Məhkəmə qərarları › İş №1(057)-32/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-32/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-32/2023 25.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Məhkəmə iclas katibi X3 Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə xx.xx.1978-ci il təvəllüdlü, Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 228.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2019-cu ildə cəzasını çəkib qurtarmış, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3 maddəsinə əsasən 01 il 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əəsasən ona təyin olunmuş azadlıdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi altı ay azaldılmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyətilə, özgə əmlakını qanunsuz ələ keçirmək məqsədilə 15 oktyabr 2022-ci il tarixdə saat 02 radələrində tanışı Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 9-da yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə qapıdan keçmə üsulu ilə qanunsuz olaraq daxil olub evin həyətyanı sahəsində saxlanc yeri hesab olunan yardımçı təsərrüfat tikilisinin qapısını əli ilə açmaqla oradan zərərçəkmiş şəxsə məxsus 90 manat dəyərində 1 ədəd orta ölçülü “Royce” markalı perferator, 30 manat dəyərində 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı drel və 150 manat dəyərində 1 ədəd Sumak markalı su motorunu götürüb apararaq zərərçəkmiş şəxsə cəmi 270 manat maddi ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə öz şəxsi ehtiyaclarını ödəmək üçün oğurluq edib pul qazanmaq fikrinə düşmüş, həmin günü saat təqribən 02 radələrində o, evdən çıxıb qonşusu İlahənin yaşadığı evə tərəf getmiş, küçədə kimsənin olmadığını görmüş, İlahənin yaşadığı evin həyətə açılan giriş qapısının açıq olduğunu görüb qapıdan içəri girmiş, həyətdə olan yardımçı təsərrüfat tikilisində İlahənin əri Niyaməddinin istifadə etdiyi drel, perferator və digər gündəlik məişətdə istifadə edilən əşyaları oğurlamışdır. Həmin əşyaları Əbülfəz adlı tanışının yaşadığı evinə aparıb orada saxlamışdır. Sonradan Salyan şəhər mərkəzində bazarın yanına gəlmiş, oradan bir nəfər Vüsal kimi tanıdığı ağ rəngli, VAZ markalı, 2106 modelli avtomobilin sürücüsü ilə danışıb Vüsaldan ona məxsus əşyaları götürüb Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş, sifariş əsasında Vüsalla birlikdə avtomobillə Əbülfəzin yaşadığı evin qarşısına gəlmiş, oradan həmin əşyaları götürüb Vüsalın avtomobilinə yığmış və Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə gəlmiş, metal qəbulu məntəqəsində o, oğurladığı əşyaları orada işləyən şəxslərin bir neçəsinə təklif etmiş, lakin, işçilər ona “biz bu tip əşyaları almırıq” demiş, o, daha sonra həmin əşyaları həmin metal qəbulu məntəqəsinin yaxınlığında yolun kənarında işləyən ustalara təklif etmiş, Vüsalın avtomobilinin yük yerində olan 1 ədəd perferatoru 65 manata ustalardan birinə təklif etmiş və sonda 55 manat müqabilində həmin əşyanı satmış, sonra orada işləyən ustalardan birinə oğurladığı dreli 5 manata satmış, oğurladığı əşyalardan yalnız su motorunu sata bilməmiş, Vüsalla birlikdə oradan çıxıb şəhər mərkəzi istiqamətinə gəlmiş, bundan sonra Vüsala 10 manat haqq vermiş, həmin günü su motorunu da şəhər mərkəzində tanımadığı və zahiri əlamətləri dəqiq yadında qalmayan şəxsə 50 manat pul müqabilində satmış, etdiyi əmələ görə çox peşman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsində ona dəymiş ziyanın ödənilmədiyini, məhkəmə hazırlıq və baxışı iclaslarında iştirak edə bilməyəcəyini qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə baxışı zamanı onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, hazırda Salyan şəhərində yerləşən “samsung” elektronika mağazasında satıcı işləyir, əri Niyaməddin Tağıyev hazırda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Salyan Rayon Məhkəməsi tərəfindən azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir, əri Niyaməddin Tağıyev ev ustası imiş, Niyaməddinin özünə məxsus işləri ilə məşğul olması üçün drel, perferator və digər alətləri var imiş, həmin avadanlıqlar ona məşğul olduğu işlə bağlı lazım imiş, əri azadlıqdan məhrum edildikdən sonra həmin alətlər evdə qalmış və istifadə edilməmiş, o, hər gün evdən çıxıb səhər saatlarında işə gedirmiş, hər gün o, saat təqribən 18 radələrində evə qayıdırmış, həmin alətlər yaşadığı fərdi yaşayış evinin həyətində olan yardımçı təsərrüfat tikilisində saxlanırmış, yardımçı təsərrüfat tikilisi daşdan inşa edilibmiş, qapısı isə taxtadan imiş, həmin tikilidə o, bəzi məişət və gündəlikdə istifadə etdiyi əşyaları saxlayırmış, 15 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində o, evdə işıqlar söndüyü üçün kartla sayğaca pul yükləmək üçün həyətə düşmüş, bu zaman küçə qapısının açıq vəziyyətdə olduğunu görmüş, evdə o və iki uşağından başqa heç kəs yaşamırmış, bu səbəbdən də evə gecə kiminsə girməsindən şübhələnmiş, evdə uşaqları ona suyun gəlmədiyini demiş, o da həqiqətən suyun gəlmədiyini görüb su motorunun olduğu həyətdəki yardımçı təsərrüfat tikilisinə tərəf getmiş, tikiliyə daxil olan zaman orada su motorunun yerində olmadığını görmüş, həmin tikiliyə baxış keçirən zaman orada bir qədər dağınıqlıq hiss etmiş, diqqət yetirən zaman əlavə olaraq tikilidə olan 1 ədəd drel və 1 ədəd perferatorun da olmadığını görmüş, həmin əşyalardan əri usta kimi istifadə edirmiş, daha sonra o, su motorunun, drel və perferatorun oğurlanması ilə bağlı mobil telefon vasitəsilə polisə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşlarının gəldiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, 15 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində sərnişin gözləmək üçün Salyan şəhəri ərazisində yerləşən köhnə kolxoz bazarı yaxınlığında dayandığı vaxt Salyan şəhər sakini Bilal kimi tanıdığı şəxs ona yaxınlaşıb dostu Əbülfəzin perferator, drel və su motoru olmasını, həmin alətləri metal qəbulu məntəqəsinə aparmaqda ona kömək etməsini xahiş edərək sifariş vermiş, o da sifarişi taksi sürücüsü olduğu üçün qəbul edərək Bilalla birlikdə avtomobili ilə Salyan şəhərində avtobus sürücüsü Alimin oğlu Əbülfəzin yaşadığı ünvana getmiş, Bilal Əbülfəzi səsləyib küçəyə çağırmış və daha sonra Əbülfəzlə birlikdə onun həyətinə getmiş, bir neçə dəqiqədən sonra Bilal Əbülfəzlə birlikdə əllərində perferator, drel və su motoru gəlmiş, onlar həmin alətləri avtomobilin yük yerinə yığmış, o, həmin anda Əbülfəz və Bilaldan həmin alətlərin oğurluq olub-olmamasını soruşmuş, bu zaman Əbülfəz də ona acıqlı formada həmin alətlərin oğurluq olmadığını deyərək, “öz həyətimin malıdır” deyə bildirmiş, sonra Əbülfəz qayıdıb evinə getmiş, o isə Bilalla birlikdə həmin alətləri Salyan şəhəri 20 Yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə gətirmiş, metal qəbulu məntəqəsində Bilal avtomobildən aşağı düşüb həmin alətləri metal qəbulu məntəqəsində işləyən şəxslərdən birinə təklif etmiş, lakin, həmin şəxs yalnız metaldan ibarət olan əşyaları aldığı üçün həmin alətləri Bilaldan almamış, bundan sonra Bilal ondan avtomobili irəli sürməyi təklif etmiş, o da Bilalın sifarişinə əsasən avtomobili irəli sürmüş, bir qədər irəlidə Ələt-Astara avtomagistralının kənarında usta və fəhlələrin işlədiyini görən Bilal avtomobili saxlamağı təklif etmiş, o da avtomobili saxlamış, bundan sonra Bilal avtomobildən aşağı düşüb onlara yaxınlaşmış, Bilal iki nəfər şəxslə söhbət edirmiş, daha sonra həmin şəxslər Bilalla birlikdə avtomobilə yaxınlaşmış, o, avtomobilin yük yerini açmış, Bilal avtomobilin yük yerində olan alətləri həmin şəxslərə göstərmiş, ilkin olaraq 1 ədəd perferatoru Bilal həmin şəxslərdən birinə 65 manata təklif etmiş, lakin, həmin şəxs qiymətin baha olmasını bildirmiş, daha sonra Bilal perferatoru 55 manata sata biləcəyini bildirmiş, həmin şəxs də cibindən 55 manat pul çıxarıb Bilala vermiş və perferatoru Bilaldan almış, bundan başqa perferatoru alan şəxsin yanında olan digər şəxsə Bilal avtomobilin yük yerində olan köhnə işlənmiş vəziyyətdə olan 1 ədəd dreli 10 manata təklif etmiş, həmin şəxs də Bilaldan qiyməti aşağı salmasını xahiş etmiş, Bilal dreli ona 5 manata təklif etdikdə həmin şəxs də 5 manat pulu Bilala verib dreli ondan almış, bundan sonra o, Bilalın sifarişinə əsasən birlikdə oradan avtomobillə Salyan şəhər mərkəzinə, onun yaşadığı ünvana getmiş, Bilalı yaşadığı ünvanın yaxınlığında avtomobildən düşürmüş, Bilal sifariş müqabilində ona 10 manat haqq vermiş, Bilalın özü ilə götürdüyü su motorunu alan olmamış və o, Bilalı yaşadığı ünvanın qarşısına gətirdikdə Bilal avtomobildən düşüb gedən zaman həmin su motorunu da özü ilə aparmış, o, sonradan izahat vermək üçün polis şöbəsinə dəvət edilmiş və yalnız polis şöbəsində Bilalın həmin alətləri oğurlamasını bildiyini bildirmişdir . Məhkəmədə elan olunmuş xx.xx.2022-ci il tarixli tanınma barədə olan protokoldan görünür ki, zərərçəkmişə təqdim olunmuş bir ədəd orta ölçülü “Royce” markalı perferatoru və 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı dreli Zərərçəkmiş şəxs tanımışdır. Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2022-ci il tarixdə tərtib olunmuş protokollardan görünür ki, ona tanınma üçün təqdim olunmuş 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı dreli tanıdığını bildirmişdir. X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol əsasında 1 ədəd orta ölçülü “Royce” markalı perferatora baxış keçirilərək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Şahid1 götürülmüşdür. X5 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokol əsasında 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı drelə baxış keçirilərək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Şahid2 götürülmüşdür. “Salyan rayon Mərkəzi Xəstəxanası” X8 xx.xx.2022-ci il tarixli, 3031 nömrəli məktubundan görünür ki, ünvan 1-də qeydiyyatda olan və yaşayan, 1978-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Nərimanov rayon Məhkəməsinin xx.xx.20201-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3 və 93.1.2-ci maddələrinə əsasən 01 il, 05 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarı ilə “8 Noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əəsasən ona təyin olunmuş azadlıdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi altı ay azaldılmışdır Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 3667 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri: anası-1954-cü il təvəllüdlü X2, qızı-2019-cu il təvəllüdlü X4r. Həmin Nümayəndənin xx.xx.2022-ci il tarixli, 3667 nömrəli xasiyyətnaməsində göstərilir ki, xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022ci il tarixli, 9/7982 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkillər təqdim edilmiş mallar orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə 120.00 manat müəyyən edilir. O cümlədən: -01 ədəd istifadədə olmuş “Royce” markalı orta ölçülü perferator-90.00 manat; -01 ədəd istifadədə olmuş, üzərində “New KARPAT” markalanma göstəriciləri olan kiçik ölçülü drel-30.00 manat. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə X5 tərəfindən baxış keçirilərək götürülmüş 1 ədəd orta ölçülü “Royce” markalı perferator və 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı drel cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyi və cinayətin əlamətlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınmış və ibtidai istintaq başa çatdıqdan sonra 27 dekabr 2022-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, törətdiyi əməli səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, zərərçəkmişə dəymiş zərərin qismən ödənilməsi, himayəsində azyaşlı uşağının cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs 25 yanvar 2023-cü ildə məhkəmənin hazırlıq iclasında qaçıb gizləndiyi üçün barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir.O, 08 may 2023-cü ildə il tarixdə tutularaq Salyan RPŞ-nin MSY-nə yerləşdirilmişdir. Ona görə də cəzasının əvvəli 08 may 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 may 2023-cü ildən hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd orta ölçülü “Royce” markalı perferator və 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı drelin maddi sübut kimi tanınaraq 27 dekabr 2022-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs təhvil nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş 25 yanvar 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 may 2023-cü ildən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd orta ölçülü “Royce” markalı perferator və 1 ədəd kiçik ölçülü “New KARPAT” markalı drelin maddi sübut kimi tanınaraq 27 dekabr 2022-ci il tarixli qəbzlə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar