Məhkəmə qərarları › İş №1(057)-36/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-36/2024

05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-36/2024 05.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X14 Yaqub oğlunun sədrliyi, X11 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli-himayəsində 2 azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qəsdən tamah niyyəti ilə, özgə əmlakını gizli olaraq ələ keçirmək məqsədilə binaya qanunsuz daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 12 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən əvvəllər Zamin Bank ASC-nin Salyan rayon filialının fəaliyyət göstərdiyi binanın ərazisində olan yardımçı tikiliyə qanunsuz olaraq daxil olub oradan dəyəri 1200 manat olan ağ rəngli, “İmmergas” markalı, FM26279 modelli 320 kvm-lik ölçüyə malik 1 ədəd kombini, dəyəri 40 manat olan göy rəngli, “Marquis” markalı, MKP60-1 modelli 1 ədəd su motorunu, dəyəri 20 manat olan “Uğursan” markalı 0.4 KVA-lıq 1 ədəd stabilizatoru, 13 noyabr 2023-cü il tarixdə saat 02 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə, yenidən Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən əvvəllər Zamin Bank ASC-nin Salyan rayon filialının fəaliyyət göstərdiyi binaya pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin binanın birinci mərtəbəsində açıq vəziyyətdə döşəmənin üzərindəki dəyəri 400 manat olan ağ rəngli “LG” markalı 45 kvm-lik 1 ədəd kondisioneri, binanın ikinci mərtəbəsində yerləşən otaqlardan birinin tavanından özü ilə əvvəlcədən götürdüyü burğac vasitəsilə açaraq hər biri “Jupiter” jd557 markalı olmaqla ümumilikdə cəmi dəyəri 24 manat olan 2 ədəd işıq plafonunu, binanın otaqlarının qapılarının üzərindən özü ilə əvvəlcədən götürdüyü burğac vasitəsilə açaraq hər biri kale markalı olmaqla ümumilikdə cəmi dəyəri 175 manat olan 7 ədəd qapı kilid və dəstəklərini, binanın birinci mərtəbəsində yerləşən otaqdan özü ilə əvvəlcədən götürdüyü kəlbətinlə 3 x 2.5 mm ölçüdə cəmi dəyəri 44 manat olan 44 metr uzunluğunda ağ rəngli kabelləri və kat 8 modelli cəmi dəyəri 33.6 manat olan 56 metr uzunluğunda göy rəngli kabelləri mənbədən kəsərək götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 1936.6 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, ittihamda göstərilən əşyaları gizli yolla oğurlamışdır. O, ünvan 1-də ailə üzvləri lə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Himayəsində 2 azyaşlı uşağı var, işləmədiyi üçün maddi sıxıntılar yaşayır. Zərərçəkmiş şəxs o, qiyabi olaraq tanımış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Vüsal onun yaşadığı küçənin qonşuluğundakı küçədə yaşayır. Maddi sıxıntılar yaşadığı üçün yaşadığı fərdi yaşayış evinin arxa tərəfində konkret olaraq Salyan şəhəri Ə.B.Hüseynzadə küçəsində əvvəllər Zamin Bankın yerli filialının fəaliyyət göstərən binadan oğurluq etmək fikrinə gəlmişdir. İlk dəfə 12 noyabr 2023-cü il tarixdə saat 02 radələrində evdə hər kəsin yatdığını görüb yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsini həmin binanın yerləşdiyi torpaq sahəsi ilə ayıran daşdan inşa edilmiş hasarı aşıb keçməklə həmin əraziyə daxil olmuş, diqqətini həmin ərazidə yerləşən kiçik yardımçı tikili cəlb etmişdir. Həmin yardımçı tikilinin qapısının açıq olduğunu görüb ora yaxınlaşmış, içəridə kombi, su motoru və stabilizatorun olmasını görüb həmin qurğu və avadanlıqları götürüb daş hasardan öz həyətinə yığmışdır. Daha sonra oğurladığı hər 3 qurğu və avadanlığı yaşadığı evin həyətində yerləşən toyuqlar üçün olan yardımçı tikiliyə yığmış və evdə heç kəsin bundan xəbəri olmamışdır. Çünki, həmin vaxtı hər kəs yatmışdı. Sabahı günü, yəni, 13 noyabr 2023-cü il tarixdə saat 02 radələrində evdə hər kəs yatdıqdan sonra o, özü ilə 1 ədəd burğac və 1 ədəd kəlbətin götürüb daş hasardan keçməklə yenə də həmin əraziyə daxil olmuşdur. Oğurlayacağı əşyaları yığmaq üçün özü ilə 1 ədəd idman çantası da götürmüşdür. Əslində birinci dəfə həmin əraziyə daxil olarkən sadaladığı yalnız 3 əşyanı oğurlamaq fikrində olmamışdır. Belə ki, o, binaya girmək fikrində olmuşdur. Orada olan nərdivan vasitəsilə ikinci mərtəbənin pəncərəsini özü ilə götürdüyü burğac vasitəsilə açmış, pəncərədən içəri daxil olmuş, əvvəlcə binanın otaqlarının qapılarının üzərində olan təxminən 7 ədəd kilid və dəstəyi burğac vasitəsilə açıb götürmüş və özü ilə gətirdiyi əl çantasına yığmışdır. Daha sonra otaqların birinin tavanında olan 2 ədəd işıq plafonunu burğacla açıb götürmüş və çantaya yığmış, daha sonra ikinci mərtəbədə olan otaqlardan birində ağ və göy rəngli kabellərin olduğunu görüb kəlbətinlə həmin kabelləri kəsib çantaya yığmışdır. Əl çantasını kəsib götürdüyü göy rəngli kabelin bir hissəsini bağlayıb çantanı yerə endirmişdir. Binanın birinci mərtəbəsində olan 1 ədəd kondisionerin açıq vəziyyətdə yerdə olduğunu görüb kondisioneri özü ilə götürüb oğurladığı həmin əşyaları aparıb əvvəl həyətdə digər əşyaları saxladığı yardımçı tikiliyə yığmışdır. Həmin əşyaları hissə-hissə satmaq istəsədə, o, öz məqsədinə çata bilməmişdir. Belə ki, 15 noyabr 2023-cü il arixdə saat 18 radələrində o, mülki geyimdə olan polis əməkdaşları tərəfindən saxlanılaraq Salyan rayon polis şöbəsinə gətirilmişdir. O, həmin ərazinin banka məxsus olmasını zənn etmişdir, çünki əvvəllər orada bank fəaliyyət göstərmiş, o həmin ərazidə yerləşən yardımçı tikilidən 1 ədəd kombi, 1 ədəd su motoru və 1 ədəd stabilizator, binadan isə 1 ədəd kondisioner, 7 ədəd qapı kilid və dəstəyi, 2 ədəd işıq plafonu, ağ və göy rəngli müvafiq olaraq təxminən 50-60 metr uzunluğunda kabelləri oğurlamış, həyətə daş hasardan açıb keçməklə, binaya isə pəncərəni özü ilə götürdüyü burğac vasitəsilə açmaqla qanunsuz olaraq daxil olmuş, heç kəs onu görməmişdir. Cinayəti tək halda törətmiş, o, həmin əşyalardan 1 ədəd kombi, 1 ədəd su motoru və 1 ədəd stabilizatoru 12 noyabr 2023-cü il tarixdə Salyan şəhər sakini Şahid cəmin 350 manat pula satmışdır. Aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı əşyalardan başqa heç bir şey satmamışdır. Borclu olduğu üçün oğurluq etmiş, oğurluğu spirtli içkinin təsiri altında etmişdir. Anası qan xərçəngi xəstəliyindən əziyyət çəkir, ziyanı tam ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində 2 azyaşlı uşaqalrı var, ailədə yeganə qazanc gətirən şəxsdir, törətdiyi əməlindən peşmandır, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq təqiq edilmiş zərər çəkmiş şəxsin və Şahid ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-əmtəəşünslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhəri Ə.B.Hüseynzadə küçəsi 25də ailə üzvləri ilə birlikdə yaşayır, hazırda ticarətlə məşğuldur. 14 noyabr 2023-cü il tarixdə DİN-in 120 xidmətinə etdiyi şifahi müraciətlə və həmin tarixdə Şalyan RPŞ-yə yazdığı ərizə ilə bağlı bildirir ki, onun Salyan şəhəri X15 küçəsi 30 ünvanında yerləşən 0.016720 ha ölçüdə torpaq sahəsi var. Həmin torpaq sahəsinin içərisində 273.20 kvadratmetr ölçüdə tikili var, həmin torpaq sahəsini o, tikili ilə birlikdə 2021-ci ildə Salyan sakini Orxan adlı şəxsdən almışdır. Həmin ərazi yaşayış sahəsi kimi mövcud olsa da əvvəllər həmin binada yaşayış olmamış və həmin bina Zamin Bankın yerli filialının fəaliyyət göstərdiyi inzibati bina kimi mövcud olmuşdur. Lakin, sonradan həmin bankın filialı həmin binadan daşınmışdır. O, da həmin ərazini rəsmi olaraq almış və öz adına rəsmiləşdirmişdir. Arabir həmin binaya gedib baş çəkmiş və bu yolla oraya nəzarət etmişdir. Hazırda həmin binada yaşayış mövcud olmasa da və həmin bina heç bir formada fəaliyyət göstərməsə də orada müxtəlif texniki və elektrik avadanlıqları və s. mövcuddur. 14 noyabr 2023-cü il tarixdə saat 15 radələrində o, həmin əraziyə baş çəkmək üçün getmiş, qapını açıb içəri baxarkən içəridən xeyli sayda əşyaların yerində olmadığını və oğurlanmasını aşkar etmişdir. Daha sonra həyətə düşmüş, orada olan yardımçı kiçik tikilinin içərisində olan digər avadanlıqların da yerində olmadığını və oğurlanmasını aşkarlamışdır.Baxış keçirən zaman o, həmin əşyaların oğurlanmasını təxmin etmiş, həmin əşyaların bir qismi ümumiyyətlə yerindən kəsilərək və çıxarılaraq götürülmüşdür. Dərhal mobil telefon vasitəsilə qaynar xəttə zəng edib bu barədə məlumat vermiş,bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər.Hadisə yeri müayinə olunmuş və müayinə nəticələri barədə protokol tərtib edilmişdir. Qeyd etdiyi ərazidən və binadan oğurluq hadisəsi 2023-cü ilin noyabr ayının 10-dan 14-dək olan müddət ərzində baş vermişdir. O, 10 noyabr 2023-cü il tarixdə saat 13 radələrində həmin əraziyə və binaya baxmışdır. Lakin, həmin vaxtı bütün əşyalar yerində olmuş, binadan ağ rəngli “LG” markalı 45 kvm-lik dəyəri təxminən 700 manat olan 1 ədəd kondisioner, otaqların birinin tavanından hər biri “Jupiter” jd557 markalı, 1 ədədinin dəyəri təxminən 30 manat olan 2 ədəd işıq plafonu, binanın otaqlarının qapılarının üzərindən hər biri kale markalı olmaqla 1 ədədinin dəyəri təxminən 100 manat olan 2 ədəd və 1 ədədinin dəyəri təxminən 40 manat olan 5 ədəd qapı kilid və dəstəkləri, 3 x 2.5 mm ölçüdə 1 metrinin qiyməti təxminən 2 manat olan ağ rəngli təxminən 50 metr uzunluğunda kabel, kat 8 modelli 1 metrinin qiyməti təxminən 0.50 manat olan təxminən 60 metr uzunluğunda göy rəngli kabel, həyətyanı sahədə yerləşən yardımçı kiçik tikilinin içərisindən ağ rəngli “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçünü isidə bilən İtaliya Respublikası istehsalı və dəyəri təxminən 2500 manat olan 1 ədəd kombi, göy rəngli “Marquis” markalı MKP60-1 modelli dəyəri təxminən 120 manat olan 1 ədəd su motoru və “Uğursan” markalı 0.4 KVA-lıq dəyəri təxminən 80 manat olan 1 ədəd stabilizator oğurlanmış, oğurluq edən şəxs(şəxslər) həyətə yəqin ki, mühafizə sədlərini aşıb keçməklə, binaya isə pəncərəni açıb keçməklə daxil olunmuşlar. Oğurluq edən şəxs oraya hansı üsulla daxil olmasını özü daha dəqiq bildiyini demiş, oğurlanmış əşyaları görərsə ümumi görünüşünə və digər əlamətlərinə, yəni markası, modeli və s. görə onları tanıya bildiyini demiş, ümumilikdə, oğurluq nəticəsində ona təxminən 3990 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tam ödəmiş, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, ondan şikayətçi deyil, ona ağır cəza verilməsini tələb etmir, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, hazırda rəsmi olaraq heç bir yerdə işləmir, o, Təqsirləndirilən şəxs tanıyır, Hacağa ilə onun heç bir düşmənçilik və ədavəti olmayıb. 12 noyabr 2023-cü il tarixdə saat 15 radələrində Salyan şəhər mərkəzində yerləşən çayxanalardan birində olan zaman təsadüfən həmin çayxanada Hacıağa ilə rastlaşmış, Hacıağa onunla salamlaşıb hal-əhval tutmuş, söhbət zamanı Hacıağa ona yaşadığı evdə kombi, su motoru və stabilizator olmasını bildirərək həmin qurğu və avadanlıqları satmaq istədiyini ona demişdir. O, da həmin əşyalara baxdıqdan sonra ala biləcəyini Hacıağaya demişdir. Hacıağa ondan əşyalara harada baxmaq istəməsi barədə soruşduqda o da Hacıağaya həmin əşyalara yaşadığı evdə baxa biləcəyini demişdir. Hacıağa ona “yaxşı, sən get evə, mən də həmin əşyaları avtomobillə birlikdə sizin evə gətirirəm” demişdir. Bundan sonra o, çayxanadan çıxıb evə getmişdir. Onun həmin əşyaları almaqda əsas məqsədi yaşadığı evdə həmin əşyalara olan zəruri tələbat imiş, evdə kombi olmamış, o da qiymətin münasib olması üçün istismar edilmiş bir kombi almaq fikrində olmuşdur.Yeni kombi almaq üçün kifayət qədər pulu olmamış, yaranmış fürsətdən yararlanmaq fikrində olmuşdur.Təxminən 40 dəqiqə sonra Hacıağa Mercedes markalı avtomobillə onun yaşadığı ünvana gəlmiş, Hacıağanın gətirdiyi qurğu və avadanlıqlara diqqətlə baxıb həmin əşyaların istismar edilmiş əşyalar olmasını görmüşdür. Bundan sonra qiymət barədə soruşmuş, Hacıağa ona həmin əşyaları toplum halda 500 manata satacağını demişdir. O da cavabında Hacıağaya qiymətin bir qədər baha olmasını demiş və qiymət barədə 350 manata razılaşmışlar. Həmin əşyaları haradan əldə etməsi barədə sual etdikdə Hacıağa da ona həmin əşyaların evə aid olmasını və evdəkilərin bundan xəbərdar olmasını, həmin əşyaların istifadəsi üçün artıq evdə zərurət olmadığını bildirmişdir. Bundan sonra o, 350 manat pul müqabilində həmin əşyaları satın almış və pulu aldıqdan sonra Hacıağa gəldiyi avtomobillə çıxıb getmişdir. O, Təqsirləndirilən şəxs aldığı 1 ədəd kombi, 1 ədəd su motoru və 1 ədəd stabilizatorun cinayət yolu ilə əldə edilməsindən tamamilə xəbərsiz olmuşdur. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən, polis baş leytenantı Natiq Əzizovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 16:10-da Azərbaycan Respublikasının DİN-nin 102 xidmətindən daxil olmuş ********* nömrəli məlumatda ünvan 5-də yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsindən zəng edərək evindən 3300 manat dəyərində kombi və su mühərrikinin oğurlandığını bildirmişdir.Odur ki, 102 xidmətindən daxil olmuş məlumatın yoxlanılmasından ötru aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs Salyan RPŞ-nə yazdığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ünvan 6vanından naməlum şəxs tərəfindən 2023-cü ilin noyabr ayının 10-dan 14-dək olan müddət ərzində təxminən 5000 AZN dəyərində kombi, su matoru və digər elektrik məişət avadanlıqları oğurlanmışdır.Həmin materialları oğurlayan naməlum şəxsi tapıb barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Sahib Əzizov tərəfindən tərtib olunmuş 14 noyabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən binadan və həmin binanın yerləşdiyi ərazidə olan yardımçı tikilidən Zərərçəkmiş şəxs məxsus 1 ədəd “LG” markalı kondisioner, 2 ədəd işıq plafonu, kale markalı cəmi 7 ədəd qapı kilidi və dəstəyi, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda kabel, kat 8 modelli 56 metr uzunluğunda kabel, 1 ədəd “İmmergas” markalı, FM26279 modelli kombi, 1 ədəd “Marquis” markalı, MKP60-1 modelli su motoru və 1 ədəd “Uğursan” markalı, 0.4 KVA-lıq stabilizatorun oğurlanması barədə Zərərçəkmiş şəxs bildirmişdir. Bu barədə müvafiq protokol tərtib olunmuş, fotocədvəl iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Cəmil Cəfərovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus ünvan 6vanında 12-13 noyabr 2023-cü il tarixlərində kombi, su motoru və digər elektrik məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinən şəxsin xx.xx.1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 18:00-da Salyan şəhəri Q.Səmədov küçəsində yaşadığı evinin yaxınlığında saxlanılaraq saat 18:15-də RPŞ-nə gətirilmişdir. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20 dəqiqədə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutuulan cinayət törətməkdə şübhəli şəxs qisimində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi Sahib Əzizov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Salyan RPŞ-nin MSY-dən azad edilmiş, barəsində “polisin nəzərati altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nə ünvanlanmış Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, 12-13 noyabr 2023-cü il tarixlərdə ünvan 2 ünvanından oğurladığı kondisioner, işıq plafonları və digər elektrik-məişət avadanlıqları hazırda yaşadığı evin həyətində yerləşən yardımçı tikilidədir. Həmin əşyaları könüllü olaraq istintaqa təqdim etmək istəyir.Bu səbəbdən də yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin müstəntiqi polis kapitanı X12 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, ünvan 7 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı 1 ədəd “LG” markalı 45 kvm-lik kondisioner, hər biri “Jupiter” jd557 markalı olmaqla 2 ədəd işıq plafonu, hər biri kale markalı olmaqla 7 ədəd qapı kilid və dəstəkləri, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli kabellər və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabellər həmin ünvanda yerləşən yardımçı təsərrüfat tikilisindən aşkar edilərək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və toplanmış materiala əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nə ünvanlanmış Şahid xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə edərək 12 noyabr 2023cü il tarixdə ona satdığı 1 ədəd kombi, 1 ədəd su matoru və 1 ədəd stabilizator hazırda yaşadığı ünvandadır. O, həmin əşyaları könüllü olaraq istintaqa təqdim etmək istəyir.Bu səbəbdən də yaşadığı Salyan şəhəri Ə.Kürçaylı küçəsi ev 33-ə baxış keçirilməsinə heç bir etirazı yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 16 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan rayon PŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı Sahib Əzizov tərəfindən ünvan 8 ünvanında yerləşən Şahid yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində baxış keçirilmiş və 1 ədəd ağ rəngli “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçüyə malik kombi, 1 ədəd göy rəngli “Marquis” markalı MKP60-1 modelli su motoru və 1 ədəd “Uğursan” markalı 0.4 KVA-lıq stabilizator həmin ünvandan aşkar edilərək iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş və toplanmış materiala əlavə olunmuşdur. İş materialında olan 17 noyabr 2023-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli “LG” markalı 45 kvm-lik 1 ədəd kondisioner, “Jupiter” jd557 markalı 2 ədəd işıq plafonu, hər biri Kale markalı olmaqla ümumilikdə 7 ədəd qapı kilidi və dəstəkləri, 3x2,5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabellər və Şahid təqdim etdiyi ağ rəngli “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçüyə malik 1 ədəd kombi, göy rəngli ”Mariquis” markalı MKP60-1 modelli 1 ədəd su matoru, “Uğursan” markalı 0,4 KVAlıq 1 ədəd stabilizator işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötəri qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanından oğurlanmış ağ rəngli, “İmmergas” markalı FM26279 morelli 320 km-lik ölçüyə malik 1 ədəd kombini, göy rəngli “Marquis” markalı MKP60-1 modelli 1 ədəd si motorunu, “Uğursan” markalı 04 KVA-lıq 1 ədəd stabilizatoru, ağ rəngli “LG” markalı 45 kvm-lik 1 ədəd kondisioneri, hər biri “Jupiter” jd557 markalı olmaqla 2 ədəd işiq plafonu, hər biri kale markalı olmaqla ümumilikdə 7 ədəd qapı kilidi və dəstəklərini, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli kabelləri və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabelləri və həmin əşyaların hissələrini saz vəziyyətdə, heç bir problemi olmadan öz istəyi ilə, zərurət yarandığı üçün təhvil almışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9091 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən və fotoşəkilləri təqdim edilmiş malların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1936,60 manat müəyyən edilmişdir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/9091 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 yanvar 2024-cü il tarixli № 274 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də yaşayır, ailə tərkibi həyat yoldaşı 1996-cı il təvəllüdlü X2, oğlu 2018-ci il təvəllüdlü X5, oğlu 2023-cü il təvəllüdlü X1 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə anadan olmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2023cü ildə anadan olmuşdur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 18-1-68/2-2857/2023 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatına görə Təqsirləndirilən şəxs “Opiatların amfetaminlərlə qəbulu nəticəsində asılılıq sindromu” ilə narkoloji dispanserdə qeydiyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmiş, bununla bağlı onun heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan ibtidai istintaq orqanının 30 yanvar 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması; Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə cinayət təqibinin rədd edilməsi; Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi; iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 20 dekabr 2023-cü il tarixli, 9/9091 nömrəli rəyində göstərilən cinayətin predmetlərinin qiymətlərinin əsas götürülməsi; iş üzrə müvafiq olaraq baxış keçirilərək götürülmüş 1 ədəd “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçüyə malik kombi, 1 ədəd “Marquis” markalı MKP60-1 modelli su motoru, 1 ədəd “Uğursan” markalı 0.4 KVA-lıq stabilizator, 1 ədəd “LG” markalı 45 kvm-lik kondisioner, 2 ədəd “Yupiter” 14557 markalı işıq plafonu, hər biri Kale markalı olmaqla ümumilikdə 7 ədəd qapı kilidi və dəstəkləri, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli kabellər və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabellər cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb etdiyi və cinayətin əlamətlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınaraq saxlanılması üçün qəbzlə qanuni sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınması; cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin dindirmə protokolları,baxış və götürmə istintaq hərəkətlərinin protokolları, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi, cinayət işi üzrə götürülmüş maddi sübutlar, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar və cinayət işinin istintaq materiallarında olan digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 12 noyabr 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Salyan şəhəri X15 küçəsi 30 ünvanında yerləşən əvvəllər Zamin Bank ASC-nin ünvan 9nın ərazisində olan yardımçı tikiliyə qanunsuz olaraq daxil olub oradan dəyəri 1200 manat olan ağ rəngli, “İmmergas” markalı, FM26279 modelli 320 kvm-lik ölçüyə malik 1 ədəd kombini, dəyəri 40 manat olan göy rəngli, “Marquis” markalı, MKP60-1 modelli 1 ədəd su motorunu, dəvəri 20 manat olan “Uğursan” markalı, 0.4 KVA-lıq 1 ədəd stabilizatoru, 13 noyabr 2023-cü il arixdə saat 02 radələrində vahid niyyətlə əhatə olunan qəsdlə, yenidən Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən əvvəllər Zamin Barik ASC-nin Şalvan rayon filialının fəaliyyət göstərdiyi binaya pəncərədən keçmə üsulu ilə qanunsuz olaraq daxil olub həmin binanın birinci mərtəbəsində açıq vəziyyətdə döşəmənin üzərindəki dəyəri 400 manat olan ağ rəngli “LG” markalı 45 kvm-lik 1 ədəd kondisioneri, binanın ikinci mərtəbəsində yerləşən otaqlardan birinin tavanından özü ilə əvvəlcədən götürdüyü burğac vasitəsilə açaraq hər biri “Yupiter” 34557 markalı olmaqla ümumilikdə cəmi dəyəri 24 manat olan 2 ədəd işıq plafonunu, binanın otaqlarının qapılarının üzərindən özü ilə əvvəlcədən götürdüyü burğac vasitəsilə açaraq hər biri kale markalı olmaqla ümumilikdə cəmi dəyəri 175 manat olan 7 ədəd qapı kilid və dəstəklərini, binanın birinci mərtəbəsində yerləşən otaqdan özü ilə əvvəlcədən götürdüyü kəlbətinlə 3 x 2.5 mm ölçüdə cəmi dəyəri 44 manat olan 44 metr uzunluğunda ağ rəngli kabelləri və kat 8 modelli cəmi dəyəri 33.6 manat olan 56 metr uzunluğunda göy rəngli kabelləri mənbədən kəsərək götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 1936.6 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etməsinə bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam aradan qaldırmasını, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını, himayəsində 2 azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1də yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilirki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmuş, dəymiş zərəri tam aradan qaldırmaqla zərər çəkmiş şəxslə barışıq əldə etmiş, himayəsində 2 azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçüyə malik kombi, 1 ədəd “Marquis” markalı MKP60-1 modelli su motoru, 1 ədəd “Uğursan” markalı 0.4 KVA-liq stabilizator, 1 ədəd “LG” markalı 45 kvm-lik kondisioner, 2 ədəd “Jupiter” jd557 markalı işıq plafonu, hər biri Kale markalı olmaqla ümumilikdə 7 ədəd qapı kilid və dəstəkləri, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli kabellər və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabellərin saxlanılması üçün qanuni sahibi-Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1-də yerləşən evi axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, 1 ədəd “İmmergas” markalı FM26279 modelli 320 kvm-lik ölçüyə malik kombi, 1 ədəd “Marquis” markalı MKP60-1 modelli su motoru, 1 ədəd “Uğursan” markalı 0.4 KVA-liq stabilizator, 1 ədəd “LG” markalı 45 kvm-lik kondisioner, 2 ədəd “Jupiter” jd557 markalı işıq plafonu, hər biri Kale markalı olmaqla ümumilikdə 7 ədəd qapı kilid və dəstəkləri, 3 x 2.5 mm ölçüdə 44 metr uzunluğunda ağ rəngli kabellər və kat 8 modelli 56 metr uzunluğunda göy rəngli kabellərin saxlanılması üçün qanuni sahibi-Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar