Məhkəmə qərarları › İş №1(057)-31/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-31/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-31/2024 20.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili X11 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq tamah məqsədi ilə vahid niyyətlə saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Qarabağlı kəndində yaşayan qonşusu X10 yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən ərazidən vahid niyyətlə oğurluq etmək qərarına gəlib 2022-ci il oktyabrın 20-də gecə saat 04 radələrində Zərərçəkmiş şəxs həyətinə qanunsuz olaraq daxil olmuş və cəmi 180 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə 60 ədəd taxta reykanı, 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, noyabrın 20-də gecə saat 04 radələrində 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, 30 manat qiymətində 1 ədəd elektirik drel alətini, 40 manat qiymətində Rusiya istehsalı olan 2000 Vt gücündə 1 ədəd elektrik laqonda alətini, dekabrın 5-də saat 04 radələrində cəmi 156 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə 52 ədəd taxta reykanı, 20 manat qiymətində 1 ədəd 3 metr uzunluqda taxta nərdivanı, 140 manat qiymətində 200 metr uzunluğunda en kəsiyi 2x2,5 mm olan mis elektirik naqilini, dekabrın 27-də gecə saat 04 radələrində 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, 2023-cü il yanvarın 8-də gecə saat 04 radələrində 70 manat qiymətində 100 metr uzunluğunda en kəsiyi 2x2,5 mm olan mis elektirik naqilini, cəmi 10 manat qiymətində 2 ədəd çəkic alətini, cəmi 18 manat qiymətində 3 ədəd müxtəlif ölçü alətini və selofan torbada 10 manat qiymətində 60 mm ölçüdə 5 kq mismarı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 914,0 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Salyan rayonu Qarabağlı kəndində yaşayır, günəmuzd fəhlə işləməklə ailəsini saxlayır. Zərərçəkmiş şəxs onun qonşusudur, aralarındakı münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin oktyabr ayından başlayaraq Aminin öz evinin həyətində istixana tikdiyini və həyətinə xeyli inşaat materialları alıb yığdığını bilmişdir. O isə həmin dövrdə heç yerdə işləmədiyindən və uzun müddət işsiz olduğundan ailəsinin tələbatını ödəyə bilməmiş, ailəsinin maddi vəziyyətinin çətin olduğunu düşünərkən qərara gəlmişdir ki, gecə saatlarında qonşusu Aminin həyətindən oğurluq etsin. İlk dəfə Aminin həyətinə 2022-ci il oktyabrın 20-də gecə saatlarında girib oğurluq etmişdir. Həmin gecə saat 04 radələrində o, Aminin həyətinə girib 60 ədəd hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə taxta reyka və 1 ədəd “Markus” markalı elektrik su mühərriyi oğurlamışdır. Daha sonra noyabrın 20-də gecə saat 04 radələrində Aminin həyətindən daha 1 ədəd “Markus” markalı elektrik su mühərriyi, 1 ədəd elektirik dreli və 1 ədəd elektrik laqonda aləti oğurlamış və bundan sonra dekabrın 5-də saat 04 radələrində yenidən Aminin həyətinə girib daha 52 ədəd hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə taxta reyka, 1 ədəd 3 metr uzunluqda taxta pilləkən, təxminən 200 metr uzunluğunda mis elektirik naqili oğurlamışdır. Yeni il bayramı ərəfəsində dekabrın 27-də gecə saat 04 radələrində o, yenidən Aminin həyətinə gəlib həyətdəki yardımçı tikilidən daha 1 ədəd “Markus” markalı elektrik su mühərriyi oğurlamışdır. Sonuncu dəfə o, 2023-cü il yanvarın 8-də gecə saat 04 radələrində Aminin həyətinə girib istixanada olan 50-60 metr uzunluğunda mis elektirik naqilini, 2 ədəd çəkici, 3 ədəd ölçü alətlərini və selofan torbada mismar oğurlamışdır. Həmin oğurluqları törədərkən Aminin həyətində quraşdırılmış təhlükəsizlik kameralarına düşmüşdür.Sonradan Aminin şikayəti əsasında o, Salyan rayon polis şöbəsinə dəvət edilmiş və izahat verərkən etdiyi oğurluğu etiraf etmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə gəlmişlər və Aminin həyətindən oğurladığı əşyaların qalığını təhvil vermişdir. O, Aminin həyətindən oğurluqları tək etmiş, həmin vaxt yanında heç kim olmamış və etdiyi oğurluqlardan ailə üzvlərinin və digər şəxslərin xəbəri və məlumatı olmamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur.Ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində üç azyaşlı uşaqları vardır, əməlindən peşmandır, söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir.Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq təqiq edilmiş zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəməəmtəəşünslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Qarabağlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, kənd təsərrüfatı işləri ilə məşğuldur. Yaşadığı evin həyəti 0,60 ha torpaq sahəsindən ibarət olduğundan həyətyanı sahənin bir hissəsində, yəni 0,10 ha ərazidə istixana tikib orada müxtəlif növ tərəvəz bitkilər yetişdirmək məqsədlə 2022-ci ilin oktybar ayının 10-dan başlayraq müxtəlif tikinti materialları, polietilin selofan, müxtəlif ölçülü metal borular, müxtəlif ölçülü taxtalar, mismar, elektrik naqilləri, 01 ədəd laqonda, 01 ədəd elektirik drel, 2 ədəd cəkic, 3 ədəd “Markus” markalı elektrik mühərriyi və 3 ədəd müxtəlif ölçü alətləri alıb həyətə yığmışdır. Onun həyətyanı sahəsi hər tərəfdən metaldan və qamışdan olan çəpərlə əhatə olunmuşdur. 2022-ci ilin oktybar ayının əvvəlindən etibarən həyətində 28 metr enində, 45 metr uzunluğunda və 3-metr hündürlükdə istixana tikməyə başlamışdır. Həmin istixananı özü tikmiş və tikinti materiallarından lazım olduqca hissə-hissə istifadə etmişdir. Lakin, 2022-ci il noyabrın 20-dən həmin il dekabrın 27-dək olan müddətdə ayrı-ayrı tarixlərdə gecə saatlarında naməlum şəxs həyətinə girərək ona məxsus 200 metr uzunluğunda en kəsiyi 2x2,5 mm ölçüdə ağ rəngli izolyasiyalı mis elektrik naqilini, hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 112 ədəd taxta reyka materialını, 1 ədəd markasını bilmədiyi elektrik dreli və 1 ədəd Rusiya istehsalı olan 2000 vt gücündə elektrik laqondanı, 2 ədəd çəkic alətini, hər biri 1100 vt gücündə Rusiya tehsalı olan 2 ədəd “Markus” markalı elektrik su mühərriyini, 1 ədəd 5 metrlik ölçü alətini, 1 ədəd 10 metrlik ölçü alətini, 1 ədəd 30 metrlik parçadan olan ölçü alətini, 1 ədəd 3 metr uzunluğunda 5x5 sm ölçüdə taxta nərdivanı oğurlamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluqları həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs törətmişdir. O, hər dəfə oğurluq edən naməlum şəxsi güdüb özü tutmağa çalışsa da, oğrunu tuta bilməmişdir. Oğurluğun kim tərəfindən edildiyini bilmədiyi və şübhələndiyi şəxs olmadığı üçün bununla bağlı polisə müraciət etməmişdir. Ona görə məcbur qalıb 2022-ci ilin dekabr ayının 18-də həyətində müxtəlif yerlərdə 3-4 ədəd müşahidə kameraları quraşdırmışdır. Lakin həmin ərəfələrdə evdə xəstə olduğundan və başı xəstəyə qarışıq olduğundan quraşdrılmış kameraların yaddaş monitoruna baxmağı unutmuşdur. 2023-cü il yanvarın 7-də saat 09 radələrindən axşam 23 radələrinədək həyətindəki istixanada işlədiyi və işin sonunda yorğun olduğu üçün 100 metr uzunluğda mis naqili, 5 kq çəkidə mismarı, 2 ədəd cəkici və 3 ədəd ölçü alətlərini istixananın içində qoyub evə keçib gecəni yatmışdır. Ertəsi gün, yanvarın 8-də saat 10 radələrində evdən çıxıb həyətdəki istixanaya gələndə işlərin qalan hissəsini davam etdirmişdir. Lakin o, istixanaya girdikdə ötən gecədən istixanada qalmış material və alətlərin yerində olmadığını, onların da naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Daha hansı əmlakın oğurlandığını müəyyən etmək üçün həyəti gəzib nəzərdən keçirdikdə istixananın yanındakı tikilidən daha 1 ədəd “Markus” markalı elektirik su mühərriyinin oğurlandığını aşkar etmişdir. Oğurluq etmiş şəxsin kim olduğunu müəyyən etmək məqsədilə müşahidə kameralarının videogörüntüsünə baxdıqda məlum olmuşdur ki, yanvarın 8-nə keçən gecə həyətindəki həmin əşyaları qonşusu Təqsirləndirilən şəxs oğurlamışdır. Bundan sonra tam əmin olmuşdur ki, 2022-ci ilin oktyabr, noyabr və dekabr ayları ərzində həyətindən oğurlanmış bütün əşyaları məhz qonşusu Suleyman oğurlamışdır. Ona görə DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və sonra Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. DİN-in 102 xidmətinə verdiyi məlumatda, Salyan RPŞ-nə yazdığı ilkin ərizədə və təhqiqat araşdırması zamanı verdiyi izahatda həyətindən hər biri 10 metr uzunluğunda 76 mm diametrli 20 ədəd metal borunun oğurlandığını göstərsə də, əsl həqiqətdə həyətindən metal borular oğurlanmamış və oğurluq hadisələri baş verənədək o, bütün metal boruları istixananın tikintisi zamanı artıq torpağa dayaq kimi basdırmışdır. Sadəcə oğurluq etmiş şəxsə qarşı əsəbi olduğu üçün özü də bilmədən ilkin araşdırma zamanı yanlış olaraq həyətindən metal boruların oğurlandığını bildimişdir. Bir daha qeyd etmişdir ki, baş vermiş hadisə zamanı onun həyətindən heç bir metal boru oğurlanmamışdır. Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ondan şikayətçi deyil, ona ağır cəza verilməsini tələb etmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin məsul növbətçisi polis polkovnikleytenantı Şakir Hüseynovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 20:02-də Azərbaycan Respublikasının DİN-nin 102 xidmətindən daxil olmuş ********* nömrəli raportda Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs ***-***-**- ** nömrəsindən zəng edərək 3 ay ərzində müxtəlif vaxtlarda yaşadığı evin həyətindən biri 10 m olan (76-lıq) 20 ədəd dəmir boru, 112 ədəd taxta material, 300 metr mis kabel, 1 ədəd laqonda, 5 kq mismar, 2 ədəd çəkic, 3 ədəd su matoru, 3 ədəd metrə oğurlandığını bildirmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatın yoxlanılmasından ötru aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Salyan RPŞ-nə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 2022-ci ilin oktyabr ayının 15-dən 2023-cü ilin yanvar ayının 8-nə kimi naməlum şəxsin yaşadığı evin bağlı olan həyətyanı sahəsindən 20 ədəd 76 diametrlik 10 metr uzunluğunda dəmir boru, 112 ədəd 5x5-lik 6 metr uzunluğunda taxta material, 300 metr uzunluğunda 12-lik mis kabel, 1 ədəd loqanda, 5 kq 60-lıq mismar, 2 ədəd çəkic, 2 ədəd 50 diametrlik 1 ədəd 25 diametrlik olmaqla 3 ədəd “Markus” markalı elektrik su motorlarını və 3 ədəd ölçü üçün istifadə olunan metrəni oğurlamışdır. Həmin materialları oğurlayan naməlum şəxsi tapıb barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, oğurluq hadisələri saxlanc yeri hesab edilən Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki istixanada və yardımçı tiklidə baş vermişdir. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, videoçəkliş aparılmış, fotoşəkillər çəkilmiş, DVD disk və fotocədvəl toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 09 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Salyan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Akif Abdullayev tərəfindən Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs həyətindən oğurlanmış 1 ədəd “Markus” markalı su mühəriyyi, təxminən 55 metr uzunluğunda ağ rəngli izolyasiyalı mis elektrik naqili, 1 ədəd taxta nərdivan, hər biri 6 metr uzunluğunda 5 ədəd taxta reyka aşkar edilərək maddi subut kimi götürülüb saxlanması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi və götürülməsi barədə” protokoldan görünür ki, Salyan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Akif Abdullayev tərəfindən Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs həyətindən oğurlanmış 05 ədəd 5x5 sm ölçüdə, 6-mert uzunluğunda (reyka) taxtaları və 01 ədəd taxta nərdivanı polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan 11 yanvar 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs həyətindən oğurlanmış 1 ədəd 3 metr uzunluğunda taxta nərdivan və hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 5 ədəd taxta reyka Salyan rayon PŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Akif Abdullayev tərəfindən zərərçəkmiş şəxsə təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi polis mayoru İlqar İsmayılov tərəfindən tərtib edilmiş 10 noyabr 2023-cü il tarixli “DVD formatlı diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilkin təhqiqat araşdırması zamanı təqdim etdiyi 1 ədəd DVD formatlı diskə Salyan rayon PŞ-nin İstintaq Bölməsində xidməti otaqda baxış keçirilmişdir. Həmin DVD diskdə olan 2 müxtəlif müşahidə kameralarından çəkilmiş videogörüntülərə baxıldıqda 1-ci videogörüntüdə monitorun sağ yuxarı küncündə 2023:01:08 tarixdə saat 03:41 dəqiqədə bir nəfər kişi cinsli şəxsin mişar daşından inşa edilmiş tikiliyə daxil olub oradan çıxanda əlində ucunda şlanq kəsiyi olan su mühərriyinin olduğu, 2-ci videogörüntüdə isə həmin şəxsin 2022:12:27 tarixdə saat 04:02 dəqiqədə istixanaya daxil olaraq orada olan naqil bükümünü və selofan torbanı götürüb getdiyi müəyyən edilmişdir.Diskdə olan videogörüntülər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 fevral 2023-cü il tarixli, 9/322 nömrəli rəyindən görünür ki, ekspertiza təqdiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 546,00 manat, qərarda göstərilən, təqdim edilməyən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1928,00 manat müəyyən edilmişdir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli, 9/322 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəylərini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Zərərçəkmiş şəxs 10 noyabr 2023-cü il tarixli Salyan rayon PŞ-nə yazdığı ərizəsindən görünür ki, ilk ərizəsində və izahatında həyətindən 20 ədəd 10 metrlik metal boruların oğurlanmasını bildirsədə, əsil həqiqətdə həmin borular oğurlanmamış, hadisəyə qədər həmin boruları istixanada dayaq kimi torpağa basdırmışdır. Əsəbi olduğu üçün özü də bilmədən bu barədə düzgün olmayan məlumat vermiş və bu ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 16 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və həmin maddədə nəzərdə tutulan itthamın ona elan olunması; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə cinəyət təqibinin başlanılması rədd edilməsi; məhkəmə-əmtəəşünaslıq ekspertizasında göstərilmiş 200 metr metal boruların dəyəri 1600 manat ittihamdan çıxarılması və həmin xüsusat üzrə təqsirləndirilən şəxsə ittiham elan edilməməsi; məhkəmə-əmtəəşünaslıq ekspertizasının 10 fevral 2023-cü il tarixli 9/322 Ne-li rəyi, zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əlavə ərizəsi və ifadəsi əsas götürülərək baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın miqdarı ümumilikdə 914,0 manat kimi qəbul edilməsi; Təqsirləndirilən şəxs təhqiqat araşdırması zamanı təqdim etdiyi zərərçəkmiş Zərərçəkmiş şəxs həyətindən oğurladığı və saxlanc üçün zərərçəkmiş şəxsə qaytarılmış 1 ədəd taxta nərdivan və 5 ədəd taxta reyka maddi sübut kimi, ifadələr, hadisə yerinə baxış protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, baş vermiş oğurluq hadisəsini əks etdirən 01 ədəd DVD disk, digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut növü kimi qiymətləndirilməsi və cinayət işinin materiallarında təqsirləndirilməli olan şəxsin adı “Suleyman” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 16 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli № 71 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin kənddə yaşayır, ailə tərkibi həyat yoldaşı xx.xx.1988-ci il təvəllüdlü X5, qızı xx.xx.2014-cü il təvəllüdlü X1, oğlu xx.xx.2018-ci il təvəllüdlü X3, qızı xx.xx.2020-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan AZ-İV 008902, AZ-İV 912916, AZ-İV 912917 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə, X9 xx.xx.2018-ci il tarixdə, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-68/2-3144/2023 saylı məktubundan görünür ki, həmin xəstəxanın Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin və həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına görə Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatlarda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nın Qarabağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmiş, bununla bağlı onun heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci il oktyabrın 20-də gecə saat 04 radələrində Zərərçəkmiş şəxs həyətinə qanunsuz olaraq daxil olub cəmi 180 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə 60 ədəd taxta reykanı, 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, noyabrın 20də gecə saat 04 radələrində 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, 30 manat qiymətində 1 ədəd elektirik drel alətini, 40 manat qiymətində Rusiya istehsalı olan 2000 Vt gücündə 1 ədəd elektrik laqonda alətini, dekabrın 5-də saat 04 radələrində cəmi 156 manat qiymətində hər biri 6 metr uzunluğunda 5x5 mm ölçüdə 52 ədəd taxta reykanı, 20 manat qiymətində 1 ədəd 3 metr uzunluqda taxta nərdivanı, 140 manat qiymətində 200 metr uzunluğunda en kəsiyi 2x2,5 mm olan mis elektirik naqilini, dekabrın 27-də gecə saat 04 radələrində 80 manat qiymətində 1100 Vt gücündə 1 ədəd “Markus” markalı elektrik su mühərriyini, 2023-cü il yanvarın 8-də gecə saat 04 radələrində 70 manat qiymətində 100 metr uzunluğunda en kəsiyi 2x2,5 mm olan mis elektirik naqilini, cəmi 10 manat qiymətində 2 ədəd çəkic alətini, cəmi 18 manat qiymətində 3 ədəd müxtəlif ölçü alətini və selofan torbada 10 manat qiymətində 60 mm ölçüdə 5 kq mismarı gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 914,0 manat maddi ziyan vurmaqla oğurluq etməsinə bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmiş, himayəsində üç azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 3 metr uzunluğunda taxta nərdivan və hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 5 ədəd taxta reykanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 3 metr uzunluğunda taxta nərdivan və hər biri 6 metr uzunluğunda 5x5 sm ölçüdə 5 ədəd taxta reykanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar