Məhkəmə qərarları › İş №1(057)-22/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-22/2025

18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-22/2025 18.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs X3 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 71-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 2023-cü il iyulun 15-də Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi təşkil olunduqdan sonra həmin günün gecəsi yaşadığı Salyan şəhəri 20 yanvar küçəsi 71 nömrəli fərdi yaşayış evində Xızı rayonu Türkoba kənd sakini, aralarında on iki il yaş fərqi olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx xxxxxx 2007-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs razılığı ilə on altı yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra istintaqa dəqiq məlum olmayan növbəti günlərdə Zərərçəkmiş şəxs razılığı ilə yaşadığı fərdi yaşayış evində cinsi ehtirasını təmin etmək üçün öz cinsiyyət üzvünü onun arxa keçəcək dəliyinə salıb Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra 2023-cü ilin 15 iyul tarixindən həmin ilin 26 dekabr tarixinədək keçən müddət ərzində yuxarıda göstərilən ünvanda mütəmadi olaraq, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuş, habelə həmin müddət ərzində bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər hərəkətlər etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Salyan şəhəri 20 yanvar küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşayır. 2022-ci ilin may ayında anası Rəsmiyyə Xızı rayonu Türkoba kəndində yaşayan qohumu, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs mobil nömrəsini tapıb evlənmək məqsədilə əlaqə saxlamaq üçün ona vermişdir. O da həmin vaxtdan Rüqəyyə ilə əlaqə saxlayıb danışmışdır. 2023-cü ilin iyul ayının əvvəllərində Rüqəyyə ilə razılaşmışlar ki, onu öz istəyi ilə qaçırsın və daha sonra yaxın günlərdə toy etsin. Bundan sonra həmin vaxt Rüqəyyəni yaşadığı Xızı rayonundan öz istəyi ilə qaçırıb Salyan şəhərində yaşadığı evə gətirmişdir. Rüqəyyənin və ailə üzvlərinin razılığı ilə 2023cü ilin iyul ayının 15-də Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında onların toy məclisi olmuş və ilk dəfə həmin gün Rüqəyyə ilə cinsi əlaqədə olmuşdur. Həmin gündən etibarən Rüqəyyə ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşamışlar. Qeyd etmişdir ki, ailə həyatı qurduqdan sonra o və Rüqəyyə rəsmi nikah bağlaya bilməmişlər. Çünki, Rüqəyyə xx.xx.2007-ci il təvəllüdlü olduğundan onun nikah yaşı tamam olmamış və bu səbəbdən də Rüqəyyə ilə rəsmi nikah bağlaya bilməmişdir. Rüqəyyənin 38-39 həftəlik hamilə olması ilə əlaqədar olaraq 22 avqust 2024-cü il tarixdə gecə saatlarında onu Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparmışlar. İki gün sonra yəni 24 avqust 2024-cü il tarixdə xəstəxananın doğum şöbəsində onunla Zərərçəkmiş şəxs bir qız övladı dünyaya gəlmişdir. Daha sonra övladı üçün Salyan “ASAN xidmət” mərkəzinə gedib öz adına atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə onun üçün Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi təşkil olunmuş və həmin tarixdən o, Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətində yaşayırlar. 2023-cü ilin iyul ayının 15-də təşkil olunmuş toy məclisindən sonra həmin gecə o, ilk dəfə Zərərçəkmiş şəxs ilə yaşadığı evdə cinsi əlaqədə olmuşdur. Həmin günə qədər Zərərçəkmiş şəxs qız olmuş və həmin vaxt onun qızlıq bakirəliyi pozulmuşdur. Bundan sonrakı günlərdə də o, Zərərçəkmiş şəxs ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bildirmişdir ki, ilkin ifadələrində utandığı üçün belə bildirmişdir. Əslində isə onunla Zərərçəkmiş şəxs toy məclisi təşkil olunduqdan sonra növbəti günlərdə Zərərçəkmiş şəxs ilə onun razılığı ilə yaşadığı evdə onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin evlilikdən 24 avqust 2024-cü il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin və şahidin ifadələri, komisyon məhkəmə-tibbi, məhkəmə-tibbi, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji dekspertizaları üzrə rəylər, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, Xızı rayonu Türkoba kəndində qeydiyyatda olmaqla Salyan şəhəri 20 yanvar küçəsi ev 71-də qeyri-rəsmi əri Təqsirləndirilən şəxs və onun ailə üzvləri ilə birlikdə yaşayır. Özü xx.xx.2007-ci il təvəllüdlüdür. X14 anası Rəsmiyyə xala nəvəsi olmaqla qohumdurlar. 2022-ci ilin may ayında Səmidin anası Rəsmiyyə onun razılığı ilə mobil nömrəsini evlənmək məqsədilə əlaqə saxlamaq üçün oğlu Səmidə vermişdir. Həmin vaxtdan Səmidlə telefonla əlaqə saxlayıb danışmışlar. 2023-cü ilin iyul ayının əvvəllərində Səmid yaxın günlərdə toy etmək üçün razılığı ilə onu qaçırıb Salyan şəhərində yaşadığı evə gətirmişdir. Onun və ailə üzvlərinin razılığı ilə 16 yaşı tamam olmamış 2023-cü ilin iyul ayının 15-də Səmidlə onun Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi olmuş və ilk dəfə həmin gün Səmid onunla təbi yolla yəni qadın cinsiyyət üzvündən cinsi əlaqədə olmuşdur. Həmin gündən etibarən Səmidlə o qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşayır və cinsi əlaqədə olurlar. Qeyd etmişdir ki, ailə həyatı qurduqdan sonra o və Səmid rəsmi nikah bağlaya bilməmişlər. Çünki, o, xx.xx.2007-ci il təvəllüdlü olduğundan nikah yaşı tamam olmamış və bu səbəbdən də Səmid onunla rəsmi nikah bağlaya bilməmişdir. Onun 38-39 həftəlik hamilə olmağı ilə əlaqədar olaraq 22 avqust 2024-cü il tarixdə gecə saatlarında onu Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparmışlar. 24 avqust 2024-cü il tarixdə Səmidlə onun bir qız övladı dünyaya gəlmişdir. Daha sonra övladları üçün Səmid Salyan “ASAN xidmət” mərkəzinə gedib öz adına atalığın müəyyən edilməsi haqqında şəhadətnamə almışdır. Bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə o və Səmid üçün Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi təşkil olunmuş və həmin tarixdən Səmidlə o, qeyri-rəsmi ər-arvad münasibətində yaşayaraq cinsi əlaqədə olurlar. 2023-cü ilin iyul ayının 15-də təşkil olunmuş toy məclisindən sonra həmin gecə Səmid ilk dəfə onunla hazırda yaşadıqları evdə cinsi əlaqədə olmuşdur. Həmin günə qədər qız olmuş və həmin vaxt qızlıq bakirəliyi pozulmuşdur. Bundan sonra növbəti günlərdə Səmid onunla bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Bildirmişdir ki, o, ilkin ifadəsində utandığı üçün belə bildirmişdir. Əslində isə onunla Səmidin toy məclisi təşkil olunduqdan sonra növbəti günlərdə Səmid onun razılığı ilə yaşadıqları evdə onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri 20 yanvar küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs oğludur və Səmid onlarla bir evdə birlikdə yaşayır. xx.xx.2007-ci il təvəllüdlü, Xızı rayonu Türkoba kəndində yaşayan Zərərçəkmiş şəxs xalasının nəvəsidir. 2022-ci ilin may ayında o, Zərərçəkmiş şəxs mobil nömrəsini evlənmək məqsədilə əlaqə saxlamaq üçün oğlu Səmidə vermişdir. Səmid də həmin vaxtdan Rüqəyyə ilə əlaqə saxlayıb danışmışdır. 2023-cü ilin iyul ayının əvvəllərində Səmid Rüqəyyə ilə öz aralarında onun öz istəyi ilə qaçırılmağına və daha sonra yaxın günlərdə toy edilməsinə dair razılaşmışlar. Bundan sonra Səmid həmin vaxt Rüqəyyəni yaşadığı Xızı rayonundan öz istəyi ilə qaçırıb Salyan şəhərində yaşadıqları evə gətirmişdir. Rüqəyyənin və ailə üzvlərinin razılığı ilə 2023-cü ilin iyul ayının 15-də Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında Səmidlə Rüqəyyənin toy məclisi təşkil olunmuş və həmin gündən etibarən Səmid Rüqəyyə ilə qeyrirəsmi şəkildə ər-arvad münasibətində yaşayırlar. Qeyd etmişdir ki, ailə həyatı qurduqdan sonra Səmid və Rüqəyyə rəsmi nikah bağlaya bilməmişlər. Çünki, Rüqəyyə xx.xx.2007-ci il təvəllüdlü olduğundan onun nikah yaşı tamam olmamış və bu səbəbdən də Səmid Rüqəyyə ilə rəsmi nikah bağlaya bilməmişdir. Rüqəyyənin 38-39 həftəlik hamilə olması ilə əlaqədar 22 avqust 2024-cü il tarixdə gecə saatlarında onu Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparmışlar və 24 avqust 2024-cü il tarixdə Səmidlə Rüqəyyənin 1 qız övladı dünyaya gəlmişdir. Bundan sonra Səmid atalıqla əlaqədar Salyan regional “ASAN xidmət” mərkəzinə müraciət etmiş və övladının adına doğum haqqında şəhadətnamə almışdır. Bildirmişdir ki, 15 iyul 2023-cü il tarixdə Səmid və Rüqəyyə üçün Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi təşkil olunmuş və həmin tarixdən oğlu Səmidlə Zərərçəkmiş şəxs ər-arvad münasibətində yaşayırlar. İş üzrə şahid qismində dindirilmiş ibtidai istintaq zamanı dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları öz ifadəsində təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 xx.xx.2025-ci il tarixli teleqramından görünür ki, X4 işi üzrə istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 22 avqust 2024-cü il tarixli Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə saat 03:17-də Salyan RMX-nin doğum şöbəsindən tibb bacısı Tamam Nəsirova telefonla Salyan RPŞ-nin NH-nə məlumat verərək bildirmişdir ki, Salyan şəhəri 20 yanvar küçəsində yaşayan xx.xx.2007-ci il təvəllüdlü -X5 38-39 həftəlik hamiləlik diaqnozu ilə Salyan RMXnın Ginekologiya şöbəsinə müraciət etmmişdir. Odur ki, məlumatın yoxlanılmasından ötrü, aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. 24 sentyabr 2024-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında protokolundan görünür ki, xx.xx.2007-ci ildə anadan olmuş, Salyan şəhəri 20 yanvar küçəsində yaşayan Zərərçəkmiş şəxs 22 avqust 2024-cü il tarixdə saat 02:45-də “37 həftə 4 günlük hamiləlik, baş gəlişi, doğuş önü ağrılar” diaqnozu ilə Salyan RMX-nın doğum şöbəsinə daxil olmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs axırıncı dəfə xx.xx.2023-cü il tarixdə menstruasiya prosesi keçdiyi müəyyən olunmuşdur. Sənədlərə baxış zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs 24 avqust 2024-cü il tarixdə saat 11:10-da Təqsirləndirilən şəxs birinci hamiləliyi əsasında normal doğuşa əllə yardım adlı əməliyyatla qadın cinsli, 3150 qram çəkidə, 50 sm boyunda, diri halda bir qız uşağı doğmuş və 27 avqust 2024-cü il tarixdə saat 12:45-də həmin diri qızı uşağı ilə xəstəxanadan evə buraxılmışdır. 25 sentyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 25 sentyabr 2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50 dəqiqədə Salyan RPŞ-nin İstintaq Bölməsində şübhəli şəxs qismində tutularaq RPŞ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 25 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən şübhəli şəxs qismində tutulmuş, sentyabrın 27-də Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 10 sentyabr 2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır. 27 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerin dən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. 07 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, baş vermiş hadisə nəticəsində Zərərçəkmiş şəxs mənəvi və fiziki zərər vurulduğundan o, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Qanuni nümayəndə 07 oktyabr 2024-cü il tarixli ərizə ilə Salyan RPŞ-yə müraciət edərək bildirmişdir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmadığı üçün onun valideyni olaraq qanuni nümayəndəsi kimi tanınmasını xahiş etmişdir. 07 oktyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tətyin edilməklə ona hüquq və vəzifələri izah edilmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli 3255 nömrəli rəyindən görünür ki; - Təqsirləndirilən şəxs törətdiyi əməllər dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmayıb. Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. - Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs hadisələri adekvat qavrayıb düzgün ifadə vermək iqtidarındadır. - Təqsirləndirilən şəxs emosionallıq, konfliktə meyilli olmamaq, inadkarlıq kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. - Təqsirləndirilən şəxs fərdi-psixoloji xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli 3256 nömrəli rəyindən görünür ki; - Yoxlanılan şəxs Zərərçəkmiş şəxs qeyd olunan əməl törədilərkən öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs məhkəmə psixiatrdik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən anlaqlı olubolmaması sualı cavablandırılmır. - Yoxlanılan şəxs Zərərçəkmiş şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. - Zərərçəkmiş şəxs əqli inkişafında gerilik və ləngimə əlamətləri müşahidə olunmur. O, baş vermiş hadisələri düzgün qavrayıb bu barədə ifadə vermək iqtidarındadır. - Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməl zamanı təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi. - Zərərçəkmiş şəxs ünsiyyətçilik, adaptivlik, emosionallıq, sadəlövhlük kimi fərdipsixoloji xüsusiyyətlərə malikdir. - Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. - Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Məhkəmə Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 509 saylı ekspert rəyindən görünür ki, 1.5. Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi, “Zorlama” məhkəmə-tibbi məfhum olmadığından xəsarətlərin bu nöqteyi nəzərdən qiymətləndirilməsi məhkəmə-tibbi ekspertizanın səlahiyyətlərinə aid deyildir. 2.4. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır.

3. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində qeyri-təbii yolla bir neçə dəfə cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı anal dəlik və onun ətrafında hər hansı xəsarət və ya xəsarət izi aşkar”ol haqqında fikir söyləmək mümkün deyildir. Məhkəmə Tibbi Ekspertiza və X6 Publik hüquqi şəxsi tərəfindən verilmiş 07 noyabr 2024-cü il tarixli 510 saylı ekspert rəyindən görünür ki, 1.2.Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli 5569 saylı ekspert rəyinə əsasən; 1-ci sual: Təqsirləndirilən şəxs psixi xəstəliklərlə əlaqədar olmayan əqli inkişafında gerilik və ləngimə müşahidə olunurmu. Əgər müşahidə olunursa hadisəni düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilərmi? Cavab: Təqsirləndirilən şəxs əqli imkanları normaya uyğundur. Təqsirləndirilən şəxs hadisələri adekvat qavrayıb düzgün ifadə vermək iqtidarındadır. 2-ci sual: Təqsirləndirilən şəxs hansı psixolofli xüsusiyyətlərə malikdir? Cavab: Təqsirləndirilən şəxs emosionallıq, konfliktə meyilli olmamaq, inadkarlıq kimi fərdi-psixololi xüsusiyyətlərə malikdir. 3-cü sual: Təqsirləndirilən şəxs psixoloji vəziyyətindən asılı olaraq yalan danışmağa,özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillidirmi? Cavab: Təqsirləndirilən şəxs fərdi-psixolofi xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin Publik hüquqi şəxsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli 5567 saylı ekspert rəyinə əsasən; 1-ci sual: Zərərçəkmiş şəxs psixi xəstəliklərlə əlaqədar olmayan əqli inkişafında gerilik və ləngimə müşahidə olunurmu. Əgər müşahidə olunursa hadisəni düzgün qavrayıb həmin hadisə barəsində düzgün ifadə verə bilərmi? Cavab: Zərərçəkmiş şəxs əqli inkişafında gerilik və ləngimə əlamətləri müşahidə olunmur. O, baş vermiş hadisələri düzgün qavrayıb bu barədə ifadə vermək iqtidarındadır. 2-ci sual: Zərərçəkmiş şəxs psixoloji vəziyyətindən asılı olaraq ona qarşı törədilən qanunazidd əmələ müqavimət göstərə bilərdimi? Cavab: Zərərçəkmiş şəxs ona qarşı törədilən qanunazidd əməl İ zamanı təqsirləndirilən şəxsə müqavimət göstərə bilərdi. 3-cü sual: Zərərçəkmiş şəxs hansı psixoloji xüsusiyyətlərə malikdir? Cavab: Zərərçəkmiş şəxs ünsiyyətçillik, adaptivlik, emosionallıq, sadəlöhvlük kimi fərdi-psixoloii xüsusiyyətlərə malikdir. 4-cü sual: Zərərçəkmiş şəxs psixololi vəziyyətindən asılı olaraq yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillidirmi? Cavab: Zərərçəkmiş şəxs fərdi-psixolofli xüsusiyyətlərində yalan danışmağa, özündən uydurmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. 5-ci sual: Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdimi? Cavab: Zərərçəkmiş şəxs onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malikdir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş komisyon məhkəmə-tibbi, təkrar məhkəmə-tibbi, məhkəmə-tibbi, kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizaları üzrə rəyləri müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-71-6/2- 628/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsi ev 71 ünvanında qeydiyyatda olmaqla yaşayır. Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-71-6/2- 2234/2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsi ev 71 ünvanında qeydiyyatda olmaqla onun ailə üzvləri atası-1970-ci il təvəllüdlü X11, anası-1969-cu il təvəllüdlü Şahid1 və qızı 2024-cü il təvəllüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs barəsində Salyan şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinə şikayət və ərizə daxil olmamışdır. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Salyan rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 18-1-68/2- 1946/2024 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona min maddə ilə elan edilmiş ittihamın məzmununa dəyişiklik edilərək Təqsirləndirilən şəxs şəmin maddə ilə yenidən ittiham elan edilmişdir; Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid ifadələri, sənədlərə baxış keçirilməsi protokolu, məhkəmə-tibbi və kompleks ambulator məhkəmə-psixiatrik və psixoloii ekspertizalarının rəyləri və cinayət işinin digər isüntaq materialları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə amamlandıqları üçün sübut növü kimi qəbul edilmişdir; Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə zorla təbil və qeyri-təbii yolla cinsi əlaqədə olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 149 və 150-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir; Bəzi istintaq materiallarında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə adı “Abiyət” kimi qeyd olunsa da, həmin şəxsin adının Abuyət olması nəzərə alınmışdır; Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. 14 dekabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı 21 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla ailə həyatı qurduğunu və barışdığını bildirmişdir. Ərizəsinin nəzərə alınmasının xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə-üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. X19 hissəsinə əsasən bu Məcəllənin 152 və ya 153-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə görə məsuliyyət həmin maddələrdə göstərilən əməlləri törətmiş şəxslə zərərçəkmiş şəxsin yaş fərqi iki ildən çox olduqda yaranır. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2023-cü il iyulun 15-də Salyan rayonu Quyçu kəndində yerləşən “Ayaz” şadlıq sarayında toy məclisi təşkil olunduqdan sonra həmin günün gecəsi yaşadığı Salyan şəhəri 20 yanvar küçəsi 71 nömrəli fərdi yaşayış evində Xızı rayonu Türkoba kənd sakini, aralarında on iki il yaş fərqi olan, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan, xx xxxxxx 2007-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs öz razılığı ilə, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını bilə-bilə onunla yaşadığı evdə cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra həmin ilin 26 dekabr tarixinədək keçən müddət ərzində yuxarıda göstərilən ünvanda mütəmadi olaraq, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuş, habelə həmin müddət ərzində bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə istintaqı zamanı toplanmış sübutları birgə qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Ona görə də, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs maddənin sanksiyasında göstərilən hədlərdə cəza təyin edilən zaman faktiki həbsdə olduğu (25-27 sentyabr 2024-cü il tarixləri üzrə tutulduğu iki gün) müddət təyin edilmiş cəzadan çıxılmamalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını və 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışıq əldə edilməsini məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmiş, onun əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdəki məsuliyyəti yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işin digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilməsini və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, o, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi ilə barışmış, hal-hazırda əməlindən səmimi peşman olmuş və himayəsində bir azyaşlı övladı vardır. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bundan başqa zərərçəkmişin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, zərərçəkmiş şəxs onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 10 saatlıq əmək haqqının məbləği, yəni 60 manat məbləğində pul vəsaiti onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Vəkilə dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar