Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-198/2023 29.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1982-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(057)-27/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 8, mənzil 52-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.237 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 oktyabr 2023-cü il tarixdə saat 14:30-da Salyan şəhəri, Ə.Quliyev küçəsində, yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 14:45-də ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qəhvəyi rəngli cins şalvarının sağ yan cibindən 3 ədəd kağız bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, təxminən 1 ay əvvəl plasmas massivi adlanan Ə.Quliyev küçəsində yaşadığı məhəllədə yerdə 1 ədəd kibrit qutusunda heroin görmüş və istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. 30 oktyabr 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evin yaxınlığında küçədə dayandığı vaxt polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində müstəntiq tərəfindən üzərinə baxış keçirilmiş və baxış zamanı həmin heroin kütləsi aşkar olunmuşdur. Sorğu zamanı həmin kütlənin ona məxsus olduğunu və ay əvvəl tapdığını bildirmişdir.Onda aşkar olunmuş 3 bükumdə olan heroin kütləsi çəkilmiş və çəkisi 0,35 qram olduğu müəyyən olunmuşdur.Bu barədə protokol tərtib olunmuş və özü də həmin protokola imza etmişdir.Əməlindən peşiman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Şahid qismində məhkəmədə dindirilmiş Salyan rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 30 oktyabr 2023-cü tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmış və həmin gün saat 14:30 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsi ərazisində aşkar etdikləri üçün onu tutub polisə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş, üzərindən 3 bükumdə heroinə oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkilmiş və çəkisi 0,35 qram olması müəyyən olunmuşdur.Sorğu zamanı tutulan şəxs həmin kütləni tapdığını və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib olunmuş və narkotik maddə götürülərək qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid2 və Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə elan olunmuş 30 oktyabr 2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 31 oktyabr 2023-cü il tarixli, 18/1024 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketi açdıqda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.071 qram, 0.093 qram, 0.073 qram, ümumi çəkisi-0.237 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1011 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nın xx.xx.2023-cü il tarixli, 18-1-68/2-2855/2023 saylı arayışından görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 8-də qeydiyyatda olan və yaşayan, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2023-cü ildən “Opioidlərin qəbulu nəticəsində asılılıq sindromu ilə” (Fııx2) narkoloji dispanserdə qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən vətəndaş müvafiq qeydiyyatda yoxdur. Azərbaycan Respublikası, Salyan rayonu İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 2962 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Quliyev küçəsi ev 8-də yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı-1986-cı il təvəllüdlü X5 və oğlu-2020-ci il təvəllüdlü X7r. Həmin nümayəndənin xx.xx.2023-cü il tarixli 2962 nömrəli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 186197/04 nömrəli məktubunda göstərilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 il, 11 ay, 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, cəzasının əvvəli 08 fevral 2023-cü ildən hesablanmış, 30 oktyabr 2023-cü il tarixə yəni tutulduğu vaxta qədər çəkilməmiş cəzası 01 il 03 ay 04 gün olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 0.147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində bir nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs 30 oktyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş və barəsində 01 noyabr 2023-cü ildə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, təqsirləndirilən şəxsə Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(057)-27/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.Həmin hökm icraya yönəldilmiş, cəzasının əvvəli 08 fevral 2023-cü ildən hesablanmaqla 30 oktyabr 2023-cü il tarixə kimi çəkmiş və çəkilməmiş cəzası 01 il 03 ay 04 gün qalmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin olunacaq cəzaya əvvəlki hökmlə ona təyin olunmuş cəzanın çəkilməmiş hissəsi qismən birləşdirilməldir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsində qeyd olunmuşdur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(057)-27/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 68.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə: 68.1.1. intizam xarakterli hərbi hissədə saxlamanın bir günü; 68.1.1-1. azadlığın məhdudlaşdırılmasının iki günü; Təqsirləndirilən şəxsin məhkumuluğu azadlıqdan məhrum etmə cəzası ilə bağlı olmadığından ona residivə görə cəza təyin olunmamalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut-Salyan rayon polis şöbəsində saxlanılan 0.147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Salyan Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, 1(057)-27/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək ona təyin olunmuş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 03 ay 04 gün müddətin hər iki günü həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər hesablanmaqla yeddi ay on yeddi gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddəti ilə qismən birləşdirilərək üzərində bir il yeddi ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barsində xx.xx.2023-cü ildə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 oktyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut- Salyan rayon polis şöbəsində saxlanılan 0.147 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Hakim: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-198/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-198/2023
29.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver