Məhkəmə qərarları › İş №1(057)-32/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-32/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-32/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakları ilə, xx.xx.1974-cü ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 433,904 çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 dekabr 2024-cü il tarixdə saat 23:10 radələrində “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən 90-cı kilometrliyinin yaxınlığında əməliyyat qrupunun üzvləri tərəfindən avtomobilə saxla işarəsi verilmiş, lakin avtomobilin sürücüsü saxla işarəsinə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, bununla bağlı BDYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu Tağımına məlumat verilmiş və qeyd olunan avtomobil Salyan rayon ərazisində yerləşən 728 saylı stasionar postun əməkdaşlarının köməyi ilə saat 23:45 dəqiqədə saxlanılmış, orada “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən ona məxsus xeyli miqdarda təmiz çəkisi 433,904 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, rəsmi olaraq heç bir yerdə işləmir, əvvəllər məhkum olunmuşdur. Təxminən 5-6 ildir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. Mahiyyəti üzrə bildirmişdir ki, 15 dekabr 2024-cü il tarixdə istifadəsində olan ***-***-**- ** saylı mobil nömrəsinə “Whatsapp” sosial şəbəkəsində hazırda xatırlamadığı mobil nömrədən zəng gəlmişdir. Zəng edən şəxs ondan narkotik vasitə istəyib-istəmədiyini soruşmuşdur. O, həmin şəxsə narkotik vasitə istədiyini bildirmişdir. Bundan sonra həmin şəxsdən ona nə qədər narkotik vasitə qurudulmuş marixuana verə biləcəyini soruşmuşdur. Həmin şəxs də ona istədiyi qədər marixuana verə biləcəyini demişdir. O, da ona 400 qram marixuana istədiyini bildirmişdir. Həmin şəxs də ona 400 qram narkotik vasitə qurudulmuş marixuana müqabilində 1500 manat pul göndərməli olduğunu demişdir. O da həmin şəxslə razılaşmışdır. Həmin şəxs ona narkotik vasitəni çatdırdıqdan sonra ona pulu göndərməyi üçün bank kart hesabı verəcəkmiş. Həmin şəxs ona narkotik vasitə qurudulmuş marixuananı Salyan rayonu ərazisində özünün deyəcəyi yerdən götürəcəyini və həmin ünvanı ona elektron formada göndərəcəyini demişdir. Bundan sonra o, tanışı Şahid1 zəng edərək onu Salyan rayonuna aparmasını xahiş etmişdir. Əkrəm də ondan nə üçün getdiyini soruşmuşdur. O, Əkrəmə Salyan rayonunda işinin olmasını və ona yol haqqı kimi 100 manat pul verəcəyini demişdir. Əkrəm də onunla razılaşmışdır. Bundan sonra onlar saat 20 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində görüşmüş və Əkrəmin idarə etdiyi “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna yola düşmüşlər. Bir qədər sonra onlar Salyan rayonuna çatmışlar. O, avtomobildən düşərək həmin şəxslə telefon əlaqəsi saxlamış və narkotik vasitəni haradan götürəcəyini soruşmuşdur. Həmin şəxs də ona gözləməyini və yeni ünvan göndərəcəyini bildirmişdir. Həmin şəxsin ona göndərdiyi yeni ünvana baxan zaman Biləsuvar rayonu olmasını bilmişdir. Bundan sonra avtomobilə geri qayıdaraq Əkrəmdən Biləsuvar rayonuna getməklərini xahiş etmişdir Bir qədər sonra onlar Biləsvar rayonuna girmişlər. Həmin şəxs ona Biləsuvar rayonunun girişində “Mal-qara” yol nişanının altında bir ədəd bükülü olmasını bildirmişdir. Qeyd edilən yol nişanını keçdikdən sonra o, Əkrəmdən avtomobili saxlamasını istəmişdir. Əkrəm avtomobili saxladıqdan sonra o düşmüşdür. Avtomobildən düşən zaman Əkrəmə təbii ehtiyacını ödəmək üçün düşdüyünü demişdir. Bundan sonra yol nişanının altında olan bir ədəd bükülünü götürmüş və dərhal əynində olan qış gödəkçəsinin içərisində gizlədərək avtomobilə qayıtmış və avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra Əkrəmdən hərəkətinə davam etməsini istəmişdir. Əkrəm ondan arxa oturacaqda nə üçün oturduğunu soruşduqda o da ona arxa oturacaqda uzanacağını demiş və Bakı şəhərinə geri qayıtmaqlarını istəmişdir. Bir qədər getdikdən sonra polis əməkdaşları Əkrəmin idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. Əkrəmin avtomobilin sürətini azaldaraq saxlamaq istədiyini görən kimi o, Əkrəmdən avtomobili saxlamamasını və onun axtarışda olduğunu deyərək hərəkətini davam etdirməsini tələb etmişdir. Həmçinin Biləsuvar rayonunun çıxışına yaxın olduqları üçün Biləsuvar rayonunu tərk etdikdən sonra polis əməkdaşlarının onları təqib etməyəcəyini düşünmüş və Əkrəmə də bu barədə demişdir. Əkrəm də onun sözünə inanaraq hərəkətini davam etdirmişdir. Onlar Ələt-Astara yoluna baxaraq Bakı şəhəri istiqamətində hərəkətlərini davam etdirmişlər. Həmin vaxt o telefonunda olan narkotiklə bağlı bütün sübutları silmiş və gödəkçəsində olan içərisində marixuana olan bağlamanı avtomobilin sol arxa ayaqaltı hissəsinə qoymuşdur. Onlar Salyan rayonu ərazisində nərəkətdə olan zaman “Salyan postu” adlanan yerdə postda olan polis əməkdaşları onları saxlamışlar. Yoxlama zamanı üzərindən bir ədəd alışqan, bir ədəd “Sobranie” markalı siqaret, bir ədəd plastik bank kartı və bir ədəd 100 (yüz) manatlıq pul əskinası aşkar edilmişdir. Lakin həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşları Əkrəmin üstünü yoxlamağa başlamışlar. Əkrəmə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir.Bu təklifdən sonra Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya, predmet olmadığını bildirmişdir. Sonra Şahid1 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd avtomobil açarı, iki ədəd 50 (əlli), bir ədəd 20 (iyirmi) manatlıq pul əsginasları, bir ədəd ağ kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Əkrəmin üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 3,40 (üç tam yüzdə qırx) qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Daha sonra Əkrəmin idarə etdiyi “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlamışlar. Baxışdan əvvəl polis əməldaşları ondan soruşduqları üçün o avtomobilin sol arxa ayaqaltı hissəsində və arxa oturacağın qoltuq hissəsində narkotik vasitə qurudulmuş marixuana olmasını demiş və yerini göstərmişdir. Bundan sonra polis əməkdaşı həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülüləri götürmüşdür. Həmin bükülülər açılıb baxılmışdır. Əvvəlcə kiçik bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 10,88 qram (on tam yüzdə səksən səkkiz) qram, ikinci bükülü isə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 450 qram (dörd yüz əlli) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr qablaşdırılaraq götürülmüş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən mobil telefonlar da götürülmüşdür. Şifahi sorğu zamanı o həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Biləsuvar rayon ərazisindən əldə etdiyini və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmişdir. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Şahid1 onun narkotik vasitə əldə etməyindən və üzərində narkotik vasitə gəzdirməyindən heç bir məlumatı olmamış, bu barədə ona heç bir söz deməmişdir. Şahid1 ona üzərində narkotik vasitə qurudulmuş marixuana olması ilə bağlı heç bir söz deməmişdir. O, həmin şəxsi tanımır, adını bilmir, heç vaxt görməmiş, həmin şəxs ona Azərbaycanlı olduğunu bildirmiş, o ilk dəfə idi həmin şəxslə əlaqə saxlayırmış. Bundan əvvəl həmin şəxsdən narkotik vasitə almamışdır. Həmin şəxs onunla Azərbaycan Respublikasi ərazisində istifadə olunan mobil operator vasitəsilə əlaqə saxlayırmış. Polis əməkdaşları onlari təqib edən zaman o, ismarıcları və telefon zənglərini silmişdir. Hazırda həmin mobil nömrəni xatırlamır. Polis əməkdaşları Biləsuvar rayonu ərazisində onlara saxla işarəsi verən zaman o, Əkrəmin avtomobilin sürətini azaldaraq saxlamaq istədiyini görən kimi ondan avtomobili saxlamamasını və axtarışda olduğunu deyərək hərəkətini davam etdirməsini tələb etmişdir. Həmçinin Biləsuvar rayonunun çıxışına yaxın olduqları üçün Biləsuvar rayonunu tərk etdikdən sonra polis əməkdaşlarının onları təqib etməyəcəyini düşünmüş və Əkrəmə də bu barədə demişdir. Əkrəm də onun sözünə inanaraq hərəkətini davam etdirmişdir. Nə saxlanılan zaman, nə də ki, üzərinə yoxlama keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə və videoçəkiliş keçirilməklə həyata keçirilmişdir. Törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid2 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəşində işləyir. Polis kapitanı rütbəsindədir. ünvan 1 olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 15 dekabr 2024-cü il tarixdə tərəfindən əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Fizuli oğlu, RPŞ-nin TB-nin polis nəfəri, polis baş seryantı Şahid4l Mehti oğlu, RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid5 və RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Şahid6 Xəqani oğlu daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 15 dekabr 2024-cü il tarixdə saat 23:10-da Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən 90-cı kilometrliyində RPŞ-nin DYPB-nin YPX əməkdaşı tərəfindən “saxla” işarəsi verilsə də avtomobilin sürücüsü “saxla” işarəsinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Təqsirləndirilən şəxs içərisində olduğu “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətini davam etdirərək Biləsuvar rayonunun inzibati ərazisini tərk edib Ələt-Astara magistral yoluna daxil olduğu üçün tərəflərindən DİN-nin BDYPİ-nin YPX Alayının 10-cu tağımına verilmişdir. Bundan sonra “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan stasionar postun əməkdaşlarının köməkliyi ilə Salyan rayonu ərazisində yerləşən 728 saylı stasionar postda RPŞ-nin TB-nin polis nəfəri, polis baş seryantı Şahid4l Mehti oğlu tərəfindən “Samsung A32” markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla saxlanılmışdır. Əməliyyat qrupunun digər üzvləri ilə birlikdə həmin avtomobilə yaxınlaşaraq özlərini təqdim edib gəlişlərinin səbəbini izah etmişlər. Məlum olmuşdur ki, avtomobildə Təqsirləndirilən şəxs başqa sürücü Şahid1 adlı şəxs də var, saxlanıldıqdan dərhal sonra Təqsirləndirilən şəxs və Şahid1 hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxslərin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan elə saxlanıldığı yerdə onların üstünü yoxlamağa başlamışlar. İlkin olaraq üstünü yoxlama aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü verməyi təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmışdır. Yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd alışqan, bir ədəd “Sobranie” markalı siqaret, bir ədəd plastik bank kartı və bir ədəd 100 (yüz) manatlıq pul əskinası aşkar edilmişdir. Lakin həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs sonra Şahid1 üstünü yoxlamağa başlanılmışdır.Şahid1 paltarlarında, əşyalarında və ya pədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təhvil verməyini təklif etmişdir. Bu təklifdən sonra Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Şahid1 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən bir ədəd avtomobil açarı, iki ədəd 50 (əlli), bir ədəd 20 (iyirmi) manatlıq pul əsginasları və əynində olan şalvarının sol arxa cibindən bir ədəd ağ kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 3,40 (üç tam yüzdə qırx) qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Daha sonra Şahid1 idarə etdiyi “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlamışlar. Baxışdan əvvəl tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 avtomobildə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya predmet olması şoruşulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sol arxa ayaqaltı hissəsində və arxa oturacağın qoltuq hissəsində narkotik vasitə qurudulmuş marixuana olmasını demiş və yerini göstərmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülülər tərəfindən götürülmüşdür. Həmin bükülülərə açılıb baxılmışdır. Əvvəlcə kiçik bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 10,88 qram (on tam yüzdə səksən səkkiz) qram, ikinci bükülü isə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 450 qram (dörd yüz əlli) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlələr tərəfindən qablaşdırılaraq götürülmüş, əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən mobil telefonlar da götürülmüşdür. Tərəfindən keçirilmiş şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Biləsuvar rayon ərazisindən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxslərin yoxlanılması və avtomobilə baxış DİN-nin BDYPİ-nin Salyan rayonu ərazisində yerləşən 728 saylı stasionar postunun yaxınlığında keçirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, Şahid1 və aşkar edilmiş narkotik vasitələri Biləsuvar RPŞ-nə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis X10 polis serjantı Şahid4l Mehdi oğlu, DYPB-nin YPX-nin inspektorları polis baş serjantları Şahid5, Şahid6 da Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Culfa rayonu, Teyvaz kəndində qeydiyyatda olsa da hazırda ünvan 5 ünvanında olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, bir azyaşlı qız övladı vardır, rəsmi olaraq heç bir yerdə işləməsə də, evakuator xidmətində işləyərək bu yolla ailəsinin dolanışığını təmin edir. Əvvəllər məhkum olunmamışdır. 15 dekabr 2024cü il tarixdə iki ilə yaxındır ki, tanıdığı Təqsirləndirilən şəxs ona zəng edərək onu Salyan rayonuna aparıb-apara bilməyəcəyini soruşmuşdur. Belə ki, onun “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O Elnurdan Salyan rayonuna nə üçün gedəcəklərini soruşmuşdur. Elnur ona Salyan rayonunda işinin olmasını, bu səbəbdən ona yol haqqı kimi 100 manat pul verəcəyini demişdir. O da dost olduqları üçün daha onu sorğu-sual etməmiş və razılaşmışdır. Bundan sonra onlar saat 20 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində görüşmüşlər və idarə etdiyi “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna yola düşmüşlər. Bir qədər sonra onlar Salyan rayonuna çatmışlar. Elnur yol kənarında avtomobildən düşərək həmin kimləsə telefon əlaqəsi saxlamış və avtomobilə geri qayıtmışdır. O, Elnurdan kiminlə danışdığını soruşduqda Elnur ona gözləməyini bildirmişdir. Bir neçə dəqiqə sonra Elnur ondan hərəkətə başlamağını və avtomobili Biləsuvar rayonuna sürməyini xahiş etmişdir. O, avtomobili idarə edərək Biləsuvar rayonuna çatmışdır. Bir qədər də irəlilədikdən sonra Elnur avtomobili yenidən saxlamağını xahiş etmişdir. O, avtomobili yol kənarında saxlamışdır. Elnur ona təbii ehtiyacını ödəmək üçün yerə düşdüyünü demişdir. O, avtomobildə Elnuru gözləmişdir. Təxminən 1 dəqiqə sonra Elnur avtomobilə geri qayıtmış və arxa oturacaqda əyləşmiş və ondan hərəkətinə davam etməyini istəmişdir. O, Elnurdan arxa oturacaqda nə üçün oturduğunu soruşduqda Elnur ona arxa oturacaqda uzanacağını demiş və Bakı şəhərinə geri qayıtmaqlarını istəmişdir. Bir qədər getdikdən sonra polis əməkdaşları idarə etdiyi avtomobilə saxla işarəsi vermişlər. O, avtomobilin sürətini azaldaraq saxlamaq istəyən zaman Elnur ondan avtomobili saxlamamağını və axtarışda olduğunu deyərək hərəkətini davam etdirməyini tələb etmişdir. Həmçinin ona “Biləsuvar rayonunun çıxışına yaxınıq, sür çıxaq magistrala Biləsuvar rayonunu tərk etdikdən sonra polis əməkdaşları bizi təqib etməyəcəklər” sözlərini demişdir. O da Elnurun sözünə inanaraq hərəkətini davam etdirmişdir. O, Ələt-Astara yoluna çıxaraq Bakı şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Onlar Salyan rayonu ərazisində hərəkətdə olan zaman “Salyan postu” adlanan yerdə postda olan polis əməkdaşları ona saxla işarəsi vermişlər. O, postu keçməyin onun üçün ağır məsuliyyətə səbəb olacağını düşünərək avtomobili saxlamışdır. Bundan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onlara yaxınlaşmışlar. Polis əməkdaşları Elnurun üstünü yoxlamışlar. Yoxlama zamanı Elnurun üzərindən bir ədəd alışqan, bir ədəd “Sobranie” markalı siqaret, bir ədəd plastik bank kartı və bir ədəd 100 (yüz) manatlıq pul əskinası aşkar edilmişdir. Lakin həmin əşyalar əhəmiyyət kəsb etmədiyindən Elnura qaytarılmışdır. Elnurdan sonra polis əməkdaşları onun üstünü yoxlamağa başlamışlar. Yoxlama zamanı üzərindən bir ədəd avtomobil açarı, iki ədəd 50 (əlli), bir ədəd 20 (iyirmi) manatlıq pul əsginasları və əynində olan şalvarının sol arxa cibindən bir ədəd ağ kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi aşkar edilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütləsi elektron tərəzidə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 3,40 (üç tam yüzdə qırx” qram olması müəyyən edilmiş və qablaşdırılmışdır. Daha sonra idarə etdiyi “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl polis əməldaşları Elnurdan və ondan soruşduqları üçün Elnur avtomobilin sol arxa ayaqaltı hissəsində və arxa oturacağın qoltuq hissəsində narkotik vasitə qurudulmuş marixuana olmasını demiş və yerini göstərmişdir. Bundan sonra polis əməkdaşı həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükülüləri götürmüşdür. Həmin bükülülər açılıb baxılmışdır. Əvvəlcə kiçik bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin bükülü ilə birlikdə 10,88 qram (on tam yüzdə səksən səkkiz) qram, ikinci bükülü isə çəkildikdə çəkisinin bükülü ilə birlikdə 450 qram (dörd yüz əlli) qram olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Elnur həmin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni Biləsuvar rayon ərazisindən əldə etdiyini və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra onları Biləsuvar RPŞ-nə gətirmişlər. Həmin narkotik vasitə qurudulmuş marixuananı 13 dekabr 2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Günəşli qəsəbəsində piyada gəzən zaman yerdən tapmışdır. Narkotik vasitə olmasını bilmirmiş. Tütün olmasını düşünərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O narkotik vasitə qurudulmuş marixuananı tapan zaman tək olmuş, yanında və ətrafında kənar kimsə olmamışdır. Tapdığı narkotik vasitə barədə heç kimə heç bir məlumat verməmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuanadan başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmişdir. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs Biləsuvar rayonuna narkotik vasitə əldə etmək məqsədilə gəlməyindən və avtomobilində narkotik vasitə gizlətməyindən məlumatı olmamışdır. Onlar saxlanılandan sonra Elnurun Biləsuvar rayonunda yol kənarında avtomobildən düşərək narkotik vasitə götürməyini bilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olması barədə heç bir söz deməmişdir. Polis əməkdaşları Biləsuvar rayonu ərazisində onlara saxla işarəsi verən zaman o avtomobilin sürətini azaldaraq saxlamaq istəsə də Elnur ona borca görə axtarışda olduğunu və “Biləsuvar rayonunun çıxışına yaxınıq, sür çıxaq magistrala Biləsuvar rayonunu tərk etdikdən sonra polis əməkdaşları onları təqib etməyəcəklər” sözlərini demişdir. O da Elnurun sözünə inanaraq hərəkətini davam etdirmişdir. Nə saxlanılan zaman, nə də ki, üzərinə yoxlama keçirilən zaman polis əməkdaşları tərəfindən hər hansı təzyiq və təsir olmamış, bütün hərəkətlər könüllü olaraq öz istəyi ilə və videoçəkiliş keçirilməklə həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Biləsuvar Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis kapitanı X5 16 dekabr 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid2 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93 mənzil 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, binəqədi rayonu mədən 1-də yaşayan, xx.xx.1974-cü təvəllüdlü Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması bildirilmişdir.Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törəcərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitə, psixotrop maddə, habelə onların perekursorlarının, cinayət izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməlıyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Biləsuvar RPŞ-nin TB-nin polis nəfəri, polis baş serjantı Şahid4l Mehti oğlunun, Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid5 və Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid6 Xəqani oğlunun iştirakı ilə ondan ötrü ki, xx.xx.1974-cü təvəllüdlü, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi ev 93, mənzil 1-də qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1-də yaşayan Təqsirləndirilən şəxs barəsində Biləsuvar RPŞ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarışnın tədbirlərinin keçirilməsi məqsədilə aşağıdakı tərkibdə əməliyyat qrupu yaradılmışdır. Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 2024-cü il dekabrın 16-da tərtib edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs içərisində olduğu **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobildən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Biləsuvar Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 23:10-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “Hyundai Sonata ” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən 90-cı kilomefrliyinin yaxınlığında əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxla işarəsi verilib saxlanıldı, lakin saxla işarəsinə məhəl qoymayaraq hərəkəti davam etdirdi. Daha sonra əməliyyat qurupunun üzvü tərəfindən mobil telefon vasitəsi ilə Yol patrul xidməti alayının 10-cu tağımına məlumat verildi və “Hyundai Sonata” markalı **-YM- *** dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan stasionar postun əməkdaşlarının köməyi ilə saxlanıldı.Daha sonra biz Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək Biləsuvar rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edib, onu və avtomobilin sürücüsü Şahid1 ,Təqsirləndirilən şəxs "Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil sol arxa oturacağın ayaqaltı hissəsindən təqdim etdiyi 1(bir) ədəd sellofan torbadan aşkar edilmiş 1 ədəd olmaqla,1 (bir) bükümdə 450 qram (dörd yüz əlli), 2(iki) bükümdə 10.88 qram (on tam yüzdə səksən səkkiz) olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə və Şahid1 təqdim etdiyi 1(bir) ədəd bükümda 3.40 qram (üç tam yüzdə qırx) olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər. Odur ki, yuxarıda göstərilənləri nəzərə alara raporta dair aiddiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Biləsuvar Rayon Polis Şöbəsinin TB-in baş təhqiqatçısı polis kapitanı Surac Əhmədovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 2024-cü il dekabrın 16-da tərtib edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs içərisində olduğu **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobildən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Biləsuvar RPŞ-in Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X11, Biləsuvar RPŞ-nin NMQ-in baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Biləsuvar RPŞ-nin NMQin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Fizuli oğlunun iştirakları ilə tərtib edilmiş protokoldan görünür ki, 16 dekabr 2024-cü il tarixdə Biləsuvar RPŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 16 dekabr 2024-cü il tarixdə, saat 23:10 dəqiqədə Ələt-Astra yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsinin 90-cı kilometrliyinin yaxınlığında içərisində ehtimal olunan **-YM-*** d.q.n-lı “Hyundai Sonata” markalı avtomobil ilə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən avtomobilin sürücüsü Şahid1 ğlu ilə birlikdə “saxlanılaraq üzərlərinə şəxsi-axtarış və avtomobilə isə baxış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən bir ədəd ağ rəngli ağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs üzərində isə hər hansı qadağan olunmuş, vasitə, maddə, predmet və ya əşya aşkar edilməmişdir. Lakin şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs avtomobildə ona aid narkotik vasitə marixuana olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı avtomobil bir ədəd qara rəngli sellofona bükülmüş və bir ədəd şəffaf sellofona bükülmüş, hər iki bükülünün içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar edilmiş, qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs və Şahid1 götürülməsi raportda qeyd olunaraq idiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə, 1 (bir) ədəd açıq mavi rəngli sellofananın içərisində olan iki ədəd bükülülərə və 1 (bir) ədəd DVD-yə tərəfindən baxış keçirilmişdir.Şahid1 aşkar edilmiş yazısı yazılmış bağlı zərfdə 01 ədəd üzəri yaşıl lentlə sarılmış ağ rəngli kağızın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş kütlə büküldüyü vasitə ilə birlikdə elektron təzəzidə çəkilmiş və çəkisi 3,86 qram olduğu müəyyən edilmişdir.Bundan əlavə **-YM-*** d.q.n-lı “Hyundai Sonata” markalı avtomobildən aşkar edilmiş 02 ədəd bükülüyə baxış keçirilən zaman, bir ədəd üzəri yaşıl rəngli yapışqan lentlə sarılmış şəffaf sellofona bükülmüş bükülünün içərisində spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kiçik həcmli kütlə aşkar olunmuş və həmin kütlə büküldüyü vasitə ilə birlikdə çəkilərək çəkisinin 12,18 qram, digər bir ədəd üzəri yaşıl rəngli yapışqan lentlə sarılmış şəffaf sellofona bükülmüş bükülünün içərisində spesifik iyə malik, yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər iri həcmli kütlə aşkar olundu və həmin kütlə büküldüyü vasitə ilə birlikdə çəkilərək çəkisinin 445 qram olması aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür.Daha sonra 1 (bir) ədəd DVD-yə HP markalı komputerdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlələrin aşkar olunması, Şahid1 ondan narkotik vasitə aşkar olunması və Təqsirləndirilən şəxs isə avtomobildən narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır.Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə Biləsuvar RPŞ-nin NMQ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Fizuli oğlunun oğlu tərəfindən video çəkiliş aparılmışdır.Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır.Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edilmiş, protoloka 1 (bir) ədəd DVD əlavə olunmuş, protokol tərtibi başladı: 02:20 dəqiqədə Protokol tərtibi 02:35 dəqiqədə bitmişdir. xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə saat 03:15 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 16 dekabr 2024-cü il tarixli 19/781 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -0,264 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bağlamadakı, 2 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkiləri: -10,638 qr: -423,266 sram, ümumi təmiz çəkisi: - 433 904 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) itkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə.....” və “Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı, ümumilikdə 3 bükülü marixuanalar orqanoleptik əlamətlərinə və biololi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı 1). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, -Marixuanın təmiz çəkisi– 0,264 qram, tədqiqata sərf olundu - 0.05 qram qalıq – 0,214 qram (1№-li ob) -Tütün hissəciklərinin təmiz çəkisi-0,247 qr, təhqiqata sərf olundu-0,03 qr, qalıq- 0,217 qr (2№-li ob) -Marixuanın ümumi təmiz çəkisi-433,904 qr, cəmi tədqiqata sərf olundu-0,2 qr ( hər ob.-0,1 qr.) qalıq 433,704 qr.(3-4№-li ob.) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 Bölməsi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 19/781 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş manat) manat təşkil edir. 16 dekabr 2024-cü il tarixli “tutulmuş şəxsin azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, X3 həmin cinayətə iştirakının olması barədə heç bir sübut əldə edilmədiyindən o, saxlanılmaqdan azad edilmişdir. Biləsuvar RPŞ-in Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 xx.xx.2024-cü il tarixli “cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi aidiyyəti üzrə Biləsuvar RPŞ-nin İstintaq Bölməsinə verilmişdir. Biləsuvar RPŞ-in Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 16 dekabr 2024-cü il tarixdə Biləsuvar RPŞ-nə xx.xx.1974-cü ildə Naxçıvan MR-nın Naxçıvan şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, rəsmi işsiz, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 16 dekabr 2024-cü il tarixdə, saat 23:10 dəqiqədə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsinin 90-cı kilometrliyinin yaxınlığında içərisində ehtimal olunan **-YM-*** d.q.n-lı “Hyundai Sonata” markalı avtomobil ilə hərəkətdə olan zaman əməliyyat qurupunun üzvləri tərəfindən avtomobilin sürücüsü Şahid1 ilə birlikdə saxlanılaraq üzərlərinə şəxsi-axtarış və avtomobilə isə baxış keçirilmiş, şəxsi axtarış zamanı Şahid1 üzərindən bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, Təqsirləndirilən şəxs üzərində isə hər hansı qadağan olunmuş, vasitə, maddə, predmet və ya əşya aşkar edilməmişdir.Lakin şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs avtomobildə ona aid narkotik vasitə marixuana olduğunu bildirmişdir. Avtomobilə baxış zamanı avtomobil bir ədəd qara rəngli sellofona bükülmüş və bir ədəd şəffaf sellofona bükülmüş, hər iki bükülünün içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olduğu açkar edilib, qablaşdırılaraq götürülmüş və Təqsirləndirilən şəxs və, Şahid1 götürülməsi raportda qeyd olunaraq aidiyyatı üzrə təqdim olunmuşdur.Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin bilavasitə törədilməsində şübhəli şəxs qismində tutulmuşdur.Şəxsi axtarış zamanı Şahid1 aşkar edilmiş büküm büküldüyü vasitə ilə birlikdə elektron tərəzidə çəkilmiş və ağ rəngli kağıza bükülmüş bükülünün çəkisi büküldüyü vasitə ilə birlikdə 3,86 qram, **-YM-*** d.q.n-lı “Hyundai Sonata” markalı avtomobildən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus üzəri yaşıl rəngli yapışqan lentlə sarılmış şəffaf sellofona bükülmüş bükülünün çəkisi büküldüyü vasitə ilə birlikdə 12,18 qram və üzəri yaşıl rəngli yapışqan lentlə sarılmış şəffaf sellofona bükülmüş bükülünün çəkisi büküldüyü vasitə ilə birlikdə 445 qram olması müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür.Təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının 16 dekabr 2024-cü il tarixli 197781 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "Şahid1 üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitəyə bənzər kütlə ..... " sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: “0,264 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qur udulmuş marixuanalardır.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan 2 ədəd bükülüdə qurudulmuş vəziyyətdə ayrı-ayrılıqda təmiz çəkiləri: - 10,638 qram, 423,266 qram: ümumi təmiz çəkisi: -433,904 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Fakta görə 16 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə başlanılmış ********* №-li cinayət işinin istintaqı davam etdirilməsindən ötrü rayon polis şöbəsinin İstintaq Bölməsinə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata götürürlmüş və istintaq davam etdirilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. xx.xx.2024-cü il tarixli “həbs qətimkan tədbiri seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” qərardan görünür ki,Biləsuvar rayon polis X6 müstəntiqi polis baş leytenantı Mahsun Kərimovun vəsatəti təmin edilməmişdir.Qərar Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi üçün Biləsuvar rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-də saxlanılmaqdan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Biləsuvar RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Biləsuvar RPŞ-in İstintaq bölməsinin müstəntiqi, baş leytenantı X8 tərtib etdiyi “Təqsirləndirilən şəxs götürülmüş mobil telefona baxış keçirilməsi haqqında” 17 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd mobil telefon qara rəngli olmaqla “Samsung” markalıdır. Telefona keçirilən baxış zamanı mobil telefonda ***-***-**-** saylı mobil nömrənin olması müəyyən edilmişdir.Telefonun “zənglər “və “mesajlar” proqramlarına baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumata rast gəlinməmiş,baxış keçirilməsi 17 dekabr 2024-cü il tarixdə saat – 18:50 dəqiqədə başladı, saat 19:10 dəqiqədə başa çatmışdlr. Cinayət işi üzrə xx.xx.2024-cü il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın əhməyətli olduğundan 433,704 qram kçəkidə qalığı və Şahid1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın 0,214 qram çəkidə qalığı cinayət işi üzrə maddi sübut hesab edilməli və məhkəmə baxışı kimi saxlanılmasından ötrü Biləsuvar rayon Polis şöbəsinin saxlancına təhvil verilmişdir. Biləsuvar RPŞ-in İstintaq bölməsinin müstəntiqi, baş leytenantı X8 23 dekabr 2024cü il tarixli “əməliyyat tapşırığından” görünür ki, 15 dekabr 2024-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində işmixanov Elnur Allahverdi oğlundan xeyli miqdarda, 433,904 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülməsi faktı və həmin fakt əsasında toplanmış materiallar olmuşdur.İstintaqla müəyyən edilmişdir ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 433,904 çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq saxlamış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 15 dekabr 2024-cü il tarixdə saat 23:10 radələrində “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndindən keçən hissəsində yerləşən 90-cı kilometrliyinin yaxınlığında əməliyyat qrupunun üzvləri tərəfindən avtomobilə saxla işarəsi verilmiş, lakin avtomobilin sürücüsü saxla işarəsinə məhəl qoymayaraq hərəkəti davam etdirmiş, bununla bağlı BDYPİ-nin Yol Patrul Xidməti Alayının 10-cu Tağımına məlumat verilmiş və qeyd olunan avtomobil Salyan rayon ərazisində yerləşən 728 saylı stasionar postun əməkdaşlarının köməyi ilə saxlanılmış, orada “Hyundai Sonata” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən ona məxsus xeyli miqdarda, təmiz çəkisi 433,904 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 94.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.İstintaq zərurəti ilə əlaqədar bir sıra xüsusatlar əməliyyat-axtarış tədbirləri eçirilməsi ilə tam aydınlaşdırılmalıdır.Təqsirləndirilən şəxs digər cinayətlərin törədilməsində iştirakının, o, cümlədən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasının, olduğu halda həmin şəxs və ya şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarş tədbirləri həyata keçirilmişdir. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3, 93.1.2-ci maddələri ilə təqsirli bilinərək 01 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022ci ildə cəza müddəti başa çatmışdır. 15 yanvar 2025-ci il tarixli “cinayət işinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki,240690197 nömrəli cinayət işi Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Salyan RPŞ-nə göndərilməsi üçün Biləsuvar rayon prokurorluğuna göndərilmişdir. 03 fevral 2025-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli, 07 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. 07 fevral 2025-ci il tarixli 12 saylı 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin ailə tərkibi haqqında arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 3 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 3 azyaşlı uşağı vardır və Sosial Xidmətlər Agentliyinin tabeliyində tərbiyə alırlar. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Bakı şəhəri, Suraxanı rayonu 43 nömrəli şəhər poliklinikasının 12 fevral 2025-ci il tarixli 18-1-68/2-75/2025 saylı arayışından görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(008)-381/2021 saylı hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 01 il 03 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(008)-292/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasından 01 ay 22 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Biləsuvar RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı Biləsuvar rayonu ərazisində şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı haradan, kimdən və hansı yolla əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2024-cü il dekabrın 17-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə itüham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobildə saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, cinayət işinin istintaq materiallarında olan Təqsirləndirilən şəxs içərisində olduğu **-YM-*** dövlət qeydiyyat nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobildən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz kisi 433104 qram kustar: üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana 20 dekabr 2024-cü il tarixdə cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilərək Biləsuvar RPŞ. qin saxlanc yerinə verilməsi, 13 fevral 2025-ci il tarixdə Salyan RPŞ-nə göndərilməsi və çəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayet işinin istintaq materialları ifə şanış olduqdan sonra saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Şahid1 qanunsuz olaraq narkotik vasitə istehlak etdiyi üçün Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis X1 bölməsinə göndərlmiş, Məhkəməbioloji ekspertizanın xx.xx.2024-cü il tarixli 19/781 №-li və məhkəmə narkolojli ekspertizasının xx.xx.2025-ci il tarixli 07 №-li rəyləri, ifadələr və protokollar, əməliyyataxtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsini əks etdirən DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuşdur.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan prokuroruna göndərilmişdir. Salyan Rayon Polis X6 müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 433,704 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və Şahid1 üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,214 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübutları saxlama otağına təhvil verilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 433,704 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil X9 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 433,704 qram narkotik maddə olan marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil X9 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar