Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-25/2024 23.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1989-cu ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, İİ qrup əlil, məhkum olunmamış, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 17 sentyabr 2023-cü il tarixdə saat 12:30 radələrində heç bir sürücülük hüququ olmadan sərxoş vəziyyətdə yaşadığı Salyan rayonu, Çuxanlı kəndində həmkəndlisi, Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi Mersedes Benz 230 MİNİK markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı kənddəki evinin yaxınlığında saxlayaraq maşından düşüb yaşadığı evə getməsini və avtomobilin açarının da həmin vaxt avtomobilin üzərində qalmasını görüb sonuncuya məxsus Mersedes Benz 230 MİNİK markalı, 10ZL155 dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirib qaçırmaqla onu Salyan şəhəri, Bayraq Meydanının qarşısında yüksək sürətlə idarə edərkən idarəetməni itirdiyindən idarə etdiyi avtomobil öz hərəkəti istiqamətində Salyan şəhərinin mərkəzinə doğru hərəkətdə olan Salyan rayonu, Noxudlu kənd sakini Şahid idarə etdiyi VAZ 21074 MİNİK markalı, ** EA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən dəymiş və nəticədə Zərərçəkmiş şəxs məxsus Mersedes Benz 230 MİNİK markalı, 10 ZL155 dövlət qeydiyyat nişanlı avtomobilə 1250,00 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəldən həmkəndli kimi tanımışdır. 2023-cü il sentyabrın 17-də saat 12:30 radələrində kənddə yolda Ceyhunun maşınının yol kənarında qaldığını, Ceyhunun özünün həmin vaxt maşında olmasada maşının açarının üzərində saxladığını görmüş və maşını sürmək fikrinə düşmüşdür.Avtomaşını sürüb Salyan şəhərinin mərkəzinə doğru hərəkət edən ağ rəngli bir VAZ 2107 markalı avtomobilin arxa hissəsindən vurmuşdur. 2020-ci ilin sentyabr ayında İİ Qarabağ müharibəsi başlayanda özü könüllü olaraq cəbhəyə getmiş və Füzuli, Qubadlı, Cəbrayıl rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zaman yaralandığından sonradan ordudan tərxis olunmuş və hazırda İİ qrup əlil kimi sosial müavinət alır. Hazırda səhvini başa düşur, peşimandır, zərərçəkmişlə barışmış, sonuncunun ondan şikayət və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 2023-cü il sentyabrın 17-də etibarnamə əsasında idarə etdiyi Mersedes 230 markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobili Salyan rayonu, Çuxanlı kəndi ərazisində Ayxan tərəfindən qaçırılmış və avtomaşını başqa bir maşına vurub əzmişdir. Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid kimi dindirilmiş Şahid göstərmişdir ki, 2023-cü il sentyabrın 17də saat 13:30 radələrində öz maşını ilə Salyan şəhərinin mərkəzinə tərəf hərəkətdə olarkən arxadan sonradan adını bildiyi Ayxanın idarə etdiyi avtomaşın idarə etdiyi avtomaşını vurmuşdur. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 30 sentyabr 2023-cü il tarixli, 478 nömrəli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Şahid məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-belin sol nahiyyəsinin qançırı küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 9/8755 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "İman 93 X6 Müəssisəsi" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 68 nömrəli arayış məlumatlarına əsasən, Mersedes Benz 230 MİNİK markalı, 10ZL155 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə, yəni 2023-cü ilin sentyabr ayına olan təmir-bərpa xərci nəzəri qaydada təxminən 1250,00 manat müəyyən edilir. O cümlədən;
1. Dəyişilməli hissələrin qiyməti - 575,00 manat 2. Təmir-bərpa işlərinin qiyməti - 675,00 manat. məhkəmə-psixatrik ekspertizasının 06 dekabr 2023-cü il tarixli, 3397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il 17 sentyabr tarixdə törətdiyi əməl dövründə fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan şəxsiyyət dəyişikliyi onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. AC 653662 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, MERSEDES BENZ 230 MİNİK markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini X3 adına qeydiyyatdadır. xx.xx.2018-ci il tarixli ƏN-İV 561079 nömrəli etibarnamənin surətindən görünür ki, MERSEDES BENZ 230 MİNİK markalı, ** ZL *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini X4 tərəfindən xx.xx.2027-ci ilə kimi Zərərçəkmiş şəxs etibar edilmişdir. AE 523618 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs B, C kateqoriyalı sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixli, 108 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, həmin gün saat 17:45-də Təqsirləndirilən şəxs sərxoşluğun müəyyən edilməsi ilə əlaqədar müayinədən keçirilərkən onda yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 2 saylı Şirvan-Salyan Regional filialından alınmış 16 dekabr 2023-cü il tarixli, 3-17-1/2-300482/2023 nömrəli məktubdan görünür ki, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar (müharibə əlili) 2-ci qrup əlillik növü üzrə aylıq 400,00 (dörd yüz) manat olmaqla xx.xx.2026-cı il tarixədək Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Salyan rayon İHB-nın Çuxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 16 dekabr 2023-cü il tarixli, 694-695 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs həmin kənddə yaşaması və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmişlə barışması və həmçinin yaşayış yeri üzrə müsbət xarakterizə olunması, Qarabağ müharibəsi iştirakçısı və 2-ci qrup əlil olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddə ilə təqsirli bilinərək cəzalanmaldır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X5 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək bir il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV