Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-3/2024 09.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X48 Yaqub oğlunun sədrliyi, X38 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X28 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Salyan rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1994-cü ildə Qobustan rayonu Nabur kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qobustan rayonu Nabur kəndində qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə, xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri Ə.Hüseynov küçəsi ev 22-də qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 4 mənzil 1-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti, ev 74/76-da qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsi ev 49-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmçinin qəbir və meyit üzərində təhqiredici hərəkət cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,659 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il aprelin 13-də saat 16:30-da Abşeron rayonu Masazır qəsəbəsi Şıxəli Qurbanov küçəsində qanunsuz olaraq psixotrop maddə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron Rayon Polis İdarəsinə aparılmış, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 10 radələrində Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən mərhum X3 qəbirinin sinə daşının arxa hissəsində torpağa basdırılmış halda olan ümumi 1,5 qram çəkidə, 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını torpağı qazıb çıxarmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 23 radələrində Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən mərhum X4 qəbirinin sinə daşının arxa hissəsini bel və çalov vasitəsilə qazıb sonuncunun meyitinin çənə sümüyünün üzərində olan ümumi 1,5 qram çəkidə 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 Müsafir oğluna mənəvi və ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbiri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 11-də saat 03 radələrində Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Shacman” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Gravita” markalı, “12 V 1** AH *** A (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru və “Shacman” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Netex” markalı, “12 V 1** AH *** A (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və X30 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 15-də saat 02 radələrində Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan yolu 32A ünvanının qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 icarə əsasında idarə etdiyi “Kamaz” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən sonuncuya məxsus hər biri 140 manat dəyərində “ВОЛК” markalı, “12 B 6 CT 1** AH ***0 max 46,5 kg (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qəbir və meyit üzərində təhqiredici hərəkət, həmçinin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 10 radələrində Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən mərhum X3 qəbirinin sinə daşının arxa hissəsində torpağa basdırılmış halda olan ümumi 1,5 qram çəkidə, 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını torpağı qazıb çıxarmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 23 radələrində Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən mərhum X4 qəbirinin sinə daşının arxa hissəsini bel və çalov vasitəsilə qazıb sonuncunun meyitinin çənə sümüyünün üzərində olan ümumi 1,5 qram çəkidə 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 Müsafir oğluna mənəvi və ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbiri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək 2023-cü il mayın 11-də saat 03 radələrində idarə etdiyi “Daewoo gentra” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu ünvan 3 ünvanının qarşısına gəldikdən və aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev avtomobildən düşdükdən sonra oradan uzaqlaşıb sonunculardan xəbər gözləmiş, Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev həmin ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs3 məxsus “Shacman” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Gravita” markalı, “12 V 1** AH *** A (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru və “Shacman” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Netex” markalı, “12 V 1** AH *** A (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru götürdükdən sonra mobil telefon vasitəsilə əlaqə saxlayaraq onu həmin əraziyə çağırmış, sonrakı müddətdə Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev ilə birlikdə ümumilikdə 4 ədəd akkumulyatoru həmin ərazidən aparıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 400 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və X30 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək 2023-cü il mayın 15-də saat 02 radələrində idarə etdiyi “Daewoo gentra” markalı, dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobil ilə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan yolu 32A ünvanının qarşısına gəldikdən və aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev avtomobildən düşdükdən sonra oradan uzaqlaşıb sonunculardan xəbər gözləmiş, Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev həmin ünvanın qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 icarə əsasında idarə etdiyi “Kamaz” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən sonuncuya məxsus hər biri 140 manat dəyərində “ВОЛК” markalı, “12 B 6 CT 1** AH ***0 max 46,5 kg (EN)” texniki göstəriciləri olan 2 ədəd akkumulyatoru götürdükdən sonra mobil telefon vasitəsilə əlaqə saxlayaraq onu həmin əraziyə çağırmış, sonrakı müddətdə Təqsirləndirilən şəxs3 və Orxan Hacıyev ilə birlikdə 2 ədəd akkumulyatoru həmin ərazidən aparıb gizli yolla talayaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 280 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, mərhum X4 qəbiri və meyiti üzərində təhqiredici hərəkətlər etməkdə şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2023-cü il mayın 30-da saat 13:50-də Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yaşadığı binanın qarşısında saxlanılaraq saat 15:30-da ünvan 5 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, о, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qəbir və meyit üzərində təhqiredici hərəkət, həmçinin qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 10 radələrində Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən mərhum X3 qəbirinin sinə daşının arxa hissəsində torpağa basdırılmış halda olan ümumi 1,5 qram çəkidə, 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını torpağı qazıb çıxarmaqla gizli yolla talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü il mayın 7-də saat 23 radələrində Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən mərhum X4 qəbirinin sinə daşının arxa hissəsini bel və çalov vasitəsilə qazıb sonuncunun meyitinin çənə sümüyünün üzərində olan ümumi 1,5 qram çəkidə 170 manat dəyərində 875 əyarlı 2 ədəd qızıl diş qapağını gizli yolla talayıb Zərərçəkmiş şəxs2 Müsafir oğluna mənəvi və ümumilikdə 170 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmiş, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbiri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,639 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, mərhum X4 qəbiri və meyiti üzərində təhqiredici hərəkətlər etməkdə şübhəli bilindiyi üçün Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 2023-cü il mayın 31-də saat 12:10-da Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yaşadığı evin qarşısında saxlanılaraq saat 13:40-da ünvan 5 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində bildirmişdir ki, özünü qismən təqsirli bilir, əməllərini qismən etiraf edir, lakin Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmir. Belə ki, o, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. O, narkotik vasitə aludəçisidir. İttiham üzrə ona istinad edilən cinayət əməllərini törədən zaman da narkotik vasitənin təsiri altında olmuşdur. Lakin o, polis tərəfindən tutulan zaman üzərində narkotik vasitə olmamış, narkotik vasitə onun üzərinə Polis İdarəsində polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis İdarəsində ona hədəqorxu gəldikləri və təzyiq göstərdikləri üçün qorxduğundan ibtidai istintaq zamanı üzərinə qoyulmuş narkotik vasitənin ona məxsus olması barədə ifadə vermişdir. Eyni zamanda əməliyyatçılar onu döyərək ona qarşı zor tətbiq etmiş, ona xəsarət yetirmişlər. Polis İdarəsində əməliyyatçılar onu əgər onun üzərinə qoyduqları narkotik vasitəni inkar etsə, onda ailə üzvlərini polis idarəsinə gətirəcəkləri ilə təhdid etmişlər. Əməliyyatçılardan Alxan və Tural narkotiki onun üzərinə qoymuşlar, Alxan şəxsən onu döymüşdür. O, narkotik vasitənin onun üzərinə qoyulması və döyülməsi barədə prokurora şikayət etsə də sonradan şikayətini geri götürmüşdür. O, məhkəmədə barəsində “həbs” qətimkan tədbiri seçilərkən məhkəməyə narkotik vasitənin onun üzərinə qoyulması və döyülməsi barədə heç bir məlumat verməmişdir. Polis əməkdaşları onun üzərinə narkotik vasitə qoyduqdan sonra Polis şöbəsində onun üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən çıxan narkotik vasitənin məhz özünə məxsus olmasını bildirmiş, onun üzərindən çıxan narkotik vasitənin ona məxsus olmaması barədə nə vəkilinə, nədəki digər şəxslərə deməmişdir. İstintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş digər ittihamlar üzrə cinayət əməllərini törətmişdir. O, 2023-cü ilin may ayının 7-də tanışları olan, onun kimi narkotik istifadəçiləri olan Xəyal və Abas ilə görüşərək onlarla söhbət edən zamanı onlara pul lazım olduğu üçün Salyan rayonunda dəfn edilmiş mərhum bibisi Nazilə İlyasovanın qəbrin baş tərəfində basdırılmış qızıl dişləri çıxarıb satmağı təklif etmişdir. Abas və Xəyal da onunla razılaşmış, onlar hər üçü həmin gün bu məqsədlə Bakı şəhərindən Salyan rayonuna avtomobillə gəlmişlər. Onlar yolda bel və çalov əldə edərək, həmin gün Salyan rayonu Arbatan kənd qəbiristanlığına getmiş, qəbiristanlığın içinə girmişlər. O, Abasa mərhum bibisinin qəbirinin sinə daşının arxa hissəsində qızıl dişlərin basdırıldığı yeri göstərmiş, Abas bel ilə həmin yerdə çuxur qazmış, o və Xəyal da növbə ilə Abasa kömək etmişlər. Abas məzarın sinə daşının arxa hissəsini təxminən 1 metr dərinlikdə qazdıqdan sonra əlini qazdığı çuxurdan içəri salmış, oradan bir körpüsü olan 3 ədəd qızıl protez diş çıxarmışdır. Xəyal və Abas yenidən qazdıqları çuxuru torpaqla doldurmuşlar. Həmin qəbiristanlıqdan çıxdıqdan sonra onlar qızıl dişləri satmaq üçün qızıl alqı-satqısı ilə məşğul olan Murad adlı şəxsin yanına getmiş, o, maşından təkbaşına düşərək həmin şəxsin yanına getmiş, 2 ədəd qızıl dişi Murada göstərib özünə məxsus olduğunu və satmaq istədiyini demişdir. Murad həmin dişlərin oğurluq olduğunu bilməmişdir. O, 2 ədəd qızıl dişi Murada satmışdır. Bundan sonra yenidən avtomobilə əyləşmişdir. Əldə etdikləri pulu yeməyə, siqaretə və suya xərcləmişlər. Daha sonra pulları qurtardığı üçün aralarında razılığa gəlmişlər ki, qızıl əldə etmək üçün başqa qəbiristanlığa getsinlər. Bu məqsədlə həmin gün saat 23 radələrində onun idarə etdiyi avtomobil ilə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığına getmişlər. Xəyal və Abas ilə birlikdə qəbiristanlığa girmiş, bir qadın məzarı onların diqqətini cəlb etmiş, həmin məzara yaxınlaşaraq onu qazmaq fikrinə düşmüşlər. Xəyal və Abas məzarın sinə daşının arxa hissəsini qazmış, o, isə gələn-gedən olarsa xəbər vermək üçün bir qədər aralıda dayanmışdır. Abas məzarın sinə daşının arxa hissəsini bir qədər qazmış, lakin onlar qəbiristanlıqda səs eşitdikləri üçün qorxaraq oradan qaçmışlar. Qəbiristanlıqdan qaçdıqları üçün qazdıqları qəbirdən də heç bir şey götürməmişlər. Ona görə də ona qarşı irəli sürülmüş ittihamın bu hissəsi ilə razı deyil. Həmin gün axşam saatlarında bibisinin məzarının yanından götürdükləri qalan 1 qızıl diş və onun kənar körpü hissəsini qızıl alqı-satqısı ilə məşğul olan tanışı Natiqə 125 manata satmışdır. Bundan sonra oradan çıxıb getmiş, gecə saatlarında isə Bakı şəhərinə yola çıxmışlar. Həmin 125 manat pulu isə yenə də yolda benzinə, yeməyə, suya və siqaretə xərcləmişlər. O, bu cinayət əməllərini edən zaman özündə olmamış, narkotik vasitənin təsiri altında olmuşdur. O, Xəyal və Orxanla birlikdə onun idarə etdiyi avtomobil ilə Qaradağ rayonu Qobustan qəsəbəsindən 03 ədəd yük avtomobilindən hər birindən 02 ədəd olmaqla akkumulyatorlar oğurlamışlar. Belə ki, Qaradağ rayonu ünvan 7 ünvanın qarşısından 2023-cü il may ayının 11-də gecə vaxtı aralarındakı razılığa əsasən Orxan və Xəyal “Shacman” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Gravita” markalı 2 ədəd akkumulyatoru və “Shacman” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Netex” markalı 2 ədəd akkumulyatoru, cəmi 04 ədəd akkumulyatoru oğurlayaraq onun maşınına yükləmişlər. Eyni üsulla may ayının 15-də gecə vaxtı Qobustan qəsəbəsi Salyan yolu 32A ünvanının qarşısından “Kamaz” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 140 manat dəyərində “ВОЛК” markalı “12 B 6 CT 1** AH ***0 max 46,5 kq (EN)” texniki göstəriciləri olan 02 ədəd akkumulyator oğurlamışlar. Oğurladıqları akkumulyatorları satmış, pulunu xərcləmişlər. Hazırda zərərçəkmişlərə dəyən ziyan tamamilə qaytarılmışdır. Törətdiyi əməllərdən çox peşmandır. Böyük səhv etdiyini başa düşür. Ona görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Xəyal və Abas ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında tanımadığı qadın məzarından iki ədəd qızıl diş çıxarmalarını, həmin dişləri qızıl satışı ilə məşğul olan şəxsə satmalarını, həmçinin polis əməkdaşları tərəfindən tutulan zaman üzərindən “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin və “kakos” kimi tanıdığı heroin aşkar olunduğunu etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə edir. 2023-cü il aprelin 12-də saat təxminən 19 radələrində Bakı Beynəlxalq Avtovağzalın ərazisində tanımadığı şəxsdən “patı” kimi tanıdığı metamfetamin almışdır. Həmin maddəni əldə etdiyi və ya üzərində saxladığı vaxt satış məqsədi olmamış, həmin psixotrop maddədən heç kimə satmamışdır. Aprelin 13-də saat 16:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq Polis şöbəsinə getməyi təklif etmiş, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə getmişdir. Abşeron RPİ-yə gətirildikdən sonra onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi barədə məlumat verilmiş, videoçəkilişlə müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilərkən üzərində olan metamfetamin bükümünü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi içərisində “patı”, yəni psixotrop maddə metamfetamin olan sellofan bükülüyə baxış keçirilmiş, üzərindən aşkar edilmiş həmin maddə zərfə qoyulmuş, üzəri möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bundan başqa, 2023-cü il mayın 7-də Abşeron rayonu Masazır qəsəbəsində yaşadıqları məhəllədə Abas və Rəsul ilə söhbət edən zaman Rəsul onlara Salyan şəhərində qəbiristanlıqda dəfn olunan mərhum bibisinin məzarının baş tərəfində torpağa qızıl dişlərin basdırıldığını, həmin qızıl dişləri torpaqdan çıxarıb sataraq pul əldə edə biləcəklərini demişdir. O, və Abas Rəsulun təklifi ilə razılaşmışlar. Bundan sonra Rəsulun idarə etdiyi avtomobil ilə Bakı şəhərindən yola çıxmişlar. Saat 10 radələrində Salyan şəhərinə çatdıqdan sonra bel və çalov da əldə edərək Salyan rayonu Arbatan kənd qəbiristanlığına getmişlər. Rəsul bibisinin məzarının sinə daşının arxa hissəsini göstərib həmin yerdə qızıl dişlərin torpağa basdırıldığını demiş, Abas bel ilə həmin yeri qazmağa başlamış, o və Rəsul da növbə ilə Abasa kömək etmişlər. Təxminən 1 metr dərinliyində çuxur qazdıqdan sonra Abas əlini həmin çuxura salıb oradan 4 ədəd qızıl diş çıxarmışdır. Qazdıqları çuxuru torpaqla doldurmuş və oradan uzaqlaşmışlar. Salyan şəhərinin mərkəzi küçələrindən birinə getmişlər, Rəsul maşından düşərək qəbirdən çıxardıqları dişləri satmağa aparmış, 2 ədəd qızıl diş satmışdır. Pula ehtiyacları olduğu üçün başqa bir qəbiristanlığa gedib, oradakı qəbirlərdən də qızıl diş tapıb satmaq qərarına gəlmişlər. Həmin gün saat 23 radələrində Rəsulun idarə etdiyi avtomobil ilə Salyan rayonu Kürqaraqaşlı qəbiristanlığına getmişlər və qəbiristanlığın içində gəzərək üzəri daha cəlbedici olan qəbir axtarmağa başlamışlar. Orada adını xatırlamadığı qadının qara mərmərlə örtülmüş məzarın baş tərəfini qazmışlar. Onlar qəbiri qazan zaman Rəsul gəlibgedən şəxs olarsa, onlara məlumat vermək üçün kənarda dayanmışdır. Onlar qəbiri qazan zaman səs eşitdikləri üçün qorxmuş, beli və çalovu da qəbiristanlığa ataraq qaçmışlar. Onlar qazdıqları məzardan heç bir şey götürə bilməmişlər. Qəbiristanlıqdan uzaqlaşdıqdan sonra Rəsul onlara bibisinin məzarından çıxardıqları dişlərdən ikisinin qaldığını, onları satacağını demişdir. Onlar qızıl alqı-satqısı ilə məşğul olan şəxsin evinə yola düşmüş, Rəsul maşından düşüb Natiq adlı şəxsin evinə getmiş 02 ədəd qızıl dişi 125 manata ona satmışdır. Onlar həmin pulu benzinə, yeməyə, suya və siqaretə xərcləmişlər. Bundan başqa, 2023-cü il mayın 10-da o, Rəsul və Orxan Qobustan qəsəbəsində yolda dayanan yük maşınlarından akkumulyatorları açaraq oğurlamaq və satmaq barədə razılığa gəlmişlər. Mayın 11-də gecə saatlarında o, Orxanla birlikdə yolda dayanmış vəziyyətdə olan “Shacman” markalı **-CV-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Gravita” markalı 2 ədəd akkumulyatoru və “Shacman” markalı **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 100 manat dəyərində “Netex” markalı 2 ədəd akkumulyatoru, cəmi 04 ədəd akkumulyatoru oğurlayaraq Rəsulun maşınına yükləmişlər. Eyni üsulla may ayının 15-də gecə vaxtı Qobustan qəsəbəsi Salyan yolu 32A ünvanının qarşısından “Kamaz” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı yük avtomobilindən hər biri 140 manat dəyərində “ВОЛК” markalı “12 B 6 CT 1** AH ***0 max 46,5 kq (EN)” texniki göstəriciləri olan 02 ədəd akkumulyator oğurlamışlar. Daha sonra həmin akkumulyatorları satmışlar. Akkumulyatorları satdıqları şəxslərə akkumulyatorların özlərinə məxsus olduğunu demiş və həmin şəxslərdən hər hansı biri onların həmin akkumulyatorları oğurluq yolu ilə ələ keçirdiklərini bilməmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmiş, o, əməllərini səmimi etiraf etmişdir. Onlar hər üçü cinayət əməllərini törədən zaman narkotik vasitənin təsiri altında olmuşlar. Törətdiyi əməllərdən peşmandır. Himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Rəsul və Abas ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında tanımadığı qadın məzarından iki ədəd qızıl diş çıxarmalarını, həmin dişləri qızıl satışı ilə məşğul olan şəxsə satmalarını etiraf etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülümüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Astma xəstəliyindən əziyyət çəkir, ona görə də nəfəs aparatından istifadə edir. Bundan başqa, uzun müddət “kakos” kimi tanıdığı narkotik vasitə heroin və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin istifadə edir. Xəyal və Rəsul da onun kimi narkotik vasitə və psixotrop maddə istifadəçisidirlər. 2023-cü il mayın 30-da axşam saatlarında yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində piyada gəzərkən yerdən sellofan büküm tapmış, həmin bükümü götürüb baxdıqda içində “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümü götürmüş, həmin heroindən az miqdarda istifadə etmişdir. Qalan hissəsini isə istifadə etmək məqsədilə götürüb üzərində saxlamış, həmin narkotik vasitədən kiməsə vermək yaxud satmaq niyyəti olmamışdır. 2023-cü il mayın 31-də saat 12 radələrində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə gəlməyi təklif etmiş, o da razılaşmış və polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmişdir. O, yolda olarkən törətdiyi əməlləri polisə könüllü etiraf etmişdir. Polis şöbəsində üzərində narkotik vasitə olduğunu etiraf etmiş və ağzında saxladığı narkotiki polisə təqdim etmişdir. Polis şöbəsində müstəntiq tərəfindən ona şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan narkotik vasitə heroini çıxarıb polisə təqdim etmişdir. Onun üzərindən aşkar edilmiş sellofan bükümdə olan heroin elektron tərəzi vasitəsilə çəkilmiş, zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixi təsir göstərilməmiş, o, əməllərini səmimi etiraf etmişdir. Törətdiyi əməllərdən peşmandır. 2023-cü il mayın 7-də səhər saatlarında Abşeron rayonu Masazır qəsəbəsində Xəyal və Rəsul ilə söhbət edən zaman Rəsul Salyan şəhərində qəbiristanlıqda dəfn olunan mərhum bibisinin məzarının baş tərəfində torpağa qızıl dişlərin basdırıldığını, Salyan rayonuna gedərək həmin qızıl dişləri torpaqdan çıxarıb sataraq pul əldə edə biləcəklərini təklif etmişdir. O və Xəyal Rəsulun təklifi ilə razılaşmış, buna görə də Rəsulun idarə etdiyi avtomobil ilə Bakı şəhərindən yola çıxmışlar. Saat 10 radələrində Salyan şəhərinə çatdıqdan sonra bel və çalov əldə edərək Salyan rayonu Arbatan kənd qəbiristanlığına getmişlər. Rəsul bibisinin məzarını göstərmiş, o, da məzarın baş tərəfinin arxa hissəsini bel ilə qazmış, Xəyal və Rəsul da növbə ilə ona kömək etmişlər. O, əvvəllər Bakı şəhərində Montin qəbiristanlığında qəbir qazan kimi işlədiyi üçün qəbirlərin hansı formada qazıldığını və meyitin hansı formada dəfn edildiyini bilmişdir. Rəsulun göstərdiyi yeri təxminən 1 metr dərinliyində çuxur qazdıqdan sonra əlini qazdıqları çuxura salaraq oradan qızıl dişləri çıxarmışdır. Çıxardıqları qızıl dişləri satmaq üçün Rəsulun idarə etdiyi avtomobil ilə Salyan şəhərinin mərkəzi küçələrindən birinə getmişlər. Rəsul qızıl dişləri satmışdır. Əldə etdikləri pulu xərcləmişlər. Onların pulları qurtardığı üçün hava qaraldıqdan sonra başqa bir qəbiristanlığa gedərək oradan da qəbirlərdən qızıl diş çıxarmaq qərarına gəlmişlər. Həmin gün saat 23 radələrində Rəsulun idarə etdiyi avtomobil ilə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığına getmişlər və orada adını xatırlamadığı qadının qara mərmərlə örtülmüş məzarının baş tərəfini qazmışlar. Rəsul gəlib-gedən şəxs olarsa, onlara məlumat vermək üçün bir qədər aralıda dayanmışdır. Qəbiri bir qədər qazdıqdan sonra onlar səs eşitmiş, qorxaraq oradan qaçmışlar. O, qaçdığı vaxt özünə məxsus nəfəs aparatı da əlindən düşüb qəbiristanlıqda qalmışdır. Onlar qazdıqları bu qəbirdən heç bir şey götürməmişlər. Qəbiristanlıqdan uzaqlaşdıqdan sonra Rəsul bibisinin məzarından çıxardıqları qızıl dişlərdən 2-nin qaldığını, onları satacağını demişdir. Rəsul həmin dişləri qızıl alqı-satqısı ilə məşğul olan bir şəxsə 125 manata satmışdır. Onlar hər üçü cinayət əməllərini törədən zaman narkotik vasitənin təsiri altında olmuşlar. O, əməlindən peşmandır, əvvəllər heç vaxt cinayət hadisəsi törətməmişdir, astma xəstəsidir. Odur ki, xəstəliyini, himayəsində xəstə anasının və iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Rəsul və Xəyal ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında tanımadığı qadın məzarını qazaraq meyitin çənə sümüyündən iki ədəd qızıl diş çıxarmalarını, həmin dişləri qızıl satışı ilə məşğul olan şəxsə satmalarını etiraf etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin məhkəmə iclasında verdikləri qismən etiraf ifadələri ilə, ibtidai istintaq zamanı tam etiraf ifadələri ilə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin rəis əvəzi, baş əməliyyat müvəkkili Şahid11 ifadəsində göstərmişdir ki, 2023-cü il mayın 7-də mərhum X4 Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən qəbirinin qazılaraq təhqiredici hərəkətlər edilməsi faktı ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən birinin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, o, 2023-cü il mayın 31-də saat Abşeron rayonu Masazır qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Yolda olarkən Abas törətdiyi bütün cinayət əməllərini, o cümlədən qızıl diş çıxarmaq üçün 2 məzarı qazdığını səmimi etiraf etmişdir. Polis şöbəsində onunla şifahi sorğu aparılarkən Abas həmçinin üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Salyan RPŞ-də Abas narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Abasın üzərində şəxsi axtarış keçirilmiş, Abas da üzərində olan 01 ədəd içərisində narkotik vasitə heroin olan polietilen kəsiyi bükümünü polisə təqdim etmişdir. Abasın üzərindən aşkar edilmiş 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılıb möhürlənmiş, götürülmüşdür. O, Salyan rayonu Arbatan kənd və Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlıqlarında Rəsul, Xəyal və Abasın ifadələrinin yerində yoxlanılması istintaq hərəkətlərində iştirak etmiş, hər üç təqsirləndirilən şəxsin mərhumlar Nazilə İlyasova və Taciyə Kərimovanın məzarlarını qazdıqlarını və hər iki qəbirdən qızıl diş oğurlamalarını etiraf etmələrinin şahidi olmuşdur. Onların qəbiristanlıqlarda qəbirlər üzərində təhqiramiz hərəkətlər etmələri barədə verdikləri ifadələr videoçəkilişlə çəkilmişdir. Rəsula və digər təqsirləndirilən şəxslərə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq olmamış, onları heç kim döyməmişdir. Rəsulun üzərinə polis tərəfindən narkotik qoyulması və döyülməsi ilə bağlı dediyi sözləri yalandır, həmin sözləri məsuliyyətdən kənarda qalmaq üçün demişdir. Rəsulun üzərindən aşkar olunmuş narkotik Rəsula məxsus olmuş, o, özü də bunu etiraf etmiş, onun etirafı videolentə alınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid13 və Şahid12 məhkəmə istintaqı zamanı Şahid11 ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid7 ifadəsində göstərmişdir ki, 2023cü il mayın 7-də mərhum X4 Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən qəbirinin qazılaraq təhqiredici hərəkətlər edilməsi faktı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəxslərdən biri olan Təqsirləndirilən şəxs1 2023-cü il mayın 30-da Abşeron rayonu Masazır qəsəbəsində yaşadığı binanın yaxınlığında saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şifahi sorğu apardıqları vaxt törətdiyi cinayət əməllərini etiraf etmiş, həmçinin üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Rəsul narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Rəsulun üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı Rəsul üzərində olan içərisində heroin olan 1 ədəd polietilen kəsiyi bükümünü polisə təqdim etmişdir. Şifahi sorğu zamanı Rəsul bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə heroindir və özünə məxsusdur. Rəsulun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin olan 1 ədəd polietilen bükümü elektron tərəzi vasitəsilə çəkilmiş, qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Rəsulun üzərində şəxsi axtarış keçirilməsi zamanı onunla yanaşı əməliyyat müvəkkilləri Vasif, Alxan, Tural da iştirak etmişlər. Rəsula qarşı onun və ya hər hansı polis əməkdaşı tərəfindən heç bir təzyiq, təsir olmamış, onu heç kim döyməmiş, üzərinə narkotik qoyulmamış, Rəsul özü üzərindəki narkotiki təqdim edərək, əməlini etiraf etmişdir. Rəsulun üzərinə polis tərəfindən narkotik qoyulması və döyülməsi ilə bağlı dediyi sözləri yalandır, həmin sözləri məsuliyyətdən kənarda qalmaq üçün demişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin iştirakı ilə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında keçirilmiş istintaq hərəkətlərində iştirak etmişdir. Təqsirləndirilən şəxslər, o cümlədən Rəsul heç bir təzyiq göstərilmədən özləri səmimi olaraq mərhum Taciyə Kərimovanın məzarını qazdıqlarını və oradan qızıl diş oğurladıqlarını tam etiraf etmişlər. İstintaq hərəkəti videçəkilişlə çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarışı bölməsinin əməliyyat müvəkkilləri Şahid9, Şahid10 və Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili Şahid8 Şahid7 ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum X14 onun anasıdır. Anası 2007-ci il mayın 10-da vəfat etmişdir. Anasının sağlığında ağzında 2 ədəd qızıl dişi olmuş, vəfat etdiyi vaxt ağzında olan qızıl dişlərini çıxarıb ona təhvil vermişlər. Anası Salyan rayonu Arbatan kənd qəbiristanlığında dəfn edildikdən bir neçə gün sonra ailə üzvləri olaraq həmin qızıl dişləri evdə saxlamaq istəməmiş və qərara gəlmişdir ki, həmin qızıl dişləri anasının məzarının yaxınlığında torpağa basdırsınlar. Ailə üzvləri də razı olduqları üçün həmin 2 ədəd qızıl dişi anasının qəbirinin sinə daşının arxa tərəfində təxminən 1 metr dərinliyində torpağa basdırmışlar. Həmin vaxt digər qohumları, o cümlədən dayısı Telmanın oğlu Rəsul da qızıl dişlərin torpağa basdırıldığını bilmişdir. Sonrakı müddətdə həmin qızıl dişlərə heç kim toxunmamışdır. Yalnız 2023-cü ilin iyun ayında Rəsul polis əməkdaşları tərəfindən tutulduğu vaxt qohumlarından Rəsulun tanışları ilə birlikdə həmin 2 ədəd qızıl dişi torpaqdan çıxardığını və oğurladığını eşitmişdir. 2 ədəd qızıl dişin oğurlanması nəticəsində ona təxminən 130-140 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, cinayət işi üzrə təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak etmək istəmədiyini göstərmiş, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Müsafir oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, mərhum X15 onun anasıdır. X41 1966-cı ildə Salyan şəhərində anadan olmuşdur. 1988-ci ildən etibarən anası və atası Bakı şəhərinə köçmüş və sonrakı müddətdə Bakı şəhərində yaşamışlar. Anası Taciyə uzun müddət davam edən ürək xəstəliyinin sonunda 2016-cı il aprelin 23-də Bakı şəhərində vəfat etmişdir. Ailə üzvləri Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən qəbiristanlıqda dəfn edildiyi üçün anası Taciyəni də məhz həmin qəbiristanlıqda dəfn etmişlər. Həmin vaxt qəbirin üzəri mərmərlə örtülmüşdür. Sonrakı müddətdə mütəmadi olaraq anasının qəbirini ziyarət etmiş, bundan başqa, anasının qohumu olan Təci Məmmədov da qəbiristanlıqda təmizlik və təmir işləri ilə məşğul olmuşdur. Sonuncu dəfə 2023-cü il aprelin 23-də anasının vəfatının ildönümündə o, Salyan rayonuna gələrək anasının qəbirini ziyarət etmiş, həmin vaxt qəbir və ətrafında hər hansı dəyişiklik olmamışdır. 2023-cü il mayın 8-də saat 23 radələrində Bakı şəhərində yaşadığı evdə olduğu vaxt Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan ayrı-ayrı qohumları ona zəng edərək mərhum anasına məxsus qəbirin qazıldığını demişlər. O, dərhal yola çıxmış və mayın 9-da saat 2 radələrində Salyan rayonuna gəlmişdir. Qəbiristanlığa getdiyi vaxt məlum olmuşdur ki, mərhum anası Taciyəyə məxsus qəbirin sinə daşının arxa hissəsi qəbirin içinə doğru qazılmışdır. X42 artıq polisə məlumat verdiyi üçün həmin yerə polis əməkdaşları ilə birlikdə baxış keçirmiş, daha sonra isə Salyan Rayon Polis Şöbəsinə gələrək ərizə və izahat vermişdir. Anası mərhum Taciyə Kərimova diş həkimi-texnik olduğu üçün özü qızıl dişlərin düzəldilməsi ilə məşğul olmuş və ağız nahiyyəsində 2 ədəd qızıl dişi olmuşdur. Hadisə nəticəsində ona mənəvi ziyan dəymiş, lakin əgər qəbirin qazılması ilə yanaşı, mərhum anasının qızıl dişləri də çıxarılmışdırsa, bu halda ona maddi ziyan da dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü il mayın 11-də gecə saatlarında özünə məxsus “Shacman” markalı, **-CV-*** və **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərini yaşadığı evin qarşısında saxlamışdır. Səhər saat 07 radələrində hər iki avtomobili yoxlamaq məqsədilə mühərrikləri işə salmaq istəmiş, lakin hər iki avtomobilin işə düşmədiyini görmüşdür. Avtomobillərin nasazlıqlarını yoxlamaq məqsədi ilə ön kapot hissəsinə baxış keçirərkən hər iki avtomobilin akkumulyatorlarının oğurlandığını görmüşdür. Dərhal bu barədə DİN-in 102 xidmətinə zəng edərək akkumulyatorların oğurlanması barədə məlumat vermişdir. Həmin akkumulyatorların markalarını xatırlamır, lakin onların ümumi dəyəri 1000 manat olmuşdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixdə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, dəymiş ziyanı tələb etdiyini, onun iştirakı olmadan işə baxılmasını xahiş etdiyini göstəmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, yük avtomobilləri idarə edərək qazanc əldə edir, icarə əsasında ayrı-ayrı şəxslərə və şirkətlərə məxsus yük avtomobilləri ilə yükləri daşıyır. 2023-cü ilin əvvəllərində yenə də “Kamaz” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı yük maşınını icarəyə götürərək idarə etmiş, yük avtomobilini icarəyə götürdüyü vaxt üzərində olan 2 ədəd akkumulyator istifadəyə yararsız olduğundan öz vəsaiti hesabına 2 ədəd akkumulyator alıb yük avtomobilinə qoymuşdur. 2023-cü il mayın 14-də saat 22 radələrində işdən qayıtdıqdan sonra idarə etdiyi “Kamaz” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı yük maşınını yaşadığı evin qarşısında küçədə saxlamış və evə getmişdir. Növbəti gün, yəni mayın 15-də saat 9 radələrində işə getmək üçün avtomobilə əyləşib mühərriki işə salmaq istəmiş, lakin mühərrik işə düşməmişdir. Akkumulyatorlarda nasazlıq olduğunu düşünərək avtomobilin yan tərəfində yerləşən akkumulyatorların qoyulduğu hissəyə baxmış, həmin anda avtomobilə qoyduğu 2 ədəd akkumulyatorun yerində olmadığını görmüşdür. Həmin anda akkumulyatorların oğurlandığını düşünərək dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin oğurluq hadisəsinin hansı şəraitdə yaxud kimlər tərəfindən törədildiyini bilməmişdir. Həmin akkumulyatorların hər birini 400 manata, yəni 2 ədəd akkumulyatoru ümumilikdə 800 manata almış, buna görə də, 2 ədəd akkumulyatorun oğurlanması nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı teleqramında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, dəymiş ziyanı tələb etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən qızıl dükanında satıcı işləyir. 2023-cü il mayın 7-də günorta saatlarında dükanda olduğu vaxt əvvəlki müddətdən Salyan şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 dükana gəlmiş və cibindən 2 ədəd qızıl diş qapağı çıxarıb həmin dişləri satmaq istədiyini demişdir. Rəsuldan həmin dişlərin kimə məxsus olduğunu soruşduqda Rəsul ailə üzvlərinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Rəsulu uzun müddətdir tanıdığı üçün onun oğurluq edə biləcəyini düşünməmiş və dişləri almaq qərarına gəlmişdir. Elektron tərəzidə 2 ədəd qızıl dişi çəkdiyi vaxt ümumi çəkisinin 1,5 qram olduğunu görmüşdür. Həmin qızıl diş qapaqları 875 əyarlı qızıldan hazırlanmışdır. Diş qızılının tərkibində daha çox qızıl olduğundan adi qızıldan baha qiymətə alınır və satılır. Adi qızılın 1 qramının alış qiyməti 60 manat olduğu halda diş qızılın 1 qramının alış qiyməti daha bahadır. O da 1,5 qram qızılın müqabilində Rəsula 110 manat pul vermişdir. Həmin anda təkrarən Rəsuldan qızılların kimə məxsus olduğunu soruşmuş və ona problem yaratmamasını xahiş etmişdir. Rəsul isə yenə də qızılların ailə üzvünə məxsus olduğunu, heç kimdən oğurlamadığını deyib ona inanmağını istəmişdir. Bundan sonra Rəsul ondan 110 manat pulu alaraq sağollaşıb dükandan çıxmışdır. O, günün sonunda aldığı digər qızıllar kimi Rəsulun satdığı 2 ədəd qızıl diş qapağını da Bakı şəhərində yerləşən əritmə zavoduna göndərmişdir. Yalnız polis şöbəsinə dəvət olunduğu vaxt Rəsulun satdığı qızıl dişləri oğurladığını bilmiş, əvvəlki müddətdə bu barədə heç bir məlumatı olmamış, yaxud Rəsul özü ona heç nə deməmişdir. Əgər bunu əvvəlcədən bilsəydi, Rəsuldan həmin dişləri almazdı. İş üzrə Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən qızıl dükanında satıcı işləyir. 2023-cü il mayın 7-də saat 23:34-də Salyan şəhər sakini kimi tanıdığı Rəsul adlı şəxs ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Bakı şəhərindən olan tanışlarının qızıl satmaq istədiklərini demişdir. Rəsul həmin şəxslərin günorta saatlarında onun kimi qızıl alqısatqısı ilə məşğul olan tanışı Murada da qızıl satdıqlarını, lakin Murad artıq Bakıda olduğu üçün ona zəng etdiyini demişdir. Rəsulu tanıdığı üçün razılaşmış, təxminən 5 dəqiqə sonra Rəsul idarə etdiyi ağ rəngli “Chevrolet Lacetti” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə onun yaşadığı evin qarşısına gəlmişdir. Rəsul ona zəng etdikdən sonra o, elektron tərəzi də götürüb küçəyə çıxmış, Rəsulun idarə etdiyi avtomobildə tanımadığı 2 nəfər şəxs olmuşdur. Rəsul həmin şəxslərin qızıl satmaq istədiklərini deyib cibindən salfetə bükülmüş halda olan 2 ədəd qızıl diş çıxarmışdır. Həmin anda salfet kağızı yaş halda olmuşdur. Rəsulun göstərdiyi 2 ədəd qızıl diş qapağı bitişik halda olmuş və birinin içində protez kauçuk hissəciyi olmuşdur. Həmin hissəcikləri təmizləmələrini dediyi üçün Rəsul ilə birlikdə gələn şəxslərdən biri diş qapağının içində olan həmin hissəcikləri təmizləmişdir. Bundan sonra o, həmin qızıl diş qapaqlarını elektron tərəzidə çəkmiş və çəkisinin 1,5 qram olduğunu görmüşdür. Həmin qızıl diş qapaqları 875 əyarlı qızıldan hazırlanmışdır. Diş qızılının tərkibində daha çox qızıl olduğundan adi qızıldan baha qiymətə alınır və satılır. Adi qızılın 1 qramının alış qiyməti 60 manat olduğu halda diş qızılın 1 qramının alış qiyməti daha bahadır. O da 1,5 qram qızılın müqabilində Rəsula 125 manat pul vermiş, 10 manat borclu qalmışdır. Aralarında olan razılığa əsasən növbəti gün Rəsulun göndərəcəyi karta 10 manat pul göndərəcəkmiş. Bundan sonra Rəsul və birlikdə gəldiyi şəxslər çıxıb getmişlər. Növbəti gün, yəni 2023-cü il mayın 8-də saat 01 radələrində Rəsul “Whatsapp” ani mesajlaşma tətbiqində ona mesaj yazaraq “Kapital Bank”a məxsus kart hesabının 16 rəqəmini göndərmişdir. Saat 09 radələrində Rəsul yenidən ona mesaj yazaraq birlikdə gəldiyi şəxslərin Bakıya getmək istədiklərini demiş və pulu göndərməyini xahiş etmişdir. Saat 09 radələrində o, Rəsulun fotoşəklini göndərdiyi kart hesabına 10 manat pul göndərmişdir. Növbəti gün isə Rəsulun satdığı 2 ədəd qızıl diş qapağını Bakı şəhərində yerləşən əritmə zavoduna göndərmişdir. Yalnız polis şöbəsinə dəvət olunduğu vaxt Rəsulun satdığı qızıl dişləri oğurladığını bilmiş, əvvəlki müddətdə bu barədə heç bir məlumatı olmamış, yaxud Rəsul özü ona heç nə deməmişdir. Əgər bunu əvvəlcədən bilsəydi, Rəsuldan həmin dişləri almazdı. İş üzrə Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramında ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəlki müddətdən tanımış, Xəyal ilə eyni məhəllədə yaşamış və normal münasibətləri olmuşdur. 2023-cü il mayın 11də Xəyal ona zəng edərək özünə və dostuna məxsus akkumulyatorları satmaq istədiyini demişdir. Həmin vaxt Xəyalın ona 120 manat borcu olduğu üçün Xəyal 40 manat borcundan çıxmağını, 80 manat isə verməyini demişdir. O, akkumulyatorları görmək istədiyini dedikdə Xəyal Masazır qəsəbəsində olduğunu demişdir. İdarə etdiyi avtomobil ilə Xəyalın dediyi yerə getdiyi vaxt Xəyalın tanışı olan Orxan da orada olmuşdur. Xəyal yerdə olan 3 ədəd akkumulyatoru göstərib özünə və Orxana məxsus olduqlarını və satmaq istədiklərini demişdir. Xəyal onun qardaşı Ramilin usta olduğunu bildiyi üçün Ramilin akkumulyatorları rahat sata biləcəyini demişdir. Xəyaldan akkumulyatorların oğurluq olub-olmadığını soruşduqda isə Xəyal qəti şəkildə narahat olmamağını, akkumulyatorların özlərinə məxsus olduğunu və borcları olduğu üçün akkumulyatorları satmaq istədiyini demişdir. Xəyalın borcunun qarşılığında ondan həmin akkumulyatorları almaq qərarına gəlmiş, lakin üzərində pul olmadığı üçün Xəyala 80 manat pulu sonra verəcəyini demişdir. Xəyal da razılaşdığı üçün 3 ədəd akkumulyatoru onun idarə etdiyi avtomobilə qoymuşlar. Daha sonra getdikləri vaxt Xəyal çayxanada düşmək istədiklərini demiş və onları yolda düşürtmüşdür. Lakin sonrakı müddətdə Xəyalı görmədiyi üçün Xəyalın pulunu verə bilməmişdir. Xəyalın ona satdığı akkumulyatorları isə satması üçün qardaşı Ramilə vermiş, sonrakı müddətdə Ramil həmin akkumulyatorları metal qəbulu məntəqəsinə sataraq ona da pul vermişdir. Xəyaldan akkumulyatorları aldığı vaxt Xəyal akkumulyatorların özlərinə məxsus olduğunu demiş, Xəyalın və Orxanın həmin akkumulyatorları oğurladıqlarını bilməmişdir. Əgər bunu əvvəlcədən bilsəydi, onlardan həmin akkumulyatorları almazdı. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid X10 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəlki müddətdən tanımış, Xəyalla eyni məhəllədə yaşamış və normal münasibətləri olmuşdur. 2023-cü il mayın 11də qardaşı Famil onun yanına gəlib Xəyaldan 3 ədəd akkumulyator aldığını deyib ondan həmin akkumulyatorları satmağını istəmişdir. Akkumulyatorların kimə məxsus olduğunu, oğurluq olub-olmadığını soruşduqda Famil akkumulyatorların Xəyalın özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Bundan sonra həmin akkumulyatorları Masazır qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış, orada həmin akkumulyatorları ümumilikdə 138 manata metal qəbulu məntəqəsinə satmış, sonrakı müddətdə Familə də pul vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Abşeron rayonu Masazır kəndində yerləşən metal qəbulu məntəqəsində işləyir, gündəlik olaraq ayrı-ayrı şəxslər məntəqəyə gələrək müxtəlif metallar, o cümlədən akkumulyator satırlar. 2023-cü il mayın 11-də səhər saatlarında tanımadığı 1 nəfər şəxs məntəqəyə gələrək akkumulyator satmaq istədiyini demiş, həmin şəxsdən akkumulyatorun kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu demişdir. Daha sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdikdə həmin şəxs vəsiqəsinin üzərində olmadığını deyib mobil telefonunda olan şəklini göstərmişdir. Həmin şəxsin adı və soyadı Təqsirləndirilən şəxs3 olmuşdur. Həmin şəxsin gətirdiyi böyük ölçülü akkumulyatoru tərəzidə çəkdikdən sonra 52 manat pul verə biləcəyini demiş, həmin şəxs razılaşıb 52 manat pulu alaraq çıxıb getmişdir. Həmin gün günorta saatlarında isə başqa bir nəfər şəxs məntəqəyə gəlib 3 ədəd böyük ölçülü akkumulyator satmaq istədiyini demişdir. Həmin şəxs vəsiqəsini təqdim etdiyi vaxt adının və soyadının Ramil İbadov olduğunu görmüş, həmin şəxs də akkumulyatorların özünə məxsus olduğunu demişdir. 3 ədəd akkumulyatoru tərəzidə çəkdikdən sonra həmin şəxsə 138 manat pul vermiş və həmin şəxs çıxıb getmişdir. Daha sonra mayın 15-də Təqsirləndirilən şəxs3 yenə də məntəqəyə gəlib 2 ədəd akkumulyator satmaq istədiyini demişdir. O da 2 ədəd böyük ölçülü akkumulyatoru tərəzidə çəkdikdən sonra həmin şəxsə 140 manat pul vermiş və həmin şəxs çıxıb getmişdir. Hər iki şəxsdən akkumulyatorları aldığı vaxt onlar akkumulyatorların özlərinə məxsus olduğunu demişlər. Həmin akkumulyatorların oğurluq yolu ilə ələ keçirildiyini sonrakı müddətdə polis əməkdaşları məntəqəyə gəldikləri vaxt bilmiş və 6 ədəd akkumulyatoru da polis əməkdaşlarına təhvil vermişdir. İş üzrə Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramında Salyan rayon Polis İdarəsində verdiyi ifadəsini təsdiq etdiyini, səhhətində yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin baş əməliyyat müvəkkili Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs3 adlı şəxsin Abşeron rayonu Masazır kəndində psixotrop maddə olan metamfetamin əldə edərək üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 tərəfindən onun rəhbərliyi ilə 2023-cü il aprelin 13də əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 16:30 radələrində əməliyyat qrupunun digər üzvü Şahid6 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsində olduqları vaxt orada piyada şəkildə hərəkətdə olan xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs3 bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs3 olduğunu müəyyən etmişlər. Bundan sonra Xəyala üzərində psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-yə dəvət etmişlər. Xəyal da etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Xəyala hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Xəyala təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Xəyal əynində olan boz rəngli şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə çıxardıb təqdim etmişdir. Xəyal şifahi sorğu zamanı bildirmişdir ki, həmin maddə psixotrop maddə metamfetamindir, onu 2023-cü il aprelin 12-də axşam saatlarında Bakı şəhərində yerləşən Beynəlxalq avtovağzalın ərazisində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün almışdır. Daha sonra Xəyala üzərində şəxsi axtarış keçiriləcəyi ilə bağlı məlumat vermişlər. Bundan sonra Xəyalın üzərində şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Xəyal və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi şəffaf rəngli sellofana bükülmüş bir büküm psixotrop maddə metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Şahid5 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlının xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokolundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin gün saat 02:10-dan saat 02:40-dək hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, vəfat etmiş X4 qəbri Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşməklə, Salyan-Neftçala yolunun Neftçala istiqamətində yolun sağ tərəfindədir. Qəbiristanlığın qarşısı mişar daşları ilə hörülmüş, arxa və yan tərəfləri isə açıq vəziyyətdədir. Taciyə Kərimovanın qəbrinə baxış keçirən zaman qəbrin baş hissəsinin bel ilə qazıldığı, qazılmış torpaq qalıqlarının kənara töküldüyü, qazılmış hissədən qəbrin içərisinin görüldüyü müəyyən olunmuşdur. Baxış zamanı qəbrin qazılmış hissəsində “Airflurail” markalı nəfəs aparatı, qəbirdən təxminən 15 metr məsafədə isə 2 ədəd üzəri palçıqlı bel aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-yə ünvanlanmış zərərçəkmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, naməlum şəxs və ya şəxslər xx.xx.2023-cü il tarixdə gecə saatlarında vəfat etmiş anası X4 Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən qəbrini qazmış, lakin naməlum şəxs və ya şəxslərin anasına məxsus qəbirdən nə götürməsi barədə heç bir məlumatı yoxdur. Bu barədə qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlının xx.xx.2023-cü il tarixli “materialın aidiyyəti üzrə göndərilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 Müsafir oğlunun ərizəsi əsasında toplanmış materiallar araşdırmanın davam etdirilməsi üçün Salyan RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 245-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərarından və eyni tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 30 may 2023-cü il saat 18:30-da tutulmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü əks etdirən “DVD” diskdən görünür ki, Salyan RPŞ-nin inzibati binasında şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 üzərində vəkilinin və digər şəxslərin iştirakı ilə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və özünə məxsusdur. Həmin kütləni Bakı şəhərində Nərimanov rayonundan yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə getdiyi vaxt tanımadığı şəxsin idarə etdiyi taksinin içində ayaqaltıda olan siqaret qutusunun içindən tapmış, sonrakı müddətdə az miqdarda istifadə etmiş, qalan hissəsini isə istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. Həmin kütləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd polietilen kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,4 qram olduğu müəyyən edilmiş, kütlə zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy A30” markalı mobil telefonun videokamerası vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə saat 16:00 dəqiqədə başlanmış, saat 16:10 dəqiqədə başa çatmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs1 dindirmə protokolundan və həmin istintaq hərəkətinin videogörüntüsünü əks etdirən “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs1 Xəyal və Abas ilə birlikdə Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən mərhum Nazilə İlyasovanın və Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən mərhum Taciyə Kərimovanın qəbrlərini qazaraq hər birindən 2 ədəd qızıl diş, cəmi 4 ədəd qızıl diş götürdüklərini, şəxsi axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunduğunu və s. etiraf etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 may 2023-cü il tarixli, 18/568 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs1 üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,325 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 1,325 qr., tədqiqata sərf edildi- 0,05 qr., qalıq- 1,275 qr. İş materiallarında olan Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/568 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 31 may 2023-cü il saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan və həmin istintaq hərəkətinin videogörüntüsünü əks etdirən “DVD” diskdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd polietilen kəsiyi bükümündə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və özünə məxsusdur. Həmin kütləni yaşadığı Masazır qəsəbəsində yerdən tapmış, istifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. Həmin ketləni əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Aşkar olunmuş içində narkotik vasitə heroinə oxşar kütlə olan bir ədəd polietilen kəsiyi bükümü elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,7 qram olduğu müəyyən edilmiş, kütlə zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şəxsi axtarış və götürmə saat 14:10-da başlamış, saat 14:19-da başa çatmışdır. Şəxsi axtarış və götürmə zamanı “Samsung Galaxy A30” markalı mobil telefon videokamerası vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs3 31 may 2023-cü il saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 üzləşdirmə protokolundan görünür ki, onlar üzləşdirmə zamanı törətdikləri cinayət əməllərini etiraf edərək, ibtidai istintaq zamanı verdikləri ifadələri birbirinin üzünə demişlər. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli şübhəli şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 üzləşdirmə protokolundan görünür ki, onlar üzləşdirmə zamanı törətdikləri cinayət əməllərini etiraf edərək, ibtidai istintaq zamanı verdikləri ifadələri birbirinin üzünə demişlər. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 245-ci və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 245-ci və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2023-cü il tarixdən hesablanmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 iyun 2023-cü il tarixli, 18/577 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “... Təqsirləndirilən şəxs2 üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi – 1,639 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 1,639 qr., tədqiqata sərf edildi-0,05 qr.., qalıq-1,589 qr. İş materiallarında olan Məhkəmə Ekspertizası X22 Bölməsi tərəfindən verilmiş 18/577 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 245 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CMin 234.1 və 245-ci maddələri ilə 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 245-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CMin 245-ci maddəsi ilə 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu 2023-cü ilin may ayının 7-də saat 10 radələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X45 xanım Mikayıl qızı” yazılmış qəbri qazaraq torpağa basıdırılmış halda olan 2 ədəd qızıl dişi torpaqdan çıxarmışlar. Həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X16” yazılmış qəbri qazaraq mərhumun ağzında olan 2 ədəd qızıl dişini çıxarmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu 2023-cü ilin may ayının 7-də saat 10 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X45 xanım Mikayıl qızı” yazılmış qəbri qazaraq torpağa basıdırılmış halda olan 2 ədəd qızıl dişi torpaqdan çıxarmışlar. Həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X16” yazılmış qəbri qazaraq mərhumun ağzında olan 2 ədəd qızıl dişini çıxarmışlar. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması barədə protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, sonuncu 2023-cü ilin may ayının 7-də saat 10 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X45 xanım Mikayıl qızı” yazılmış qəbri qazaraq torpağa basıdırılmış halda olan 2 ədəd qızıl dişi torpaqdan çıxarmışlar. Həmin gün gecə saatlarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığında yerləşən sinə daşının üzərində “X16” yazılmış qəbri qazaraq mərhumun ağzında olan 2 ədəd qızıl dişini çıxarmışlar. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,325 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,275 qramı; Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 1,639 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,589 qramı; 2023-cü il mayın 9-da Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığına baxış keçirilərkən oradan aşkar olunaraq götürülmüş üzərlərində saç tükləri olan 1 ədəd bel, 1 ədəd çalov və 1 ədəd “Airflurail” markalı nəfəs aparatı maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun xx.xx.2023-cü il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CMnin 178.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi, onun barəsində Salyan RPŞ-də Azərbaycan Respublikasının CM-nin 245-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilərək birgə istintaqın aparılması üçün Salyan RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” qərarından görünür ki, Abşeron RPİ-nin icraatında Təqsirləndirilən şəxs3 barəsində olan ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işinə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* statistik nömrəsi ilə aparılması və istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Fərman Rəhimovun “cinayət işi başlama və icraata qəbul etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Fərman Rəhimovun xx.xx.2023-cü il tarixli qərarından və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə həmin gün saat 17:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı Fərman Rəhimovun xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərarından və şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntüsünü əks etdirən “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 üzərindən içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 1 ədəd büküm aşkar edilərək götürülmüş, müvafiq qaydada qablaşdırılmışdır. Şəxsi axtarış aparılarkən “Canon” markalı aparatla videoçəkiliş aparılmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli, 6/2201 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi olan, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,659 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir. (İ siyahı). Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi -0,659 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq – 0,609 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6/2201 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun “təqsirləndirilən barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Abşeron RPİ-nin MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş qalıq çəkisi- 0,609 qram çəkidə psixotrop maddə metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Abşeron RPİ-də olan maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi İmamverdi Mehralı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs3 2019-cu ilin sentyabr ayında X18 13500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmiş, X31 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Rəşad Cəfərovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi icraata qəbul edilməklə istintaqı davam etdirilir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Məhəmməd Məmmədovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi İmamverdi Mehralı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş, cinayət işinin istintaqının ********* nömrə altında davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X30 barələrində Qaradağ RPİ-nin İŞ-də Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi Salyan RPŞ-nin İB-də ibtidai araşdırması aparılan ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilərək istintaqı davam etdirilməsi üçün aidiyyəti üzrə Salyan RPŞ-nin İB-yə göndərilmişdir. İş materiallarında olan DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 13 iyul 2023-cü il tarixli, 3-13-11/2-8533/2023 nömrəli məktubundan görünür ki, aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, Salyan rayonu Kürqaraqaşlı kənd qəbirstanlığında yerləşən mərhum X7 məxsus qəbirin sinə daşının arxa hissəsinin qazılması faktı ilə bağlı, hadisə yerindən götürülmüş 01 (bir) ədəd “Airflusal” markalı nəfəs aparatının üzərində olan bioloji mənşəli materiallar (Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-104/2-13513/2023 №-li məktubu ilə) Təqsirləndirilən şəxs2 (xx/xx/1980 Bakı ş.) məxsusdur. R.A.Quluzadə, A.İ.Qurbanov, Ş.C.Qasımov, M.N.Əliyev, S.A.Həsənova, Y.R.Kazımov, Təqsirləndirilən şəxs3, G.İ.Hümmətova, Təqsirləndirilən şəxs1 götürülmüş bioloji nümunələrdən əldə olunmuş DNT profilləri ilə DİN-nin DNT məlumat bankında eynilik aşkar edilmədi. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Qaradağ RPİ-nin İB-də istintaqı aparılan ********* saylı cinayət işi Salyan RPŞ-nin İB-də istintaqı aparılan ********* saylı cinayət işinə bir icraatda birləşdirilərək cinayət işinin istintaqı ********* statistik nömrəsi ilə aparılmış və istintaqı davam etdirilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ-yə daxil olmuş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saat təxminən 3- 5 arası ona məxsus olan “Shacman” markalı ** CV *** dövlət qeydiyyat nişanlı və ** ZP *** dövlət qeydiyyat nişanlı yük avtomaşınlarından tanımadığı naməlum şəxs (lər) 2 ədədi 190 amperlik, 2 ədədi 135 amperlik 4 ədəd akkumulyatorunu oğurlamışlar. Ona 1000 manat ziyan dəymişdir. İş materiallarında olan X8 Qaradağ RPİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Qobustan qəsəbəsində yolun kənarında saxladığı ona məxsus “Kamaz” markalı maşının (** VL ***) iki ədəd akkumulyatorunu oğurlamışlar, ona 800 manat zərər dəymişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 Qaradağ RPİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə naməlum şəxslər Ələt qəsəbəsində yaşadığı evin qarşısında saxladığı özünə məxsus Vaz 2106 markalı ** LG *** qeydiyyat nişanlı avtomobilin 1 akkumulyatorunu oğurlamışlar. Ona 70 manat zərər dəymişdir. İş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı Murad Əhmədəliyevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş hadisə yerinin foto Cədvəlindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində hadisə yerinə və Zərərçəkmiş şəxs3 “Shacman” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı və “Shacman” markalı, **-ZP-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinə baxış keçirilmiş, hadisə yerindən istintaq üçün maraq kəsb edən heç bir əşya, predmet aşkarlanmamışdır. İş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı Əlizamin Ağayevin tərtib etdiyi xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş hadisə yerinin foto Cədvəlindən görünür ki,Qaradağ rayonu, Qobustan qəsəbəsində hadisə yerlərinə və Zərərçəkmiş şəxs4 məxsus “Kamaz” markalı 99-VL 029 dövlət nömrə nişanlı yük avtomobilinə baxış keçirilmiş, həmin avtomobilin 02 ədəd akkumulyatorun yerində olmaması müəyyən edilmişdir. İş materiallarında olan X11 Qaradağ RPİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə Qobustan qəsəbəsində saxladığı özünə məxsus “Kamaz” markalı ** MR *** dövlət nömrə nişanlı maşınından 2 ədəd akkumulyator oğurlamışdır. Ona 800 manat ziyan dəymişdir. İş materiallarında olan X1 Qaradağ RPİ-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin qarşısında saxladığı ona məxsus “İsuzi” markalı ** XX *** dövlət qeydiyyat nişanlı ağ rəngli sərnişin avtobusunun naməlum şəxslər tərəfindən təxminən 300 manat dəyərində 2 ədəd 80 amperlik akkumulyator oğurlanmışdır. Ona 300 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında qərarından görünür ki, 1000 manat dəyərində 4 ədəd 2 ədədi 190 amperlik markası bilinməyən, 2 ədədi isə 135 amperlik markası bilinməyən akkumulyatorların naməlum şəxslər tərəfindən oğurlanması faktına əsasən Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə saat 20:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə saat 23:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs3, X30 və Təqsirləndirilən şəxs1 iştirakı ilə Qaradağ RPİ-də istintaqa təhvil verilmiş 10 ədəd akkumulyatora baxış keçirilmişdir. Həmin akkumulyatorlar aşağıdakılardır: üzərində Gravita 12 V 140 Ah 990 A (EN)” sözləri yazılan 02 ədəd akkumlyator; üzərində“Netex” 12 V 1** AH *** A (EN)” sözləri yazılan 02 ədəd akkumlyator; üzərində “Champion Power” 12 V ** AH *** A (EN)” sözləri yazılan 01 ədəd akkumlyator; üzərində “EDCON” 12 V 225 AH H1 150 A (EN)” sözləri yazılan 01 ədəd akkumlyator; üzərində “ВОЖАК” 12 V ** AH *** A (EN)” sözləri yazılan 01 ədəd akkumlyator, üzərində “3AПУCK” 12 V ** AH *** A (EN)” sözləri yazılan 01 ədəd akkumlyator, üzərində “BOЛK” 12B 6 CT 1** AH ***0 Au max 46,5 kg (EN)” sözləri yazılan 02 ədəd akkumulyator. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli “əşyanın götürülməsi haqqında” qərarından və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs3, X30 və Təqsirləndirilən şəxs1 istintaqa təhvil verdikləri akkumulyatorlar müstəntiq tərəfindən götürülmüşdür. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə X19 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə X12 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan Qaradağ rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və X30 barələrində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətləri təmin edilməyərək, həmin şəxslər saxlanıldıqları Qaradağ RPİ-nin MSY-dən dərhal azad edilmişlər. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi Fərid Seyfəlov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qərardan, protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, iş üzrə üzərində “Gravita 12 V 1** AH *** A (EN)” və “Netex” 12 V 1** AH *** A yazıları yazılan 04 akkumlyatora Zərərçəkmiş şəxs3 iştirakı ilə baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 02 ədəd “Gravita 12 V 1** AH *** A (EN)” və 02 ədəd “Netex” 12 V 1** AH *** A yazıları yazılan, cəmi 04 ədəd akkumlyator Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının tərtib etdiyi xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs4 rayon polis şöbəsində saxlanılan 06 ədəd akkumulyatora baxdıqdan sonra üzərlərində «ВОЛК» markalanma yazısı olan üstü isə qırmızı rəngli kauçukla əhatə olunmuş 02 ədəd akkumulyatoru göstərib ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, istintaq zamanı götürülmüş ümumilikdə 09 ədəd akkumulyator maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş şəxslərə qəbzlə təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd akkumulyator Zərərçəkmiş şəxs4 təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd akkumulyator X13 təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınmış 02 ədəd akkumulyator X5 təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs4 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi yük avtomobilindən oğurlanmış 2 ədəd “ВОЛК” markalı akkumulyatorları təhvil almış, lakin həmin akkumulyatorlar istifadəsiz qaldığından yararsız hala düşmüş, ona görə də ona dəymiş ziyan tam ödənilməmiş, o, təqsirləndirilən şəxslərdən şikayətçidir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X24 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, baxış zamanı Təvəkkül Xəlilov rayon polis şöbəsində saxlanılan 06 ədəd akkumulyatora baxdıqdan sonra üzərində «Champion Power» markalanma yazısı olan qara rəngli 01 ədəd akkumulyatoru göstərib həmin akkumulyatorun ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, baxış zamanı Famil Mustafayev rayon polis şöbəsində saxlanılan akkumulyatorlara baxdıqdan sonra üzərində «ВОЖАК» markalanma yazısı olan qara rəngli 01 ədəd akkumulyatoru və üzərində «ЗАПУСК» markalanma yazısı olan qara rəngli 01 ədəd akkumulyatoru göstərib həmin 02 ədəd akkumulyatorun ona məxsus olduğunu bildirmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-in 177.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, icraatında olan ********* saylı cinayət işi ilə ********* saylı cinayət işi birləşdirilmiş, cinayət işinin istintaqının ********* statistik nömrə ilə aparılması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “zərərçəkmiş qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(057)- 85/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 245 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 02 ay uzadılmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(057)- 84/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 245 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 02 ay uzadılmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(057)- 86/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-in 245-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 həbsdə saxlanılma müddəti 02 ay uzadılmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli, 3-16-16/2- 9/5131/2023 nömrəli rəyindən görünür ki, respublika ərazisində yerləşən ticarət şəbəkələrində, internet saytlarında, bazarlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur: - Üzərində “Gravita 12 V 1** AH *** A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 100 manat, 02 ədədinin qiyməti 200 manat; - Üzərində “Netex 12 V 1** AH *** A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 100 manat, 02 ədədinin qiyməti 200 manat; - Üzərində “Champion Power 12 V ** AH *** A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 40 manat; - Üzərində “EDCON 12 V 225 AH H1 150 A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 120 manat; - Üzərində “ВОЖАК 12 V ** AH *** A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 50 manat; - Üzərində “ЗАПУСК 12 V ** AH *** A (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 50 manat; - Üzərində “ВОЛК 12 B 6 CT 1** AH ***0 max 46,5 kg (EN)” sözləri yazılan akkumulyator 01 ədədinin qiyməti 140 manat, 02 ədədinin qiyməti 280 manat. Ekspertiza təyini haqqında qərarda göstərilən 07 adda akkumulyatorların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin may ayın aolan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 940 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5131/2023 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 9/7010 saylı rəyindən görünür ki, ekspertiza təyini qərarda göstərilən 02 ədəd hər biri 0,75 qram çəkidə olan 875 əyarlı qızıl dişlərin 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 170 manat (02 ədəd x 85 manat) müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli, 9/7010 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək onlara Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Rəşad Mansurov tərəfindən Salyan RPŞ-yə xx.xx.2023-cü il tarixli 97c-23 saylı məktubla göndərilmiş Salyan rayon prokurorluğunun böyük müstəntiqi Ceyhun Quliyevin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, 97c-23 nömrəli material üzrə cinayət işinin başlanması cinayət hadisəsinin olmamasına görə rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, barəsində Salyan RPŞ-də Azərbaycan Respublikasının CM-nin 245 və 234.1-ci maddələri ilə cinayət işi istintaqı aparılan Təqsirləndirilən şəxs1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə Salyan RPŞ-nin əməkdaşları onu yaxalayarkən, polis şöbəsinə gətirərkən, polis şöbəsində olarkən ona qarşı psixi, fiziki zor tətbiq edilməmiş, ona xəsarət yetirilməmişdir. Onun bədənində aşkar edilmiş xəsarətləri o, polislər tərəfindən tutulmamışdan bir neçə gün əvvəl narkotik vasitə təsiri altında gecə vaxtı Bakı şəhərində küçədə yerə yıxılması nətcəsində almışdır. Həmin xəsarətlər yüngül olduğundan həkimə, xəstəxanaya getməmiş, yaralar öz-özünə sağalmışdır. O, Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən həkimlərə guya həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Əslində o, tutularkən heç bir xəsarət almamışdır. Onun heç bir polis əməkdaşından heç bir şikayəti, narazılığı, iddia və tələbi yoxdur. Hazırda bədənində heç bir xəsarət və xəsarət izi yoxdur. Buna görə də o, məhkəmə-tibb ekspertizasından keçməkdən imtina edir. Həmin qərardan Təqsirləndirilən şəxs1 tərəfindən şikayət verilməmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 581 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 582 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2023-cü il tarixli, 585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin hökmlə təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsi Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və cəzasını çəkmiş hesab edilərək azad olunmuşdur. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(012)-175/2021 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli, 7(012)-168/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Abşeron rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 1(012)-175/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 19 gün hissəsi 08 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 7(002)-170/2022 nömrəli qərarının surətindən görünür ki, Abşeron rayon məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli qərarı ilə 08 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs3 barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış və cəzaçəkmə müddətinin əvvəlinin 08 oktyabr 2021-ci il tarixdən hesablanması nəzərə alınaraq o, cəza çəkməkdən azad edilmişdir. İş materiallarında olan Qobustan rayon İHB-nin Nabur İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə mənfi xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, X20 xx.xx.2015-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad edilmiş; Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndində əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(012)- 182/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 17 saylı cəzaçəkmə müəsisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri icra edən Şakir Qəniyevin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs1 amnistiya tətbiq edilmiş, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər İƏD üzrə nümayəndəsitərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2 azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışlardan görünür ki, X36 xx.xx.2012-ci il tarixdə, X37 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının “cinayət işi üzrə sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işlərinin ayrıca icraata ayrılması və ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Mustafayev Yaqub oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-in 177.2.3 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən 2023-cü il mayın 15-də saat 03 radələrində X17 məxsus ümumilikdə 800 manat dəyərində 02 ədəd akkumulyatorun gizli yolla talanması ilə bağlı hissənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X25 elan ilkin ittihamdan çıxarılması nəzərə alınmış; qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən 2023-cü il mayın 15-də saat 03 radələrində X5 məxsus 02 ədəd akkumulyatorun gizli yolla talanması ilə bağlı hissənin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X25 elan edilmiş ilkin ittihamdan çıxarılması nəzərə alınmış; 2023-cü il mayın 7-də saat 10 radələrində Salyan rayonu Arbatan kənd qəbiristanlığında yerləşən mərhum X3 qəbirinin sinə daşının arxa hissəsinin təxminən 1 metr dərinliyində qazılaraq torpağa basdırılmış halda olan 02 ədəd qızıl diş qapağının torpaqdan çıxarılaraq gizli yolla talanması xüsusatı üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-in 245-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş; Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini 2023-cü il aprelin 12-də saat 19 radərində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Bakı Beynəlxalq Avtovağzal kompleksinin ərazisində tanımadığı şəxsdən 15 manata alması xüsusatının yoxlanılması və əmələ hüquqi qiymət verilməsi məqsədilə həmin xüsusat üzrə ayrıca icraata material ayrılmış və araşdırmanın davam etdirilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə göndərilmiş; ********* nömrəli cinayət işinin materiallarından fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Abşeron Rayon Polis İdarəsinə göndərilmiş; təqsirləndirilən şəxs X30 barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və həmin cinayət işi istintaqın davam etdirilməsi məqsədilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş; Bakı şəhəri Qaradağ Rayon Polis idarəsinə göndəriləcək ********* nömrəli cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və X21 Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə məsuliyyətə cəlb edilmələri və barələrində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün müvafiq qərar qəbul edilmiş; Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndəriləcək ********* nömrəli cinayət işinin istintaqı zamanı 2023-cü il mayın 15-də saat 02 radələrində X17 məxsus ümumilikdə 800 manat dəyərində 02 ədəd akkumulyatorun gizli yolla talanması xüsusatına hüquqi qiymət verilmiş; Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilmiş və iş üzrə sübut əhəmiyyətinə malik olmayan 01 ədəd üzərində “EDCON 12 V 225 AH H1 150 A (EN)” sözləri yazılan akkumulyator ********* nömrəli cinayət işi ilə birlikdə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə göndərilmiş; X12 və X8 cinayət işi üzrə zərərçəkmiş şəxs statusunda qalmaları üçün əsaslar aradan qalxdığından onların zərərçəkmiş şəxs qismində tanınmaları barədə qərarlar qüvvədən düşmüş hesab edilmiş; baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyanın ümumi məbləği 400 manat, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ümumi məbləği isə 280 manat hesab edilmiş; Şahid1, Şahid2, Şahid4 və Şahid3 barəsində Azərbaycan Respublikası 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; cinayət işi üzrə təqsirləndirilən şəxslərin ifadələri və ifadələrinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 24 iyul 2023-cü il tarixli, 3-16-16/2-9/5131/2023 nömrəli və 18 sentyabr 2023-cü il tarixli, 9/7010 nömrəli rəyləri, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 13 iyul 2023-cü il tarixli, 3-13-11/2-8533/2023 nömrəli məktubu, şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin videogörüntülərini əks etdirən 03 ədəd “DVD” disk və digər istintaq hərəkətlərinin protokol və sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon məhkəməsinin 20 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, həmin məhkəmənin icraatında Təqsirləndirilən şəxs3 barəsində ********* nömrəli Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-441/2023 saylı cinayət işi var və hal-hazırda icraatdadır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər üçünün mərhum Taciyə Kərimovanın qəbrindən 02 ədəd qızıl diş götürməmələri barədə verdikləri ifadələrini; həmçinin Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması və polislər tərəfindən ona zor tətbiq edilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadələr həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadələrində səsləndirmələri törətdikləri əməllər ört-basdır etmək xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı vəkillərin iştirakları ilə videoçəkiliş aparılmaqla sözügedən ittihamlarla bağlı etirafedici ifadələr vermişlər. Təqsirləndirilən şəxslərin mərhum Taciyə Kərimovanın məzarından 2 ədəd qızıl diş çıxarmaları təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, həmin ifadələrin yerində yoxlanılması protokolları, həmin protokollara əlavə edilmiş fotocədvəllər, 31 may 2023-cü il tarixli üzləşdirmə-dindirmə protokolları, məhkəmə istintaqı zamanı dindirilmiş və elan olunaraq tədqiq olunmuş şahidlərin ifadələri və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Eyni zamanda Zərərçəkmiş şəxs1 ifadəsindən də görünür ki, mərhum anası Nazilə İlyasovaya məxsus olmuş məhz 02 ədəd qızıl dişin onun qəbrinin sinə daşının arxa hissəsində torpağa basdırıldığını göstərmişdir. Həmçinin digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 Müsafir oğlunun ifadəsindən də görünür ki, anası mərhum Taciyə Kərimovanın ağzında iki qızıl diş olmuşdur. Məhkəmə onu da qeyd edir ki, Salyan rayon məhkəməsinin təqsirləndirilən şəxslərin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarlarından görünür ki, təqsirləndirilən şəxslər məhkəmə iclasları zamanı da Taciyə Kərimovanın qəbrini qazaraq oradan mərhumun qızıl dişlərini çıxardıqlarını etiraf etmişlər. Göründüyü kimi, təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı, həmçinin qətimkan tədbiri seçilməsi üçün məhkəməyə gətirildikləri vaxt ittihamda qeyd olunan bütün əməlləri tam etiraf etmişlər. Eyni zamanda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin Salyan rayonunda yerləşən müxtəlif kənd qəbiristanlıqlarından qəbirlərdən qızıl dişləri çıxarıb müxtəlif vaxtlarda fərqli şəxslərə satmaları ona dəlalət edir ki, həqiqətən də onlar hər bir qəbirdən iki şəxsə məxsus qızıl dişləri götürmüşlər. Əgər təqsirləndirilən şəxslərin məhkəmə iclası zamanı ifadə verdikləri kimi mərhum X9 məxsus 4 ədəd qızıl diş götürsə idilər, qızıl dişləri ilk dəfə qızıl alqı-satqısı ilə məşğul olan Şahid1 satan zaman sonuncuya qızıl dişlərin 4-nü də təklif edərdilər. Halbuki təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda 2 ədəd qızıl dişi Murad, 2 ədəd qızıl dişi isə Natiq adlı şəxsə satmış, təqsirləndirilən şəxlər məhkəmə iclası zamanı bunun səbəbi barədə məhkəməyə inandırıcı sübut təqdim edə bilməmişlər. Bu hal da bir daha təqsirləndirilən şəxslərin məhkəmə iclası zamanı həmin ifadələri verdikləri zaman qeyri-səmimi olduqlarını təsdiq edir. Təqsirləndirilən şəxs1 narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması və polislər tərəfindən ona zor tətbiq edilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhərində Nərimanov rayonundan yaşadığı Abşeron rayonu Masazır qəsəbəsində getdiyi vaxt taksinin içində ayaqaltıda olan siqaret qutusunun içindən tapdığını bildirərək polis əməkdaşlarına özü təqdim etmişdir. Ona qarşı hər hansı bir zorakı hərəkətlərin edilməsi barədə prokurorluq orqanında araşdırma aparılsa da, araşdırma zamanı Təqsirləndirilən şəxs1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü ildə Salyan RPŞ-nin əməkdaşları onu yaxalayarkən, polis şöbəsinə gətirərkən, polis şöbəsində olarkən ona qarşı psixi, fiziki zor tətbiq edilməmiş, ona xəsarət yetirilməmişdir. Onun bədənində aşkar edilmiş xəsarətləri o, polislər tərəfindən tutulmamışdan bir neçə gün əvvəl narkotik vasitə təsiri altında gecə vaxtı Bakı şəhərində küçədə yerə yıxılması nətcəsində almışdır. Həmin xəsarətlər yüngül olduğundan həkimə, xəstəxanaya getməmiş, yaralar öz-özünə sağalmışdır. O, Bakı İstintaq Təcridxanasında tibbi müayinədən keçirilərkən həkimlərə guya həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. Əslində o, tutularkən heç bir xəsarət almamışdır. Onun heç bir polis əməkdaşından heç bir şikayəti, narazılığı, iddia və tələbi yoxdur. Hazırda bədənində heç bir xəsarət və xəsarət izi yoxdur. Buna görə də o, məhkəmə-tibb ekspertizasından keçməkdən imtina edir. Bu səbəbdən də, Salyan rayon prokurorluğunun yuxarıda şərh olunan məlum qərarı ilə fakt üzrə cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan şikayət verilməmiş, hazırda qüvvədədir. Təqsirləndirilən şəxs1 məlum narkotik vasitəni əldə edib üzərində saxlaması Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ziddiyyətli ifadələri, dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ekspert rəyləri, Təqsirləndirilən şəxs1 istintaq orqanında üzərində keçirilmiş şəxsi axtarışı və götürməni əks etdirən videoçəkiliş və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs1 məhz ondan aşkar olunaraq narkotik vasitəni yuxarıda göstərilən vaxtda və şəraitdə əldə etmişdir. Ona qarşı hər hansı zorakı hərəkətlərin edilməsi də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hər üçünün mərhum Taciyə Kərimovanın qəbrindən qızıl diş çıxarmamaları barədə verdikləri ifadələrini, Təqsirləndirilən şəxs1 həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə, narkotik vasitə əldə etmə, saxlama və daşıma, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmçinin qəbir və meyit üzərində təhqiredici hərəkət cinayət əməllərini törətmələri bununla da, onların Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CMnin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını şəxsiyyətini müsbət cəhətdən, yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun cəzasını yüngülləşdirən halı, şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası; CM-nin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası; CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04(dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etməyərək hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunması mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs3 mülkiyyətin qorunması sahəsində olan hüquq münasibətlərini təkrar pozmaqla zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam aradan qaldırmamış və yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər zərərçəkmiş şəxslər ondan şikayətçidirlər, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbiri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını, onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Çünki, o, hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər də eyni qəbildən olan cinayəti törətdiyinə görə məhkum olunmuş və buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini də törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən cinayət törətməsi Təqsirləndirilən şəxs3 sabit kriminal meyilli olmasına, ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid olunmadan islah olunması məhkəmədə şübhə doğurur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini, müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası; CM-nin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası; CMnin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını; CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02(iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etməyərək hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunması mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs1 mülkiyyətin qorunması sahəsində olan hüquq münasibətlərini təkrar pozmaqla zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam aradan qaldırmamış və yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər zərərçəkmiş şəxslər ondan şikayətçidirlər, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbiri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını, onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Çünki, o, hazırda məhkumluğu olmayan şəxs olsa da, əvvəllər dəfələrlə eyni qəbildən olan cinayəti törətdiyinə görə məhkum olunmuş və buna baxmayaraq islah olunmayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini də törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmadan yenidən cinayət törətməsi Təqsirləndirilən şəxs1 sabit kriminal meyilli olmasına, ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah olunması məhkəmədə şübhə doğurur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hal kimi, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər Zərərçəkmiş şəxs2 Müsafir oğlunun ondan şikayətçi olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası; CMnin 245-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası; CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etməyərək hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunması mümkün deyil. Belə ki, Təqsirləndirilən şəxs2 mülkiyyətin qorunması sahəsində olan hüquq münasibətlərini təkrar pozmaqla Zərərçəkmiş şəxs2 Müsafir oğluna vurduğu ziyanı tam aradan qaldırmamış və yalnız Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etsə də, digər Zərərçəkmiş şəxs2 Müsafir oğlu ondan şikayətçidir, eyni zamanda ictimai mənəviyyatı, xalq arasında ümumi qəbul edilmiş qaydaları, bu sahədə mövcud olan adət və ənənələri kobud surətdə pozaraq mərhum Taciyə Kərimovanın qəbri və meyiti üzərində təhqiredici hərəkət etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsini, daşımasını, saxlamasını, onun narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Çünki, o, əvvəllər məhkum olunmamış şəxs olsa da, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini də törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar edildiyindən və onların məcburi müalicəyə ehtiyacları olduğundan onlara cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikasının CPM-nin 132.1 və 132.1.1-ci maddələrinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X23 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin; Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X23 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,589 kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, hadisənin baş verdiyi Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığından aşkar olunaraq götürülmüş üzərlərində saç tükləri olan 1 ədəd bel və 1 ədəd çalov dövlət nəfinə müsadirə edilməli, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Airflurail” markalı nəfəs aparatı ona qaytarılmalıdır. İş üzrə istintaq zamanı aşkar edilərək götürülmüş 04 ədəd akkumulyatorun saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3, 02 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs4, 02 ədəd akkumulyatorun X5, 01 ədəd akkumulyatorun X13 qəbzlə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə cəmi 264,48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat məbləğində məhkəmə xərclərindən: 65 (altmış beş) manat Təqsirləndirilən şəxs3; 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs1; 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs2; 50 (əlli) manat Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1; həmçinin, 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 05 ədəd DVD disk işdə saxlanılmalıdır. Zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 245-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04(dörd) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 245-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02(iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın.
3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 245 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 245-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 31 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-də aparılmış ekspertizadan sonra qalıq qalmış 0,609 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X23 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,275 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin; Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunraq götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X23 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,589 kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, hadisənin baş verdiyi Salyan rayonu Kürqaraqaşlı kənd qəbiristanlığından aşkar olunaraq götürülmüş üzərlərində saç tükləri olan 1 ədəd bel və 1 ədəd çalov dövlət nəfinə müsadirə edilsin, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Airflurail” markalı nəfəs aparatı ona qaytarılsın. İş üzrə istintaq zamanı aşkar edilərək götürülmüş 04 ədəd akkumulyatorun saxlanılmasından ötrü Zərərçəkmiş şəxs3, 02 ədəd akkumulyatorun Zərərçəkmiş şəxs4, 02 ədəd akkumulyatorun X5, 01 ədəd akkumulyatorun X13 qəbzlə təhvil verilməsi nəzərə alınsın. İş üzrə cəmi 264,48 (iki yüz altmış dörd manat qırx səkkiz qəpik) manat məbləğində məhkəmə xərclərindən: 65 (altmış beş) manat Təqsirləndirilən şəxs3; 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs1; 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs2; 50 (əlli) manat Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1; həmçinin, 50 (əlli) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 05 ədəd DVD disk işdə saxlanılsın. Zərər çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Adil Vəliyev