Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-24/2025 04.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi, 6-da qeydiyyatda olmaqla, Salyan şəhəri, H.Məmmədov küçəsi, ev 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 07 noyabr 2024-cü il tarixdə saat 11:58 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Salyan şəhəri, Ə. Quliyev küçəsində saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,204 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2024-cü il noyabrın 05-də Salyan şəhəri, "Plastmas" qəsəbəsində çörək alıb geri qayıdarkən küçədəki zibil qutusunun yanında, yerdə olan kiçik bir büküm diqqətini cəlb etmiş, maraq güc gəldiyindən həmin bükümü götürüb açıb baxdıqda içərisində "kakos" kimi tanıdığı heroinə oxşar kütlə olduğunu görmüşdür. Özü narkotrik vasitələr qəbul etdiyindən bükümdəki kütləni sonradan özünün istifadə etməsi üçün götürüb cibinə qoymuş və həmin gün axşam saatlarında tapdığı narkotik vasitə olan heroindən az miqdarda özü qəbul etmiş, qalanını isə sonradan istifadə etməsi üçün cibinə qoymuşdur. 2024-cü il noyabrın ayının 7-də Salyan rayonunun, Qaraqaşlı kəndindən yaşayan qızı Aygünü və nəvələrini götürüb geri qayıdarkən Salyan şəhəri, Ə.Quliyev küçəsində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğu barədə məlumat vermişlər. Video çəkiliş aparmaqla üzərinə baxış keçirəcəklərini bildirmişlər, o da üzərində bir ədəd bükümdə "kakos", yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, polis əməkdaşlarının təklifindən sonra şalvarının cibində saxladığı bir bükümü çıxarıb onu polis əməkdaşlarına təqdim etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxs kimi dindirilərkən ifadə vermişdir ki, təxminən bir həftə əvvəl Kür çayının sahilindən metal yığdığı zaman sarı rəngli, içərisində 3 ədəd qara rəngli bağlamalar olan bir iri sellofan bağlama tapmış, onları açıb baxanda onlardan ikisinin içərisində öz aralarında "nəşə" adlandırdıqları kütlə, digərinin isərisində isə "kakos" kimi tanıdığı heroin olduğunu görüb maraq güc gəldiyindən onları oradan götürüb yerini dəyişməklə çayın sahilində, yulğun kollarının arasında gizlətmişdir. İlk əvvəl qorxduğu üçün bu barədə polis əməkdaşlarına məlumat verməsə də sonradan səhv iş tutduğunu başa düşdüyü üçün həmin yeri də polis əməkdaşlarına göstərməklə orada gizlətdiyi narkotik vasitələri onlara könüllü olaraq təhvil vermək qərarına gəlmiş, ona görə də bu barədə polis əməkdalarına bildirdikdən sonra onlarla birlikdə gedib Kür çayının sahilində narkotik vasitələri gizlətdiyi yeri polis əməkdaşlarına təqdim edib göstərmişdir. 5-6 il olar ki, narkotik vasitələrdən istifadə edir. Azadlıqda olduğu vaxt, əldə edə bildiyi hallarda 3-4 gündən bir narkotik vasitə istifadə etmişdir. Hazırda özünü yaxşı hiss edir. Polis əməkdaşları tərəfindən küçədə saxlanılarkən, istərsə də polis şöbəsinin inzibati binasına gətirildikdən sonra ona qarşı heç bir təzyiq-təsir və zorakılıq göstərilməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 07 noyabr 2024-cü il tarixdə Salyan rayon PŞ-nə Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin günü Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və şöbənin NMQnun əməliyyat müvəkkilləri Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsində olduğunu görüb ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu bildirib ondan həmin vaxt üzərində nə olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində bir ədəd bükümdə "kakos", yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş, təklif edildikdən sonra bir bükümü çıxarıb təqdim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində az miqdarda heroinə oxşar kütlə olması aşkar edilmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə başqa heç nə aşkar edilib götürülməmiş, təqdim olunmuş həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və onun çəkisinin 0,32 qram olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd büküm boş zərfə qoyularaq qablaşdırılmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ifadə verərkən bildirmişdir ki, bir həftə əvvəl Kür çayının sahilindən içərisində 3 ədəd qara rəngli bağlamalar olan bir iri sellofan bağlama tapmış, açıb baxanda onlardan ikisinin içərisində öz aralarında "nəşə" adlandırdıqları kütlə, digərinin isərisində isə "kakos" kimi tanıdığı heroin olduğunu görmüşdür. Tutulandan sonra səhv iş tutduğunu başa düşdüyü üçün həmin yeri də polis əməkdaşlarına göstərmişdir. 3 bağlamadan ikisində qurudulmuş marixuanaya oxşar, digər nisbətən kiçik bağlamada isə narkotik vasitə olan heroinə oxşar kütlə olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQnun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Salyan şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəldən yerli rayon sakin kimi tanımaqla onunla hər hansı bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində saxlamışlar, video çəkiliş aparmaqla üzərinə baxış keçirəcəklərini bildirib ondan həmin vaxt üzərində nə olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin vaxt üzərində bir ədəd bükümdə "kakos", yəni narkotik vasitə olan heroin olduğunu bildirmiş cibində saxladığı bir bükümü tapdığını bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilsədə başqa heç nə aşkar edilib götürülməmiş, təqdim olunmuş həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və onun çəkisinin 0,32 qram olması müəyyən olunmuşdur. Sonradan istintaqa təqdim edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, sonradan şübhəli şəxs kimi dindirilərkən Təqsirləndirilən şəxs ifadə vermişdir ki, təxminən bir həftə əvvəl Kür çayının sahilindən sarı rəngli, içərisində 3 ədəd qara rəngli bağlamalar olan bir iri sellofan bağlama tapmış, onları açıb baxanda onlardan ikisinin içərisində öz aralarında "nəşə" adlandırdıqları kütlə, digərinin isərisində isə "kakos" kimi tanıdığı heroin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb üzərinə baxış keçirilərkən, istərsə də polis şöbəsinin inzibati binasına gətirildikdən sonra ona qarşı heç bir təzyiq-təsir və zorakılıq göstərilməmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri arasında ziddiyyətlərin olmadığını, Şahid2 dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs və onun Müdafiəçi vəsatətin təmin edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 08 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 13-15-ci vərəqlərində olan 07 noyabr 2024-cü il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsi” barədə protokoldan görünür ki, Ağayev X4 RPŞ əməkdaşları tərəfindən Salyan şəhəri, Ə.Quliyev küçəsində saxlanılaraq hüquqları ona izah edildikdən sonra üzərinə keçirilən baxış zamanı onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 0,32 qram olması müəyyən edilmiş və həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 18-20-ci vərəqlərində olan 07 noyabr 2024-cü il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Ağayev X4 RPŞ əməkdaşları tərəfindən Salyan şəhəri, Ə.Quliyev küçəsində saxlanılaraq hüquqları ona izah edildikdən sonra üzərinə keçirilən baxış zamanı onun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 0,32 qram olması müəyyən edilmiş və həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 21-ci vərəqində olan 07 noyabr 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ xx.xx.2024-cü il tarixdə saat 11:58 dəqiqədən etibarən məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə, saat 13:40 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 41-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/904 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,204 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,154 qram. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil etmişdir. Cinayət işinin 53-55-ci vərəqlərində olan “baxış keçirilməsi və götürmə barədə” 08 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şübhəli şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən o, tutduğu əməldən peşman olduğunu və ona görə də bir həftə əvvəl Kür çayının sahilindən tapdığı, sonradan yerini dəyişərək çay sahilində gizlətdiyi narkotik vasitələri könüllü təqdim etmək istədiyini bildirib bu barədə yazılı ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs özü Kür çayının sahilinə gətirmiş və orada yulğun kollarının qırılmış budaqlarının arasında gizlətdiyi sarı rəngli sellofan bağlamanı göstərib içərisindəki bağlamaların ikisində qurudulmuş marixuanaya oxşar, nisbətən kiçik bağlamada isə “kakos” adlandırdırları heroinə oxşar kütlə olduğunu bildirmişdir. Həmin bağlamaları açıb onlara baxış keçirilərkən nisbətən nisbətən iri ölçülü iki ədəd qara rəngli bağlamada spesifik iyə malik, ilk baxışdan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli, digər kiçik bağlamada isə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı bildirmişdir ki, həmin aşkar olunub götürülmüş bağlamalardakı narkotik vasitələri təxminən bir həftə əvvəl Kür çayının bir qədər aralıda başqa yerdən keçən hissəsində çay kənarından tapmış, onları satmaq və ya kiməsə vermək məqsədi olmamış, tutulduqdan sonra peşman olduğu üçün onları könüllü olaraq polisə təqdim etmək istəmişdir. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə 1-ci bağlamanın çəkisinin 3 kq 490 qram, ikinci bağlamada olan quruldulmuş marixuanaya oxşar kütlənin çəkisinin 2 kq 355 qram, 3-cü bağlamada olan heroinə oxşar kütlənin çəkisinin isə 805 qram olması müəyyən edilmişdir. Daha sonra, həmin bağlamalar ekspertizaya göndərilməsi məqsədi ilə tərəflərindən qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 58-61-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/906-907 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs könüllü təqdim edtiyi...” sözləri yazılmış polietilen torbada olan 01 ədəd polietilen torbada təmiz çəkisi-790 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-3450 qram, 2100 qram, ümumi çəkisi-5550 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin-tədqiqata sərf edildi-0.10 qram, qalıq-789.90 qram, Marixuana tədqiqata sərf edildi-0.20 qram (hər obyektdən 0.10 qram nümunə götürüldü) qalıq- 5549.80 qram. Heroin - 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63.90 (altmış üç manat doxsan qəpik) manat təşkil etmişdir. Marixuana(kannabis)-28 iyun 2005ci il tarixli “Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin 67-68-ci vərəqlərində olan 08 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 81-82-ci vərəqində olan 08 noyabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 83-cü vərəqində olan 08 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin Müvəqqəti Saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 94-cü vərəqində olan 11 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.154 qram heroin və onun könüllü olaraq təhvil verdiyi ekspertiza tədqiqatından sonra qalıq qalmış 5549.80 qram qurudulmuş marixuana və 789.90 qram heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 98-101-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2022-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 01 il 06 ay 27 gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 09 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin 108-ci vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X7 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X7 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhər, T.Davudzadə küçəsi, ev 6, mənzil 6-da yaşayan, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2018-ci ildən “Tiryəklə” narkoloji qeydiyyatdadır. Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən psixinevroiloji qeydiyyatda yoxdur. Cinayət işinin 109-111-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən bu gün, xx.xx.2022-ci il tarixədək 27 gün həbsdə olduğu müddət 1 günə 2 gün hesabı ilə nəzərə alınaraq üzərində qəti olaraq 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 112-113-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 7(057)- 616/2022 saylı, 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-60/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1, 69.3cü maddəsi ilə təqsirli bilinib, 01 il 10 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş bir il altı ay iyirmi yeddi gün azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla doqquz ay on üç gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Cinayət işinin 114-115-ci vərəqlərində olan Salyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X4 şəhəri, T.Davudzadə küçəsi, ev 6-da ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 116-cı vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X5 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 793 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 124-127-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2024-cü il tarixli, 18/983№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroin ilə onun könüllü olaraq təqdim etdiyi narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli deyildir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na (siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Kür çayının sahilində yulğun kollarının qırılmış budaqlarının arasında gizlətdiyi sarı rəngli sellofan bağlamanı göstərib içərisindəki bağlamaların ikisində qurudulmuş marixuanaya oxşar, nisbətən kiçik bağlamada isə “kakos” adlandırdıqları heroinə oxşar kütlə olduğunu bildirmişdir. Həmin bağlamaları açıb onlara baxış keçirilərkən nisbətən iri ölçülü iki ədəd qara rəngli bağlamada ilk baxışdan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli, digər kiçik bağlamada isə qəhvəyi rəngli, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlələr olduğu müəyyən edilmişdir. Həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilərkən içərisində qurudulmuş marixuanaya oxşar kütlə 1-ci bağlamanın çəkisinin 3 kq 490 qram, ikinci bağlamada olan quruldulmuş marixuanaya oxşar kütlənin çəkisinin 2 kq 355 qram, 3-cü bağlamada olan heroinə oxşar kütlənin çəkisinin isə 805 qram olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qalıq qalmış 0.154 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 10 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından 1,36 dəfə çox olmasını, əvvəllər məhkum edilməsini, 5 kq 845 qram quruldulmuş marixuana və 805 qram heroinin yerini polis əməkdaşlarına göstərməsi) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (07-08 noyabr 2024-cü il) həbsdə saxlanılması nəzərə alınaraq bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 11 ay (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalı, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,154 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməli, iş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 3 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır (CPM-132). Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün (07-08 noyabr 2024-cü il) həbsdə saxlanılması nəzərə alınaraq bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 11 ay (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 fevral 2025-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,154 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 3 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-24/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-24/2025
04.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver