Məhkəmə qərarları › İş №1(057)-20/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-20/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-20/2023 11.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ 11 yanvar 2023-ci ildə Salyan şəhərində Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, dul, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə təkrarən özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il iyulun 5-də günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 170 manat məzənnəsində 100 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il iyulun 15-də günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 500 manatı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il iyulun 28-də günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 1000 manatı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il avqustun 14-də günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 1000 manatı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il avqustun 29-da günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 1500 manatı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2021-ci ilin avqust ayından etibarən evində yaşamaqla dayə-qulluqçu işlədiyi Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs məxsus pulu oğurlamaq qərarına gəlib 2022-ci il sentyabrın 26-da günorta saatlarında ev sahibinin qonşu otaqda olduğundan istifadə edib sonuncunun özünə məxsus pulları yataq otağında çarpayının yanında saxladığı çantadan 1500 manatı gizli olaraq talayıb zərərçəkmiş şəxsə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 2021-ci ilin avqust ayının sonlarından başlayaraq Əlvanxanımın evində qalıb yaşamaqla hər gün qulluğunda durmuş, paltarların yuyulması, yeməyin hazırlanıb yedizdirilməsi kimi bütün işləri görmüşdür. Hər ay ona 300 manat zəhmət haqqı vermişdir. 2022-ci ilin iyul ayının 5-də günorta saatlarında Əlvanxanımın qonşu otaqların birində olduğundan istifadə edib yataq çarpayısının yanındakı çantanı açıb içərisinə baxdıqda qalın pul qabında xeyli sayda qızıl-zinət əşyaları, iki ədəd ağ rəngli selofan paketin içərisində isə xeyli miqdarda 100 və 200 manatlıq, eləcə də 100 ABŞ dolları əskinaslarından ibarət pul dəstinin olduğunu görüb ilk dəfə həmin pul dəstindən 100 ABŞ dolları götürüb qalan pul və qızılları yerinə qoyub çantanın ağzını bağlamışdır. İyul ayının 15-də növbəti dəfə Əlvanxanımın qonşu otaqlardan birində olduğundan istifadə edib yenidən pul saxladığı çantanı açıb bu dəfə pul dəstindən 500 manat iyul ayının 28-də 1000 manat, avqust ayının 14-də yenidən 1000 manat, avqust ayının 29-da 1500 manat oğurlamışdır. Sentyabr ayının 26-da yenidən 1500 manat oğurlamışdır. Törətdiyi əmələ görə peşiman olduğunu, zərərçəkmişə dəymiş ziyanı ödədiyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə göndərdiyi ərizəsində ona dəymiş zərərin ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, hazırda Salyan rayonu Kürqaraqaşlı kəndində tək yaşayır, yaşlı qadındır, övladları öz ailələri ilə ayrı yaşayırlar. 2021-ci ilin avqust ayında ev işlərində ona kömək etmək üçün Salyan şəhər sakini Təqsirləndirilən şəxs ilə aralarında razılıq əldə edilmişdir. Həmin razılığa əsasən hər ay Xədicəyə 300 manat pul vermişdir. Xədicə çox vaxt onun evimdə yaşamışdır, bəzən öz işləri ilə əlaqədar gündüz bir neçə saatlıq gedib-qayıdırmış. Yataq otağındakı çarpayının yanında qəhvəyi rəngli çantada özünə məxsus pul və qızıl-zinət əşyaları saxlayırmış və bunu Xədicə bilirmiş. Onun Xədicədən gizlin digər saxlanc yeri olmamışdır, çünki Xədicəyə inanmış və etibar etmişdir. Həmin çantada aldığı təqaüddən illər ərzində topladığı təxminən 10000 manata yaxın pul olmuşdur, pullar həm manat ilə, həm də ABŞ dolları ilə olmuşdur. Oktyabr ayının 12-də səhər saatlarında evdə tək olduğu zaman çantada olan pulları saymağa başlamış və bu zaman məlum olmuş ki, pulundan ümumilikdə 5500 manat və 100 ABŞ dolları çatışmır. Son bir neçə ayda Xədicədən başqa onun evinə heç kim gəlib-getməmişdir və özü də heç kimə pul verməmişdir. Bu səbəbdən düşünmüş ki, pulu yalnız Xədicə götürə bilərmiş. Bir azdan Xədicə gəlib onu aynabənddəki divanda oturub pul saydığını görmüşdür. O, Xədicəyə bildirmiş ki, əlindəki çantada olan puldan 5500 manat və 100 ABŞ dolları çatışmır və əlavə etmişdir ki, əgər pulu götürübsə gətirib qaytarsın, heç kimə şikayət etməyəcəkdir. Lakin Xədicə and-aman edib çantada olan puldan xəbəri olmadığını bildirmişdir. Belə olan o, öz övladlarına zəng edib yanına gəlmələrini istəmişdir. Bir azdan övladları gəldikdə onlara danışmış ki, evinə Xədicədən başqa heç kim gəlib-getməyib, pul çantasından pul götürülüb, Xədicə isə bundan xəbəri olmadığını deyir. Övladları da onun yanında Xədicə ilə söhbət edib əgər pulu götürübsə qaytarmağını istəyib şikayət etmək istəmədiklərini bildirmişlər. Lakin Xədicə bu dəfə də bildirmiş ki, çantada pul olduğunu bilməmişdir və pul götürməmişdir. Belə olan halda məcbur olub Salyan rayon polis şöbəsinə müraciət etmişlər və bir azdan polis əməkdaşları gəldikdə ərizə yazıb izahat verərək evində baş vermiş oğurluqda yalnız Xədicədən şübhələndiyini, Xədicədən başqa evinə kənar heç kimin gəlib-getmədiyini bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Xədicə polis şöbəsində onun evindən ümumilikdə 5500 manat və 100 ABŞ dolları oğurladığını etiraf etmiş, oğurladığı pulun bir hissəsini, yəni 2000 manatı polisə təqdim etmişdir, pulun qalan hissəsini də qaytaracağına söz vermişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, anasının oğurluq etməsindən məlumatı olmamışdır. Belə bir məlumatı olmuş olsaydı buna yol verməzdi. Anası zərərçəkənə dəymiş ziyanı ödəmişdir. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul-sentyabr aylarında qulluqçu-dayə işlədiyi zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurladığı pulun bir hissəsini 2000 manatı könüllü olaraq istintaqa təqdim etmişdir. İşdə olan maddi sübutu tanıma haqqında qərardan və pulun zərərçəkmiş şəxsə qaytarılması barədə qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul-sentyabr aylarında qulluqçu-dayə işlədiyi zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurladığı və könüllü olaraq istintaqa təqdim etdiyi 2000 manat iş üzrə maddi sübut kimi tanınmışdır və zərərçəkmiş şəxsə qaytarılmışdır. İstintaq materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş maddi ziyan tam olaraq ona ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, vurduğu ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan şikayəti və tələbinin olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyəti,cəzasının yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmaması, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Qeyd edilənələr əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinin tələblərinə görə Təqsirləndirilən şəxs cəzasını cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında çəkməsi daha məqsədə uyğundur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona bir il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı dövlət vəsaiti hesabına sərf etdiyi 10 saat vaxt üçün bir iş saatı altı manat olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmün müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün surəti Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar