Məhkəmə qərarları › İş №1(057)-23/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-23/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-23/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 29-da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,004 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2023-cü il oktyabrın 14-də saat 09:30 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli uzunqol gödəkçənin sağ yan cibindən həmin narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmişdir.Ona görə də onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 29-da yaşayır, təqaüdçüdür, istifadəsində ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri vardır. Uzun müddət “kokos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edirmiş, sonuncu dəfə 2014-cü ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 2019-cu ildə cəzanın sonu ilə azadlığa çıxmışdır. 2023-cü il oktyabrın 14-də səhər saat 08 radələrində Salyan şəhəri ərazisində yerləşən “Büllur” şadlıq sarayının yanından keçərkən yerdəki bir ədəd sellofan büküm diqqətini cəlb etmişdir. Həmin bükümü götürüb açıb içərisinə baxdıqda orada 3 ədəd xırda sellofan bükümlər olduğunu görmüşdür. Həmin bükümləri açdıqda narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümlərin içərisindəki kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu anlamışdır, ona görə tapdığım həmin heroini özü qəbul etmək üçün cibinə qoyub yaşadığı ev istiqamətində getməyə başlamışdır. Həmin tarixdə saat 09:30 radələrində yaşadığı evin yaxınlığında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə polis şöbəsinə gəlməyi təklif etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş, şübhəli şəxs kimi ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunaraq bununla bağlı yazılı bildiriş təqdim edilmişdir. Eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da, həmin vaxt əynində olmuş mavi rəngli gödəkçənin sağ yan cibində saxladığı içində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan 1 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində şəxsi axtarış keçirilmiş və istifadə etdiyi özünə məxsus “Honor” markalı mobil telefon aşkar edilib götürülmüş, üzərindən əlavə əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, təqdim etdiyi kütlə “kokos” kimi tanıdığı narkotik vasitə heroindir, özünə məxsusdur, həmin heroini həmin gün saat 08 radələrində Salyan şəhəri ərazisindəki “Büllur” şadlıq sarayının yanından keçərkən yerdən tapmışdır, narkotik vasitə olduğunu bilib özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır, narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç kimə narkotik satmaq məqsədi və niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş içərisində “kokos” kimi tanıdığı narkotik vasitə heroin olan sellofan büküm müstəntiq tərəfindən elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 1,78 qram olduğu müəyyən edilmiş və daha sonra həmin büküm müstəntiq tərəfindən boş kağız zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri özü və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən məhəkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol müstəntiq tərəfindən ucadan oxunduqdan sonra özü və digər iştirakçılar həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 Qrupunun baş əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü il oktyabrın 14-də Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin günü saat 09:30 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsində tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür.Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilmiş, lakin çəkisi yadında qalmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş və protokolu özü də imza etmişdir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da, Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunmuş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 2023cü il oktyabrın 14-də Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki mavi rəngli uzunqol gödəkçənin sağ yan cibindən bir ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/990 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə selofan torbacıqda 1 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 1,004 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; həmin selofan torbacıqda 2 ədəd selofan kəsiklərində üzərində narkotik vasitə heroin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) onun miqdarını və digər maddə ilə eyniliyini müəyyən etmək mümkün deyildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 969 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə AZərbaycan Respublikası CM-nin 237.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində bir nəfər azyaşlı uşağı vardır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X4 arayışından görünür ki, Təqsirləndirilən şəxs 2006-cı ildən “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, digər bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,954 qram narkotik vasitə heroin Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və məhkumluğu ödənilmədən yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, himayəsində bir nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 01 fevral 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarxədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli,məhkəmə iclasında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,954 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2023-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclasında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 01 fevral 2024-ci ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,954 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar