Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-27/2024 23.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,zərəçəkmiş Zərərçəkmiş şəxs və zərərçəkmişin nümayəndəsi Nümayəndə, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, «Salyan Rayon Mərkəzi Xəstəxanası» X6 Cərrahiyyə Şöbəsində həkimcərrah vəzifəsində işləməklə, həqiqi hərbi xidmətə çağırılan çağırışçıların tibbi müayindən keçirilməsi üçün yaradılmış həkim komissiyanın üzvü (cərrah) işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o vəzifəli şəxs olaraq işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımı qaydada yerinə yetirməməklə fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olmaqla səhlənkarlıq etmişdir. Belə ki, o, 2010-cu ildən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin «Salyan Rrayon Mərkəzi Xəstəxanası» X5 Cərrahiyyə şöbəsinin həkim-cərrahı vəzifəsində işləməklə Salyan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 182 saylı 2003 və 2004-cü il təvəllüdlü gənclərin ilkin hərbi qeydiyyata alınması haqqında və xx.xx.2022-ci il tarixli, 89 saylı çağırış yaşına çatmış gənclərin 2022-ci ilin iyul ayının 01-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması tədbirlərinin keçirilməsi haqqında sərəncamları əsasında yaradılmış həkim komissiyasının üzvü-cərrah kimi «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 6.2, 13.2 və 15.1-ci maddələrinə əsasən komissiyanın işində iştirak etməklə istər ilkin hərbi qeydiyyata alındıqları, istərsə də, müddətli həqiqi hərbi xidmətə çağırıldıqları zaman çağırışçıları tibbi müayinə etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbihəkim ekspertizası haqqında Əsasnamə»nin 1.8-ci bəndinə əsasən verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşımaq, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2014-cü il tarixli 65 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması işinin təşkili və aparılması qaydaları haqqında» Təlimatın 39-cu bəndinə əsasən çağırışçılara ayrı-ayrılıqda fərdi baxışın nəticəsində onların qeydiyyat kartasına və tibbi şəhadətləndirilmə kartasına diaqnozu, hərbi xidmətə yararlılıq kateqoriyası haqqında rəyi, hərbi xidmət keçmək üçün təyinat göstəricisni və tibbi şəhadətləndirilmənin tarixini yazmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs olaraq tibbi şəhadətləndirilməsi məqsədi ilə çağırışçıları tibbi müayinə zamanı soyunmuş şəkildə tibbi baxışdan keçirməli, onların bütün bədən qurluşunun xarici görnüşünə baxılmalı olduğu halda, həmin vəzifələrinə laqeyid münasibət göstərib öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, istər xx.xx.2019-cu il tarixində ilkin hərbi qeydiyyata alınması, istərsə də, xx.xx.2022-ci il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar qeyd olunan tarixlərdə, ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin inzibati binasında təşkil edilmiş komissiya zamanı Salyan rayonu Şorsulu kənd sakini, xx.xx.2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs hər iki ayağının pəncəsini obyektiv vizual müayinə etməyərək, Zərərçəkmiş şəxs mövcud olan və əsaslı obyektiv vizual müayinə ilə aşkar edilməsi mümkün olan sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı rəyinə əsas olan «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı» dioqnozlu xəstəliyini aşkar etməyərək, sonuncuya hərbi xidmətə yararlı diaqnozunu qoyması nəticəsində Zərərçəkmiş şəxs qanunsuz olaraq hərbi xidmətə göndərilməklə hüquqlarına və qanunla qorunan mənafelərinə, həmçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək keçən dövr ərzində həqiqi hərbi xidmətdə olduğu zaman ərzaq, əşya və tibb təminatına görə ümumilikdə 4.250,04 manat pul vəsaitinin dövlət büdcəsindən ayrılması ilə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olaraq səhlənkarlıq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2013-cü ildən xəstəxanada həkim cərrah işləmişdir. Hərbi Həkim Komissiyasında isə 6 ildir işləyir.Komissiyadan keçən çağırışçıya yastıpəncəlilik dərəcəsini onlar qoymur,özü Zərərçəkmiş şəxs yastıpəncə xəstəsi olmasını görməmişdir.Zərərçəkmiş şəxs 2022-ci ildə komissiyadan keçmiş və rəyə əsasən sağlam hesab olunmuşdur.Sonradan ona məlum olmuşdur ki, hərbi xidmətdə olarkən yenidən komissiyadan keçmiş və yastıpəncəlilik xəstəliyi ilə tərxis olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 11 avqust 2023-cü ildə Salyan Rayon Prokurorluğuna özü müraciət etmişdir. 28 dekabr 2015-ci ildə Salyan Rayon Mərkəzi Xəstəxanasında kor bağırsağından əməliyyat olunmuşdur. Elə həmin vaxtdan xəstəxananın cərrah həkimi Təqsirləndirilən şəxs ona müalicə etdiyi üçün onu tanımışdır. Sonradan çağırışla bağlı komissarlıqda komissiyadan keçmiş və hərbi xidmətə yollanmışdır.Hərbi xidmətdə olarkən xəstələnmiş və hərbi hospitalda müalicə olunmuşdur.Müalicə zamanı məlum olmuşdur ki, onun ayaq pəncələri düzdür və həmin səbəbdən hərbi xidmətə yararsız hesab olunaraq tərxis olunmuşdur.Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində dövlətə 4250,04 manat ziyan dəymiş, respublikada belə hallar kütləvidir.Dövlətə dəymiş ziyan tələbi ilə bağlı hökm qanuni qüvvəsini aldıqdan sonra iddia qaldırılacaqdır.Təqsirləndirilən şəxsdən hazırkı vəziyyətdə şikayəti yoxdur. Məhkəmədə şahid qismində ifadə verən çağırış komissiyasının baş həkimi,həkim komissiyasının sədri Şahid3 bildirmişdir ki,ixtisasca həkim terapevtdir. 2017-ci ildən rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiyanın üzvü-Çağırış komissiyasının baş həkimi kimi fəaliyyət göstərir. Zərərçəkmiş şəxs ayaq pəncəsində yastıpəncəliliyin olması barədə özünün məlumat olmamış, buna cavabdeh cərrah həkim olmuşdur. Hansı səbəbə görə Təqsirləndirilən şəxs qeyd olunan halı görməməsi barədə məlumatı olmamışdır.Zərərçəkmiş şəxs hərbi xidmətə getməsi və komissiyanın rəyi ilə hərbiyə yararsız hesab olunaraq tərxis olunmasını sonradan eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş həkim komissiyasının üzvləri Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid3 ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunmuş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-43-52/2-494/2023 saylı məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs məxsus olan «Çağırışçılarının uçot kartası»dan görünür ki, istər ilkin hərbi qeydiyyata alındığı zaman, istərsə də, həqiqi hərbi xidmətə çağırıldığı zamanı təşkil olunmuş həkim komissiyasının bütün üzvləri tərəfindən Zərərçəkmiş şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından daxil olmuş 29 avqust 2023-cü il tarixli, 5088 saylı məktuba əsasən N nömrəli hərbi hissənin əsgəri Zərərçəkmiş şəxs 01 yanvar 2023-cü il tarixdən 26 avqust 2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmamışdır. Zərərçəkmiş şəxs 04 may 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş X3 bölməsində «Aşıq qayıqvarioynaqların İ mərhələ osteoartrozu ilə fəsadlaşmış hər iki ayağın İİİ dərəcə boylama yastıpəncəliyi» diaqnozu ilə ambulator (ambulator-7102) qeydiyyatda olmuş, 20 iyun 2023-cü il tarixdə Qəbul bölməsində ambulator (ambulator-10350), 20 iyun 2023-cü il tarixdə Qəbul bölməsində «Alternəedici ekzotropiya planlı əməliyyat məsləhətdir» diaqnozu ilə ambulator (ambulator-10293) qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsindən daxil olmuş 30 avqust 2023-cü il tarixli, 11591 saylı məktuba əsasən N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Zərərçəkmiş şəxs 22 aprel 2023-cü il tarixdən 17 iyul 2023-cü il tarixədək N nömrəli hərbi hissədə «Aşıq- qayıqvari oynaqların birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılığı. Kəskin bronxit yüngül gedişli. OU-Alternəedici ekzotropiya» diaqnozu ilə stasionar müalicədə olmuş, 21 iyun 2023-cü il tarixdə N nömrəli hərbi hissənin Hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və «Xəstəliklər cədvəli»nin 68c maddəsinin İİ qrafasına əsasən «Sülh dövründə hərbi xidmətə ararsız, müharibə dövründə məhdud yararlıdır» qərarı verilmişdir. Qərar Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. Əsgər Zərərçəkmiş şəxs hərbi həkim komissiyasının qərarının icra edilməsi üçün 17 iyul 2023-cü il tarixdə öz hərbi hissəsinə yazılmışdır. Əsgər Zərərçəkmiş şəxs 10 noyabr 2022-ci il tarixdən 24 noyabr 2022-ci il tarixədək «Sol əlin arxa nahiyəsinin infiltrasion ödemi» diaqnozu ilə N nömrəli hərbi hissədə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, 3-25/2-15/4052/2023 saylı məktuba əsasən Zərərçəkmiş şəxs dövlət tərəfindən çəkilən ərzaq təminatı üzrə xərc 2351 manat 17 qəpik, əşya təminatı üzrə xərc 1548 manat 85 qəpik təşkil edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsindən daxil olmuş 12 oktyabr 2023-cü il tarixli, 5-25/2-15/4530/2023 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Ordusunun hərbi hissələrində həqiqi hərbi xidmətdə olduğu zaman dövlət tərəfindən onun müalicəsinə ümumilikdə 350,02 manat xərc çəkilmişdir. Təkrar komisyon məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2023-cü il tarixli, KEŞ- 734 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının radioloq və travmatoloq mütəxəssisləri tərəfindən komisyon qaydada müayinəsi keçirilmiş və müayinə zamanı hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq (sağ ayaq: L=165 mm, h=15 mm, a=160°; sol ayaq: L=470 mm, h=12 mm, a=167°) müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Zərərçəkmiş şəxs aşkar edilmiş «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastılığı. Alteməedici ekzotropiya» xəstəliklərinin sonuncu həqiqi hərbi xidmətə göndərilməmişdən əvvəl yerli hərbi həkim komissiyası tərəfindən müayinə olunarkən onda müəyyən edilməli idi. Buna məsul şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin həkim komissiyasıdır. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq rentgenoloji müayinə əsasında təyin edilir. Zərərçəkmiş şəxs hər iki ayaqda İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq obyektiv (vizual) müayinə əsasında şübhə yaratmalı və rentgenoloji müayinə aparılaraq təyin edilməli idi. Zərərçəkmiş şəxs hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıayaqlılıq xəstəliyinin 5 ay müddətində hərbi xidmət dövründə yarana bilməsi istisna edilir. Belə ki, Zərərçəkmiş şəxs yaşını nəzərə alaraq sümüyün böyümə zonasının bağlanması ilə əlaqədar İİ dərəcə boylama yastıayaqlılığı olduğu halda, İİİ dərəcəli olaraq dəyişə bilməsi və ya 3-4 ay ərzində boylama yastıayaqlılığın İİİ dərəcədən İİ dərəcəyə keçə bilməsi mümkün hesab olunmur. «Aşıq-qayıqvari oynaqların İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, hər iki ayağın İİİ (üçüncü) dərəcəli boylama yastıyaqlılığı; Alteməedici ekzotropiya» xəstəliklərinin hərbi xidmət zamanı «Kəskin bronxit, yüngül gedişli» xəstəliyinə səbəb olması istisna edilir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 4/1674 saylı rəyinə əsasən ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs adından olan «Çağırışçının uçot kartası»nın 1-ci vərəqinin arxa tərəfində «İİİ. İLKİN HƏRBİ QEYDİYYATA ALMA KOMMİSSİYASİNİN QƏRARİ» hissəsində «CƏRRAH» qrafasının qarşısında «yaralı» yazısı və həmin yazının qarşısında «İmza» qrafasındakı imza, 2-ci vərəqinin üz tərəfində «İV. RAYON, ŞƏHƏR, ŞƏHƏRDƏ RAYON ÇAĞRİŞ KOMİSSİYASİNİN QƏRARİ» hissəsində «CƏRRAH» qrafasının qarşısında «yaralı» yazısı və həmin yazının qarşısında «İmza» qrafasındakı imza - eyni şəxs Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısından daxil olmuş xx.xx.2018-ci il tarixli, 182 saylı, 28 iyun 2022-ci il tarixli, 89 saylı sərəncamına əsasən Təqsirləndirilən şəxs qeyd olunan tarixlərdə həqiqi hərbi xidmətə cəlb edilən çağırışçıların çağırışı üçün təşkil edilən həkim komissiyasının cərrah həkim kimi üzvü olmuşdur. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Noxudlu kənd inzibati ərazi nümayəndəliyindən verilmiş 29 noyabr 2023-cü il tarixli, 760 nömrəli arayışa əsasən Təqsirləndirilən şəxs Salyan rayonu Aşağı Noxudlu kəndində arvadı Nahidə Cəfərova, azyaşlı övladları Mədinə Cəfərzadə, Asya Cəfərli və Fasniyə Cəfərli ilə birlikdə yaşayır. Övladlarının hamısı məktəblidirlər. Həmin nümayəndəlik tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnaməyə əsasən sonuncu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, ədliyyə baş leytenantı Nümayəndə zərərçəkmiş şəxsin (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin) nümayəndəsi qismində tanınmışdır. Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar hesab edilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmişşəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmişşəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi vəümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nın 314.1 maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin etməyi qanuni hesab edir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs «Salyan Rayon Mərkəzi Xəstəxanası» X6 Cərrahiyyə Şöbəsində həkim-cərrah vəzifəsində işləməklə, həqiqi hərbi xidmətə çağırılan çağırışçıların tibbi müayindən keçirilməsi üçün yaradılmış həkim komissiyanın üzvü (cərrah) işləyən- vəzifəli şəxs kimi, öz səlahiyyətlərini yerinə yetirərkən cinayət əməli törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona əlavə cəza kimi dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifələr tutmaq hüququndan məhrum edilməklə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 46.1-ci maddəsində qeyd olunmuşdur ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 46.3. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan CM-in 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olub-olmaması məsələsini müzakirə etməli və hökmdə cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, onun təqsirli bilindiyi maddənin sanksiyası həddində, cərimə növündə cəzanı təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə,cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə cinayət mühakimə icraatı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İşüzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 314.1-ci maddəsi ilə təqsirli bilinərək ona Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən iki il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsuliyyətli vəzifə tutmaq hüququndan məhrum edilməklə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Ekspertiza tədqiqatının dəyəri 124 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsün. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-27/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-27/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver