Məhkəmə qərarları › İş №1(057)-22/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-22/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-22/2024 16.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 66.5-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd, yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə, həmçinin qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, qonşusu Zərərçəkmiş şəxs1 mütəmadi olaraq onun arvadının nalayiq hərəkətlər etməsi ilə bağlı ayrı-ayrı şəxslərə danışmasından qəzəblənib sonuncudan qisas almaq qərarına gəlib və bu məqsədlə 2023-cü il iyulun 6-da saat 06 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 və əri Zərərçəkmiş şəxs2 birgə mülkiyyətlərində olan 16000 manat dəyərində ümumi sahəsi 69,8 kv/m olan 3 otaqlı mənzilin uşaq otağının plastik materialdan olan pəncərə çərçivəsini təpiklə vurub açdıqdan sonra əvvəlcədən özü ilə gətirdüyü plastik butulkada olan 0,5 litr həcmində tez alışan maddə olan benzini pəncərədən mənzilin otağının içərisinə töküb alışqanla qəsdən yandıraraq hadisə yerindən uzaqlaşıb getmiş, kənar şəxslər tərəfindən hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin X10 Mühafizə Hissəsinin əməkdaşları tərəfindən yanğın söndürülərək yanğının mənzilin qonaq otağına keçməsinin və həmin qonaq otağında olan ümumilikdə 5500 manat qiymətində olan, ayrı-ayrılıqda 600 manat qiymətində 1 ədəd divan və 2 ədəd kreslo yumşaq mebel dəstinin, 400 manat qiymətində 1 ədəd qonaq masası və 6 ədəd oturaq stul dəstinin, 2500 manat qiymətində 4 hissədən ibarət “Embawood” markalı qonaq otağı (servant) mebel dəstinin, həmin servantda olan 2000 manat qiymətində müxtəlif çeşiddə büllur vazların, farfor servizlərin və digər məişət əşyaların, həmçinin 16000 manat qiymətində olan 3 otaqlı mənzilin qəsdən yandırılması cinayət əməlinin qarşısı alındığından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdar təşkil edən ümumilikdə 21500 manat dəyərində əmlakı yandırmaqla qəsdən məhv etməyə cəhd etmiş, yanğının mənzilin uşaq otağına, yataq otağına, dəhlizə və mətbəxə yayılması nəticəsində mənzildə olan 80 manat qiymətində 1x2 metr ölçüdə olan yumşaq divanı, hər biri 150 manat, cəmi 450 manat qiymətində 5x6 metr ölçüdə 3 ədəd xalçanı, 800 manat qiymətində qoz ağacından hazırlanmış “Belarus” markalı pianino musiqi alətini, 180 manat qiymətində “Eurolux” markalı 82 sm ekran ölçüsü olan televizoru, 350 manat qiymətində “LG” markalı 109 sm ekran ölçüsü olan televizoru, hər biri 30 manat, cəmi 60 manat qiymətində 3 şamdanlı 2 ədəd lüsturu, 100 manat qiymətində 12 şamdanlı lüsturu, 800 manat qiymətində “Embawood” markalı 2x2 metr ölçüdə çarpayı, 2x2 metr ölçüdə 4 qapılı paltar şkafı və 0,5x0,5 metr ölçüdə 2 ədəd tumbaları olan yataq mebel dəstini, 300 manat qiymətində 1x0,5 metr ölçüdə “Çinar” markalı bir qapılı soyuducunu, 100 manat qiymətində “Eurolux” markalı istilik sobasını, 350 manat qiymətində “Beko” markalı 6 kq tutumlu paltaryuyanı, baş vermiş yanğından əvvəl mənzildə aparılmış əsaslı təmir zamanı tavana quraşdırlmış hər biri 7,5 manat qiymətində 1,5x5 metr ölçüdə cəmi 450 manat qiymətində 60 ədəd lambirini, hər biri 4 manat qiymətində 1x1,5 metr ölçüdə cəmi 120 manat qiymətində 30 ədəd alçipanı, hər biri 200 manat qiymətində 0,9x2 metr ölçüdə cəmi 800 manat qiymətində 4 ədəd taxta qapını, hər biri 250 manat qiymətində 1,5x3 metr ölçüdə cəmi 1000 manat qiymətində 4 ədəd plastik pəncərəni, suvaq altı çəkilmiş 300 manat qiymətində elektrik naqili xətlərini, cəmi 6240 manat dəyərində əmlakların məhv olunması, eyni zamanda mənzilin 8176 manat təmir xərcləri də daxil olmaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən ümumilikdə 14416 manat maddi ziyan vuraraq özgənin əmlakını yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2023-cü il iyulun 6-da saat 06 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı əri Zərərçəkmiş şəxs2 məxsus mənzili qəsdən yandırmaqda şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2023-cü il avqustun 22-də saat 12:00 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşadığı binanın qarşısında saxlanılarkən onun qanunsuz olaraq narkotik vasitə əldə etməsinə, üzərində saxlamasına və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və saat 12:20 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 29,186.2.2 və 186.2.2-ci maddələri ilə təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə ünvan 1-də yaşayır. Zərərçəkmiş şəxs1 eyni binanın 1-ci mərtəbəsində, o isə həmin binanın 4-cü mərtəbəsində yaşayırlar. Fidanla heç bir qohumluq münasibəti yoxdur, lakin bir qonşu kimi Fidanla və əri Samirlə münasibətləri yaxşı olmamışdır. Belə ki, o, 2021-ci ildə narkotik vasitə saxladığı üçün həbs olunmuş və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həbs edildiyi vaxta qədər Fidanla arabir aralarında sözlü mübahisələri olmuşdur, lakin o buna əhəmiyyət verməmişdir. Cəza çəkdiyi müddətdə arvadı Sevər onunla görüşə gəldiyi vaxtlarda Fidanın tez-tez ona və azyaşı uşaqlarına qarşı kobud davrandığını, Fidanla mübahisə etdiklərini demişdir. Hətta bir dəfə o, cəzaçəkmə yerində telefonla danışmaq vaxtında Fidanın əri Samirə zəng edib bu barədə xəbərdarlıq etmişdir ki, arvadı Fidanın onun ailəsilə işi olmasın. 2023-cü ilin fevral ayında cəza müddəti başa çatdığı üçün azadlığa çıxıb evinə qayıtmışdır. Sonrakı müddətdə Fidanla və əri ilə aralarında mübahisələri olmamışdır. 2023-cü ilin aprel ayında törətdiyi inzibati xətaya görə 2 ay müddətinə inzibati qaydada həbs edilmişdir. May-iyun aylarında dəqiq bilmədiyi vaxtda azyaşlı uşağı xəstələndiyi üçün arvadı Sevər qonşuluqda yaşayan Leylaya zəng edib dərman istəmişdir. Gecə vaxtı olduğu üçün Leylanın əri Bahəddin onların evinə gəlib dərmanı arvadına verib getmişdir. Geri qayıtdığı vaxt Fidan pilləkəndə Bahəddinin qarşısını kəsib güya onun evinə arvadı ilə cinsli əlaqədə olmaq üçün gəldiyini deyərək səs-küy salmışdır və bütün bina sakinləri həmin mübahisəyə şahid olmuşlar. Bununla bağlı ertəsi gün qaynatası və qaynanası Fidanın evinə gedib öz iradlarını bildirmişlər, Fidan isə güya arvadının əxlaqsız hərəkətlərini gördüyünü demişdir. İyun ayında inzibati həbsən çıxdqdan sonra da Fidan onun ailəsi barədə nalayiq formada danışmağa davam etmişdir. Fidan məhəllədə hamıya və qonşulara onun narkoman olduğunu, evinə gələn şəxslərə narkotik satdığını deyirmiş. Hətta evinə gələn şəxslərlə pilləkəndə və ya blokda rastlaşdıqda onlarla kobud şəkildə davranırmış. 2023-cü il iyulun 5-də axşam saatlarında evə gələrkən blokun qarşısında qonşuluğunda yaşayan adını bilmədiyi bir qadın onu səsləmiş və arvadı Sevərin əxlaqsız hərəkətlər etdiyini, güya Fidanın arvadı Sevəri başqa kişilərlə gördüyünü və bunu hamıya danışdığını demişdir. Bu səbəbdən, o, həmin vaxt evinə gəlib arvadı Sevərlə mübahisə etmişdir. Həmin gecə arvadı Sevər küsüb uşaqları götürüb öz atası evinə getmişdir. O, artıq Fidanın onun arvadının barəsində nalayiq formada danışmağından təngə gəlmişdir. Ertəsi gün iyulun 6-da səhər saat 6 radələrində yuxudan oyandığı vaxt həddən artıq əsəbi olduğu üçün Fidan və əri Samir ilə danışmaq üçün onların yaşadığı mənzilə gəlmişdir. Mənzilin qapısını bir neçə dəfə döysə də, qapını açan olmamışdır. O zaman əsəblərini cilovlaya bilməyib Fidanın və ailəsinin evdə olmadığına əmin olduqdan sonra onların mənzilini yandırmaq qərarına gəlmişdir. Buna görə öz mənzilinə qalxıb 0,5 litrlik plastik butulkada olan benzini götürüb yenidən aşağı düşmüş və binanın qarşısında Fidanın mənzilinin pəncərəsinin qarşısındakı su hovuzunun üstünə çıxmışdır. Plastik materialdan olan pəncərə çərçivəsini təpiklə vurduqda pəncərə açılmışdır. O, yenə ucadan Fidanı və əri Samiri bir neçə dəfə səsləyib çağırmışdır, lakin bu dəfə də cavab verən olmadığını görüb evdə heç kimin olmadığına tam əmin olduqdan sonra əlindəki butulkanın qapağını açıb benzini pəncərədən mənzilin içərisinə səpələmişdir. Daha sonra cibindən alışqan çıxarıb əlindəki boş qalmış plastik butulkanı yandırıb pəncərədən mənzilin içərisinə atmışdır. Benzinin təsirindən otağın içəri hissəsi ani şəkildə alışıb yanmağa başlamışdır. Bundan sonra hovuzun üzərindən düşüb yanan mənzilə tamaşa etməyə başlamışdır. Həmin vaxt onun blokundan çıxan onunla üzbəüz mənzildə yaşayan Safayil onu görüb Fidanın evini nəyə görə yandırdığını soruşmuşdur, lakin o cavab vermədən oradan uzaqlaşıb getmişdir. Təxminən 15-20 dəqiqədən sonra geri qayıtdığı vaxt artıq yanğınsöndürmə xidmətinin əməkdaşlarının Fidanın mənzilini söndürdüklərini görmüşdür. Fidan onun arvadının əxlaqsız olması barədə qonşulara həqiqətə uyğun olmayan yalan ifadələr işlətdiyi üçün, o, qisas almaq məqsədilə Fidanın yaşadığı mənzili yandırmışdır və məqsədi Fidanın mənzilinin tamamilə yanması olmuşdur. Buna baxmayaraq, hazırda törətdiyi əməldən peşmandır. Bundan başqa, o, CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, üzərindən aşkar edilmiş həmin narkotik vasitə ona məxsus olmamış, o, yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmış, polis şöbəsində qorxduğundan həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafedici ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə, ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ifadələri, məhkəmə mühəndis-texniki, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-psixiatrik, məhkəmə-psixoloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, son 6 ildir əri və 2 azyaşlı uşağı ilə birlikdə ünvan 2 ünvanında özlərinə məxsus mənzildə yaşayırmışlar. Əri Zərərçəkmiş şəxs2 Bakı şəhərində bağ evində bağban işlədiyi üçün Bakı şəhərində yaşayırmış. 2023-cü il iyunun 27-də azyaşlı uşaqları ilə birlikdə Bakı şəhərinə ərinin yanına getmişdir. İyulun 5-də qonşu mənzildə yaşayan Arifə ona zəng edib Elşənlə aralarında mübahisə baş verdiyini, həmin vaxt Elşənin həm Arifənin, həm onun evini yandıracağı ilə hədələdiyini demişdir. O, həmin vaxt Elşənin bu kimi hədələrinə əhəmiyyət verməyib Arifəyə demişdir ki, Elşən onu qorxutmaq üçün belə demişdir. Lakin iyulun 6-da səhər saat 06 radələrində Bakı şəhərində olduğu vaxt 2-ci mərtəbədə yaşayan qonşuları Zöhrab əri Samirə zəng edərək onların mənzilində yanğın baş verdiyini demişdir. Onlar dərhal Bakı şəhərindən çıxıb Salyan şəhərinə yola düşmüşlər, yolda olarkən qonşuları Arifə ona zəng edərək Elşənin onların mənzilini yandırdığını və mənzilin qarşı tərəfindən həyətə tullannıb qaçdığını gördüyünü demişdir. O da dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Salyan şəhərinə çatıb öz mənzillərinə gəldikdə məlum olmuşdur ki, mənzil içində olan əşyalarla birlikdə yanmışdır, yanğınsöndürmə əməkdaşları vaxtında gəldikləri üçün yanğının qonaq otağına və qonşuların mənzilinə keçməsinin qarşısı alınmışdır. Bu səbəbdən qonaq otağına və həmin otaqda olan əşyalara heç bir zərər dəyməmişdir. Yangın söndürüldükdən sonra mənzilə baxış zamanı məlum olmuşdur ki, mənzil tam yararsız hala düşmüşdür və mənzildə yaşamaq mümkün deyildir. Mənzilin mətbəxi, dəhlizi və yataq otağı içərisində olan əşyalarla birlikdə yanıb tam yararsız hala düşmüşdür. Yataq otağındakı qızıl-zinət əşyalarını saxladığım paltar dolabına baxdıqda isə məlum olmuşdur ki, paltar dolabında qutuda saxladığı özünə məxsus qızıl-zinət əşyaları oğurlanmışdır. Hadisənin baş verdiyi gündən sonra Elşən bir neçə dəfə ona və əri Samirə zəng edərək mənzili yandırdığına görə peşman olduğunu, onu bağışlamaqlarını və vurduğu ziyanı hissə-hissə ödəyəcəyini demişdir. O və əri isə Elşənə demişlər ki, yalnız yanmış əmlakı verdikdə və vurduğu ziyanı ödədikdən sonra barışacaqlar. Lakin həmin vaxtdan bü günədək Təqsirləndirilən şəxs onlara heç bir ziyan ödəməmişdir. Onların yaşadığı mənzil əri Zərərçəkmiş şəxs2a məxsusdur və Samir həmin mənzili 2017-ci ildə 16000 manata alqı-satqı müqaviləsi əsasında almışdır. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 avqust 2023-cü il tarixli 9/5988 nömrəli rəyi ilə tanış olmuşdur və həmin ekspert rəyində göstərilən ona məxsus qızıl-zinət əşyaların qiymətləndirilməsi ilə bütünlüklə razıdır, ekspert rəyinə dair heç bir iradı yoxdur. Onların mənzilində olan qoz ağacından hazırlanmış “Belarus” markalı pianino musiqi alətini 1 il əvvəl 800 manata almışlar, həmin pianino saz və işlək vəziyyətdə olmuşdur. Elektrik kabelini isə baş vermiş hadisədən 2-3 ay əvvəl mənzil əsaslı təmir edilən zaman 300 manata alınmışdır. Bu səbəbdən pianino musiqi alətini 800 manat və elektrik kabelini 300 manat kimi qiymətləndirmişdir. Baş vermiş hadisə zamanı yaşadığı mənzilin qonaq otağında 2013-cü ildə cehiz gətirdiyi əşyalar olmuşdur. Həmin otaqda olan 1 ədəd divan və 2 ədəd kreslonun qiyməti 600 manat, 1 ədəd qonaq masası və 6 ədəd oturaq stul dəstinin qiyməti 400 manat, 4 hissəsədən ibarət qonaq otağı (servant) dəstinin qiyməti 2500 manat, həmin servantda olan müxtəlif büllur vazların, farfor servizlərin və digər qabların ümumilikdə qiyməti 2000 manat olmaqla ümumilikdə qonaq otağında olan əşyaların qiyməti təxminən 5500 manat olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5492 №-li rəyini əsas götürülüb hər biri 5x1,5 m ölçüdə olan 60 ədəd lambirinin 1 ədədinin qiymətinin 7,5 manatdan olmaqla ümumi qiymətin 450 manat kimi istintaq tərəfindən qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə ünvan 6, mənzil 1-də yaşayır, məhkum olunmamışdır, günəmuzd fəhlə işləməklə ailəsini dolandırır. Qeyd etdiyi ünvanda yerləşən mənzil özünə məxsusdur, həmin mənzili 2017-ci ildə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 16000 manata almışdır. Alqı-satqı müqaviləsində mənzilin qiyməti 13800 manat kimi göstərilsə də, alqı-satqıdan əvvəl həmin mənzilin sahibi Məlahət Məmmədovaya 2200 manat beh vermişdir. Mənzil 3 otaqdan ibarətdir və 69,8 kv/m ümumi sahəsi vardır. Baş vermiş yanğın hadisəsindən təxminən 2-3 ay əvvəl mənzili əsaslı təmir elətdirib təmirə təxminən 2500-3000 manat pul xərcləmişdir. Zərərçəkmiş şəxs1 onun arvadıdır, 2 azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs onların qonşudur, əvvəlki müddətdə münasibətləri normal olmuşdur, aralarında ədavət və mübahisə olmamışdır. Arvadı Fidanın da Elşən ilə aralarında hər hansı mübahisəsi və ziddiyyəti olmamışdır. Elşənin onların mənzilini yandırması hadisəsindən əvvəl, o Bakı şəhərində başqa şəxsə məxsus bağ evində bağban işləyib orada yaşamışdır. Fidan və azyaşlı uşaqları hərdən gəlib bir neçə gün onun yanında qalırmışlar. Növbəti dəfə 2023-cü il iyunun 27-də Fidan və uşaqları onun yanıma gəlib onunla qalmışlar. İyulun 6-da isə səhər saat 06 radələrində onlarla bir blokda 2-ci mərtəbədə yaşayan qonşuları Zöhrab ona zəng edərək mənzilində yanğın baş verdiyini bildirmişdir. O dərhal ailəsi ilə birlikdə Bakı şəhərindən çıxıb Salyan şəhərinə yola düşmüşlər. Yolda olduqları zaman qonşuları Arifə də arvadı Fidana zəng edərək Elşənin onların mənzilini yandırdığını demişdir. Bundan sonra Fidan DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Salyan şəhərinə çatıb öz mənzillərinə gəldikdə məlum olmuşdur ki, mənzil içində olan əşyalarla birlikdə yanmışdır, yanğınsöndürmə əməkdaşları vaxtında gəldikləri üçün yanğının qonaq otağına və qonşuların mənzilinə keçməsinin qarşısı alınmışdır. Yangın söndürüldükdən sonra mənzilə baxış zamanı məlum olmuşdur ki, mənzil tam yararsız hala düşmüşdür və mənzildə yaşamaq mümkün deyildir. Mənzilin mətbəxi, dəhlizi və yataq otağı içərisində olan əşyalarla birlikdə yanıb tam yararsız hala düşmüşdür. Fidan yataq otağındakı özünün qızılzinət əşyalarını saxladığı dolaba baxdıqda isə məlum olmuşdur ki, dolabda olan qızıl-zinət əşyaları oğurlanmışdır. Hadisənin baş verdiyi gündən sonra Elşən bir neçə dəfə ona və arvadı Fidana zəng edərək mənzili yandırdığına görə peşman olduğunu, onu bağışlamalarını və vurduğu ziyanı hissə-hissə ödəyəcəyini demişdir. Onlar isə Elşənə bildirmişlər ki, yalnız mənzilin yanmış əşyalarını bütünlüklə qaytardıqda və vurduğu ziyanı ödədikdən sonra barışacaqlar. Lakin həmin vaxtdan bü günədək Təqsirləndirilən şəxs onlara heç bir ziyan ödəməmişdir. Baş vermiş yanğın nəticəsində ona məxsus mənzildə olan 80 manat dəyərində 1x2 metr ölçüdə divan, hər biri 150 manat və 5x6 metr ölçüdə olmaqla cəmi 450 manat dəyərində 3 ədəd xalça, 800 manat dəyərində qoz ağacından hazırlanmış “Belarus” markalı pianino, 180 manat dəyərində “Eurolux” markalı 82 sm ekran ölçüsü olan televizor, 350 manat dəyərində “LG” markalı 109 sm ekran ölçüsü olan televizor, hər biri 30 manat olmaqla cəmi 60 manat dəyərində 3 şamdanlı 2 ədəd lüstur, 100 manat dəyərində 12 şamdanlı lüstur, 800 manat dəyərində “Embawood” markalı 2x2 metr ölçüdə çarpayı, 2x2 metr ölçüdə 4 qapılı paltar şkafı və 0,5x0,5 metr ölçüdə 2 ədəd tumbaları olan yataq mebel dəsti, 300 manat dəyərində 1x0,5 metr ölçüdə “Çinar” markalı bir qapılı soyuducu, 100 manat dəyərində “Eurolux” markalı istilik sobası, 350 manat dəyərində “Beko” markalı 6 kq tutumlu paltaryuyan yanaraq tamamilə yararsız hala düşmüşdür. Bundan başqa, yanğın zamanı əsaslı təmirdən əvvəl mənzildə quraşdırlmış hər biri 7,5 manat olmaqla cəmi 450 manat dəyərində 1,5x5 metr ölçüdə olan 60 ədəd lambirin, hər biri 4 manat olmaqla cəmi 120 manat dəyərində 1x1,5 metr ölçüdə olan 30 ədəd alçipan, hər biri 200 manat olmaqla cəmi 800 manat dəyərində 0,9x2 metr ölçüdə olan 4 ədəd taxta qapı, hər biri 250 manat olmaqla cəmi 1000 manat dəyərində 1,5x3 metr ölçüdə 4 ədəd plastik pəncərə və suvaq altı çəkilmiş 300 manat dəyərində elektrik kabel xətti yanıb əriyərək tamamilə yarasız hala düşmüşdür. Ona məxsus mənzilin Təqsirləndirilən şəxs tərəfindən qəsdən yandırılması nəticəsində ona təxminən 10000 manat maddi ziyan vurulmuşdur, çünki evin hadisədən əvvəlki halına gətirilməsi üçün təmir işlərinə təxminən həmin məbləğdə pul vəsaiti tələb olunurmuş. Baş vermiş hadisə zamanı yaşadıqları mənzilin qonaq otağında 2013-cü ildə arvadı Fidanın cehiz gətirdiyi əşyalar olmuşdur. Həmin otaqda olan 1 divan və 2 kreslonun qiyməti 600 manat, 1 ədəd qonaq masası və 6 ədəd oturaq stul dəstinin qiyməti 400 manat, 4 hissəsədən ibarət “Embavod” markalı qonaq otağı (servant) dəstinin qiyməti 2500 manat, həmin servantda olan müxtəlif büllur vazların, farfor servizlərin və digər qabların qiyməti 2000 manat olmaqla ümumilikdə qonaq otağında olan əşyaların qiyməti təxminən 5500 manatdır. İstintaq zamanı tanış olmaq üçün ona təqdim edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5492 və 9/5988 №-li rəyləri ilə tanış olmuşdur və xahiş etmişdir ki, istintaq tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5492 №-li rəyi əsas götürülərək 60 ədəd lambirinin ümumi qiyməti 450 manat, “LG” markalı 109 sm ekran ölçüsü olan televizorun qiyməti 350 manat və 4 ədəd taxta qapının ümumi qiyməti 800 manat kimi qəbul edilsin. Ekspert rəylərində olan ona məxsus digər əşyaların qiymətləndirilməsi ilə razıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1-də yaşayır. Təqsirləndirilən şəxs onun əridir, 2012-ci ildə ailə həyatı qurmuşlar, 2 azyaşlı uşaqları vardır. Özü heç yerdə işləmir, arabir ayrı-ayrı şəxslərə məxsus evlərə təmizlik işləri görməyə gedir. Zərərçəkmiş şəxs1 onlarla eyni binanın 1-ci mərtəbəsində yaşayır, aralarında heç bir qohumluq münasibəti yoxdur. Qonşu kimi Fidanla və əri Samirlə münasibətləri demək olar ki, heç vaxt yaxşı olmamışdır. Belə ki, Fidan mütəmadi olaraq onunla, azyaşlı uşaqları ilə kobud davranırmış. Dəfələrlə aralarında sözlü mübahisələri olmuşdur. Əri Elşənlə ailədaxili münasibətləri yaxşı olsa da, lakin arabir mübahisələri olurmuş. Elşənin narkotikdən asılılığı olduğu və uzun müddət cəzaçəkmə müəssisəsində olduğu üçün tez əsəbləşirmiş, buna görə evdə aralarında mübahisələri olurmuş. Sonuncu dəfə Elşən 2021-ci ildə narkotik vasitə saxladığı üçün həbs olunmuş və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Elşənin həbs edildiyi vaxta qədər Fidanla aralarında arabir sözlü mübahisələri olmuşdur, lakin nə özü, nə də əri Elşən buna əhəmiyyət verməmişlər. Elşən cəza çəkdiyi müddətdə isə Fidan demək olar ki, hər gün ona və uşaqlarına qarşı kobudluq etmiş və nalayiq ifadələr işlətmişdir. Fidan onu gördüyü vaxt onun ünvanına nalayiq ifadələr işlədirmiş və buna görə də mübahisələri olurmuş. O da, əri Elşənin görüşünə getdiyi vaxtlarda Fidanın hərəkətləri barədə ərinə danışırmış. 2023-cü ilin fevral ayında Elşənin cəza müddəti başa çatdığı üçün azadlığa çıxmışdır. 2023-cü ilin aprel ayında isə Elşən dava etdiyi üçün 2 ay müddətinə inzibati həbs edilmişdir. May-iyun aylarında dəqiq bilmədiyi vaxtda saat 17-18 radələrində azyaşlı uşağı xəstələndiyi üçün qonşuluqda yaşayan Leylaya zəng edib dərman istəmişdir. Həmin vaxt Leyla kənddə olduqlarını demişdir və saat 22 radələrində Leylanın əri Bahəddin onlara gəlib dərmanı ona vermişdir. Geri qayıtdığı vaxt Fidan Bahəddinə onun evinə onunla cinsli əlaqədə olmaq üçün gəldiyini deyərək binada səs-küy salmışdır. Bütün bina sakinləri də həmin mübahisəyə şahid olmuşlar. Növbəti gün o, öz ata və anası ilə birlikdə Fidanın evinə gedib nə üçün onun barəsində nalayiq formada danışdığını soruşmuşlar. Fidan isə onun əxlaqsız hərəkətlərini gördüyünü və düz danışdığını demişdir. İyun ayında əri Elşən inzibati həbsən çıxdqdan sonra da Fidan onun barəsində nalayiq formada danışmağa davam etmişdir. Fidan hamıya Elşənin narkoman olduğunu, evə gələn şəxslərə narkotik satdığını deyirmiş. Hətta evlərinə gələn şəxslərə də kobud şəkildə davranmışdır. 2023-cü il iyulun 5-də axşam saatlarında Fidanla eyni mərtəbədə yaşayan qonşuları Arifə adlı qadın onun əri Elşənin qarşısına çıxaraq Fidanın onun evində Bahəddini gördüyünü demişdir. Buna görə də, əri Elşən əsəbləşərək evə gəlib artıq Fidanın sözlərindən bezdiyini deyib onunla mübahisə etməyə başlamışdır. Mübahisənin böyüdüyünü gördükdə o, atasına zəng etmiş və atası gəlib onu və azyaşlı uşaqlarını Sabirabad rayonu Salmanlı kəndinə öz evinə aparmışdır. Həmin vaxt atası DİN-in 102 xidmətinə də zəng edərək məlumat vermişdir. Növbəti gün, yəni iyulun 6-da saat 8 radələrində Elşən onun ata evinə gəlmiş və Fidanın evini yandırdığını demişdir. Elşən ona evə qayıtmağı istəyib özü isə polisə təslim olacağını demişdir. O, Salyan şəhərinə evlərinə gəldiyi vaxt Fidanın mənzilinin yanmış halda olduğunu görmüşdür. Sonrakı müddətdə Elşənlə birlikdə bir müddət Sabirabad rayonu Salmanlı kəndində atasının evində qalmışlar. Elşən pul taparaq Fidanın ziyanını ödəmək, sonra polisə təslim olmaq istəyirmiş. Lakin Elşən heç bir yerdə işləmədiyi üçün pul tapa bilməmiş və Fidanın ziyanını ödəyə bilməmişdir. Elşənin deməsinə görə ümumiyyətlə Fidanın evinə girməmişdir. Elşən həmin mənzildən heç bir əşya oğurlamamışdır. Elşənin niyyəti Fidanın sözlərinə görə qisas almaq olmuşdur. X16 mənzilindən oğurluq etmək istəsəydi, mənzilə gecə vaxtı girərmiş. Bundan başqa, Fidanın mənzilində heç vaxt qızılzinət əşyası olmamışdır. Fidan əri Elşəndən əlavə pul almaq üçün oğurluq barədə yalan ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ailəsilə birlikdə Salyan şəhəri Ə.Quliyev küçəsi ev 5, mənzil 8-də yaşayır, məhkum olunmamışdır, günəmuzd fəhlə işləyirmiş. Təqsirləndirilən şəxs qonşusudur, bir mərtəbədə üzbəüz mənzillərdə yaşayırlar, təxminən 20 ildir qonşudurlar, bu günədək Elşən ilə aralarında heç bir ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. Zərərçəkmiş şəxs1 və əri Samir isə onun blokunda 1-ci mərtəbədə yaşayırlar, təxminən 3 ildir qonşudurlar, aralarında heç bir ədavət və ziddiyyət olmamışdır, hazırda da yoxdur. Fidan ilə Elşən arasında hər hansı ədavətin olduğundan onun məlumatı olmamışdır. 2023-cü il iyulun 6-da təxminən səhər saat 06 radələrində bazarlıq etmək üçün evdən çıxıb blokun birinci mərtəbəsinə düşdükdə qəfildən güclü partlayış baş verdiyini eşitmişdir. O, cəld blokdan küçəyə çıxdıqda ətrafı qara tüstü basdığını, blokun qarşısında küçədə isə Elşənin durduğunu görmüşdür. Başını qaldırıb baxdıqda Fidangilin birinci mərtəbəsindəki evinin pəncərəsindən tüstü və alov çıxdığını görmüşdür. Üzünü Elşənə tutub “Fidanın evini sən yandırdın? Niyə yandırdın?” deyə soruşmuşdur. Lakin Elşən ona cavab verməmiş, sakitcə yerində dayanıb yanan mənzilə təxminən 10-15 saniyə baxıb çevrilib oradan getmişdir. O, üzərində mobil telefon olmadığından heç yerə zəng edib məlumat verə bilməmişdir. Bu vaxt uzaqdan onların binası istiqamətində tanımadığı şəxslərin qaçaraq gəldiklərini, kimlərinsə yanğınsöndürmə xidmətinə zəng etdiyini görüb oradan uzaqlaşıb bazara getmişdir. Şahid2 onun qonşusudur, təxminən bir il əvvəl həmin binaya köçmüşdür, onun yaşadığı blokun 1-ci mərtəbəsində yaşayır, aralarında heç bir yaxın münasibət və ədavət yoxdur. Şahid2 verdiyi ifadə ilə bağlı bir daha bildirmişdir ki, o həmin gün blokdan çıxan vaxt partlayış baş vermişdir, partlayışdan sonra cəld blokdan küçəyə çıxıb Fidangilin pəncərəsi qarşısında Elşəni görmüşdür və üzünü Elşənə tutub nəyə görə Fidangilin mənzilini yandırdığını soruşmuşdur. O, Elşən Xankşiyevin həmin hadisə zamanı Zərərçəkmiş şəxs1 mənzilinə pəncərədən giribçıxdığını və yaxud mənzili necə yandırdığını görməmişdir, çünki baş vermiş partlayışdan sonra blokdan küçəyə çıxmışdır. Həmin hadisə zamanı Elşən ilə onun yanında başqa heç kim olmamışdır, Elşən oradan getdikdən sonra isə uzaqdan onların binası istiqamətində qaçaraq gələn şəxslərin heç birini tanımamışdır, bundan sonra oradan uzaqlaşıb getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Salyan Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan şəhər sakini Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin qəsdən yandırılması faktı üzrə ünvan 6, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada istintaq orqanına gətirilməsi haqqında rayon polis şöbəsinin istintaq bölməsinin sabiq müstəntiqi Nahid Abbaslı tərəfindən qəbul edilmiş qərarın icrası ilə əlaqədar 2023-cü il avqustun 22-də əməliyyat müvəkkiləri Şahid5 və Şahid6 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 12:00 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri Ə.Quliyev küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı mənzilin yandırılmasında şübhəli olduğunu və barəsində istintaq tərəfindən məcburi qaydada gətirilmə haqqında qərar qəbul edildiyini bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs özünü qeyri-adekvat aparması onun narkotik təsiri altında olduğuna dəlalət etdiyindən onun narkotik qəbul edib-etmədiyi barədə verdikləri suala Təqsirləndirilən şəxs bildirmişdir ki, bir az əvvəl narkotik qəbul etmişdir və hazırda üzərində bir qədər heroin vardır. Bundan sonra Təqsirləndirilən şəxs saat 12:20 dəqiqədə rayon polis şöbəsinə gətirilib istintaqa təqdim edilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində “kokos” kimi tanıdığı narkotik vasitə heroin vardır və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd selofan büküm çıxardıb təqdim etmişdir. Daha sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümün içərisinə baxıldıqda orada narkotik vasitə heroinə oxşar tünd qəhvəyi rəngli tozvari kütlə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bir bükümdə olan kütlə narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini bir gün əvvəl yaşadığı binanın qarşısında məhəllədə yerdən tapmışdır, heroin olduğunu bilib özü qəbul etmək üçün öz cibinə qoyub üzərində saxlamışdır, həmin heroindən özü qəbul etmişdir, lakin heç kimə satmamışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,52 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə müstəntiq tərəfindən tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid5 və Şahid6 da, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə AR CM-nin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi” protokoldan görünür ki, həmin tarixdə saat 08:10-dan 08:30-dək Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən, Salyan RPŞ-nin CAB əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6, ünvan 7, mənzil 1-də qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, Slyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 7-də qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü X3, Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 4, mənzil 3-də qeydiyyatda olan və yaşayan xx.xx.1983-cü il təvəllüdlü X4 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı evə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ev Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşir. Yaşayış evi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Fərdi yaşayış evi binanın 1-ci mərtəbəsinin sağ tərəfində yerləşir. Mənzilə girən zaman giriş otağının tavan hissəsinin yandığı, həmçinin, sağda olan yataq otağının tavan və pol hissəsinin, sol yataq otağının tavan və pol hissəsinin yandığı, qonaq otağında televizor və paltaryuyanın yandığı, həmçinin soyuducunun yanaraq məhv olduğu müəyyən olunmuşdur. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi” protokoldan görünür ki, həmin tarixdə saat 11:30-dan 12:00-dək Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X9 Azərbaycan Respublikası CPM-nin 51, 86 və 236-cı maddələrinin tələblərinə əsasən, Salyan RPŞ-nin CAB əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X6, ünvan 7, mənzil 1-də qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1, Slyan şəhəri, Ə.Quliyev küçəsi, bina 5, mənzil 7-də qeydiyyatda olan və yaşayan xx.xx.1985-ci il təvəllüdlü X3, Salyan şəhəri, Ə.Quliyev küçəsi, bina 4, mənzil 3-də qeydiyyatda olan və yaşayan xx.xx.1983-cü il təvəllüdlü X4 iştirakları ilə vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı evə baxış keçirmişdir. Vətəndaş Zərərçəkmiş şəxs1 yaşadığı ev Salyan şəhəri Ə.Quliyev küçəsində yerləşir. Yaşayış evi 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Yaşayış evi 3 otaqlıdır. Zərərçəkmiş şəxs1 qızıl-zinyət əşyalarının olduğu yer evin yatağında olan paltar şkafında olmuşdur. Yataq otağı evə daxil olan zaman sağ hissədə yerləşir. Paltar şkafı qəhvəyi rənglidir. Üzərində şüşə vardır. Qızıl-zinyət əşyaları şkafın 1-ci mərtəbəsində olmuşdur. Baxış zamanı qızıl-zinyət əşyalarının qabının şkafın 1-ci mərtəbəsində qaldığı müəyyən olunmuşdur. Baxış zamanı şkafın üzərində hər hansı iz qalmamışdır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X12 Xidməti Muğan regional X12 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-18-75/2-B-3xx-xx/2023 nömrəli arayışın surətindən görünür ki, baş vermiş yanğın hadisəsi zamanə Zərərçəkmiş şəxs2 məxsus mənzil və əşyalarə qismən yanaraq məhv olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5492 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada 1604,00 manat müəyyən edilərək aşağıdakı kimi təyin edilir:

4. “LG” markalı ekranı 109 ölçüdə olan 1 ədəd televizorun qiyməti 350 manat;

5. 5 m uzunluğunda 1,5 m enində olan cəmi 60 ədəd lambirinin qiyməti 450 manat;

8. eni 0,9 m uzunluğu 2 m olan cəmi 4 ədəd taxta qapının qiyməti 800 manat. Qərarda və cədvəlin 1-2-3-6-7-10-11-12-13-14-15-16-17-ci bəndlərində göstərilən mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, əyyarı və s.) olmadığından onların qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5988 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 18 adda malların zədələnməmişdən əvvəlki vəziyyətdə, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama ilə təxminən 7592,50 manat müəyyən edilərək aşağıdakı kimi təyin edilir:

1. uzunluğu 2 metr eni 1 metr olan 1 ədəd divan - 80 manat;

2. hər birinin uzunluğu 6 metr, eni 5 metr olan 3 ədəd xalça – 450 manat;

3. “Belarus” markalı, qoz ağacından hazırlanmış 1 ədəd pianino – aydın deyil;

4. “Eurolux” markalı ekranı 82 ölçüdə olan televizor – 180 manat;

5. “LG” markalı ekranı 109 ölçüdə olan televizor – 250 manat;

6. 5 metr uzunluğunda 1,5 m enində olan 60 ədəd lambir – 420 manat;

7. uzunluğu 1,5 metr, eni 1 metr olan 30 ədəd alçipan – 120 manat;

8. 3 şamdanlı 2 ədəd lüstur – 60 manat;

9. 12 şamdanlı 1 ədəd lüstur – 100 manat;

10. eni 0,9 m, uzunluğu 2 m olan 4 ədəd taxta qapı – 600 manat;

11. eni 3 m, uzunluğu 1,5 metr olan 4 ədəd pəncərə - 1000 manat;

12. 300 manat dəyərində kabel xətti – aydın deyil;

13. hər biri “embawood” markalı olmaqla uzunluğu 2 metr, eni 2 metr olan çarpayı, uzunluğu 2 metr, eni 2 metr olan 4 qapılı paltar şkafı və uzunluğu 0,5 metr eni 0,5 metr olan tumbalar – 800 manat;

14. uzunluğu 1 metr, eni 0,5 metr olan 1 qapılı “Chinar” markalı soyudu – 300 manat;

15. “Eurolux” markalı istilik sobası – 100 manat;

16. 1 ədəd 1000 manata aldığı “Beko” markalı 6 kiloqram tutumlu paltaryuyan – 350 manat; Digər 2 adda malları haqqında kifayət qəsər məlumat (markası, modeli, ölçüləri, uzunluğu və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5258 №-li rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən 1 nömrəli mənzilin konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi, mənzilin dəhlizində, döşəmə səviyyəsində olmuşdur. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcə də mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin (öz-özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki, yanğın, kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yanğın kənardan düşmüş alışdırma mənbəyinin təsirindən baş verdiyindən qərarın üçüncü sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3042 №-li rəyinin məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Həmin ekspertiza rəyinin məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissəsindən görünür ki, Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini müəyyən edərkən əqli-intellektual imkanlarının (qavrama, diqqət, yaddaş, təfəkkür, təsəvvür və s.) normaya uyğun olduğu, emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional dayanıqsızlıq, dəyişkən əhval-ruhiyyəlik, xarakterində eqosentrizm, kobudluq, konfliktə meyillilik, inadkarlıq kimi xüsusiyyətlər müəyyən edilir. Onda özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarına görə təsir altına düşməyə meyilli şəxs kimi qiymətləndirilməmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/8004-9/8324 №-li rəyinin məhkəmə-əmətəşşünaslıq ekspertizası hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3470,00 manat müəyyən edilir, həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir:

1. uzunluğu 2 metr eni 1 metr olan 1 ədəd divan - 80 manat;

2. hər birinin uzunluğu 6 metr, eni 5 metr olan 3 ədəd xalçanın cəmi qiyməti - 450 manat;

3. “Belarus” markalı, qoz ağacından hazırlanmış 1 ədəd pianino - 800 manat;

4. “Eurolux" markalı ekranı 82 ölçüdə olan 1 ədəd televizor - 180 manat;

5. “LG” markalı ekranı 109 ölçüdə olan televizor - 250 manat;

6. 3 şamdanlı 2 ədəd lüsturun cəmi qiyməti - 60 manat;

7. 12 şamdanlı 1 ədəd lüstur - 100 manat;

8. hər biri “Embawood” markalı olmaqla uzunluğu 2 metr, eni 2 metr olan çarpayı, uzunluğu 2 metr, eni 2 metr olan 4 qapılı paltar şkafı və uzunluğu 0,5 metr eni 0,5 metr olan tumba dəstinin qiyməti - 800 manat;

9. uzunluğu 1 metr, eni 0.5 metr olan 1 qapılı “Chinar" markalı soyuducu - 300 manat;

10. “Eurolux” markalı istilik sobası - 100 manat;

11. “Beko" markalı 6 kiloqram tutumlu paltaryuyanın qiyməti - 350 manat. Həmin ekspertiza rəyinin məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərinin tədqiqi hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yanğın nəticəsində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə tikinti üzrə dəymiş ziyan 8176.00 manat təşkil edir.

1. Söküntü işlərinin görülməsi – 500 manat;

2. Dəmir materialdan giriş qapısının quraşdırılması (material ilə birlikdə) – 800 manat;

3. Elektrik işlərinin görülməsi (material ilə birlikdə) – 1000 manat;

4. Tavana alçıpan vurulması (material ilə birlikdə) – 800 manat;

5. Plastik materialdan pəncərənin quraşdırılması (material ilə birlikdə) – 360 manat;

6. “Şpon” materialdan qapının quraşdırılması (material ilə birlikdə) – 750 manat;

7. Taxta döşəmənin cilalanması və boyanması (material ilə birlikdə) – 500 manat;

8. Divarlara şpaklofka qatının çəkilməsi – 560 manat;

9. Tavana şpaklofka qatının çəkilməsi – 200 manat;

10. Divarların və tavanın boyanması – 540 manat;

11. Şpaklofka – 175 manat;

12. Boya – 240 manat;

13. Tavana lambir vurulması (material ilə birlikdə) – 180 manat;

14. Mətbəxə kafel vurulması (material ilə birlikdə) – 150 manat;

15. Divar kağızının soyulması və yenisi ilə əvəzlənməsi – 250 manat;

16. Divar kağızı – 150 manat;

17. Yapışqan – 21 manat; Əlavə və nəqliyyat xərcləri – 1000 manat. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 18/836 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,445 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi-1,445 qram, tədqiqata sərf edildi cəmi-0,05 qram, qalıq 1,395 qram. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 822 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətində görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. «Şübhəli şəxsin tutulması haqqında» 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:35-də şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs qismində ifadəsi yerində yoxlanılan zaman bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung Galaxy A30s” markalı mobil telefonun kamerası ilə videoçəkiliş aparılmış və həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-83/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Neftçala Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5 və 66.5-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzanın sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2 azyaşlı uşağı vardır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 1 azyaşlı uşağı vardır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli, 18-1-68/2- 2253/2023 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Psixopatiya oyanıq tip” diaqnozu ilə Şorsulu ruhi-əsəb xəstəxanasına müalicəyə göndərilmişdir, 2019-cu ildən “tiryək narkomaniyası” diaqnozu ilə dispanser qeydiyyatında dayanır. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətində görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 309 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18563 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. Cinayət işinin istintaq materiallarında olan Salyan RPŞ-nə verilmiş əməliyyat tapşırığına alınmış cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs1 yaşadığı mənzili yandıran zaman mənzildən sonuncuya məxsus qızıl-zinət əşyalarını oğurlayıb-oğurlamadığı, baş vermiş yanğın hadisəsinin şahidləri, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə heroini nə vaxt, harada, hansı miqdarda və kimdən əldə etməsi, həmçinin onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmadığı barədə əməliyyat marağı kəsb edən məlumatların əldə edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,395 qram heroin iş üzrə maddi sübut kimi tanındıqdan sonra Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılmışdır. İbtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il avustun 22-də Azərbaycan Respublikası CM-in 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona elan edilmiş ittihamın dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 29,186.2.2, 186.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan ittihamın ona yenidən elan edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 yaşadığı mənzili yandırmamışdan əvvəl mənzilə daxil olaraq sonuncuya məxsus qızıl-zinət əşyalarını oğurlaması faktı cinayət işinin istintaq materialları sübuta yetirlmədiyindən və öz təsdiqini tapmadığından həmin xüsusat üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilməməsi, Zərərçəkmiş şəxs2 məxsus ünvan 6, mənzil 1 ünvanında yerləşən ümumi sahəsi 69,8 kv/m olan 3 otaqlı mənzilin qiymətinin 16000 (on altı min) manat kimi qəbul edilməsi, baş vermiş cinayət hadisəsi nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2a məxsus mənzili qəsdən yandırmaqla mənzilin və mənzildə olan əmlakın yanaraq məhv etməsinə cəhd etdiyi əmlakın ümumi dəyərinin cəmi 21500 (iyirmi bir min beş yüz) manat kimi qəbul edilməsi, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus mənzilə tikinti işləri üzrə dəymiş 6176.00 manat maddi ziyanın ittihama əlavə edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/5492 №-li və 9/5988 №-li rəylərində yuxarıda adları qeyd edilən əmlakın qiymətləndirilməsi fərqli olduğundan zərərçəkmiş Zərərçəkmiş şəxs2 və ekspert Etimad Həbibovun ifadələrində göstərilənləri nəzərə alaraq zərərçəkmiş şəxsə məxsus əmlakın məhkəməəmtəəşünaslıq ekspertizasının 9/5492 №-li rəyində göstərilən kimi, yəni 60 ədəd lambirinin ümumi qiymətinin 450 manat, “LG” markalı 109 sm ekran ölçüsü olan televizorun qiymətinin 350 manat və 4 ədəd taxta qapının ümumi qiymətinin 800 manat kimi qəbul edilməsi, Zərərçəkmiş şəxs1 məxsus qızıl-zinət əşyaların oğurlanamsı faktı üzrə əlavə araşdırmanın aparılması məqsədilə cinayət işindən həmin xüsusat üzrə materialın ayrılması və araşdırmasının davam etdirilməsi, Təqsirləndirilən şəxs yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd, yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə, həmçinin qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməkdə öz təqsirini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,395 qram narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolu, üzləşmə-dindirmə protokolu, ekspertiza rəyləri, şəxsi axtarışın və ifadənin yerində yoxlanılmasını əks etdirən 02 ədəd CD diskdə olan videogörüntülərin, cinayət işinin digər rəsmi sənədlərinin sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarına əlavə olunması, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməyə cəhd etməsi, yandırmaqla və xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməsi, həmçinin, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməməsi ilə bağlı verdiyi ifadəsini müzakirə edərək belə nəticəyə gəlir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Qeyd edilən hal şahid ifadələri, eləcə də, işin faktiki halı, mexanizminə uyğun gələn digər mötəbər sübutlarla tam təkzib edilir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və şahidlərin ifadələri ilə, eləcə də iş materialları ilə müəyyən olunmuşdur ki, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1,445 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2023-cü il iyulun 6-da saat 06 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı əri Zərərçəkmiş şəxs2 məxsus mənzili qəsdən yandırmaqda şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2023-cü il avqustun 22-də saat 12:00 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşadığı binanın qarşısında saxlanılarkən onun qanunsuz olaraq narkotik vasitə əldə etməsinə, üzərində saxlamasına və daşımasına dair əsaslı şübhələr müəyyən edilmiş və saat 12:20 dəqiqədə ünvan 3 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirərək rədd edir. Məhkəmə, həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi, nəinki, öz təsdiqini tapmır, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən hallardan biridir. 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 186.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 186.2.2-ci maddəsinə əsasən, eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, il eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, himayəsində azyaşlı uşaqların olmasını cəzasını yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən, törətmiş olduğu əməlin cinayətlərin residivini yaratması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.5 və 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən, cəzası 06 ay azaldılmaqla, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1,395 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 419,74 (dörd yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə, həmçinin, hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29, 186.2.2, 186.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 29, 186.2.2, 186.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 04 (dörd) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 1,395 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd “DVD” disk işdə saxlanılsın. İş üzrə ekspertiza xərci 419,74 (dörd yüz on doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar