar yolda ona “Niva” markalı bir maşın almaq istədiyini bildirmiş, o, Anara maşın almaqda kömək edə biləcəyini, “Nikoylbank”da tanışı olduğunu, onun vasitəsilə Anar üçün bank girovluğunda olan maşın ala biləcəyini yalandan vəd vermiş, onlar bir-birinin mobil telefon nömrələrini götürmüşlər. Əslində isə onun Anara dedikləri həqiqətə uyğun olmamış, onun Anar üçün maşın almaq niyyəti olmamış, ona pul lazım olduğu üçün Anardan pul almaq məqsədi ilə onu aldatmış, yalan demiş, Anara dediklərini özü uydurmuş, ümumiyyətlə həmin vaxt “Nikoylbank” ləğv olunmuşdur. Aprel ayının 22-si günü Anar ona zəng edərək ona “Niva” markalı maşın lazım olduğunu və almağa hazır olduğunu bildirmiş, onlar Əhmədli qəsəbəsində görüşmüş, maşın alqı-satqısı barədə razılaşmışlar. Həmin gün günorta saatlarında metronun "Gənclik" stansiyasının yaxınlığındakı çayxanalardan birində əyləşmişlər. Çayxanada olan zaman Anara almaq istədiyi maşının bank tərəfindən 9300 manata satışa qoyulduğunu, ona görə əvvəlcə 1300 manat pulun ilkin ödəniş kimi verilməli olduğunu, qalan 8000 manatın isə tutulmuş qrafikə əsasən aybaay banka ödənilməli olduğunu, ilkin ödəniş kimi 1300 manatı ödədikdən sonra maşının açarının və “texpasportu”nun ona veriləcəyini bildirmişdir. Anar üstündə nağd pul olmadığını, kart vasitəsilə pulu köçürə biləcəyini demiş, ondan pulu hara köçürəcəyini soruşanda öz adına olan "Leobank" kartının nömrəsini vermiş, Anar da qayınatasına zəng vurub ona həmin karta 1300 manat pul yükləməsini tapşırmışdır. Anarın qayınatası pulu terminal vasitəsilə köçürməyi bilmədiyindən o, telefonda pulu hansı qaydada köçürməli olduğunu Anarın qayınatasının telefonu verdiyi şəxsə izah etmişdir. Bir qədər sonra onun mobil nömrəsinə öz adına olan "Leobank"a məxsus kartına 1300 manat pulun ödənilməsi barədə mesaj gəlmiş, mesaj gələn kimi Anarın başının telefonla danışmağa qarışmasından istifadə edərək aradan çıxmışdır. O, mobil nömrəsini dəyişmişdir ki, onu tapa bilməsinlər. Sonradan onu polis əməkdaşları saxlayaraq Salyan RPŞ-yə gətirmişlər və o, etdiyi əməi tam etiraf etmişdir. O, işsizdir, aldığı pulu zərərçəkmiş şəxsə ödəməmişdir. Əməlindən peşimandır. Onun iki azyaşlı uşaqları var, lakin uşaqlar onunla yaşamırlar, ayrı yaşayırlar. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, Bakı şəhərindəki “Bolt” taksi şirkətində sürücü işləyir. 21 aprel 2023-cü il tarixdə axşam saatlarında Ruslan adlı şəxsi “Neftçilər” metrosu ərazisindən müştəri kimi maşınına götürərək Xətai rayonu Əhmədli qəsəbəsinə aparmış, maşında gedərkən Ruslanın telefonda kimləsə maşın satışı ilə bağlı danışdığını eşitmiş, telefon danışığından sonra Ruslana “Niva” markalı maşın almaq istədiyini bildirmiş, Ruslan da ona bankda Emin adlı tanışı olduğunu, onun vasitəsilə onun üçün bankın girovluğu ilə “Niva” markalı maşın ala biləcəyini demişdir. Onlar bir-birinin mobil telefon nömrələrini götürmüş, ertəsi gün, yəni 22 aprel 2023-cü il tarixdə günorta saatlarında Ruslana zəng edərək onunla danışmış, onlar Əhmədli qəsəbəsində görüşmüş, söhbət zamanı Ruslan ona “Nikoylbank”ın girovluğunda olan “Niva” markalı maşının satışa çıxarıldığını, həmin maşının kreditlə 9.300 manata satıldığını, bunun üçün ilkin olaraq 1300 manat ödəməli olduğunu, pulun qalanını isə hissə-hissə qrafik əsasında banka ödəməli olduğunu bildirmişdir. Maşına görə ilkin olaraq 1300 manat pul köçürəndən sonra maşının açarının və “texpasport”unun ona veriləcəyini demiş, o, da bu barədə Ruslanla razılaşmışdır. Həmin gün, saat 14 radələrində “Gənclik" metrostansiyası yaxınlığındakı çayxanada bu barədə söhbət etdikdən sonra o, üzərində kifayət qədər pulu olmadığı üçün qaynatası Şahid zəng edərək onda olan pulundan Təqsirləndirilən şəxs nömrəsini ona verdiyi pul kartına 1300 manat pul köçürməsini xahiş etmiş, qaynatası Şahid da Salyan rayonu Şorsulu kəndində yerləşən “Ay İşığı” supermarketinə gedərək Təqsirləndirilən şəxs adına olan kart hesabına 1300 manat pul köçürmüşdür. Çayxanada olduqları vaxt qaynatasının ona göndərdiyi 1300 manat pulun köçməsi barədə Ruslanın mobil telefonuna mesaj gəlmiş və mesajı oxuyaraq Ruslan pulun onun kart hesabına köçdüyünü demişdir. Bundan sonra Ruslan maşının açarını və “texpasportu” alıb gətirəcəyini demiş, o, da içdikləri çayın pulunu ödəməyə getmişdir. Geri qayıtdıqda isə Ruslanı görməmiş, nə qədər axtarsa da, onu tapa bilməmiş, mobil telefonuna zəng etdikdə isə Ruslanın telefonu bağlı olduğundan onunla əlaqə saxlaya bilməmişdir. Ruslanın qaçıb getdiyini başa düşmüş, bundan sonra o, elə orada DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və sonra da bununla bağlı Salyan Rayon Poilis Şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis şöbəsində Ruslanı görmüş, Ruslan ona vaxt verilməsini istəmiş, müstəntiq ona vaxt versə də, onun pulunu hazıradək qaytarmamışdır. Pulunu tələb edir, Ruslandan şikayətçidir. Odur ki, Ruslanın barəsində ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs onun kürəkənidir. Anar özünə “Niva” markalı avtomobil almaq istədiyindən belə bir maşın axtarmış, 22 aprel 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdə olduğu zaman Zərərçəkmiş şəxs ona zəng edərək Bakı şəhərində Ruslan adlı şəxslə tanış olaraq onunla görüşdüyünü, Ruslanın satdığı “Niva” markalı maşını almaq istədiyini, həmin avtomaşını almaq üçün onda olan pulundan 1300 manat pulu Ruslanın nömrəsini ona verdiyi bank kartına göndərməsini ondan xahiş etmiş, ona görə də Anarın bir müddət əvvəl saxlamaq üçün ona verdiyi puldan 1300 manatını götürüb qonşuluqdakı Salyan rayonu Şorsulu kəndində yerləşən “Ay İşığı” supermarketinə gedərək Anarın ona göndərdiyi Təqsirləndirilən şəxs adına olan kart hesabına 1300 manat pul köçürmüş, sonra da Anara zəng edib bu barədə məlumat vermişdir. Lakin sonradan eşitmişdir ki, həmin Ruslan adlı şəxs Anarı aldadaraq 1300 manat pulu ələ keçirəndən sonra qaçaraq aradan çıxmış, həmin vaxtdan da Anar Təqsirləndirilən şəxs axtarsa da, onu tapa bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Anar bu barədə polisə müraciət etmiş və Ruslan saxlanılmışdır. Ruslan bu günə kimi aldığı pulu Anara qaytarmamışdır. İş materiallarında olan Salyan rayonu, Şorsulu kəndində yerləşən "Ay işığı" marketində quraşdırılmış 1235 nömrəli "eManat" ödəmə terminalına məxsus xx.xx.2023cü il tarixli, 85338 nömrəli qəbzin surətindən görünür ki, həmin gün saat 15:11:58-də qeyd edilən terminaldan Təqsirləndirilən şəxs adına olan və "LeoBank"a məxsus, son 8 rəqəmi 71010882 nömrəli bank kartına 1300 AZN pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 21 aprel 2023-cü il tarixdə Bakı şəhərində təsadüfən tanış olduğu Təqsirləndirilən şəxs orada ağ rəngli “Niva” markalı nömrə nişanını bilmədiyi avtomobili təqdim edərək həmin avtomobili 9300 manata kreditlə satmasını bildirdiyi üçün aralarında olan razılaşma zamanı Təqsirləndirilən şəxs ilkin olaraq onun adına olan “LEO BANK” a məxsus 71010882 saylı kart hesabına 1300 manat pul köçürməyini tələb etdiyindən 22 aprel 2023cü il tarixdə saat 15:11 radələrində Neftçala rayonunda yaşayan qayınatası Şahid Salyan rayon Şorsulu kəndində yerləşən “Ay İşığı” mağazasında ödəmə terminalından həmin şəxsin kartına 1300 manat pul köçürməsinə baxmayaraq Təqsirləndirilən şəxs pulu aldıqdan sonra yayınaraq vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə ittiham elan etmək üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə tutulması və tutulduqdan sonra onun Salyan RPŞ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən alınmış və cinayət işinin materiallarına əlavə edilmiş CD diskində olan məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakcellə məxsus ********* mobil nömrə Təqsirləndirilən şəxs adına olmaqla diskdə olan məlumatlar xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə edilən və qəbul edilən zənglərin, həmin zənglərin qeydə alındığı antenn dairəsi və həmin nömrədən göndərilmiş və qəbul olunmuş «SMS»-lərin siyahıları olan məlumatları özündə əks etdirir və Zərərçəkmiş şəxs məxsus ********* mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ********* mobil nömrə arasında yuxarıda qeyd edilən dövr ərzində cəmi 48 zəng, o cümlədən xx.xx.2023-cü il tarixdə saat 11:46-dan saat 14:35-dək olan müddət ərzində 16 zəng və bu zəngləşmələr zamanı cəmi 59 saniyə danışıqlar qeydə alınmış, həmin gün saat 15:15-dən etibarən isə Təqsirləndirilən şəxs məxsus ********* mobil nömrə söndürülmüşdür. Diskə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək digər xüsusatlar müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Nəsimi RPİ-nin əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində saxlanılaraq Salyan RPŞ-nin əməkdaşlarına təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə saat 03:50-də Salyan RPŞ-yə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin MSYdən azad olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham qüvvəsində saxlanılmış; iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxs və şahidin ifadələri, üzləşdirmə protokolu cinayət işi üzrə sübut növü kimi tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ittiham elan etmək üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və o, tutulanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:44də Bakı şəhəri BPİ-nə bilavasitə tabe olan Bakı Metropolitenində Pİ-nin əməkdaşları tərəfindən “Neftçilər” metrostansiyasında saxlanılaraq xx.xx.2023-cü il tarixdə saat 01:30da Salyan RPŞ-yə gətirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin öz qüvvəsində saxlanılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri öz qüvvəsində saxlanılmış və o sərbəst buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs Goranboy Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 1(045)-32/2019 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi təmin edilmiş və o, çəkilməmiş 01 ay 19 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan Tovuz rayon İHB-nın Qovlar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 11 oktyabr 2023-cü il tarixli, 2841 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin şəhərdə atası ilə birlikdə yaşaması və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya sistemi”ndən çıxarışlardan görünür ki, X2 xx.xx.2010-cu il tarixdə, X3 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 21 aprel 2023-cü il tarixdə Bakı şəhərində taksi kimi xidmətindən istifadə etdiyi avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ilə tanış olduqdan sonra onun kreditlə avtomobil almaq istədiyini öyrənib tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə həmin şəhərdəki banklardan birində girovluqda olan "Niva" markalı avtomobili guya ona kreditlə 9300 manata alacağı barədə Zərərçəkmiş şəxs yalan vəd verib bunun üçün onun əvvəlcə 1300 manat "beh" verməli olduğunu, yalnız bundan sonra avtomobilə dair sənədlərin və açarın bankdan götürülməsinin mümkün ola biləcəyini bildirib aldadaraq sonuncunun etibarından sui-istifadə etməklə onun qayınatası, Şahid bu məqsədlə 2023-cü ilin aprel ayının 22-də saat 15:11:58-də Salyan rayonu, Şorsulu kəndində yerləşən "Ay İşığı" adlanan marketdə quraşdırılmış " e Manat" elektron ödəmə terminalı vasitəsi ilə "LeoBank"a məxsus öz adına son 8 rəqəmi 71010882 olan karta yüklədiyi 1300 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi, bununla da, onun Azərbaycan Respublikasının CMnin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə —məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğundan onun məhkumluğunun ödənilməsi müddəti onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs hazırki iş üzrə törətmiş olduğu cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid olduğundan xx.xx.2022-ci il tarixindən 2 il keçmədiyindən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olan şəxs hesab edilməlidir. Baxmayaraq ki, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir, lakin, ona cəza təyin edilərkən Azərbaycan Respublikasının CM-də residivə görə nəzərdə tutulan qaydada cəza təyin edilməməlidir. Belə ki, hazırki ittiham üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 18.4, 18.4.1-ci maddələrinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Buna görə də Təqsirləndirilən şəxs əməlində residiv yoxdur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın heç bir hissəsini ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmiş şəxslə barışmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxs ondan şikayətçidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayətlər törətməsinə görə məhkum olunmasını, həmin məhkumluqlarının ikisinin məhz dələduzluq cinayətinə görə olmasını onun islah olunmayaraq dələduzluq cinayətini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını əməlində cinayətlərin residivi olmadığına görə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar