Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-30/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi2 iştirakları ilə xx.xx.1992-ci ildə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 4-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində “Həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 15,78 qram, 0,78 qram, 1,14 qram, 1,02 qram, 1,19 qram, 1,03 qram, ümumi çəkisi 20,94 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə həşiş qətranı, 34 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,36 qram, 0,18 qram, 0,31 qram, 0,26 qram, 0,26 qram, 0,28 qram, 0,37 qram, 0,31 qram, 0,25 qram, 0,34 qram, 0,29 qram, 0,26 qram, 0,22 qram, 0,28 qram, 0,42 qram, 0,38 qram, 0,25 qram, 0,32 qram, 0,30 qram, 0,23 qram, 0,32 qram, 0,26 qram, 0,30 qram, 0,27 qram, 0,32 qram, 0,34 qram, 0,36 qram, 0,35 qram, 0,30 qram, 0,27 qram, 0,30 qram, 0,27 qram, 0,21 qram, 0,27 qram, ümumi çəkisi 10,01 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı evdə qanunsuz olaraq saxlamış, 2022-ci il oktyabrın 25-də saat 16:10 dəqiqədə Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞnin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 18:00 dəqiqədən başlayaraq ünvan 3 ünvanında yaşadığı evdə keçirilmiş baxış zamanı evin qonaq otağı ilə mətbəxin arasındakı pəncərənin qarşısından və qonaq otağındakı divanın altından həmin narkotik vasitə qurudulmuş marixuana və həşiş qatranı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının ortalarında Salyan şəhər qəbirstanlığından qayıdarkən yol kənarındakı selofan paketdə olan selofan bükümlərdə narkotik vasitə həşiş qətranı, kağız bükümlərdə isə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Həmin maddələrdən özü istifadə etmək məqsədi ilə götürmüş və evinə gətirərək saxlamışdır.Bir müddət həmin maddələrdən istifadə etmişdir. 2022-ci il oktyabrın 25-də saat 16 radələrində yaşadığı Salyan şəhəri, Ə.Hüseynov küçəsində olarkən polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərinə baxış keçirilmiş, üzərində hər hansı bir qadağanedici maddə aşkarlanmamışdır. Lakin onlara yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana və həşiş qətranı olduğunu demiş və daha sonra evə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir.Polis əməkdaşları onun yaşadığı evə baxış keçirmiş və baxış zamanı 6 ədəd selofan bükümdə narkotik vasitə həşiş qətranı və 34 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Soğru zamanı evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və həşiş qətranını təxminən bir ay əvvəl Salyan dairəsi yaxınlığındakı qəbirstalıqdan evə gələrkən yerdən tapdığını və istifadə etmək məqsədi ilə evinə gətirdiyini demişdir. Həmin maddələrdən heç kimə satmadığını, yalnız özü istifadə etdiyini demişdir. Daha sonra aşkar olunmuş maddələr çəkilmiş, sayılmış və qablaşdırılmışdır.Bü barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. Onun tapdığı narkotik maddələr həmin vəziyyətdə olmuş, ona satış maddəsi ilə ittiham verilməsi doğru deyil, onun əməli satış kimi düzgün tövsif olunmamışdır.Odur ki, əməlinin düzgün tövsif olunması barədə qərar qəbul olunmaqla ona ədalətli cəza təyin olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CAB əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2022-ci il oktyabrın 25-də ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 16:10 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında, Salyan şəhəri Ə.Hüseynov küçəsində müşahidə edib onu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin onun üzərində hər hansı qadağanedici bir maddə tapılmamışdır. Lakin o, evinə narkotik vasitə qurudulmuş marixuana və həşiş qətranı olduğunu demiş və evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə vermişdir.Ondan sonra evinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs qonaq otağına keçib mətbəx tərəfdəki pəncərənin qarşısındakı plastik stakanı təqdim etmişdir.Həmin plastik stakanın içərisinə baxıldıqda orada olan 5 ədəd bükümdə həşiş qətranına və 2 ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra qonaq otağındakı divanın altından ağ rəngli selofan paket aşkar edilmiş və həmin selofan paketin içərisinə baxıldıqda kiçik ölçülü bir neçə şüşə bankaların içərisində olan daha 01 ədəd bükümdə həşiş qətranına və 32 ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlə olduğu aşkar edilmişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evindən ümumilikdə 6 ədəd selofan bükümdə narkotik vasitə həşiş qətranına və 34 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və həşiş qətranını təxminən bir ay əvvəl Salyan dairəsi yaxınlığındakı qəbirstalıqdan evə gələrkən yerdən tapdığını, narkotik vasitə olduğunu bilib özü qəbul etmək üçün gətirib öz evində saxladığını və həmin narkotik vasitədən hər gün özü qəbul etdiyini, heç kimə satmadığını demişdir. Keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs evindən aşkar edilmiş cəmi 6 ədəd həşiş qətranı və cəmi 34 ədəd qurudulmuş marixuaunaya oxşar kütlələr elektron tərəzidə çəkilib ekspertizaya təqdim edilməsi üçün müstəntiq tərəfindən ayrı-ayrı kağız zərflərə qablaşdırılıb möhürlənmiş, iştirakçılar tərəfindən zərflərin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş baxış və götürmə protokolundan görünür ki, 2022-ci il oktyabrın 25-də Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla ünvan 4 ünvanında yerləşən yaşadığı evdə keçirilmiş baxış zamanı pəncərə qarşısındakı plastik stəkanda və divanın altındakı selofan paketdə cəmi 34 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya və cəmi 6 ədəd bükümdə narkotik vasitə həşiş qətranına oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1153 №-li ekspert rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...02 ədəd..marixuanaya oxşar...05 ədəd...həşiş qətranına oxşar...” sözləri və imzalar olan kağız paketdə 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 1) 15,78 qr, 2) 0,78 qr, 3) 1,14 qr, 4) 1,02 qr, 5) 1,19 qr, ümumi çəkisi - 19,91 qram olan maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə həşiş qətranıdır. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1) 0,36 qr, 2) 0,18 qr, ümumi çəkisi - 0,54 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evdən...01 ədəd...həşiş qətranına oxşar.. 32 ədəd..marixuanaya oxşar......” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,03 qram olan maddə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. 32 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1) 0,31 qr, 2) 0,26 qr, 3) 0,26 qr, 4) 0,28 qr, 5) 0,37 qr, 6) 0,31 qr, 7) 0,25 qr, 8) 0,34 qr, 9) 0,29 qr, 10) 0,26 qr, 11) 0,22 qr, 12) 0,28 qr, 13) 0,42 qr, 14) 0,38 qr, 15) 0,25 qr, 16) 0,32 qr, 17) 0,30 qr, 18) 0,23 qr, 19) 0,32 qr, 20) 0,26 qr, 21) 0,30 qr, 22) 0,27 qr, 23) 0,32 qr, 24) 0,34 qr, 25) 0,36 qr, 26) 0,35 qr, 27) 0,30 qr, 28) 0,27 qr, 29) 0,30 qr, 30) 0,27 qr, 31) 0,21 qr, 32) 0,27 qr, ümumi çəkisi - 9,47 qram olan kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 06 ədəd bükümdə narkotik vasitə həşiş qətranı eyni tərkiblidir. Tədqiqata təqdim olunmuş 34 ədəd bükümdə narkotik vasitə marixuana eyni tərkiblidir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1108 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan RİHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur “Salyan Rayon Mərkəzi Xəstəxanası” X8 arayışından görünür ki, Təqsirləndirilən şəxs heç bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 20,82 qram narkotik vasitə həşiş qətranı və 9,33 qram qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Onun narkotik maddələri satış məqsədi ilə əldə etməsi doğru olmaması barədə irəli sürdüyü vəsatətlər özünü müdafiə xarakteri daşıdığından, aşkar olunmuş bükumlərin eyni çəkidə, oxşar tərkibdə və çoxlu sayda olması halı bir daha onu göstərir ki, o, həmin maddələri satış məqsədi ilə əldə etmişdir.Ona görə də məhkəmə ona verilmiş ittihamın əsaslı olduğu qənaətinə gələrək ona ədalətli, əsaslı və qanuni cəza təyin olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. X5 xx.xx.2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs X3 narkomaniyadan məcburi müalicə təyin olunmalı, nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut - təqsirləndirilən şəxs X2 aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 20,82 qram narkotik vasitə həşiş qətranı və 9,33 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 oktyabr 2022ci ildən hesablansın. Təqsirləndirilən şəxs X3 narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - təqsirləndirilən şəxs X2 aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 20,82 qram narkotik vasitə həşiş qətranı və 9,33 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 manat məbləğində pul X2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X3 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-30/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-30/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver