Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-31/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan şəhəri 4 saylı orta məktəbdə gecə gözətçisi işləyən, məhkum olunmayan, ünvan 5-da qeydiyyatda olmaqla orada yaşayan, barəsində “Həbs” növündə qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, həmçinin qanunsuz olaraq odlu silahın komplekt hissələrini və döyüş sursatı əldə etmə, daşıma və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı evdə qanunsuz olaraq saxlamış, 2022-ci il oktyabrın 25-də saat 13 radələrində Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 14:40 dəqiqədən başlayaraq ünvan 3 ünvanında yaşadığı evdə keçirilmiş baxış zamanı evin qonaq otağında divardakı skafın içərisində olan metal seyfdə saxlanılan 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 5,74 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 5,45x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronları, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan 27 ədəd patronu, həmçinin zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və istifadə üçün yararlı olan 01 ədəd darağı əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı evdə qanunsuz olaraq saxlamış, 2022-ci il oktyabrın 25-də saat 13 radələrində Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞnin əməkdaşları tərəfindən narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 14:40 qəqiqədən başlayaraq ünvan 3 ünvanında yaşadığı evdə keçirilmiş baxış zamanı evin qonaq otağında divardakı şkafın içərisində olan metal seyfdə saxlanılan döyüş sursatı hesab edilən 27 ədəd patron və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab edilən 01 ədəd patron darağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 228.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində yaşadığı evin qarşısındakı 4 saylı məktəbdən səhər saatlarında işdən çıxıb evə gələrkən yaxınlıqdakı zibilxanada qara rəngli selofan paketdə qurudulmuş marixuana və içərisində patronlar olan “Kalaşnikov” avtomatına aid 01 ədəd patron darağı görmüşdür. Həmin marixunanı, patronları darağı ilə birlikdə evinə gətirib gizlətmişdir. 2022-ci il oktyabrın 25-də saat 13 radələrində yaşadığı evin yaxınlığında Ə.Hüseynov küçəsində polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərində axtarış aparılan zaman heç bir əşyanın olmadığını, lakin marixuana və patoronların darağı ilə birlikdə evdə olduğunu demişdir.Özünün verdiyi razılıq ərizəsi ilə evinə baxış keçirilmiş və baxış zamanı qeyd etdiyi marixuana, 27 avtomat patronu darağı ilə birlikdə aşkar olunub götürlümüşdür.Marixuana tərəzidə çəkilərkən 7,74 qram olmuşdur. Bütün bunlar barədə protokol tərtib olunmuş, özü də imza etmişdir.Törətdiyi əmələ görə peşimandır,bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 2022-ci il oktyabrın 25-də ünvan 3-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və silah-sursatın qanunsuz dövriyyəsində şübhəli olduğu barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumatın yoxlanılması zamanı qeyd olunan gün saat 13 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Hüseynov küçəsində tutub polisə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman heç bir qadağanedici əşyanın olmadığını, lakin marixuana və patoronların darağı ilə birlikdə evində olduğunu demişdir. Təqsirləndirilən şəxs verdiyi razılıq ərizəsi ilə evinə baxış keçirilmiş və baxış zamanı evindən 7,74 qram marixuana, 27 avtomat patronu darağı ilə birlikdə aşkar olunub götürlümüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş, özü də imza etmişdir. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş baxış və götürmə protokolundan görünür ki, 2022-ci il oktyabrın 25-də Təqsirləndirilən şəxs özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla ünvan 5 ünvanında yerləşən yaşadığı evdə keçirilmiş baxış zamanı evin qonaq otağındakı divar seyfindən narkotik vasitə qurudulmuş marixunaya oxşar kütlə, həmin seyfdən 27 ədəd patron və 01 ədəd patron darağı aşkar edilib götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1152 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd salfet kağızı bükümündə təmiz çəkisi 5,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 22/668R №-li rəyindən görünür ki,
1. Tədqiqata təqdim edilmiş 27 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.
2. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1107 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayon İHB-nın Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Rayon Mərkəzi Xəstəxanası” X3 arayışından görünür ki, Təqsirləndirilən şəxs hər-hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 5,72 qram narkotik vasitə qurudulmuş marixuana işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış (3 ədəd eksperimental tədqiqat üçün istifadə olunmuş) Kalaşnikov konstruksiyalı avtomata məxsus 24 ədəd patron və 01 ədəd patron darağı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah etmək mümkün deyildir.Onun döyüş surasatı və narkotik maddə saxlaması halları bir daha sübut edir ki, onun törətdiyi əməllər cəmiyyət üçün kifayət qədər təhlükəli olmuşdur. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 5,72 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, Kalaşnikov konstruksiyalı avtomata məxsus 24 ədəd patron və 01 ədəd patron darağı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il, 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində bir il üç ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 5,72 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Kalaşnikov konstruksiyalı avtomata məxsus 24 ədəd patron və 01 ədəd patron darağı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin anbarına təhvil verilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV