Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-33/2025 15.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X19 Yaqub oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli - himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,153 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il fevralın 4-də saat 16:24 dəqiqədə Salyan şəhəri N.Nərimanov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki boz rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bir neçə ildir ki, narkotik vasitə heroin qəbul edir, narkotik aludəçisidir. İbtidai istintaq zamanı verdiyi ifadəsində özünü itirdiyi üçün narkotiki 02 fevral 2025-ci il tarixdə tapdığını göstərmişdir. Lakin, o, narkotik vasitə heroini 04 fevral 2025-ci il tarixdə Salyan şəhərində Kür çayının sahilində balıq tutduğu vaxt yerdən tapmış, narkotik selofan bükülüdə olmuşdur. Həmin narkotiki özü istifdaə etmək üçün götürmüş, gödəkçəsinin sol cibinə qoymuşdur. O, əvvəllər də narkotik qəbul etdiyindən heroini tanıyır, buna görə də tapdığı maddənin heroin olduğunu bilmişdir. O, əvvəllər heroini Bakıdan almışdır. O, narkotiki falqada yandıraraq qəbul edir. O, narkotik vasitə heroini tapanda ondan istifadə etməmişdir.Həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış, satmaq məqsədi və niyyəti olmamışdır. Fevralın 4-də Salyan şəhəri N.Nərimanov küçəsində polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları videoçəkiliş aparmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını soruşduqda bildirmişdir ki, üzərində narkotik vasitə heroin vardır və həmin narkotik vasitə bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin selofan bükümü elektron tərəzidə çəkmiş və bükümün çəkisi 0,21 qram təşkil etmişdir. Polis əməkdaşları onu Salyan rayon polis şöbəsinə gətirmişlər, Salyan RPŞ-də müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan edilmişdir. Salyan RPŞ-də ona qarşı heç bir təsir və təzyiq olmamış, onu heç kim döyməmişdir. Əməlindən peşmandır. Əmisi oğlu şəhiddir. Usta yanında işləyir, 2 gündən bir 20-30 manat pul qazanır. Himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir.Ona görə də ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il fevralın 4də daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 16:24-də Təqsirləndirilən şəxs Salyan şəhəri N.Nərimanov küçəsində Kür çayının yaxınlığında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Videoçəkiliş aparmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə heroin vardır və əynindəki boz rəngli gödəkçənin sol yan cibində saxladığı bir ədəd şəffaf selofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümə baxıldıqda şəffaf selofan bükümdə tünd qəhvəyi rəngdə tozvari kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində saxlamaqla daşıdığı həmin narkotik vasitə heroini Salyan şəhərində Kür çayının sahilində gəzişərkən yerdən tapmışdır, həmin vasitənin heroin olduğunu bilib özü qəbul etmək üçün üzərində saxlamış, ondan bir qədər qəbul etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin selofan büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisi 0,21 qram təşkil etmiş, həmin büküm kağız zərfə qoyulub möhürlənmiş, imzalandıqdan sonra götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayon polis şöbəsinə gətirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş, iştirakçılar protokolu imzalamış, “Samsung” markalı telefon vasitəsilə videoçəkiliş aparılmış, həmin videogörüntünü əks etdirən disk protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərinə baxış keçirilərək maddi sübutun götürülməsini əks etdirən videogörüntü və barəsində tərtib edilmiş müvafiq sənədlər videoçəkiliş aprılmaqla istintaqa təqdim edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid3 Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan RPŞ-nin əməkdaşı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə anoloji olmuşdur. İş materiallarında olan 05 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 16:24-də Salyan şəhəri ərazisindən keçən Kür çayının sahilində N.Nərimanov küçəsinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saat 16:45-də Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, baxış 16:24-də başlanmış, 16:31-də bitmişdir. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu xx.xx.2025-ci il tarixdə saat 16:24-də Salyan şəhəri ərazisindən keçən Kür çayının sahilində N.Nərimanov küçəsinin yaxınlığında saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 0.21 qram olması müəyyən olunmuş və 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən digər hər hansısa iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya predmet maddə aşkar edilməmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd disk əlavə olunmuşdur. Protokolun tərtibinə 16:50-də başlanmış, protokolun tərtibi 17:15-də bitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” haqqında qərardan görünür ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsi haqqında protokola, 01 ədəd CD diskə və içərisində maddi sübut olan möhürlənmiş zərfə baxış keçirilmiş və götürmə aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “sənədlərə və əşyalara baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, 04 fevral 2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 16:24 dəqiqədə Salyan şəhəri N.Nərimanov küçəsində saxlanılaraq üzərində olan bir ədəd sellofan bükümə keçirilmiş baxış zamanı həmin sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırılmış və Təqsirləndirilən şəxs maddi sübutla birlikdə rayon polis şöbəsinə gətirilərək istintaqa təqdim edilmişdir. Təqdim olunan 01 ədəd CD diskə kompüter vasitəsilə baxış keçirilmişdir. CD diskdə olan videogörüntüdən aydın olmuşdur ki, 2025-ci il fevralın 4-də saat 16:24 dəqiqədə Salyan RPŞ-nin əməkdaşları Təqsirləndirilən şəxs Salyan şəhəri N.Nərimanov küçəsində saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində narkotik vasitə və digər qadağan olunmuş əşya varsa təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən bir ədəd selofan büküm çıxardıb təqdim edərək bunun narkotik vasitə heroin olduğunu, 2 gün əvvəl Kür çayının sahilində yerdən tapdığını bildirmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirdikdə üzərindən heç bir əşya və pul aşkar edilməmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümdə olan kütləni elektron tərəzi vasitəsilə çəkdikdə çəkisinin 0,21 qram olduğu müəyyən olunmuş, heroinə bənzər kütlə polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılmış, üzəri şöbənin “Zərflər üçün Ne 113” saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. İstintaqa təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş və zərfə qablaşdırılmış maddi sübuta baxış keçirildikdə möhürlü kağızla möhürlənmiş tamlığı pozulmayan zərf bir tərəfindən açılaraq içərisinə baxıldıqda orada 1 ədəd selofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin selofan büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,20 qram olmuşdur və yenidən zərfə qablaşdırılıb “Zərflər üçün No 113” saylı möhürlü kağızla möhürlənmişdir və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqdim edilən səndələrə, CD diskə və maddi sübuta baxış və götürmə keçirilməsi zamanı Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən “Samsung” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokol imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Orxan Axundov tərəfindən tərtib edilmiş 04 fevral 2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/89 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,153 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 0,153 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,103 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/89 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X2 X15 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 65 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenatı Şahid1 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Salyan rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-104/1-4132/2025 nömrəli əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə bağlı tərəfindən keçirilmiş bir sıra əməliyyataxtarış tədbirləri və əldə olunmuş məlumatlar nəticəsində Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini tutulmamışdan 2 gün əvvəl Salyan şəhərində Kür çayının sahilində yerdən tapması və öz istifadəsi üçün üzərində saxlaması məlum olsa da, sonuncunun həmin narkotik vasitə olan heroindən hər hansı bir şəxsə satması və ya satmaq niyyətinin olması barədə əməliyyat marağı doğuran məlumat əldə edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 5-71-6/2-352/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri T.Davudzadə küçəsi 16 A-da yaşayır və ailə üzvləri - arvadı 1983-cü il təvəllüdlü X1, oğlu – 2007-ci il təvəllüdlü X3, oğlu – 2009-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə anadan olmuş, X8 xx.xx.2009-cu il tarixdə anadan olmuş, onların ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2025-ci il tarixli 5-71-6/2-352/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X18 arayışından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü ildən “Opioidlər qəbulu nəticəsində yaranan asılılıq” diaqnozu ilə qeydiyyatdadır, psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 10 mart 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona CM-nin 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,103 qram heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilmiş və saxlanılmasından ötrü Salyan RPŞ-nın maddi sübutları saxlama otağına təhvil verilmiş; məhkəmə-kimyəvi ekspertizasının 18/89 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 65 nömrəli rəyləri, ifadə və protokollar, şəxsin üzərinə baxış və götürməni, həmçinin maddi sübutun və sənədlərin istintaqa təqdim edilməsini əks etdirən 2 ədəd CD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,153 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il fevralın 4-də saat 16:24 dəqiqədə Salyan şəhəri N.Nərimanov küçəsində Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzərinin yoxlanılması və əynindəki boz rəngli gödəkçənin sol yan cibindən həmin narkotik vasitə heroin aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Tale Davudzadə küçəsi ev 16-A-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət ediməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,103 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri Tale Davudzadə küçəsi ev 16- A-da yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,103 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-33/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-33/2025
15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver