Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-29/2023 15.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Müdafiəçi1 və X2 iştirakı ilə xx.xx.1995-ci ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu 1-ci Varlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə xx.xx.1993-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu 1-ci Varlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il oktyabrın 1-də saat 21 radələrində Salyan rayonu Düzənlik kəndində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərin üzərindən keçməklə qanunsuz daxil olaraq bağ sahəsindən sonuncuya məxsus hər biri 1000 manat dəyərində, 1 illik, diri halda çəkiləri 100 kiloqram olan 1 baş erkək cinsli və 1 baş dişi cinsli olmaqla 2 baş iribuynuzlu heyvanı (inək) gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il noyabrın 19-da saat 21 radələrində Salyan rayonu Peyk kəndində Zərərçəkmiş şəxs2 məxsus ferma təsərrüfatının ərazisində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qapının üzərində olan məftil parçasını çıxarıb qapını açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 150 manat dəyərində, 1 illik, diri halda çəkiləri 20 kiloqram olan 23 baş xırdabuynuzlu heyvanı (qoyun), hər biri 100 manat dəyərində, 6 aylıq, diri halda çəkiləri 10 kiloqram olan 15 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 150 manat dəyərində, 1 illik, diri halda çəkiləri 20 kiloqram olan 10 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 250 manat dəyərində, 3 illik, diri halda çəkiləri 30 kiloqram olan 10 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 350 manat dəyərində, 4 illik, diri halda çəkiləri 40 kiloqram olan 15 baş xırdabuynuzlu heyvanı (keçi) gizli yolla talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda ümumilikdə 14200 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il oktyabrın 1-də saat 21 radələrində Salyan rayonu Düzənlik kəndində yerləşən və saxlanc yeri hesab edilən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə çəpərin üzərindən keçməklə qanunsuz daxil olaraq bağ sahəsindən sonuncuya məxsus hər biri 1000 manat dəyərində, 1 illik, diri halda çəkiləri 100 kiloqram olan 1 baş erkək cinsli və 1 baş dişi cinsli olmaqla 2 baş iribuynuzlu heyvanı (inək) gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2022-ci il noyabrın 19-da saat 21 radələrində Salyan rayonu Peyk kəndində Zərərçəkmiş şəxs2 məxsus ferma təsərrüfatının ərazisində yerləşən və saxlanc yeri hesab edilən tövləyə qapının üzərində olan məftil parçasını çıxarıb qapını açmaqla qanunsuz daxil olaraq oradan sonuncuya məxsus hər biri 150 manat dəyərində, 1 illik, diri halda çəkiləri 20 kiloqram olan 23 baş xırdabuynuzlu heyvanı (qoyun), hər biri 100 manat dəyərində, 6 aylıq, diri halda çəkiləri 10 kiloqram olan 15 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 150 manat dəyərində, 1 illik, diri halda çəkiləri 20 kiloqram olan 10 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 250 manat dəyərində, 3 illik, diri halda çəkiləri 30 kiloqram olan 10 baş xırdabuynuzlu heyvanı (keçi), hər biri 350 manat dəyərində, 4 illik, diri halda çəkiləri 40 kiloqram olan 15 baş xırdabuynuzlu heyvanı (keçi) gizli yolla talayıb Zərərçəkmiş şəxs2 xeyli miqdarda ümumilikdə 14200 manat maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətmişdir. Hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədr öz təsdiqi tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının sonunda Şəhriyarla Düzənlik kəndində tanımadığı şəxsə məxsus evin həyətində 2 baş iribuynuzlu heyvanı oğurlamaq barədə razılığa gəlmişlər. 2022-ci oktyabrın 1-də saat 21 radələrində Peyk kəndində yol kənarında yerləşən evin bağında 2 baş inəyin kəndirlə bağlandığını görmüşlər. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra bağı əhatə edən çəpərdən keçərək həmin iki baş heyvanın ipini kəsib bağdan çıxarmışlar. Bundan sonra Şəhriyar “Qaz 33021” markalı yük avtomobili idarə edən Şirvan şəhər sakini Şahid2 zəng etmiş və bazara heyvan aparmaq istədiyini deyib kəndə gəlməsini xahiş etmişdir. Sahib təxminən bir saat sonra idarə etdiyi “Qaz 33021” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onların olduqları yerə gəlmişdir.Heyvanları maşına yükləyib Cəlilabad bazarına aparmışlar və orada hər birini 220 manat olmaqla, ümumilikdə ikisini 440 manata tanımadıqları şəxslərə satmışlar. 2022-ci il noyabrın 19-da saat 15 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan rayonu Peyk kəndində fermada çox sayda xırdabuynuzlu heyvanların olduğunu görmüşlər.Saat 19 radələrində aralarında olan razılığa əsasən yaşadıqları evin yaxınlığında Şəhriyarla görüşmüşlər. Şəhriyar oğurlayacaqları heyvanları daşımaq üçün yenə də “Qaz 33021” markalı yük avtomobili idarə edən Şirvan şəhər sakini Şahid2 zəng etmiş, Sahibə bazara heyvan aparmaq istədiklərini və 1 saat ərzində çağıracaqlarını demişdir. Həmin günü saat 21 radələrində ətrafda heç kimin olmadığına əmin olduqdan sonra fermanın ərazisinə daxil olaraq heyvanların saxlanıldığı tövləyə daxil olaraq oradan heyvanları çıxarıb qovaraq təxminən 100-200 metr kənara aparmışlar. Təxminən saat 23 radələrində Sahib idarə etdiyi “Qaz 33021” markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə tək halda onların olduqları yerə gəlmişdir. Sahib keçiləri gördükdən sonra həmin heyvanların kimə məxsus olduğunu soruşmuş, həmin heyvanların özlərinə məxsus olduğunu və alverlə məşğul olduqlarını demişlər. Sahib onlara inandığı üçün bundan sonra Şəhriyarla birlikdə həmin keçiləri Sahibin avtomobilinə yükləmişlər. Avtomobilin yük yeri tamamilə dolduğu üçün yerdə qalan heyvanları yığa bilməmişlər.Sonra heyvanları Maştağa bazarına aparmışlar. Yolda bir baş keçinin öldüyünü görmüşlər. Həmin vaxt keçilərdən birinin də artıq öldüyünü görmüşlər.Bundan sonra Şəhriyarla birlikdə ümumilikdə 42 baş keçini çəkilərinə uyğun olaraq bazarda tanımadıqları ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satmışlar. O cümlədən 16 baş yeni doğulmuş keçinin hər birini 70 manata və 1 baş erkək cinsli ağır çəkisi keçini 200 manata olmaqla Abil adlı şəxsə satmışlar. Sonrakı müddətdə ayrı-ayrı şəxslərə 1 yaxud 2 baş olmaqla keçiləri satmışlar. Sonda qalan 14 baş keçini isə Fuad adlı şəxsə ümumilikdə 1160 manata satmışlar. Bazara apardıqları ümumilikdə 42 baş keçini ayrı-ayrı şəxslərə sataraq təxminən 4000 manat pul əldə etmiş, saat 07 radələrində Sahibin avtomobilinin yanına getmişlər. Sahib həmin anda avtomobildə yatdığı üçün yuxudan oyadıb avtomobilə əyləşmiş və geri qayıtmışlar.Törətdiyi əmələ görə peşimandır, zərərçəkmişlərə dəymiş zərəri ödəmişlər, zərərçəkmişlər onlardan şikayətçi deyil, həmin səbəbdən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının sonlarında dəqiq xatırlamadığı tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək barədə razılığa gəlmişlər. Famil ona yaşadıqları kəndin yaxınlığında olan Düzənlik kəndində tanımadığı şəxsə məxsus evin həyətində 2 baş iribuynuzlu heyvan olduğunu və həmin heyvanları oğurlaya biləcəklərini demiş, o da fikirləşdikdən sonra Famil ilə razılaşmışdır. 2022-ci oktyabrın 1-də saat 20 radələrində Famillə görüşdükdən sonra əvvəlki müddətdə aralarında olan söhbətə əsasən Düzənlik kəndində tanımadıqları şəxsə məxsus evin həyətində olan 2 baş iribuynuzlu heyvanı oğurlamaq qərarına gəlmişlər. Piyada halda gedərək saat 21 radələrində Peyk kəndində yol kənarında yerləşən evin bağ hissəsinin yaxınlığına çatmış, həmin vaxt bağda 2 baş inəyin kəndirlə yerdə olan dəmirə bağlandığını və bağda heç kimin olmadığını görmüşlər. Ətrafda da heç kimin olmadığına əmin olduqdan sonra həmin iki baş heyvanı oğurlayıb Cəlilabad şəhərinə bazara aparıb satmışlar. 2022-ci il noyabrın 19da saat 21 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə Salyan rayonu Peyk kəndində yerləşən tanımadığı şəxsə məxsus fermadan qoyunları və keçiləri oğurlamışlar. Həmin heyvanları qovaraq təxminən 100-200 metr kənara aparmış, həmin ərazidə köhnə fermalardan qalan metal torla əhatə olunmuş ərazilər olmuşdur. Orada keçiləri bir əraziyə, qoyunları isə bir qədər kənarda olan digər əraziyə salmışlar. Təxminən saat 21:30 radələrində həmin ərazidən bir qədər kənarlaşmış və o, yenidən Sahibə zəng edib gələcəyi yeri izah etmişdir. Saat 23 radələrində Sahib idarə etdiyi “Qaz 33021” markalı, **- DO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə tək halda onların olduqları yerə gəlmiş, bundan sonra Famil ilə birlikdə avtomobilə əyləşmiş və Sahibə gedəcəkləri yeri izah etmişlər. Keçiləri yığdıqları əraziyə çatdıqdan sonra avtomobildən düşmüş, Sahib keçiləri gördüyü anda həmin heyvanların kimə məxsus olduğunu soruşduqda həmin heyvanların özlərinə məxsus olduğunu və alverlə məşğul olduqlarını demişlər. Sahib onlara inandığı üçün Famillə birlikdə həmin keçiləri Sahibin avtomobilinin yük yerinə yığmış, avtomobilin yük yeri tamamilə dolduğu üçün 6 baş keçini və qoyunları götürmək fikrindən daşınmışlar. Bundan sonra Famillə birlikdə avtomobilə əyləşmiş və Sahibdən onları Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə aparmasını istəmişlər. Sahib bunun üçün onlardan 220 manat pul istəmiş, Sahibə geri qayıdarkən 200 manat pul verəcəyini dedikdə Sahib onunla razılaşmışdır. Bundan sonra yola çıxmış, yol boyu da Sahib bir neçə dəfə heyvanlar barədə onlardan soruşduqda Sahibə narahat olmamasını və heyvanların özlərinə məxsus olduğunu demişlər. Bakı şəhəri, Qaradağ rayonu ərazisində Sahib təkərlərə baxmaq üçün avtomobili dayandırmış, o da Famil ilə birlikdə avtomobildən düşüb heyvanlara baxmışdır. Həmin anda keçilərdən birinin avtomobildə sıxılaraq öldüyünü görmüş, bundan sonra Famil yük yerinə girərək həmin ölmüş heyvanı yük yerindən götürüb ona vermiş, o da həmin heyvanı yol kənarında olan zibillik əraziyə atmışdır. Bundan sonra yola davam etmiş və noyabrın 20-də saat 03 radələrində Maştağa qəsəbəsində təşkil olunan heyvan bazarına çatmışlar. Orada Sahib idarə etdiyi yük avtomobilini dayandırmış və yük yerində olan keçiləri satıcılar üçün nəzərdə tutulmuş xüsusi hissəyə boşaltmışlar. Həmin vaxt keçilərdən birinin də öldüyünü görmüş, həmin ölmüş heyvanı geri qayıdarkən atmaq üçün yük yerində saxlamışlar. Bundan sonra Sahib avtomobili bazarın kənarına aparıb yataraq onları gözləməyə başlamışdır. Bundan sonra Famil ilə birlikdə ümumilikdə 42 baş keçini çəkilərinə uyğun olaraq bazarda tanımadıqları ayrı-ayrı şəxslərə müxtəlif qiymətlərə satmışlar. O cümlədən 16 baş yeni doğulmuş keçinin hər birini 70 manata və 1 baş erkək cinsli ağır çəkili keçini 200 manata olmaqla Abil adlı şəxsə satmış, sonrakı müddətdə ayrı-ayrı şəxslərə 1 yaxud 2 baş olmaqla keçiləri satmışlar. Sonda qalan 14 baş keçini isə Fuad adlı şəxsə ümumilikdə 1160 manata satmışlar. Keçiləri onlardan alan hər bir şəxsə heyvanların özlərinə məxsus olduğunu demiş, hətta onları inandırmaq üçün yalan olaraq heyvanlara hansı formada qulluq göstədiklərini izah etmişlər. Bazara apardıqları ümumilikdə 42 baş keçini ayrı-ayrı şəxslərə sataraq ümumilikdə 4100 manat pul əldə etmiş, saat 07 radələrində Sahibin avtomobilinin yanına getmişlər. Sahib həmin anda avtomobildə yatdığı üçün yuxudan oyatdıqdan sonra avtomobilə əyləşmiş və geri qayıtmağa başlamışlar. Yolda gəldikləri vaxt əldə etdikləri puldan Sahibə 200 manat pul vermiş, qalan 3900 manat pulu isə tam şəkildə yarı bölərək Familə 1950 manat pul vermişdir. Saat 11 radələrində Salyan rayonu 1-ci Varlı kəndi ərazisində Sahibin idarə etdiyi avtomobildən düşmüş, bundan sonra Famil öz evinə, o isə öz evinə getmiş, sonrakı müddətdə isə bir-birilərini görməmişlər. Şahid2 2022-ci il oktyabrın 1-də 2 baş iribuynuzlu heyvanı və 2022-ci il noyabrın 19-da 44 baş xırdabuynuzlu heyvanı idarə etdiyi yük avtomobili ilə daşıyarkən onların həmin heyvanları oğurladıqlarını bilməmişdir. 2022-ci oktyabrın 2-də Cəlilabad rayonunda satdıqları 2 baş iribuynuzlu heyvanı, həmçinin 2022-ci il noyabrın 20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təşkil olunan heyvan bazarında satdıqları xırdabuynuzlu heyvanları alan şəxslərdən hər hansı biri onların həmin heyvanları oğurluq yolu ilə ələ keçirdiklərini bilməmişdir. Törətdiyi əməllərdən peşmandır, özünü təqsirli hesab edir, zərərçəkmişlərə dəymiş ziyanı ödəmiş, sonuncular onlardan şikayətçi deyillər.Ona görə onlara köməklik olunmasını xahiş etdi. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsində ona dəymiş zərərin ödənildiyini, şikayət və tələbinin olmadığını, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.Ona görə də məhkəmə baxışı zamanı onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, göstərmişdir ki, şəxsi təsərrüfatında 30 baş iribuynuzlu heyvanı (inək) olmuş və həmin iribuynuzlu heyvanları yaşadığı evin həyətində yerləşən tövlədə saxlamışdır. Hər gün iribuynuzlu heyvanları otarmaq üçün kənd ərazisində yerləşən otlaq sahəsinə aparmış, axşam isə geri gətirmişdir. Lakin 2 baş iribuynuzlu heyvanı otlaq sahəsində qalmadığından və kənd sakinlərinin əkin sahəsinə girərək ziyan vurduğundan həmin 2 baş iribuynuzlu heyvanı evinin həyətyanı sahəsində saxlamışdır. Axşam saatlarında isə həmin 2 baş iribuynuzlu heyvanı həyətində yerləşən tövləyə salmışdır. 2022-ci il oktyabrın 1-də saat 21 radələrində 2 baş iribuynuzlu heyvanı tövləyə salmaq üçün həyətə düşərək həmin iribuynuzlu heyvanları saxladığı yerə getmiş, həmin vaxt 2 baş iribuynuzlu heyvanın orada olmadığını, boyunlarına bağladığı kəndirin kəsildiyini aşkar etmişdir. Sonra yaşadığı evin həyətyanı sahəsinin bir tərəfində olan taxta çəpərin çıxarılaraq kənara qoyulduğunu görmüşdür. Yaşadığı evdən çıxaraq kənd ərazisində 2 baş iribuynuzlu heyvanını axtarsa, lakin tapa bilməmişdir. Yaşadığı evə gedib arvadı Südabəyə həyətdə saxladığı 2 baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını demiş, arvadı Südabə də Azərbaycan Respublikası DİN-in “102” Xidməti-Zəng Mərkəzi sisteminə zəng edərək məlumat vermişdir. Sonralı müddətdə Salyan RPŞ-yə ərizə ilə müraciət edərək özünə məxsus olan 2 baş iribuynuzlu heyvanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. Özünə məxsus olan 2 baş iribuynuzlu heyvan məhz yaşadığı evin həyətindən oğurlanmışdır. Oğurlanmış 2 baş iribuynuzlu heyvandan biri dişi cinsli, 1 illik, çəkisi 100 kq olmaqla 1000 manat dəyərində, digəri isə erkək cinsli, 1 illik, çəkisi 100 kq olmaqla 1000 manat dəyərində olmuş, hər iki heyvanın oğurlanması nəticəsində ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Salyan rayonu Peyk kəndi ərazisində özünə məxsus fermasında xırdabuynuzlu və iribuynuzlu heyvanlar saxlayır. 2022-ci il noyabrın 19-da toya getməli olduğu üçün saat 15 radələrində iribuynuzlu heyvanları tövləyə salaraq qapını bağlayaraq evnə getmişdir. Saat 22 radələrində yenidən fermaya qayıtmış, fermanın ərazisində yerləşən və heyvanları saxladığı tövlənin dəmirdən olan qapısı bağlı olsa da, lakin üzərində olan məftil parçasının çıxarıldığını görmüşdür. Dərhal qapını açaraq tövləyəbaxmış və heyvanların yerində olmadığını bilmişdir. 2 saat ərzində ferma ərazisini və yaxınlıqdakı əraziləri gəzsə də, heyvanları tapa bilməmiş, saat 24 radələrində heyvanların oğurlandığına əmin olduğundan DİN-in 102 xidmətinə zəng edərək xırdabuynuzlu heyvanların oğurlanması barədə məlumat vermişdir. Sonrakı müddətdə fermanın yerləşdiyi əraziyə polis əməkdaşları gəlmiş və heyvanların oğurlandığı yerə baxış keçirmişlər. Polis əməkdaşları ilə birlikdə fermanın ətrafında olan ərazilərə baxdıqları vaxt fermadan uzaqda yerləşən köhnə ferma ərazisində olan metal torla əhatə olunmuş hissədə ona məxsus 23 baş qoyunu və 6 baş keçini tapmış, lakin 44 baş keçini isə tapa bilməmişlər. Noyabrın 20-də Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təşkil olunan heyvan bazarına getmiş və orada 2 nəfər şəxsin ayrı-ayrılıqda satdığı keçilərdən ona məxsus olanları tapmışdır. Məlum olmuşdur ki, özlərini Şirvan şəhər sakinləri kimi təqdim edən şəxs həmin gün gecə saatlarında bazarda ona məxsus keçiləri müxtəlif şəxslərə satmışlar. Həmin 2 nəfər şəxsdən birindən 13 baş, digərindən isə 8 baş olmaqla ümumilikdə 21 baş ona məxsus olan keçilər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüş və ona təhvil verilmişdir. Fermada özünə məxsus ümumilikdə 50 baş keçi və 23 baş qoyun olmuşdur. 23 baş qoyunun hər biri 1 illik olmaqla, diri halda çəkiləri 20 kiloqram, hər birinin dəyəri isə 150 manat olmuş, 50 baş keçidən 15 başının hər biri 6 aylıq olmaqla, diri halda çəkiləri 10 kiloqram, hər birinin dəyəri 100 manat, 10 başının hər biri 1 illik olmaqla, diri halda çəkiləri 20 kiloqram, hər birinin dəyəri 150 manat, 10 başının hər biri 3 illik olmaqla, diri halda çəkiləri 30 kiloqram, hər birinin dəyəri 250 manat, 15 başının isə hər biri 4 illik olmaqla, diri halda çəkiləri 40 kiloqram, hər birinin dəyəri 350 manat olmuşdur. Həmin heyvanların hamısının oğurlanması nəticəsində ona ümumilikdə 14200 (on dörd min ki yüz) manat məbləğində maddi ziyan dəymişdir. Lakin sonrakı müddətdə 23 baş qoyunu və 6 baş keçini fermadan xeyli uzaqda tapmış, həmin tapdığı 23 baş qoyun ümumilikdə 3450 manat, 6 baş keçi isə 900 manat dəyərində olmuşdur. Bundan başqa, noyabrın 20-də Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təşkil olunan heyvan bazarında da ona məxsus ümumilikdə 21 baş keçi aşkar olunaraq sonrakı müddətdə ona təhvil verilmişdir. Həmin 21 baş keçi isə ümumilikdə 3550 (üç min beş yüz əlli) manat dəyərində olmuşdur. Beləliklə ona dəymiş ziyanın 7900 (yeddi min doqquz yüz) manat olan hissəsi ödənilmiş, 6300 (altı min üç yüz) manat hissəsi isə qalmışdır.Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək onlara yüngül cəza verilməsini xahiş etdi. Məhkəmədə elan olunmuş 2022-ci il noyabrın 20-də tərəfimdən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokollardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olan Şahid3 13 baş, Şahid4 isə 8 baş olmaqla, ümumilikdə 21 baş xırdabuynuzlu heyvan (keçi) aşkar olunaraq götürülmüşdür. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 05 oktyabr 2022-ci il tarixli, 218 nömrəli məktubundan görünür ki, Salyan rayonu ərazisində yerləşən heyvan bazarında sentyabr və oktyabr aylarında 1 baş 1 illik dişi cinsli, çəkisi 100 kiloqram olan inəyin bazar qiyməti 1000 (bir min) manat və 1 baş 1 illik erkək cinsli, çəkisi 100 kiloqram olan dananın bazar qiyməti 1000 (bir min) manat dəyərində olmuşdur. Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 08 dekabr 2022ci il tarixli, 239 nömrəli məktubundan görünür ki, Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 2022-ci ilin noyabr ayı ərzində: - 1 illik, diri halda çəkisi 20 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanın (qoyun) bazar qiyməti 150 manat; - 6 aylıq, diri halda çəkisi 10 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanın (keçi) bazar qiyməti 100 manat; - 1 illik, diri halda çəkisi 20 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanın (keçi) bazar qiyməti 150 manat; - 3 illik, diri halda çəkisi 30 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanın (keçi) bazar qiyməti 250 manat; - 4 illik, diri halda çəkisi 40 kiloqram olan 01 baş xırdabuynuzlu heyvanın (keçi) bazar qiyməti 350 manat. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Rzayev X5 rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 28 fevral 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır Salyan rayon məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 1(057)-140/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 02 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Əsədli X4 rayon məhkəməsinin 21 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin Salyan rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Salyan Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli, 1(057)-82/2018 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğu Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs kimi tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Salyan rayon məhkəməsinin 11 mart 2019-cu il tarixli, 1(057)-20/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 oğunun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Salyan Rayon İcra Hakimiyyəti Başçısının Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 oğu yaşayış yeri üzrə mənfi xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur Salyan Rayon İcra Hakimiyyəti Başçısının Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 oğu yaşayış yeri üzrə mənfi xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 06 dekabr 2022-ci il tarixli, 2959 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 oğu narkoloji, ruhi-əsəb yaxud digər xəstəliklər üzrə qeydiyyatda yoxdurlar. Zərərçəkmiş şəxs1 2022-ci il 12 dekabr tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ailə üzvləri tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir, həmin şəxslərlə barışmışdır və onlara qarşı şikayət və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs2 fermadan uzaqda yerləşən ərazidən tapdığı 6 baş keçi və 23 baş qoyun, həmçinin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində təşkil olunan heyvan bazarından aşkar edilərək götürülmüş 21 baş keçi cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası CPM-in 131.1.3-cü maddəsinə əsasən saxlanılmasından ötrü Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs1 anası Ş.Rzayevanın adına olan tibbi kartadan çıxarışdan görünür ki, sonuncu 16 aprel 2021-ci ildən xx.xx.2021-ci il tarixə kimi X3 Mərkəzində uşaqlığın fibromioması diaqnozu ilə müalicə olunmuşdur. Ş.Rzayevanın adına olan tibbi kartadan çıxarışdan görünür ki, sonuncu 06.11 2021ci ildən xx.xx.2021-ci il tarixə kimi X3 Mərkəzində əməliyyatdan sonrakı ventral yırtıq diaqnozu ilə müalicə olunmuşdur. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X1 arasında nikah 30 iyul 2021-ci ildə 175 nömrə ilə qeydə alınmışdır. Varlı kənd inzibati ərazi üzrə nümayəndənin vermiş olduğu xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Vətən Müharibəsindən əvvəl ərazi nümayəndəliyinə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 adına olan hərbi biletin surətindən görünür ki, o, xx.xx.2022-ci ildə hərbi hissənin siyahısına daxil edilmiş, xx.xx.2020-ci ildə çıxarılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ərizəsindən görünür ki, ona dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Hər iki təqsirləndirlən şəxsin zərərçəkmişlərə dəymiş ziyanı ödəmələri, təqsirlərini səmimi etiraf edərək peşimançılıq hissi keçirmələri onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzalarını ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar həmin maddlərlərlə təqsirli bilinməli və sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Onların hər ikisini qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Onların hər ikisinin əməlində cinayətlərin residivi olmasa belə, onlar oxşar cinayətə görə məhkum olunmuşlar.Lakin onlar islah olunmamış, onlara təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından heç bir nəticə çıxarmamışlar. Ona görə də məhkəmə belə hesab edir ki, onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunması daha əsaslı, qanuni və ədalətlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 21 noyabr 2022-ci ildən hesablanmalıdır. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş 23 noyabr 2022-ci il tarixli həbs qətimkan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğluna məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2022-ci ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2022-ci ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-29/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-29/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver