Məhkəmə qərarları › İş №1(057)-30/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-30/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-30/2024 27.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Zərər çəkmiş şəxslər - Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs12, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs ilə bağlı gəldiyi nəticəyə görə o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs11 etibarından suiistifadə etməklə oğlu X26 İşlər Nazirliyinin Baş X43 İdarəsinə polis nəfəri və qızı Arzu Əminovanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) operator vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs11 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 540408******5274 nömrəli plastik bank kart hesabına 06 yanvar 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 21:51-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1515 manat, 07 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanında saat 14:03-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 400 manat, 08 yanvar 2021-ci il tarixdə ünvan 3 ünvanında saat 12:35-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 09 yanvar 2021-ci il tarixdə saat 09:42-də ünvan 3 ünvanında “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 190 manat, «Kapital Bank» АSС-də olan ******************** hesab nömrəli, 416973******1841 nömrəli digər plastik bank kart hesabına 09 mart 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 17:17-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 230 manat, 17 mart 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 15:55-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 20 mart 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 19:48-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 22 mart 2021-ci il tarixdə ünvan 3 ünvanında saat 22:16-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 24 mart 2021ci il tarixdə Zaqatala şəhəri Nizami küçəsində saat 14:56-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 350 manat, 25 mart 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 12:21-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 100 manat, 25 mart 2021-ci il tarixdə Zaqatala şəhəri Nizami küçəsində saat 20:10-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 27 mart 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində saat 12:38-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 28 mart 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində saat 15:27-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 60 manat, 02 aprel 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 17:31-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2000 manat, 03 aprel 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində saat 12:10-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 400 manat, 07 aprel 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində saat 17:07-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 10 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında saat 14:33-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 800 manat, 13 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanında saat 23:07-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 5000 manat, 13 aprel 2021-ci il tarixdə ünvan 3 ünvanında saat 23:12-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 50 manat, 15 aprel 2021-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində saat 13:02-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 23 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında saat 14:14-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1300 manat, 25 aprel 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 18:55-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 27 aprel 2021-ci il tarixdə ünvan 4 ünvanında saat 12:24-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1000 manat, 04 may 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 23:42-də olan “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 06 may 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 21:41-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 08 may 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 10:06-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 5000 manat, 08 may 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 10:11-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 5000 manat, 08 may 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 18:28-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1000 manat, 03 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 14:02-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 04 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 15:41-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 05 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 20:50-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 06 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 17:06-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 07 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 22:47-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 08 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanında saat 14:36-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 08 iyun 2021-ci il tarixdə ünvan 5 ünvanında saat 18:50-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 800 manat, 09 iyun 2021-ci il tarixdə ünvan 4 ünvanında saat 16:51-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 09 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 22:03-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 16 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 21:49-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 100 manat, 21 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 09:46-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 70 manat, 23 iyun 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 22:15-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 24 iyun 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 20:14-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 29 iyun 2021-ci tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 23:24-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 50 manat, 11 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 23:13-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 80 manat, 14 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 09:52-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 950 manat, 14 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 20:57-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 30 manat, 17 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 18:16-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 18 iyul 2021-ci il tarixdə ünvan 4 ünvanında saat 15:54-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 18 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri Şahid9 prospektində saat 22:28-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 19 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri S.Nizami küçəsində saat 16:00-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 21 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 21:08-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 50 manat, 25 iyul 2021-ci il tarixdə Zaqatala şəhəri F.Əmirov küçəsində saat 20:56-da “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 20 manat və 27 iyul 2021-ci il tarixdə ünvan 2 ünvanında saat 19:58-də “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 130 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs11 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 33275 (otuz üç min iki yüz yetmiş beş) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək qızı Həlimə Ömərovaya 1-ci qrup əlillik dərəcəsi təyin edilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldatmaqla, ilk olaraq 2021-ci ilin dekabr ayının əvvəllərində, istintaqla müəyyən edilməmiş gündə, Zaqatala rayonu İİİ Tala kəndində nağd şəkildə ondan aldığı 500 manat məbləğində pul vəsaitini, habelə Zərərçəkmiş şəxs8 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 15 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 20:10-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 16 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:27-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 17 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 12:38-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 17 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 17:17-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 21 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 17:03-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1000 manat, 28 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 21:08-də elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 900 manat pul vəsaitlərini, həmçinin, 2022-ci ilin yanvar ayının axırlarında, istintaqla müəyyən edilməmiş gündə, Zaqatala rayonu İİİ Tala kəndində ondan nağd şəkildə aldığı 2400 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 6000 (altı min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə, qardaşı Şahid15 məxsus zəlzələ nəticəsində yararsız hala düşmüş evin dövlət büdcəsi hesabına yenidən tikilməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs7 onun adına olan “Kapital Bank” АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 16 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:27-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 18 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:31-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2500 manat, 19 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 15:15-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2500 manat, 21 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 10:11-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 600 manat, 22 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 19:01-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 5000 manat, 22 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 19:07-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1600 manat, 24 noyabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2500 manat, 07 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 17:16-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2500 manat, 10 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:20-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 220 manat, 15 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 20:10-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 30 dekabr 2021-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 13:10-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 01 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 10:58-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 350 manat, 03 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 10:25-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 06 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 15:13-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1500 manat, 11 yanvar 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:27-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1500 manat, 01 fevral 2022-ci il tarixdə “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 və 700 manat, 30 mart 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:40-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 800 manat, 01 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 18:41-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 400 manat, 04 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 13:09-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 08 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 15:40-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1670 manat, 14 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 15:07-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 3000 manat, 14 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 19:27-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 3500 manat, 17 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 21:29-da “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 110 manat, 24 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 14:41-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 320 manat, 26 aprel 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 21:31-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1500 manat, 07 may 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 19:53-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 10 may 2022-ci il tarixdə Zaqatala rayonu Aşağı Tala kəndində saat 20:51-də “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 800 manat pul vəsaitlərini, həmçinin 2022-ci ilin yay aylarına kimi olan müddət ərzində, istintaqla müəyyən edilməmiş günlərdə, Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində nağd şəkildə Zərərçəkmiş şəxs7 13430 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs7 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 49200 (qırx doqquz min iki yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda Zərərçəkmiş şəxs15 etibarından sui-istifadə etməklə, ona Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ondan 2022-ci ilin mart ayının 14-də saat 13-14 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Binə Sovxozu, “X40”nin yaxınlığındakı fərdi evin qarşısında 3000 manat, bundan 2-3 gün sonra Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində saat 18-19 radələrində 2000 manat, 2022-ci ilin mart ayının axırlarında, istintaqla müəyyən edilməmiş gündə, saat 12- 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsində 1000 manat, bu hadisədən bir həftə sonra saat 18-19 radələrində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində 1500 manat pulu nağd şəkildə, həmçinin Zərərçəkmiş şəxs15 onun adına olan “Kapital Bank” АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 2022-ci ilin aprel ayının əvvəllərindən axırına kimi olan müddət ərzində, istintaqla müəyyən edilməmiş günlərdə, elektron ödəmə sistemi vasitəsilə ümumi olaraq göndərdiyi 2600 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs15 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 10100 (on min yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə, övladı Şahid4 Hacıqabul Rayon Polis Şöbəsinə polis nəfəri kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs5 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına Hacıqabul şəhəri, Şahid9 prospektində yerləşən “Milliön” və “eManat” elektron ödəmə sistemləri vasitəsilə 02 iyul 2022-ci il tarixdə saat 17:59-da göndərdiyi 600 manat, 04 iyul 2022-ci il tarixdə göndərdiyi 1500 manat, 04 iyul 2022-ci il tarixdə saat 15:45-də göndərdiyi 1200 manat, 07 iyul 2022-ci il tarixdə saat 12:07-də göndərdiyi 3800 manat, 08 iyul 2022-ci il tarixdə saat 21:00-da göndərdiyi 200 manat, 09 iyul 2022-ci il tarixdə saat 18:49-da göndərdiyi 1000 manat, 11 iyul 2022-ci il tarixdə saat 14:34-də göndərdiyi 1000 manat, 11 iyul 2022-ci il tarixdə saat 19:04-də göndərdiyi 1000 manat, 13 iyul 2022-ci il tarixdə saat 18:38-də göndərdiyi 350 manat, 20 iyul 2022-ci il tarixdə saat 09:38-də göndərdiyi 350 manat və 16 fevral 2023-cü il tarixdə göndərdiyi 180 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 11180 (on bir min yüz səksən) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə etməklə, övladı Şahid5 X14 polis nəfəri kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib onu aldadaraq, Zərərçəkmiş şəxs9 2022-ci ilin iyul ayının sonlarında, istintaqla müəyyən edilməmiş gündə, Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti 7 ünvanında yerləşən Daxili İşlər Nazirliyinin inzibati binasının arxasında nağd şəkildə 2500 manat, Zərərçəkmiş şəxs9 qardaşı Məmmədəli Rəsulovun vasitəsilə 2022-ci ilin iyul ayının sonlarında, istintaqla müəyyən edilməmiş gündə, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanında yerləşən «İstanbul NS» Klinikasının qarşısında nağd şəkildə göndərdiyi 2000 manat, eləcə də Zərərçəkmiş şəxs9 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən “eManat” elektron ödəmə sistemi vasitəsilə 01 avqust 2022-ci il tarixdə saat 09:45-də göndərdiyi 3000 manat, 02 avqust 2022-ci il tarixdə saat 11:36-da göndərdiyi 2000 manat və 08 avqust 2022-ci il tarixdə saat 13:03-də göndərdiyi 2500 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə alaraq, həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 12000 (on iki min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X29 Kadrlar şöbəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə, ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X43 İdarəsinə polis nəfəri kimi işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 06 sentyabr 2022-ci il tarixdə sonuncudan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən Azərbaycan Nəşriyyat evinin qarşısında saat 18-19 radələrində nağd şəkildə 5000 manat pul vəsaitini, Zərərçəkmiş şəxs6 onun adına olan «Kapital Bank» АSС-yə məxsusu ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 29 avqust 2022-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində saat 22-23 radələrində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2000 manat, 10 sentyabr 2022-ci il tarixdə saat 12:21-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1500 manat, 24 sentyabr 2022-ci il tarixdə saat 15:58-də Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 55 manat, 04 oktyabr 2022-ci il tarixdə saat 15-16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 04 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 600 manat, 24 noyabr 2022-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 300 manat, 2022-ci ilin dekabr ayının sonunda saat 18-19 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 2022-ci ilin noyabr ayının 8-də saat 19-20 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 95 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 10000 (on min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə etməklə, ona Hacıqabul Rayon Polis şöbəsinə polis nəfəri kimi işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs13 cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs5 vasitəsilə 2022-ci ilin sentyabr ayının 13-də saat 12-13 radələrində Hacıqabul şəhəri, Bakı küçəsində nağd şəkildə göndərdiyi 8000 manat pul vəsaitini, həmçinin Zərərçəkmiş şəxs13 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 29 sentyabr 2022-ci il tarixdə saat 16:46-da ünvan 9 ünvanında “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat və 24 noyabr 2022-ci il tarixdə saat 16:00-da ünvan 9 ünvanında “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 250 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs13 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə, övladı Şahid6 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə polis nəfəri kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs4 12 oktyabr 2022-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Ələt avtomobil yolunun Sahil qəsəbəsindən keçən hissəsində, «Norm» sement zavodunun yaxınlığında həmin dövrün məzənnəsi ilə 3740 manat təşkil edən 2200 ABŞ dolları və 2260 manat pulu nağd şəkildə, eləcə də Zərərçəkmiş şəxs4 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına Hacıqabul rayonu ərazisindəki ödəmə terminalları vasitəsilə 2022-ci ilin oktyabr ayından 2023-cü ilin fevral ayının sonlarına kimi olan müddət ərzində göndərdiyi 1000 manat, 500 manat, 1080 manat, 200 manat, 200 manat, 52 manat, 400 manat, 3100 manat, 300 manat və 500 manat olmaqla cəmi 7332 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 13332 (on üç min üç yüz otuz iki) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə, kürəkəni Şahid10 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) operator vəzifəsinə işə düzəlməsinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs3 kürəkəni Şahid10 verdiyi və sonuncunun onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 03 noyabr 2022-ci il tarixdə saat 13-14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2140 manat pul vəsaitini, bundan iki gün sonra Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində Zərərçəkmiş şəxs3 cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 vasitəsilə nağd şəkildə göndərdiyi 3700 manat məbləğində pul vəsaitin vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, qardaşı Şahid7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neftçala rayonunda yerləşən Qaz İxracı İdarəsinə operator vəzifəsinə işə düzəlməsində köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs1 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 03 noyabr 2022-ci il tarixdə saat 14-15 radələrində Neftçala rayonu Xıllı qəsəbəsində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 4000 manat, 05 noyabr 2022-ci il tarixdə saat 13-14 radələrində Neftçala rayonu Xıllı qəsəbəsində yaşadığı evdə istifadə etdiyi "xxxx" ASC-yə məxsus **********526164 nömrəli plastik bank kartının «ABB Mobile» mobil tətbiqi vasitəsilə göndərdiyi 1500 manat, 07 noyabr 2022-ci il tarixdə saat 18:02-də ünvan 10 ünvanında yerləşən terminal vasitəsilə göndərdiyi 150 manat, 11 noyabr 2022-ci il tarixdə saat 14:40 radələrində yaşadığı evdə olan zaman Neftçala rayonu Xıllı qəsəbəsindən özünə məxsus həmin bankın «ABB Mobile» mobil tətbiqi vasitəsilə göndərdiyi 1000 manat, 14 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Neftçala rayonu Xıllı qəsəbəsində olan zaman həmin bankın «ABB Mobile» mobil tətbiqi vasitəsilə göndərdiyi 300 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 6950 (altı min doqquz yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib X11 xidmətdən xaric olunmuş Zərərçəkmiş şəxs14 etibarından sui-istifadə etməklə sonuncuya X16 bərpa olunmasında köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs14 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 05 noyabr 2022-ci il tarixdə saat 18:41-də ünvan 11 ünvanında “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 5000 manat, 15 noyabr 2022-ci il tarixdə saat 20:24-də ünvan 12 ünvanında “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 1000 manat, 16 noyabr 2022-ci il tarixdə saat 17-18 radələrində Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Quşçuluq massivində “Milliön” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 2000 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla şəxsi ehtiyacları üçün sərf edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs14 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə etməklə, onun Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) tabe olan X23 işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs10 və əmisi Eldəniz Xankişiyevin 2022-ci ilin noyabr ayında, istintaqla müəyyən edilməmiş gündə, Hacıqabul rayonu Atbulaq kəndində yerləşən «Araz Market»in qarşısında cinayətdən xəbərsiz olan Zərərçəkmiş şəxs2 vasitəsilə nağd şəkildə hissə-hissə verdikləri cəmi 6000 manat pul vəsaitlərini, həmçinin Zərərçəkmiş şəxs10 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 2022-ci il noyabr ayında Hacıqabul rayonu Atbulaq kəndində elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq kart hesabına köçürülmüş pul vəsaitini həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi ərazisində yerləşən bankomatdan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edib Zərərçəkmiş şəxs10 xeyli miqdarda maddi ziyan vurmaqla ümumilikdə 6150 (altı min yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə, övladı Şahid1 Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin Çevik Polis Alayına polis nəfəri kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs2 onun adına olan «Kapital Bank» АSС-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 18 dekabr 2022-ci il tarixdə saat 18:49-da Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində “eManat” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 18 yanvar 2023-cü il tarixdə saat 15:16-da isə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində “eManat” elektron ödəmə sistemi vasitəsilə cinayətdən xəbərsiz Şahid13 məxsus olan “Leobank” kartına göndərdiyi 450 manat pul vəsaitlərini, həmçinin 2023-cü ilin fevral ayının ortalarında, istintaqla müəyyən edilməmiş gündə Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 69 ünvanında yerləşən DİN-in X29 inzibati binasının yaxınlığında nağd şəkildə 470 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 ümumilikdə 1070 (min yetmiş) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə real imkanlara və əlaqələrə malik olmadığı, zərərçəkmiş şəxsin xeyrinə hər hansı iş görmək niyyəti olmadığı halda, özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin zabiti, polis kapitanı kimi təqdim edib Zərərçəkmiş şəxs12 etibarından sui-istifadə etməklə, ona X14 polis nəfəri kimi işə düzəlməyə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, ondan 2023-cü ilin fevral ayının 26-da saat 12-13 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Ağ şəhər evləri” adlanan yerdə nağd şəkildə 2500 manat, həmçinin Zərərçəkmiş şəxs12 onun adına olan “Kapital Bank” АSC-yə məxsus ******************** hesab nömrəli, 416973******1841 nömrəli plastik bank kart hesabına 02 mart 2023-cü il tarixdə saat 17:30-da Salyan rayonu Bakı-Astara yolunda “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 200 manat, 03 mart 2023-cü il tarixdə saat 12:30-da Salyan rayonu Bakı-Astara yolunda “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 50 manat, 03 mart 2023-cü il tarixdə saat 15:46-da Salyan rayonu Yenikənd kəndində “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 250 manat, 09 mart 2023-cü il tarixdə saat 18:27-də Salyan rayonu Yenikənd kəndində “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 150 manat, 15 mart 2023-cü il tarixdə saat 19:31-də Salyan rayonu Yenikənd kəndində “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 500 manat, 18 mart 2023-cü il tarixdə saat 20:13-də Salyan rayonu Yenikənd kəndində “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 350 manat və 04 aprel 2023-cü il tarixdə saat 16:48-də Salyan rayonu Yenikənd kəndində “Million” elektron ödəmə sistemi vasitəsilə göndərdiyi 250 manat pul vəsaitlərini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə alaraq, kart hesabına köçürülmüş pul vəsaitlərini həmin tarixlərdə Bakı şəhərinin Nizami və Nəsimi rayonları ərazisində yerləşən müxtəlif bankomatlardan çıxarıb nağlaşdırmaqla əldə etdiyi bütün pul vəsaitlərini şəxsi ehtiyacları üçün sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs12 ümumilikdə 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayəti törətməsi özünün, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, baxış keçirilməsinə dair protokollar, zərər çəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirməyə dair protokollar, terminal vasitəsilə göndərilmiş pullara dair qəbzlər, banklardan alınmış çıxarışlar, zərər çəkmiş şəxslərin təqdim etdikləri vatçap danışıqları və səs yazıları olan disklər, həmçinin digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, törətdiyi əmələ görə peşmandır. 10 nəfərə yaxın zərər çəkmiş şəxsə ziyanı ödəmişdir. Digər zərər çəkmiş şəxslərə dəyən zərəri maddi çətinlikləri olduğundan tam ödəyə bilməmişdir. İmkan yaradılarsa, yəni azadlığa buraxıldıqdan sonra yerdə qalan ziyanı da ödəyəcəkdir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 oğlu Tural Əminovu polisə, qızını isə SOCAR-a işə düzəltmək adı ilə pul almışdır. Ona vurduğu ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs8 qızı Həlimə Ömərovaya 1-ci qrup əlillik dərəcəsi təyin edilməsinə köməklik edəcəyini deyərək ümumilikdə 6000 (altı min) manat məbləğində pul almışdır. Zaqatala RPŞ-də vurduğu ziyanı tam olaraq qaytarmışdır. Zərərçəkmiş şəxs7 qardaşı Şahid15 məxsus zəlzələ nəticəsində yararsız hala düşmüş evin dövlət büdcəsi hesabına yenidən tikilməsində köməklik edəcəyi adı ilə ondan pul almışdır. Zərərçəkmiş şəxs7 4000 manat ziyan ödəmişdir. Zərərçəkmiş şəxs15 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəlməsində köməklik edəcəyinə söz vermişdir. Ona vurduğu ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs5 övladı Şahid4 Hacıqabul Rayon Polis Şöbəsinə polis nəfəri kimi işə düzəltmək adı ilə pul almışdır. Ziyandan 3180 manat ödəmişdir. Zərərçəkmiş şəxs9 övladı Şahid5 X14 polis nəfəri kimi işə qəbul edilməsinə köməklik göstərəcəyi adı ilə ümumilikdə 12000 (on iki min) manat məbləğində pul almış və heç bir məbləğ ödəməmişdir. 2-3 min manat ziyandan ödəmək istəsə də zərər çəkmiş şəxs həmin məbləğlə razılaşmamışdır. Zərərçəkmiş şəxs6 Baş X43 İdarəsinə polis nəfəri kimi işə düzəldəcəyinə dair vəd verib 10000 (on min) manat məbləğində pulunu almışdır. Vurulmuş ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs13 Zərərçəkmiş şəxs5 vasitəsilə 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul alınmışdır. Heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs4 övladı Şahid6 Qaradağ RPİ-nə polis nəfəri kimi işə düzəldəcəyinə dair vəd verib ondan ümumilikdə 13332 (on üç min üç yüz otuz iki) manat məbləğində pul almışdır. Heç bir ziyan ödəməmişdir. Zərərçəkmiş şəxs3 kürəkəni Şahid10 SOCAR-a operator vəzifəsinə işə düzəlməsi adı ilə ümumilikdə 5840 (beş min səkkiz yüz qırx) manat məbləğində pul almışdır. Ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs1 qardaşı Şahid7 Dövlət Neft Şirkətinin Neftçala rayonunda yerləşən Qaz İxracı İdarəsinə operator vəzifəsinə işə düzəlməsində köməklik edəcəyinə dair vəd verib ümumilikdə 6950 (altı min doqquz yüz əlli) manat məbləğində pul almışdır. Ödəniş etmək istəsə də məbləğ az olduğu üçün qəbul etməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs14 polisdən işdən çıxarılmışdır, onu polis orqanlarına bərpa olunmasına kömək edəcəyini deyib ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulunu almışdır. Heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs10 Dövlət Neft Şirkətinə (SOCAR) tabe olan X23 işə qəbul edilməsinə köməklik göstərəcəyi adı ilə ümumilikdə 6150 (altı min yüz əlli) manat məbləğində pul almışdır. Ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs2 övladı Şahid1 polis orqanlarına polis nəfəri kimi işə düzəltmək adı ilə ümumilikdə 1070 (min yetmiş) manat məbləğində pul almışdır. Ziyanı tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxs12 X14 polis nəfəri kimi işə düzəltmək adı ilə ümumilikdə 4250 (dörd min iki yüz əlli) manat məbləğində pul almışdır. 2000 manat məbləğində ziyanı ödəmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, uzun müddət polis orqanlarında işləmiş, hazırda təqaüddədir. Oğlu 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Oğlu Şahid6 satçı işləyir. Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs2 vasitəsilə tanımış, belə ki, oğlu ilə Zərərçəkmiş şəxs2 oğlu bir məktəbdə təhsil almış, Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayaraq yaxın tanışının Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində kapitan rütbəsi ilə işlədiyini, istəsə oğlu Vüsalı X16 düzəldə biləcəyini və sonradan danışıq zamanı telefon nömrəsini ona verəcəyini o da etiraz etmədiyini bildirmiş, bir müddət sonra telefonla Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq bu barədə danışmışlar, o, özünü Baş Kadrlar İdarəsinin işçisi və polis kapitanı rütbəsi daşıdığını demiş, ilk olaraq oğlunun polisə qəbul olunması ilə bağlı müraciət etsə də, boyu çatmadığı üçün qəbul olmadığını demiş, lakin o, müharibə iştirakçılarına üstünlük verilərək oğlunu xidmətə qəbul etdirəcəyini deyərək onu inandırmış, dərhal işin qiymətini soruşmuş və Qaradağ RPİ-nin Post patrul Xidmətinə polis nəfəri kimi işə qəbul edilməsi üçün 6000 manat pul lazım olduğunu həmin gün saat 18:00dək oğlunu qeydiyyatdan keçirməsi üçün pulu ona göndərməsini demişdir. Əvvəllcə pulunun olmadığını, sonradan pulu toplayaraq onunla əlaqə saxladıqda Bakı şəhərinə gəlməyini demiş, həmin günü, yəni 12 oktyabr 2022-ci il tarixdə Bakıya gələcəyini dedikdə, o, Hacıqabul rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin yaxınlığına getməyini, orada bir nəfər şəxsin ona yaxınlaşıb birlikdə Bakıya gələcəyini bildirmiş, həmin şəxsin Zərərçəkmiş şəxs5 olduğunu, onunla görüşüb Bakı şəhərinə gələrkən yol boyu Rauf ona bir neçə şəxsin adını çəkdiyindən və həmin şəxsləri tanıdığı üçün inamı daha da artmış və saat təxminən 17-18 radələrində Sahil qəsəbəsində Təqsirləndirilən şəxs ağ rəngli avtomobildən düşərək onlara tərəf gəlmişdir. Həmin vaxt onun üzərində göy rəngli ön tərəfində Azərbaycan Respublikasının gerbi olan gödəkçə olduğundan polis gödəkçəsinə oxşatmış, gödəkçəni əynindən çıxararaq avtomobilin arxa oturacağının üzərinə atmış, həmin gödəkçəni görəndən sonra onun polis əməkdaşı olmasına inanmış və Zərərçəkmiş şəxs5 yanında 6000 manat pulu ona vermişdir. Təxminən 2 ay sonra oğlu Vüsalın telefonuna bu barədə SMS gəldiyindən Bakı şəhərinə normativləri verməsi üçün gedərək normativləri verdikdən sonra ona həqiqətən də güzəşt olunacağı deyildikdən bir müddət sonra Vüsalın telefonuna yenidən SMS gələrək müsabiqədən keçdiyi yazılmış, 3 gün sonra Tural ona zəng edərək oğlunun boyunun 3 sm çatmadığından əlavə olaraq 3100 manat pul verməsini bildirdiyindən 3100 manat pulu onun kartına göndərmiş, təxminən 2 gün sonra zəng edib dəftərxana üçün 300 manat pul lazım olduğunu dediyindən 300 manat pulu onun kartına göndərmiş və bundan 2-3 gün sonra yenidən Vüsalın mobil telefonuna SMS gələrək müsabiqədən keçmədiyi yazılmışdır. Bu barədə ona dedik də, heç bir narahatçılıq olmadığını Mərdəkan qəsəbəsində kursda olacağı üçün əlavə 500 manat pul istəmiş, həmin pulu da onun kartına vurmuş, sonradan Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə ondan 13332 manat pulunu ələ keçirdiyini bilmişdir. Həmin pulun 6000 manatını əlbəəl, qalan hissəsini kartına göndərmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, oğlu Rəsulu X16 işə qəbul etdirmək istəsə də, boyunun qısa olduğu üçün qəbul olmamış, Zərərçəkmiş şəxs5 ona tanışı Tural adlı şəxsin DİN-nin Baş Kadrlar İdarəsində işlədiyini ona kömək edə biləcəyini demişdir. Onun telefon nömrəsini vermiş, Təqsirləndirilən şəxslə əlaqə saxlayan zaman ona 12000 manata bu işi həll edə biləcəyini, onun oğlunu polisə işə düzəldəcəyini demiş, o və Rauf övladlarına aid sənədləri götürərək Bakı şəhərində DİN-nin yaxınlığında 9-cu Polis Bölməsinin arxasında Təqsirləndirilən şəxslə görüşmüşlər, Təqsirləndirilən şəxs özünü onlara Baş Kadrlar İdarəsinin polis kapitanı kimi təqdim etmiş, Turaldan nə səbəbdən mülki geyimdə olmasını soruşmuş, Tural ona bu işlərlə əlaqədar mülki geyim də olmasını demiş, o, oğlu Rəsula aid sənədlərin surətini və 2500 manat pulu Turala vermiş, qalan 9500 manat pulu hissə-hissə verəcəyi barədə razılaşmışdır. Tural narazıçılıq etməyərək işin 4 ay müddətinə həll olunacağını demiş, təxminən 2-3 gün sonra qardaşı Məmmədəli vasitəsilə Turala verməsi üçün 2000 manat pulu Bakıya göndərmiş, Bakı şəhərində qardaşı ilə Tural görüşərək 2000 manat pulu almış, bundan sonra xx.xx.2022-ci il tarixdə 3000, xx.xx.2022-ci il tarixdə 2000, xx.xx.2022-ci il tarixdə 2500 manat olmaqla, ümumilikdə 7500 manat pulu Turalın adına olan karta göndərmişdir. Ümumilikdə ona 12000 manat ziyan dəymişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs9 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs arvadı Zaqatala rayonundan olmaqla uzaq qohumudur, Turalla tanış olduqdan sonra Bakı şəhəri və Zaqatala rayonunda görüşmüşlər. 2020-ci ilin axırları Tural ilə telefon vasitəsi ilə danışan zaman qızını SOCAR-a işə düzəldə biləcəyini demiş, söhbət zamanı Tural onun oğlu İlkini polisə işə düzəltmək istədiyini soruşmuş, Turala polisə 29 yaş deyil 25 yaşına kimi qəbul etdiklərini demiş, Tural əlaqələrinin olduğunu və oğlunu polisə 7000-10000 manat arası düzəldə biləcəyini demiş, onunla razılaşdıqdan təxminən 2-3 gün sonra Tural ona oğluna aid şəxsiyyət vəsiqəsinin, hərbi biletin və diplomunun şəklini çəkib ona atmağını istəmiş və şəkillərin çəkərək Turala aid ***-***-**-** saylı mobil nömrəsinə vatcapp vasitəsilə göndərmişdir. Ümumilikdə Turala 33275 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona 10000 manat pul ödəmişdir. Hazırda ona 23275 manat pul ödənilməmiş qalır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs11 ona vurulmuş ziyanın tam ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Turalı hazırda həbsdə olan tanışı İradə Musayevanın vasitəsilə tanımışdır. Tural onun yaşadığı evə gələrək qızı Həlimə Ömərovaya 1-ci qrup əlillik dərəcəsi düzəldə biləcəyini demiş, sonradan bu iş üçün ondan 3600 manat pul almışdır. Tural Zaqatala rayonu Tala kəndinə gələrək 500 manat pulu götürüb getmiş və Tural pulu götürüb gedən zaman ona əgər iş alınmasa pulu geri qaytaracağını demişdir. Tural ondan ümumi olaraq 6000 manat pul almışdır. Həmin puldan 4750 manatını qaytarsa da ödənilməmiş 1250 manat pul qalır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ona vurulmuş ziyanın tam olaraq ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2012-ci ildə baş vermiş zəlzələ nəticəsində qardaşı Şahid15 evi yararsız hala düşməsi səbəbi ilə evin yenidən tikilməsi məqsədilə hazırda həbsdə olan İradə adlı xanıma qardaşına köməklik etməsi üçün özünə məxsus 16000 manat pul vermiş, Təqsirləndirilən şəxs də onun avtomobili ilə Zərərçəkmiş şəxs8 yaşadığı evdən qayıdan zaman Turala İradə adlı qadına 16000 manat pulu evin tikilişi üçün verərək həmin pulun alınmasına köməklik etməsindən ötrü ona 1000 manat pul verəcəyini bildirmiş, Tural onunla razılaşaraq telefon nömrəsini götürüb öz telefon nömrəsini ona zəng etməsi üçün verib sonradan ona zəng edib İradə adlı qadını taparaq danışıb həmin qadının ona verdiyi pulları evin tikintisi üçün müəyyən yerlərə versə də, az verdiyi üçün evin tikintisinin sənədlərinin alınmadığını, Zaqatala rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində yararsız hala düşmüş evlərin tikintisi ilə Qəbələ rayonu ərazisində yerləşən Fövqəladə Halllar Nazirliyinin qurumu məşğul olmaqla həmin yerdə tanışının olduğunu demişdir. Ümumilikdə 49200 manat pulu ondan almışdır. 35770 manat pul göndərmiş, qalan 13430 manatı isə hissə-hissə olmaqla hazırda tarixi yadında qalmayan vaxtlarda nəğd şəkildə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində Turala vermiş, pulu verəndən sonra Turala zəng edərək ondan evin tikilişi ilə maraqlanmış, lakin ev hal-hazıra kimi tikilməmiş, Turalın onu aldatdığını başa düşdüyü üçün ondan pulunu geri istəmiş, Tural 2022-ci ilin təxminən avqust ayında ona kart vasitəsilə 4000 manat pul göndərmiş, qalan 45200 manat pulunu tələb etsə də, bugünə kimi qaytarmamışdır. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ona vurulmuş ziyanın tam ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımamışdır. İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Zərərçəkmiş şəxs5 qonşu kimi tanıyır. Rauf oğlunu polis orqanlarına düzəltmək istədiyini eşitdiyi üçün ona 2022-ci ilin sentyabr ayının ortalarında müraciət edərək polisdə işləmək istəyini deyib imkan varsa polisə keçməyinə köməklik etməyini demiş, Rauf isə Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı şəxs vardır, həmin şəxs Daxili İşlər Nazirliyində zabit kimi işləyir, onunla danışıb polisə keçməyinə köməklik edərək həmçinin oğlunu da polisə düzəltmək üçün Turala pul verdiyini, işini onunla danışaraq Tural nə qədər pul lazım olduğunu dedikdən sonra deyəcəyini bildirib axşam Turalla danışdıqdan sonra Tural onu polisə düzəltməkdən ötrü 8000 manat pul istədiyini bildirmiş və Raufla razılaşaraq ona Hacıqabul Rayon Polis şöbəsinə polis nəfəri kimi işə düzəltməyini demişdir. 2022-ci ilin sentyabr ayının 13-də Raufun yaşadığı ünvanda yəni Hacıqabul şəhəri Bakı küçəsində görüşərək ona 8000 manat pul vermişdir. 2 ay sonra təxminən 2022-ci ilin noyabr ayında telefonuna zəng edərək sənədini istəyərək forma pulu olaraq 400 manat pul istədiyindən Təqsirləndirilən şəxs məxsus karta 2022-ci ilin noyabr ayında 150 manatı terminal vasitəsilə, sonradan 250 manat pulu həmin yerdən Turala məxsus karta göndərmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs13 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Dövlət Neft Şirkətinin Qaz anbarları istismarı idarəsində maşinist işləyir, Zərərçəkmiş şəxs2 iş yoldaşı olaraq onunla münasibəti yaxşı olubdur. 2022-ci ilin oktyabr ayından Rza ilə söhbət etdikdə qardaşı Şahid7 işsiz olduğu üçün iş axtardığını ona demiş, Rza bir nəfər tanışı Təqsirləndirilən şəxs olub istifadə etdiyi ***-***- **-** nömrəli mobil telefonunu ona verərək qardaşı X34 Şirkətinin Neftçala rayonunda yerləşən Qaz İdarəsinə işə düzəltməyə köməklik edəcəyini demişdir. Turalın mobil telefonuna zəng edib nömrəsini Rzadan aldığını, qardaşını işə düzəltmək üçün zəng etdiyini demiş, Tural qardaşının Neftçala rayonu ərazisində yerləşən Qaz İxracı İdarəsinə operator vəzifəsinə düzəldəcəyini deyib bunun müqabilində 4000 manat pul istəmiş, Tural kartın nömrəsini onun telefonuna ataraq həmin nömrəli plastik karta terminal vasitəsilə pul göndərməyini demiş, həmin günü Neftçala rayonu, Xıllı qəsəbəsində yerləşən “Ayaz Bəyim” mağazasında olan Milliön aparatı vasitəsilə Turalın plastik kartına 4000 manat pulu göndərəndən sonra Təqsirləndirilən şəxs zəng edərək çatıb-çatmadığını soruşmuş, Tural pulun çatdığını demiş, bundan bir gün sonra Tural zəng edərək həkim komisiyyasından keçmək üçün 150 manat pul istədiyindən Turalın dediyinə razı olaraq qardaşı Şahid7 pulu vermiş, o da Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən terminal vasitəsilə 150 manat pulu göndərmiş və bundan iki gün sonra Tural zəng edərək dənizdə Neft Daşları İdarəsinə operator işinə düzəltməyi təklif edərək 4000 manat puldan əlavə 2500 manat pul istəmişdir. Turalın dedikləri ilə Rzanı tanıdığı üçün razılaşaraq ABB bankının kartından Turalın göndərdiyi Kapital banka məxsus əvvəl göndərdiyi karta 1500 manat pul göndərmişdir. 3 gün ərzində 1000 manat pulu da göndərəcəyini demiş, 10 noyabr 2022-ci il tarixində özümə məxsus kartla Turalın göndərdiyi karta 1000 manat pul göndərmişdir. Tural 20 gün ərzində qardaşının işə çıxacağını demişdir. 14 dekabr 2022-ci il tarixdə Tural zəng edərək işin düzəldiyini, şirinlik kimi 300 manat pul göndərməyini demiş, ona görə ABB kartı vasitəsilə Turalın verdiyi karta 300 manat pul göndərmişdir. 20 gün keçdikdən sonra Turalın mobil telefonuna zəng edib işlə maraqlandıqda müxtəlif bəhanələr gətirərək aldatmağa başlamış, hər dəfə Turalın mobil telefonuna zəng edərək qardaşının nə vaxt işə çıxacağını soruşduqda müxtəlif bəhanələr gətirmiş, həmçinin Təqsirləndirilən şəxs verilən pullar ona məxsusdur və ümumilikdə Turala 6950 manat pul vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2003-cü ildən 2022-ci ilin mart ayına kimi X14 xidmət etmiş, xidmətdə verdiyi nöqsana görə X11 xaric olunmuş, Zərərçəkmiş şəxs2lə söhbət əsasında işdən çıxarıldığını demişdir. Rza ilə danışandan sonra Təqsirləndirilən şəxs telefonunu verib onunla danışaraq həll edəcəyini bildirmiş, həmçinin Rza ona Təqsirləndirilən şəxs məsələsini danışaraq qəbula salaraq işini düzəldəcəyini deyərək ona inandığından Təqsirləndirilən şəxs nömrəsinə zəng edərək 2022-ci ilin oktyabr ayının axırlarında danışaraq polisə bərpa olunmaq istədiyini demiş, Təqsirləndirilən şəxs istifadəsində olan nömrəyə zəng etmiş, Təqsirləndirilən şəxs ona narahat olma polisdə işləyərək bərpa məsələsini rəisi ilə danışaraq 12000 manata həll edəcəyini bildirmiş, onunla məbləğdə razılaşmadığından ayrılsa da Təqsirləndirilən şəxs dəfələrlə istifadəsində olan həmin nömrə ilə zəng edərək narahat olmayaraq polisə 8000 manata bərpa edəcəyini bildirdiyindən razılaşmış, tanışı Elşən adlı şəxsdən 5600 manat dəyərində qızıl-zinət əşyalarını 3000 manat dəyərində sataraq əlində olan pul ilə birlikdə 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi “Kapital Bank” kartına milliön aparatı vasitəsilə 5000 manat pul göndərmiş, sonradan milliön aparatı vasitəsilə yenə də 1000 manat, sonra da 2000 manat pul vermişdir. O, 8000 manat ziyanla razılaşmır, hazırda da faiz ödəyir, ona daha artıq məbləğdə zərər dəymişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs14 ona vurulmuş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində əmisi oğlu Şahid3 Rza adlı tanışının polisə işə düzəldə biləcəyini demiş, Kənanda onunla razılaşdığı üçün Rza ilə görüşərək 8000 manat pulu ona vermiş, Rza işə düzəldən şəxsin Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğu üçün pulu ona verdiyini bildirmiş, pulu verdikdən bir neçə gün sonra yəni 2023-cü ilin fevral ayının 26-da o, əmisi oğlu Kənanla birlikdə Kənan aid sənədlərin surətini Turala vermək üçün Bakı şəhərinə Ağ şəhərə gedərək onunla görüşüb sənədləri ona vermiş, həmin vaxt Tural ona polisə müharibə iştirakçıları ilə bağlı yığım olduğundan 5000 manata onu polisə işə düzəldə biləcəyini demiş, Tural mülki geyimdə olaraq Daxili İşlər Nazirliyində işləyərək hansı İdarəsi və rütbəsini deməyib razılaşdıqdan sonra onu şəhərdə tanımadığı yerə apararaq boyunu ölçdükdən sonra sənədlərinə baxdıqdan sonra 2500 manat pulu ona vermiş, ümumilikdə 1750 manat pulları yaşadığı Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən “İdeal” marketdə olan ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan plastik karta göndərmiş, Zərərçəkmiş şəxs2 tanımayaraq Turala 4250 manat özünə məxsus pul vermişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ona vurulmuş ziyanın tam olaraq ödənilmədiyini, 2750 manat pul qaldığını və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsi İcra Nümayəndəliyində işləyir, Təqsirləndirilən şəxs Şahid12 vasitəsilə 2022-ci ilin iyul ayında tanımış, Baxış onun işlədiyi yerə tez-tez gədiyi üçün oğlu Şahid4 işi ilə maraqlanan zaman ona oğlunu polisə işə qoymaq istəsə də, boyunun qısa olduğu üçün alınmamış, Baxış ona Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində polis kapitanı rütbəsində işləyərək həmin işləri həll edə, həmin işin 10000 manat civarında pula düzəldəcəyini bildirmiş, müəyyən banklara gedərək bu işin həlli üçün müraciət edərkən ona 1800 manat pul veriləcəyi deyilmiş, bu barədə evdə söhbət edərək Baxışın verdiyi Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib Təqsirləndirilən şəxs oğlunun boyunun qısa olduğu üçün həl edə bilmədiyini, Tural cavab olaraq bu işi 10000 manata həll edərək əlavə olaraq kursa gedən zaman 1000 manat pul verməli olduğunu, müharibə iştirakçısı olduğu üçün üstünlük verildiyini demiş və Təqsirləndirilən şəxslə razılaşaraq oğlunun Hacıqabul Rayon Polis şöbəsinə polis nəfəri kimi işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlində o qədər pul olmadığını dediyi zaman əlində nə qədər pul varsa göndərərək qeydiyyatdan keçirəcəyini, qalan pulu isə hissə-hissə verməsini demiş, onunla razılaşdığı üçün ilk dəfə 2022-ci ilin iyul ayının əvvəllərində 1500 manat pulu Turalın öna göndərdiyi karta köçürmüş, sonrakı müddətdə hissə-hissə olmaqla 1200, 600, 3800, 200, 1000, 1000, 350, 1000 və 350 manat pulu Təqsirləndirilən şəxs kartına göndərmiş, Bu hesabla Turalın kart hesabına ümumilikdə 11000 manat pul köçürmüş, Turalla telefonda danışan zaman Tural özünü ona Baş kadrlar İdarəsinin polis kapitanı kimi təqdim etmiş, Tural işin 3-4 ay müddətinə həl olunacağını, hər bir zaman onunla danışan zamana narahat olmayın işin müsbət həll olunacağını demiş, 2022-ci ilin noyabr ayında onunla əlaqə saxlayan zaman 2022-ci ilin 15 noyabr tarixində müraciət edən hər kəsin əmrinin veriləcəyini demiş, həmin vaxta qədər onu gözləsə də, iş alınmamış, 2023-cü ilin təxminən yanvar-fevral aylarında Tural onunla əlaqə saxlayaraq forma üçün əlavə 180 manat istəmiş, onun kartına yenidən 180 manat pul köçürmüş və Təqsirləndirilən şəxs ümumilikdə 11180 manat pul göndərərək 1500 manat və 180 manat qəbzin onda olmadığını, qalan qəbzləri təqdim etmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ona vurulmuş ziyandan 3000 manat ödənildiyini və təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Qarabağ müharibəsi veteranıdır. Oğlu da 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 vasitəsilə 2022-ci ilin oktyabr ayında tanımışdır. Təqsirləndirilən şəxs özünü ona və Zərərçəkmiş şəxs5 DİN-nin əməkdaşı kimi təqdim etmiş, onunla görüşüb söhbət edib münasibəti yarandıqdan sonra oğlunu polisə işə düzəldə biləcəyini demiş, lakin oğlunun işi olaraq işlədiyini desə də, təkid etdiyi üçün onunla razılaşmışdır. Onun oğlundan başqa 3 nəfərin də uşağını polisə işə düzəldəcəyinə söz vermişdir. Uşaqlar sıra baxışından keçdikdən sonra onların istifadəsində olan telefona sms gəlmişdir ki, “uğurla keçdiniz” bu sms-dən şübhələndikləri üçün həmin nömrənin kimin adına olmasını yoxlayarkən məlum olmuşdur ki, həmin nömrə “Tural maşın” adı ilə qeydə alınmışdır. Turalın atasının qonşu Nəvahi kəndində olduğundan ayıb edib şikayət etməmişlər. Sonradan yəni 2023-cü ilin aprel ayında 102 xidmətinə zəng vurub şikayət etmişdir. Həmçinin bildirmişdir ki, ilkin olaraq oğlunun sənədlərinin surətini istədiyindən ona vermiş, 18 dekabr 2022-ci il tarixdə Tural onunla danışaraq kart şəkli atıb 150 manat həmin karta forma pulu atmasını demiş, ona hələ heç nəyin hazır olmadığını deyərək nə səbəbdən forma pulu göndərəcəyini demiş, ona cavab olaraq ilkin olaraq forma pulu verilməli olduğunu demiş, buna görə də, xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsində olan “eManat” ödəmə terminalı vasitəsilə onun adına olan kartına 150 manat pul göndərmiş, təxminən 2023-cü ilin yanvar ayının ortaları oğlunun telefonuna link gələrək həmin linkdən qeydiyyatdan keçilməsi yazıldığından oğlu Elşən qeydiyyatdan keçmiş, qeydiyyatdan keçdikdən sonra onunla əlaqə saxlayaraq qeydiyyatdan keçdiyi üçün şirinlik olaraq 450 manat pul istəyərək Şahid13 adına olan kartı ataraq ora pulu göndərməyi bildirmiş və buna görə də xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsində yerləşən “SOCAR” yanacaq doldurma məntəqəsində olan “eManat” ödəmə terminalı vasitəsilə karta 450 manat pul göndərmişdir. Təxminən fevral ayının ortalarında oğlunu Bakı şəhərində yerləşən X29 inzibati binasına baxışa çağırıldığından oğlu və özü oraya getmiş, saat 8-də oğlu içəri keçmiş, saat 9-10 radələrində Turalda gələrək oğlunun çəki və boyunda problem olmasını deyərək üzərində nə qədər pul olduğunu soruşmuş, üzərində 582 manat pulun olduğunu dedikdən sonra 470 manat pulun ona oğlunun keçirilməsi üçün verməsini bildirmiş, oğlunun kəsilməsindən qorxaraq X29 inzibati binasının yaxınlığında 470 manat pulu ona vermiş, ona çayxanada gözlə gələcəm demiş, təxminən 1 saatdan sonra geri dönərək həll etdiyini demiş, təxminən saat 5-də oğlu çıxaraq ona telefonuna SMS gələcəyi deyilmiş, həmin həftə ərzində telefonuna SMS gələrək “siz uğurla baxışdan keçmisiniz” yazılmış, sonradan həmin SMS-in Tural tərəfindən onları aldatmaqdan ötrü göndərildiyini bilmiş, lakin Tural onlara narahat olmayın bu məsələni həll edəcəyini demiş, yenidən oğlunun telefonuna SMS gələrək boyunun 178 sm olması yazılaraq təkrar baxışdan keçməsi yazılmış, bu mesajdan sonra bir daha tam əmin olmuşdur ki, Tural onu aldadır və Turalla tanış olan zaman ona “SOCAR”-a işə adam düzəldə bilməsini deyərək ona da hörmət edəcəyini dediyi üçün tanışı Tərlanın işə düzəlməsi üçün ondan 5840 manat pul alaraq 5140 manatını ona qаlan 700 manatı özünə götürmüş, lakin iş düzəlmədiyi üçün cibindən 5840 manat pulu Tərlana ödəmişdir. Həmçinin Maşallahın “SOCAR”-a işə düzəlməsi üçün ondan 6000 manat pul alaraq 5000 manatını Turala yerdə qalan 1000 manatı özü götürmüş, Kənanın Salyan RPŞ-nə işə düzəlməsi üçün 7750 manat pul alaraq 5250 manat pulu ona yerdə qalan 2500 manat pul özündə qalmış, Bəhruzun “SOCAR”-a işə düzəlməsi üçün Tural ondan 6950 manat pul almış, lakin həmin puldan ona heç nə çatmamış, Zahidin övladı Vüsalın polisə düzəlməsi üçün ondan 13332 manat pul alınıb lakin Turala adam tapdığı üçün həmin puldan 500 manatı Zərərçəkmiş şəxs5 vasitəsilə Tural ona vermiş, baş vermiş hadisə zamanı ona 1070 manat ziyan dəymiş, ilkin olaraq Turalın dələduzluq etdiyindən xəbəri olmayıb xəbəri olsaydı onunla iş görməzdi, vasitəçilik etdiyi iki zərərçəkmiş şəxsin pulunu özü qaytarmış və vasitəçilik etdiyi üçün Tural ona puldan müəyyən hissəsini, yəni özü dediyi hissəsini götürməyi dediyi üçün adamlardan aldığı pullardan göstərdiyi məbləğdə götürmüşdür. Bundan başqa Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs10 pulu ödənilərək əmisi Eldənizin nömrəsi 070 559-03-01 mobil nömrə olmaqla Hacıqabul rayonu Atbulaq kəndində yaşayır, Eldəniz Maşallahı SOCAR-a işə düzəltmək üçün Təqsirləndirilən şəxs pul vermiş, Şahid3 Salyan RPŞ-nə polis nəfəri kimi işə düzəlməsi üçün 7750 manat pul vermiş, həmin puldan 2500 manat öz kartında 5250 manat Turala verilmiş, iş düzələndən sonra 2500 manat pulu da Turala verməli olduğu halda iş düzəlmədiyi üçün 7750 manat pulu Şahid3 qaytararaq Şahid3 Salyan rayonunda yaşayaraq mobil nömrəsi 051 684-80-38-dir və Zərərçəkmiş şəxs1 qardaşı Şahid7 “SOCAR”-a işə düzəlməsi üçün Təqsirləndirilən şəxs özləri pul verərək telefon nömrəsi 050 686-78-89-dur. Tərlan adlı şəxsin nömrəsini bilməyərək Tərlanın işə düzəlməsi üçün 6000 manat deyil 5850 manat pul alınıb 700 manat kartında, 5150 manat Təqsirləndirilən şəxs verilmiş, iş düzələndən sonra 700 manatda Turala verilməli idi və iş düzəlmədiyi üçün Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan Tərlana 5850 manat pulu özü qaytarmışdır. Şahid13 tanımayaraq onun kartına Tural göndərdiyi üçün 450 manat oğlunun polisə düzəlməsinə görə pul göndərmiş, Zərərçəkmiş şəxs10 pulundan 1000 manat onun kartında qalaraq iş düzələndən sonra Tural deyəndə onun kartına göndərməli olsa da düzəlmədiyindən 1000 manat pulu Maşallaha qaytarmış, oğlu Səbuhinin kartına Tural tərəfindən pul atılmadığını, Tural bütün pulları ödəmişdir. Sonda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənildiyi üçün heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan tam olaraq ödənildiyindən, onun heç bir şikayət və tələbinin olmadığını, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İttiham aktının siyahısında zərər çəkmiş şəxslər qismində göstərilmiş Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram vuraraq istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixində məhkəməyə teleqrama vuraraq ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyi üçün Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbinin olmadığını, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Cinayət işinin İİİ cildin 229-232-ci vərəqələrində olan zərər çəkmiş Zərərçəkmiş şəxs10 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Hacıqabul rayonu Atbulaq kəndində ailəsilə birlikdə yaşayaraq üç övladı vardır, Zərərçəkmiş şəxs2 həmkəndli kimi tanıyaraq kənddə yayılan məlumata görə işə adam düzəlməsinə kömək edə bilir, o da rayon ərazisində SOCAR şirkətinə tabe olan X23 işə düzəlmək istəmiş, atası dünyasını dəyişərək vəfat etdiyi üçün böyük kimi əmisi Eldəniz Xankişiyevdən xahiş etmişdir ki, Zərərçəkmiş şəxs2lə iş barədə danışsın, X24 Əlmirzəyevi tanıdığı üçün onun nömrəsini taparaq onunla əlaqə saxlamış, iş barədə Rzaya bildirərək işə düzəlməsi üçün köməklik edəcəyini telefonda əmisinə demiş, Zərərçəkmiş şəxs2 telefonda həmin işə qəbul olmaq üçün əmisilə danışaraq 6000 manat pul lazım olduğunu demiş, Rza ilə danışan zaman orada olmasa da böyük olduğu üçün onun Rza ilə nə danışmasına qulaq asmamış, Rza ilə danışan zaman 6000 manat pulu Rza özündən demiş və ya işi düzəldən adamla danışandan sonra demişdir və o, ilk öncə əmisilə birlikdə Zərərçəkmiş şəxs2lə kənd ərazisində yəni Atbulaq kəndində yerləşən Araz market mağazasının qarşısında 2022-ci ilin noyabr ayında görüşüb Zərərçəkmiş şəxs2 2500 manat pul vermişdir. İki-üç gün sonra 3500 manat pulu evdə olmadığı üçün Eldəniz Zərərçəkmiş şəxs2 Atbulaq kəndində yerləşən Araz market mağazasının qarşısında görüşərək vermiş, 40-45 gün ərzində işə düzələ biləcəyini əmisinə deyərək bundan başqa 150 manat tibb komisiyyasından keçmək üçün pul lazım olduğunu əmisinə demiş, həmin 150 manat pulu Rzanın dediyi karta atmış, lakin həmin kartın kimə məxsus olduğunu bilməmiş, Rza ona şəxsiyyət vəsiqəsini götürərək Bakı şəhərinə gedib Tural adlı şəxslə görüşəcəkdir, şəxsiyyət vəsiqəsini 2022-ci ilin noyabr ayının axırlarında Tural ilə Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu metrostansiyasının çıxışında saat təxminən 20 radələrində görüşərək şəxsiyyət vəsiqəsininsurətini ona verərək ondan uzaqlaşmış, şəxsiyyət vəsiqəsininsurətini verməmişdən qabaq özünü Tural kimi təqdim edən şəxs onun əl telefonuna zəng edərək Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu metrostansiyasının çıxışına gəlməyini dediyi üçün həmin yerə getmiş, telefonda onunla danışan adama zəng edib orada taparaq şəxsiyyət vəsiqəsininsurətini ona vermiş,bundan sonra işə düzəlmək məsələsini Təqsirləndirilən şəxs həll etdiyini bilmiş və verdiyi pullar Təqsirləndirilən şəxs Rza Əlimirzəyev tərəfindən verilmişdir. Pulların Turala çatmasını Rza əmisinə demiş,bundan sonra Rza ilə əmisi əlaqə saxlayıb işin hansı zamanda alınacağını soruşduqda Rza da gözləyərək işin düzələcəyini demiş,sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü Zərərçəkmiş şəxs2 başqa şəxslərə də polis kapitanı kimi təqdim edərək çox saylı şəxsləri eləcədə onların tanışlarının işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirmiş, belə şəxslərdən biridə özü olmuş, işi düzəlmədiyi üçün Rza ilə əlaqə saxlayaraq ona verdiyi pulları tələb etmiş, Rza da Turaldan pulları alaraq qaytarılmasını bildirmiş, işi düzəlmədiyi üçün digər həmkəndlilərilə birlikdə Bakı şəhərində yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə yazaraq Təqsirləndirilən şəxs şikayət etmiş, orada şəxsiyyət vəsiqəsininsurətini verdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin şəxs onları aldatdığı üçün onun həbs edildiyini, bu hadisədən sonra 05 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs atası gələrək onunla görüşüb 6150 manat pulunu qaytarmış,hal-hazırda 6150 manat pul ona qaytarıldığı üçün Təqsirləndirilən şəxs şikayəti yoxdur və əmisinin Rzaya verdiyi 6150 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs atası onunla görüşən zaman adının Şirəli olduğunu deyərək oğlunun dələduzluq yolu ilə alaraq ələ keçirdiyi 6150 manat pulu vermək istədiyini deyərək 6150 manat pulunu qaytarmış,pulunun geri qaytarılmasına köməklik edildiyi üçün minnətdar olaraq karta ödədiyi 150 manat pulun qəbzi cıraraq atdığından təqdim edə bilmir, həmin vaxt istifadəsində (070) *** ** ** nömrə olmuş, Rza 6150 manat pulu Təqsirləndirilən şəxs verməsəydi Turalın atası Şirəli ondan alınan 6150 manat pulu qaytarmazdı və atası rəhmətə getdiyi üçün əmisionlara böyüklük etdiyindən 6150 manat pulun 2500 və 3500 manat pulu ondan aldığı kimi Rzaya vermişdir. Cinayət işinin İİİ cild 188-191-ci vərəqələrdə olan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi ünvan 15 ünvanda yaşayaraq fərdi əməklə mşğul olur, Zərərçəkmiş şəxs2 həmkəndlisi olmaqla tanıyıb münasibəti yaxşı olub düşmənçiliyi və ədavəti yoxdur, 2022-ci ilin oktyabr ayında kürəkəni Şahid10 Ağaməmməd işləməyərək qızı küsüb evə gəldiyindən Zərərçəkmiş şəxs2 SOCAR-a işə adam düzəldə biləcəyini bildiyindən tanışı Şahid11 onun mobil nömrəsini alaraq 2022-ci ilin noyabr ayının əvvəllərində Rza ilə danışaraq onun yaşadığı ünvana gedərək kürəkənini SOCAR-a işə düzəltməsini xahiş etmiş, Rza kürəkənini SOCAR-a operator vəzifəsinə 6000 manat müqabilində düzəldəcəyini demiş, həmin məbləğ olmayaraq sonradan isə 5720 manata razılaşmış, həmin gün Rza məbləği deməyərək danışandan sonra məbləğ barədə deyəcəyini bildirmiş, lakin kiminlə danışacağını deməmiş, 3 gündən sonra zəng edərək adamla danışıb onda olan pula razı olduğunu demiş, 3 gün sonra Rza istifadəsində olan 050 ***-**-** mobil nömrə ilə onun istifadə etdiyi 070 ***-**-** mobil nömrəsinə zəng edib təcili olaraq 2000 manat pulu verməsini demiş, Rza ilə görüşüb vermək istədiyini deyib Rza isə belindən əməliyyat olunduğu üçün kart göndərərək həmin karta pulu göndərməsini dediyindən kürəkəni Tərlana kartın şəklini verərək həmin karta 2000 manat vurması üçün saat təxminən 13-14 radələrində pulu vermiş, Tərlan Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Milliön terminalı vasitəsilə pulu həmin karta göndərərək 20 dəqiqədən sonra qayıtmış və 2000 manat pulu göndərərək 20 manat pulu yol pulu kimi xəclədiyini dediyindən Rza ilə danışaraq pulun çatıb-çatmadığını soruşanda Rza pulun karta çatdığını demişdir. Bundan iki gün sonra Rza yenidən zəng edərək qalan 3700 manat pulu yaşadığı ünvana gətirməsini demiş, 3700 manat pulu evdən götürüb əri X21 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində tanımadığı taksi ilə Rzanın yaşadığı ünvana gedərək orada Şaiqin yanında 3700 manat pulu Rzaya vermiş, Rza 20 dekabr 2022-ci il tarixədək kürəkənin işə çıxacağını demiş, Rzanın həyətindən çıxan şəxsləri görüb ona taksiyə getməsini deyi üçün taksiyə gedərək əyləşib həmin şəxslər çıxıb gedəndən sonra ona yaxınlaşaraq ətraflı söhbət etdikdən sonra yaşadığı ünvana qayıtmış və 2023-cü ilin yanvar-fevral aylarına kimi gözləyərək işin alınmadığını görüb Rzaya zəng edib işlə maraqlanan zaman ona müxtəlif bəhanələr gətirmişdir. 06 mart 2023-cü il tarixdə Rza zəng edərək maraqlanaraq aldandığını dediyindən pulunu ondan tələb etmiş, lakin Rza pulunu qaytarmayacağını gördüyü üçün oğlu Şahid1 istifadəsində olan 077 ***-**-** mobil nömrəsinə zəng edərək bir-iki günə pulunu tələb edən zaman ona dediyi vaxta pulunu qaytaracağını demiş, aprel ayının 1-də Elşən zəng edərək pulu düzəldə bilmədiyindən atasına pulu verdiyi üçün ondan tələb etməsini demiş, Rzaya verdiyi pulu ala bilmədiyindən Hacıqabul Rayon Polis şöbəsinə ondan şikayət etmiş, araşdırma gedən zaman Rza onun 5840 manat pulunu qaytardığından həmin vaxt orada Rzaya pulu borc olaraq verdiyini yazmış, əsil həqiqətdə isə kürəkənini işə düzəltməsi üçün vermiş və Rzadan pulunu tələb edən zaman pulun hamısını Təqsirləndirilən şəxs verdiyini desədə pulunu ona verdiyi üçün ondan tələb etmişdir. Cinayət işinin İİİ cild 229-232-ci vərəqələrdə olan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, subay olaraq Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən 1 nömrəli Yataqxanada yaşayır, İİ Qarabağ müharibəsində iştirak edib kəllə-beyin travması aldıqdan sonra hərbi xidmətdən təxris olunub 2022-ci ilin iyun ayında X16 polis nəfəri kimi işə qəbul olunmağı ilə bağlı sosial şəbəkəsində olan «MİA.gov» saytından keçib kəllə-beyin travması olduğu üçün müsabiqədən kəsilmiş, 2022-ci ilin avqust ayında Hacıqabul rayonu Atbulaq kəndində yaşayan xalası oğlu X6 istifadəsində olan 070 ***-**-** saylı nömrədən istifadəsində olan 050 ***-**-** mobil nömrəsinə zəng edərək tanışı Təqsirləndirilən şəxs vasitəsilə polisə işə düzələ biləcəyini demiş, 2022-ci ilin avqust ayının sonlarında axşam saatlarında 070 ***- **-** nömrəsindən zəng olunaraq telefonda olan şəxs özünü X29 kadrlar şöbəsinin kapitanı adının Tural olduğunu, onu yol polisi kimi işə 8500 manat müqabilində düzəldə biləcəyi üçün sürücülük vəsiqəsi almağını demiş, Tural ilə razılaşdığı üçün şəxsiyyət vəsiqəsinin şəklini onun telefonuna atmış, səhərisi gün zəng edərək komandir ilə danışaraq 2000 manat pulu göndərdiyi karta atmağını bildirdiyi üçün 2022-ci ilin avqust ayının sonunda Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindən mağazadan saat təxminən 22-23 radələrində Milliön aparatı vasitəsli Turalın öna göndərdiyi kart hesabına 2000 manat pul köçürmüş və Turala zəng edərək pulu köçürdüyünü dedikdən səhərisi gün ona zəng edərək əmrinin olduğunu demişdir. Tural yerdə qalan 6500 manat və sürücülük vəsiqəsini düzəltməyi dediyi üçün 06 sentyabr 2022-ci il tarixdə 5000 manat pul düzəldib Turala zəng edərək pulu ona vermək üçün görüşməyini demiş, Tural Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 529 ünvanında yerləşən Azərbaycan Nəşriyyat evinə gəlməyini bildirdiyindən həmin ünvana gedərək saat təxminən 18-19 radələrində 5000 manat pulu ona vermiş, Tural yerdə qalan 1500 manat pulu istəyəndə pulunun hazırda olmadığını demiş, 10 sentyabr 2022-ci tarixdə Tural zəng edərək pulu istədiyi üçün həmin gün saat 12:29 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəmərkəzi küçədə yerləşən Tur marketdən milliön vasitəsilə Təqsirləndirilən şəxs öz adına olan əvvəllər göndərdiyi kartına 1500 manatı göndərmiş, 24 sentyabr 2022-ci il tarixdə Tural zəng edərək Xalqlar Dostluğu metrostansiyasının yaxınlığına görüş verdiyi üçün həmin yerə gedərək onunla görüşmüş, Tural əmrinin olaraq dövlətə 55 manat rüsum ödəməsini dediyi üçün həmin gün saat 16:08 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəmərkəzi küçədə yerləşən Tur marketdən milliön vasitəsilə Təqsirləndirilən şəxs öz adına olan kartına 55 manat pulu göndərmiş, 04 oktyabr 2022-ci il tarixdə tural zəng edərək sürücülük vəsiqəsini düzəltməyini, pulunun olmadığını demiş, sonradan alqayıt zəng edərək sürücülük vəsiqəsi vacib olduğu üçün 600 manat pulu Turalın kartına yolladığını və həmin günü saat 19 radələrindəBakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəmərkəzi küçədə yerləşən Tur marketdən milliön vasitəsilə Təqsirləndirilən şəxs dediyi 4169-7385-2212-1841 nömrəli kart hesabına 300 manat pulu yollamışdır. 24 noyabr 2022-ci il tarixdə Turala zəng edərək xidməti dəyişməyi dediyi üçün əlavə olaraq 300 manat pul istədiyindən həmin gün axşam saatlarında 17-18 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəmərkəzi küçədə yerləşən Tur marketdən milliön vasitəsilə Təqsirləndirilən şəxs öz adına olan karta 300 manat göndərmiş, Tural zəng edərək 2022-ci ilin dekabr ayının sonlarında əmri olaraq yanvar ayında işə çıxacağını demiş, 2022-ci ilin dekabr ayının sonunda Tural zəng edərək forma üçün 150 manat pul istədiyi üçün həmin günü Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəmərkəzi küçədə yerləşən Tur marketdən milliön vasitəsilə saat 18-19 radələrində Təqsirləndirilən şəxs öz adına olan kartına yollamış, Tural 20 gün müddətinə işə cıxacağını dediyindən 20 gündən sonra onun mobil telefonuna zəng etsə də cavab vermədiyindən Alqayıta zəng edərək onunla danışan zaman narahat olmamasını demiş, həmçinin axırıncı dəfə iş düzələcəyinə görə 95 manat pul istədiyi üçün 2022-ci ilin noyabr ayının 8-də saat 19-20 radələrində Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsindəolan milliön vasitəsilə Təqsirləndirilən şəxs kartına 95 manat yollamış, sonradan Təqsirləndirilən şəxs tutulduğunu bildiyi üçün ümumi olaraq ona verdiyi 10000 manat pulun ondan alınaraq geri qaytarılmasını xahiş etmiş, Alqayıtın Turala verdiyi 600 manat pulu qaytarmış, Təqsirləndirilən şəxs şikayət etdikdən sonra 3000 manat pulu qaytarmış, həmçinin Turalın kartına atdığı pulların qəbzlərini itirsə də 1500 və 55 manat pulun qəbzin şəklini təqdim edərək cinayət işinin materiallarına əlavə edilməsini xahiş etmiş, ərizəsində 8500 manat yazılsa da əsil həqiqətdə Turala ümumilikdə 10000 manat pul vermiş və Alqayıt Xəlilovun heç bir günahı olmayaraq Tural onu da aldadaraq onun vasitəsilə tanış olaraq pullarını ələ keçirmişdir. Cinayət işinin V cild 8-10-cu vərəqələrdə olan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, ailəsilə birlikdə Bakı şəhəri Suraxanı rayonu Binə qəsəbəsi Binə Sovxozu X40nin yaxınlığındakı fərdi evdə yaşayır, 2019-cu il tarixdən “JOYY” oteldə ofisiant işləyir, həmin otel Bakı şəhəri Nizami rayonunda yerləşir, bundan əlavə Təqsirləndirilən şəxs işlədiyi otelə təxminən 2022-ci ilin axırları gəlib-gedirdi, həmin vaxt özünü ona Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Pos Patrul Xidmətinin əməkdaşı polis baş leytenantı kimi təqdim etmiş, onunla münasibəti yaranmış, polisdə işlədiyini deyərək istəsə polis nəfəri kimi 6000-7000 manata düzəldə biləcəyini demiş, onunla razılaşdıqdan sonra Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə polis nəfəri kimi düzəldəcəyini bildirmiş, təxminən mart ayının 14-də 2022-ci il tarixdə yaşadığı evin yaxınlığında saat təxminən 13-14 radələrində Təqsirləndirilən şəxs Xəzər markalı avtomobillə gələrək orada görüşüb ilkin olaraq ona 3000 manat pul vermiş və pulu alandan sonra 2000 manat pul istəmişdir. 2-3 gün sonra Bakı şəhəri Nizami rayonu Qara- Qarayev prospektində saat təxminən 18-19 radələrində görüşüb 2000 manat pulu ona vermiş, bundan sonra 2022-ci ilin mart ayının axırlarında saat təxminən 12-13 radələrində Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsində görüşərək 1000 manat pulu ona vermiş, bu hadisədən bir həftə sonra Turalla saat təxminən 18-19 radələrində Bakı şəhəri Nizami rayonu Qara-Qarayev prospektində görüşərək 1500 manat pul vermiş, bu pulları verən zaman yanında heç kim olmamış, bu pulları nəğv verəndən sonra həkim komisiyyasından və forma pulu olaraq 2022-ci ilin aprel ayının əvvəllərindən axırına kimi özünə məxsus karta hissə-hissə atdığı məbləğlər yadında qalmasada ümumi olaraq 2600 manat pul göndərmiş və aprel ayının ortalarında 1 aya işə çıxacağını demişdir. Belə ki, Turala ümumi olaraq 10100 manat pul vermiş, lakin 1 aydan sonra ona istifadəsində olan (077) ***-**-** mobil nömrədən zəng edərək ondan işinin nə vaxt alınacağını soruşmuş, Tural onu aldadaraq müəyyən bəhanələr gətirmiş, onun sözlərinə inanmadığı üçün təxminən 2022-ci ilin avqust ayının axırlarında ondan pullarını tələb etmiş, Tural təxminən 2022-ci ilin sentyabr ayının ortalarından 2023-cü ilin mart ayına kimi kartına hissə-hissə ümumilikdə 8000 manat pul göndərmiş, qalan 2100 manatı ondan tələb etsə də həmin pulu qaytarmadığı üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə şikayət etmiş, Təqsirləndirilən şəxs hal-hazıra kimi onu aldadaraq ələ keçirdiyi pulundan 2100 manatını qaytarmadığından ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq geri qaytarılmasına, onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmiş, Turalın kartına atdığı qəbzlər onda olmayaraq hara atdığı yadında deyil, Təqsirləndirilən şəxs onu aldadaraq yalan vəd verərək Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəldəcəyi adı ilə 10100 manat pulunu almış,lakin sonradan Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsində işləmədiyini bilmiş və həmin dövrdə istifadəsində (077) ***-**-** mobil nömrə olaraq Təqsirləndirilən şəxslə həmin nömrə ilə danışmışdır. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Şahid18 ifadə vermək təklif olunduqda o, bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. O, Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş “yaxın qohumlarının əleyhinə ifadə verməmək” hüququndan istifadə edərək məhkəmə baxışı zamanı ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-nin 7.0.32-ci maddəsinə əsasən, yaxın qohumlar babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ərarvad, uşaqlar, övladlığa götürülənlər, nəvələrdir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən, ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. İş üzrə Şahid17 məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram vuraraq istintaq orqanına verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Cinayət işinin İV cilidinin 236-238-ci vərəqlərində olan məhkəmə iclasında elan edilmiş Şahid17 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası FHN Bakı şəhəri Nizami Rayon Dövlət yanğından Mühafizə Hissəsində yanğın söndürən işləyir, 1 gün işdə olaraq iki gün evdə olub ay ərzində 10 gün işləyir, Təqsirləndirilən şəxs qonşusudur, Təqsirləndirilən şəxs Metropolitenin işçisi kimi tanımış, onunla münasibəti normal olmuş, evdə olan zaman məhlədə olduğu müddətdə yanına gələrək söhbət edərək münasibət qurmuş, Təqsirləndirilən şəxs avtomobildən başı çıxdığından onunla özünə avtomobil almaq üçün 8 Kilometr Bazarına getmiş, oradan özünə «Toyota Camry» markalı ** XC *** qeydiyyat nişanlı avtomobil almış, həmin vaxt Tural ondan telefonunda kontur olmadığı üçün evlə danışmaqdan ötrü telefonunu istəmiş, ona mobil telefonunu verərək avtomobillərə baxmış, həmin vaxt Turalın kiminlə danışmasını və nə danışmasını eşitməmiş, sonradan isə telefonuna kişi səsi ilə adam zəng edərək Turalı istədiyindən ona telefonun ona məxsus olduğunu, Turalın bu telefonu işlətmədiyini bildirmiş, telefonda olan tanımadığı şəxs özünü Zaqatala rayon sakini adının Hacı olduğunu bildirmiş, ona bir daha bu telefonu Tural istifadə etmədiyi üçün bu nömrəyə zəng etməsin və o telefonda Turalın telefonunun bağlı olduğu üçün telefonuna zəng etdiyini və bu telefon nömrəsindən Turalın onunla danışdığını bildirmişdir. O vaxt Turalın onu aldadaraq evlə deyil bu şəxslə danışdığını bilmiş, Hacı adlı adamdan başqa Turalla bağlı telefonuna heç kim zəng etməmiş, bu zəngdən sonra məhlədə Turalın həbs olunduğunu eşitmiş, Turalın nə üçün həbs edilməsindən xəbəri yoxdur və Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətməsindən xəbəri olmayaraq Zərərçəkmiş şəxs8 və Şahid13 tanımır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid12, Şahid13, Şahid2, Şahid19, Şahid1, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid3, Şahid14, Şahid8, Şahid9, Şahid10 Ağaməmməd oğlu, Şahid11, Şahid16, Şahid15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmənin 16 may 2024-cü il tarixli qərarı ilə qeyd edilən şahidlərin məcburi qaydada gətirilməsi qərara alınmış və şahidlərin yaşayış yeri üzrə polis orqanlarına icra edilməsi üçün göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs5 evə gələrək bildirmişdir ki, səni polisə işə düzəldirəm, sənədləri hazırlayıb verməlisən. Sənədləri hazırlayaraq atasına vermişdir. Sonradan bilmişdir ki, onu polisə işə düzəltmək istəyən Təqsirləndirilən şəxsdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxs9 onun polisə işə düzəlməsi üçün Təqsirləndirilən şəxs 12000 manat pul vermişdir. O, Təqsirləndirilən şəxs görməmişdir. Atası ona demişdir ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsində işləyir. Tural atasına onun işə düzəlməsinə söz vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2, Şahid3 və Şahid14 iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12, Şahid8 iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsini tamlığı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şahid10 Ağaməmməd oğlu xx.xx.2024-cü il tarixdə məhkməyə teleqrama və 19 fevral 2024-cü il tarixdə dəftərxana vasitəsi ilə verdiyi ərizəsində istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cinayət işinin V cilidin 67-69 və 132-134-cü vərəqələrində olan şahid qismində dindirilmiş Şahid10 Ağaməmməd oğlu və Şahid11 iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsini tamlığı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişlər. Zaqatala Rayon Polis Şöbəsinin 15 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Şahid15 yataq xəstəsi olduğu üçün məhkəmə iclasına gəlməsi mümkün olmamışdır. Cinayət işinin Vİ cilidin 129-131-ci vərəqələrində olan Şahid15 ifadəsindən görünür ki, o, iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsini tamlığı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Zaqatala Rayon Polis Şöbəsinin 18 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Şahid19 vəkili və nümayəndəsi Afət Mahmudov məhkəmədə təmsil edir. Cinayət işinin İİ cilidin 250-252-ci vərəqələrində olan Şahid19 ifadəsindən görünür ki, o, iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsini tamlığı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin 25 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Şahid9 qeydiyyatda olduğu R.Rüstəmov küçəsi, ev 215A ünvanında yaşamır, faktiki harada yaşaması barədə heç bir məlumat yoxdur. Cinayət işinin V cilidin 31-33-cü vərəqələrində olan Şahid9 ifadəsindən görünür ki, o, iş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsini tamlığı ilə təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında görünür ki, cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiq etmişlər. 17 noyabr 2022-ci il tarixdə Ömərov X4 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş ziyandan Təqsirləndirilən şəxs tərəfindən 3250 manat, 19 dekabr 2022-ci il tarixdə təkrarən müraciət edərək istintaq dövrünə kimi Təqsirləndirilən şəxs 2250 manat, istintaq dövründə 1000 manat pul ödənildiyini bildirmişdir. 09 mart 2023-cü il tarixdə Ömərov X4 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyi bildirmişdir. 05 aprel 2023-cü il tarixdə Bəşirova X8 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş 5840 manat ziyan ödənildiyini bildirmişdir. 07 iyun 2023-cü il tarixdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs10 ərizə ilə müraciət edərək ona dəymiş 6150 manat ziyan ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin cild İ 1-ci vərəqində olan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X9 13 may 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs2 və qeyrilərinin müraciətləri əsasında toplanmış materialda xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayətinin əlamətləri olduğundan fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin cild İ 27-ci vərəqində olan “eManat” ödəniş sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli, 5010 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus plastik karta 3000 manat ödəniş edilmişdir. Cinayət işinin cild İ 28-ci vərəqində olan “eManat” ödəniş sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli, 20496 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus plastik karta 2000 manat ödəniş edilmişdir. Cinayət işinin cild İ 29-cu vərəqində olan “eManat” ödəniş sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli, 15119 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus plastik karta 2500 manat ödəniş edilmişdir. Cinayət işinin cild İ 55-ci vərəqində olan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X9 13 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərarından görünür ki, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 18 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq müdafiə hüququ təmin olunmuşdur. Cinayət işinin İ 56-57-ci vərəqlərində olan 13 may 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 16:45-də DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi X18 tərəfindən tutulmuşdur. Cinayət işinin İ cild 103-cü vərəqində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 150 manat ödəniş edilmişdir. Cinayət işinin İ cild 104-cü vərəqində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “eManat” elektron ödəmə sistemi vasitəsi ilə Şahid13 hesabına 450 manat ödəniş edilmişdir. Cinayət işinin İ cild 123-cü vərəqində olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, MilliÖN elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 600, 1200, 3800 və 200 manat ödəniş edilmişdir. Cinayət işinin İ cild 124-cü vərəqində olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 1000, 1000, 1000 və 350 manat ödəniş edilmişdir. Cinayət işinin İ cild 125-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 350 manat ödəniş edilmişdir. Cinayət işinin cild İ 148-150-ci vərəqlərində olan 14 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 177-182-ci vərəqlərində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin cild İ 187-ci vərəqində olan Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin baş müstəntiqi X2 30 may 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Cinayət işinin İ cild 242-ci vərəqində olan xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, MilliÖN elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 200, 50, 250, 150, 500, 350 və 250 manat ödəniş edilmişdir. Cinayət işinin İİ cild 21-22-ci vərəqlərində olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 2500, 2500, 2500, 2750 manat ödəniş edilmişdir. Cinayət işinin İİ cild 35-ci vərəqində olan xx.xx.2022-ci il, xx.xx.2023-cü il, 19.01. 2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, MilliÖN elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 200, 100, 200, 500, 1100, 500, 1000 manat ödəniş edilmişdir. Cinayət işinin İİ cild 43-49-cu vərəqlərində olan Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X10 13 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, X12 və Zərərçəkmiş şəxs6 müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işinin İİ cild 64-70-ci vərəqlərində olan Hacıqabul rayon prokuroru, baş ədliyyə müşaviri X7 05 may 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında” qərarından görünür ki, Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru Samir Həsənovun vəsatəti üzrə icraatda olan material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və material üzrə təkrar icraata qaytarılması qərara alınmışdır. Cinayət işinin İİ cild 74-80-ci vərəqlərində olan “materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 13 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs6 müraciətləri əsasında toplanmış material üzrə araşdırmanın davam etdirilməsi üçün toplanmış materialın aidiyyəti üzrə Hacıqabul rayon X17 bölməsinə göndərilməsi qərara alınmışdır. Cinayət işinin cild İİ 95-ci vərəqində olan Zaqatala RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3 27 dekabr 2022-ci il tarixli “cinayət işinin icraata qəbul olunması haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatına qəbul edilməklə istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin cild İİ 116-cı vərəqində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 500, 300, 200, 200, 1000, 900 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİ 142-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X31 xx.xx.2023-cü il tarixli, 792 nömrəli arayışından görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, ünvan 18 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. Cinayət işinin cild İİ 143-144-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin cild İİ 151-ci vərəqində olan 171 saylı MTK-nin sədri N.İ.İsgəndərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənziln 37-də yaşayır. Cinayət işinin cild İİ 152-154-cü vərəqlərində olan Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Ə.Əhmədov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, ev 125, mənziln 37-də ailəsi ilə birlikdə qeydiyyatdadır və onun barəsində nümayəndəliyə heç bir inzibati orqanlardan və qonşular tərəfindən ərizə, şikayət daxil olmamışdır. Cinayət işinin cild İİ 180-181-ci vərəqlərində olan 16 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittihamın ona elan olunması qərara alınmışdır. Cinayət işinin cild İİ 202-203-cü vərəqlərində olan 16 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin cild İİ 207-ci vərəqində olan Zaqatala RPŞ-nin İB-nin müstəntiqi Surac Əhmədovun 22 mart 2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaq aparılması üçün icraatına qəbul edilmişdir. Cinayət işinin cild İİ 242-244-cü vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 2500, 2500, 5000, 220, 500, 200, 800, 110 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİ 245-246-cı vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 600, 1600, 2500, 350, 150, 1500, 3000, 800 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİ 247-249-cu vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 500, 2500, 1500, 400, 500, 1670, 3500, 320, 1500, 150 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİİ 1-2-ci vərəqlərində olan 25 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunması qərara alınmışdır. Cinayət işinin cild İİİ 28-29-cu vərəqlərində olan 25 mart 2023-cü il tarixli “cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli və Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi və istintaq ********* nömrəsi ilə davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin cild İİİ 58-60-cı vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, MilliÖN elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 500, 230, 1515, 100, 200, 200, 70, 200, 200, 200, 30, 150 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİİ 61-63-cü vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, eManat və MilliÖN elektron ödəmə sistemləri vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 1000, 300, 5000, 200, 200, 200, 500, 100, 300, 200, 190, 150 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİİ 64-66-cı vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, eManat və MilliÖN elektron ödəmə sistemləri vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 150, 50, 300, 950, 5000, 300, 20, 5000, 800, 500, 2000, 1300 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİİ 67-70-ci vərəqlərində olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli qəbzlərdən görünür ki, eManat və MilliÖN elektron ödəmə sistemləri vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 60, 400, 400, 80, 350, 150, 50, 200, 300, 500, 800, 130, 1000, 200, 300, 50 manat ödəniş edilmişdir. Cinayət işinin cild İİİ 80-82-ci vərəqlərində olan 14 may 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin cild İİİ 83-cü vərəqində olan 30 may 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir. Cinayət işinin cild İİİ 99-103-cü vərəqlərində olan 24 iyun 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi üçün icraata qəbul edilməsi və qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilərək nömrəsi ********* nömrə kimi saxlanılmaqla istintaqının aparılması qərara alınmışdır. Cinayət işinin cild İİİ 149-152-ci vərəqlərində olan 03 may 2022-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına və Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə qəbul edilmiş qərara xitam verilməsi qərara alınmışdır. Cinayət işinin cild İİİ 233-cü vərəqində olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 1500, 55 manat ödəniş edilmişdir. Cinayət işinin cild İV 43-cü vərəqində olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 150, 250 manat ödəniş edilmişdir. Cinayət işinin cild İV 105-106-cı vərəqlərində olan xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli qəbzlərdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs hesabına 5000, 1000 manat ödəniş edilmişdir. Cinayət işinin cild İV 135-139-cu vərəqlərində olan Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-529/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti ibtidai istintaq müddəti həddində, yəni 13 oktyabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin cild İV 220-ci vərəqində olan notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyan tam ödənilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddiası və tələbi yoxdur. Cinayət işinin cild V 29-cu vərəqində olan ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs12 ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 4250 manat maddi ziyandan 1500 manat ona ödənilmişdir. Cinayət işinin cild V 141-144-cü vərəqlərində olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin istintaqı şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay-07 ayadək, yəni 13 oktyabr 2023-cü il tarixdən 13 dekabr 2023-cü il tarixədək uzadılması qərara alınmışdır. Cinayət işinin cild V 147-ci vərəqində olan ********* saylı cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs15 İltmas oğlunun ərizəsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir.İş üzrə Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir iddia və tələbi yoxdur. Cinayət işinin cild V 177-ci vərəqində olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, eManat elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs hesabına 3000 manat ödəniş edilmişdir. Cinayət işinin cild V 210-215-ci vərəqlərində olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs elan olunmuş ittiham dəyişdirilməklə əlavələr edilərək yenidən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham olunması qərara alınmışdır. Cinayət işinin cild V 216-222-ci vərəqlərində olan 19 oktyabr 2023-cü il tarixli “təqsirləndirlən şəxsə elan olunmuş ittihamın dəyişdirilərək ona əlavələr edilməklə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddə ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin cild Vİ 7-ci vərəqində olan Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 11180 manat puldan 3180 manat ödənilmişdir. Cinayət işinin cild Vİ 236-cı vərəqində olan Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş X5 görünür ki, Təqsirləndirilən şəxs ilə X19 arasında nikah 25 noyabr 2020-ci il tarixdə bağlanmış və 81 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Cinayət işinin cild Vİ 237-238-ci vərəqlərində olan şəxsiyyət vəsiqələrinin ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X20 və xx.xx.2021-ci il təvəllüdlü X22 doğulmuşdur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli teleqramalarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bununla əlaqədar ona qarşı iddiası, şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.). Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4), zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs2 ilə barışıq əldə edilməsini (CMnin 59.1.12), zərər çəkmiş şəxsl Zərərçəkmiş şəxs3 Hafiz qızına zərəri ödəməsini, cinayət nəticəsində zərər çəkmiş şəxslər X13 10000 (on min) manat, Zərərçəkmiş şəxs8 4750 (dörd min yeddi yüz əlli) manat, Zərərçəkmiş şəxs7 4000 (dörd min) manat, Zərərçəkmiş şəxs12 1500 (min beş yüz) manat dəymiş ziyanın (qismən) ödənilməsini (CM-nin 59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən istifadə etməklə törədilməsi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilməlidir. Məhkəmə, ziyanın ödənilməsini tam təmin etməmiş və bunu maddi imkanını olmaması ilə əlaqələndirmiş şəxsin cərimə cəzasına məhkum edilməsini ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab etmir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi (cinayətin çox epizodlu olması, vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 13 may 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə dəymiş ziyan 180747 (yüz səksən min yeddi yüz qırx yeddi) manat və 86115 (səksən altı min yüz on beş) manat ödənilmişdir. Maddi sübut olan zərər çəkmiş şəxslər tərəfindən terminal vasitəsilə göndərilmiş pullara dair qəbzlər, zərər çəkmiş şəxslərin təqdim etdikləri vatçap danışıqları və səs yazıları olan disklər iş materaillarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu gündən, yəni 13 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs12 vurulmuş ziyanın ödənilməsi üçün mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut olan zərər çəkmiş şəxslər tərəfindən terminal vasitəsilə göndərilmiş pullara dair qəbzlər, zərər çəkmiş şəxslərin təqdim etdikləri vatçap danışıqları və səs yazıları olan disklər iş materaillarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə verildiyi gündən 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar