Məhkəmə qərarları › İş №1(057)-38/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-38/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-38/2023 14.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X9 Yaqub oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1956-cı ildə Cəlilabad rayonu Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan şəhəri B.Talıblı küçəsi ev 25 mənzil 10-da qeydiyyatda olan və Salyan şəhəri 20 Yanvar küçəsi ev 5-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin aprel ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında yerləşən meşə fondu torpaqları kateqoriyasına aid meşə əraziləri üçün ayrılmış və Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin balansında olan 2,42 ha torpaq sahəsində qazıntı işləri aparıb ərazini su ilə doldurduqdan sonra torpaq sahəsinin bir hissəsini metal tor və şiferlə özbaşına hasarlayıb torpaq sahəsindən süni balıq gölü kimi istifadə edərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, yaşadığı Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən 2 ha torpaq sahəsini 2000-ci ildən icarə əsasında dövlət meşə fondundan uzun müddətli götürüb təsərrüfat məqsədi ilə istifadə etmiş, orada öz təsərrüfatındakı malqarasını otarmışdır. 2006-cı ildə həmin icarə müqaviləsinin müddəti başa çatdığı üçün Meşə mühafizəsi və bərpası müəssisəsi ilə 2 il müddətinə yenidən həmin torpaq sahəsini icarəyə götürüb təsərrüfat təyinatlı istifadə etməyə başlamış, 2008-ci il tarixdə həmin müqavilənin müddəti başa çatdıqdan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. 2021-ci ilin əvvəllərində qeyd olunan torpaq sahəsinə bitişik olan 5 ha torpaq sahəsində salınmış balıq gölünü həmin gölün sahibi Salyan şəhər sakini Miryaqub Ağalarovdan şifahi razılaşma əsasında icarəyə götürüb istifadə etməyə başlamışdır. Həmin ilin aprel ayının sonlarında əvvəllər istifadə etdiyi Meşə bərpası və mühafizəsi müəssisəsinə məxsus olan torpaq sahəsinin də istifadəsiz olmasını görüb həmin torpaq sahəsini icazəsiz təmizlətdirib həmin torpaq sahəsini su ilə doldurub göl halına gətirmişdir. Sonradan həmin gölün içinə balıq və yem ataraq həmin sahədən də süni balıq gölü kimi istifadə etməyə başlamışdır. 2022-ci il avqustun 26-da ƏMDX-nin Şirvan Ərazi Şöbəsinin məsləhətçi-müfəttişi Şahid1 və yanında olan digər əməkdaşlar gəlib onun iştirakı ilə əraziyə baxış keçirmiş, baxış keçirilən zaman 2 ha torpaq sahəsində qanunsuz olaraq saldığı balıq gölünün sənədlərini ondan tələb etmişlər. Həmin ərazini qanunsuz istifadə etdiyi üçün qarşı tərəfə hər hansı bir hüquqi sənəd təqdim edə bilməmişdir. Bu səbəbdən həmin xidmətin əməkdaşları hadisə yerini müasir texniki vasitələrlə müayinə edib akt tərtib edərək ona imzalatdıqdan sonra hadisə yerini tərk etmişlər. Hazırda həmin torpaq sahəsi boşaldılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Ona qarşı şikayət və tələb yoxdur. Törətdiyi əməldən peşmandır, 66 yaşı var, təqaüdçüdür, İ Qarabağ Müharibəsində iştirak etmiş, xx.xx.1992-ci ildə Ağdərə rayon ərazisində minaya düşərək zədə almış, müharibə veteranıdır. Səhv etdiyini başa düşür, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, Salyan meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Sabirabad və ətraf rayonların ərazisində yerləşən dövlət meşə fonduna aid torpaq sahələri X7 Təsərrüfatı Mərkəzinin balansındadır. Təqsirləndirilən şəxs tərəfindən 2022-ci ildə qanunsuz olaraq süni balıqçılıq təsərrüfatı yaradılmış torpaq sahəsi dövlət meşə fondu torpağına aid olmaqla X7 Təsərrüfatı Mərkəzinə məxsusdur və Təqsirləndirilən şəxs 2008-ci ildən etibarən qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. Təqsirləndirilən şəxs həmin ərazidə özbaşına qazıntı və təmizləmə işləri apararaq, həmçinin ərazini su ilə dolduraraq dövlət meşə fondu torpağını zəbt etmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid deyildir. Hazırda Təqsirləndirilən şəxs zəbt etdiyi həmin torpaq sahəsini boşaldaraq təhvil vermişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin məsləhətçi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, qanunvericiliyə uyğun olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə mütəmadi olaraq Salyan rayonu ərazisində dövlət fondu torpaq sahələrinin istifadə vəziyyətinə nəzarət tədbirləri həyata keçirilir. 2022-ci il avqustun 26-da Salyan şəhəri ərazisində ƏMDK-nın Şirvan Ərazi Şöbəsinin əməkdaşları Şahid2, İbrahim Məmmədyarov və Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3la birlikdə növbəti monitorinq tədbirlərini həyata keçirdikləri vaxt Salyan şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən Salyan şəhəri 20 Yanvar küçəsində dövlət meşə fondu ərazisində 2,0 ha torpaq sahəsinin zəbt olunaraq süni balıq-nohurçuluq təsərrüfatının yaradılması faktı və Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqi sənədinin olmaması aşkar edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən dövlət meşə fonduna aid 2,0 ha torpaq sahəsi zəbt olunaraq qanunvericiliyin tələbləri pozulduğundan akt tərtib edilmişdir. Sonrakı müddətdə həmin aktı, çəkilmiş fotoşəkli və peyk çıxarışını akta əlavə edərək Şirvan Ərazi Şöbəsinə təqdim etmişdir. Təqsirləndirilən şəxs Salyan şəhər sakini kimi tanımış, lakin heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “baxış və götürmə barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən torpaq sahəsində qanunsuz olaraq yaratdığı süni balıq gölünü göstərmiş və bildirmişdir ki, baxış keçirilən ərazidə 2021-ci ilin aprel ayında süni balıq gölü yaratmaq məqsədilə oraya su buraxmışdır. Həmin əraziyə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. Bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiqlənmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş 09 dekabr 2022-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, süni balıqyetişdirmə gölü Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri 20 Yanvar küçəsindəki 5 nömrəli evin qarşı tərəfində, köhnə Ələt-Astara avtomobil yolunun sağ tərəfində Salyan şəhəri 20 Yanvar küçəsində yerləşir. Göl süni yaradılmışdır və balıq yetişdirmək üçün nəzərdə tutulmuşdur. Gölün yan hissəsi metal torla, köhnə şiferlərlə və kollarla çəpərlənmişdir. Göl kvadratşəkilli olmaqla eni 100 metr uzunluğu 200 metrdir, gölün digər tərəfləri çəpərlənməmişdir, gölün içərisi su ilə doludur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 06 yanvar 2023-cü il tarixli, 3-21-3-38/2- 22/2023 nömrəli məktubu ilə istintaqa daxil olmuş mütəxəssis rəyindən görünür ki, Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən Təqsirləndirilən şəxs tərəfindən göl kimi istifadə olunan 2,42 ha torpaq sahəsi elektron kadastr uçotu məlumatlarına əsasən meşə fondu torpaqları kateqoriyasına aid meşə əraziləri üçün ayrılmış torpaq sahəsidir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan rayon prokuroru Rəşad Mansurovun 15 noyabr 2022ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında balıqyetişdirmə gölü yaratmaq məqsədilə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan yaşadığı evin yaxınlığında, Salyan şəhəri, 20 Yanvar küçəsində yerləşən (X:323301:Y:4399886 koordinatlarda) dövlət meşə fondu ərazisindən 2,0 ha torpaq sahəsini özbaşına tutaraq həmin torpaq sahəsini su ilə doldurub balıqçılıq gölü kimi istifadə etməsi faktına görə Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin 06 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 3-14-99/3/2-003/2023 nömrəli məktubundan görünür ki, hazırda Salyan şəhər sakini Təqsirləndirilən şəxs Mərkəzin xidməti ərazisindən istifadə hüququna dair icarə müqaviləsi mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 25 noyabr 2022-ci il tarixli, 2854 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğu narkoloji, ruhi-əsəb yaxud digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri B.Talıblı küçəsi ev 25 qeydiyyatda olmaqla, ünvan 1-də yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı yoxdur, onun ailə tərkibi həyat yoldaşı X1 ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə baxış keçirilməsi barədə protokollar, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 06 yanvar 2023cü il tarixli, 3-21-3-38/2-22/2023 nömrəli məktubu ilə istintaqa daxil olmuş mütəxəssis rəyi, Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin 05 yanvar 2023-cü il tarixli, 3-14-99/3/2- 003/2023 nömrəli məktubu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ******* saylı Salyan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan 069731 saylı hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdamın müdafiəsində və erməni quldurlarından təmizlənməsində N saylı hərbi hissənin 6-cı batalyonunda avtomobil xidməti rəisi vəzifəsində fəal iştirak edib. Döyüş əməliyyatlarının gedişində özünü bacarıqlı bir zabit kimi göstərmişdir. Həmin hərbi biletin 24-cü səhifəsinə edilmiş qeyddən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində sərəncamında olan “QAZ-53” markalı maşınla minaya düşərək zədə almışdır. İş materiallarına əlavə edilmiş zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini boşaltmışdır. Buna görə də ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında yerləşən meşə fondu torpaqları kateqoriyasına aid meşə əraziləri üçün ayrılmış və Zərərçəkmiş şəxs X7 Təsərrüfatı Mərkəzinin balansında olan 2,42 ha torpaq sahəsində qazıntı işləri aparıb ərazini su ilə doldurduqdan sonra torpaq sahəsinin bir hissəsini metal tor və şiferlə özbaşına hasarlayıb torpaq sahəsindən süni balıq gölü kimi istifadə edərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərə tətbiqi həmin cinayətlərin anlayışının, bu növ cinayətlərin başlanması və sona çatması anlarının nəzərə alınması ilə mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət uzanan cinayət olmaqla 2021-ci ilin aprel ayında başlamış, uzun müddət davam etmiş, ƏMDK-nın Şirvan Ərazi Şöbəsinin əməkdaşları Şahid2, İbrahim Məmmədyarov və Salyan Rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3 tərəfindən xx.xx.2022-ci il tarixdə aşkar olunmuş, Salyan rayon prokurorluğu tərəfindən həmin fakt üzrə xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmış və cinayət işi istintaq aidiyyəti üzrə Salyan RPŞ-yə göndərilmiş, Salyan RPŞ-nin İB-nin 06 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Qanunvericiliyin tələbi baxımından bu da onu deməyə əsas verir ki, uzanan cinayət olan hazırkı cinayət əməlinə görə məsuliyyətə cəlb etmə müddətinin əvvəli 2021-ci ildən-yəni cinayət əməlini törətməyə başladığı vaxtdan deyil, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs həmin cinayətə görə təqsirləndirilən şəxs qismində cəlb edildiyi vaxtdan-yəni 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Ona görə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin uzanmasına ona CM-nin 188.1-ci maddəsi ilə ittiham elan edilməsi ilə son qoyulmuş və bu səbəbdən də cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının başlanğıcı kimi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının Təqsirləndirilən şəxs elan edildiyi vaxt əsas götürülməlidir. Həmin cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətdir və həmin cinayət əməlinin aşkar edildiyi vaxtdan iki ildən artıq müddət keçməmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun İ Qarabağ Müharibəsi veteranı olmaqla döyüşlərdə iştirak edərək zədə almasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, yaşını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar