Məhkəmə qərarları › İş №1(057)-2/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-2/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-2/2023 11.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, X1, Dövlət ittihamçısı, zərərçəkən Zərərçəkmiş şəxs, müdafiəçi X12 və təsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 11 yanvar 2023-cü ildə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ilə məhkəməyə verilmişdir ona görə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il yanvarın 30-da saat 21 radələrində Salyan rayonu Şəkərli kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə qanunsuz daxil olub yataq otağında yerləşən və saxlanc yeri hesab edilən sandığın içərisindən Zərərçəkmiş şəxs məxsus 320 manat dəyərində 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl kişi üzüyünü, hər biri 240 manat dəyərində 3 qram çəkidə 583 əyarlı 4 ədəd qızıl qadın üzüyünü, 1520 manat dəyərində 4 qram çəkidə 583 əyarlı üzərində brilliant qaşları olan 1 ədəd qızıl qadın üzüyü, 5 qram çəkidə 583 əyarlı 2 ədəd qızıl sırğa, 6 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl sep və 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağıdan ibarət qızıl dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs 2800 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilməmiş və verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun qaynıdır. Azadın qardaşı Anardan 11 may 2022-ci ildən ayrılmışdır. Özünün əvvəl yaşadığı evlə Azadın evi arasında 5-6 dəqiqəlik piyada yolu olmuşdur. 2022-ci ilin yanvar ayında qarşı tərəflə münasibəti pisləşmişdir. 30 yanvar 2022-ci ildə saat təqribən 18-də qaynı uşaqları Asim və Zeynəb onlara gəlmişlər. Saat təqribən 21-də əri ona zəng edərək Azadın evinə oğruların girdiyini və qapıları bağlamağı demişdir. Daha sonra Azadın evinə polislər gəlmiş, özü isə ora getməmişdir. Hadisədən 1 ay sonra müüstəntiq Şəhriyar ona zəng edərək onu yanına çağırmış, ondan oğurluq barədə soruşmuşdur.İfadə verdikdən sonra getməsini demişdir. Daha sonra müstəntiq yenə onu çağırmış və Şahverdinin yanına onu aparmışlar. Şahverdinin olduğu otağa Yasəmən və Xədicə daxil olmuşlar.Yasəmən otaqda onun üzünə dayanaraq ondan oğurluqda şübhələndiyini demişdir.Şahverdiyinin otağına gələn 3-4 nəfərdən ikisi onunun qoluna, başına və qıçına vurmağa başlamışlar.Onlar qızılın harda olduğunu və gətirib verməsini demişlər. Onlara götürmədiyini deyəndən üzdən tanıdığı müstəntiq ona “götürməmişəm” sözünü deməməsini bildirmişdir.Heç nə boyun almamış və daha sonra onu Rəsul müəllimin otağına aparmışlar.Rəsul müəllim onun qoluna qandal taxtdırmış, sonra qandalı çaxardaraq onu 5-10 nəfər olan bir qaranlıq otağı salmışlar.Rəsul ona boynuna almayağacı təqdirdə onu “belə-belə” eləyəcəklərini bildirmişdir. Ona görə də boynuna almış və qaynının evindən qızılları götürdüyünü demişdir.İfadəsi kompüterdə yazılmış və imza etdirmişlər.Vəkil Müdafiəçi həmin vaxt orada olmuş, videoçəkiliş aprılmışdır.Onu vuran müstəntiq ona maşında bu barədə heç kimə deməyəcəyini, dediyi halda isə bir daha bərk vuracaqlarını demişdir. Ona 6 dəqiqə çəkiliş olacağını, qapıdan girib qızılları götürüb çıxmasını deməsini ona bildirmişlər. Yasəmən müstəntiqə evlərinin aralığında zibilxanada qızıl qablarının və telefonun olduğunu, ora gedib baxmalarını demişdir. Onu həmin zibilliyə aparmışlar, orada qızıl qabları və ərinin xarab telefonunun oraya atıldığını görmüşlər.Ərinin xarab telefonunu oraya özü atmışdır.Onu vura-vura şöbəyə aparmışlar və saat 23 radələrində onu eninə buraxmışlar.12 may 2022-ci ild polisin onu döyməsi barədə 102 xidmətinə məlumat vermişdir. Özünün döyülməsi barədə qardaşı Əsədov Vüqara demiş, lakin polis heç bir araşdırma aparmamışdır. Heç bir cinayət törətmədiyi üçün ona bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyyət olduğundan onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinin tələblərinə əsasən elan olunmuşdur. O, həmin ifadəsində ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəlidir və heç bir yerdə işləmir. 2015-ci il tarixdə Şahid4 ilə ailə həyatı qurmuşlar. Onların birgə nigahından 1 uşağı dünyaya gəlmişdir. Həmin vaxt o, əri Anar ilə birlikdə qaynatası Xanqulunun yaşadığı Salyan rayonu Şəkərli kəndində yerləşən fərdi yaşayış evində yaşamışlar.Həmin vaxtlar qaynatası Xanqulu və qaynanası Gülümnaz onu incitmişlər. O, çox əziyyət çəkmiş və onlarla yaşamaq istəməmişdir. Buna görə də hər dəfə Anara orada yaşamaq istəmədiyini demişdir. Təxminən 9 aydan sonra Anar ilə qaynatasının yaşadığı evdən ayrılmışlar. Anar özünə fərdi yaşayış evi tikmiş və ora köçmüşlər. Həmin vaxtdan onun onlarla münasibəti pis olmuşdur. O, hər dəfəsində onlardan ona qarşı etdiklərinin qisasını almaq istəmişdir. 2022-ci il yanvarın 30-da Anar işdə olmuş, o, isə evdə olmuşdur. Xanqulu, Gülümnazın və Azadın, baldızı Zülfiyyənin ad gününə getdiklərini öyrənmişdir.Həmin tarixdə saat 21 radələrində o, qaynatası Xanqulunun yaşadığı evinə gedib və qızılları oğurlamaq qərarına gəlmişdir. Buna görə də o, evdən çıxaraq onların yaşadığı evə getmiş və darvaza qapısından həyətə daxil olmuşdur. Bu zaman qaynı Vaqifin həyətdəki əlavə tikilinin içərisində olduğunu görmüşdür. O, sakitcə oradan keçərək evin giriş qapısının yanına getmişdir. Giriş qapısının açıq olduğunu görüb içəri daxil olmuşdur. Sonra o, qızılları saxladıqları sandığın olduğu yataq otağına getmişdir. Yataq otağına girən kimi sandığı görmüş və sandığın yanına getmişdir. O, sandığın qapağının kilitli olmadığını, lakin örtülü olduğunu aşkar etmişdir. O, dərhal sandığın qapağını açaraq içərisinə baxıb orada olan qızılları sellofan torbaya yığaraq götürmüşdür. Bildirmişdir ki, hamının fikrini yayındırmaq üçün sandığın içərisində olan paltarları ətrafa dağıtmışdır. Bundan sonra o, sakitcə qapıdan girdiyi kimi çıxmışdır. Həmin vaxt heç kimə görünməmək üçün çox diqqətlə hərəkət etmişdir. Onu heç kimin görmədiyini bildirmişdir. O, hərəkət edərək həyətdən çıxmış və yaşadığı evə getmişdir. Yaşadığı evin həyətində olan hamama girərək qızıllara baxmışdır. Bildirmişdir ki, sellofan torbanın içərisində 6 ədəd qızıl üzük, 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl sep və 1 ədəd qızıl qolbağı olmuşdur. O, həmin qızılları hamamda gizlətmiş və evə getmişdir. Heç kimə bu barədə bir söz deməmişdir. 2022-ci il yanvarın 31-də səhər saatlarında o, oğurladığı qızılları qablarından çıxartmış və evdən götürdüyü kəlpətinlə əzmişdir. Sonra yaşadığı evin yaxınlığında yerləşən zibilxanaya zibil atmağa gedən zaman oğurladığı həmin qızılları və qablarınıda götürmüşdür. O, qızılları və qablarını zibilliyin içərisinə tullamış və üzərinə zibil atmışdır. Qızılların kimə məxsus olmasını bilməmişdir. Sadəcə olaraq onlara ziyan vurub qisas almaq üçün belə bir hərəkət etmişdir. Hazırda törətdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşmandır və özünü təqsirli hesab edir. Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində evdən başqa bir tikili vardır. Gün ərzində həmin tikilidə olurlar. 30 yanvar 2022-ci il tarixdə saat 19 radələrində o, valideynləri və az yaşlı uşaqları ilə birlikdə bacısı Gülcahan Soltanovanın ad gününə getmişlər. Buna görə də arvadı Şahid1 evdə tək qalmaması üçün qardaşı Vaqif Didarova zəng edərək yaşadığı evə gəlməsini, onun valideynləri və az yaşlı uşaqları ilə birlikdə ad gününə getmək istədiklərini demişdir. Vaqif isə heç bir problem olmadığını deyərək arvadı Xədicə ilə birlikdə gələcəyini bildirmişdir. Sonra o, valideynləri və az yaşlı uşaqları ilə birlikdə bacısı Gülcahan Soltanovanın ad gününə getmişlər. Yasəmən yaşadığı evin sahibsiz qalmaması üçün ad gününə getməyərək evdə qalmışdır. Həmin tarixdə saat 21 radələrində valideynləri və az yaşlı uşaqları ilə birlikdə ad günündən qayıtmışlar.Evə daxil olan zaman yataq otağında olan sandığın qapağının açıq olduğunu, içərisində olan əşyaların kənara tullanıldığını, içərisində olan qızıl əşyalarının aşkar etmişdir. Yasəməni səsləyərək yataq otağında olan sandığın qapağının açıq olduğunu, içərisində olan əşyaların kənara tullanıldığını, sandığın içərisində olan qızılların olmadığını demişdir. Yasəmən də ona xəbərinin olmadığını, həyətdə yerləşən əlavə tikilinin içərisində olduğunu demişdir.“102” Xidməti-Zəng Mərkəzinə məlumat verməklə və Salyan RPŞ-yə ərizə ilə müraciət edərək özünə məxsus olan 1 ədəd qızıl kişi üzüyünün və Yasəmənin istifadə etdiyi 5 ədəd qızıl qadın üzüyünün, bir cüt sırğanın, 1 ədəd qızıl zəncir və 1 ədəd qızıl qolbağının oğurlandığını bildirmişdir. Eyni zamanda avtomaşının texpasportunun oğurlandığını ilk əvvəl desə belə sonradan həmin pasportu evdə tapmışlar.Hadisə yerinin müayəinəsində polis əməkdaşları ona iştirak etməyə imkan verməmişlər.Vüsalınin 102 xidmətinə zəng etməsindən məlumatı olmamışdır.Nəyə görə polis Vüsalədən yapışdığını bilmir. Tarixi dəqiq bilmədiyi vaxta polis əməkdaşı Şahverdi ona evə gəlməsini, günahkarı tapdıqlarını demişdir. Gəldikdən sonra evlərindən 50 metr aralıda zibilliyə baxdıqlarını görmüşdür.Polis əməkdaşları ona Vüsalənin qızılları zibilliyə atdığını dediyini ona bildirmişlər.Axtarsalar da heç nə tapmamışlar. Ora gedənə qədər artıq qızıl qablarını tapmışlar.Həmin qızıl qabları onlara məxsus olmuşdur.Vüsalə ona polisin onu döydüyünü deməmişdir. Qızıl əşyaları qızıl qabının içəində olmuşdur. Ona dəymiş ziyan ödənilmiş, həmin səbəbdən heç bir şikayəti və tələbinin olmadığını qeyd etmişdir. Şahid qismində məhkəmədə ifadə verən Şahid1 bildirmişdir ki, Vüsalə ilə əvvəllər münasibəti yaxşı olmuşdur.30 yanvar 2022-ci ildə qaynanası iki uşağı ilə birlikdə baldızının ad gününə getmiş, özü isə qaynı Vaqif və Xədicə ilə birlikdə əl damında olmuşlar.Sonra Vüsalə uşağı Asimi telefon adaptorunu almaq üçün yanına göndlərmiş və ona adaptoru vermişdir.Vüsalədən şübhələnmiş və Vüsalə buna oxşar hadisələr törətmişdir.Polisdə olduğu vaxt Şahverdi ona zəng edərək gəlməsini və oğrunu tapdığını demişdir.Gedərək zibilliyin yanında polislərin olduğunu görmüşdür.Polislər Vüsalənin oğurluq etdiyini, qızılları əzib zibilliyə atdığını demişlər.Oğru otağın hər ikisində axtarış aparmışdır.Oğurluğun üstü açılandan sonra Vüsalə ilə danışmamışdır.Zibillikdən çıxan qızıl qabları ona məxsus olmuşdur.Zibillikdə qızıl axtaran zaman Rəsul,Qafil,Şahverdi və vəkil olmuşlar. Şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 30 yanvar 2022-ci ildə qızının adı gününə getmiş, qayıtdıqdan sonra oğurluq olduğunu görmüşlər.Evdən 6 ədəd üzük, bir güt sırğa, qızıl zəncir və qızıl qolbağı oğurlanmışdır.Sonra polislər oğurluğun Vüsalı tərəfindən törədildiyini demişlər.Onu polisdə dindiriblər, polis ifadəsini yazmış, özü imza etmişdir.Latın qrafikasında yazıb oxuya bilmir.Qızıllar sandıqda qızıl qablarının içərisində saxlanılmışdır.Qızıl qabları ilə birlikdə oğurlanmışdır. Şahid qismində dindirilmiş X6 bildirmişdir ki,Vüsalə onun qaynının arvadıdır. 30 yanvar 2022ci ildə aşxanada oturub qaynansının gəlməsinə qədər orada olmuşlar. Sonra Yasəmən ağlayaraq qızılların oğurlandığını demişdir. Sonra qızıl qablarının zibil yerinin yanında qoymuşlar. Polislərdən Vüsalənin əlini yumasını xahiş etmişdir.Vüsalə ona qızılları tək oğurladığını və zibilliyə atdığını demişdir.Zibilliyə gedəndə artıq zibil qabları tapılmışdı.Vüsalənin əvvəllər qızıl oğurlamasını eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hal şahidi qismində iştirak edən X3 bildirmişdir ki, 30 yanvar 2022-ci ildə Salyan rayonu, Şəkərli kəndində Zərərçəkmiş şəxs evində baş vermiş oğurluqla bağlı hadisə yerinə baxış keçirilərkən iştirak etməmiş, onun adı həmin protokola səhvən qeyd olunmuşdur. Protokoldakı imza ona məxsus deyildir. Şahid qismində məhkəmədə dindirilmiş Salyan RPŞ-nin müstəntiqi X7 bildirmişdir ki, 2022-ci ilin yanvar ayında baş vermiş hadisədən çox vaxt keçmiş,hadisəni xatırlamır. Hadisə yerinin müayinəsini aparmış, hal şahidlərini xatırlamır, hal şahidi Səmədov İlqar qeyd olunubsa özü iştirak edib və özü protokola imza etmişdir.Təqsirləndirilən şəxs ifadəsinin nə vaxt alınması yadında deyildir.Həmçinin ona nə vaxt təcili yardım çağrılması da yadında qalmamışdır.İfadənin yerində yoxlanması barədə protokolda kimlərin qeyd olunmasını xatırlamır, protokolda videoçəkilişin aparılmasının qeyd olunması texniki səhv olmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin 11 may 2022-ci ildə dindirməsi zamanı videoçəkiliş aparılan videodiskə baxış keçirilərkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə sərbəst ifadə vermiş və o, etdiyi oğuluq cinayət əməlini tam etiraf etmişdir. Məhkəmədə elan olunmuş 2022-ci il mayın 12-də tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yerində yoxlanılması zamanı bir daha təsdiq etmişdir. Qeyd olunan xüsusatlar məhkəmə baxışı zamanı baxış keçirilmiş bir ədəd videodiskdə də öz əksini tapmışdır. 2022-ci il mayın 12-də tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxsı qızının yaşadığı Salyan rayonu Şəkərli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən zibillik sahəsindən 02 ədəd qızıl-ziynət əşyalarının saxlanılması üçün nəzərdə tutulan qab aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1063 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilən 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl kişi üzüyünün, 3 qram çəkidə 583 əyarlı 4 ədəd qızıl qadın üzüyünün, 4 qram çəkidə 583 əyarlı birilliant qaşları olan 1 ədəd qızıl qadın üzüyünün, 5 qram çəkidə 583 əyarlı 2 ədəd qızıl sırğanın, 6 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl sepin və 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı dəstinin 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl kişi üzüyü 320 manat, 3 qram çəkidə 583 əyarlı 4 ədəd qızıl qadın üzüyü hər biri 240 manat, 4 qram çəkidə 583 əyarlı birilliant qaşları olan 1 ədəd qızıl qadın üzüyü, 5 qram çəkidə 583 əyarlı 2 ədəd qızıl sırğa, 6 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl sep və 4 qram çəkidə 583 əyarlı 1 ədəd qızıl qolbağı dəsti 1520 manat, ümumilikdə 2800 manat olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı 02 iyun 2022-ci il tarixli ərizəsində Zərərçəkmiş şəxs evindən qızıl zinət əşyaları oğurladığını,dəymiş zərəri tam ödədiyini, zərərçəkmişlə barışdığını qeyd edərək ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş cinayət işinin başlanmasının rədd olunması barədə Salyan rayon prokurorunun köməkçisi X2 15 iyul 2022-ci il tarxli qərarından görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış və araşdırma zamanı cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul olunmuşdur. “Salyan RMX” Publik hüquqi şəxsindən alınmış xx.xx.2022-ci il tarixli 1150 nömrəli arayışdan görünür ki, Salyan rayonu Şəkərli kənd sakini, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs “Salyan RMX” Publik hüquqi şəxsin Poliklinika Şöbəsinin narkoloji və psixonevroloji kabinetlərində hər hansı diaqnozla qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin istintaq materiallarında olan Salyan RİHB-nin Salyan rayonu Yenikənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 249 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2020-ci ildə anadan olmuş Mədinə adlı azyaşlı uşağı var, ailəsi ilə birlikdə həmin kənddə yaşayır, xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci ildə Mələk adlı uşağı olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Şəkərli kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında yerləşən zibillik sahəsindən aşkar olunaraq götürülmüş 02 ədəd qızılziynət əşyalarının saxlanılması üçün nəzərdə tutulan qab cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs Salyan RPŞ-də vermiş olduğu ərizəsində ona dəymiş ziyanın ödənildiyini, şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmişə dəymiş zərərin ödənilməsi, sonuncunun şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzası yüngülləşdirən hallar kimi nəzərə alanmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı oğurluq hadisəsini törətməməsi barədə irəli sürdüyü vəsatətlər əsasız olduğundan və özünü müdafiə xarakteri daşıdığından rədd olunmalıdır.Onun qeyd olunan cinayəti törətməsi məhkəmədə elan olunmuş istintaq zamanı müdafiəçinin iştirakı vermiş olduğu ifadəsində, həmin ifadənin videoçəkilişlə aparmaqla həyata keçirilməsi, ona heç bir təsirin göstərilməməsi, qızıl əşyalarının saxlanıldığı qabların atdığı zibillikdə polis əməkdaşlarına təqdim etməsi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinməli və qeyd olunan maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla,Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. Qeyd edilənələrə əsasən məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl az ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin himayəsində 2020-ci ildə anadan olmuş Mədinə və 07 noyabr 2022-ci ildə anadan olmuş Mələk adlı azyaşlı uşaqlarının olması, təqsirin səmimi etiraf edərək peşimançılıq hissi keçirəmsi, zərərçəkmişin şikayətçi olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması kimi cəzasını yüngülləşdirən halları və himayəsində 14 yaşına çatanadək uşağının olmasını nəzərə alaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi himayəsində olan uşağın 14 yaşına çatanadək təxrə salınması məqsədəuyğundur. Azərbaycan Respublikası CM-nın 79.1-ci maddəsində qeyd olunmuşdur ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. 79.2. Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. 79.3. Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. 79.4. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 79.5. Şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X5 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 79.1-ci maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi 07 noyabr 2022-ci il ildə anadan olmuş Mələk adlı uşağının 14 yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X5 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq işə əlavə olunmuş 2 ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın və əzilmiş vəziyyətdə olan 2 ədəd qızıl əşyalarının saxlanması üçün nəzərdə tutulmuş qablar zərərçəkmişə qaytarılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X9 Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar