Məhkəmə qərarları › İş №1(057)-20/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-20/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-20/2025 15.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X18 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin 1(057)-23/2025 saylı 18 mart 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan şəhəri, M.ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(057)-678/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)744/2021 nömrəli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-266/2022 nömrəli qərarı ilə 500,00 manat miqdarında inzibatı cərimə, məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-479/2022 nömrəli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-1150/2021 nömrəli qərarı ilə 500,00 manat miqdarında inzibati cərimə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(057)-667/2024 nömrəli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 4980,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X12 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs (Qızbəst Lətifova) ayrılmaq istəmişdir. Ayrılandan sonra Zərərçəkmiş şəxs (Qızbəst Lətifova) uşaqla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-cı il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Salyan rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanıma göndərilmişdir. Bildirişləri qəbul etsə də, aliment pulunu maddi imkanı kifayət qədər olmadığından ödəyə bilməmişdir. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat miqdarında inzibati cərimə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500,00 manat miqdarında inzibati cərimə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə on beş müddətində inzibati 3 qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməyi tələb olunmuşdur. Həmçinin cinayət işı başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdımatına əsasən cəmi 4980,00 manat alıment borcu yaranmışdır. Qeyd edilən məhkəmə qətnaməsi ilə razıdır, ona görədə qeyd edilən qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət etməmiş, nə də alimentin azaldılması ilə bağlı məhkəməyə müraciət etməmişdir. İşlə bağlı əvvəllər məşğulluq mərkəzinə müraciət etmiş, ona gözləməsi bildirilmişdir. Məşğulluq mərkəzinə təqdim etdiyi nömrə qaynatasının istifadə olduğundan ola bilər ona zəng ediblər amma qayınatası ona deməyib. Çünki qızından ayrılandan sonra onunla münasibəti yoxdur. Barəsində hər hansı cəzanın təyin edilməsinə etiraz etmədiyini, məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edən xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq və qəsdən icra etməməsi aşağıdakı mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, münasibətlərindən xx.xx.2017-ci il təvəllüdlü X12 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Təqsirləndirilən şəxs ayrılmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqla maraqlanmamış və heç bir maddi köməklik göstərməmişdir. Bu səbəbdən boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Lətifov evəzağa Əhməd oğlundan əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Salyan rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə borclu Təqsirləndirilən şəxs ünvanına göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı olduğu halda ödəməkdən qərəzli olaraq yayınmışdır. Bundan sonra icra məmurunun qanuni tələbini icra etmədiyindən Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)-744/2021 nömrəli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə 500,00 manat miqdarında inzibati cərimə, məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 500,00 manat , miqdarında inzibati cərimə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə on beş müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməsi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilsə də işləməsinə və gəlir əldə etməsinə baxmayaraq alimenti tam ödəməmiş və Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatına əsasən cəmi 4980,00 manat aliment borcu yaranmışdır. Yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda cəzalandırılmasını istəyir. Odur ki, həmin şəxsin barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-878/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 160,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs alınaraq X11 verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2021-ci il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra sənədində göstərilən tələbin könüllü qaydada icrasının təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş lakin o, icra sənədində göstərilən tələbi könüllü qaydada icra etməmişdir. "Elektron İcra İnformasiya” sistemindən alınmış çıxarışa əsasən borclu Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak və gəlir müəyyən olunmamışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə şöbəyə dəvət olunmuş izahatı alınmış, ona bir daha surətinə imza etdirməklə İŞ üzrə tərtib edilmiş qərar və bildiriş təqdim edilmiş, verilmiş müddət ərzində tələbi təmin etmədiyi halda barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olununaraq məhkəməyə veriləcəyi ona izah olunmuşdur. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvanda borclunun yaşamaması və tələbin yönəldilə bilinəcəyi əmlakın olmaması barədə müvafiq akt tərtib edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiynə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(057)-744/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən azad edildikdən sonra icra məmurunun çağırışına gəlməmiş və alimenti ödəməmişdir. Borclunun faktiki olduğu yerin müəyyən etmək mümkün olmadığı üçün barəsində xx.xx.2022-ci il tarixli axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Salyan rayon Polis şöbəsinə göndərilmiş və xx.xx.2022-cü il tarixdə 720022 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmiş və barəsində protokol tərtib edilərək Salyan Rayon Məhkəməsinə verilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(057)- 266/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiynə görə Təqsirləndirilən şəxs barəsində yenidən protokol tərtib edilmiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(057)- 479/2022 saylı qərarına əsasən on beş gün müddətində inzibatı qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs yenidən həbsdən azad edildikdən sonra icra məmurunun çağırışına gəlməmiş və alimenti ödəməmişdir. Borclunun faktiki olduğu yerin müəyyən etmək mümkün olmadığı üçün barəsində xx.xx.2023-cü il tarixli borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Salyan rayon Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə 720528 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmiş və barəsində protokol tərtib edilərək Salyan Rayon Məhkəməsinə verilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli 3(057)-1150/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500,00 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-124/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs yenidən icra məmurunun çağırışına gəlməmiş və aliment ödəməmişdir. Borclunun faktiki olduğu yerin müəyyən etmək mümkün olmadığı üçün barəsində yenidən xx.xx.2024-cü il tarixli borclunun axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Salyan rayon Polis şöbəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə 720726 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024cü il tarixdə saxlanılaraq şöbəyə təhvil verilmiş və barəsində protokol tərtib edilərək Salyan Rayon Məhkəməsinə verilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 3(057)-667/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək on beş gün müddətində inzibati qaydada həbs edilmişdir. Dəfələrlə inzibati məsuliyyətə cəlb edildikdən sonra ona xəbərdarlıq edilərək tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcu təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəliyini yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs 4980,00 manat ödənilməyən aliment borcu olduğu kimi qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün yenidən vaxt xəbərdarlıq göndərilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti izah edilmişdir. Tələbkar Q.Lətifova şöbəyə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti və yaranmış aliment borcun ödəməmiş, borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş və müxtəlif bəhanələr qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid3 da ifadəsində Şahid2 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2(057)-678/2021 nömrəli qətnaməsini qərəzli olaraq icra etmədiyini bildirmişdir. İş materiallarında olan 23 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Salyan rayon icra və probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)- 678/2021 saylı qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, 25 may 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Təqsirləndirilən şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X8 xeyrinə verilməsi qət edilmiş, alimentin tutulması 15 mart 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra sənədi üzrə tələbin könüllü icrası üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, hər ay 160 manat aliment pulundan maddi imkanı olmadığı üçün 70 manat olmaqla ödəyə biləcəyini və əgər imkanı olarsa ödəyəcəyini bildirmişdir. Əgər öhdəliyini yerinə yetirməsə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşımağa hazır olduğunu qeyd etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, aliment öhdəliyindən imtina etmədiyini, tələbkar X13 960 manat aliment borcunu 5 ay ərzində hissə-hissə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan 05 oktyabr 2021-ci il tarixli “borclunun icra sənədində göstərilən ünvanda yaşamaması barədə” aktın surətindən görünür ki, Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Salyan şəhəri Füzuli küçəsi ev 5-də yerləşən evə baxış keçirilmiş, hal-hazırda orada yaşamaması müəyyən olunmuşdur. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Salyan rayon icra və probasiya şöbəsinin № 25-06 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq icra şöbəsinə təhvil verilmişdir.Odur ki, barəsində axtarış işinin dayandırılması üçün aidiyyatı əməkdaşlarına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-266/2022 saylı 18 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbıləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-479/2022 saylı 26 may 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon icra və probasiya şöbəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatından görünür ki, işsiz olduğu üçün borcunu ödəyə bilmir, heç bir ödəniş etməmiş, borcunu işləyəcəyi halda ödəyəcək, adına heç bir əmlakın olmadığını bildirmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-1150/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiri tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 13 fevral 2024-cü il tarixli 187748/02 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X11 verilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, sonuncu təklif olunaraq 10 (on) gün müddətində tələbkar X11 ödəyərək ödəniş qəbzini Salyan rayon icra və probasiya şöbəsinə təqdim etməli olduğu bildirilmiş, əks təqdirdə aliment borcunu ödəməzsə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 5-71-6/2-165/2024 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində fərdi yaşayış evi, ticarət obyekti və malqaranın olub-olmaması, pensiya alıb-almaması eləcədə telefon nömrəsi barədə məlumatın olmadığı bildirilmişdir. İş materiallarında olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli 5-71-6/2-492/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri Füzili küçəsi ev 5-də yaşadığı müddət ərzində şəhər inzibati dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmadığı bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X3 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “vətəndaşın işlə təmin olunmasına köməklik göstərilməsi haqqında” məktubdan görünür ki, vətəndaş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) işaxtaran və ya işsiz kimi qeydiyyata alınmadığından onun münasib işlə təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd edilənlərə uyğun olaraq Agentliyin Filialının əməkdaşı tərəfindən vətəndaşla MEİS-də qeyd olunan telefon nömrəsi ilə əlaqə (***-***-**-**) saxlanılaraq ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 327 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşaxtaran və işsiz şəxslərin qeydiyyata alınması Qaydası”na uyğun olaraq işaxtaran və ya işsiz kimi qeydiyyata alınması, həmçinin məşğulluğunun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə MEİS-də (emas.sosial.s ov.az işaxtaran kimi qeydiyyatdan keçməsi və ya Filialın Salyan rayon xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı, Salyan şəhəri Füzuli küçəsi ev 5-də yerləşən evə baxış keçirilərək,məlum olmuşdur ki, o, hal-hazırda orada yaşamır, qonşularının deməsinə görə, Təqsirləndirilən şəxs uzun müddətdir ki, həmin ünvanda yaşamır və harada yaşaması barədə məlumatları yoxdur. Təqsirləndirilən şəxs Salyan şəhəri Füzuli küçəsi ev 5-də yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “borclunun axtarılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon icra və probasiya şöbəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatının surətindən görünür ki, o, öhdəsində olan 500 manat aliment borcunu ödəməkdən imtina etmir, 10 günə 500 manat ödəyə biləcəyini bildirmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-667/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin qanuni qüvvəyə minmiş 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 09 avqust 2024-cü il tarixli 187748/02 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X11 verilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, sonuncu təklif olunaraq 10 (on) gün müddətində tələbkar X11 ödəyərək ödəniş qəbzini Salyan rayon icra və probasiya şöbəsinə təqdim etməli olduğu bildirilmiş, əks təqdirdə aliment borcunu ödəməzsə Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan X2 rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs cəmi 1100 manat ödəmiş, 4980 manat aliment borcu yaranmışdır.Bütün görülmüş tədbirlərə baxmayaraq borclu nəticə çıxarmamış və aliment borcunu ödəməkdən yayınmışdır.Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli «icraata xitam verilməsi haqqında» qərardan görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə xitam verilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 25 mart 2022-ci il tarixli 187748/02 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X11 verilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, sonuncu təklif olunaraq 10 (on) gün müddətində tələbkar X11 ödəyərək ödəniş qəbzini Salyan rayon icra və probasiya şöbəsinə təqdim etməli olduğu bildirilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 17 iyun 2022-ci il tarixli 187748/02 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X11 verilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, sonuncu təklif olunaraq 10 (on) gün müddətində tələbkar X11 ödəyərək ödəniş qəbzini Salyan rayon icra və probasiya şöbəsinə təqdim etməli olduğu bildirilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 04 dekabr 2023-cü il tarixli 187748/02 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(057)-678/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin alınaraq X11 verilməsi, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, sonuncu təklif olunaraq 10 (on) gün müddətində tələbkar X11 ödəyərək ödəniş qəbzini Salyan rayon icra və probasiya şöbəsinə təqdim etməli olduğu bildirilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli hökmündən görünür ki, X12 Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 10 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 13 oktaybr 2022-ci il tarixli, 7(057)-634/2022 saylı qərarından görünür ki, X9 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayonu A.Noxudlu kəndində yaşayan Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinə ünvanladığı xx.xx.2024cü il tarixli ərizəsindən görünür ki, Salyan rayon icra və probasiya şöbəsinin icra məmurları tərəfindən yaranmış aliment borcunun ödənilməsi üçün dəfələrlə X9 xəbərdarlıqlar edilsədə o, aylıq alimenti və yaranmış aliment borcunu vaxtında ödəməmişdir.Qeyd etmişdir ki, məhkəmə qətnaməsində və icra sənədlərində adı və soyadı Qızbəst Lətifova qeyd edilmişdir. Lakin o, sonradan ad və soyadını dəyişərək Zərərçəkmiş şəxs kimi və cinayət işinin başlanılmasına və eyni şəxs olduğu sənədlərdə qeyd edilən ad və soyadının Zərərçəkmiş şəxs (Qızbəst Lətifova) kimi oxunmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs kimi tanımaq haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs (Qızbəst Lətifova) İsa qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında nikahın pozulması haqqında şəhadənamənin surətindən görünür ki, X1 Nigar İsa qızı 23 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. İş materiallarında adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadənamənin surətindən görünür ki, vətəndaş X16 xx.xx.1993-cü il tarixdə doğulmuş, doğulduğu yer Salyan şəhəridir. O, soyadını və adını Zərərçəkmiş şəxs dəyişdirmiş, bu barədə xx.xx.2022-ci il tarixdə adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsin məcburi gətirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazirliyinin istintaq idarəsinə məcburi gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2- 197281/2024 nömrəli məktubuna və həmin məktuba əlavə edilmiş tələbnamədən, həmçinin müvafiq məhkəmə hökmü və qərarından görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 31:05.2022-ci il tarixli, 1(057)-65/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun tutulduğu 2 gün nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(057)-634/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs həmin cəzasının çəkilməmiş hissəsi 10 ay 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir İş materiallarında olan 27 noyabr 2024-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, xx.xx.1994-cü il ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (fəhlə), əvvəllər məhkum olunmuş və hazırda məhkumluğu ödənilmiş, Salyan şəhəri, M.Füzuli küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunmuş,cinayət işinin materiallarında olan sənədlərdə X17 eyni şəxs olduğundan müvafiq olaraq Zərərçəkmiş şəxs kimi qəbul edilərək oxunmuş,cinayət işinin materiallarında olan sənədlərdə Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(057)-678/2021 nömrəli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair qətnamədə aliment məbləğinin əvvəli xx.xx.2021-ci il tarixdən deyil - xx.xx.2021-ci il tarixdən hesablanmış,aparılan cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar, ifadələr və digər sənədlər sübut kimi qiymətləndirilmiş,qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında 27 noyabr 2024-cü il tarixli «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirələndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının 27 noyabr 2024-cü il tarixli «qətimkan tədbiri seçmək haqqında» qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şikayətçidir, ona ödənilməyən alimentin onun tərəfindən ödənilməsini tələb edir, himayəsində az yaşlı uşağının olmasını nəzərə alaraq onun iştirakı olamdan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilib, barəsində həbs qətimkan tədbirinin keçirilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tapılanadək 1(057)-20/2025 saylı cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli «axtarışda olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:50-də RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhəri M.Füzuli küçəsində saxlanılaraq saat 16:10-da RPŞ-ə gətirilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 1(057)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(057)-678/2021 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)744/2021 nömrəli qərarı ilə səkkiz gün müddətində inzibati qaydada həbs, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-266/2022 nömrəli qərarı ilə 500,00 manat miqdarında inzibatı cərimə, məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-479/2022 nömrəli qərarı ilə on beş gün müddətində inzibati qaydada həbs, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(057)-1150/2021 nömrəli qərarı ilə 500,00 manat miqdarında inzibati cərimə, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(057)-667/2024 nömrəli qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 4980,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halı, zərər çəkmiş şəxsin ondan şikayətçi olmasını, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, cəzaçəkməsinin əvvəlinin 04 mart 2025-ci il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərərçəkmiş şəxslə barışmamış, ödəməli olduğu 4980 manat aliment borcunu hal-hazıradək ödəməyərək dəymiş zərəri aradan qaldırmamış və bunlara heç bir cəhd göstərməmiş, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində xeyrinə aliment tutulan uşaqların maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərərçəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərər çəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə məhkum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında azadlıqdan məhrum etmı növündə cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin 1(057)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləninin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən toplansın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 mart 2025-ci il tarixdən hesablansın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar