Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-37/2025 07.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X9 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının ərazisində-məhəllə B1 sahə 18-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Salyan Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində axtarış elan edilməklə “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2024-cü ilin fevral ayında Salyan rayonunda tanış olduğu Zərərçəkmiş şəxs1 xadimə işlədiyi Salyan rayonu, Qırxçıraq kənd məktəbindən yaşadığı kənd məktəbinə və ya ona yaxın digər kənd məktəblərindən birinə xadimə işinə dəyişilməsinə köməklik edəcəyi barədə yalan vəd verərək onu aldatmaqla bunun üçün sonuncunun 2024-cü il 29 mart tarixdə saat 15:29-da bacısı Şahid1 vasitəsi ilə Leobankın Salyan rayon filialından öz adına olan 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartına göndərdiyi 200 AZN, 2024-cü ilin aprel ayının 15-də saat 18:03:09-da Zərərçəkmiş şəxs1 özünün Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 200 AZN, 2024-cü ilin aprel ayının 24-də saat 16:22-də bacısı Şahid2 vasitəsi ilə sonuncunun adına rəsmiləşdirilmiş "xxxx"ASC-nə məxsus 4169 7388 2740 0361 nömrəli kart vasitəsi ilə göndərdiyi 400,00 AZN, 2024-cü ilin aprel ayının 26-da saat 18:24:15-də Salyan rayonu, Dayıkənd kəndində yerləşən "Əhmədoğulları" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 AZN, 2024-cü il 29 aprel tarixdə saat 17:00:38-də Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 300 AZN, 2024-cü ilin aprel ayının 30-da saat 14:56-da bacısı Şahid2 vasitəsi ilə sonuncunun adına rəsmiləşdirilmiş "xxxx"ASC-nə məxsus 4169 7388 2740 0361 nömrəli kart vasitəsi ilə göndərdiyi 200,00 AZN, 2024-cü il 01 may tarixdə saat 18:24:13-də Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 400,00 AZN pulu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2000 manat məbləğində ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu sonuncunun dayısı qızı olan Zərərçəkmiş şəxs2 onu Salyan şəhərində yerləşən uşaq baxçalarından birinə xadimə işinə düzəldəcəyi barədə yalan vəd verərək aldatmaqla bunun üçün Zərərçəkmiş şəxs2 2024-cü il 01 aprel tarixdə saat 12:33:25-də Salyan- Neftçala yolunun üzərində yerləşən, "Oba Market-Salyan 3" adlanan marketdə quraşdırılmış 1826 nömrəli terminal vasitəsi ilə onun adına olan 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartına göndərdiyi 800,00 AZN, 2024-cü il aprel ayının 3-də saat 14:56:30-da Bakı-Astara yolunun 126-cı km-də , Salyan şəhərində yerləşən "Ay Store" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 800,00 AZN, 2024-cü ilin may ayının 3-də saat 16:42:50də Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən "Oba" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə göndərdiyi 500,00 AZN, 2024-cü il may ayının 8-də saat 18:15-də X2 adına rəsmiləşdirilmiş Birbanka məxsus 416973*****1776 nömrəli kart vasitəsi ilə göndərdiyi 100,00 AZN, 2024-cü il 09 may tarixdə saat 17:34:24-də Şahid3 adına rəsmiləşdirilmiş "Azərbaycan Sənaye Bankına" məxsus **********305150 nömrəli bank kartı vasitəsi ilə Salyan rayonu ərazisindən göndərdiyi 150,00 AZN, 2024-cü il 11 may tarixdə saat 18:25:51 -də həmin bank kartı vasitəsi ilə göndərdiyi 100,00 AZN pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 2450 manat məbləğində ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə X8 ilə evlənib ailə həyatı qurmuş və onların həmin nikahlarından 2014-cü ildə İlknur və 2023-cü ildə isə Polad adlı övladları anadan olmuşdur. 2016-cı il Aprel döyüşlərinin və 44 günlük Vətən Müharibəsi iştirakçısı olmaqla 2020-ci ilin oktyabr ayında Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmış və sonradan Füzulinin, Qubadlının azad olunması ilə bağlı medallarla təltif olunmuşdur. 2021-ci il ərzində Bakı şəhərində ayrı-ayrı şəxsləri müxtəlif adlarla aldadıb onlardan pul aldığına görə barəəsində Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılmış, həmin cinayət işi üzrə 2022-ci ilin oktyabr ayında tutulmuş və ayağında olan yaralarla bağlı təxminən 2 aya yaxın müalicə müəssisəsində müalicə olunduqdan sonra 2023-cü ilin mart ayının 8-də barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə aparılsada məhkəmədə barəsində seçilmiş olan həbs qətimkan tədbirinin müddəti uzadılmamış və ona görə o, həbsdən azad edilmişdir. 2024-cü ilin əvvəllərində o, Bakı şəhərində Şahid4 ilə tanış olmuş, tanış olan zaman Ramal ona özünün Salyan rayonundan olduğunu, Bakı şəhərində mühafizə şirkətində işlədiyini bildirmiş, ondan sonra aralarında yaxın münasibət yarandığından tez-tez əlaqə saxlayıb görüşmüşlər. Təxminən 2024-cü ilin fevral ayının ortalarında bir dəfə Ramalın təklifi ilə onunla birlikdə Salyan rayonu, Qızılağac kəndinə, Ramalın valideynlərinin yaşadığı evə qonaq gəlmiş, evlərində onun atası ilə tanış olan zaman öyrənmişdir ki, Ramalın atası Qənbər kənd İcra Nümayəndəsidir və Qənbəri həm də el arasında Qorxmaz deyə çağırırlar. Onlarda olarkən söhbət zamanı "sağ olsun dövlətimiz, qazi olduğuma görə hara gedirəmsə orada da mənə hörmətlə yanaşırlar, sözümü eşidirlər" deyə bildirdikdə Qənbər də ona "sizin kimi oğullarla biz fəxr edirik, sizin hesabınıza Qarabağı da biz azad edə bildik" cavabını vermişdir. Söhbətin davamında Qənbər ona "bizim kənddə başsız bir qadın var, körpə uşaqları olduğundan çox çətinlik çəkir və tez-tez də nümayəndəliyə gəlib məndən vakant iş yeri barədə soruşur, bəlkə rayona gəlmişkən onun da işə düzəlmə məsələsinə bir köməklik edəsən" deyə xahiş etdikdə Qənbərə həmin məsələni həll edə biləcəyini, bunun üçün ona işə düzəlmək istəyən qadının adını yazıb verməsini və sonra Salyana gedib bu işlə maraqlanacağını demişdir. Ona görə də Qənbər bir kazış parçasına əvvəldən tanımadığı Zərərçəkmiş şəxs1 adını yazıb vermiş, ondan sonra Ramalla birlikdə Salyan şəhərində yerləşən Regional Təhsil İdarəsinə gəlmiş, orada qapıda dayanan polis nəfərinə qazi olduğunu bildirib direktorun qəbuluna gəldiyini bildirmiş, mühafizəçi də kiminləsə əlaqə saxlayandan sonra ona direktorun hazırda məşğul olduğunu, ona görə də onları müavinlərdən birinin qəbul edəcəyini demişdir. Ondan sonra onu içəri dəvət etmiş, bir az keçmiş özünü Rövşən müəllim kimi təqdim edən bir şəxs yaxınlaşıb qəbula nə üçün gəldiyinin səbəbi ilə maraqlanmış, o da həmin şəxsə özünün qazi olduğunu, xalası qızını rayon məktəblərindən birinə işə düzəltmək istədiyini demişdir. Rövşən adlı şəxs də ona artıq işə qəbul məsələsi ilə onların məşğul olmadığını, yalnız rayon məktəblərində olan vakant yerləri barədə rayon məşğulluq mərkəzinə məlumat verdiklərini demişdir. Ona görə Rövşəndən hazırda harada boş iş yeri olması barədə soruşanda həmin idarənin orada olan işçilərindən biri ona rayonun Qırxçıraq kənd orta məktəbində xadimə ştatının boş olduğunu demişdir. Ondan sonra oradan çıxıb Qənbərlə danışıb ona Dilarəni tez rayon məşğulluq mərkəzinə gətirməsini tapşırmış, özləri isə rayon məşğulluq mərkəzinin qarşısına gəlmişlər. Bir az keçmiş sonradan tanıdığı Dilarə adlı qadın Qənbərlə birlikdə ora gəlmiş, Dilarəni ilk dəfə həmin vaxt orada görmüş və Dilarə ilə onu Qənbər tanış etmişdir. Ondan sonra birlikdə Salyan rayon Məşğullluq Mərkəzinə daxil olub orada özünü qazi kimi və yalandan Dilarənin xalasıoğlu kimi təqdim edərək onlara rayonun Qırxçıraq kənd orta məktəbində xadimə ştatının boş olduğunu bildirib Dilarəni həmin işə düzəltmək istədiyini demiş, orada da onun bu dediklərinə inanıb göndəriş məktubu yazaraq onları həmin məktəbə göndərmişlər. Ona görə də özü, Ramal və Dilarə Qənbər kişinin idarə etdiyi KİA markalı avtomobillə Qırxçıraq kənd orta məktəbinə gəlmiş, orada məktəbin direktoru Qədir müəllimlə görüşüb özünü qazi kimi ona təqdim edərək Dilarəni göstərib onun xalası qızı olduğunu və məktəbdə vakant olan xadimə işinə düzəltmək istədiyini bildirmiş, o da onlara keçiriləcək iclasla bağlı indi Regional İdarəyə gedtməli olduğunu bildirib bu məsələni də orada bildirəcəyini, Regional İdarədən icazə verərlərsə Dilarəni işə götürə biləcəyini onlara demişdir. Ona görə də birlikdə Salyan rayonu, Qızılağac kəndinə qayıtmış və gecəni o, Ramalgilin evində qalmışdır. Səhəri günü yenə də Qənbər, Ramal və Dilarə birlikdə Qırxçıraq kənd məktəbinə getmiş, orada onları direktor qəbul edib Dilarəni müvəqqəti işçi kimi məktəbdə xadimə işinə götürəcəyini deyib Dilarədən ərizə alandan sonra həmin gün onun işə qəbul olunması barədə əmri verilmiş və sonra Dilarəni rayona yola salıb özləri isə Bakı şəhərinə getmişlər. Həmin vaxta kimi o, nə Dilarədən, nə də Qənbərdən bir manat da olsun pul almamış və nə də onların heç biri ilə Dilarənin işə düzəlməsi ilə bağlı pul söhbəti etməmiş, Dilarənin həmin vaxt Salyan rayonu, Qırxçıraq kənd məktəbinə müvəqqəti xadimə kimi işə düzəlmə məsələsini təmənnasız həll etmişdir. Dilarəni işə düzəldəndən sonra onun mobil nömrəsini götürmüş və özünə məxsus ***-***- **-** mobil nömrəsi ilə onunla tez-tez əlaqə saxlamış, işə düzələndən təxminən 2 ay sonra Dilarə ona Qırxçıraq kənd məktəbinə gedib gəlməyin onun üçün çətin olduğunu bildirib onu rayonun Bəydili kənd məktəbinə və ya rayon mərkəzindəki məktəblərdən birinə işə düzəltməsini ondan xahiş etmiş və o da həmin vaxt telefonda danışarkən Dilarəyə bu işi düzəltməyin 2000 manat xərci olduğunu, həmin pulu verərsə onu rayon mərkəzindəki məktəblərdən birində işə düzəldəcəyini ona demişdir. Dilarə də artıq ona inandığından onun bu təklifi ilə razılaşmış və ondan sonra Dilarəyə öz adına olan Azərbaycan Beynəlxalq Bankına məxsus 5522 0993 5791 1551 nömrəli bank kartının şəklini mobil telefon vasitəsi ilə göndərmiş, 2024-cü ilin mart ayından başlayaraq Dilarə ona göndərdiyi bank kartına müxtəlif vaxtlarda ümumilikdə cəmi 2000 manat pul göndərmişdir. Dilarənin ona pul göndərdiyi dövrdə o, bir dəfə Ramalla birlikdə yenə Salyan şəhərinə gəlmiş, Regional Təhsil İdarəsində və Məşğulluq mərkəzində olsa da orada Dilarə üçün yeni bir iş yeri tapa bilməmiş, Dilarəni arxayın salmaq üçün ona yalandan rayon Regional Təhsil İdarəsində və Məşğulluq mərkəzində yaxşı tanışlarının olduğunu, onların köməkliyi ilə onu işə düzəldəcəyini desə də əslində onun həmin təşkilatlarda heç bir tanışı olmamış və kiminləsə də Dilarəni pulla işə düzəltmək barədə heç bir söhbət etməmişdir. Həmin vaxtlarda Dilarə ondan öz dayısı qızı olan Mətanəti də işə düzəltməyi xahiş etmiş, o da onun bu xahişini nəzərə alaraq ona dayısı qızını Salyan şəhərindəki uşaq baxçalarından birinə işə düzəldəcəyi barədə yalandan söz vermişdir. Ondan sonra da Dilarə Mətanət adlı dayısı qızından aldığı pulları da onun bank kartına köçürmüş və o da həmin pulları Bakı şəhərində müxtəlif bankomatlardan çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Mətanət adlı qadının işə düzəlməsi ilə bağlı ayrı-ayrı vaxtlarda ona göndəərilmiş ümumilikdə təxminən 2500 manata yaxın pulu həqiqətəndə özü alıb xərcləmiş, buna görə sonradan səhv iş tutduğunu başa düşməklə tutduğu bu əməlləriindən də hazırda səmimi peşimandır. Söz verir ki, imkan daxilində Dilarə və Mətanətdən aldığı pulları onlara qaytaracaqdır və bu barədə tutulmamışdan əvvəl onların özlərinə də demişdir. Zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildə Salyan rayonu, Quyçu kəndində yaşayan X4 ilə evlənib ailə həyatı qurmuş və onların həmin nikahlarından 2 uşaqları olmuş, sonradan aralarında yaranmış narazılığa görə 2019-cu ildə onlar boşanmış və həmin vaxt aralarında olan şifahi razılaşmaya əsasən əri aliment verməmək müqabilində kənddəki ata evini ona və uşaqlarına verib özü isə Bakı şəhərinə köçərək hazırda orada yaşamaqla işləyir. Ərindən boşandıqdan sonra iki uşaqla birlikdə yaşamaqda maddi cəhətdən çətinlik çəkmiş, ona görə də özü üçün iş axtarıb soraqlaşmış, bu səbəbdən bütün tanışlarına, o cümlədən kənd Ərazi Nümayəndəsi vəzifəsində işləyən Qorxmaz Həsənova da bununla bağlı bir neçə dəfə müraciət etmiş, işlə bağlı müraciətindən bir müddət sonra, yəni təxminən 2024cü ilin fevral ayının ortalarında Qorxmaz Həsənov ona zəng vurub harada olması ilə maraqlananda ona kənddə, evində olduğunu bildirmiş, o da ona işə düzəlməklə bağlı təcili Salyan şəhərindəki Məşğulluq Mərkəzinə getməsinin vacib olduğunu bildirmiş, piyada olduğundan yola çıxıb maşın taparsa Salyan şəhərinə gedə biləcəyini ona deyəndə Qorxmaz Həsənov ona yola çıxmasını və maşınla özünün gəlib onu həmin yerə aparacağını demişdir. Ona görə də tez yaşadığı kəndin kənarından keçən yola çıxmış və az keçməmiş qonşu kənddə yaşayan Qorxmaz Həsənov öz maşını ilə gəlib onu da götürərərək Salyan şəhərindəki Məşğulluq Mərkəzinə aparmış, həmin Mərkəzin qarşısına gələndən sonra Qorxmazın oğlu Ramalın tanımadığı cavan bir oğlanla orada dayandığını görmüş, salamlaşandan sonra Qorxmaz onu əvvəldən tanımadığı oğlanla tanış edib bildirmişdir ki, "həmin şəxsin adı Caviddir, familiyası da Həşimovdur, Cavid Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, orada yaralanıb və qazidir, ona görə də Cavid hara gedirsə orada da ona bu səbəbdən hörmət edirlər, Cavid oğlumla yaxın olduğundan bizim evə qonaq gəlib və evimizdə söhbət zamanı ona hər yerdə hörmətlə yanaşılıb sözünü eşitdiklərini bildirəndən sonra sənin vəziyyətini bildiyim üçün ondan xahiş etmişəm ki, sənə bir iş tapmaqda köməklik etsin, o da sağ olsun, mənim sözümü yerə salmayıb və sənə mənim xahişimlə bir iş yeri tapıb, ona görə biz bura gəlmişik." Bunu eşidib çox sevinmiş, sonra hamısı bir yerdə Salyan şəhərində yerləşən Məşğulluq Mərkəzinin binasına daxil olmuş, orada Cavid adlı şəxs özünü həmin Mərkəzin işçilərinə onun xalası oğlu kimi təqdim edərək onlara Salyan Regional Təhsil İdarəsində olarkən ona rayonun Qırxçıraq kənd orta məktəbində xadimə ştatının boş olması barədə məlumat verildiyini və ona görə də işsiz olan xalası qızı kimi təqdim etdiyi onu həmin yerə işə düzəltək istədiyini bildirmiş, mərkəzin əməkdaşları Cavidin dediklərinə inanıb kompyuterə baxdıqdan sonra həqiqətən də həmin məktəbdə bir nəfər xadimə yerinin boş olduğunu, ancaq işə onların yox, məktəb direktorunun götürdüyünü, bunun üçün onların yalnız məktub verdiklərini bildirib sonra onlara bir məktub verib onları Salyan rayonu, Qırxçıraq kəndində yerləşən orta məktəbə göndərmişlər. Ondan sonra özü xahiş etdiyi birlikdə Salyan rayonu, Qırxçıraq kənd orta məktəbinə gəlmiş, orada Cavid yenə də özünü onun xalası oğlu kimi təqdim edib məktəbin direktoruna onu xadimə işinə götürməsini xahiş edib Məşğulluq Mərkəzindən verilmiş məktubu direktora təqdim etmiş, məktəbin direktoru Qədir müəllim də məktuba baxandan sonra onlara hazırda Regional Təhsil İdarəsinə iclasa tələsdiyini, təqdim etdikləri məktubu Təhsil İdarəsində göstərəcəyini və onlardan da razılıq alıb sabah onun işə qəbulu ilə bağlı əmri hazırlayıb imzalayacağını demiş, ona görə də onlar geri qayıtmış, səhəri günü həqiqətəndə məktəbin direktoru onu müvəqqəti olaraq işə götürəndən sonra məktəbdə xadimə kimi işə başlamışdır. Həmin işə düzələnə kimi o, işə qəbul olunması ilə bağlı heç kimə, o cümlədən Cavidə bir manat da olsun pul verməmiş, Cavidlə tanış olandan sonra biri- birlərinin mobil telefon nömrələrini götürdüklərindən hərdən bir Cavidə zəng vurub onunla telefonda danışmış, hər dəfə də danışanda Cavid ona "sənə nə vaxt nə lazım olsa mənə de, dərhal həll edərəm" deyə bildirmiş, təxminən 2 ay yarım orada işlədikdən sonra bir dəfə telefonda danışarkən Cavidə yol uzaq olduğundan hər gün işə getməkdə çətinlik çəkdiyini, yola çox xərcinin çıxdığını, imkan olarsa onu Salyan şəhərindəki məktəblərdən birinə və ya Bəydili kəndindəki məktəbə işə düzəltməsini ondan xahiş etmiş, Cavid də ona buna görə narahat olmamasını, yaxın vaxtlarda onu həmin məktəblərdən birinə işə düzəldəcəyini, ancaq bunun üçün ona 2000 manat pul verməli olacağını demiş, o da Cavidə hazırda əlində o qədər pulu olmadığını, ancaq hissə-hissə ona həmin pulu düzəldib verəcəyini bildirmişdir. Cavid onun dedikləri ilə razılaşmış və ona öz mobil telefon vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus 5522 0993 5791 1551 nömrəli öz bank kartının şəklini göndərmişdir. O da 2024-cü ilin mart-aprel ayları ərzində, müxtəlif günlərdə və məbləğlərdə, ümumilikdə cəmi 2000 manat pulu Cavidin ona göndərdiyi həmin pul kartına göndərmişdir. Pulların bir hissəsini o, rayon ərazisindəki müxtəlif marketlərdəki ödəmə terminalları vasitəsi ilə, bəzisini isə tanıdığı şəxslərdən xahiş etdiyi üçün onlara məxsus bank kartları vasitəsi ilə göndərmiş, Cavidin bank kartına pul göndərdiyi bank kartlarının kimlərə məxsus olması yadında qalmamış, ancaq həmin pulların hamısı Cavidin bank kartına Salyan rayonu ərazisindən göndərilimişdir. Bir dəfə kənddə olarkən Salyan şəhərində yaşayan bacısı Mərziyyədən xahiş etdiyi üçün bacısı Cavidin bank kartına LEO bankın Salyan filialından 200 manat pul göndərmiş, sonradan da o həmin pulu bacısına qaytarmışdır. İş yerini dəyişmək istəməsi ilə bağlı Cavidlə aralarındakı telefon danışığından sonra Cavid bir dəfə Qırxçıraq kənd orta məktəbinə gəlmiş, məktəb direktoru ilə görüşəndən sonra ona "sən indi işdən çıxmağınla bağlı ərizə yazıb verməlisən ki, mən sonra səni istədiyin məktəbə işə düzəldə bilim, sən hazırda işdən çıxmasan mən səni istədiyin başqa məktəbə işə düzəldə bilməyəcəm" deyə bildirdiyindən Cavidin dediyi kimi edib işdən öz xahişinə görə azad olunması barədə ərizə yazıb vermiş, lakin buna baxmayaraq Cavid ona 2000 manat pulu hissə-hissə göndərdiyi dövrdə, eləcədə ondan sonrakı müddətdə nə qədər söz versədə onu nə şəhər məktəblərindən birinə, nə də öz kənd məktəblərinə işə düzəltməmiş, ona görə də işsiz qalmışdır. Həmin vaxtlarda, yəni Cavid Salyan şəhərindəki məktəblərdən birində işə düzəldəcəyi barədə ona söz verdiyi dövrdə həm də onu aldadaraq guya dayısı qızı olan Zərərçəkmiş şəxs2 da Salyan şəhərindəki "stansiya" adlanan ərazidə yerləşən uşaq baxçasında dayə işinə düzəldəcəyini bildirib bunun üçün onlardan 2000 manat pul istəmiş, ona görə də dayısı qızının bu məqsədlə ayrı-ayrı vaxtlarda ona verdiyi 850 manat pulu o Cavidin bank kartına göndərmiş, Mətanətin özü isə Cavidin həmin kart nömrəsinə iki dəfəyə cəmi 1600 manat pul göndərmişdir. Ümumilikdə, Mətanətin işə düzəlməsi üçün Cavidin sözü ilə özü və Mətanət ayrı-ayrı vaxtlarda Cavidə məxsus bank kartına 2450 manat pul göndərmiş, həmin pulların hamısı da Mətanətə məxsus olmuşdur. Pullarını alan dövrdə və ondan sonrakı müddətdə Cavid hər dəfə onları aldadaraq telefonda işə düzələcəkləri ilə bağlı onlara yalan vədlər versədə sonradan onu ümumiyyətlə tapa bilməmiş, ona görə də əlacsız qaldığından məcbur olub şikayət etmək qərarına gəlmiş və bu məqsədlə də Cavidin onu aldadıb 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi barədə Salyan RPŞ-nə ərizə müraciət etmişdir. İş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirillmiş və həmin üzləşdirmə zamanı sonuncu həqiqətəndə Zərərçəkmiş şəxs1 aldadıb onu Salyan şəhərində yerləşən məktəblərdən birinə və ya rayonun Bəydili kəndində yerləşən məktəbə xadimə işinə düzəldəcəyi barədə yalan vəd verib bu məqsədlə 2024-cü ilin mart, aprel və may aylarının müxtəlif günlərində vahid niyyətlə onun 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bir daha etiraf edib təsdiq etmişdir. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birikdə Salyan şəhərində yaşayır və onun 2 oğlu vardır ki, onlardan da 2010-cu il təvəllüdlü oğlu Nicat uşaqlıqdan böyrək xəstəliyindən əziyyət çəkir. Ona daim müalicə lazım olduğundan ailənin bütün qazancı onun müalicəsinə sərf olunur. Özü işləmədiyindən maddi cəhətdən çox əziyyət çəkmiş, ona görə də həmişə özü üçün iş axtarmış, məqsədi ailə problemlərinin həllində ərinə kömək etmək olmuşdur. Zərərçəkmiş şəxs1 onun bibisi qızı olmaqla onunla münasibəti həmişə yaxşı olmuş, Təqsirləndirilən şəxs isə əvvəldən tanımamış və onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Təxminən 2024- cü ilin mart ayının ortalarında bibisi qızı olan Dilarə ona Cavid adlı bir şəxslə tanış olduğunu, həmin şəxsin pulla onu işə düzlətməyə söz verdiyini demiş, ona görə də o Dilarədən həmin vaxt hansı məbləğə və onu nə işinə düzəldəcəyi barədə Caviddən soruşmasını Dilarədən xahiş etmiş, o da ona Cavidlə bu barədə söhbət edib sonra nəticəsini ona bildirəcəyini demiş, bir neçə gündən sonra Dilarə ona Cavidlə onun işə düzəlmə məsələsini danışdığını, Cavidin ona 2000 manat pul verərsə onu Salyan şəhərində yerləşən 11 saylı uşaq baxçasına xadimə işinə düzəldə biləcəyini demiş, o da həmin vaxt Dilarəyə işə düzəlməklə bağlı 2000 manatı verməyə razı olduğunu, ancaq həmin pulu notariat qaydasında sənədləşdirməklə ona vermək istədiyini demiş, Dilarə də onun bu təklifi barədə Cavidə deyəndə Cavid pulu onlardan notariat qaydasında almağa razılaşmamışdır. Ondan sonra çarəsiz qaldığından Cavidin təklifi ilə onun Dilarəyə göndərdiyi öz adına olan bank kartına 01 aprel 2024-cü il tarixdə Salyan- Neftçala avtomobil yolunun üzərindəki, Salyan şəhər xəstəxanasının qarşısında yerləşən "Oba" marketdən 800 manat, 03 aprel 2024-cü il tarixdə Salyan şəhərindəki "Ay store" adlanan marketdəki ödəmə terminalından yenə də 800 manat pul göndərmiş, bundan sonra Cavid Dilarəyə onun işə düzəlməyi ilə bağlı istədiyi sənədləri hazırlamasını tapşırmış, o da həmin sənədləri toplayıb onları Dilarəyə vermiş, Dilarə də Cavidlə əlaqə saxlayandan sonra Cavid qalan 400 manat pulu da ona çatdırmasını tapşırmış, ona görə də Cavidin istədiyi 400 manat pulu, sonradan isə "şirinlik" adı ilə istədiyi 300 manat və sonra da 150 manat pulu 2024-cü ilin aprel ayının son günlərində və may ayının əvvəllərində, ayrı-ayrı vaxtlarda Cavidə çatdırması üçün Dilarəyə vermişdir. Həmin vaxtlarda Dilarədən xahiş etdiyi üçün Dilarə Cavidin mobil nömtrəsini ona vermiş, ondan sonra özü də Cavidlə bir neçə dəfə telefon əlaqəsi saxlamış və hər dəfə də Cavid ona yalan bəhanələr gətirməklə onu qısa müddət ərzində işə düzəldəcəyini bildirmişdir. Cavidlə telefon əlaqəsi saxlayanda Cavid onun Dilarəyə verdiyi pulların hamısının ona çatdığını, həmçinin bank kartına göndərdiyi 1600 manat pulu da götürdüyünü bildirimiş, ona yaxın günlərdə işə düzələcəyini, bundan narahat olmamasını desədə 2-3 ay keçəndən sonra Cavidin onu işə düzəltmədiyini görüb Dilarədən tələb etmişdir ki, Cavidlə əlaqə saxlasın və Cavid ya onun pulunu qaytarsın, ya da onu işə düzəltsin. Təxminən 2024-cü ilin iyun ayının əvvəllərində onun təkidli tələbindən sonra X12 çağırmış və Cavidlə Salyan rayon İcra Hakimiyyətinin binasının qarşısında görüşmüş, orada Caviddən nəyə görə onları aldatmasının səbəbini soruşanda Cavid yenə də yalan bəhanələr gətirib qısa müddət ərzində onları işə düzəldəcəyinə inandırmış, lakin yenə də onun işə düzəlmə məsələsi həll olunmamış, əlacsız vəziyyətdə qalan Dilarə məcbur qalıb Cavidin onu aldadıb pis vəziyyətdə qoyması ilə bağlı sonradan Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Cavid adlı şəxs onu işə düzəltmək adı ilə ondan bibisi qızı Dilarə vasitəsi ilə ümumilikdə cəmi 2450 manat pul almışdır ki, onun da 1600 manatını şəxsən özü Cavidin öz adına olan bank kartına göndərmiş, qalan 850 manatını isə hissə-hissə Cavidə çatdırması üçün Dilarəyə vermişdir. xx.xx.2025-ci il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Salyan rayon İHB-nın Qızılağac kəndi üzrə Ərazi Nümayəndəsi vəzifəsində işləyir və həmin nümyəndəliyin ərazisinə rayonun Qızılağac, Bəydili, Quyçu və Alçalı kəndləri daxildir. Zərərçəkmiş şəxs1 əvvəldən Quyçu kənd sakini kimi tanımış, onunla qohumluğu, ədavəti olmamışdır. Bir müddət əvvəl Dilarə nümayəndəliyə gəlib ərindən boşanandan sonra maddi cəhətdən çox böyük çətinlik çəkdiyini, ona görə uşaqlarını saxlamaqda problemlər yaşadığını, bu səbəbdən onun üçün bir iş yeri tapmaqda köməklik göstərməsini onlardan xahiş etmiş, o da Dilarəyə harada bir iş yeri boşalarsa onu həmin yerə işə düzəltməkdə köməklik edəcəyini demişdir. Ondan sonra Dilarə ayrı-ayrı vaxtlarda bir neçə dəfə qəbula gəlsədə ona hələlik boş iş yerinin olmadığını, bir qədər gözləməli olmasını bildirmişdir. Oğlu Ramal Bakıda yaşayıb işləmiş, təxminən 2024-cü ilin fevral ayında Ramal kənddəki evlərinə gəlmiş, həmin vaxt onunla birikdə bir cavan oğlan da onlara qonaq kimi gəlmiş, Ramal həmin oğlanı təqdim edərkən tanışı olan həmin şəxsin adının Cavid olmasını, Cavidin Qarabağ müharibəsi iştiarkçısı və qazisi olduğunu demiş, o da bu səbəbdən Cavidə daha böyük hörmətlə yanaşmışdır. Axşam evdə nahar edib söhbət edən zaman Cavid onlara müharibə iştirakçsı və qazisi kimi hara getsə ona hörmətlə yanaşıldığını, sözünün eşidildiyini, bir neçə şəxsi də öz nüfuzundan istfadə etməklə işə düzəltdiyini bildirmiş, bunu eşidib Cavidə qonşu kənddə işsiz bir qadının olduğunu, onun özünə iş tapa bilmədiyindən uşaqlarını da saxlamaqda çətinlik çəkdiyini, işə qəbul olunmaqla bağlı bir neçə dəfə ona müraciət etsədə onun üçün hələ ki, bir iş yeri tapa bilmədiyini, imkanı olarsa həmin qadının işə düzəlmə məsələsinə köməklik etməsini ondan xahiş etmiş, Cavid də həmin vaxt ona bu məsələyə görə narahat olmamasını, səhəri gün Salyana gedib bu məsələ ilə maraqlanacağını demiş, sonra Cavidin xahişi ilə Dilarənin adını, familiyasını bir kağız parçasına yazıb onu Cavidə vermiş, daha Cavidlə aralarında bu mövzuda başqa heç bir söhbət olmamışdır. Səhəri günü Cavid oğlu Ramalla birlikdə Salyan şəhərinə getmiş və bir neçə saatdan sonra zəng vurub Dilarəni tez Salyan şəhərindəki Məşğulluq Mərkəzinə gətirməyi ona tapşırmışlar. O da Dilarəyə zəng vurub ona yola çıxmasını tapşırandan sonra maşını ilə gəlib onu yoldan götürərək Salyan rayon Məşulluq Mərkəzinə gətirmiş, orada onları gözləyən Caviddən soruşanda Cavid ona Regional Təhsil İdarəsində olduğunu və orada olarkən qayonun Qırxçıraq kənd məktəbində xadimə ştatının vakant olduğunu öyrəndiyini, oradan onları Məşğullluq Mərkəzinə göndərdiklərini, ona görə də bu məqsədlə bura gəlib onları gözləndiklərini demişdir. Sonra birlikdə Məşğullluq mərkəzinə daxil olmuş və orada Cavid özünü həmin mərkəzin işçilərinə müharibə qazisi və Dilarənin xalasıoğlu kimi təqdim edib onlara rayonun Qırxçıraq kənd orta məktəbində xadimə ştatının boş olduğunu bildirib Dilarəni həmin işə düzəltmək istədiyini bildirmiş, onlar da göndəriş məktubu yazıb onları həmin məktəbə göndərmişlər. Ondan sonra o özü, oğlu Ramal, Cavid və Dilarə onun maşını ilə Salyan rayonu, Qırxçıraq kənd orta məktəbinə gəlmiş, orada məktəbin direktoru Qədir müəllimlə görüşmüş və Cavid ona özünü qazi kimi təqdim edərək Dilarəni göstərib onun xalası qızı olduğunu və məktəbdə vakant olan xadimə işinə düzəltmək istədiyini bildirmiş, Qədir müəllim də həmin vaxt onlara hazırda Regional İdarəyə iclasa tələsdiyini, bu məsələni orada bildirəcəyini, icazə verərlərsə Dilarəni işə götürə biləcəyini onlara demişdir. Ona görə də Salyan rayonu, Qızılağac kəndinə qayıtmış və həmin gün Cavid yenə də onlarda qalmış, səhəri günü dördü birlikdə Qırxçıraq kənd məktəbinə getmiş, orada direktor onları qəbul edib Dilarəni müvəqqəti işçi kimi məktəbdə xadimə işinə götürəcəyini və sonrasına da baxacağını demiş, daha sonra Dilarənin həmin məktəbdə xadimə işinə qəbul olunması barədə əmri veriləndən sonra Dilarəni rayona yola salıb özləri Bakı şəhərinə getmişlər. Dilarəni həmin vaxt Salyan rayonu, Qırxçıraq kənd orta məktəbinə işə düzəldən zaman Cavid ondan bir manat da olsun pul almamış və nə də aralarında belə bir mövzuda söhbət olmamış, Dilarənin çətin vəziyyətdə yaşamasını bildiyi üçün bir insan olaraq və Ərazi Nümayəndəsi kimi ona işə düzəlməkdə köməklik etmiş, bununla bağlı heç bir maddi və ya digər marağı da olmamışdır. X5 arasında olan söhbətləri o, bilməmiş və bu barədə onun heç bir məlumatı da olmamışdır İş üzrə şahid kimi dindirilmiş Şahid4 da Şahid6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşayır və Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır. Dilarə ərindən boşandıqdan sonra uşaqları ilə birlikdə keçmiş ərinə məxsus Salyan rayonu, Quyçu kəndində yerləşən keçmiş ərinə məxsus evdə yaşamış, boşanan zaman aralarında əldə olunmuş razılığa əsasən əri öz ata evini onlara verib özü Bakı şəhərinə köçdüyündən daha aliment verməmiş, Dilarə özü də heç bir yerdə işləmədiyindən onlar maddi cəhətdən çox böyük korluq çəkmişlər. Təqsirləndirilən şəxs o, əvvəldən tanımamış və onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Təxminən 2024-cü ilin mart ayının ortalarında bacısı Dilarə ona Cavid adlı bir şəxslə tanış olduğunu və Cavid adlı şəxsin onu pulsuz rayonun Qırxçıraq kənd orta məktəbində xadimə işinə düzəltdiyini, lakin həmin məktəbə gedib gəlməyin onun üçün çətin olduğunu, ona görə də oradan işdən çıxdığını və Cavidin də onu yaşadığı kəndə daha yaxın məktəblərdən birinə xadimə işinə düzəldəcəyinə söz verdiyini, lakin bunun üçün ondan 2000 manat pul istədiyini, həmin pulu da düzəldib ona verəcəyini demişdir. Sonradan bacısı Dilarənin xahişi ilə 29 mart tarixdə saat 15:29-da Leobankın Salyan rayon filialından Təqsirləndirilən şəxs adına olan 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus bank hesabına 200 AZN pul göndərmiş və bir müddət sonra Dilarə həmin pulu düzəldib ona qaytarmışdır. Lakin Cavid adlı şəxs bacısı Dilarədən 2000 AZN və onların qohumu olan Mətanət Şükürovdan 2450 manat alsada onları aldadaraq heç bir yerə işə düzəltməmiş və nə də onlardan bu məqsədlə aldığıl pulları da onlara qaytarmamışdır. İş üzrə şahid kimi dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 əvvəldən həmkəndli kimi tanımış və onunla münasibəti həmişə yaxşı olmaqla aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır, belə bir adlı adamla hər hansı bir münasibəti, qohumluğu, ədavəti də olmamışdır. Özü müvafiq sürücülük vəsiqəsi əsasında VAZ 21015 markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir və "Veysəloğlu" şirkətində işə düzələnə kimi həmin avtomaşınla taksi kimi fəaliyyət göstərməklə gündəlik çörək pulunu qazanmışdır. Dilarə ilə də münasibəti yaxşı olduğundan 2024-cü ilin əvvəllərindən başlayaraq onu sifariş verəndə istədiyi yerə taksi kimi aparmış, həmin ilin yaz aylarında Dilarəni o vaxt işlədiyi Salyan rayonu, Qırxçıraq kəndinə də aparmışdır. Qeyd edilən dövrdə iki dəfə ayrı-ayrı vaxtlarda Dilarənin xahişi ilə onun göndərdiyi bank kartına bir dəfə 150 manat və bir dəfə isə 100 manat pul göndərmiş, pul göndərdiyi kartın Təqsirləndirilən şəxs adlı şəxsə məxsus olduğu yadında qalmamışdır. Həmin pulları Dilarə ondan telefonla zəng edib borc kimi istəmiş, həmin vaxt ona üstündə pulu olmadığını, onun əvəzində həmin pulları bank kartına göndərməsini xahiş edib həmin pulları bir-iki günə ona qaytaracağını demişdir. O da Dilarənin dediyi kimi edib bir dəfə 150 və bir dəfə də 100 manat pulu Salyan rayonu ərazisindən Dilarənin şəklini telefonla ona göndərdiyi bank kartına göndərmişdir. Sonradan da Dilarə həmin pulları tam şəkildə ona qaytarmış və bununla bağlı onların arasında heç bir narazılıq olmamışdır. O, həmin vaxtlarda Dilarənin həmin pulları kimə və nə məqsədlə ona göndərtdirməsinin səbəbini bilməmiş, bu barədə Dilarə özü ona heç nə demədiyindən özü də ondan bu haqda heç nə soruşmamışdır. İş üzrə şahid kimi dindirilmiş Şahid2 i fadəsində göstərmişdir ki, o, hazırda ailəsi ilə birlikdə Salyan rayonu, Arbatan kəndində yaşayır və Zərərçəkmiş şəxs1 onun doğma bacısıdır. Bir bacı kimi onun Dilarə ilə münasibəti həmişə yaxşı olmuş və aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə tanımır,belə bir adlı adamla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Onun adına KapitalBanka məxsus 416973*****0361 nömrəli bank kartı vardır ki, həmin kartdan da lazım olanda yalnız özü istifadə edir. Təxminən 2024-cü ilin aprel ayının axırlarında Dilarə bir dəfə ona Cavid adlı bir şəxslə tanış olduğunu, Cavid adlı həmin şəxsin onu Salyan şəhərində və ya yaşadığı kəndddəki orta məktəbdə işə düzəldəcəyi barədə söz verdiyini, bu səbəbdən ona pul göndərməli olduğunu, bank kartından istifadə edə bilmədiyindən Cavid adlı şəxsə məxsus bank kartına pul göndərməsini ondan xahiş etmiş. Ona görə də o, Dilarənin xahiş ilə 2024-cü ilin aprel ayının 24-də saat 16:22-də öz 416973*****0361 nömrəli kartı vasitəsi ilə əvvəlcə 400,00 AZN, 2024-cü ilin aprel ayının 30-da saat 14:56- da isə yenə həmin kartı ilə Cavid adlı şəxsin bank kartına 200,00 AZN pul göndərmiş, göndərdiyi pulları da bacısı Dilarə özü ona vermişdir. Bundan başqa o, Dilarəyə görə kiminsə bank kartına heç bir məbləğdə pul göndərməmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən Salyan rayonu, Qırxçıraq kənd ümumi orta məktəbdə müəllim, 2022-ci ilin sentyabr ayından isə həmin məktəbdə direktor əvəzi vəzifəsində işləyir. Salyan rayonu, Quyçu kənd sakini olan Zərərçəkmiş şəxs1 və Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəldən tanımamış və onların heç biri ilə qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. Təxminən 2024-cü ilin fevral ayının sonlarında o, məktəbdə olarkən sonradan tanıdığı Cavid adlı şəxs onun iş yerinə gələrək özünün qazi və müharibə iştirakçısı olduğunu, xalası qızını məktəbdə işə düzəltmək istədiyini, bu məqsədlə Regional Təhsil İdarəsində və rayon Məşğulluq Mərkəzində olduğunu, oradan xalası qızını işə götürməklə bağlı onlara məktub verildiyini bildirib həmin məktubu ona təqdim etmiş, Rayon Məşğulluq Mərkəzinin onlara ünvanladığı qeyd olunan məktubunda məktəblərində vakant ştat olan xadimə işinə Zərərçəkmiş şəxs1 işə qəbul olunmasının tövsiyyə edildiyi göstərilmişdir. Həmin vaxt onlara hazırda Regional Təhsil İdarəsinə iclasa tələsdiyini, bu barədə orada məsləhət edəcəyini, idarədən razılıq verərlərsə Dilarəni işə götürə biləcəyini deyib sonra onlardan ayrılaraq Salyan şəhərinə gəlmiş, Regional Təhsil İdarəsində olarkən bu barədə rəhbərliyə məlumat verən zaman ona məsələdən xəbərdar olduqlarını, Cavid adlı şəxsin Regioanl Təhsil İdarəsində də qəbulda olduğunu, ona görə də Zərərçəkmiş şəxs1 işə götürülməsinə etiraz etmədiklərini ona demişlər. Bu səbəbdən səhəri günü Cavid adlı şəxslə birlikdə məktəbə gəlmiş Zərərçəkmiş şəxs1 ərizəsini alıb onu 3 ay sınaq müddəti ilə işə götürmüş, təxminən 3 aya yaxın məktəbdə xadimə işlədikdən sonra Dilarə gedib gəlməyin onun üçün çətin olduğunu, ona görə də iş yerini Salyan rayonu, Bəydili kənd orta məktəbinə dəyişmək istədiyini bildirmiş, həmin dövrdə Cavid yenidən məktəbə gəlmiş və o da Dilarəyə gedib gəlməyin çətin olduğundan onu işdən çıxarıb başqa məktəbə işə düzəldəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 özü istədiyi üçün onun işdən könüllü olaraq azad olunması barədə ərizəsini alıb onu işdən azad etmiş, ondan sonra daha nə Zərərçəkmiş şəxs1 və nə də Cavid adlı şəxsi bir daha görməmiş, Dilarənin də başqa məktəbə işə düzəlib-düzlməməsi barədə heç bir məlumatı olmamışdır. Cavid adlı şəxsin Dilarəni aldadaraq onu işə düzəltmək adı ilə ondan 2000 manat pul almasından xəbərim olmamış, indiydək bu barədə kimdənsə nə isə bir şey də eşitməmişdir İş üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, 2024-cü il 29 mart tarixdə saat 15:29-da Zərərçəkmiş şəxs1 xahişi ilə bacısı Şahid1 Leobankın Salyan rayon filialından Təqsirləndirilən şəxs adına olan 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartına 200 AZN, 2024-cü ilin aprel ayının 15-də saat 18:03:09- da Zərərçəkmiş şəxs1 özü tərəfindən Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə 200 AZN, 2024-cü ilin aprel ayının 24-də saat 16:22-də 416973*****0361 nömrəli kart vasitəsi ilə 400.1 AZN, 2024-cü ilin aprel ayının 26-da saat 18:24:15-də Salyan rayonu, Dayıkənd kəndində yerləşən "Əhmədoğulları" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə 300 AZN, 2024-cü il 29 aprel tarixdə saat 17:00:38-də Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə 300 AZN, 2024-cü ilin aprel ayının 30-da saat 14:56-da 416973*****0361 nömrəli kart vasitəsi ilə 200,00 AZN, 2024-cü il 01 may tarixdə saat 18:24:13-də Salyan rayonu, Qızılağac kəndində yerləşən "Bakı" marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə 400,00 AZN pul göndərilmişdir. İş üzrə Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən 2024-cü il 01 aprel tarixdə saat 12:33:25-də Salyan- Neftçala yolunun üzərində yerləşən, "Oba Market-Salyan 3" adlanan marketdə quraşdırılmış 1826 nömrəli terminal vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına məxsus bank kartına 800,00 AZN, 2024-cü il aprel ayının 3-də saat 14:56:30-da Bakı- Astara yolunun 126-cı km-də , Salyan şəhərində yerləşən "Ay Store" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə yenidən 800,00 AZN, 2024- cü ilin may ayının -də saat 16:42:50-də Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən "Oba" adlanan marketdə quraşdırılmış MilliÖn elektron ödəmə terminalı vasitəsi ilə 500.1 AZN, 2024-cü il may ayının 8-də saat 18:15-də 416973*****1776 nömrəli kart vasitəsi ilə 100,00 AZN, 2024-cü il 09 may tarixdə saat 17:34:24-də 447857*****5150 nömrəli bank kartı vasitəsi ilə 150,00 AZN, 2024-cü il 11 may tarixdə saat 18:25:51-də 447857*****5150 nömrəli bank kartı vasitəsi ilə 100,00 AZN pul göndərilmişdir. Azərbaycan Beynəlxalq Bankından xx.xx.2024-cü il tarixli, 6-2-41/2-39202/2024 nömrəli məktubla alınmış bir ədəd CD diskinə xx.xx.2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir və Zərərçəkmiş şəxs1 tərəfindən 2024-cü il 29 mart tarixdə göndərilmiş 200 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 200 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 400 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 300 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 300 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 200 AZN və xx.xx.2024-cü il tarixdə göndərilmiş 400 AZN, ümumilikdə cəmi 2000 manat pul köçürmələrin aparıldığı sonrakı günlərdə Təqsirləndirilən şəxs məxsus həmin 5522-0993-5791-1551 saylı plastik karta daxil olmuşdur. Azərbaycan Beynəlxalq Bankından xx.xx.2024-cü il tarixli, 6-2-41/2-39202/2024 nömrəli məktubla alınmış bir ədəd CD diskinə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar baxış protokolundan görünür ki, 5522 0993 5791 1551 nömrəli Azərbaycan Beynəlxalq Bankına aid bank kartı Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmişdir və Zərərçəkmiş şəxs2 tərəfindən 2024-cü il 01 aprel tarixdə göndərilmiş 800 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 800 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 500 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 100 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 150 AZN, xx.xx.2024-cü il tarixdə göndərilmiş 100 AZN , ümumilikdə cəmi 2450 manat pul köçürmələrin aparıldığı sonrakı günlərdə Təqsirləndirilən şəxs məxsus 5522-0993-5791-1551 saylı plastik karta daxil olmuşdur. İş üzrə "Azərbaycan Sənaye Bank"ından alınmış xx.xx.2025-ci il tarixli, 11234 nömrəli məlumatdan görünür ki, 447857***5150 nömrəli bank kartı Şahid3 adına rəsmiləşdirilmiş və həmin bank kartı ilə 2024-cü il 09 may tarixdə saat 17:34:24-də150,00 AZN və 2024-cü il 11 may tarixdə saat 18:25:51-də 100,00 AZN 552209******1551 nömrəli bank kartına pul köçürmələri həyata keçirilmişdir. İş üzrə KapitalBank ASC-dən alınmış 11 mart 2025-ci il tarixli, 2025/204/5314 nömrəli məlumatdan görünür ki, 416973******0161 nömrəli Birbank kartı Salyan rayonu, Arbatan kənd sakini Şahid2 adına rəsmiləşdirilmiş və həmin bank kartı ilə xx.xx.2024-cü il tarixdə 400,00 və xx.xx.2024-cü il tarixdə 200,00 AZN 552209******1551 nömrəli bank kartına pul köçürmələri həyata keçirilmişdir. Həmçinin, həmin məlumatdan görünür ki, 416973******1776 nömrəli Birbank kartı Bakı şəhəri, nizami rayonu, Əlif Hacıyev küçəsi 2442, mənzil 78-də qeydiyyatda olan X2 adına rəsmiləşdirilmiş və həmin bank kartı ilə 10.05.2024- cü il tarixdə 100,00 AZN 552209******1551 nömrəli bank kartına pul köçürməsi həyata keçirilmişdir. xx.xx.2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən 21.02.2024- cü il tarixli BKC/LGL-648/25 nömrəli məktubla göndərilmiş CD diskində olan məlumatlara baxış keçirilərkən müəyyən olundu ki, "xxxx" MMC-ə məxsus 55 31815 20 nömrə ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə edilən və qəbul edilən zənglərin, həmin zənglərin qeydə alındığı antenn dairəsi və həmin nömrədən göndərilmiş və qəbul olunmuş «SMS»-lərin siyahıları olan məlumatları özündə əks etdirir. Qeyd edilən nömrələrə aid CD diskində olan məlumatlardan görünür ki, "xxxx" MMC-ə məxsus 55 ******* nömrəsi Təqsirləndirilən şəxs arvadı X3 adına rəsmiləşdirilmişdir və 01,02.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə həmin mobil nömrə ilə digər müxtəliş şəxslərə məxsus mobil nömrələrlə çoxsayıı danışıqlar aparılsada aparılmış bu telefon danışıqlarında, SMS mətnlərində iş üzrə əhəmiyyət kəsb edəcək xüsusatlar müəyyən edilmədi. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.2.1,178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi baxılması üçün xx.xx.2023-cü il tarixdə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. İş üzrə Sabunçu rayon məhkəməsindən alınmış xx.xx.2025-ci il tarixli hökmün surətindən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 32.5, 188.2, 32.5, 222-2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikaslı CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə rayon Mənzil İstismar hissəsinin 2 nömrəli mənzil istismar sahəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə qayınatasına məxsus Cəncə şəhəri, 102 nömrəli hərbi şəhərcik, ev 104 ünvanında qeydiyyatsız yaşadığı, himayəsində 2014 və 2023-cü il təvəllüdlü 2 azyaşlı uşağının olması və 2 saylı Mənzil İstismar Sahəsinə barəsində heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxs 25 mart 2025-ci il tarixdə müdafiəçisi X10 ilə birlikdə cinayət işinin materialları ilə tanış olarkən iş üzrə törətmiş olduğu əməli etiraf edərək öz müdafiəsi üçün heç bir vəsatət verməmiş və dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs səciyyələndirən hallar aşağıdakılardır: Təqsirləndirilən şəxs - xx xxxxxx 1990-cı ildə Göyçay şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, evlidir, işləməyəndir, əvvəllər məhkum olunmuşdur, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının ərazisində, məhəllə B1, sahə 18-də qeydiyyatda olmaqla hazırda Cəncə şəhəri, 102 nömrəli hərbi şəhərcik, ev 104 ünvanında qeydiyyatsız yaşayır, yaşadığı yerdən müsbət xarakterizə edilir. Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 səciyyələndirən hallar aşağıdakılardır: Zərərçəkmiş şəxs1 -xx xxxxxx 1988-ci ildə Salyan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, subaydır, "Veysəloğlu" şirkətində xadimə vəzifəsində işləyir, Salyan rayonu, Quyçu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, yaşadığı yerdən müsbət xarakterizə edilir. Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2 səciyyələndirən hallar aşağıdakılardır: Zərərçəkmiş şəxs2 -xx xxxx 1985-ci ildə Salyan şəhərində anadan olmuşdur, Azərbaycan Respublikası vətəndaşıdır, orta təhsillidir, ailəlidir, Salyan rayon mərkəzi xəstəxanasında xadimə işləyir, Salyan şəhəri, 20 Yanvar küçəsi ev 40-da yaşayır, yaşadığı yerdən müsbət xarakterizə edilir. Azərbaycan Respublikası CM-nin 59.1.4-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və zərər çəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd edir. Zərərçəkmiş şəxs2 07 avqust 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə ünvanladığı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxlə barışmış, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs1 07 avqust 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə ünvanladığı ərizəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxlə barışmış, ərizənin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs həyat yoldaşı X3 təqdim etdiyi 07 avqust 2025-ci il tarixli qəbzlə müəyyən olunur ki, cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş duğu 4450 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 1115 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik halları ilə müəyyən olunur ki, zərər çəkmiş şəxslər- Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 cinayət nəticəsində vurulmuş ziyanın əvəzi tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmış və cinayət əməli ilə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 1115 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CM-nin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №1(057)-37/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-37/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver