Məhkəmə qərarları › İş №1(057)-3/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-3/2023

13.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-3/2023 13.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı, X1 Səlimov, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxx 1979-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri H. Əliyev pr. 14/33, mənzil 2-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan tanışı Zərərçəkmiş şəxs övladları Şahid3 Mühafizə polisinə, Şahid2 isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən birinə işə düzəldəcəyi barədə yalan vəd verib aldatmaqla 2020-ci ilin iyul ayının 25-də saat 16 radələrində Zərərçəkmiş şəxs onun atası X6 vasitəsi ilə göndərdiyi 1000 manat pulu etibardan sui-istifadə və aldatma yolu ilə Sumqayıt şəhərində ələ keçirdikdən sonra vahid niyyətlə və eyni üsulla 2020-ci ilin iyul ayının sonlarında saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsindəki evinə gələrək sonuncunun arvadı Şahid1 əlavə 9.000 manat pul alaraq Zərərçəkmiş şəxs cəmi 10.000 manat pulunu ələ keçirib ona qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 2020-ci ilin iyul ayında atası bir dəfə yaşadıqları Kərimbəyli kəndində təsadüfən Zərərçəkmiş şəxsla rastlaşmış, görüşüb haləhval tutduqdan sonra Fərhaddan oğlanlarının nə işlə məşğul olmasını soruşanda Fərhad atasına oğlanlarının hazırda işsiz olduqlarını, onlara iş axtarsada münasib bir iş tapa bilmədiyini bildirib ondan imkan olarsa onun oğlanlarını işə düzəltməyi xahiş etmişdir. Atası da həmin vaxt Fərhada oğlunun Bakı şəhərində yaxşı dostları olduğunu, oğluna bu barədə deyəcəyini və onun vasitəsi ilə bu məsələdə ona köməklik göstərəcəyini bildirmişdir. Ondan sonra atası Sumqayıt şəhərinə gələndə ona kənddə kirvələri olan Fərhadla rastlaşdığını, görüşüb hal-əhval tutduiqdan sonra Fərhadın uşaqlarının işsiz olduğunu bildirirb ondan oğlanlarını işə düzəltməyi xahiş etdiyini, Fərhada bu işdə köməklik göstərəcəyinə söz verdiyini, ona görə də onlara köməklik göstərməsini ondan xahiş etmişdir. Cavabında o da atasına bu barədə dostlarına deyəcəyini və onların əlaqələri vasitəsi ilə Fərhadın uşaqlarını işə düzəldə biləcəyini bildirib bunun üçün təxminən 10.000 manat pul lazım olacağını, həm də əvvəldən bir az, yəni təxminən 1000 manat beh lazım olduğunu atasına demiş, həmin pulu almaqda məqsədi bu işi düzəltmək üçün söz deyəcəyi dostlarına xərcləmək olmuşdur. Atasının onun bu fikrindən xəbəri olmamış, atasına həmin pulu nə edəcəyi barədə heç nə deməmişdir. Bir neçə gündən sonra atası Salyan rayonu, Kərimbəyli kəndində yaşayan Fərhadgilə getmiş, orada onlarda olarkən Fərhadın arvadı Lalaya demişdir ki, Rəşada bu barədə demişəm və o, uşaqlarınızı işə düzəldəcəyinə söz verib. Buna görə bir az beh lazımdır ki, Rəşada verim. Lala da gətirib evlərində ona əvvəldən beh kimi 1000 manat pul vermiş, atası da Laladan aldığı həmin 1000 manatı pulun hamısını sonra ona vermişdir ki, Fərhadın uşaqlarını işə düzəltsin. Həmin pulun hamısını atası ona verəndən sonra onu özü ehtiyacları üçün xərcləmiş, bundan atasının xəbəri olmamışdır. Ondan sonra 2022-ci ilin iyul ayının sonlarında Salyan rayonu, Kərimbəyli kəndinə gedərək Laladan evində oğlanlarının yanında cəmi 9000 manat pul almış, həmin pulu da o dövrdə bu məsələdə ona kömək edən şəxslərə xərcləmişdir. Həmin dövrdə Tahir adlı tanışı Fərhadın oğlu Səyidi hərbi komissarlığa, Turanı isə mülki mühafizə xidmətinə işə düzəldəcəyinə söz vermiş, 2020-ci ilin avqust ayının sonlarında Fərhadın oğlu Səyidin mobil telefonuna zəng vurub qardaşı Turanın sabah Hacıqabula gəlməli olduğunu bildirmiş, özü də səhəri günü Bakı şəhərindən Hacıqabul rayonuna gəlmiş, orada Turanla görüşəndən sonra birlikdə Hacıqabul şəhərindəki Mülki Mühafizə İdarəsinə getmişlər. Orada onları adını bilmədiyi bir şəxs qarşılamış, həmin şəxsin kim olmasını, orada hansı vəzifədə işləməsi ona məlum olmamaqla onu hazırda xatırlaya da bilmir. Mülki Mühafizə İdarəsində Turanın boyunu ölçüb onunla bir az sorğusual edəndən sonra adını bilmədiyi həmin şəxs onlara yoxlamanın başa çatdığını və yoxlamanın nəticəsi barədə sonra onlara xəbər veriləcəyini bildirmişdir. Ondan sonra Turan evlərinə, o isə Bakı şəhərinə qayıtmışdır. 2 gün sonra Tahir adlı tanışı ona zəng vurub Turanın gəlib Bakı şəhərində komissiyadan keçməli olduğunu bildirmiş, ona görə də zəng vurub Turanı Bakıya çağırmışdır. Bakıda Turanla 20 Yanvar dairəsi yaxınlığında görüşmüş və onu oradakı bir xəstəxanaya aparıb ondan laboratoriya analizi götüzdürmüş, laboratoriya analizi verəndən sonra Turana rayona qayıdıb onun zəngini gözləməsini tapşırmışdır. Turanın analiz verdiyi xəstəxananı da şəkər xəstəsi olduğundan xatırlaya bilmir və bu onun yadında qalmamışdır. 2020-ci ilin sentyabr ayının əvvəllərində isə Fərhadın oğlu Səyidi Bakı şəhərinə dəvət etmiş, Səyid gələndən sonra onu Nərimanov rayon Hərbi Komissarlığına işə düzəldəcəyini demiş, sonra Səyidi aparıb ona Nərimanov rayon Hərbi komissarlığının binasını da göstərəndən sonra birlikdə nahar etmiş və Səyidi rayona yola salıb ona zəngini gözləməyi tapşırmışdır. Ondan sonra respublika ərazisində pandemiya baş verdiyindən Tahir adlı tanışı koronavirusa yoluxmuş və bu səbəbdən də o, vəfat etmişdir. Tahir adlı tanışının yaşayış ünvanı, tam şəxsiyyəti, nə vaxt rəhmətə getməsi ona məlum olmamış, onun telefon nömrəsi olan telefon kartı da yandığından telefon nömrəsi onda qalmamışdır. Tahir adlı tanışı öldüyü üçün Fərhadın uşaqlarının işə düzəlmə məsələsi də həll olunmamış, buna görə Fərhadla Lala dəfələrlə onlara gəlib verdikləri 10.000 manat pulu geri tələb etmişlər. Atası ondan işin nə yerdə olduğunu soruşanda o da atasına Tahir adlı tanışı öldüyündən Fərhadın oğlanlarının işinin düzəlmədiyini bildirmişdir. Atası vəziyyəti belə görüb onlara imkan olmadığından pulu həmin vaxt qaytara bilməyəcəklərini, ona görə onlara bir qədər vaxt vermələrini Fərhadgildən xahiş etmiş, həm də kənddəki evlərinin sənədlərini də onlara təklif etmişdir ki, onları götürüb evi sataraq pulunu özlərinə götürsünlər. Lakin onlar evin sənədlərini götürməkdən imtina etmiş, onların da maddi imkanları olmadığına görə indiyədək onların pulunu qaytara bilməmişlər. Hazırda səhv iş tutduğunu başa düşür və tutduğu əməlindən də səmimi peşimandır. Zərərçəkmişə dəymiş zərəri ödəmiş, onunla barışmış, sonuncunun ondan şikayəti və tələbi olmadığını, dövlətə zərərin 25 faizi miqdarında pul ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş kimi ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X4 əvvəldən qonşu kənd sakini və həm də qaynının kirvəsi kimi tanımış, onunla yaxın münasibəti olmaqla aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Onun dörd övladı olmaqla onlardan 3-ü oğlan, biri isə qızdır. Oğlanlarından Turan adlı kiçik oğlu Nəqliyyat kollecini, Səyid adlı böyük oğlu isə Təfəkkür üniversitetini bitirmişdir. Səbuhi adlı oğlu isə musiqiçidir. Dəqiq tarix yadında qalmasada təxminən 2020-ci ilin iyul ayının ortalarında bir dəfə Salyan rayonu, Kərimbəyli kəndində olarkən yolda təsadüfən Vahid Rüstəmovla rastlaşmış, görüşüb hal-əhval tutandan sonra Vahid ondan oğlanlarının nə işlə məşğul olmasını soruşmuşdur. O da Vahidə hazırda oğlanlarının işsiz olduqlarını və onlara iş axtardığını bildirmiş, həmin vaxt Vahid ona yaxşı tanışları olduğunu, çalışıb tanışları vasitəsi ilə ona bu məsələdə kömək edəcəyini bildirib bu məsələ ilə bağlı narahat olmamasını tapşırmışdır. Aralarındakı bu söhbətdən iki gün sonra özü evdə olmayan zaman Vahid onlara gələrək həyat yoldaşı Lalaya hər iki oğlunuu işə düzəldə biləcəyini, bununla bağlı müəyyən adamlarla söhbət apardığını və işin düzəlməsi üçün 10.000 manat pul lazım olacağını, Turanı Mühafizə polisinə, Səyidi isə Hərbi Komissarlığa işə düzəldəcəyini bildirmişdir. Həmin gün axşam evə gələndən sonra həyat yoldaşı Lala Vahidin onlara evə gəlməsi və onun dedikləri barədə məlumat vermiş, Vahid qaynının kirvəsi olduğundan və onunla münasibəti də həmişə yaxşı olduğundan Vahidin Lalaya dediklərinə inanmış, bundan sonra 10.000 manat pulu düzəltmək üçün evdəki qızıllarını həyətində olan 3 baş iri buynuzlu heyvanı satıb pulun qalan çatışmayan 3000 manat hissəsini isə bacısı oğlu Rayisdan borc kimi alaraq cəmi 10.000 manat pul düzəltmiş, bundan sonra Vahidlə əlaqə saxlayıb ona dediyi 10.000 manat pulu düzəltməyi barədə məlumat vermişdir. Vahid də 2020-ci ilin iyul ayının 25-də saat 16 radələrində yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən evinə gələrək onlarla söhbət edib oğlu Rəşadın oğlanlarını işə düzəldəcəyi barədə onları bir daha inandırandan sonra arvadı Lalanın yanında ondan əvvəlcə 1000 manat pulu beh kimi alıb getmişdir. Təxminən 5 gün sonra Vahid telefonla zəng edərək işi olduğu üçün özünün onlara gələ bilməyəcəyini və qalan 9000 manatı onlara gələcək oğlu Rəşada verməli olduğuqlarını ona demişdir. Onun bu zəngindən sonra Vahidin oğlu Rəşad saat 14 radələrində onlara gələrək qalan 9000 manat pulu oğlanlarının yanında arvadı Laladan götürüb getmişdir. Ondan sonra Rəşad oğlu Turanı Hacıqabul rayonuna aparmış, Turan həmin gün axşam evə qayıdandan sonra ondan soruşanda o, Rəşadın onu Hacıqabul rayonunda yerləşən mühafizə idarəsinə aparıb orada boyunu və çəkisini yoxlatdırdığını, hər şeyin qaydasında olduğunu ona dediyini bildirmişdir. Bir müddət gözlədikdən sonra Vahiddən bir xəbər çıxmadığını görüb ona dəfələrlə zəng etsə də Vahid onları aldadaraq müxtəlif bəhanələrlə vaxtı uzatmış, onlardan aldığı 10.000 manat pulu qaytarmamaqla oğlanlarını da işə düzəltməmişdir. Sonradan Rəşad guya oğlanlarını işə düzələcəyinə onu inandırmaq üçün oğlu Səyidi Bakıya çağırtdırıb ondan orada qan analizi götüzdürmüş və bir binanı Səyidə göstərib gələcəkdə orada işləyəcəyini ona demişdir. Bir müddət gözlədikdən sonra Rəşaddan bir xəbər çıxmadığını görüb ona dəfələrlə zəng etsə də Rəşad yenə də onu aldadaraq müxtəlif bəhanələrlə vaxtı uzatmış, sonradan isə telefonunu ümümiyyətlə söndürmüşdür. Sonuncu dəfə 2021-ci ilin dekabr ayında Vahidi yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində görmüş, həmin vaxt aralarındakı söhbət zamanı Vahid ona bankdan kredit götürəcəyini, ondan aldıqları 10.000 manat pulu da qaytarcağına söz versədə buna əməl etməmiş və bir daha onunla əlaqə saxlamamışdır.Hazırda iş məhkəəmədə olarkən təqsirləndirilən şəxs ona dəymiş zərəri ödəmiş, onunla barışmış, heç bir şikayəti və tələbi olmadığını bildirdi.Bu barədə notariatda təsdiq olunmuş ərizə təqdim etmişdir. Şahid məhkəmədə ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəldən uzaq qohum kimi tanımış, özünün onlarla elə də yaxın bir münasibəti olmasada valideynləri ilə onların münasibətləri həmişə yaxşı olmuşdur. 2020-ci ilin iyul ayında Vahid atası ilə kənddə rastlaşıb söhbət edən zaman atasına oğlu Rəşad vasitəsi ilə onu və qardaşı Turanı işə düzəldəcəyinə söz vermiş, onlar arasındakı bu danışıqdan bir neçə gün sonra Vahid özü onlara gəlmiş, evdə oturub söhbət edərkən Vahid onun anası Lalaya oğlu Rəşadla danışdığını və onun köməkliyi ilə onu Hərbi Komissarlığa, qardaşı Turanı isə Mühafizə polisinə işə düzəldəcəyini bildirib bunun üçün 10.000 manat pul lazım olduğunu bildirmiş, anası həmin vaxt Vahidə bu qədər məbləğdə pulları olmadığını bildirdikdə Vahid ona bu barədə Fərhada bildirməyi tapşırıb getmişdir. Ondan sonra atası axşam evə gələn zaman anası Vahid kişinin onlara gəldiyini və oğlanlarını işə düzəldəcəyini, bununla əlaqədar 10.000 manat pul tapmağı tapşırdığını atasına demiş, valideynləri də çarəsiz qaldığından onların işə düzəlməsi naminə aparıb evlərindəki qızılları və həyətlərində saxladıqları 3 baş iri buynuzlu heyvanı satıb pulun qalan hissəsini də yaxın qohumlardan borc götürməklə cəmi 10.000 manat pul düzəldib bu barədə Vahid kişiyə məlumat vermişdir. Vahid də ondan sonra 2020-ci ilin iyul ayının 25-də bir dəfə günortadan sonra saat 16 radələrində onlara gəlmiş, o, bir daha oğlu Rəşadın köməkliyi ilə onları işə düzəldəcəyinə valideynlərini inandırdıqdan sonra deməsinə görə Rəşada verməsi üçün 1000 manat pulu atasından almış, yaxın günlərdə onların işə düzələcəkləri barədə onlara məlumat verəcəklərini bildirmişdir. Lakin 3-4 gündən sonra Vahid kişi atasına zəng edib onların işə düzəlmələri üçün pulun hamısının lazım olduğunu, ona görə də oğlu Rəşadın onlara gələcəyini və qalan 9000 manat pulu da ona verməyi tapşırmışdır. Həqiqətəndə onun bu zəngindən sonra Rəşad günorta saat 14 radələrində onlara gəlmiş, onlarla birlikdə nahar edən zaman Rəşad yaxın günlərdə onu və Turanı atasının xahişi ilə işə düzəldəcəyini deyib buna onları inandırıb müxtəlif vədlər vermişdir. Ondan sonra Rəşad guya onları işə düzəldəcəyi adı ilə anasından 9000 manat pulu almış, sonradan qardaşı Turanı Hacıqabul rayonuna aparmış, axşam evə qayıdandan sonra Turandan soruşanda o, Rəşadın onu Hacıqabul rayonunda yerləşən mühafizə idarəsinə aparıb orada boyunu və çəkisini yoxlatdırdığını, sonra hər şeyin qaydasında olduğunu bildirib evlərinə qayıtmasını tapşırdığını demişdir. Ondan sonra Rəşad onun valideynləri ilə telefonla əlaqə saxlayıb onları işə düzəltməklə bağlı guya çalışdığını bildirmiş, 2020-ci ilin sentyabr ayının əvvəllərində Rəşad onun öz mobil telefonuna zəng vuraraq onu Bakı şəhərinə dəvət edib ona iş yerini göstərəcəyini bildirmişdir. Rəşadın bu sözünə inandığı üçün Bakı şəhərinə getmış, Bakıda görüşəndən sonra Rəşad onu Nərimanov rayonu Hərbi Komissarlığına aparıb kənardan komissarlığın binasını ona göstərib onu orada işə düzəldəcəyini bildirmişdir. Rəşad sonra orada küçədə dayanıb həmin vaxt onu gözləyən bir şəxslə söhbət etmiş və söhbətini qurtarıb onu nahar etməyə dəvət etmişdir. Nahar edəndən sonra naharın pulunu, yəni 100 manat pulu da ona verdirmiş, ondan sonra rayona qayıdıb işə düzələcəyi günü gözləməyə başlamışdır. Lakin Rəşad onu işə düzəltməmiş, bir müddətdən sonra artıq onlardan gizlənməyə başlamış, valideynlərinin və onların telefon zənglərinə də cavab verməmişdir. Xeyli müddət gözlədikdən sonra Rəşadın aldığı pulu qaytarmaq istəmədiyini görən atası bu barədə polis şöbəsinə ərizə vermək qərarına gəlmişdir. Sonradan onlara məlum olmuşdur ki, Rəşadın bütün bunları etməkdə məqsədi onları aldatmaq və onları işə düzəldəcəklərinə inandırıb pullarını dələduzluq yolu ilə ələ keçirməkdən ibarət omuşdur. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə o, Qaradağ rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 69.4, 66.2, 66.5, 68.2, 70-ci maddələrinə əsasən 02 il 11 ay 25 gün azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti məhkum olunmuş və 2000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, təqsirləndirilən şəxsin arvadı X2 dəymiş ziyanın 25 faizi miqdarında, yəni 2500 manat pulu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası 178.2.4-cü maddəsi ilə maddəsi ilə düzgün tövsif edilmiş, o, göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Lakin məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş zərəri ödəmiş, onunla barışmış, sonuncu bu barədə notariat qaydada təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Eyni zamanda dəymiş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində olan cinayət işinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nın 73-1.2-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nın 40.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Həmin Məcəllənin 41.3-cü madəsində qeyd olunmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə cinayət mühakimə icraatı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********,Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 40, 305, 346.1.8 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmədə cinayət mühakimə icraatı zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protest verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar