Məhkəmə qərarları › İş №1(057)-196/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-196/2023

29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-196/2023 29.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X6 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, "xxxx" MMCdə sürücü işləyən, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, etibarnamə əsasında avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü il sentyabrın 10-da saat 09:30 radələrində Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən 58-ci km-də "xxxx" MMC-yə məxsus olan, etibarnamə əsasında idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili ilə Salyan rayonu Arbatan kəndinin girişində yerləşən svetoforun qırmızı siqnalında dayanaraq svetoforun yaşıl siqnalı yandıqdan sonra avtomobilin hərəkətini davam etdirib Astara istiqamətində 10 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozmaqla svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməli, həmin şəraitdə svetoforun icazə verilən yaşıl siqnalı yandıqda hərəkətin təhlükəsizliyini təmin etmək üçün yolayrıcına daxil olmazdan əvvəl yolun hərəkət hissəsini keçməkdə olan piyadaların olmadığına əmin olmalı, onun hərəkəti istiqamətində hərəkət hissəsində yolu keçməkdə olan piyadaların olduğu vəziyyətdə həmin piyadalara yol verməli və bundan sonra hərəkətini davam etdirməli olduğu halda, bunları etməyərək həmin vaxt yolun hərəkət hissəsinin sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X5 idarə etdiyi avtomobil ilə vuraraq hərəkəti davam etdirməsi nəticəsində piyada Rəxşəndə Süleymanova avtomobilin qabaq sağ təkərinin altında qalmış, baş vermiş hadisənin qarşısını almağa texniki imkanı olsa da, bunu etməmiş, ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi törətməsi nəticəsində sonuncunun daxilə qanaxma, sağ və sol ağ ciyərin, qara ciyərin, dalağın cırılmaları, sağ və sol tərəfli qabırğaların açıq yerini dəyişən sınıqları, döş sümüyünün, çanaq və hər iki bud sümüklərinin sınıqları, başın alın nahiyəsinin sıyrıqları, bel, sarğı, hər iki said, çanaq və bud nahiyələrini əhatə edən yaraları kimi xəsarətlər almaqla ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 10 sentyabr 2023-cü ildə saat 9:30 radələrində idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşını ilə Salyan şəhərində sfetoforun qırmızı işığında dayanmışdır. Sfetovorun yaşıl işığı yandığı üçün hərəkətə başlamış və bir qədər getdikdən sonra avtomaşının altında adam qaldığını və səs eşitdiyini hiss etdiyi üçün avtomaşını saxlamışdır.Maşının altında piyadının qalmasını görməmişdir.İstintaq zamanı verdyi ifadəsi doğru deyildir.Özünü təqsirli bilmir və həmin səbəbdən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğundan onun istintaq zamanı verdiyi ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, Salyan rayonu Qarabağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Yük maşını idarə etməyə sürücülük vəsiqəsi və buna dair kateqoriyası vardır. 2013-cü ildən "xxxx" MMC-nin Salyan rayonu ərazisində yerləşən beton zavodunda betonqarışdıran maşının sürücüsü işləmişdir. Təxminən 4 ildir ki, cəmiyyətə məxsus Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşınını şirkətin verdiyi etibarnamə əsasında idarə etmişdir. Sonuncu dəfə 09 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Şirvan şəhərinə gedib şirkətin orada yerləşən maşın qaracından idarə etdiyi həmin avtomobili götürüb Salyan rayonu Qarabağlı kəndi ərazisində yaşadığı evə gəlmişdir. Qeyd etmişdir ki, təxminən 3 ay olar ki, Biləsuvar rayonu ərazisində adını bilmədiyi kəndlərin birində yerləşən məktəb tikintisi ilə əlaqədar oraya idarə etdiyi həmin yük avtomaşını ilə beton daşımışdır. Növbəti gün yəni 10 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən çıxıb idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşını ilə Ələt- Astara yolunun 58-ci km-nin Salyan şəhəri ərazisində keçən hissəsində Astara istiqamətində işlədiyi beton zavoda tərəf hərəkətdə olmuşdur. Saat 09:30 radələrində Salyan rayonu Arbatan kəndinin girişində işıqforda qırmızı siqnal yandığı üçün ondan qarşıda avtomobillər dayanmışdır. O da həmin avtomobillərin arxasında dayanmışdır. Həmin vaxt yol kənarında piyada səkisində bir yaşlı qadın dayanmışdır. Bundan sonra işıqforun yaşıl siqnalı yandığı üçün avtomobillər hərəkətini davam etdirdikdə, o da idarə etdiyi avtomobilin hərəkətini davam etdirməyə başlamışdır. Bir neçə metr irəlilədikdən sonra o, hərəkətdə olarkən idarə etdiyi avtomaşının sağ yan güzgüsünə baxdıqda həmin yaşlı qadının avtomaşının qabaq sağ tərəfdən təkərinin altında qaldığını görmüşdür. O, bir neçə metr irəlidə avtomaşını saxlayıb yerə düşdükdə, qadının ölüm vəziyyətində olduğunu görmüşdür. O, təcili tibbi yardım maşınına zəng vurmuşdur. Təcili yardım maşını gəldikdə qadın artıq hadisə yerində ölmüşdür. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Həmin vaxt vurduğu piyadanın Salyan şəhər sakini X7 olduğunu bilmişdir. Bildirmişdir ki, idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşını ilə Salyan rayonu Arbatan kəndinin girişində işıqforun qırmızı siqnalında dayanmış və vurduğu piyada X7 həmin vaxt piyada səkisində dayanmışdır. O, həmin piyadanı 8-10 metr məsafədən görmüşdür. Daha sonra işıqforun yaşıl siqnalı yandığı üçün idarə etdiyi avtomaşının hərəkətini davam etdirib bir neçə metr irəlilədikdə avtomaşının sağ yan güzgüsünə baxmış və həmin piyadanın avtomaşının qabaq sağ təkərinin altında qaldığını görmüşdür. Bildirmişdir ki, hadisədən əvvəl işıqforun qırmızı siqnalında dayandığı və yenicə hərəkətə başladığı üçün Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşınını təxminən saatda 10 km sürətlə idarə etmişdir. Əlavə olaraq bildirmişdir ki, işıqforda dayandıqdan sonra 3 saniyə keçmiş və hərəkətini davam etdirmişdir. İşıqforda dayanan zaman öndə olan avtomobilə və işıqfora, eləcə də hərəkət etdiyi zolağa baxmağa imkanı olmuşdur. 7 metr hərəkət etdikdən sonra ətrafda olanların qışqırığına hərəkəti sonlamış, avtomobili hərəkətə gətirərkən 3-5 km/saat sürəti olmuşdur. Zərərçəkmişin hüquqi varisi X13 məhkəməyə verdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbinin olmadığını qeyd edərək məhkəmə baxışı iclasında iştirak etmək istəmədiyini bildirmişdir.Ona görə də məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 22-də, hazırda isə işlə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində kirayədə ailə üzvləri ilə birlikdə yaşayır. X3 anasıdır. 2023-cü il sentyabrın 10-da saat 10 radələrində Bakı şəhərində olarkən qohumlar zəng vurub anası Rəxşəndəni yük maşını vurduğunu və hadisə nəticəsində öldüyünü bildirmişlər. Həmin vaxt Bakı şəhərindən avtomobilə əyləşib o, ailə üzvləri, o biri bacıları və qardaşı ilə birlikdə Salyan rayonuna gəlmişlər. Salyan rayonuna çatdıqda birbaşa Salyan rayon mərkəzi xəstəxanasının morquna getmişlər. Həmin vaxt mərhum anası Rəxşəndə Süleymanovanın meyiti müayinə olunaraq morqdan çıxarılmış və daha sonra yuyulması üçün məscidə aparılmışdır. Orada olarkən ona və ailə üzvlərinə məlum olmuşdur ki, anası Rəxşəndə həmin gün saat 09:30 radələrində Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində Arbatan kənd yolunun girişinə az qalmış yolu keçərkən Salyan rayonu Qarabağlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulması nəticəsində hadisə yerində ölmüşdür. Həmin gün anası Rəxşəndə məsciddə yuyulduqdan sonra onu aparıb dəfn etmişlər. Məhkəmədə şahid qismində ifadə verən Salyan RPŞ-nin PPXB-də polis nəfəri Şahid1 göstərmişdir ki, 2023-cü il sentyabrın 10-da səhər saat 10 radələrində Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 58-ci km-də xidmətdə olarkən Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolu keçmək istəyən yaşlı bir qadını vurduğunu və hadisə nəticəsində qadının hadisə yerində öldüyünün şahidi olmuşdur. Bu səbəbdən o, dərhal Salyan Rayon Polis Şöbəsinin növbətçi hissəsinə zəng vurub bu barədə məlumat vermişdir. Bundan sonra rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib müayinə etmişlər. Həmin vaxt aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Salyan rayonu Qarabağlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Man markalı, **-AD- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 58-ci km-də hərəkətdə olarkən yolu keçmək istəyən 1945-ci il təvəllüdlü piyada, Salyan şəhər sakini X5 vurması nəticəsində sonuncu hadisə yerində ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2013-cü ildən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləyir. Salyan rayonu Qarabağlı kənd sakini Təqsirləndirilən şəxs 2013-cü ildən müəssisədə sürücü vəzifəsində çalışmaqla təxminən 4 ildir ki, cəmiyyətə məxsus Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşınını cəmiyyətin verdiyi etibarnamə əsasında idarə edərək beton daşınması işini yerinə yetirmişdir.10 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Mürşüd yaşadığı evdən çıxıb idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomaşını ilə Ələt-Astara yolunun 58-ci km-nin Salyan şəhəri ərazisində keçən hissəsində Astara istiqamətində beton zavoda tərəf hərəkətdə olarkən saat 09:30 radələrində Salyan rayonu Arbatan kəndinin girişində yolu keçmək istəyən piyada Salyan şəhər sakini X5 vurması nəticəsində piyada Rəxşəndə Süleymanova hadisə yerində ölmüşdür. Məhkəmədə elan olunmuş 10 sentyabr 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokolundan görünür ki,hadisədən əvvəl sürücü Təqsirləndirilən şəxs işıqforun qırmızı siqnalında dayanarkən yolun sağ tərəfində səkidə dayanmış piyada X5 təxminən 8-10 metr məsafədən görmüşdür. Daha sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət hissəsinin sağ kənarından 7,3 metr məsafədə yolu keçmək istəyən piyada Rəxşəndə Süleymanovanı vurmuşdur. 12 sentyabr 2023-cü il tarixli diskdə olan videogörüntüyə baxış keçirilməsi protokolundan görünür ki, Salyan şəhəri A.Hüseynov küçəsi ev 11-də qeydiyyatda olmaqla yaşamış, piyada X7 əvvəlcə Ələt-Astara yolunun Salyan şəhəri ərazisindən keçən 58-ci km-də hərəkətdə olan nəqliyyat vasitələrini gözlədikdən sonra Ələt istiqamətində olan hərəkət hissəsindən asta yerişlə yolun əks tərəfinə yəni Astara istiqamətində olan hərəkət hissəsinə keçmişdir. Daha sonra piyada Rəxşəndə Süleymanova həmin tərəfdə yol kənarında yerləşən obyektlərdən birinə daxil olmuş, bir neçə saniyədən sonra oradan çıxaraq yenidən asta yerişlə yolun əvvəlki tərəfinə yəni Ələt istiqamətində olan hərəkət hissəsinə keçmək istəmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, piyada Rəxşəndə Süleymanova videogörüntünün 1-ci dəqiqəsinin 25-ci saniyəsində hərəkət hissəsinə daxil olarkən Təqsirləndirilən şəxs idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı betonqarışdıran yük avtomobili ilə svetofora yaxınlaşdıqca hərəkət sürətini azaldıb 29-cu saniyədə qarşıda dayanmış digər nəqliyyat vasitəsinin arxasında dayanmışdır. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin hərəkət sürətini azaldıb svetofora yaxınlaşdıqca təxminən 8-10 metr məsafədən piyada Rəxşəndə Süleymanovanı səkidə və daha sonra yolun hərəkət hissəsində görmüşdür. Buna baxmayaraq, sürücü Təqsirləndirilən şəxs 8 saniyədən sonra yəni 37-ci saniyədə avtomobilin hərəkətini davam etdirdikdə yolu keçmək istəyən piyada Rəxşəndə Süleymanovanı idarə etdiyi avtomobilin qabaq sağ tərəfindən vuraraq bir neçə metr irəliyə atdıqdan sonra avtomobilin sağ təkərləri ilə piyada Rəxşəndə Süleymanovanın üzərindən keçərək yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı baxış keçirilmiş videodiskdən görünür ki, piyada X2 Muradov idarə etdiyi Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısı ilə avtomobildən təqribən 1-1,5 metr məsafədə irəlidə yolu asta yerişlə keçməyə başlamış, piyada avtomaşının orta hissəsinə çatmamış avtomaşınla vurulmuşdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 47 nömrəli rəyindən görünür ki, 1945-ci ildə anadan olmuş X4 meyitinin məhkəmətibbi müayinəsinə, əlavə müayinələrin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinir:

1. X4 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar olunmuşdur – daxilə qanaxma, sağ və sol ağ ciyərin, qara ciyərin, dalağın cırılmaları, sağ və sol tərəfli qabırğaların açıq yerini dəyişən sınıqları, döş sümüyünün, çanaq və hər iki bud sümüklərinin sınıqları, başın alın nahiyəsinin sıyrıqları, bel, sarğı, hər iki said, çanaq və bud nahiyələrini əhatə edən yaraları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində, ola bilsin ki, qərarın təsviri hissəsində göstərilən gündə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtomobilin piyadanı vurması nəticəsində əmələ gəlmişdir. Dərəcəsinə görə həyat üçün təhlükəli olan hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aiddir.

2. X1 ölümü müayinədən təxminən 3-4 saat əvvəl baş vermişdir.

3. X1 ölümünə səbəb – daxilə qanaxma, sağ və sol ağ ciyərin, qara ciyərin, dalağın zədələnməsi olmuşdur Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 noyabr 2023-cü il tarixli, 8/3195 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Man markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ölmüş zərər çəkmiş şəxs X4 hüquqi varisi qismində tanınmış qızı X12 13 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Zümrüd İbadova ölmüş zərər çəkmiş şəxs anası X4 hüquqi varisi olaraq Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 21 sentyabr 2023-cü il tarixli, 18-1-68/2-2310/2023 nömrəli məktubundan görünür ki, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxsin ictimai faydalı əməklə məşğul olması, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun şikayətçi olmaması, əvvəllər məhkum olunmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyası həddində, nəqliyyat vasitəsin idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi və barəsində olan iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Yol hərəkəti hıqqanda” Qanunun 76-cı maddəsinin 5-ci bəndinin tələblərinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir.Lakin göründüyü kimi sürücünün diqqətsiz hərəkəti nəticəsində asta yerişlə yeriyən piyadanı vurmuş, piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində dərhal ölmüşdür. Həmin Qanunun 37ci maddəsinin 5-ci bəndlinə əsasən sürücü hərəkət zolağının dəyişməsi, dönmə, ötmə, hərəkətə başlama və dayanma ilə bağlı manevrlər edərkən, xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasaz olduqda isə, əl işarələri ilə digər hərəkət iştirakçılarını xəbərdar etməlidir.Göründüyü kimi sürücü qanunun bu tələblərinə əməl etməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla,Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X10 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X10 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar