Məhkəmə qərarları › İş №1(057)-2/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-2/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-2/2025 28.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 və Allahverdiyev Qafar Mübariz oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talamış, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli 80336 nömrəli əmri ilə "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilərək həmin tarixdən göstərilən vəzifədə işləyərkən, həmin sahə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, ezam olunduğu Ucar-Hacıqabul- Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə 2022-ci ilin iyun ayından 2023-cü ilin fevral ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün "xxxx" QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talamaq məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edilməsi məqsədilə cinayətkar niyyətə uyğun olaraq marşrutun açılması görüntüsü yaratmaq üçün, 09 iyun 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək müddətdə Ucar, Yevlax və Hacıqabul rayonu ərazilərində istintaqla müəyyən edilməmiş yerdə tamah niyyətlə bilə-bilə yalan məlumatları, yəni xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, cəmi 47 ədəd marşrut vərəqələrində həmin tarixlər üçün qatarların hərəkət qrafikində nəzərdə tutulmamış marşrutlara dair qeydləri diyircəkli qələmlə müvafiq marşrut vərəqələrinə yazıb, marşrut vərəqələrində “maşinist” qrafalarında imzalar icra edərək, həmçinin 09 iyun 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək olan müddətdə həmin yerdə xx.xx.2022-ci il tarixli 193 nömrəli tələbnaməyə əsasən 4620 kq dizel, xx.xx.2022-ci il tarixli 200 nömrəli tələbnaməyə əsasən 4200 kq dizel, xx.xx.2022-ci il tarixli 212 nömrəli tələbnaməyə əsasən 4215 kq dizel, xx.xx.2022-ci il tarixli 218 nömrəli tələbnaməyə əsasən 4215 kq dizel, xx.xx.2022-ci il tarixli 223 nömrəli tələbnaməyə əsasən 4636 kq dizel, xx.xx.2022-ci il tarixli 229 nömrəli tələbnaməyə əsasən 4185 kq dizel, xx.xx.2022-ci il tarixli 287 nömrəli tələbnaməyə əsasən 4220 kq dizel, xx.xx.2022-ci il tarixli 297 nömrəli tələbnaməyə əsasən 3802 kq dizel və 16 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 314 nömrəli tələbnaməyə əsasən 3380 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 315 nömrəli tələbnaməyə əsasən 4225 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 316 nömrəli tələbnaməyə əsasən 3356 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 317 nömrəli tələbnaməyə əsasən 3775 kq dizel və 16 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnaməyə əsasən 2517 kq dizel və 15 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 446 nömrəli tələbnaməyə əsasən 3408 kq dizel və 18 kq dizel yağı, xx.xx.2022-ci il tarixli 455 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel, xx.xx.2022-ci il tarixli 468 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel, xx.xx.2022-ci il tarixli 518 nömrəli tələbnaməyə əsasən 3838 kq dizel, xx.xx.2022-ci il tarixli 529 nömrəli tələbnaməyə əsasən 4285 kq dizel, xx.xx.2022-ci il tarixli 559 nömrəli tələbnaməyə əsasən 4300 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 694 nömrəli tələbnaməyə əsasən 4290 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 715 nömrəli tələbnaməyə əsasən 4260 kq dizel və 18 kq dizel yağı, xx.xx.2023-cü il tarixli 728 tələbnaməyə əsasən 3424 kq dizel və 15 kq dizel yağının, cəmi 22 ədəd tələbnamələrə əsasən dizel və dizel yağının, cəmi 87671 kq çəkidə dizel və 188 kq çəkidə dizel yağının Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürülməsinin zəruri olması barədə qeydləri diyircəkli qələmlə müvafiq tələbnamələrə yazıb, tələbnamələrdə isə “aldı” qrafalarında imzalar icra edib, həmin marşrut vərəqələri və tələbnamələrə, yəni rəsmi sənədlərə möhür əkslərinin vurulmasını təmin edərək bilə-bilə müvafiq rəsmi sənədlər əsasında müvafiq çəkidə dizel və dizel yağını Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürdükdən sonra müvafiq marşrut vərəqələrinə saxta marşrutlar əlavə etməklə qeyd olunan marşrut vərəqələri və tələbnamələr əsasında, yəni xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 339,15 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 425 kq dizel 361,25 manat və 12,75 kq dizel yağı 20,61 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 193 nömrəli tələbnaməyə əsasən 1573 kq dizel 1337,05 manat və 47,19 kq dizel yağı 76,29 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 200 nömrəli tələbnaməyə əsasən 415 kq dizel 352,75 manat və 12,45 kq dizel yağı 20,13 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 212 nömrəli tələbnaməyə əsasən 1487 kq dizel 1263,95 manat və 44,61 kq dizel yağı 72,12 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 218 nömrəli tələbnaməyə əsasən 257 kq dizel 218,45 manat və 7,71 dizel yağı 12,46 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 223 nömrəli tələbnaməyə əsasən 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 211 kq dizel 179,35 manat və 6,33 kq dizel yağı 10,23 manat, xx.xx.2022-ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə 403 kq dizel 342,55 manat və 12,09 kq dizel yağı 19,54 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 319 kq dizel 271,15 manat və 9,57 kq dizel yağı 15,47 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 259 kq dizel 220,15 manat və 7,77 dizel yağı 12,56 manat, xx.xx.2022-ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 229 nömrəli tələbnaməyə əsasən 1565 kq dizel 1330,25 manat və 46,95 kq dizel yağı 75,90 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə 397 kq dizel 337,45 manat və 11,91 kq dizel yağı 19,25 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 574 kq dizel 487,90 manat və 17,22 kq dizel yağı 27,84 manat, xx.xx.2022-ci il tarixli 24 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 287 nömrəli tələbnaməyə əsasən 1134 kq dizel 963,90 manat və 34,02 kq dizel yağı 55 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 256 kq dizel 217,60 manat və 7,68 kq dizel yağı 12,42 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 420 kq dizel 357 manat və 12,60 kq dizel yağı 20,37 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 249 kq dizel 211,65 manat və 7,47 kq dizel yağı 12,08 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 310 kq dizel 263,50 manat və 9,30 kq dizel yağı 15,03 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 297 nömrəli tələbnaməyə əsasən 919 kq dizel 781,15 manat və 27,57 kq dizel yağı 44,57 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 392 kq dizel 333,20 manat və 11,76 kq dizel yağı 19,01 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 1059 kq dizel 900,15 manat və 31,77 kq dizel yağı 51,36 manat, xx.xx.2022-ci il tarixli 14 nömrəli marşrut vərəqəsi üzrə 355 kq dizel 301,75 manat və 10,65 kq dizel yağı 17,22 manat,xx.xx.2022ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 315 nömrəli tələbnaməyə əsasən 433 kq dizel 368,05 manat və 12,99 kq dizel yağı 21 manat, xx.xx.2022-ci il tarixli 20 nömrəli marşrut üzrə eyni tarixli 316 nömrəli tələbnaməyə əsasən 406 kq dizel 345,10 manat və 12,18 kq dizel yağı 19,69 manat, xx.xx.2022-ci il tarixli 21 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 317 nömrəli tələbnaməyə əsasən 253 kq dizel 215,05 manat və 7,59 kq dizel yağı 12,27 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə 282 kq dizel 239,70 manat və 8,46 kq dizel yağı 13,68 manat, xx.xx.2022-ci il tarixli 28 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnaməyə əsasən 400 kq dizel 340 manat və 12 kq dizel yağı 19,40 manat, xx.xx.2022-ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 446 nömrəli tələbnaməyə əsasən 307 kq dizel 259,11 manat və 9,21 kq dizel yağı 14,89 manat, xx.xx.2022-ci il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 455 nömrəli tələbnaməyə əsasən 1081 kq dizel 912,36 manat və 32,43 kq dizel yağı 52,43 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 468 nömrəli tələbnaməyə əsasən 1387 kq dizel 1170,63 manat və 41,61 kq dizel yağı 67,27 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə 445 kq dizel 375,58 manat və 13,35 kq dizel yağı 21,58 manat, xx.xx.2022-ci il tarixli 07 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 518 nömrəli tələbnaməyə əsasən 421 kq dizel 355,32 manat və 12,63 kq dizel yağı 20,42 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 529 nömrəli tələbnaməyə əsasən 1210 kq dizel 1021,24 manat və 36,30 kq dizel yağı 58,68 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 304 kq dizel 256,58 manat və 9,12 kq dizel yağı 14,74 manat, xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 1098 kq dizel 926,71 manat və 32,94 kq dizel yağı 52,35 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 559 nömrəli tələbnaməyə əsasən 630 kq dizel 531,72 manat və 18,9 kq dizel yağı 30,55 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 426 kq dizel 359,54 manat və 12,78 kq dizel yağı 20,66 manat, xx.xx.2022ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə 550 kq dizel 464,20 manat və 16,50 kq dizel yağı 26,67 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 1153 kq dizel 973,13 manat və 34,59 kq dizel yağı 55,92 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 1160 kq dizel 979,04 manat və 34,80 kq dizel yağı 56,26 manat, xx.xx.2022-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 1149 kq dizel 969,76 manat və 34,47 kq dizel yağı 55,72 manat, xx.xx.2023-cü il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə 762 kq dizel 643,13 manat və 22,86 kq dizel yağı 36,96 manat, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqəsi üzrə 393 kq dizel 331,69 manat və 11,79 kq dizel yağı 32,75 manat, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 694 nömrəli tələbnaməyə əsasən 263 kq dizel 221,97 manat və 7,89 kq dizel yağı 21,91 manat, xx.xx.2023-cü il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 715 nömrəli tələbnaməyə əsasən 949 kq dizel 800,96 manat və 28,47 kq dizel yağı 79,07 manat, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023cü il tarixli 728 tələbnaməyə əsasən Ucar şəhəri, N.Nərimanov küçəsində yerləşən Ucar təminat məntəqəsindən 961 kq dizel 811,08 manat və 28,83 kq dizel yağının 80,07 manat olmaqla, cəmi 25.462,25 manat dəyərində 30059 kq çəkidə dizel yanacağı və 1546,26 manat dəyərində 901,77 kq çəkidə dizel yağını yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta marşrut vərəqələri və tələbnamələr əsasında "xxxx" QSC-nin Ucar, Yevlax və Hacıqabul təminat məntəqələrindən götürərək, Ucar, Yevlax və Hacıqabul rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəxslərə sataraq əldə etdiyi 27.008,51 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş cəmi 27.008,51 manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçiləri – Şahid4, Şahid2, Şahid3, X4 əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, cəmi 47 ədəd marşrut vərəqələrini özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə özünə və müvafiq sənədlərdə adları qeyd edilmiş şəxslərin, cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Salyan lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçiləri – Şahid4, Şahid2, Şahid3 və X2 adına ümumilikdə 2.147,36 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şahid2 tərəfindən qeyd edilmiş bankın Salyan şəhəri, H.Əliyev küçəsi 103 ünvanda yerləşən bankomatından göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla ona etibar edilmiş cəmi 2.147,36 manat pul vəsaitini vahid niyyətlə israf etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 27.008,51 manatını mənimsəməklə və 2.147,36 manatını israf etməklə öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 29.155,87 (iyirmi doqquz min yüz əlli beş manat səksən yeddi qəpik) manat pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsi, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında maddi-texniki bazanın müasirləşdirilməsi və səmərəli istifadə olunması sahəsində fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxs kimi "xxxx" QSC-nin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən (əmək haqqı hissəsində) təqsirli bilərək ifadəsində göstərmişdir ki, - 2002-ci ildən "xxxx" QSC-də işləmişdir. 2004-cü ilə qədər həmin cəmiyyətin Bakı deposunda çilingər işləmiş, 2004-cü ildən hazırki tarixədək Salyan deposunda əvvəllər çilingər, maşinist köməkçisi vəzifələrində işləmiş, 2013-cü ildən hazırki dövrə qədər isə maşinist vəzifəsində işləmişdir. 2022-ci ilin iyun ayında o, maşinist Rəfail Cəfərov, maşinist Kamal Əliyev, maşinist köməkçiləri Sübhan Əsgərov, Rəşad Əsgərov, Elnur Ramazanov T33A0299 nömrəli lokomotivin idarə edilməsi üzrə Ucar rayonuna ezam olunmuşlar. Ezamiyyə zamanı Ucar-Yevlax, Ucar-Hacıqabul marşrutları üzrə lokomotivlərin hərəkət etməsi qrafiklə nəzərdə tutulmuşdur. Bir istiqamət üzrə 45 km, gedib-qayıtmaq isə 90 km olduğu üçün az əmək haqqı alırmışlar. İddia olunan artıq yanacaq artıq sərfiyyata sərf olunmuşdur. Teplavozun çənində 1500 kq az yanacağın olmaması onlardan tələb olunmuşdur. Əvvəllər hər saat üçün 14 kq yanacaq verilirdi, sonradan artırılaraq hər saat üçün 16 kq yanacaq verilmişdir. Bu hadisələrdən, yəni fevral 2024-cü il tarixdən sonra hər saat üçün 23 kq yanacaq verilməyə başladı. Teplovozda nasazlıq olması və boş dayanmalar zamanı teplovozun daimi işlək vəziyyətdə olması nəzərə alınmamışdır. Bu barədə dəfələrlə rəhbərliyə yazılı və şifahi məlumatlar verilmişdir. Yanacaq nəzərdə tutulandan artıq istifadə olunduğu hallarda fərq onların əmək haqqısından tutulmuşdur. Ona görə də əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə əlavə qeydlər aparmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyini qeyd etmiş, nəticədə də həmin yerinə yetirilməmiş ikinci hərəkət üzrə faktiki olaraq əmək haqqı almışdır. Saxta tələbnamə əsasında yanacaq və dizel yağı götürüb, onu satdığı hallar olmamışdır. Qeyd edilmiş əməlləri 2022-ci ilin dekabr ayına qədər törətmiş, göstərilən zaman kəsiyində məhz az qrafiklə işlədiyi gün reallıqda yerinə yetirmədiyi hərəkətə dair marşrut vərəqəsinə qeydlər yazmışdır. Göstərilən vaxt ərzində saxta marşrutlar əsasında nə qədər əmək haqqı aldığını bilməmişdir. 2023-cü ilin yanvar ayında əmək haqqı təxminən 150-170 manat qalxdığından həmin vaxtdan daha göstərilən əməlləri törətməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 12 saatlıq iş vaxtından sonra teplovozun çənində qalıq yanacaq digər maşinistə təhvil verilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Əmək haqqı az olduğundan və teplovoz nasaz olduğu üçün sərfiyyat artmışdır, ona görə də idarə etdiyi lokomitivlər üzrə saxta marşrut vərəqələri yazıb onun əsasında əlavə əmək haqqı almışlar. O, yanacaq satmamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı qismən etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, dindirmə protokolları, mütəxəssis rəyi, ekspertiza rəyləri və digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş "xxxx" QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 mülki iddianı müdafiə etdiyini, iddianın təmin edilməsini, 29155,87 (iyirmi doqquz min yüz əlli beş manat səksən yeddi qəpik) manat məbləğində pul və və dövlət rüsumu olaraq ödənilmiş 178 (yüz yetmiş səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə iclasından əvvəl Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ziyan vurduğunu qəbul etdiyini, ona hissəhissə olaraq ödəniş etməsinə imkan yaradılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2006-cı ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 2018-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi və maşinist, təxminən 2018-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqada üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdir. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olubolmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olub-olmadığını yoxlamamışdır. Təqsirləndirilən şəxslə hər hansı sövdələşməsi olmamış, həmin şəxslə birlikdə hansısa sənədi saxtalaşdırmamış, yaxud digər qanunsuz əməl törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 1991-ci ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 1997-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində çilingər, maşinist köməkçisi və maşinist işləmiş, təxminən 1997-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqda üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdirl. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. İş materiallarında olan və tanış olmağı üçün ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olub-olmadığını yoxlamamışdır. Təqsirləndirilən şəxslə hər hansı sövdələşməsi olmamış, həmin şəxslə birlikdə hansısa sənədi saxtalaşdırmamış, yaxud digər qanunsuz əməl törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2001-ci ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 2020-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi və maşinist, təxminən 2020-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqada üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdir. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. İş materiallarında olan və tanış olmağı üçün ona təqdim edilmiş marşrut vərəqələri ilə tanış olmuş, həmin vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıbyazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olub-olmadığını yoxlamamışdır. Təqsirləndirilən şəxslə hər hansı sövdələşməsi olmamış, həmin şəxslə birlikdə hansısa sənədi saxtalaşdırmamış, yaxud digər qanunsuz əməl törətməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 20 ildir ki, "xxxx" QSC-nin Salyan deposunda işləmiş, əvvəllər cəmyyətin Salyan deposunda çilingər vəzifəsində, təxminən 2005-ci ildən hazırki dövrə qədər isə Salyan deposunda maşinist köməkçisi vəzifəsində işləmişdir. Maşinist köməkçisi kimi işi lokomotiv briqadasının üzvü kimi təhvil aldığı lokomotivin texniki sazlığının, yanacaqla və yağla təmin edilməsinin zəruri olubolmadığının yoxlanılmasından və bu barədə maşinistə məlumat verməkdən, lokomotivin hərəkəti zamanı maşinisti müşayiət etməkdən ibarət olmuşdur. Müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotivin idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamışdır. Sonra həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən marşrut vərəqəsində qeydlər aparılıb, imzalanmışdır. Daha sonra maşinist və həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi özü də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra briqada lokomotivi depodan qəbul etmiş, daha sonra isə nəzərdə tutulmuş qrafik üzrə lokomotiv idarə edilmişdir. Marşrut üzrə son təyinat məntəqəsində marşrut vərəqəsinə müvafiq məntəqənin möhürü vurulmuş, həmin möhür stansiya növbətçilərində olmuş, aralıq məntəqələrdə möhür heç vaxt vurulmamışdır. Lokomotivi təhvil aldığı zaman yanacaq çənində yanacağın müvafiq marşrut üçün kifayət etmədiyini gördükdə məlumatı əsasında maşinist bu barədə maşinist təlimatçısına məlumat vermiş, daha sonra tələbnamə yazılmış, sonra lokomotiv təminat məntəqəsinə getmiş, orada tələbnaməyə yanacağa məsul olan təminat məntəqəsinin işçiləri tərəfindən lokomotivə doldurulmuş yanacağın növü və çəkisinə dair məlumatlar əlavə edilmiş, daha sonra isə məntəqənin rəisi tərəfindən həmin tələbnamə imzalanaraq möhürlənmişdir. Bundan sonra lokomotiv tələb olunan yanacaq və yağla təmin edilmişdir. 2022-ci ildə xatırlamadığı ayda Salyan deposundan maşinistlər - Təqsirləndirilən şəxs, Rəfayıl Cəfərov, Kamal Əliyev və digərləri T33A0299 nömrəli lokomotivin idarə edilməsi üzrə Ucar rayonuna ezam olunmuşlar. Maşinist köməkçiləri məzuniyyətdə olduqları vaxtlarda o, həmin köməkçilərin əvəzinə müvafiq dövr üçün Ucar rayonuna ezam olunmuş, maşinistlərdən Aqşin və Seyfi ilə işlədiyini xatırlamışdır. Həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürülmüşdür. Həmin dövr ərzində Yevlax, Ucar, Hacıqabul təminat məntəqələrindən yanacaq və yağ götürdükləri hallar olmuşdur. Köməkçi kimi təhvil aldığı lokomotivdə marşrutun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmadığını o yoxlamış, yanacaq və yağa zərurət olduğu zaman da bu barədə maşinistə məlumat vermişdir. Yanacaq və yağın götürülməsini maşinist özü həyata keçirmişdir. İş materiallarında olan və ona tanış olmağı üçün təqdim edilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli marşrut vərəqələri ilə tanış olmuşdur. Həmin marşrut vərəqələrində “maşinist köməkçisinin soyadı” qrafasında onun adı qeyd edilmişdir. Ancaq həmin vərəqələri o yazmamış, müvafiq vərəqələri yazmaq maşinistin vəzifəsi olmuşdur. Vərəqələrdəki xətt onun olmamış, tələbnamələrdə isə ümumiyyətlə adı, imzası və xətti olmamışdır. Təqsirləndirilən şəxs yaxud digər hər hansı maşinistlə sövdələşmə nəticəsində marşrut vərəqələri və tələbnamələr əsasında yanacaq və yağ götürdüyü, həmin yanacaq və yağı satdığı hallar olmamışdır. 2023-cü ildə Salyan deposunun rəisi Cabir bilmədiyi hansısa maşinistin yazdığı saxta marşrut vərəqəsi əsasında ona təxminən 40 manat artıq əmək haqqı ödənildiyini və həmin məbləği geri ödəmək lazım olduğunu demiş, o da həmin məbləği bank ödənişi ilə cəmiyyətə geri ödəmişdir. Ona ödənilmiş əmək haqqı məbləği heç vaxt stabil olmamış, əmək haqqı iş saatından, getdiyi məsafədən və digər hallardan asılı olmuş, bu baxımdan ona hər hansı səbəbdən artıq əmək haqqı ödənilmişdirsə bunu hiss etməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, yanacağı təhvil almaq maşinistin vəzifəsidir. Artıq yazılmış marşrutlara görə aldığı əmək haqqını sonradan Bank vasitəsi ilə geri qaytarmışdır. İşə gəldikdən sonra onlara marşrut yazılmadığı halda teplovoz işlək vəziyyətdə olduğu hallar olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin sifarişi əsasında xx.xx.2023-cü il tarixli müqavilə əsasında "xxxx" MMC-nin auditoru qismində QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə və Salyan magistral lokomotivlərin idarə edilməsi sahələrində yoxlama aparmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış, xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlama nəticəsində ciddi maliyyə pozuntuları da aşkar olunmuşdur. Belə ki, Eyni zamanda Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Ucar-Yevlax-Ucar, Yevlax- Ucar-Yevlax, Ucar-Hacıqabul-Ucar, Ucar-Başələt-Ucar və digər marşrut üzrə yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU-30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 116 ədəd yol vərəqəsində dizel yanacağı 59926 kq dəyəri 50760,83 manat,dizel yağı 1797,78 kq dəyəri 3019,61 manat, maşinistin əmək haqqı 2273,96 manat, maşinist köməkçisinin əmək haqqı 2112,64 manat olmaqla, ümumilikdə 58167,04 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 116 ədəd yol vərəqəsi ilə gediş üzrə 278955 ton (brutto), gəliş üzrə 204702 ton (brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Həmin sahədə təqsirkar şəxslər saxta marşrutlar əsasında yanacaq və yağ məhsulunu götürərək müvafiq dəyərdə "xxxx" QSC-yə ziyan vurmuşlar. Həmçinin o, ifadəsində göstərmişdir ki, tərəfindən yoxlama aparıldığı zaman boşdayanma hallarına görə qatarların sərf etdiyi yanacaq və yağın həcmi nəzərə alınmışdır. Belə ki, Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli teplovozların yanacaq norma göstəricilərinə əsasən TE-33A seriyalı magistral teplovozları üçün Gəncə-Böyük kəsik sahəsi, Gəncə-Ucar sahəsi və Ucar-Hacıqabul sahələri üzrə tək və cüt istiqamətlər üzrə daşınması həyata keçirilən yük çəkisinə uyğun olaraq yanacaq norma əmsalı, boş dayanma və manevr zamanı yanacaq məsrəfi əmsalı müəyyən edilmişdir. Qeyd etdiyi norma göstəriciləri faktiki olaraq icra edilmiş marşrutlara aid olmuşdur. Yoxlama apardığı Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə TE-33A seriyalı magistral teplovozlarının hərəkətlərinə dair tərtib edilmiş saxta marşrut və tələbnamələr əsasında yanacaq və yağ götürülərək bu və ya digər formada mənimsənilmişdir. Həmin saxta sənədlər əsasında götürülmüş yanacaq və yağın boş dayanma və manevr halında sərf edilməsi mümkün olmamışdır, çünki həmin sənədlər əsasında marşrutlar faktiki olaraq icra edilməmişdir. İcra edilməmiş marşrutlar üzrə isə həmin sənədlərdə qeyd edilmiş çəkidə yanacaq və yağın boş dayanma və manevr hallarına sərfiyyatı qeyri-mümkündür. Verilən suallara cavab olaraq bildirmişdir ki, yoxlama apararkən Təqsirləndirilən şəxs izahatına əsaslanmışdır. Təqsirləndirilən şəxs izahat verərkən etiraf etmişdir ki, xəstəsi olduğu üçün saxtakarlıq edərək artıq maşrutlar yazmışdır. Teplovoz nasaz olduğu vaxt və hərəkət etmədən işlədiyi hallarda yanacaq sərfiyyatında artma ola bilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2003-cü ildən "xxxx" QSC-də işləmiş, 2003-cü ildən 2017-ci ilədək cəmiyyətin Salyan deposunda çilingər vəzifəsində, 2017-ci ildən hazırki dövrə qədər isə Salyan deposunda maşinist köməkçisi vəzifəsində işləmişdir. 2022-ci ilin yanvar ayında Salyan deposundan maşinistlər - Təqsirləndirilən şəxs, Rəfayıl Cəfərov və Kamal Əliyev, maşinist köməkçilərindən isə Sübhan, Rəşad Əsgərov, Seyfi, Qurban və digərləri T33A0299 nömrəli lokomotivin idarə edilməsi üzrə Ucar rayonuna ezam olunmuşdur. Dəqiq xatırlamadığı tarixdə maşinist köməkçisi Sübhan məzuniyyətə çıxdığı üçün o, 1 aylıq dövr üzrə Sübhanı ezamiyyətdə əvəz etmişdir. 2023-cü ilin yay aylarında Salyan deposunun rəis müavini Rabil bildirmədiyi səbəbdən ona təxminən 230 manat məbləğində artıq əmək haqqı ödənildiyini, həmin məbləği də geri ödəməli olduğunu demiş, o isə maddi imkanının olmadığını bildirərək həmin məbləği ödəyə bilməyəcəyini demiş və məbləği ödəməmişdir. Ona ödənilmiş əmək haqqı məbləği heç vaxt stabil olmamış, əmək haqqı iş saatından, getdiyi məsafədən və digər hallardan asılı olmuş, bu baxımdan ona hər hansı səbəbdən artıq əmək haqqı ödənilmişdirsə bunu hiss etməmişdir. Artıq yazılmış pulu hissə-hissə ödəmək istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2020-ci ildən "xxxx" QSC-də işləmiş, həmin vaxtdan təxminən 2022-ci ilə qədər cəmiyyətin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsində maşinist köməkçisi, təxminən 2022-ci ildən isə həmin sahədə Ucar dövriyyə məntəqəsinin depo növbətçisi vəzifəsində işləmişdir. Sahədə depo növbətçisi vəzifəsində işlədiyi dövrdə işi teplovozun təhvili və qəbulundan, o cümlədən teplovoz briqadasının sənədlərinin yoxlanılmasından ibarət olmuşdur. Belə ki, briqada üzvləri müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi yoxlayaraq həmin vərəqəni briqada üzvünə təhvil vermişdir. Daha sonra briqada üzvləri həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra briqada üzvü həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi yenə də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra maşinist lokomotivi depodan qəbul etmişdir. Lokomotiv sahəyə qayıtdıqda da depo növbətçisi müvafiq marşrut vərəqəsini yenə də yoxlayaraq imzalamış və möhürləmişdir. Qeyd etdiyi formada depo növbətçisi işlədiyi dövr ərzində vəzifəsini müvafiq formada icra etmişdir. Məntəqədə ondan başqa 4 daha depo növbətçisi olmuş, depo növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdir. Belə ki, bir depo növbətçisi hər gün səhər saat 08:00-dan axşam saat 20:00-dək, digəri isə axşam saat 20:00-dan səhər saat 08:00-dək növbədə olmuşdur. Marşrut vərəqələrdən bəzilərində, daha dəqiq növbədə olduğu tarixlər üzrə vərəqələrdə imzalar icra etmiş və növbədə olduğu tarixdə depo növbətçisi kimi möhür əksi vurmuşdur. Həmin imzaları icra etməyi və möhür əksi vurmağının səbəbi qatarların yola salınması və təhvili ilə əlaqədar olmuşdur. Həmin tarixlər üzrə növbədə olduğu zaman operator ona zəng edərək vərəqələrdə qeyd edilmiş teplovozun işə çıxmalı olduğunu demiş, o da bunun əsasında teplovozu qrafik üzrə idarə etməli briqadaya, o cümlədən müvafiq yola salınma barədə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin dispetçerinə məlumat vermişdir. Daha sonra maşinistin təqdim etdiyi marşrut vərəqəsində tarix, maşinist və maşinist köməkçisinin adı, lokomotivin kodu və nömrəsinin yazılıb-yazılmadığını, briqada üzvlərinin həkim müayinəsindən keçməsinə dair həkimin möhürünün vərəqədə olub-olmadığını yoxlamış, uyğunsuzluq olmadığı təqdirdə depo növbətçisi kimi vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomitiv təhvil verildiyi zaman da eyni qaydada marşrut vərəqəsini yoxlamış, vərəqədə imza icra etmiş və möhür əksi vurmuşdur. Lokomotiv yola salınan zaman marşrut vərəqəsində hər hansı marşrut yazılmamışdır. Lokomotiv təhvil verilən zaman isə vərəqədəki məlumatları qatarların hərəkət qrafiki ilə yoxlamalı olduğunu vəzifəsi hesab etməmiş, bu onun vəzifəsinə aid olmamışdır. Bu səbəbdən lokomotivi təhvil aldığı zaman da marşrut vərəqəsindəki marşrutların düzgün olub-olmadığını yoxlamamışdır. Təqsirləndirilən şəxslə hər hansı sövdələşməsi olmamış, həmin şəxslə birlikdə hansısa sənədi saxtalaşdırmamış, yaxud digər qanunsuz əməl törətməmişdir. Təqsirləndirilən şəxs işini o, bilə bilməz, Aqşin də onun işini bilə bilməz. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2015-ci ildən "xxxx" QSC-də işləmiş, 2015-ci ildən 2017-ci ilədək cəmiyyətin Salyan deposunda çilingər, 2017-ci ildən 2023-cü ilin sentyabr ayına qədər maşinist köməkçisi vəzifəsində işləmiş, 2023-cü ilin sentyabr ayından hazırki dövrə qədər isə Salyan deposunda maşinist vəzifəsində işləmişdir. 2022-ci ildə Salyan deposundan maşinist Təqsirləndirilən şəxs T33A0299 nömrəli lokomotivin idarə edilməsi üzrə Ucar rayonuna ezam olunmuş, 2022-ci ilin aprel ayında həmin lokomotiv üzrə maşinist köməkçisi kimi o da müvafiq yerə ezam olunmuşdur. Həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürülmüşdür. Həmin dövr ərzində Yevlax, Ucar, Hacıqabul təminat məntəqələrindən yanacaq və yağ götürdükləri hallar olmuşdur. Köməkçi kimi təhvil aldığı lokomotivdə marşrutun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmadığını o yoxlamış, yanacaq və yağa zərurət olduğu zaman da bu barədə maşinistə məlumat vermişdir. Yanacaq və yağın götürülməsini maşinist özü həyata keçirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aylıq əmək haqqı 1100, 1200, ezamiyyəti ilə birlikdə 1300 manat almışdır. 2023-cü ilin təxminən avqust ayında Salyan deposundan zəng edərək Bakı şəhərində yerləşən Audit idarəsinə getməyi tapşırmış, o da həmin zaman göstərilən idarəyə getmiş, həmin idarədə ona 700 manat artıq əmək haqqı ödənildiyi bildirilmiş, buna səbəbin isə saxta marşrutlar yazılması olduğunu demişdir. O da həmin məbləğdən 500 manatı ödəmiş, 200 manat isə ödənilməmiş qalmışdır. Ayda 40, bəzən də 70 manat artıq əmək haqqı yazılmışdır. Yanacaq vaqonların sayının artıq olması və artıq işləməsi səbəbindən normadan artıq yandırılma halları olmuşdur. Səhv edib marşurut tərtib etdiklərini başa düşür. Hazırda özü maşinistdir. Artıq yandırma hallarının bir çox səbəbləri ola bilər. Hətda külək səbəbi ilə normadan artıq yandırma da ola bilər. Ona görə də indi artıq yandırma halları olduğu təqdirdə bu barədə sənəd tərtib edirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2013-cü ildən "xxxx" QSC-nin Yük daşıma departamentinin Ucar stansiyasının post növbətçisi vəzifəsində işləmişdir. Stansiyada ondan başqa daha 4 növbətçi olmuş, post növbətçisi hər gün saat 08:00-dan 20:00-a kimi işdə olmuş və gün növbəli qaydada işləmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, post növbətçisi hər gün səhər saat 08:00-dan axşam möhür əksi ilə möhürlənərək maşinistə verilməsi, qatarın stansiyada dayandırılması üçün başmağın qatarın altına yerləşdirilməsi, stansiya növbətçisindən əlavə xəbərdarlıqların götürülməsi və digər səbəblərdən xidməti otağını tərk etmək məcburiyyətində olmuşdur. Post növbətçisinin xidməti otağı və möhürün saxlandığı rəf mühafizəsiz olmuş, işlədiyi stansiya tərəfindən həmin mühafizə təşkil edilməmişdir. Bu səbəbdən otağı tərk etdiyi zaman möhür də açıq rəfdə qalmışdır. Ola bilər ki, möhür otaqda olmadığı zamanlarda kimsə tərəfindən götürülərək həmin vərəqələrə vurulmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid10 və Şahid11 oxşar məzmunlu ifadə verməklə digər Şahid9 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, 2017-ci ildən "xxxx" QSC-nin Təchizat departamentinin Yanacaq və X9 edilməsi Departamentinin Ucar təminat məntəqəsində briqadir vəzifəsində işləmişdir. İşlədiyi məntəqədə briqadirdən başqa 5 nəfər süzücü-tökücü vəzifəsində işləyən şəxs olmuş, məntəqənin rəisi vəzifəsində İldırım Məmmədov işləmişdir. Briqadir kimi əsas vəzifəsi lokomotivə yanacaq və yağın doldurulmasından ibarət olmuşdur. Lokomotivin yanacaq və ya yağla təmin olunması zərurəti yarandıqda stansiya növbətçisi bu barədə briqadirə yaxud növbətçi süzücü-tökücüyə lokomotivin yanacaq və ya yağla təmin olunması üçün təminat məntəqəsinə gəldiyini xidməti telefon vasitəsilə bildirmiş, həmin zaman briqadir yaxud növbədə olan süzücü-tökücü məntəqədəki xidməti otaqda olmuşdur. Bundan sonra lokomotiv məntəqəyə daxil olmuş, maşinist tələbnamə və marşrut vərəqəsini briqadirə yaxud növbətçi süzücü-tökücüyə təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, yanacağı teplovozun çənindən çıxarmaq mümkün deyil. Yanacağın hara və necə istifadə olunmasını bilmir. Tələbnamənin saxta olub-olmamasını da bilə bilməz. Yol vərəqəsi maşinistin özündə olur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid13, Şahid14, Şahid15 oxşar məzmunlu ifadə verməklə digər Şahid12 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Yük daşımalar Departamentinin Gəncə lokomotivlərin istismarı deposunda maşinist təlimatçısı vəzifəsində işləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Vətən müharibəsində iştirak etmişdir. Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır. 2022-ci ilin sonu və 2023-cü ilin əvvəllərində Gəncə-Ucar sahəsində teplovozlar işləmişdir. Həmin sahədə işləyən maşinistlər məsafə uzaq olduğu üçün diskləri Yevlax stansiyasına qoymuşlar, onlar da oradan diski götürərək kompüterin yaddaşına yükləmişlər. Həmin məlumatlar hazırda onun kompüterinin yaddaşında durur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Biləcəri lokomotivlərin təmiri deposunun rəisi vəzifəsində işləyir. Verilən suallara cavab olaraq bildirmişdir ki, kompressorun dizel yanacağına heç bir aidiyyəti yoxdur, lokomotivi hava ilə təmin etmək üçündür. "xxxx" QSC-nin bütün lokomativləri Biləcəri lokomotivində təmir olunurlar. Lokomotivlər TU 152-də olan qeydlərə uyğun təmir olunur, qeydləri maşinist aparır. Lokomotivlər təmir olunmadan xəttə çıxmırlar. Təqsirləndirilən şəxs ona zəng vurmasını xatırlamır. Teplovozları təmir edərkən onlar bu barədə hər hansı qeydiyyat aparmırlar. “Tu 152” teplovozun özündə olur. Maşinist teplovozu yoxlayır təhvil alır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" QSC-nin sədr müavini Vüsal Aslanov məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq verdiyi məlumatda göstərilmişdir ki, “2022 və 2023-cü illər ərzində tərtib edilmiş T33A0299 nömrəli lokomotivin “TU-152” qeydiyyat uçot kitabı lokomotivlərin maşinistləri tərəfindən tərtib edilir və həmin jurnalların bitməsindən sonra saxlanılmasına dair tələb olmaması səbəbindən onların arxivləşdirilməsi həyata keçirilmir”. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin İ cildinin 1-2-ci vərəqlərində olan istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyevin “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, ********* №-li cinayət işinin materiallarından "xxxx" QSC-nin Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələrinin vəzifəli şəxslərinin etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətmələri faktı üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması və icraatına qəbul edilərək ibtidai istintaqın davam etdirilməsi, ********* nömrəli cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsilləri (surətləri) ayrılıb ********* nömrəli cinayət işinə əlavə edilməsi qərara almışdır. Cinayət işinin İ cildinin 4-5 vərəqlərində olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, "xxxx" QSC-nin müraciəti əsasında toplanmış 02/2-291c-23 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin İ cildinin 6-cı vərəqində olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyevin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi icraatına qəbul edilmişdir. Cinayət işinin İ cildinin 8-19-cu vərəqlərində olan "xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələrinin fəaliyyətinə dair xx.xx.2021-xx.xx.2023-cü illər üzrə aparılmış yoxlama nəticəsinə dair tərtib edilmiş 09 avqust 2023-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, rəsmi sənədlər saxtlaşdırılmaqla vəzifəli şəxslər tərəfindən "xxxx" QSC-nin Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 58167,04 manat məbləğində ziyan vurulmuşdur. Belə ki, müvafiq sahə üzrə yoxlanılan dövrdə Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Ucar-Yevlax-Ucar, Yevlax- Ucar-Yevlax, Ucar-Hacıqabul-Ucar, Ucar-Başələt-Ucar və digər marşrut üzrə yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU-30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 116 ədəd yol vərəqəsində dizel yanacağı 59926 kq dəyəri 50760,83 manat,dizel yağı 1797,78 kq dəyəri 3019,61 manat, maşinistin əmək haqqı 2273,96 manat, maşinist köməkçisinin əmək haqqı 2112,64 manat olmaqla, ümumilikdə 58167,04 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 116 ədəd yol vərəqəsi ilə gediş üzrə 278955 ton (brutto), gəliş üzrə 204702 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Həmçinin həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, qatarların hərəkət qrafikində olmayan Ucar-Hacıqabul-Ucar və Ucar-Yevlax-Ucar istiqamətləri üzrə marşrutları üzrə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 399 kq dizel 339,15 manat və 11,97 kq dizel yağı 19,35 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 425 kq dizel 361,25 manat və 12,75 kq dizel yağı 20,61 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 193 nömrəli tələbnaməyə əsasən 1573 kq dizel 1337,05 manat və 47,19 kq dizel yağı 76,29 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 200 nömrəli tələbnaməyə əsasən 415 kq dizel 352,75 manat və 12,45 kq dizel yağı 20,13 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 212 nömrəli tələbnaməyə əsasən 1487 kq dizel 1263,95 manat və 44,61 kq dizel yağı 72,12 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 218 nömrəli tələbnaməyə əsasən 257 kq dizel 218,45 manat və 7,71 dizel yağı 12,46 manat, xx.xx.2022-ci il tarixli 06 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 223 nömrəli tələbnaməyə əsasən 258 kq dizel 219,30 manat və 7,74 kq dizel yağı 12,51 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 211 kq dizel 179,35 manat və 6,33 kq dizel yağı 10,23 manat, xx.xx.2022-ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə 403 kq dizel 342,55 manat və 12,09 kq dizel yağı 19,54 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 319 kq dizel 271,15 manat və 9,57 kq dizel yağı 15,47 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 259 kq dizel 220,15 manat və 7,77 dizel yağı 12,56 manat, xx.xx.2022-ci il tarixli 15 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 229 nömrəli tələbnaməyə əsasən 1565 kq dizel 1330,25 manat və 46,95 kq dizel yağı 75,90 manat, xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə 397 kq dizel 337,45 manat və 11,91 kq dizel yağı 19,25 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 574 kq dizel 487,90 manat və 17,22 kq dizel yağı 27,84 manat, xx.xx.2022-ci il tarixli 24 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 287 nömrəli tələbnaməyə əsasən 1134 kq dizel 963,90 manat və 34,02 kq dizel yağı 55 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 256 kq dizel 217,60 manat və 7,68 kq dizel yağı 12,42 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 420 kq dizel 357 manat və 12,60 kq dizel yağı 20,37 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 249 kq dizel 211,65 manat və 7,47 kq dizel yağı 12,08 manat, xx.xx.2022-ci il tarixli 10 nömrəli marşrut vərəqəsi üzrə 310 kq dizel 263,50 manat və 9,30 kq dizel yağı 15,03 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 297 nömrəli tələbnaməyə əsasən 919 kq dizel 781,15 manat və 27,57 kq dizel yağı 44,57 manat, xx.xx.2022-ci il tarixli 12 nömrəli marşrut vərəqəsi üzrə 392 kq dizel 333,20 manat və 11,76 kq dizel yağı 19,01 manat, xx.xx.2022-ci il tarixli 13 nömrəli marşrut vərəqəsi üzrə 1059 kq dizel 900,15 manat və 31,77 kq dizel yağı 51,36 manat, xx.xx.2022-ci il tarixli 14 nömrəli marşrut vərəqəsi üzrə 355 kq dizel 301,75 manat və 10,65 kq dizel yağı 17,22 manat,xx.xx.2022-ci il tarixli 19 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 315 nömrəli tələbnaməyə əsasən 433 kq dizel 368,05 manat və 12,99 kq dizel yağı 21 manat, xx.xx.2022-ci il tarixli 20 nömrəli marşrut üzrə eyni tarixli 316 nömrəli tələbnaməyə əsasən 406 kq dizel 345,10 manat və 12,18 kq dizel yağı 19,69 manat, xx.xx.2022-ci il tarixli 21 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 317 nömrəli tələbnaməyə əsasən 253 kq dizel 215,05 manat və 7,59 kq dizel yağı 12,27 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə 282 kq dizel 239,70 manat və 8,46 kq dizel yağı 13,68 manat, xx.xx.2022-ci il tarixli 28 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnaməyə əsasən 400 kq dizel 340 manat və 12 kq dizel yağı 19,40 manat, xx.xx.2022-ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 446 nömrəli tələbnaməyə əsasən 307 kq dizel 259,11 manat və 9,21 kq dizel yağı 14,89 manat, xx.xx.2022-ci il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 455 nömrəli tələbnaməyə əsasən 1081 kq dizel 912,36 manat və 32,43 kq dizel yağı 52,43 manat, xx.xx.2022-ci il tarixli 26 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 468 nömrəli tələbnaməyə əsasən 1387 kq dizel 1170,63 manat və 41,61 kq dizel yağı 67,27 manat, xx.xx.2022-ci il tarixli 01 nömrəli marşrut vərəqəsi üzrə 445 kq dizel 375,58 manat və 13,35 kq dizel yağı 21,58 manat, xx.xx.2022-ci il tarixli 07 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 518 nömrəli tələbnaməyə əsasən 421 kq dizel 355,32 manat və 12,63 kq dizel yağı 20,42 manat, xx.xx.2022-ci il tarixli 11 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 529 nömrəli tələbnaməyə əsasən 1210 kq dizel 1021,24 manat və 36,30 kq dizel yağı 58,68 manat, xx.xx.2022-ci il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə 304 kq dizel 256,58 manat və 9,12 kq dizel yağı 14,74 manat, xx.xx.2022-ci il tarixli 09 nömrəli marşrut vərəqəsi üzrə 1098 kq dizel 926,71 manat və 32,94 kq dizel yağı 52,35 manat, xx.xx.2022-ci il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2022-ci il tarixli 559 nömrəli tələbnaməyə əsasən 630 kq dizel 531,72 manat və 18,9 kq dizel yağı 30,55 manat, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqəsi üzrə 426 kq dizel 359,54 manat və 12,78 kq dizel yağı 20,66 manat, xx.xx.2022ci il tarixli 18 nömrəli marşrut vərəqəsi üzrə 550 kq dizel 464,20 manat və 16,50 kq dizel yağı 26,67 manat, xx.xx.2022-ci il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə 1153 kq dizel 973,13 manat və 34,59 kq dizel yağı 55,92 manat, xx.xx.2022-ci il tarixli 29 nömrəli marşrut vərəqəsi üzrə 1160 kq dizel 979,04 manat və 34,80 kq dizel yağı 56,26 manat, xx.xx.2022-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 1149 kq dizel 969,76 manat və 34,47 kq dizel yağı 55,72 manat, xx.xx.2023-cü il tarixli 23 nömrəli marşrut vərəqəsi üzrə 762 kq dizel 643,13 manat və 22,86 kq dizel yağı 36,96 manat, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqəsi üzrə 393 kq dizel 331,69 manat və 11,79 kq dizel yağı 32,75 manat, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 694 nömrəli tələbnaməyə əsasən 263 kq dizel 221,97 manat və 7,89 kq dizel yağı 21,91 manat, xx.xx.2023-cü il tarixli 16 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 715 nömrəli tələbnaməyə əsasən 949 kq dizel 800,96 manat və 28,47 kq dizel yağı 79,07 manat, xx.xx.2023-cü il tarixli 22 nömrəli marşrut vərəqəsi üzrə xx.xx.2023-cü il tarixli 728 tələbnaməyə əsasən 961 kq dizel 811,08 manat və 28,83 kq dizel yağının 80,07 manat olmaqla, cəmi 25.462,25 manat dəyərində 30059 kq çəkidə dizel yanacağı və 1546,26 manat dəyərində 901,77 kq çəkidə dizel yağı götürülmüşdür. Cinayət işinin İ cildinin 141-142-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 143-149-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/8789- 9/8790 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iş materiallarına əsasən "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində götürülmüş dizel yanacağının və dizel yağının miqdarının aşağıda qeyd edilən miqdarda olduğu müəyyən edilir: İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 97 ədəd “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)” üzrə dizel yanacağı 224886 kq, dizel yağı 6745.98 kq, 2. Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 85 ədəd yol vərəqəsində dizel yanacağı 21139 kq, dizel yağı 634.17 kq, bundan əlavə qismən 130 ədəd yol vərəqəsində dizel yanacağı 25012 kq, dizel yağı 750.36 kq, 3. Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 116 ədəd yol vərəqəsində dizel yanacağı 59926 kq, dizel yağı 1797.78 kq. Tədqiqat iş materiallarında olan məlumatlara əsasən nəzəri qaydada aparılır. Bir ton dizel yanacağının kütləsi təxminən 0.850 ton, bir ton dizel yağının kütləsi təxminən 0.930 kq təşkil edir. Tərkibindən və temperaturdan asılı olaraq yanacağın kütləsi artır və azalır. Qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən yanacaq doldurma məntəqələrində, yanacaq (mühərrik, sürətlər qutusu yağı və sair) satışı mağazalarında və eləcə də mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda və iş materialda qeyd edilən, "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində götürülmüş dizel yanacağının və dizel yağının orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: 1. İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 97 ədəd “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi) üzrə dizel yanacağı təxminən- 264548 (224866 kq: 0.850 litr) litr x 0.80 manat=211638.40 manat, dizel yağı təxminən- 7254 (6745.98 kq:0.930 litr) litr x 2 manat=14508 manat, 2. Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 85 ədəd yol vərəqəsində dizel yanacağı 24869 (21139 kq:0.850 litr) litr x 0.80 manat=19895.20 manat, dizel yağı təxminən 682 (634.17 kq :0.930 kq) litr x 2 manat=1364 manat, Bundan əlavə qismən 130 ədəd yol vərəqəsində dizel yanacağı təxminən 29425 (25012 kq:0.850 litr) litr x 0.80 manat=23540 manat, dizel yağı təxminən 806 (750.36 kq: 0.930 litr) litr x 2 manat=1612 manat, 3. Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 116 ədəd yol vərəqəsində dizel yanacağı 70501 (59926 kq : 0.850 litr) litr x 0.80 manat=56400.80 manat, dizel yağı 1933 (1797.78 kq: 0.930 litr) litr x 2 manat=3866 manat. Məhkəmə-mühasibat ekspertizası ilə qeyd edilmiş yanacaq və yağın götürüldüyü sənədlər əsasında maşinist və maşinist köməkçilərinə Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 12616.43 manat, İmişli magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 9929.62 manat, Salyan magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 4386.60 manat əmək haqqı ödənildiyi müəyyən edilir. Əmtəəşünas ekspertin gəldiyi nəticəyə əsasən "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə yanacaq və yağın əsassız olaraq götürülməsi, habelə əsassız əmək haqqı hesablanması nəticəsində "xxxx" QSC-yə dəymiş ziyan İmişli magistral lokomotivi üzrə 236076.02 manat, Gəncə magistral lokomotivi üzrə 59027.63 manat, Salyan magistral lokomotivi üzrə 64653.40 manatdır. Cinayət işinin İ cildinin 163-167-ci vərəqlərində olan İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyevin 16 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Cinayət işinin İ cildinin 214-220-ci vərəqlərində olan 31 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ********* №-li cinayət işi üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Cinayət işinin İİ cildinin 38-ci vərəqində olan 21 fevral 2024-cü il tarixli İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyevin qərarından görünür ki, ********* №-li cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin İİ cildinin 42-48-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/420-9/550 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli 223 nömrəli, xx.xx.2022-ci il tarixli 189 nömrəli, xx.xx.2022-ci İl tarixli 193 nömrəli, xx.xx.2022-ci il tarixli 200 nömrəli, xx.xx.2022-ci il tarixli 212 nömrəli, xx.xx.2022-ci il tarixli 215 nömrəli, xx.xx.2022-ci il tarixli 218 nömrəli, xx.xx.2022-ci il tarixli 228 nömrəli, xx.xx.2022-ci il tarixli 229 nömrəli, xx.xx.2022-ci il tarixli 287 nömrəli, xx.xx.2022-ci il tarixli 297 nömrəli, xx.xx.2022-ci il tarixli 315 nömrəli, xx.xx.2022-ci il tarixli 314 nömrəli, xx.xx.2022-ci il tarixli 316 nömrəli, xx.xx.2022-ci tarixli 317 nömrəli, xx.xx.2022-ci il tarixli 446 nömrəli, xx.xx.2022-ci il tarixli 455 nömrəli, xx.xx.2022-ci il tarixli 468 nömrəli, xx.xx.2022-ci il tarixli 518 nömrəli, xx.xx.2022-ci il tarixli 529 nömrəli, xx.xx.2022-ci il tarixli 559 nömrəli, xx.xx.2023-cü il tarixli 694 nömrəli, xx.xx.2023-cü il tarixli 715 nömrəli, xx.xx.2023-cü il tarixli 728 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə dizel yanacağı 10864 (92346 kq : 0.850 litr) litr x 0.80 manat=87091.20 manat, dizel yağı 188 (185 kq : 0.930 litr) litr x 2 manat=376 manat, xx.xx.2022-ci il tarixli 225 nömrəli, xx.xx.2022-ci il tarixli 230 nömrəli, xx.xx.2022-ci il tarixli 341 nömrəli, xx.xx.2022-ci il tarixli 343 nömrəli, xx.xx.2022-ci il tarixli 311 nömrəli, xx.xx.2022-ci il tarixli 320 nömrəli, xx.xx.2022-ci il tarixli 346 nömrəli, xx.xx.2022-ci tarixli 407 nömrəli, xx.xx.2022-ci il tarixli 453 nömrəli, xx.xx.2022-ci il tarixli 466 nömrəli, xx.xx.2022-ci il tarixli 533 nömrəli, xx.xx.2022-ci il tarixli 535 nömrəli, xx.xx.2022-ci tarixli 554 nömrəli, xx.xx.2022-ci il tarixli 546 nömrəli, xx.xx.2022-ci il tarixli 373 nömrəli, xx.xx.2022-ci il tarixli 557 nömrəli, xx.xx.2022-ci il tarixli 590 nömrəli, xx.xx.2023-cü tarixli 691 nömrəli, xx.xx.2023-cü il tarixli 693 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə dizel yanacağı 95055 (80797 kq : 0,850 litr) litr x 0,80 manat = 76044 manat, dizel yağı 236,6 (202 kq : 0,930 fitr) litr x 2 manat=473.20, xx.xx.2022-ci il tarixli 331 nömrəli, xx.xx.2022-ci il tarixli 520 nömrəli, xx.xx.2022-ci il tarixli 594 nömrəli, xx.xx.2022-ci il tarixli 617 nömrəli, xx.xx.2023-cü il tarixli 618 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə dizel yanacağı 22855 (19427 kq : 0,850 litr) litr x 0,80 manat = 18284 manat, dizel yağı 74 (69 kq : 0,930 litr) litr x 2,00 manat = 148 manat, təqdim edilmiş xx.xx.2022-ci il tarixli 223 nömrəli, xx.xx.2022-ci il tarixli 189 nömrəli, xx.xx.2022-ci il tarixli 193 nömrəli, xx.xx.2022-ci il tarixli 200 nömrəli, xx.xx.2022-ci il tarixli 212 nömrəli, xx.xx.2022-ci il tarixli 215 nömrəli, xx.xx.2022-ci il tarixli 218 nömrəli, xx.xx.2022-ci il tarixli 228 nömrəli, xx.xx.2022-ci il tarixli 229 nömrəli, xx.xx.2022-ci il tarixli 287 nömrəli, xx.xx.2022-ci il tarixli 297 nömrəli, xx.xx.2022-ci il tarixli 315 nömrəli, xx.xx.2022-ci il tarixli 314 nömrəli, xx.xx.2022-ci il tarixli 316 nömrəli, xx.xx.2022-ci il tarixli 317 nömrəli, xx.xx.2022-ci il tarixli 446 nömrəli, xx.xx.2022-ci il tarixli 455 nömrəli, xx.xx.2022-ci il tarixli 468 nömrəli, xx.xx.2022-ci il tarixli 518 nömrəli, xx.xx.2022-ci il tarixli 529 nömrəli, xx.xx.2022-ci il tarixli 559 nömrəli, xx.xx.2023-cü il tarixli 694 nömrəli, xx.xx.2023-cü il tarixli 715 nömrəli, xx.xx.2023-cü il tarixli 728 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə həmin sənədlər əsasında yanacaq və yağın əsassız olaraq götürülməsi nəticəsində "xxxx" QSC-yə dizel yanacağı üzrə 87091.20 manat, dizel yağı üzrə isə 376,00 manat məbləğində ziyan vurulmuşdur. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli 225 nömrəli, xx.xx.2022-ci il tarixli 230 nömrəli, xx.xx.2022-ci il tarixli 341 nömrəli, xx.xx.2022-ci il tarixli 343 nömrəli, xx.xx.2022ci il tarixli 311 nömrəli, xx.xx.2022-ci il tarixli 320 nömrəli, xx.xx.2022-ci il tarixli 346 nömrəli, xx.xx.2022-ci il tarixli 407 nömrəli, xx.xx.2022-ci il tarixli 453 nömrəli, xx.xx.2022ci il tarixli 466 nömrəli, xx.xx.2022-ci il tarixli 533 nömrəli, xx.xx.2022-ci il tarixli 530 nömrəli, xx.xx.2022-ci il tarixli 554 nömrəli, xx.xx.2022-ci il tarixli 546 nömrəli, xx.xx.2022ci il tarixli 373 nömrəli, xx.xx.2022-ci il tarixli 557 nömrəli, xx.xx.2022-ci il tarixli 590 nömrəli, xx.xx.2023-cü il tarixli 691 nömrəli, xx.xx.2023-cü il tarixli 693 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə həmin sənədlər əsasında yanacaq və yağın əsassız olaraq götürülməsi nəticəsində "xxxx" QSCyə dizel yanacağı üzrə 76044 manat, dizel yağı üzrə isə 473,20 manat məbləğində ziyan vurulmuşdur. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli 331 nömrəli, xx.xx.2022-ci il tarixli 520 nömrəli, xx.xx.2022-ci il tarixli 594 nömrəli, xx.xx.2022-ci il tarixli 617 nömrəli, xx.xx.2023cü il tarixli 618 nömrəli tələbnamələrə əsasən xx.xx.2022-ci tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə həmin sənədlər əsasında yanacaq və yağın əsassız olaraq götürülməsi nəticəsində "Azərbaycan Dəmir Yolları” QSC-yə dizel yanacağı üzrə 18284 manat dizel yağı üzrə isə 148 manat məbləğində ziyan vurulmuşdur. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 51 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 92 nömrəli, xx.xx.2022-ci il tarixli 38 nömrəli, xx.xx.2022-ci il tarixli 33 nömrəli, xx.xx.2022-ci il tarixli 35 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 65 nömrəli, xx.xx.2022-ci il tarixli 89 nömrəli, xx.xx.2022-ci il tarixli 89 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 41 nömrəli, xx.xx.2022-ci il tarixli 48 nömrəli, xx.xx.2022-ci il tarixli 60 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 60 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 65 nömrəli, xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 04 nömrəli, xx.xx.2022-ci il tarixli 27 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqələri üzrə həmin vərəqələrdə adları qeyd edilmiş maşinist və maşinist köməkçilərinə ümumilikdə 1514,35 manat məbləğində əmək haqqı hesablanılmış və ödənilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 49 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli marşurut vərəqələri üzrə həmin vərəqələrdə adları qeyd edilmiş maşinist və maşinist köməkçiləri 627.39 manat məbləğində əmək haqqı hesablanılmış və ödənilmişdir. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 30 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli marşrut vərəqələri üzrə həmin vərəqələrdə adları qeyd edilmiş maşinist və maşinist köməkçilərinə ümumilikdə 2147,36 manat məbləğində əmək haqqı hesablanılmış və ödənilmişdir. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqəsi üzrə həmin vərəqədə adları qeyd edilmiş maşinist və maşinist köməkçisinə ümumilikdə 42,95 manat məbləğində əmək haqqı hesablanılmış və ödənilmişdir. Cinayət işinin İİ cildinin 51-54-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2024-cü il tarixli, 4/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 223 nömrəli, xx.xx.2022-ci il tarixli 193 nömrəli, xx.xx.2022-ci il tarixli 200 nömrəli, xx.xx.2022-si il tarixli 212 nömrəli, xx.xx.2022-ci il tarixli 229 nömrəli, xx.xx.2022-ci il tarixli 287 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 297 nömrəli, xx.xx.2022 "9 tarixli 315 nömrəli, xx.xx.2022-ci il tarixli 316 nömrəli, xx.xx.2022-ci il tarixli 310 nömrəli, xx.xx.2022-ci il tarixli 446 nömrəli, xx.xx.2022-ci il tarixli 455 nömrəli, xx.xx.2022-ci il tarixli 468 nömrəli, xx.xx.2022-ci il tarixli 518 nömrəli, xx.xx.2022-ci il tarixli 529 nömrəli, xx.xx.2022-ci il tarixli 559 nömrəli, xx.xx.2023-cü il tarixli 694 nömrəli, xx.xx.2023-cü il tarixli 715 nömrəli, xx.xx.2023-cü il tarixli 728 nömrəli, xx.xx.2022-ci il tarixli 331 nömrəli tələbnamələrdə “aldı” qrafasındakı imzalar və xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 21 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 07 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 09 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 22 nömrəli, xx.xx.2022-ci il tarixli 65 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 16 nömrəli, xx.xx.2023-cü il tarixli 22 nömrəli, xx.xx.2023-cü il tarixli 23 nömrəli marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. 1.2.Ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 225 nömrəli, xx.xx.2022-ci il tarixli 228 nömrəli, xx.xx.2022ci il tarixli 230 nömrəli, xx.xx.2022-ci il tarixli 341 nömrəli, xx.xx.2022-ci il tarixli 343 nömrəli, xx.xx.2022-ci il tarixli 311 nömrəli, xx.xx.2022-ci il tarixli 320 nömrəli, xx.xx.2022-ci il tarixli 346 nömrəli, xx.xx.2022-ci il tarixli 407 nömrəli, xx.xx.2022-ci il tarixli 453 nömrəli, xx.xx.2022-ci il tarixli 466 nömrəli, xx.xx.2022-ci il tarixli 533 nömrəli, xx.xx.2022-ci il tarixli 535 nömrəli, xx.xx.2022-ci il tarixli 554 nömrəli, xx.xx.2022-ci il tarixli 546 nömrəli, xx.xx.2022-ci il tarixli 373 nömrəli, xx.xx.2022-ci il tarixli 557 nömrəli, xx.xx.2022-ci il tarixli 590 nömrəli, xx.xx.2023-cü il tarixli 691 nömrəli, xx.xx.2023-cü il tarixli 693 nömrəli tələbnamələrdə “aldı” qrafasındakı imzalar və xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 38 nömrəli, xx.xx.2022-ci il tarixli 33 nömrəli, xx.xx.2022-ci il tarixli 35 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 65 nömrəli, xx.xx.2022-si il tarixli 89 nömrəli, xx.xx.2022-ci il tarixli 18 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 16 nömrəli, xx.xx.2022-ci il tarixli 24 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il 48 nömrəli, xx.xx.2022-ci il tarixli 60 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 27 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 11 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 20 nömrəli, xx.xx.2022-ci il tarixli 60 nömrəli, xx.xx.2022-ci il tarixli 26 nömrəli, xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 05 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2023-cü il tarixli 04 nömrəli, xx.xx.2022-ci il tarixli 27 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar-X11 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 31 nömrəli, xx.xx.2022-ci il tarixli 75 nömrəli, xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 25 nömrəli, xx.xx.2022-ci il tarixli 06 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar - X13 tərəfindən icra olunmuşdur. 2.1.Ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 189 nömrəli, xx.xx.2022-ci il tarixli 215 nömrəli, xx.xx.2022-ci il tarixli 218 nömrəli, xx.xx.2022-ci il tarixli 314 nömrəli tələbnamələrdə “aldı” qrafasındakı imzalar və xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 10 nömrəli, xx.xx.2022-ci il tarixli 15 nömrəli, xx.xx.2022-ci il tarixli 12 nömrəli, xx.xx.2022-ci il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 19 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2022-ci il tarixli 23 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.2. Ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 92 nömrəli, xx.xx.2022-ci il tarixli 51 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 41 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar - X11 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. 2.3. Ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli 520 nömrəli, xx.xx.2022-ci il tarixli 594 nömrəli, xx.xx.2022-ci il tarixli 617 nömrəli, xx.xx.2023-cü il tarixli 618 nömrəli tələbnamələrdə “aldı” qrafasındakı imzalar və xx.xx.2022-ci il tarixli 08 nömrəli, xx.xx.2022-ci il tarixli 85 nömrəli, xx.xx.2022-ci il tarixli 17 nömrəli, xx.xx.2022-ci il tarixli 55 nömrəli, xx.xx.2022-ci il tarixli 28 nömrəli, xx.xx.2022-ci il tarixli 29 nömrəli, xx.xx.2022-ci il tarixli 45 nömrəli, xx.xx.2022-ci il tarixli 03 nömrəli, xx.xx.2022-ci il tarixli 50 nömrəli, xx.xx.2022-ci il tarixli 30 nömrəli, xx.xx.2023-cü il tarixli 05 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli marşrut vərəqələrində “maşinistin imzası” qrafasındakı imzalar - X13 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Cinayət işinin İİ cildinin 117-119-cu il tarixli 04 mart 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, ********* №-li cinayət işinin materiallarından X11 barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilməsi, ********* №-li cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsilləri (surətləri) ayrılıb ********* №-li cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 122-124-cü il tarixli 04 mart 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, ********* №-li cinayət işinin materiallarından X13 barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilməsi, ********* №-li cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsilləri (surətləri) ayrılıb ********* №-li cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 126-128-ci il tarixli 04 mart 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, ********* №-li cinayət işinin materiallarından "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahələrinin vəzifəli şəxslərinin etibar edilmiş özgə əmlakını vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı törətmələri faktı üzrə Azərbaycan Respublikası CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılması və icraatına qəbul edilərək ibtidai istintaq davam etdirilməsi, ********* №-li cinayət işindən əlavə edilmiş siyahıda qeyd edilən sənədlərin əsilləri (surətləri) ayrılıb ********* №-li cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cildinin 142-149-cu vərəqlərində olan 05 mart 2024-cü il tarixli İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emin Vəliyevin “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin İİ cildinin 177-178-ci vərəqlərində olan 05 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinin 187-ci vərəqində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, X1 rayonu, Kürqaraqaşlı kəndində yerləşən 0,1015 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evi X13 (fərdi yaşayış evi və 0.029 ha torpaq sahəsi), X14 (0.0145 ha torpaq sahəsi), X7 (0.0145 ha torpaq sahəsi), X16 (0.0145 ha torpaq sahəsi), X15 (0.0145 ha torpaq sahəsi) və X8 (0.0145 ha torpaq sahəsi) ümumi birgə hüquqi sahibliyindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamıirəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, habelə onlara qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayəthüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin, eləcə də, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri, iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi, yəni öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israfetmə yolu ilə talaması, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsi yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə çıxışlarında dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, və 313-cü maddələri üzrə irəli sürülmüş ittihamın qanuni və əsaslı olmasını bildirsə də, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə dövlət ittihamçısının qeyd edilən məsələ üzrə gəldiyi nəticəni və verdiyi təklifi məhkəmə istintaqında obyektiv araşdırılmış sübutlar əsasında tamamilə qanuni, əsaslı və ədalətli sayır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 84.6.9-1-ci maddəsinə əsasən, dövlət ittihamçısı qismində iştirak edərkən prokuror şəxsə qarşı irəli sürülmüş ittihamla müqayisədə onun əməlinin daha yüngül məsuliyyət nəzərdə tutan cinayət qanununun norması ilə tövsif edilməsini və ya şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndlərin çıxarılmasını təklif etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün tövsif edilməmişdir. Təqsirləndirilən şəxs həmin əməllərinin Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə yanaşı, həm də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma əməli cinayət hesab edilir. Hazırki ittiham üzrə qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətmiş vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs əməli 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğu halda, bununla yanaşı əlavə olaraq onun əməlinin Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 39-cu bəndinə əsasən məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israfetmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-nin 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə törətmiş olduğu israfetmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi üzrə təqsirli bilinməsinə dair hissə ittihamdan xaric edilməlidir. Bununla da, məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərinin Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməsi hissəsi isə əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərin Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Bu səbəbdən də Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin həmin maddələri ilə tövsif edilməli və Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən həmin maddələr üzrə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanun qüvvəyə mindiyi andan hesablanır. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BPM**********90 saylı mədaxil qəbzininin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 500 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, BPM**********70 saylı mədaxil qəbzininin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-nin hesabına 13500 manat məbləğində pul ödənilmişdir. Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinə əsasən, eyni əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddəsinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən vurulmuş zərərin qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 15% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günü islah işlərinin iki gününə bərabər hesablanmaqla, alınan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə, Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Cəzaların İcrası Məcəlləsinin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Cəzaların İcrası Məcəlləsinin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilməlidir. İş üzrə maddi sübut olan 47 ədəd marşrut vərəqələrinin əslləri və 22 ədəd tələbnamələrin əslləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 15155.87 manat məbləğində pul və mülki iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 135.46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə ekspertiza xərci 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 50 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 300 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, qazancından dövlət nəfinə 15 % tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günü islah işlərinin iki gününə bərabər hesablanmaqla, alınan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı evi axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın əvvəli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3cü maddəsinə əsasən hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı elan olunmuş ittihamdan Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi xaric edilsin. İş üzrə maddi sübut olan 47 ədəd marşrut vərəqələrinin əslləri və 22 ədəd tələbnamələrin əslləri cinayət işinin materiallarında saxlanılsın. Zərər çəkmiş şəxs və mülki iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin, 15155.87 manat məbləğində pul və mülki iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 135.46 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə ekspertiza xərci 427 (dörd yüz iyirmi yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 50 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 300 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar