Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-34/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 İdarəsinin rayon (şəhər) məhkəmələrində X3 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə iş üzrə icraat aparılan şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “qanuni nümayəndəsinin nəzarəti altına vermə” təhlükəsizlik tədbiri seçilmiş Təqsirləndirilən şəxs haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2024-cü il 27 noyabr tarixdə saat 14 radələrində yaşadığı Salyan şəhəri, E.İmanov küçəsində olarkən onu görüb yaxınlaşan qonşusu Zərərçəkmiş şəxs həmin küçədə əkilmiş Salyan şəhər Yaşıllaşdırma MMC-nə məxsus 250 manat dəyərində bir ədəd zeytun ağacını nə üçün kəsməsinin səbəbini ondan soruşmasından əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən yumruq və sillə ilə bir neçə zərbə vurmuş, zərbələrdən yerə yıxıldıqdan sonra isə təpiklə onun qarın nahiyyəsinə də qəsdən zərbə vurmaqla Zərərçəkmiş şəxs sağ qaşüstü nahiyyəsinin yarası, hər iki göz orbitasının, qarının sağ nahiyyəsinin qançırları, burun sümüyünün yerini dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs iştirak etsə də, Təqsirləndirilən şəxs ifadəsini almaq mümkün olmadığından tərəflərin razılığı ilə məhkəmə istintaqında Təqsirləndirilən şəxs ibtidai istintaqda vermiş olduğu izahatı elan və tədqiq edilmişdir. Həmin ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri, E.İmanov küçəsi 48 nömrəli evdə tək yaşayır və Zərərçəkmiş şəxs əvvəldən qonşu kimi tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Zərərçəkmiş şəxs döyməsi onunla bağlı olmuşdur ki, yaşadığı evin qarşısında, küçədə əkilmiş ağacın budaqlarının elektrik xətlərinə toxunduğunu görüb həmin ağacı bir qədər budamış, ağacın budanmış hissələrini də sonradan zibil yığan maşın gəlib götürüb aparmşdır. 27 noyabr 2024-cü il tarixdə saat 14 radələrində yaşadığı küçədə olan zaman küçə ilə evlərinə gedən Zərərçəkmiş şəxs onu görüb ondan nə üçün küçədə əkilmiş ağacı kəsib budamasının səbəbini soruşanda ona ağacın budaqlarının elektrik xəttinə toxunduğu üçün onları kəsdiyini bildirmiş, cavabında Sevda ona kobud şəkildə "sən kimsən özbaşına ağac kəsirsən, sənə bu ixtiyarı kim verib?" deyə soruşduqda bu onun xoşuna gəlməmiş və əsəbiləşdiyindən yaxınlaşıb Sevdaya yumruq və sillə ilə bir neçə zərbə vurmuşdur. Vurduğu zərbələrdən Sevda yerə yıxılmış, həmin vaxt Sevdanı döyməsini görən qonşuluqda yaşayan Gündüz adlı şəxs gəlib onları ayırmışdır. Ondan sonra yaşadğı evə gəlmiş, daha orada başqa heç nə olmamışdır. Həmin gün Sevdanı yumruq və sillə ilə döyməsi təxnminən 2-3 dəqiqə kimi davam etmiş, onu döyən zaman da küçədə onlardan başqa heç kim olmamış, yalnız sonradan həyətindən küçəyə çıxan qonşuları Gündüz hadisəni görüb gəlib Sevdanı onun əlindən almışdır. Sevda həmin gün kobud şəkildə onun üstünə qışqırmasaydı onu vurmaq fikri olmamış, sonradan səhv iş tutduğunu başa düşmüş və buna görə də peşiman olmuşdur. Özü əsəbi xəstə olduğundan kobud sözlər ona çox pis təsir edir və onu özündən çıxarır. Xəstəliyi ilə bağlı da bir neçə dəfə X1 yatıb müalicə olunmuşdur. Məhkəmə istintaqında barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 26 "A"-da yaşayır və Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Rahil xəstəliyi səbəbindən evlənməmişdir. Valideynləri rəhmətə gedəndən sonra Rahil ata evində onun köməkliyi ilə tək yaşayır. 1987ci ildə Rahil beton zavodda işlərkən başından ağır zərbə almış və o vaxtdan da onun səhhətində müəyyən problemləri yaranmışdır. Yəni, ondan sonra Rahil əlaqəsiz danışmağa başlamış, bəzən danışdığı və etdiyi hərəkətlərin fərqinə varmamış, lakin heç vaxt o, aqressivlik göstərməmişdir. Onun qonşular, nə də digər Salyan şəhər sakinləri ilə heç bir konflikti, narazılığı olmamışdır. Bacı kimi Rahilin xəstə olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs da əvvəldən qonşuluqda yaşayan və psixi pozuntuları olan bir şəxs kimi tanımış, ona görə də imkan daxilində həmişə ondan uzaq olmağa çalışmışdır. 2024-cü il noyabr ayının 25-də yaşadıqları küçədə yol kənarında əkilmiş zeytun ağaclarından biri kəsildiyini görüb ağacın kimin tərəfindən kəsildiyi ilə maraqlandıqda həmin ağacı Rahilin kəsdiyini öyrənmişdir. Bundan iki gün sonra, yəni 2024-cü il 27 noyabr tarixdə saat 14 radələrində işlədiyi məktəbdən evə gələn zaman yaşadığı Salyan şəhəri, E.İmanov küçəsində Rahil Bədələvun tək dayandığını görüb əvvəlcə ona salam vermiş, sonra isə ondan nə üçün zeytun ağacını kəsməsinin səbəbini soruşanda Rahil ona acıqlı şəkildə kobud cavab verərək yaxşı etdiyini demiş və qəflətən, gözləmədiyi halda üstünə hücum çəkib onun sifət nahiyyəsinə sillə və yumruqla zərbələr vurmağa başlamışdır. Zərbələrdən yerə yıxılmış və həmin vaxt Rahil təpiklə onun qarnına da vurmağa başlamış və ondan sonra o, huşunu itirmişdir. Onu Rahilin əlindən qonşuluqda yaşayan Gündüz adlı şəxs almışdır. Hadisə zamanı Rahilin onu döyməsi nəticəsində baş nahiyyəsinin alın hissəsi, sağ gözünün ətrafı partlayıb şişmiş, həm də qarın nahiyyəsi əzilmişdir. Ona görə də baş vermiş bu hadisə barədə öz mobil telefonu ilə DİN-in 102 Xidmətinə zəng vurub məlumat verdikdən sonra Salyan rayon Mərkəzi xəstəxanasına gedib orada ambulator qaydada müalicə almışdır. Sonda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Dövlət ittihamçısı şifahi vəsatət verərək iş üzrə Şahid dindirilməsinə zərurət olmadığı üçün kifayətlənməsini təklif etmişdir. Təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və Müdafiəçi vəsatətin təmin edilməsinə etirazları olmadığını bildirmişlər. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin qanuni nümayəndəsini və müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir və onun təqsiri aşağıda göstərilən sübutlarla təsdiq edilir. Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 03 fevral 2025-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlanmış və icraatına qəbul edilmişdir. Cinayət işinin 12-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 06 dekabr 2024-cü il tarixli, 570 nömrəli rəyindən görünür ki, 1973-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ qaşüstü nahiyyəsinin yarası, hər iki göz orbitasının, qarının sağ nahiyyəsinin qançırları, burun sümüyünün yerini dəyişməyən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, xx.xx.2024-cü il tarixdə yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Cinayət işinin 14-cü vərəqində olan "Salyan Rayon Mərkəzi Xəstəxanası" X6 03 dekabr 2024-cü il tarixli, 18-1-68/2-2227/2024-cü il tarixli məktubundan görünür ki, Salyan şəhəri, E.İmanov küçəsi, ev 48-də yaşayan, xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1995-ci il tarixdən "Travmadan sonra əmələ gələn psixoz" diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin 17-19-cu vərəqlərində olan “baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadıqları Salyan şəhəri, E.İmanov küçəsindəki bir ədəd zeytun ağacını kəsməsi və bu səbəbdən aralarında yaranmış mübahisə zamanı məhz həmin küçədə döymüş və Təqsirləndirilən şəxs tərəfindən həmin küçənin kənarında əkilmiş zeytun ağaclarından biri də hadisədən əvvəl yarıyadək kəsilmişdir. Cinayət işinin 20-22-ci vərəqlərində olan Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 3616 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazır ki, psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işinin 44-45-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 10 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan yeni məzmunda ittiham ona elan edilmişdir. Cinayət işinin 55-56-cı vərəqlərində olan “qətimkan tədbiri seçilməsi haqqında” 10 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 73-74-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 6/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 Stasionar Məhkəmə-Psixiatrik Ekspertiza şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. Cinayət işinin 75-ci vərəqində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 77-ci vərəqində olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində 01 mart 2025-ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə onun barəsində ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin 81-84-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 “Stasionar Məhkəmə-Psixatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 28 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman "Paranoid şizofreniya" xəstəliyindən əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda "Paranoid şizofreniya" xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hal-hazırda onda qeyd olunan paranoid şizofreniya xəstəliyinə xarakter olan psixotik vəziyyətin davam etməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında deyildir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək, digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malik deyildir. Hal-hazırki psixi durumu onunla istintaq hərəkətklərinin aparılmasına imkan vermir. Bununla yanaşı qeyd edilməlidir ki, "anlaqlı" və "anlaqsız" terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə aid olduğundan təqsirləndirilən şəxsin hazırda anlaqlı olubolmaması sualına cavab vermək mümkün deyildir. Cinayət işinin 88-ci vərəqində olan Salyan şəhər "xxxx" MMC-nin 19 saylı, 19 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri, E.İmanov küçəsində asfalt yolunun kənarında əkilmiş 1 ədəd zeytun ağacının kəsilməsi nəticəsində Salyan şəhər "xxxx" MMC-nə 250 manat məbləğində zərər dəymişdir. Cinayət işinin 90-91-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 13/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Beləliklə, göstərilən sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan qəsdən sağlamlığa yüngül zərər vurma əməlini törətmiş, lakin bu hərəkətləri edərkən o, anlaqsız vəziyyətdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Cinayət Məcəlləsinin 21.2-ci maddəsində qeyd edilir ki, anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 93.1 və 93.1.1-ci maddələrinə əsasən həmin Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş halda psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə təyin edilir. Cinayət Məcəlləsinin 93.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 93.1-1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Cinayət Məcəlləsinin 94-cü maddəsinə görə psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1-1-ci maddəsində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Cinayət Məcəlləsinin 97.1-ci maddəsinə əsasən əgər psixi pozuntunun xarakteri müalicə şəraitinin, şəxsin saxlanmasının və onun üzərində müşahidənin yalnız psixiatriya stasionarlarında həyata keçirilməsini tələb edərsə, psixiatriya stasionarlarında məcburi müalicə olunma bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda təyin edilə bilər. Cinayət Məcəlləsinin 96-cı maddəsinə əsasən şəxsin stasionar psixiatriya müəssisələrində yerləşdirilməsinə zərurət olmadıqda həmin şəxsin məcburi ambulatoriya müşahidəsi altında olması və psixiatr tərəfindən müalicə edilməsi bu Məcəllənin 93.2-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda təyin edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 477.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxararkən məhkəmə ictimai təhlükəli əməlin törədilməsi, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsi, əməlin anlaqsız vəziyyətdə törədildiyini və həmin şəxsin məhkəmə baxışı zamanı həmin vəziyyətdə olmasını və şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olması ilə bağlı məsələləri həll etməlidir. Qeyd olunan Məcəllənin 477.3-cü maddəsinə görə şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli Qərarına görə məhkəmə iclasında cinayət qanunu ilə qadağan edilmiş əməlin məhz həmin şəxs tərəfindən törədilməsi, onda psixi pozuntunun olması ilə əlaqədar özünə və ətrafdakılara qarşı təhlükəliliyi və ya onlara qarşı digər əhəmiyyətli zərər vurmasının mümkünlüyünə dəlalət edən hallar, özünə və ətafdakılara qarşı zorakı hərəkətlər etməyə, digər ictimai təhlükəli əməl törətməyə meylliliyi (özgə əmlakını götürmək, yandırmaq, yaxud başqa üsulla zədələmək, məhv etmək və sair bu kimi hallar), məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə təsdiq edilən ruhi pozuntunun xarakteri, eləcə də belə şəxsin ictimai təhlükəli niyyətlərinin həyata keçirilməsi imkanları, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.2-ci maddəsinə əsasən sübut edilməsi zəruri olan başqa hallar qanunla müəyyən edilmiş qaydada yoxlanılmalıdır (11-ci bənd); tibbi xarakterli məcburi tədbirlərin növünü müəyyən edərkən məhkəmə qəbul etdiyi qərarı Cinayət Məcəlləsinin 96-98-ci maddələrinin göstərişlərini rəhbər tutmaqla barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi nəzərdə tutulmuş şəxsin psixi vəziyyəti barədə məhkəmə-psixiatrik ekspertizasının rəyini və iş üzrə toplanmış başqa sübutları müqayisəli şəkildə qiymətləndirməklə əsaslandırmalıdır (13-cü bənd); cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir (14-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanunu ilə qadağan edilmiş ictimai təhlükəli əməlləri törədərkən düçar olduğu psixi xəstəlik səbəbindən öz hərəkətlərini ölçüb-biçmək və ya ona rəhbərlik etmək, törətdiyi əməlin xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmadığından və bununla da Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən, habelə hazırda da həmin xəstəlikdən əziyyət çəkdiyindən o, cinayət məsuliyyətindən azad edilməli, məhkəməpsixiatrik ekspertizasının rəyi nəzərə alınaraq onun müalicə olunması, psixi vəziyyətinin yaxşılaşdırılması, habelə onun tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınması məqsədi ilə barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsində qeyd olunan ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbiri təyin edilməlidir. Qeyd olunanlarla yanaşı Təqsirləndirilən şəxs barəsində seçilmiş “qanuni nümayəndəsinin nəzarəti altına vermə” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, qərarın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə həvalə edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 95-ci maddələri, Azərbaycan Respublikası CPM-nin 348, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “qanuni nümayəndəsinin nəzarəti altına vermə” təhlükəsizlik tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Qərarın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsə həvalə edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN **********2 M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-34/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-34/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver