Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-35/2025 22.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X13 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli -himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 10-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il yanvarın 20-də saat 15:48 dəqiqədə Salyan şəhəri, X.R.Ulutürk küçəsində şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı üzərindən ağ rəngli kağız bükümün içərisindən xeyli miqdarda təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O əsəbi olduğu üçün arabir “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. 18 yanvar 2025-ci il tarixdə axşam radələrində mağazaya gedən vaxt, Salyan şəhəri 28 may küçəsində yaşadığı ünvanın yaxınlığında yerləşən “Zərifə” parkından keçərkən yerdən 01 ədəd kağız büküm tapmış, həmin bükümün içərisində baxmış, orada “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu görmüşdür. Həmin heroini özü istifadə etmək üçün götürmüş, lakin istifadə etməmiş, həmçinin həmin narkotikdən heç kimə verməmiş, satmamış, satış məqsədi olmamışdır. 20 yanvar 2025-ci il tarixdə saat 15-16 radələrində Salyan şəhəri X.R.Ulutürk küçəsində polis əməkdaşları ona yaxınlaşıb, qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib, onu saxlamışlar. O, üzərində olan içərisində heroin olan kağız bükümü polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümə baxıldıqda, içərisində narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmiş, həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisi 0.24 qram olmuş, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində protokol tərtib olunmuş, protokolu imzalamışdır. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində ona heç bir zorakılıq edilməmişdir. Səhv etmişdir. Əməlindən peşmandır. O, Bakı şəhəri Maştağa qəsəbəsində yerləşən xəstəxanada narkomaniyadan müalicə almış, müalicə müddəti 18 gün olmuşdur. Hazırda Salyan rayonunda yerləşən kərpic zavodunda fəhlə işləyir. Himayəsində 3 azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il yanvarın 20-də Salyan RPŞ-yə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə əmliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin tarixdə saat 15:48-də Təqsirləndirilən şəxs Salyan şəhəri X.R.Ulutürk küçəsində müşahidə edib yaxınlaşıb ona qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindəki şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükümü onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlənin olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə “kakos” kimi tanıdığı narkotik vasitədir və özünə məxsusdur. Həmin bükümü 2025-ci il yanvarın 18-də Salyan şəhəri 28 May küçəsində yaşadığı ünvanın yaxınlığında yerləşən “Zərifə” parkının içərisi ilə piyada hərəkət edən zaman yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin narkotikdən heç kimə verməmiş, satmamışdır. Həmin kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.24 qram olduğu müəyyən edilmiş, qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib olunaraq oxunduqdan sonra imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda məlumat yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməliyyat müvəkkili Şahid3 və Salyan RPŞ-nin PPXB-nın polis nəfəri Şahid4 Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan RPŞ-nin CABnin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə anoloji olmuşdur. İş materiallarında olan 21 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərk istintaqının aparılması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 15:48-də Salyan şəhəri X.R.Ulutürk küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrə olan “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa əynində olan boz rəngli şalvarının sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saat 16:15-də Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVDyə qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, baxış 15:48-də başlanmış, 15:57-də bitmişdir. Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 20 yanvar 2025-ci il tarixdə saat 15:48-də Salyan şəhəri X.R.Ulutürk küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən LD markalı siqaret və alışqan, boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrə olan “Honor” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa əynində olan boz rəngli şalvarının sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə tərəflərindən aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin 0.24 qram olması müəyyən olunmuş və həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış. Təqsirləndirilən şəxs üzərindən digər hər hansısa iş üzrə əhəmiyyət kəsb edən əlavə əşya predmet, maddə aşkar edilməmişdir. Baxış və götürmə günün işıqlı vaxtında keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd disk əlavə olunmuşdur. Protokolun tərtibinə 16:20-də başlanmış, protokolun tərtibi 16:45də bitmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” haqqında qərardan görünür ki, Salyan RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 təqdim etdiyi 01 ədəd CD diskə və möhürlənmiş kağız bükümə baxış keçirilmiş və götürmə aparılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün, 2025-ci il yanvarın 20-də saat 15:48 dəqiqədə Salyan RPŞ-nin əməkdaşları tərəfindən Salyan şəhəri X.R.Ulutürk küçəsində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərindən 01 ədəd ağ rəngli kağız bükümdən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüş və sonra da qablaşdırılaraq raportla aidiyyəti üzrə təqdim olunmuşdur. Təqdim olunan 1 ədəd CD diskə və 1 ədəd möhürlənmiş zərfə tərəfindən baxış keçirilmiş və həmin CD diskə baxış zamanı görüntülərdən aydın olur ki, 2025-ci ilin yanvarın 20-də saat 15:48 dəqiqdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Salyan şəhəri, X.R.Ulutürk küçəsində saxlayaraq ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş hər hansısa bir əşya vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən 01 ədəd “Honor” markalı mobil telefon, 01 ədəd “LD” markalı siqaret, 01 ədəd alışqan və ağ rəngli kağız bükümü polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, həmin kağız bükümdəki narkotik vasitə heroindir, onu 2025-ci il yanvarın 18-də axşam radələrində Salyan şəhəri 28 may küçəsində yaşadığı ünvanın yaxınlığında yerləşən “Zərifə” parkının içərisi ilə piyada hərəkət edərək evinə doğru gedən zaman yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kağız bükümə baxıldıqda onun içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə oxşar kütlə olduğu məlum olmuş və həmin büküm elektron tərəzi vasitəsilə çəkildikdə onun çəkisinin 0.24 qram olması müəyyən olunmuşdur. Daha sonra aşkar edilmiş həmin narkotik vasitə heroinə oxşar kütlə polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılmış, üzəri şöbənin “Zərflər üçün No 113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edən digər heç bir qadağan olunmuş predmet, əşya aşkar olunmamışdır. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş heroinə oxşar kütlənin 0.24 qram olması müəyyən olunmuşdur. Həmin kütləyə baxış keçirildikdən sonra 01 ədəd kütlə 01 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış və götürmə zamanı Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən “Samsung” markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. Tərtib edilmiş protokol imzalarla təsdiq olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılov tərəfindən tərtib edilmiş 20 yanvar 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:25-də Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,157 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, heroinin təmiz çəkisi - 0,157 qram tədqiqata sərf edildi-0,05 qram, qalıq – 0,107 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/57 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X14 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 127 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən tutulmadan azad olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞnin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenatı Alxan Mehdiyevin əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Əməliyyat tapşırığının icrası ilə bağlı keçirilmiş bir sıra əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik vasitə olan heroini nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X8 və X11 (əkiz uşaqlar) xx.xx.2015-ci il tarixdə, X12 isə xx.xx.2020-ci il tarixdə anadan olmuşlar, onların ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 fevral 2025-ci il tarixli, 5-71-6/2-348/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə Salyan şəhəri 28 may küçəsində yaşayır, onun ailə tərkibi arvadı -1996-cı il təvəllüdlü X5, qızları -2015-ci il təvəllüdlü X3, 2015-ci il təvəllüdlü X6, 2020-ci il təvəllüdlü X7 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi 14 fevral 2025-ci il tarixli, 5-71-6/2-348/2025 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan RMX-nin 06 fevral 2025-ci il tarixli 18-1-68/2-239/2025 saylı arayışından görünür ki, Salyan şəhəri X.R.Ulutürk küçəsi ev 10-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 2021-ci il tarixdən “Opioidlərin amflaminlərlə birgə qəbulu nəticəsində asılılıq” diaqnozu ilə narkoloji qeydiyyatındadır, psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş 07 mart 2025-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan rayon məhkəməsindən daxil olmuş “Azərfon”-nun xx.xx.2025-ci il tarixli, AZF/LGL-111/25 nömrəli məktubuna əlavə edilmiş üzərində “nar” markalanma yazısı və “5(057)-10/2025” ifadəsi yazılmış qırmızı fonlu “CD” diskə Salyan RPŞ-nin İB-də baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı mobil nömrəyə daxil olan və həmin mobil nömrədən çıxan zənglərin çıxarışlarına, həmin nömrəyə daxil olan və həmin nömrədən göndərilən SMS mətnlərinə nəzər saldıqda onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 15 mart 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il yanvarın 22-də Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; ona CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; onun üzərində saxladığı kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış; onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; onun üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,107 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 3-16-16/2-18/57 nömrəli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 127 nömrəli rəyləri, ifadələr və protokollar, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokolu və “Təqdim olunan əşyaya baxış və götürmə” protokolunu əks etdirən DVD disk iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il yanvarın 20-də saat 15:48 dəqiqədə Salyan şəhəri, X.R.Ulutürk küçəsində şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı üzərindən ağ rəngli kağız bükümün içərisindən xeyli miqdarda təmiz çəkisi 0,157 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4-cü maddələrinə əsasən cinayəti törətmiş şəxslərin himayəsində azyaşlı uşaqların olması cəzanı yüngülləşdirən haldır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun himayəsində üç azyaşlı uşaqlarının olmasını işdə cəzanı yüngülləşdirən hal qismində nəzərə alır, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1də yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları var, halhazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Həmçinin, qanuni qüvvəyə minmiş hökmün surəti Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə məqsədi ilə məcburi müalicənin icrasına nəzarət edilməsi və ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə hökmün tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi üçün probasiya nəzarətini həyata keçirən icra məmuruna göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,107 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1-də yerləşən evi axşam saat 23:00dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X10 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,107 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərcləri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-35/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-35/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver