Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-33/2024 29.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş X4, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarxli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nın 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 07 il, 06 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəs ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin 03 may 2023cü il tarixli qərarı ilə çəkilməmiş 22 gün cəzasından şərti olaraq vaxtında azad edilmiş, cəzasını 25 may 2023-cü ildə çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də pasport qeydiyyatında olan və hazırda Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə yaşayış sahəsinə qanunsuz olaraq daxil olub xeyli miqdarda özgə əmlakını gizli olaraq talama və qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətlərini törətmişdir. Belə ki, o, 2023-cü ilin oktyabr-noyabr ayları ərzində istintaqa dəqiq məlum olmayan tarix və vaxtda vahid niyyətlə əhatə olunan qəsdlə 2 dəfə Zərərçəkmiş şəxs faktiki olaraq yaşadığı Salyan şəhəri, X8 küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasındakı sonuncuya məxsus yaşayış sahəsinə qapının qıfılını açmaqla qanunsuz olaraq daxil olub birinci dəfə həmin yaşayış sahəsindəki otaqlardan birində döşəmədə olan paltarın cibindən 4000 manat pul və dəyəri 110 manat olan 375 əyarlı, 2 qram çəkidə 1 ədəd qızıl üzüyü, dəyəri 165 manat olan 375 əyarlı, 3 qram çəkidə 1 ədəd qızıl üzüyü, dəyəri 440 manat olan 375 əyarlı, 8 qram çəkidə 1 ədəd qızıl boyunbağını, dəyəri 550 manat olan 375 əyarlı, 10 qram çəkidə 1 ədəd qızıl boyunbağını, dəyəri 275 manat olan 375 əyarlı, 5 qram çəkidə 1 cüt qızıl sırğanı və dəyəri 220 manat olan 375 əyarlı, 4 qram çəkidə 1 cüt qızıl sırğanı, növbəti dəfə isə həmin yaşayış sahəsindəki otaqlardan birində stolun üzərində olan pul kisəsindən 1900 manat, qab-qacağın içərisində olan sellofan bükümdə ümumilikdə 100 manat təşkil edən dəmirdən olan qəpik pulları götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 7760 manat məbləğində maddi ziyan vurub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 0.305 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 noyabr 2023-cü il tarixdə saat 16:10-da Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasının yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 16:20-də ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, zərərçəkmiş Zəhra Abbasova onun qonşusudur.Onunla düşmənçiliyi və qohumluğu yoxdur.Keçən ilin oktyabr ayında vəziyyəti pis olduğundan Zəhranın evindən oğlurluq etmək fikrinə düşmüşdür. Zəhranın evinin qapısından asılmış birdəfəlik istifadə olunan kilidi açarla açaraq içəri girmişdir.Orada 700 manat və qəpiklər oğurlamışdır.Pulları xərcləmiş və 2-3 gün sonra eyni qaydada həmin evə girmiş və oradan döşəyin altından 600 manat pul götürmüşdür.Bir həftə keçəndən sonra yenə həmin yerə girib çantanının cibindən 700 manat, bir cüt sırğa, üzük, 2 ədəd başqa üzük, 1 ədəd zəncir götürmüşdür.Həmin əşyalar qızıl olmamışdır.Həmin əşyalar qızıl olmadığından tullamış, pulları isə xərcləmişdir.Bir az keçdikdən sonra əməliyyatçı onlara gəlmiş, evində axtarış aparmış, lakin heç nə təpmamışdır.10 gün keçəndən sonra yenə əməliyyatçı Cəmil onlara gəlib axtarış aparmış, lakin yenə heç nə təpmamışdır. Bir həftə keçəndən sonra qonşu Ceyhunun evində olan zaman çölə ayaq yoluna çıxanda polislər onun tutub polisə aparmışlar.Ondan oğurluq barədə sorşumuşlar, lakin oğurluq eləmədiyini bildirmişdir.Ona görə də onu buraxmışlar.10-15 gün keçəndən sonra qapı döyülmüş, polislər onu yenidən tutub polisə aparmışlar.Şöbədə oğurluğu etiraf etmişdir.Cibində heç nə olmamış,Şahid1 ona bir qədər narkotik maddə vermiş, o, həmin narkotikanı qəbul etmiş və özünə gəlmişdir. Daha sonra isə bir bükum verərək cibinə qoymuşdur.Onların deməsi ilə narkotikanı bələdiyyə parkında tapdığını deməsini ona tapşırmışlar.Etibar müəllim otağında ona bir təpik vurmuş, lakin şikayət eləməmişdir.Onun üzərinə 8000 manat oğurluq barədə ittiham qoymuşlar və özü də boynuna almışdır.Əməlindən peşiman olduğunu, şikaəst olduğunu qeyd edərək cəza çəkdiyi dövrdə işləyərək dəymiş ziyanı ödəycəyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında ziddiyət olduğundan onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı elan olunmuşdur.O, həmin ifadəsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, o, fərdi yaşayış evi olmadığı üçün hazırda Salyan şəhəri X8 küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasında yaşayır, yataqxanada ondan başqa xeyli sayda insanlar yaşayır, həmin insanların əksəriyyəti kimsəsiz insanlardır, orada narkotik vasitə istifadəçiləri də var, valideynlərinin hər ikisi vəfat edib, rəsmi olaraq heç bir yerdə işləmir, arabir fəhləçilik edib özünü dolandırır, lakin, yenə də maddi sıxıntılar yaşayır, əvvəllər evli olub sonradan ayrılmış, bir sözlə ailə həyatında kədərli anların sayı az deyil, əvvəllər bir neçə dəfə müxtəlif növ cinayətlərə görə müxtəlif məhkəmə hökmləri ilə təqsirli bilinib məhkum olunmuş, özü narkotik vasitə aludəçisidir, Zərərçəkmiş şəxs tanıyır, onun Zahra ilə heç bir düşmənçilik və ədavəti yoxdur, Zahra kimsəsiz bir qadındır, Zahra onun yaşadığı 104 saylı peşə litseyinin yataqxanasında yaşayır, 2023-cü ilin oktyabr ayının sonları imiş, maddi sıxıntıları olduğu üçün ona vacib pul lazım imiş, bu səbəbdən də o, pul tapmalı imiş, bunun üçün də yalnız oğurluq edib pul qazanmaq barədə düşünmüş, başqa bir əlacı yox imiş, oğurluq edəcəyi yeri, haradan oğurluq edəcəyi barədə düşünüb dəqiq qərar vermiş, yataqxanada yaşayan və onun tanıdığı kimsəsiz qadın Zərərçəkmiş şəxs yaşadığı yerdən oğurluq etmək barədə qərara gəlmiş, Zahranın kimsəsiz bir qadın olmasını bildiyi üçün hər hansı bir maneə ilə rastlaşmayacağını yəqin edirmiş, Zahranın yaşadığı otağa əvvəllər girib-çıxdığı üçün oraya yaxşı bələd imiş, Zahranın xeyli pulunun olmasını yəqin edirmiş, çünki, Zahra işlək və yığımcıl qadın imiş, 2023-cü ilin oktyabr ayının sonlarında, dəqiq xatırlamadığı gündə saat təxminən 15 radələrində Zahranın yataqxanada yaşadığı otağa getmiş, həmin otaqda qapının qıfılla bağlandığını görüb Zahranın evdə olmadığına əmin olmuş, bundan sonra qapının qıfılının qapıya bərkidildiyi mismarı dartıb yerindən çıxarmış, bunun üçün yerdə olan dəmir parçasından istifadə etmiş, daha sonra içəri daxil olmuş, otaqları axtarmağa başlamışdır. Axtarış zamanı otaqların birində yerdə paltarlar olmasını görüb həmin paltarları bir-bir götürüb ciblərinə baxmış, bu zaman paltarlardan birinin cibində xeyli pul və sellofan bükümdə qızıl-zinət əşyalarının olmasını görmüş, pulları orada sayarkən 4 min manat pul olmasını, həmçinin, 2 ədəd boyunbağı, 2 ədəd üzük və 2 cüt sırğa olmasını görmüş, qızıl-zinət əşyaları və pulları cibinə yığmış, dərhal otaqdan çıxmış və mismarı qıfılla birlikdə yerinə bərkidərək oradan uzaqlaşmış, bir dəfə oğurluq etməklə kifayətlənmək fikrində deyilmiş, Zahranın yaşadığı yerdə olan pulların bununla bitmədiyini bilirmiş, ilkin olaraq götürdükləri hələlik ona kifayət edirmiş, oğurladığı 4000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Üzük və sırğaların qızıl olmadığını və köhnəldiyini zənn edib onları həmin günü zibil qutusuna atmış, 2 ədəd qızıl boyunbağını isə oğurluq etdikdən təxminən 2-3 gün sonra Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən “rus bazarı” adlanan yerdə tanımadığı şəxsə 500 manat pul müqabilində satmış, təxminən 10 gün sonra yenidən həmin yerdən oğurluq etmək qərarına gəlmiş, doğrusu, başqa bir ünvandan oğurluq etməyi təhlükəli hesab edirmiş, fikri yalnız həmin evdən oğurluq etmək imiş, o, həmin evdən hissə-hissə oğurluq etmək fikrində imiş, 2023-cü ilin noyabr ayının əvvəllərində o, yenə də Zahranın yaşadığı otağa gedib həmin otağın qapısını əvvəlki üsulla açıb içəri daxil olmuş, artıq həmin yerə daha yaxşı bələd imiş, buna görə də asanlıqla və daha rahat formada oranı axtarmış, otaqların birində stolun üstündə olan pul kisəsini görüb açıb içərisinə baxmış, pul kisəsinin içərisində xeyli sayda pul var imiş və o, həmin pulları saymış, pul kisəsində 1900 manat pul var imiş, pulları götürüb cibinə yığmış, bundan başqa orada olan stolun üzərində qab qacağın içərisində sellofan bükümdə ümumilikdə 100 manat olan xeyli qəpik pullar da var imış, o, həmin pulları da götürmüş, pulları götürdükdən sonra oradan çıxmış, pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, uzun müddətdir ki “kakos” kimi tanıdığı narkotik vasitə heroin və digər narkotik vasitələr qəbul edir, 21 noyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yanından piyada keçən zaman yerdə 1 ədəd büküm olduğunu görmüş və həmin bükümü diqqətini cəlb etdiyi üçün onu götürərək içərisini açıb baxmış, bu zaman həmin bükümün içindəki kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu başa düşmüş, həmin narkotik vasitəni özü istifadə etmək üçün götürüb cibinə qoymuş, sonrakı müddətdə bir dəfə həmin narkotik vasitədən az miqdarda istifadə etmiş, qalan hissəsini də sonra istifadə etmək məqsədilə üzərində saxlamış, 22 noyabr 2023-cü il tarixdə saat 16 radələrində o, yaşadığı Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermiş, eyni zamanda, polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş, polis şöbəsində müstəntiq tərəfindən ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona yazılı bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərimdə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, o da həmin anda əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq cinayət xarakterli əşya, maddə və ya predmet aşkar edilməmiş, onun təqdim etdiyi 1 ədəd sellofan bükümə baxıldıqda, həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, ondan həmin kütlə barədə soruşulduqda həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmiş və həmin kütləni 21 noyabr 2023-cü il tarixdə Salyan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən yaşadığı 104 saylı peşə liseyinin yataqxanasının yaxınlığında yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərimdə saxlamışdır. Həmin kütlədən bir qədərini istifadə etmiş, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxlamış, həmçinin, həmin kütlədən heç kimə verməmiş, yaxud satmamış, onun həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə bənzər kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.48 qram olduğu müəyyən edilmiş, şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin olan 1 ədəd sellofan büküm müstəntiq tərəfindən 1 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri o, və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüş, bu barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra o, digər iştirakçılarla birlikdə protokolu imzalamışdır. Zərərçkəmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs göstərmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində o, işlərini görüb bitirdikdən sonra yaşadığı evinə qayıtmış və evində hər şeyin dağınıq olduğunu görmüş və müəyyən etmişdir ki, evindən ona məxsus 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 2 ədəd qızıl boyunbağı oğurlanmışdır. DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, həmin vaxtı qızıl-zinət əşyalarından başqa 4000 manat pulunun oğurlanmasını da aşkar etmişdir. Bu hadisədən təxminən bir neçə gün sonra noyabr ayında o, yenə də işdən yataqxanaya qayıdan zaman yatqaxanada olan yaşadığı otaqlardan birində stolun üzərində olan pul kisəsindən 1900 manat, stolun üzərində ola qab-qacağın içərisindən 100 manat qəpik pulların da oğurlanmasını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Ümumilikdə, onun 6 min manat pulu və 2 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa və 2 ədəd qızıl boyunbağısı ourlanmışdır. Təqsirləndirilən şəxsin ona vurduğu ziyan ödənilməmiş, ona görə də ondan şikayətçi olduğunu qeyd edərək ona 10 il müddətinə cəza verilməsini xahiş etdi. Şahid qismində dindirilmiş Salyan rayon Polis Şöbəsinin X3 baş əməliyyat müvəkkili Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 22 noyabr 2023-cü tarixdə Salyan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün Salyan rayon polis şöbəsinin rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, həmin gün şöbənin X3 əməliyyat müvəkkili Şahid2 və Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, saat 16:10 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasının yaxınlığında müşahidə edib, onu orada tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya, maddə və ya predmet varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, Təqsirləndirilən şəxs da həmin anda əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin sellofan bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmiş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs sellofan bükümdə olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olmasını bildirmiş, həmin kütləni 21 noyabr 2023-cü il tarixdə Salyan şəhəri, H.Z.Tağıyev küçəsi ərazisində yerləşən 104 saylı peşə litseyinin yataqxanasının yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə götürüb üzərində saxladığını bildirmişdir.Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş sellofan bükümdə olan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə oxşar kütlə müstəntiq tərəfindən bir ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalandıqdan sonra müstəntiq tərəfindən məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün götürülmüş, sonda şəxsi axtarış və götürmə istintaq hərəkəti barədə tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid2 və Salyan RPŞ-nin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə elan olunmuş 22 noyabr 2023-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. 07 dekabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, 2023-cü ilin oktyabr-noyabr ayları ərzində Zərərçəkmiş şəxs yaşadığı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 saylı peşə litseyinin yataqxanasındakı yaşayış sahəsindən ümumilikdə 6000 manat pul və 2 ədəd qızıl üzük, 2 ədəd qızıl boyunbağı və 2 cüt qızıl sırğanın oğurlanması faktı öz təsdiqini tapmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 23 noyabr 2023-cü il tarixli, 18/1071 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/123 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl-zinət əşyalarının 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1760.00 manat müəyyən olunur. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2023-cü il tarixli, 18-1-68/2- 3135/2023 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də qeydiyyatda olan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarxli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib CM-in 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 07 il, 06 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəs ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,Xəzər Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qərarı ilə çəkilməmiş 22 gün cəzasından şərti olaraq vaxtında azad edilmiş, cəzasını 25 may 2023cü ildə çəkib qurtarmışdır. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-in 69.3-cü maddəsinə əsasən 11 ay, 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 284 nömrəli arayışda göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də yaşayır. Həmin nümayəndə tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli, 284 nömrəli xasiyyətnamədə göstərilir ki, xx.xx.1980-ci ildə Salyan şəhərində anadan olmuş və Salyan şəhəri, X.R.Ulutürk küçəsi ev 55-də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 0.255 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah oluna bilməz. Onun oxşar cinayətlərə görə əvvəllər məhkum olunması, əməlində cinayətlərin residivi olması, zərərçəkmişin qoca şəxs olması, ona vurduğu zərəri ödəməməsi, sonuncunun şikayətçi olması kimi halların olması bir daha onu göstərir ki, onu azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivinə yol verməsi və Azərbaycan Respublikası CM-in 61.1.7-ci maddəsinə əsasən cinayətin təqsirkar üçün aşkar surətdə qoca şəxsə qarşı törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü ildən hesablanmalıdır. Barəsində seçilmiş 24 noyabr 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.255 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddləri ilə təqsirli bilinib ona həmin maddələrlə üç il, 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,255 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 81,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-33/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-33/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver