Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-3/2025 21.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci ildə Cəlilabad rayonunun, Xəlilli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Cəlilabad rayonunun, Xəlilli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, avtomobili idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölməsinə səbəb olmuşdur. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü ildə saat 15:15 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən 18-ci kilometrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ zolağı ilə 110 km/saat sürətlə Astara rayonu istiqamətinə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyəib, avtomobilin qabaq sağ oturacağında oturmuş sərnişin X5 yuxudan oyanaraq sükana müdaxilə etdiyi üçün idarə etməni itirərək 10-20 saniyə vaxt keçməsinə baxmayaraq avtomobilin yoldan çıxmaması və yaxud tam dayandırması üçün kifayət qədər vaxtı olsa da heç bir tədbir görmədiyindən avtomobil yoldan çıxaraq yolun sağ kənarındakı çökəklik əraziyə aşmış, nəticədə ehtiyatsızlıqdan X4 insan həyatı üçün təhlükəli olan başın sağ alın və təpə nahiyəsinin, burunun yumşaq toxumasının yarası, hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları xəsarətlərini yetirərməklə ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, qardaşı Elməddinlə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında işləyir. 21 fevral 2024-cü ildə qardaşı Elməddin və dayısı Azər Aslanovla birlikdə işlədikləri daş karxanasından yaşadıqları Cəlilabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Cəlilabad rayonuna getməkdə məqsədləri dayısı Azərin qızının vəziyyətinin pis olması olmuşdur. Yolda olduqları vaxt dəfələrdə ailə üzvləri dayısına zəng edərək nə vaxt rayona çatacaqlarını soruşmuşlar. Dayısı Azər qabaq sağ oturacaqda, Elməddin isə arxa oturacaqda əyləşmişdir. Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində iki zolaqlı yolun sağ zolağı ilə saatda təxminən 90 km sürətlə Astara rayonu istiqamətinə hərəkətdə olmuşlar. Azər təxminən 10 dəqiqə əvvəl ayılsa da yenidən oturacağa söykənib yatmışdır. Bu vaxt anidən Azər yuxudan oyanaraq heç bir söz demədən əlini sükana atıb sükandan yapışaraq sükanı əvvəlcə sola burmuşdur. Azərə "dayı niyə belə edirsən, sükanı burax" deyərək sükanı sağa doğru istiqamətləndirib hərəkəti tənzimləmiş, Azər isə əlini sükandan buraxmadan sükanı bu dəfə sağa burmuşdur. Özü isə sükanı əksinə sola dartmaqla avtomobili yola qaytarmağa çalışsa da Azər əlini sükandan buraxmadan sağa burmaqda davam etdiyindən avtomobil yoldan çıxıb yolun sağ kənarındakı çökəklik ərazidə bir neçə dəfə aşaraq damı üstə dayanmışdır. Hadisə nəticəsində aldığı xəsarətdən huşunu itirmiş və az sonra ayılmışdır. Özü və qardaşı Elməddin yüngül xəsarətlər aldığından özləri avtomobildən çıxmışlar. Azər isə baş nahiyəsindən ciddi xəsarətlər alaraq avtomobilin salonunda sıxılıb qaldığı üçün hadisə şahidlərinin köməkliyi ilə onu avtomobilin salonundan çıxardıb TTY stansiyasına məlumat vermişlər. Xəstəxanada məlum olmuşdur ki, dayısı Azər aldığı xəsarətlərdən ölmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, dayısı ilə münasibətləri çox yaxşı olmuşdur. Hadisə vaxtı əyləcdən istifadə etməmişdir. Sonda Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadəsi, ekspertiza rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində ölmüş X5 onun atasıdır. Atası Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki daş karxanasında işləmişdir. Hadisədən 1-2 gün əvvəl atası ilə telefon vasitəsi ilə özü danışmış, atasına bacısının xəstə olmasını demişdir, atası özünün bacısının yaşadığı kəndə gedəcəyini onu özünün həkimə aparacağını demişdir. Bacısı hazırda ailəlidir. Bacısı gənc yaşlarından ruhi əsəb xəstəliyindən əziyyət çəkir. Verilən suallara cavab olaraq bildirmişdir ki, atası heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Atasının ölüm xəbərini əmisi Mehdi ona zəng edərək demişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xeyrinə qərar verilməsini xahiş etmişdir. Həmçinin onun və ailə üzvlərinin adından yazılmış şikayət ərizələrindən xəbərdar olmadığını, anasının, əmilərinin və yaxın qohumlarının hər hansı birinin adından yazılan şikayət xarakterli ərizələrdən onların məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirimiş Şahid Təqsirləndirilən şəxs qardaşı olduğunu, onun Azərbaycan Respublikası Konstitusiyanın 66-cı maddəsinə əsasən “yaxın qohumlarının əleyhinə ifadə verməmək” hüququnun olması izah edilmiş o, ifadə vermək istədiyini bildirmişdir. O, istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, qardaşı Şaməddinlə birlikdə Qızıldaş qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyir. Hadisə baş verən gün o, dayısı Azər ilə birlikdə qardaşı Şaməddinin qarın nahiyyəsində ağrılar olduğu üçün özünü pis hiss etdiyindən Lökbatan qəsəbəsində fəaliyyət göstərən xəstəxanaya getmişlər. Onlar Lökbatan qəsəbəsinə gedərkən dayısına zəng gəlmiş, bundan sonra dayısı narahat olmağa başlamış, onlara rayona getməli olduğunu demişdir. Dayısı onlarla birlikdə Lökbatan qəsəbəsinə xəstəxanaya getmişdir. Xəstəxanadan çıxdıqdan sonra birlikdə Şaməddinin idarə etdiyi avtomobillə yaşadıqları Cəlilabad rayonuna qayıtmaq üçün yola düşmüşlər. Dayısı Azər qabaq sağ oturacaqda, özü isə arxa oturacaqda əyləşmişlər. Dayısı yatmış, bir dəfə ayılaraq qardaşına baxmış, qardaşı dayısına narahat olmamağı avtomobili yavaş sürdüyünü demişdir. 2-3 dəqiqə sonra dayısı yuxudan oyanaraq əlini sükana atdıqdan sonra bu hadisə baş vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, arxada ortada oturaraq qabağa baxmışdır. Dayısı heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Qardaşı avtomobili sürətli sürməmişdir. Hadisə zamanı o da xəsarət almışdır. Dayısına zəng gəldiyindən o, kövrələrək ağladığı üçün qardaşı Şaməddin ona narahat olmamağı demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan DİN-nin Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi Elşad Əmirovun “cinayət işinin başlanılması və işin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Cinayət işinin 5-11-ci vərəqlərində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 21 fevral 2024-cü il tarixli protokol və ona əlavə olunmuş 8 ədəd fotoşəkillərdən görünür ki, hal şahidlərinin iştirakı ilə Ələt-Astara-İran avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 18-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və hadisə yerinin sxemi tərtib olunmuşdur. Cinayət işinin 32-35-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 “maddi sübutların eskpertizası” barədə 749/K nömrəli, 23 fevral 2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin 51-ci vərəqində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 52-54-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 04 nömrəli, xx.xx.2024-cü il tarixli “meyitin ekpsertizası” barədə ekpert rəyindən görünür ki, meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir-başın sağ alın və təpə nahiyyəsinin, burunun yumşaq toxumasının yarası, hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin qapalı sınıqları küt əşya(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, ola bilər ki, qərarın təsviri hissəsində göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişini olduğu avtomobilin aşması nəticəsində törənsin. Dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb-başın küt travması nəticəsində sağ alın və təpə nahiyəsinin, burunun yumşaq toxumalarının yaraları, hematoması ilə müşayiət olunan, beyin toxumasının əzilməsi, beyinin qışaları altına, toxumasına, mədəciklərinə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur. Cinayət işinin 55-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 78 A nömrəli, 21 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-döş qəfəsinin qapalı travması, sol dizin aşağı nahiyəsində əzilmiş yaralar küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 56-cı vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X9” X13 78 B nömrəli, 21 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Şahid məhkəmə müayinəsi zamanı aşkar edilmiş xəsarəthər iki çiyin qurşağının əzilməsi küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 57-ci vərəqində olan 08 aprel 2024-cü il tarixli “maddi sübutun tanınması və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Mercedes Benz C180” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut hesab edilməsi və avtomobilin sahibinə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 64-65-ci vərəqlərində olan Cəlilabad rayon İHB-nın Hamarqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Abasov X6 rayonu, Xəlilli kəndində ailəsi ilə birlikdə yaşayır və nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Cinayət işinin 66-cı vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X14 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X13 01 may 2024-cü il tarixli məktubundan görünür ki, Cəlilabad rayonu, Xəlilli kəndində yaşayan, 1970-ci il təvəllüdlü X1 Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Cinayət işinin 80-81-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş istintaq və məhkəmə hərəkətlərinin protokollarını, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının, həmçinin məhkəmə istintaqı zamanı təyin edilmiş əlavə məhkəmə yol-nəqliyyat hadisələri rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Belə ki, cinayət işinin 60-62-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/894 nömrəli, 26 aprel 2024-cü il tarixli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Mercedes Benz C 180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan Salyan Rayon Məhkəməsinin 1(057)-106/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Müdafiəçi vəsatəti təmin edilmiş, iş üzrə əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə tapşırılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2364 nömrəli, 19 dekabr 2024-cü il tarixli ekspert rəyindən görünür ki, hadisə baş verərkən Mercedes Benz C180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsindən təxminən hansı müddət ərzində çıxması və çökəklik əraziyə aşanadək nə qədər müddət keçməsinin müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil, həmin halın müəyyən edilməsi istintaqın və məhkəmənin səlahiyyətinə aiddir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Mercedes Benz C180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi aşkar olunmamışdır. Hadisə yerində tormoz izi qalmadığından Mercedes Benz C180 markalı avtomobilin sürücüsünün tormozlanma əməliyyatı aparıb-aparmamasını yol-nəqliyyat hadisəsi ekspertizası yolu ilə müəyyən etmək mümkün deyildir. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, sərnişin 1-ci dəfə sükan təsir etdiyi andan Mercedes Benz C180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxana kimi 3,2 saniyədən artıq vaxt keçmişdir. Bu isə onu izah edir ki, sürücünün hərəkəti üçün təhlükə yaranan andan Mercedes Benz C180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoldan çıxana kimi 2 saniyə vaxtın keçməsi real hadisə mexanizminə uyğun deyildir. Real hadisə mexanizminə uyğun olmayan məlumat əsasında tədqiqat aparılması obyektiv nəticəni əks etdirmədiyindən həmin məlumatlar üzrə Mercedes Benz C180 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. CPM-in 140.0, 140.0.1 və 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət işinin 80-81-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” 03 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. Azərbaycan Respublikası Məhkəmə Hüquq-Şurasından daxil olmuş, cinayət işi materiallarına əlavə edilmiş, vətəndaş X.Şükürovun şikayət ərizəsi məhkəmə iclasında öyrənilərkən müəyyən olunmuşdur ki, Cəlilabad rayonu, Xəlilli kənd sakinləri Təqsirləndirilən şəxs narazıdırlar və ona ağır cəza verilməsini istəyirlər. Məhkəmə hesab edir ki, şikayət ərizəsi təqsirləndirilən şəxsə cəza verilən zaman nəzərə alınmamalıdır. Belə ki, cinayət işinin 48-ci vərəqində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərər çəkmiş şəxsin hüquqi varisi X7 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur və gələcəkdə də olmayacaqdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olubolmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanmış, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, müdafiəçinin vəsatəti təmin edilmiş, iş üzrə əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin olunmuşdur. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə işdəki sübutları araşdırıb, təqsirləndirilən şəxsin, zərər çəkən şəxsin hüquqi varisinin, şahidin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq, onları məcmusu üzrə qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir, o, göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və həmin maddə üzrə barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən ekspert rəyləri, şahid ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onu cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C180” minik markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 170 (bir yüz yetmiş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB 2013501**********1944 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-3/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-3/2025
21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver