Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-37/2024 12.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə 178.2.2, 178.2.3, 178.2.4, 62.1, 32.4, 312.2, 62.1, 66.3-cü maddələrilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında vaxtından əvvəl şərti azad olunmuş, işləməyən, Masallı rayonu Tatyanoba kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan bir nəfər şəxsin dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsinə səbəb olmuşdur. Belə ki, o, 09 yanvar 2023-cü il tarixdə saat 06 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «Kamaz 5320» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu Marışlı kəndi ərazisindən keçən 68,5-ci kilometrliyində sağ hərəkət zolağı ilə Astara rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan X2 idarə etdiyi «Kamaz 53208» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsi ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Kamaz 5320» markalı minik avtomobilinin sərnişini X3 daxilə qanaxma, sağ plevra boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda körpücük, döş sümüyünün və 1-2-3-4-5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sağ bilək sümüyünün qapalı sınığı, sağ budun açıq sınığı, sağ və sol baldır sümüklərinin açıq sınığı, döş qəfəsinin sağ yarısının və bel nahiyəsinin sıyrıqları, bədən səthinin sıyrıq və qançırları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, firmaya məxsus Kamaz markalı avtomaşınla 2023-cü ilin yanvar ayında idarə edib hərəkətdə olan zaman Ələt yolunda qarşıdan gedən Kamaz markalı avtomaşınla toqquşmuşdur.Sonradan eşitdiyinə görə yanında olan Rahid ölmüş, özü isə xəsarət almışdır.Əməlindən çox peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış zərər çəkmiş şəxsin hüquqi varisi X5 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, X6 onun həyat yoldaşı olmaqla xx.xx.1985-ci il tarixdə anadan olmuş, onunla 2015-ci ildə ailə qurmuşlar və üç övladları vardır. xx.xx.2023-cü il tarixdə Rahid dostu Arazla birlikdə evdən çıxıb Bakı şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə Masallı rayonuna qayıdarkən, həmin gün səhər saatlarında qohumları onlara gələrək Rahidin yol-nəqliyyat hadisəsi keçirib öldüyünü demişlər. Onu müayinə edib gətirdikdən sonra Masallı rayonu Tatyanoba kəndində dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, həyat yoldaşı Rahid dostu Arazla gələrkən Salyan rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, idarə etdiyi «Kamaz 53208» markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini və ona qoşulu olan «QKB8360» markalı, **-ZA-*** dövlət qeydiyyat nişanlı qoşqunu idarə edib 09 yanvar 2023-cü il tarixdə saat təxminən 06 radələrində Salyan rayonu ərazisində hərəkətdə olan zaman qəflətən arxadan başqa avtomobil onu vurmuşdur. Zərbədən qoşqu yolun hərəkət hissəsində aşmışdır. Hadisə zamanı onu vuran həmin avtomobilin sərnişini ölmüş, sürücüsü isə xəsarətlər almışdır. Toqquşma ilə bağlı təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs barəsində olan ekspertin xx.xx.2023-cü il tarixli 11 nömrəli rəyi ilə onun aldığı xəsarətlər- müştərək kəllə-beyin travması, Frontotemporal soltərəfli subdural hematoma. Parietooksipital subaraxnoidal qansızma. Soltərəfli hematoraks. Pnevmomediastenum. Sağ baldır sümüklərinin açıq yerdəyişmiş qəlpəli sınıqları. Sağ bazu sümüyünün jərrahi boynunun sınığı. Sol ayağın tarzeofalangeal bölgəsində dərin kəsilmiş infeksiyalaşmış yara. Termiki+kimyəvi yanıqlar 40% (10%-İİİ dərəcə, 30%-İİ dərəcə) (döş qəfəsi, bel nahiyəsi, gövdə, sol diz nahiyəsi, qarnın yuxarı şöbəsi, yuxarı ətraflar, yuxarı tənəffüs yolları, gözün sklerası?) yanıq şoku. Toksiki ensefalopatiya. Dərin sopor-koma-İ küt əşya (əşyalar) təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə idarə etdiyi yük avtomobilinin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə həyat üçün təhlükəli olan salamlığa Ağır zərərvurmaya aiddirlər. Sürücü Təqsirləndirilən şəxs ağır xəstə olduğu üçün onunla istintaq hərəkətlərinin aparılmasının mümkün olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertin xx.xx.2023-cü il tarixli 172/KEŞ nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı hazırda onda sağ baldır nahiyəsində «İlizarov» aparatının olduğu müəyyən edilmişdir. Bununla əlaqədar onun istintaq orqanına sərbəst gəlməsi məqsədəmüvafiq sayılmır. Məhkəmə tibb ekspertizasının 31 yanvar 2023-cü il tarixli 01 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 bədəni üzərində aşkar edilmiş xəsarətlər- Daxilə qanaxma, sağ plevra boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda körpücük, döş sümüyünün və İ,İİ,İİİ,İV,V,Vİ,Vİİ,Vİİİ qabırğaların qapalı yerdəyişən sınıqları, sağ bilək sümüyünün qapalı sınığı,sağ budun açıq sınığı, sağ və sol baldır sümüklərinin açıq sınığı, döş qəfəsinin sağ yarısının və bel nahiyəsinin sıyrıqları, bədən səthinin sıyrıq və qançırları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl bərk küt əşyaların təsiri nəticəsində sərnişin qismində olduğu yük avtomobilinin başqa yük avtomobili ilə toqquşması nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan hansı ki, onun ölümünə səbəb olmuş sağlamlığa Ağır zərər vurmaya aiddir. X3 ölümünə səbəb-travmatik-hemorragik şok, sağ ağ ciyərin zədələnməsi, daxilə qanaxma olmuşdur. X3 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-Tibbi Ekpertizası və Patoloji Anatomiya birliyinin Məhkəmə-kimya şöbəsinin xx.xx.2023-cü il tarixli 168/K saylı rəydən məlum olur ki, sürücü Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti və narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14 mart 2023-cü il tarixli, 8/614 nömrəli rəyindən məlum olur ki, «Kamaz 5320» markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin maddənin tələblərinə əsasına yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə 178.2.2, 178.2.3, 178.2.4, 62.1, 32.4, 312.2, 62.1, 66.3-cü maddələrilə 02 il məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında vaxtından əvvəl şərti azad olunmuşdur. Buna görədə Təqsirləndirilən şəxs məhkum olunmamış kimi qəbul olunmalıdır. BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16/2-6427/2023 №-li məktubla müəyyən edilmişdir ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AF seriyalı 125729 nömrəli «BJ» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 169 saylı rəyi ilə qeyd edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda «ÜZVİ EMOSİONAL LABİL POZUNTU» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F 06.6) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (Azərbaycan Respublikası "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Masallı filialında 10 yanvar 2023- cü il tarixdən 27 yanvar 2023-cü il tarixə qədər «Ağır kəllə-beyin travması. Baş-beyin kontuziyası. Avtoqəza. 40% termiki yanıq-sağ baldır sümüklərinin açıq yerini dəyişmiş sınıqları. Termiki yanıq şoku. Toksiki ensofalopatiya» diaqnozu ilə müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müalicədə olması, Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək «Üzvi emosional labil pozuntu» diaqnozu ilə stasionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində arabir fikirli olduğu müşahidə edilməsi, bəzən bir qədər narahat, hövsələsiz olması, gün ərzində vaxtının əksər qismini ya fikirli halda çarpayı üzərində uzanmaqla, ya da palatda gəzişərək keçirməsi, əhvali-ruhiyyəsinin bir qədər dəyişkən olması, ünsiyyətə meylli olması, bəzən ucadan danışaraq digər yoxlanılan şəxsləri narahat etməsi, ekspert komissiyasının yığıncağında aparılan müayinə gedişində mimikasında narazılıq ifadəsi müşahidə edilməsi, verilən suallara bir qədər yubanaraq, mahiyyətinə uyğun şəkildə və əsasən müxtəsər cavablandırması, suallara bəzən neqativ yanaşması, nitqinin yayınıq olması, təfəkkürü bir qədər ləng tempdə olmaqla müfəssəl xarakter daşıması, sorğu-sual gedişatında emosional cəhətdən dəyişkən olması, tez qıcıqlanıb əsəbiləşməsi, əhvali-ruhiyyə fonunun bir qədər aşağı olması, iradi funksiyalanda cüzi enmə müəyyən edilməsi, söhbət edərkən tez astenizə olması və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan psixi patologiya tezliklə qüvvəyə minəcək klassrfikatorda-psixi, davranış və yaxud neyroinkişaf pozuntularının beynəlxalq təsnifatının 11-ci baxışında «Başqa yerdə təsnif edilən pozuntularla və ya xəstəliklərlə əlaqəli ikincili psixi və davranış sindromları» rubrikasında qeyd edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs dünyagörüşü, əqli və intellektual imkanlarının normaya uyğun olması aşkar edilir. Diqqətində dayanıqsızlıq, təfəkkürünün az məhsuldar olması, mülahizələrində səthilik müəyyən edilir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. İnadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq, kinlilik kimi fəndi-psixi xüsusiyyətlərə malikdir. Ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatlan, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırın Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarındadır. «Anlaqlıq» və «anlaqsızlıq» terminləri yalnız cinayət hadisəsinin törədildiyi zamana aid olduğundan təqsirləndirilən şəxsin cinayət əməlini törətdikdən sonra və hal-hazırda anlaqlı olubolmaması barəsində qoyulmuş sual cavablandırılmır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli tədbirlərin məcburi müalicə tətbiqinə zərurət yoxdur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda avtomobil qəzası nəticəsində aldığı kəllə-beyin travmasından sonra aşkarlanan psixi pozuntunun kəskinləşməsi ehtimalının olması nəzərə alınaraq mütəmadi olaraq həkim-psixiatr və həkim-nevropatoloq nəzarətik- altında saxlanması tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional sferasında və şəxsi keyfiyyətlərində dəyişkən əhval-ruhiyyəlilik, emosional dayanıqsızhq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfliktə meyllilik, kinlilik, emosional reaksiyalara meyllilik, inadkarlıq və s. müəyyən edilir. Onda müəyyən edilən fərdi-psixi xüsusiyyətlər ilə baş vermiş hadisə arasında səbəblinəticə əlaqəsi müəyyən edilmədi. Qərarın təsviri hissəsində qeyd olunan hadisə baş verən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar təşviş, qorxu və.s kimi hallar əmələ gələ bilərdi. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxsin ictimai faydalı əməklə məşğul olması, iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmişin hüquqi varisi ilə barışıq əldə etməsi, sonuncunun şikayətçi olmaması, məhkumluğunun olmaması, özünün hadisə nəticəsində ağır zərərvuran xəsarətlər alması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddənin sanksiyası həddində, nəqliyyat vasitəsin idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 oktyabr 2004-cü il tarixli 02 saylı Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla,Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almışdır. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatlarnın dəyəri 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib, bir il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası üzrə cəzaçəkmənin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X4 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №1(057)-37/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-37/2024
12.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver