Məhkəmə qərarları › İş №1(057)-27/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-27/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-27/2025 23.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 08 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 7(003)-1672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, Salyan rayonu, Aşağı Kürkənd kəndi, ev 29, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan, Salyan rayonu Aşağı Kürkənd kəndində fərdi evdə yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 (köhnə redaksiyada) və 305-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 (köhnə redaksiyada) və 305-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, qanunsuz olaraq soyuq silahı əldə edərək üzərində gəzdirmə və azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazə müddəti başa çatmaqdan sonra geri qayıtmayaraq azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırma cinayət əməllərini törətmişdir. Belə ki, o, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azerbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 04 il 08 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 04 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası təyin edilməklə 10 oktyabr 2023cü il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 2 saylı X13 Müəssisəsində cəzasını çəkərkən, 11 iyun 2024-cü il tarixdə 3 gün müddətinə ailə üzvlərinin yaşadığı Abşeron rayonu Xırdalan şəhəri “Kristal Abşeron” yaşayış massivi, ev 19, 3A nömrəli mənzilə ailəvi görüşə getməsinə icazə verilmiş, lakin 14 iyun 2024-cü il tarixdə azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazə müddəti - başa çatmaqdan sonra heç bir üzürlü səbəb olmadan geri qayıtmayaraq azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən boyun qaçırmışdır. Bundan başqa, o, istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən qanunsuz olaraq 1 (bir) ədəd kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, soyuq silah hesab edilən, ümumi təyinatlı ov bıçağını və 1 (bir) ədəd kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, tiyəsinin küt tərəfi də sonradan sürtülərək nazildilib itilənmiş və deşici-kəsici xassəli süngü bıçaqların tiyəsinə uyğunlaşdırılmış, hal-hazırda soyuq silah hesab edilən, təsərrüfat-məişət təyinatlı turist bıçağını əldə edərək qanunsuz olaraq üzərində gəzdirmiş, 15 noyabr 2024-cü il tarixdə saat 17:40 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Salyan rayonu Çuxanlı kəndi ərazisində saxlanılarkən həmin bıçaqlar üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 305-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin dispozisiyası əvvəlki (köhnə) redaksiyada qüvvədə olmuşdur. Sonradan həmin maddəyə dəyişiklik edilmiş və hökm çıxarılan vaxt həmin norma yeni redaksiyada təsbit olunmuşdur. Həmin vaxt qüvvədə olan CM-nin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əməli üzrə cinayət törədilən vaxt qüvvədə olan qanun tətbiq edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 305-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan rayonu Aşağı Kürkənd kəndi ev 29, mənzil 1-də qeydiyyatda olmaqla Salyan rayonu Aşağı Kürkənd kəndində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 04 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 04 il 08 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 10 oktyabr 2023-cü il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsində saxlanılmaqla təyin olunmuş cəzanın bir neçə ayını çəkmişdir. Anası xəstə olduğundan 11 iyun 2024-cü il tarixdə 3 gün müddətinə ailə üzvlərinin yaşadığı ünvan 1 3A nömrəli mənzilə ailəvi görüşə getməyinə icazə verilməsi üçün müəssisə rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizəsi təmin olunduqdan sonra qeyd etdiyi ünvana yollanmışdır. ünvan 1 3A nömrəli mənzildə evliliyini rəsmiləşdirmədən faktiki ailə münasibətlərində olduğu həyat yoldaşı Tuba və övladları Müslüm və Malik yaşamışdır. 3 gün müddət keçdikdən sonra müəssisəyə qayıtmalı olsa da, ailəsinin və valideynlərinin səhhəti və maddi vəziyyətləri yaxşı olmadığından qalıb onlara kömək etmək fikrinə gəlmiş və müəssisəyə geri qayıtmamışdır. Bu müddət ərzində qeyd etdiyi ünvanda yaşamışdır. Bundan başqa tez-tez müxtəlif vaxtlarda valideynlərinin yaşadığı Salyan rayonu, Aşağı Kürkənd kəndinə səfər etmişdir. Qısa müddətə getməsinə icazəsi olsa da, icazə müddəti başa çatandan sonra müəssisəyə geri qayıtmalı olduğundan xəbərdar olmuşdur. Müəssisə əməkdaşları ilk dəfə müəssisəyə gələn zaman yazılı şəkildə ona xəbərdarlıq etmiş və həmçinin bu barədə iltizam alınaraq tərəfindən imzalanmışdır. Lakin ailəsinin və valideynlərinin səhhəti və maddi vəziyyətləri yaxşı olmadığından qalıb onlara kömək etmək fikrinə gəlmiş və müəssisəyə geri qayıtmamışdır. Sonradan qayıtmaq istəsə də, qayıtdığı zaman daha ağır cəzalanacağını düşündüyündən geri qayıtmamışdır. Həmin müddət ərzində tez-tez müxtəlif vaxtlarda valideynlərinin yaşadığı Salyan rayonu, Aşağı Kürkənd kəndinə səfərlər etmişdir. Müəssisə əməkdaşlarına geri qayıtmayacağı barədə məlumat verməmişdir. Tanışı Şahid1 məxsus VAZ 21093 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirilərək qaçırılmasında şübhəli olduğu üçün 15 noyabr 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. 17 noyabr 2024-cü il tarixdə Penitensiar Xidmətin 2 saylı Məntəqə tipli CÇM-nin əməkdaşları tərəfindən cəza çəkdiyi müəssisəyə geri qaytarılmış, cəzanın icrası qaydalarını pozduğu üçün Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsi tərəfindən verilmiş təqdimat əsasında Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün həmin gün X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş və hazırda Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Təqsirləndirilən şəxs ona 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 noyabr 2024-cü il tarixdə o, Salyan rayonu Çuxanlı kəndində yaşayan dostu Ayxan ilə görüşməyə getmişdir. Həmin vaxt evdə dostu Ayxan və onun anası Şərqiyyə Vahidova olmuşdur. Saat təxminən 17:40 radələrində polis əməkdaşları həmin evə daxil olaraq onu polis şöbəsinə aparmışlar. O, şöbəyə gəldikdən sonra ona iki ədəd bıçaq təqdim edilmiş və videoçəkiliş zamanı həmin bıçaqların ona məxsus olmasını bildirməsi deyilmişdir. O, buna etiraz etdikdə, onu polis şöbəsində otaqlardan birində döyərək verdikləri bıçaqların ona məxsus olmasını bildirməsini, əks təqdirdə daha ağır ittiham irəli surəcəklərini bildirmişlər. Cəzaçəkmə müəssisəsindən qaçdığını bildiyi üçün çarəsiz qalaraq bununla razılaşmışdır. Onun videoçəkiliş zamanı qeyd olunan bıçaqların ona məxsus olmasını bildirməsinin səbəbi döyülməsi və polis əməkdaşlarından qorxması olmuşdur. Cinayət işi məhkəməyə göndərilməmişdən az müddət əvvəl müstəntiq onu yanına çağıraraq kompüterdə yazılmış ifadəni imzalamasını, ona kömək edəcəyini və tutulmayacağını bildirmişdir. O, həmin sənədləri ümumiyyətlə oxumamışdır. Xahiş edir ki, göstərilənlər nəzərə alınmaqla, barəsində qanuni və ədalətli qərar qəbul edilsin. Məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq, şöbəyə gətirildikdən təxminən 1 (bir) saat sonra videoçəkiliş aparıldığını, şahidlərdən polis əməkdaşı Şahid6 onu aparan polis əməkdaşları arasında olmadığını, Şahid6 bölmədə gördüyünü bildirmişdir. Onu saxlayan polis əməkdaşları arasında şöbənin rəis müavini Etibar Balakişiyevin də iştirak etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 15 noyabr 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid6lə birlikdə Salyan rayonu Çuxanlı kəndi ərazisində xidmətdə olarkən 26 sentyabr 2024-cü il tarixdə Salyan şəhəri N.Babayev küçəsi ev 1, mənzil 14-də yaşayan Şahid1 məxsus VAZ 21093 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirilərək qaçırılmasında şübhəli olan, Salyan rayonu Aşağı Kürkənd kənd sakini Təqsirləndirilən şəxs həmin gün saat 17:40 radələrində Salyan rayonu Çuxanlı kəndi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz predmet və ya əşya olub-olmaması barədə soruşduqda, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 2 ədəd bıçağı, habelə içərisində şəxsi əşyaları olan əl çantasını çıxarıb onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində bu barədə raportla məruzə edildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalarla birlikdə aidiyyəti üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs Şahid1 məxsus avtomobilin talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirilərək qaçırılmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduqdan sonra ona təyin olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ona məxsus 2 ədəd bıçağa, habelə əl çantasında olan digər əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bıçaqdan birinin qatlanma, düymə vasitəsilə açılan və tiyəsi düz bıçaq olması, digər bıçağın isə tiyəsi daha uzun, enli və qalın olmaqla tiyəsinin ucu əyri bıçaq olması müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əl çantasından 1 ədəd “Redmi” markalı, 1 ədəd “Sony Ericsson” markalı və 2 ədəd “Nokia” markalı mobil telefonlar, 1 ədəd alışqan, 1 ədəd mobil telefon üçün enerji gücləndiricisi və onun naqili də aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 da Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı X13 X4 şöbəsinin böyük inspektoru Şahid7 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yanvar ayından 2 saylı MTCM-də işləyir. 10 oktyabr 2023-cü il tarixdən məhkum Təqsirləndirilən şəxs cəzasını çəkmək məqsədi ilə 2 saylı MTCM-yə daxil olmuşdur. Müəssisəyə daxil olan günü məhkuma hüquq və vəzifələri, daxili rejim qaydaları, həmçinin müəssisəinin ərazisini heç bir üzürlü səbəb olmadan 24 saaatdan artıq müddətə tərk edən məhkumların AR CMnin 304-cü və 305-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması izah edilmiş və bu barədə iltizam alınmışdır. 2 saylı MTCM-də cəza çəkən məhkum Təqsirləndirilən şəxs 11 iyun 2024-cü il tarixdə müəssisə rəisinin adına ərizə ilə müraciət etmiş və 3 gün müddətində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal ünvan 2 ünvanına 3 günlük müddətində ailə üzvləri ilə görüşə icazə verilmişdir. Lakin görüş müddəti başa çatdıqdan sonra müəssisəyə qayıtmalı olduğu halda məhkum Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb olmadan qayıtmamış, MTCM rəisinin növbətçi köməkçisi Şahid8 tərəfindən aşkar olunmuş və 14 iyun 2024-cü il tarixdə məntəqə rəisinə raportla bildirilmişdir. Məhkum Təqsirləndirilən şəxs yaşadığı ünvandakı evə və əməliyyat-axtarış məlumatlarına əsasən digər qohumlarının ünvanlarına müəssisə əməkdaşları ilə birgə baxış keçirsələr də, məhkumun ünvanda olmadığı aşkarlanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda keçirilmiş baxışla bağlı əməkdaşlar tərəfindən akt tərtib edilərək imzalanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticə verməmişdir. Məhkum Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə Penitensiar Xidmətin 2 saylı Məntəqə tipli CÇM-nin əməkdaşları tərəfindən cəza çəkdiyi müəssisəyə geri qaytarılmış, cəzanın icrası qaydalarını pozduğu üçün Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsi tərəfindən verilmiş təqdimat əsasında Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsini çəkmək üçün həmin gün X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsinin əməkdaşı Şahid10 Şahid7 göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, Şahid6 Təqsirləndirilən şəxs saxlayan zaman öz telefonunun üzərində olduğunu bildirmişdir. Şahid6 izahatından sonra təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bir daha bildirmişdir ki, onu saxlayan şəxslər arasında Şahid6 olmamış, polis əməkdaşları onu dostu Ayxangilin evindən aparmış, Ayxanla anası Şərqiyyə onun polis əməkdaşları tərəfindən aparılmasının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Turqut onun oğlu Ayxanla dostdur. Ayxan müharibədə iştirak etmiş, o zamanlarda itkin düşmüşdür. Turqut bir neçə il əvvəl gəlib Ayxanı soruşmuş, o da ağlayaraq Ayxanın itkin düşdüyünü bildirmişdir. Ondan sonra Turqutgil şəhərdə yaşamağa getmiş və bir daha onu görməmişdir. Daha sonra Ayxan tapılaraq ailəsinə təhvil verilmiş, o, 5 ildir ki, müxtəlif xəstəxanalarda, sonuncu dəfə isə Maştağada müalicə almışdır. Turqut dostlarından Ayxanın tapıldığını eşitmiş, bu səbəbdən 15 noyabr 2024-cü il tarixdə axşamüstü onu görməyə Salyana gəlmişdir. Həmin gün o, oğlu Ayxanla evdə olmuşdur. Turqut evə təzəcə gəlmişdir ki, təxminən 30-40 dəqiqə sonra 5-6 nəfər polis əməkdaşları evə daxil olaraq Turqutun qolunu qandallayaraq aparmışlar. Həmin polis əməkdaşlarını daha əvvəl görməmiş, onları tanımamışdır. Onlara nə üçün Turqutu apardıqlarını soruşduqda, orada izah olunacağı bildirilmişdir. Turqut onlara gələrkən onun üzərində bıçaq görməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şərqiyyə Vahidovanın övladı Ayxan Vahidov ağır xəstə olduğundan (Vətən müharibəsində ağır dərəcəli kəlləbeyin travma alması) onun məhkəmə iclasında dindirilməsi mümkün olmadı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 08 ay 22 gün müddətədə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan əlavə edilmiş sənədlərdən görünür ki, məhkum Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdə cəzasını çəkmək üçün PX-in 2 saylı X13 Müəssisəsinə daxil olmuş və həmin gün Təqsirləndirilən şəxs hüququ və vəzifələri, müəssisəsinin rejim qaydaları, həmçinin Azərbaycan Respublikası CM-nin 304 və 305-ci maddələri izah edilərək iltizam alınmışdır. Təqsirləndirilən şəxs 2 saylı X13 müəssisəsinə ünvanladığı 11 iyun 2024-cü il tarixli ərizəsindən görünür ki, ailə vəziyyəti ilə əlaqədar olaraq ona ailəsinin yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal ünvan 5 ünvanına 3 günlük getməyinə icazə verilməsini xahiş etmişdir. 02 sentyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 305-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Şahid1 Əbdülhəsən oğlunun 26 sentyabr 2024-cü il tarixdə Salyan rayon Polis şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, o, müraciət edərək bildirmişdir ki, 25 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində özünə məxsus Vaz 2109 markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini Salyan rayonu Çuxanlı kənd ərazisində çöl sahəsində saxalyıb getdikdən sonra 26 sentyabr 2024-cü il tarixdə saat 09 radələrində həmin yerə gəldikdə avtomobilin orada olmadığını aşkar etmişdir. Həmin avtomobili qaçıran şəxsi tapıb və avtomobilin ona verilməsində köməklik edilməsini xahiş etmişdir. 01 oktyabr 2024-cü il tarixli “ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ittiham elan etmək üçün tutularaq PX-in müvafiq müəssisəsinə təhvil verilməsi qərara alınmışdır. 01 oktyabr 2024-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 13 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi üzrə təqsirli bilinərək barəsində 04 il 08 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzası və 04 il müddətinə nəqliyyat vasitələrinin idarə etmə hüququndan məhrum edilmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılması qərara alınmışdır. 01 oktyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikasının CM-nin 305-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. 15 noyabr 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. 15 noyabr 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə” protokolundan görünür ki, 15 noyabr 2024-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs üzərində 2 ədəd bıçaq olduğunu bildirərək həmin bıçaqları polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılarkən üzərində olan və təqdim etdiyi 2 ədəd bıçaq özünə məxsusdur, həmin bıçaqları haradan əldən etdiyini xatırlamır və çoxdandır ki ondadır. Bildirmişdir ki, əvvəllər həbsdə olduğu üçün aşkar olunmuş bıçaqları lazım gəldikdə, özünü müdafiə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bıçaqdan biri qatlanma, düymə vasitəsilə açılan və tiyəsi düz bıçaq, digər bıçaq isə tiyəsi daha uzun, enli və qalın olmaqla tiyəsinin ucu əyri olan bıçaqdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əl çantasından 1 ədəd “Redmi” markalı, 1 ədəd “Sony Ericsson” markalı və 2 ədəd “Nokia” markalı mobil telefonlar, 1 ədəd alışqan, 1 ədəd mobil telefon üçün enerji gücləndiricisi və onun naqili də aşkar olunaraq götürülmüşdür. 16 noyabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Məhkəmə-ballistik ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 18/919 nömrəli rəyindən görünür ki; İ. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – kustar üsul ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilir. İİ. Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, lakin tiyəsinin küt tərəfi də sonradan sürtülərək nazildilib itilənmiş deşici kəsici xassəli süngü bıçaqların tiyəsinə uyğunlaşdırılmışdır, hal-hazırda soyuq silah hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 16 noyabr 2024-cü il tarixli 18/919 №-li rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat təşkil edir. 17 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. 17 noyabr 2024-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 17 noyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan rayon Polis şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. 21 noyabr 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi ilə başlanmış cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 7(003)- 1672/2024 saylı qərarından görünür ki, Penitensiar Xidmətin 2 saylı X13 Müəssisəsi tərəfindən verilmiş təqdimat əsasında məhkum Təqsirləndirilən şəxs cəzanın icrası qaydalarını qərəzli pozduğu üçün 04 il 08 ay 22 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. 23 noyabr 2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 27 noyabr 2024-cü il tarixli “cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 305-ci maddəsi "təqsirləndirilməsinə dair Ədliyyə Nazirliyinin İstintaq İdarəsində istintaq olunan ********* i inayət işi Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsində onun CM-nin 185.1ci i ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün həmin şöbəyə göndərilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunmuşdur.Qəbul edilmiş qərar barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata prokurora və maraqlı şəxslərə məlumat verilməsi qərara alınmışdır. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 08 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Salyan rayon İHB-nin Arbatan kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 2024-cü il tarixli, 5-71-8/2-545/2024 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası 1954-cü il təvəllüdlü X3 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 02 dekabr 2024-cü il tarixli, 18-1-68/2-2220/2024 nömrəli məktubundan görünür ki, Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayan, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. 09 dekabr 2024-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və icrata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraatada istintaq edilən ********* nömrəli inayət işinə bir icraatda birləşdirilərək cinayət işinin ibtidai istintaqı ********* statistik nömrəsi ilə aparılmış və həmin cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. 06 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi və 22 noyabr 2024-cü il tarixdə Azərbaycan çespublikası CM-nin 305-ci maddəsi ilə elan edilmiş ittihamlara əlavə edilməsi zərurəti yarandığından Təqsirləndirilən şəxs həmin Məcəllənin 185.1, 228.4 və 305-ci maddələri yenidən iitiham elan edilmiş;özünün etirafedici ifadələri, zərər çəkmiş əxs və şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, avtomobilə baxış keçirilməsi ərotokolu, baxış və götürmə protokolu, məhkəmə-ballistik ekspertizasının rəyi və cinayət işinin digər istintaq sənədləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün iş üzrə sübut növü kimi qəbul edilmiş; cinayət işi üzrə baxış keçirilməsi və götürmə aparılması protokolunun videogörüntüsünün olduğu 1 (bir) ədəd diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmış;istintaq Zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində Salyan rayonu Çuxanlı kəndində çöl sahəsinə Bəhruz adlı şəxslə heyvan saxladıqları ün həmin gün ondan pul almağa gəldiyini, həmin vaxt Şahid1 idarə etdiyi VAZ 21093 markalı, **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobili görüb idarə edərək oradan getdiyini və Aydını tanıdığı üçün avtomobili qaçırmadığını bildirməsi xüsusatı iş üzrə toplanmış heç bir sübutla təsdiqini tapmadığından özünü müdafiə kimi qiymətləndirilmiş; istintaq zamanı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 229.4-cü maddəsinin tərkib əlamətləri aşkar olunmadığından barəsində təmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmiş; istintaq zamanı Şahid3 əməlində Azərbaycan Respublikası CMnin 185-ci maddəsinin tərkib əlamətləri aşkar olunmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edimiş; istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş, soyuq silah hesab ddilən 2 (iki) ədəd bıçaq cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü ülyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora gönərilməsi qərara alınmışdır. 07 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1, 228.4 və 305-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. 2 saylı MTCM-nin rəisi ədliyyə kapitanı Fəzlan Məmmədov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 08 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2023-cü il, sonu xx.xx.2028-ci ildir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən 2 saylı X13 müəssəsində cəza çəkir və onun xx.xx.2024-cü il tarixinə çəkilməmiş qalan cəzası 04 il 12 gün təşkil edir. 2 saylı MTCM-nin rəisi ədliyyə kapitanı Fəzlan Məmmədov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixə çəkilməmiş cəzası 04 il 12 gün təşkil etmişdir. xx.xx.2024-cü İİ tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən müəssisəyə təhvil verilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayon məhkəməsinin qərarı ilə ümumi rejlmil cəzaçəkmə müəssisəsinə keçirilmişdir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü iİ tarixədək Təqsirləndirilən şəxs 5 gün müddətinə müəssisədə saxlanılmışdır. Odur ki, həmin tarixə məhkum Təqsirləndirilən şəxs müəssisədə çəkilməmiş cəzası 04 il 07 gün təşkil etmişdir. İş materiallarında olan məhkum Təqsirləndirilən şəxs qardaşı X5 məxsus Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin MV 00738 vəsiqəsindən görünür ki, vəsiqə sahibi müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquna malikdir. Vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. İş materiallarında olan sənədlərdən görünür ki, məhkum Təqsirləndirilən şəxs qardaşı X6 “Cəbrayılın azad olunmasına görə” medalı, Hərbi xidmətə görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı,”Zəngilannın azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1919-2014) yubiley medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, sahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının, ekspert rəyləri və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən CM-nin 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. -İlkin olaraq məhkəmə təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir: Əvvəlla, məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi əsaslı olmamışdır. Çünki, Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Hazırki cinayət işində məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə, saat 17:40-da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilmiş, saat 18:55-dən 19:09-dək üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 2 ədəd bıçağı, habelə içərisində şəxsi əşyaları olan əl çantasını çıxarıb onlara təqdim etmiş, həmin bıçaqları özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. 17 noyabr 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman onun şübhəli şəxs qismində dindirilməsi protokolunda olan ifadəsi və suallara verilmiş cavabları sözbəsöz eynilə təqsirləndirilən şəxs qismində cəlb etmə protokoluna köçürülmüşdür. Məhkəmə iclasında isə Təqsirləndirilən şəxs sərbəst ifadə verərək 15 noyabr 2024cü il tarixdə dostu Ayxangilə getdiyini, Ayxangilin evinin Çuxanlı kəndində yerləşdiyini, Ayxanla otaqda oturub söhbət etdikləri zaman qəfildən otağın qapısı sındırıldığını və polis əməkdaşlarının otağa daxil olduqlarını, həmin vaxt Ayxanın anasının evdə olduğunu, Ayxanla anasının onun polis əməkdaşları tərəfindən aparılmasının şahidi olduqlarını, onu Salyan Rayon Polis Şöbəsinə apardıqlarını, təxminən 2-3 saat şöbədə saxladıqdan sonra onu şöbədə döyərək bıçaq verib həmin bıçaqların ona məxsus olmasını deməsi bildirdiklərini və ona əgər bıçaqları “boynuna almasa” ona daha ağır ittiham irəli sürüləcəyi, həmin vaxt özünün X13 müəssisəsinə qayıtmadığından qorxduğunu, bu səbəbdən üzərinə qoyulmuş bıçaqları təqdim edərək ona deyildiyi qaydada həmin bıçaqların ona məxsus olduğunu, özünü müdafiə etmək məqsədilə üzərində gəzdirdiyini bildirdiyini, həmçinin, onu saxlayan polis əməkdaşlarının şəxsi axtarış və götürmə zamanı həmin istintaq hərəkətində iştirak etmədiklərini, şəxsi axtarış və götürmədə olan polis əməkdaşlarının onu evdən götürən polis əməkdaşları olmadıqlarını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun Salyan RPŞ-nə aparıldığı zaman saatın təxminən 17:40 radələrində olduğunu, onu şöbənin əməkdaşlarının apardıqlarını, həmin şəxslərin arasında Şahid6 olmadığını, həmin şəxslərdən birinin şöbənin rəis müavini Etibar Balakişiyev olduğunu, hadisəyə həm dostunun, həm də dostunun anasının şahid olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şərqiyyə Vahidova hadisə günü, yəni 15 noyabr 2024-cü il tarixdə oğlu Ayxanla evdə olduğunu, Turqutun onlara oğlu Ayxanı görmək məqsədilə gəldiyini, təxminən 30-40 dəqiqə sonra 5-6 nəfər polis əməkdaşlarının evə daxil olaraq Turqutu apardıqlarını bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid X9 illər əvvəl tutulmamışdan öncə də onlara gəldiyini, Turqutu sadəcə Ayxanın dostu kimi tanıdığını bildirmişdir. Məhkəmə həm təqsirləndirilən şəxsin, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrini əlaqəli və müqayisəli şəkildə təhlil edərək onların hər birinin ifadələrindəki xüsusatların digərinin ifadəsindəki xüsusatlarla uzlaşdığını, ifadələr arasında ən xırda detallara qədər heç bir ziddiyyətin olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verilmiş ifadələrini inandırıcı və işin həqiqi halları ilə uzlaşan ifadələr kimi qiymətləndirir. Məhkəmə, eyni zamanda, iş üzrə dindirilmiş şahid Şərqiyyə Vahidovanın təqsirləndirilən şəxslə qohumluq münasibətinin olmamasını, hətta öz ifadəsində göstərdiyi kimi Turqutu Ayxanın dostu kimi tanımasını və sadəcə adının Turqut olduğunu bildiyini, bir sözlə, onun təqsirləndirilən şəxsi qorumaq və onun məsuliyyətdən yayınmasına nail olmağa çalışması üçün heç bir səbəbinin olmadığını nəzərə alaraq şahid qismində dindirilmiş Şərqiyyə Vahidovanın ifadəsini iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətli sübut kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman təqdim etdiyi bıçaqların ona məxsus olmasını bildirməsinə baxmayaraq, sonradan dindirilən zaman həmin bıçaqların ona aid olmadığını göstərməsi ilə bağlı isə qeyd edir ki, təqsirləndirilən şəxsin kompüter vasitəsi ilə yazılmış ifadələrində həmin bıçaqların özünə məxsus olmasını bildirməsinin qeyd olunması istintaq orqanının işin həqiqi hallarının aşkara çıxmasının qarşısının alınmasına yönəlik addım kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxsin özünün sərbəst şəkildə yazıb-oxuya bilməsinə baxmayaraq, onun ifadələri kompüter vasitəsilə yazılmaqla onun tərəfindən imzalanmışdır. Bu da, iş üzrə istintaqı aparan müstəntiqin həmin ifadələrin onun adından şablon formada yazılmaqla, təqsirləndirilən şəxsə imzalatdırılmasına dair əsaslı şübhələrin yaranmasına zəmin yaradır. Məhkəmə istintaqın müəyyən bir ssenari əsasında həyata keçirildiyini, cinayət işi üzrə qeyri-obyektiv, səthi, formal və natamam araşdırma aparıldığını nəzərə alaraq məhkəmə iclasında tam, hərtərəfli və obyektiv aparılmış araşdırma nəticəsində dindirilmiş təqsirləndirilən şəxsin, o cümlədən, onun ifadələri ilə tamamilə uzalaşan və ziddiyyətli bir məqam belə müəyyən edilməyən şahid Şərqiyyə Vahidovanın məhkəmə iclasında verilmiş ifadələrini işin həqiqi hallarına uyğun verilmiş ifadələr kimi qiymətləndirir və həmin şəxslərin ifadələrinin həqiqiliyinin hazırki cinayət işi üzrə şübhə altına alınması üçün heç bir əsas görmür. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər, iş üzrə dindirilmiş şahid ifadələri və məhkəmə istintaqı zamanı əldə edilmiş sübutlarla tamamlanmış ifadələr kimi qiymətləndirir, onun təhqiqat zamanı və istintaq zamanı verdiyi ifadələrin isə formal olaraq iş materiallarına əlavə edildiyini nəzərə alaraq sübut kimi qəbul etmir. -Təqsirləndirilən şəxsin saxlanılması vaxtı və şəraiti barədə məhkəmənin qiymətləndirməsi: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs onun 15 noyabr 2024-cü il tarixdə, saat 17:40 radələrində Salyan rayonu Çuxanlı kəndində küçədə olan zaman saxlanılmadığını, dostu Ayxangilin evindən polis əməkdaşlarının evə qanunsuz daxil olaraq onun güc tətbiq edilməklə həmin evdən Salyan RPŞ-nə aparıldığını, onu saxlayan polis əməkdaşları arasında Şahid6 olmadığını, şöbənin rəis müavini Etibar Balakişiyevin də orada olduğunu bildirmişdir. Göstərilən xüsusatlar, yəni Təqsirləndirilən şəxs dostu Ayxangilin evindən eyni vaxtda polis əməkdaşlarının evə qanunsuz daxil olmaqla onu polis şöbəsinə aparmaları, onu aparan polis əməkdaşlarının 4-5 nəfər olmaları məhkəmə iclasında dindirilmiş Şərqiyyə Vahidovanın ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə hadisə günü təqsirləndirilən şəxsin üzərində olan 15 noyabr 2024-cü il tarixdə istifadəsində olmuş 077 803-56-73 saylı mobil nömrənin, Şahid5 üzərində olan 15 noyabr 2024-cü il tarixdə istifadəsində olmuş 051 377-00-85 saylı mobil nömrənin və Şahid6 üzərində olan 15 noyabr 2024-cü il tarixdə istifadəsində olmuş 050 568-65-68 saylı mobil nömrənin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair xx.xx.2025-ci il tarixli, 1(057)- 27/2025 saylı qərarla "xxxx" və "xxxx" MMC-yə müraciət edilmişdir. "xxxx" MMC tərəfindən 14 avqust 2025-ci il tarixdə təqdim edilmiş anten məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 077 803-56-73 saylı mobil nömrənin anten məlumatları onun 15 noyabr 2025-ci il tarixdə, saat 15:30-dan saat 17:49-dək Salyan rayonu Çuxanlı kəndində olmasını göstərmişdir. "xxxx" MMC tərəfindən 23 iyun 2025-ci il tarixdə təqdim edilmiş anten məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı radələrdə Şahid6 istifadəsində olmuş 050 568-65-68 saylı mobil nömrənin anten məlumatları 15 noyabr 2025-ci il tarixdə, saat 17:54 radələrində onun Salyan rayonu Noxudlu kəndində olmasını göstərmişdir. Şahid6 istifadəsində olmuş 050 568-65-68 saylı mobil nömrənin anten məlumatlarının onun 15 noyabr 2025-ci il tarixdə, saat 17:54 radələrində Salyan rayonu Noxudlu kəndində olmasını göstərməsi onun həmin zaman aralığında həqiqətən də Turqutun saxlanılmasında iştirak etməməsinə dair əsaslı şübhəsinin yaranmasına əsas verməklə həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmasına zəmin yaradır. (Nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahidə ünvanlanmış suala cavab olaraq, Şahid6 Təqsirləndirilən şəxs saxlayan zaman mobil telefonunun üzərində olduğunu bildirmişdir). -İstintaq orqanının mötəbər sübut qismində istinad etdiyi digər sübut növü 15 noyabr 2024-cü il tarixdə, saat 18:55-dən 19:09-dək həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir: Belə ki, məhkəməyə təqdim edilmiş sənədlərə əsasən Təqsirləndirilən şəxs 15 noyabr 2024-cü il tarixdə, saat 17:40-da Salyan rayonu Çuxanlı kəndində saxlanılaraq Salyan RPŞ-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə həmin gün saat 18:55-dən 19:09-dək keçirilmişdir ki, bu da təqsirləndirilən şəxsin saxlanıldıqdan 01 saat 15 dəq sonra üzərində axtarış aparılmasına dəlalət edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Hazırki halda təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 01 saat 15 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddətdə təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Belə olan halda Təqsirləndirilən şəxs reallıqda hansı saatda saxlanılması, hansı saatda üzərinə şəxsi axtarış və götürmənin həyata keçirilməsi, həmin hərəkətlər arasında olan saat fərqi məhkəmə üçün aydın olmadığından bu hal özü də təqsirləndirilən şəxsin hansı müddət ərzində polis bölməsində qanunsuz olaraq saxlanılmasının, 48 saatlıq tutulma müddətinin pozulmasının, həmin müddət ərzində soyuq silahın şəxsin üzərinə qoyulmasının mümkünlüyü ehtimallarını daha da artırır. Bununla yanaşı, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaqı hərəkətinin görüntülərini özündə əks etdirən diskə baxış zamanı videonun 01:55-ci dəqiqəsində polis əməkdaşlarının Təqsirləndirilən şəxs həmin bıçaqların ona məxsus olduğunu soruşan zaman Təqsirləndirilən şəxs kinayəli şəkildə baxaraq gülümsəməsi məhkəmənin diqqətini çəkən məqamlardan olmuşdur. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs məxsus olduğu bildirilən həmin bıçaqlardan biri iri olçülü, digəri isə kiçik olmuşdur. İri bıçağın ümumi ölçüsünə görə həmin vaxt təqsirləndirilən şəxsin üzərində olan çantaya yerləşməsi fiziki baxımdan mümkün deyildir. Eyni zamanda, günün günorta çağı şəxsin belə böyük ölçülü bıçaqla küçədə sərbəst şəkildə hərəkət etməsi də absurd olmaqla sadəcə məntiqəsığmazdır. Buna baxmayaraq, təqsirləndirilən şəxsin bıçaqların ona məxsus olduğunu bildirməsi, həm real vəziyyət, həm də məntiqi baxımdan şübhə doğurur və bıçağın həqiqətən həmin şəxsə aid olub-olmaması barədə əsaslı suallar yaradır. -İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-ballistik ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 18/919 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş əşyanın növünün və təyinatının müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş əşyanın kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-ballistik ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində soyuq silahın olması qənaətinə gəlməyə əsas verə bilməz. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 228.4-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 228.4-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə (köhnə redaksiyada) onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, iş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı və 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı, lakin tiyəsinin küt tərəfi sonradan itilənərək ilkin təyinatını itirmiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri dövlət büdcəsinə aid edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsə bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs CM-nin 305-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, eləcə də işdə olan yuxarıda qeyd olunan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 67.4-cü maddəsinə əsasən, hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. 67.5-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 305-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə yerindən qısa müddətə getməsinə icazəsi olan şəxsin icazə müddəti başa çatmaqdan sonra geri qayıtmaması— bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hallar kimi, qardaşı Elçin Cəbrayılovun 44 günlük Vətən müharibəsində iştirak edərək “Vətən müharibəsi iştirakçısı”, ”Zəngilanın işğaldan azad edilməsi”, “Cəbrayılın işğaldan azad edilməsi” və “Hərbi xidmətlərə görə” medallarla təltif edilməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 305-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 67.1 və 67.5-ci maddələrinə əsasən ona hazırki hökmlə təyin edilmiş 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasının Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəzanın qismən, əlavə cəzanın isə tam birləşdirilməklə ona qəti olaraq 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 22 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Xəzər Rayon Məhkəməsinin 7(003)-1672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 2 saylı X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi nəzərə alınmalıdır. Fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 330 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülməlidir. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 305-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4-cü (köhnə redaksiyada) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 305-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 04 ay müddətə azadlıqdan məhrum etmə cəzası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-294/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəza qismən, əlavə cəza isə tam birləşdirilməklə ona qəti olaraq 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 il 01 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmənin əvvəli tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Xəzər Rayon Məhkəməsinin 7(003)-1672/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 2 saylı X13 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, ümumi təyinatlı ov bıçağı və 01 ədəd kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağı, lakin tiyəsinin küt tərəfi sonradan itilənərək ilkin təyinatını itirmiş və soyuq silah hesab edilən təsərrüfat-məişət təyinatlı turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işinin materiallarına əlavə olunmuş 03 ədəd CD disk işdə saxlanılsın. Ekpertiza tədqiqatının dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 330 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Vəkilə dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərarın surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar