Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-21/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibiAsif Xanoğlan oğlu Zamanovun, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi X3 iştirakları ilə xx.xx.1990-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan rayonu Şatrovka kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,831 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2022-ci il noyabrın 2-də saat 15:30 radələrində Salyan rayonu Şatrovka kəndi ərazisində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2022-ci il noyabrın 2-də saat 15:30 radələrində yaşadığı evdən küçəyə çıxıb bir qədər hərəkət etdikdən sonra polis əməkdaşları onu tutub polisə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən mateamfetamin aşkar olunmuşdur. Həmin maddə çəkildikdə 0,98 qram olmuşdur.Polis əməkdaşlarına həmin maddəni oktyabrın 31-də gündüz saatlarında yaşadığı Şatrovka kəndində “Uğur market”in yaxınlığında olan zibilxananın yanında tapdığını demişdir.Daha sonra həmin maddə götürülmüş, zibilxananın yanında tapdığını demişdir. Onda aşkar olunan maddə qablaşdırılmış, götürülmüş və protokol tərtib olunmuşdur. Özü də həmin protokola imza etmişdir. Törətdiyi əmələ görə peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini demişdir. Şahid qismində dindirilmiş Salyan Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2022-ci il noyabrın 02-də Salyan rayonu Şatrovka kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında saat 15:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinin yaxınlığında Salyan rayonu Şatrovka kəndində aşkar edərək onu tutaraq polisə aparmışlar.Polis şöbəsində üzərində axtarış aparılmış və axtarış zamanı 0,98 qram metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. Məhkəmədə elan olunmuş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 2022ci il noyabrın 02-də Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1190 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,831 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1142 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Salyan rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, 8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01 il müddətinə azaldılmış və cəza müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Salyan RİHB-nın Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X6 arayışından görünür ki, Təqsirləndirilən şəxs 2018-ci ildən “tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,781 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Ona əvvəlki cinayətinə görə qeyd olunan cəza təyin olunmuş, lakin o, həmin cəza ilə islah olunmamış, ona təyin olunmuş cəza amnistifa aktı ilə vaxtından əvvəl üzərindən götürülməsinə baxmayaraq, islah olunmamış, qısa müddət keçməmş yenidən qəsdən az ağır cinayət törətmişdir.O, əvvəllər oğurluq cinayətindən əlavə narkotik maddələrlə də məhkum olunmuşdur.Göründüyü kimi onun narkotik maddələrdən asılığı var,narkotik maddə əldə etmək üçün başqa cinayətlərə də əl atır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-ci ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,781 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində on bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 yanvar 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,781 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-21/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-21/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver