Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-38/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" ASC-nin Salyan rayon şəbəkəsində elektrik montyoru vəzifəsində işləyən, məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, yandırmaqla və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə cinayətini törətmişdir. Belə ki, o, 26 oktyabr 2024-cu il tarixdə saat 16 radələrində valideynləri ilə birlikdə yaşadığı Salyan rayonu Təzəkənd kəndindəki fərdi yaşayış evinin həyətində atası Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra həyətlərindəki ot tayasını və fərdi yaşayış evini qəsdən yandırmaq məqsədi ilə üzərində gəzdirdiyi kibritlə əvvəlcə sonuncuya məxsus hər birinin dəyəri 3 manat olmaqla cəmi dəyəri 1050 manat olan 350 ədəd ot kipindən ibarət ot tayasına od vuraraq həmin ot kiplərini və onların yığıldığı 27 kv.metr ölçüdə, 450 manat dəyərində olan bir ədəd talvarı qəsdən yandırmaqla məhv etmş, daha sonra isə həmin ot tayasından yanan otsamanın bir hissəsini götürüb onları Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin giriş hissəsindəki ayaqaltına ataraq 50000 manat dəyərində olan həmin evi, həmin vaxt evdə olan 250 manat dəyərində bir ədəd işlənmiş, 1.70 diaqonallı "LG" markalı televizoru, 350 manat dəyərində bir ədəd 82 diaqonallı "LG" markalı televizoru, 500 manat dəyərində bir ədəd "İndensit" markalı işlənmiş soyuducunu, 360 manat dəyərində bir ədəd qaz sobasını, cəmi 1200 manat dəyərində 3x2 ölçüdə 8 ədəd işlənmiş xalçanı, cəmi 500 manat dəyərində olan 4x4 ölçüdə iki ədəd işlənmiş xalçanı, cəmi 600 manat dəyərində olan 4x3 metr ölçüdə üç ədəd işlənmiş xalçanı, 100 manat dəyərində bir ədəd taxt divanı, 150 manat dəyərində bir ədəd tək divanı, cəmi 160 manat dəyərində iki ədəd işlənmiş kreslonu, cəmi 300 manat dəyərində iki ədəd işlənmiş şifoner güzgüsünü, cəmi 150 manat dəyərində 4 ədəd işlənmiş stolu, cəmi 100 manat dəyərində 12 ədəd işlənmiş stulu, cəmi 200 manat dəyərində 2 ədəd işlənmiş setkalı dəmir çarpayını, 300 manat dəyərində bir ədəd işlənmiş dördgöz sobanı, bir ədədinin dəyəri 40 manat olan cəmi 80 manat dəyərində olan 2 ədəd işlənmiş "ARİ” markalı sobanı, 100 manat dəyərində bir ədəd işlənmiş tozsoran aparatı, hər birinin dəyəri 6 manat olmaqla cəmi 300 manat dəyərində 50 ədəd döşəkçəni, cəmi 500 manat dəyərində 10 ədəd işlənmiş döşəyi, cəmi 300 manat dəyərində 10 ədəd işlənmiş yorğanı, cəmi 100 manat dəyərində 10 ədəd işlənmiş yasdığı, 100 manat dəyərində bir ış ədəd işlənmiş termonu, 200 manat dəyərində olan 2 qramlıq bir ədəd qızıl üzüyü, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 25 manat olmaqla 50 ədəd işlənmiş boşqabları, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 30 manat dəyərində 60 ədəd kasanı, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 20 manat dəyərində olan 40 ədəd salat boşqabını, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd dəmir qaşıqları, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi 12 manat dəyərində 20 ədəd duzqabını, hər birinin dəyəri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 ədəd qəndqabını, hər birinin qiyməti 2 manat olmaqla cəmi 30 manat dəyərində 15 ədəd meyvə qabını, hər birinin qiyməti 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 ədəd teşti, 100 manat dəyərində ih bir ədəd işlənmiş ütünü, 150 manat dəyərində bir ədəd işlənmiş tozsoranı, cəmi 120 11 manat dəyərində olan iki ədəd işlənmiş sərinkeşi, 300 manat dəyərində olan bir ədəd işlənmiş velosipedi, hər birinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 ədəd əlüz dəsmalını, hər birinin qiyməti 5 manat olmaqla cəmi 50 manat dəyərində olan 10 ədəd pastel dəstini, 500 manat pulu və həmin evə bitişik 20 kv.metr ölçüdə 500 manat ) dəyərində olan bir ədəd talvarı da ümumi təhlükəli üsulla qəsdən yandırıb məhv etmiş, həmin vaxt anası Şahid5 əri Zərərçəkmiş şəxs öz vəsaiti hesabına ona aldığı bir ədəd 300 manat dəyərində "Samsung" markalı mobil telefonla zəng vurub yanğının söndürülməsi üçün kömək çağırdığını görüb həmin telefonu da anasının əlindən alaraq onu su kanalına atıb məhv etməklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə külli miqdar təşkil edən 60.662 manat məbləğində əmlakı yandırmaqla qəsdən məhv etmə cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, əvvəllər valideynləri ilə birlikdə ailəsinə məxsus, Salyan rayonu, Təzəkənd kəndində yerləşən, rəhmətlik babasından qalma köhnə, 3 otaqdan ibarət bir mərtəbəli fərdi yaşayış evində yaşamış, həmin evdə valideynləri və ondan başqa bir də onun kimi subay olan Ceyhun adlı qardaşı da yaşamışdır. Özü İİ Qarabağ müharibəsi iştirakçısı olmaqla 44 günlük bu müharibədə əvvəldən axıradək iştirak etmiş, müharibədən sonra Dövlət Başçısı tərəfindən "Xocavəndin azad olunmasına görə" və “Müharibə iştirakçısı" medallarına layiq görülmüşdür. Həmin müharibədən sonra iki dəfə bağırsaq əməliyyyatı keçirdiyindən səhhətində problemləri yaranmış və buna görə çox əsəbi olmuşdur. Hərbi xidmətini başa vurub yaşadığı Salyan rayonu, Qarabağlı kəndinə qayıtdıqdan sonra bir evdə yaşadıqları atası Zərərçəkmiş şəxslə münasibətləri korlanmış, buna da səbəb atasının demək olar ki, hər gün evə sərxoş vəziyyətdə gəlib evdə söz-söhbət, qanqaraçılıq salması olmuşdur. Ona görə də etdikləri müraciətlər əsasında bir neçə dəfə Salyan RPŞ-də şikayətlərinə baxılıb müvafiq araşdırmalar aparılsa da bir nəticə olmamışdır. 26 oktyabr 2024-cü il tarixdə saat 15 radələrində yaşadıqları Salyan rayonu, Qarabağlı kəndi ilə qonşuluqda yerləşən Kərimbəyli kəndindəki kafeyə gedib orada 2-3 bakal pivə içmiş, ondan sonra həmin gün saat 16 radələrində evlərinə qayıtmışdır. Az keçməmiş atası da sərxoş vəziyyətdə evə gəlmiş və gələn kimi həyətdə onu görüb boğazından yapışaraq ona "sən narkomansan" deyib boğazını sıxmağa başlamış, həmin vaxt atası həm də sifətini əli ilə cırdığından sifəti qanamağa başlamışdır. Sonra atası onu buraxıb yaşadıqları evin həyətində saxladığı ağ rəngli, VAZ 2107 markalı, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilinə yaxınlaşaraq ona bir neçə yumruq zərbəsi vurmuş, lakin bu zərbələrdən maşını zədələnməmiş, daha sonra isə əlinə başlta götürüb onu balta ilə vurmaq istəmişdir. Bunu görüb tez qaçaraq evlərindən əlinə bir mətbəx bıçağı götürmüş, həmin bıçaqla üzərinə gələn atasını və harayçılıq edərək onları aralamağa çalışan anasını vuracağı ilə qorxutdğundan onlar qaçıb evdən getmişdir. Atasının hərəkətlərindən çox əsəbiləşdiyi üçün gedib həyətlərindəki ot tayasına kibritlə od vurub onu yandırmış, onun həyətlərindəki ot tayasını yandırdığını görən anası harayçılıq edib yanan ot tayasını söndürmək istəyəndə əlindəki bıçaqla onu qorxudub buna imkan verməmiş, ondan sonra anasının əlindəki mobil telefonla zəng etmək istədiyini görəndə tez onun əlindəki "Samsung" markalı mobil telefonunu əlindən alıb onu evlərini yanından axan su kanalına atmışdır. Ot kiplərinin yandığını görüb evlərini də yandırmaq məqsədi ilə onlardan bir qədər götürüb gətirib onları yaşadıqları evin giriş hissəsində yerə sərilmiş xalçanın üzərinə atmışdır. Həmin vaxt ata və anası onun qorxusundan evdən qaçıb getdiklərindən evdə özündən başqa heç kim olmamış, yanan otları evin giriş hissəsinə atması nəticəsində evləri od tutub yanmağa başlamış, bunu görən qonşular bu barədə yanğınsöndürənlərə xəbər vermiş, bir az keçmiş yanğın söndürən maşının onların həyətinə yaxınlaşdığını görüb yanğın söndürənlərin yanan evlərini söndürməməsi üçün tez maşının qabağına keçib onların maşınını saxlatdırmış və yanğın söndürənlərdən dərhal geri qayıdıb getmələrini tələb etmiş, onların getmədiyini görüb yerdən götürdüyü şüşə parçası ilə hər iki qollarını kəsmiş və bunu görən yanğın söndürənlər geri qayıtmışlar. Özü isə həyətə qayıdıb yanan evlərinə baxmağa başlamış, bir az keçmiş həyətlərinə gələn polis əməkdaşları onu saxlayıb sonra Salyan rayon mərkəzi xəstəxanasına gətirmiş və orada ona yardım olunduqdan sonra qollarına sarğı qoyulmuşdur. Yaşadıqları evlərini atasının ona qarşı etdiyi hərəkətlərdən bezdiyi üçün qəsdən yandırmış, yanğın hadisəsini törədən zaman da içkili vəziyyətdə olmuş, baş vermiş yanğın hadisəsi nəticəsində həyətdəki ot tayası və onun yığıldığı şalvar, yaşadıqları ev və ona bitişik olan talvar, bir də evlərində olan əşyalar, o cümlədən iki ədəd "LG" markalı televizorlar, bir ədəd "İndensit" markalı işlənmiş soyuducu, bir ədəd qaz sobası, 10-dan çox işlənmiş xalçaları, divanları, kresloları, şifoner, stol və stulları, yorğan-döşəkləri, çarpayıları, qab-qaşıqlarının hamısı və digər əşyaları yanmışdır. O, heç vaxt narkotik vasitələr qəbul etməmiş, narkotik vasitələr qəbul edən şəxslərlə heç bir əlaqəsi olmamışdır. Sonradan səhv iş tutduğunu başa düşmüş və tutduğu bu əməldən səmimi peşman olduğunu bildirmişdir. Evi yenidən təmir edəcəyini, zərərçəkmiş şəxs (atası) ilə barışıq əldə etdiyini və vətən müharibəsi iştirakçısı olduğunu bildirərək, bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özunün səmimi ətrafından əlavə, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, keçirilmiş üzləşdirmələr, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə olunmuş fotocədvəllər, ekspert rəyləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, əvvəllər ailəsi ilə birlikdə Salyan rayonu, Qarabağlı kəndində yerləşən öz ata evində yaşamış və ailəsində onun Anar və Ceyhun adlı 2 oğlu olmuşdur. Böyük oğlu olan Anar evlərində həmişə onlarla problem yaradan bir şəxs olmuş, həmişə harada oldusa orada da mütləq bir hadisə törətmişdir. 44 günlük Vətən müharibəsində iştirak edib kəndə qayıtdıqdan sonra onun xasiyyəti çox dözülməz olmuşdur ki, onun da bu hərəkətlərindən bezdiyi üçün dəfələrlə DİN-nin 102 Xidmətinə zəng vurub Anardan şikayət etmiş, verdiyi məlumatlar əsasında da Salyan RPŞ-də araşdırmalar aparılmış, lakin bütün bunlar Anara heç bir öz müsbət təsirini göstərməmiş, o yenə də evdə söz-söhbət, qanqaraçılıq salmaqda öz hərəkətlərini davam etdirmişdir. Hər dəfə də ona bir ata kimi nəsihət verəndə Anar onu pis sözlərlə təhqir edib acılamışdır. 26 oktyabr 2024-cü il tarixdə elektrik kimi fərdi qaydada qonşu Kərimbəyli kəndində yaşayan Taleh Şərifovun evində işləyəndən sonra saat 16 radələrində evə gəlmiş, həyətdə Anarın yenə də içkili vəsiyyətdə olduğunu və öz maşınından aldığı suları boşaltdığını görmüş, Anara yenə də spirtli içki içdiyi üçün öz iradını bildirəndə Anar üstünə gələrək onunla mübahisə etməyə başlamış, sonra da üzərində gəzdirdiyi bıçağı çıxarıb onunla əvvəlcə onu, daha sonra isə həyətdə harayçılıq edən anasını vurmaq istəmiş, Anarın əlindəki bıçaqla onu vuracağından qorxduğu üçün tez yaxınlıqdakı kanalın başına qaçmış, Anar da bundan sonra əvvəlcə həyətdəki ot tayasına, daha sonra isə yaşadıqları evə od vurub yandırmış, evinin yandığını görüb tez yanğınsöndürənlərə bu barədə xəbər vermiş, yanğınsöndürən maşını evlərinə yaxınlaşan zaman Anar həmin maşının qabağına keçib qollarını şüşə parçası ilə kəsib doğramışdır ki, yanğınsöndürənlər bunu görüb yanğını söndürməsinlər. Anarın bu hərəkətləri səbəbindən evləri tam şəkildə yanaraq yararsız hala düşmüşdür. Həmin gün guya həyətdə Anarın üstünə gedib onu boğması, onun sifətini cırması, maşınına yumruqla zərbələr vurması barədə Anarın dedikləri tam yalan olmaqla o, bunları etməmiş, Anar sadəcə olaraq öz etdiyi hərəkətlərinə haqq qazandırmaq üçün yalandan bunları bildirmişdir. Bu yanğın hadisəsi zamanı xoşbəxtlikdən xəsarət alan olmamış, evinin yanması nəticəsində ona 50.000 manat, 350 ot kiplərinin yanması nəticəsində 1400 manat, həmin ot kiplərinin yığıldığı 27 kv.metrlik ikinci talvarının yanması nəticəsində 450 manat, evə bitişik olan 20 kv.m-lik bir talvarının yanması nəticəsində 500 manat, arvadına aldığı 300 manat dəyərində bir ədəd "Samsunq" markalı mobil telefonu onun əlindən alıb su kanalına atmaqla 300 manat, evdəki əşyalarının yanması nəticəsində isə 10.000 manatdan çox ziyan dəymişdir. Oğlu tərəfindən dəymiş ziyan ödənilməsə də, ona azadlıqdan məhrum edilmə ilə bağlı cəza verilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Anarın anasıdır. xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs yaşadıqları evi və həyətdəki talvarları, ot tayasını yandırdığını görüb bu barədə əri Zərərçəkmiş şəxs öz vəsaiti hesabına ona aldığı 300 manat dəyərində olan "Samsunq" markalı mobil telefonla kömək çağırmaq istəyərkən Təqsirləndirilən şəxs bunu görüb kömək çağırmaması üçün həmin telefonu əlindən alaraq onu su kanalına atmışdır. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid6 da Şahid5 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən ailəsi ilə birlikdə Salyan rayonu, Qarabağlı kəndində yaşayır. Özü əslən Kəlbəcər rayonundan olmaqla ali təhsilli hərbçidir. Belə ki, o, 2016-cı ildən 2021-ci ilin noyabr ayına kimi Silahlı Qüvvələrdə əvvəlcə MAXE, sonra isə bölük komandiri vəzifəsində işləmiş, sonradan isə öz ərizəsi ilə ordudan tərxis olunmuşdur. Təqsirləndirilən şəxs və onun valideynlərini ünvan 3inə köçəndən sonra tanımış, onlarla qonşuluqda yaşadıqlarından aralarında normal münasibət olmuş, heç vaxt narazılıqları, ədavətləri olmamışdır. 26 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində evlərinin qarşısından keçən su kanalının yanında olarkən Anarın özünə məxsus VAZ 2107 markalı avtomaşınla evlərinə tərəf getdiyini görmüş, onun yanına çatanda Anar maşını saxlayıb onunla haləhval tutmuş, Anarın içkili vəziyyətdə olduğunu görüb yolun ensiuz olduğunu və yolun kənarından da su kanalının keçdiyini onun nəzərəinə çatdırıb ona görə maşınını ehtiyatla sürməsini və aparıb həyətlərində saxlamasını tapşırmışdır. Həmin vaxt Anarın maşınında tanmadığı başqa bir şəxs də olmuş və ondan Anarın maşın sürməyinə nəzarət etməsni xahiş etmişdir. Anar maşınla onun yanından gedəndən təxminən 10-15 dəqiqə sonra Anargilin həyətindən qışqırıq səsləri eşidilməyə başlamış, ondan sonra Anarın atası Nadil kişi həyətdən yola çıxıb qaçmağa başlamış, onun əlində bıçaq dalınca həyətdən çıxıb qaçmaq istəyən Anarı tez tutub saxlamış, onu sakiştləşdirəndən sonra Anar yenidən öz həyətlərinə qayıtmışdır. Bir az keçmiş Anarın anası da qaça-qaça onlara tərəf gəlib Anarın evlərini yandırdığını deyib kömək istəmişdir.O, da vəziyyəti belə görüb dərhal polisə və yanğınsöndürənlərə telefonla bu barədə məlumat vermiş, az keçməmiş yanğınsöndürənlər ora gəlsələrdə Anar yolda onların qarşısını kəsmiş və yerdən əlinə götürdüyü şüşə parçası ilə qollarını kəsmişdir ki, daha yanğınsöndürənlər onların evinə yaxınlaşıb yanğını söndürə bilməsinlər. Polislər ora gələndən sonra isə onlar Anarı saxlayıb polis şöbəsinə aparmış və ondan sonra yanğınsöndürənlər yanan evi və ot tayasını söndürməyə başlamışlar. o, həmin gün Anarın atası ilə nə üstündə mübahisə etməsinin, onların arasındakı münaqişənin yaranma səbəbini bilməmiş, bu barədə məlumatı da olmamışdır. Özü ali təhsillibir şəxs kimi heç vaxt spirtli içkilər və narkotik vasitələr qəbul etməmiş, Anarla da elə bir yaxın münasibəti olmamışdır. Həmçinin, onun Anarın atası Zərərçəkmiş şəxslə də heç vaxt konflikti, narazılığı olmamşdır. İş üzrə şahid kimi dindirilmiş Şahid1 da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, FHN-nin Salyan rayon Dövlət yanğından mühafizə bölməsinin manqa komandiri vəzifəsində işləyir və işlədiyi mühafizə bölməsi Salyan rayonu, Qarabağlı kəndində yerləşir. Həmin yanğından mühafizə bölməsinin xidməti ərazisinə rayonun Qarabağlı kəndi və ona yaxın bütün kəndlər daxildir. Salyan rayonu, Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs Nadir oğlunu əvvəldən tanımamış, onunla qohumluğu, ədavəti, hər hansı bir münasibəti də olmamışdır. 26 oktyabr 2024-cü il tarixdə növbədə olarkən saat 16 radələrində işlədiyi yanğından mühafizə bölməsinə Salyan rayonu, Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verməsi barədə məlumat daxil olmuş, dərhal yanğınsöndürən maşınlarla birlikdə hadisə yerinə çıxmışdır. Hadisə yerinə çatanda həqiqətən də onlara deyilən ünvanda yerləşən bir mərtəbəli bir evin yandığını görmüş, yanğın baş verən ünvana gedən yol çox ensiz olduğundan və yolun kənarında da su kanalı yerləşdiyindən ora çox rahatlıqla getmək mümkün olmamış, çətinliklə də olsa yanan evə yaxınlaşan zaman əvvəldən tanımadığı, lakin sonradan şəxsiyyəti onlara məlum olan Təqsirləndirilən şəxs əlində bıçaq yanğınsöndürən maşının qabağına keçib yolu kəsmiş, qışqıra-qışqıra onlara evi söndürmək üçün ora yaxınlaşarlarsa özünü doğrayacağını bildirmiş, əvvəlcə onun nə üçün belə hərəkət etməsinin səbəbini başa düşə bilməmiş və onun bu hərəkətlərinə baxmayaraq maşını sürmək istəyəndə həmin şəxs əlindəki bıçaqla qollarını kəsməyə başlamışdır. Xoşaglməz vəziyyət yarandığını görüb başqa bir bədbəxt hadisə baş verməsin deyə bu barədə telefonla DİN-nin 102 Xidmətinə zəng vurub məlumat vermiş, ondan sonra hadisə yerinə gələn polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb oradan götürüb aparmış, onlar isə yanan evə yaxınlaşıb yanğının söndürülməsi və onun qonşuluqda yerləşən digər tikililərə keçməsinin qarısını almaq üçün lazımi tədbirlər görməyə başlamışlar. Zərərçəkmiş şəxs məxsus yanğın baş vermiş ev köhnə köntruksiyalı olduğundan və inşası zamanı əsasən taxta materiallarından istifadə olunduğundan onlar ora çatana kimi evin əksər hissəsi yanaraq məhv olmuş, imkanları daxilində onun qalan hissəsini söndürsələrdə ev tamamilə yanaraq yararsız hala düşmüşdür. Hadisə yerində olarkən həmin evi atası ilə aralarındakı mübahisədən sonra orada yaşayan Təqsirləndirilən şəxs özünün od vurmaqla qəsdən yandırdığını öyrənmiş, onlara məlum olmuşdur ki, Anar həmin vaxt evlərindən başqa həm də həyətlərindəki ot tayasını da yandırmışdır. Yanğn törətməzdən əvvəl Anarla atası ilə arasında hansı səbəbdən münaqişə yaranması barədə o, heç nə bilmir və bu barədə hər hansı məlumatı da yoxdur. Təqsirləndirilən şəxs həmin gün onlara qarşı başqa heç bir hərəkət etməmiş, o, yalnız əlinə götürdüyü bıçağı onlara göstərərək yandırdığı evlərini söndürərlərsə həmin bıçaqla özünü doğrayacağını onlara demişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, xx.xx.2005-ci ildən Salyan rayon İHB-nın Qarabağlı kəndi üzrə Ərazi Nümayəndəliyində müvain vəzifsində işləyir və Zərərçəkmiş şəxs, eləcədə onun oğlu Təqsirləndirilən şəxs əvvəldən Salyan rayonu, Təzəkənd kənd sakinləri kimi tanımış, onlarla qohumluğu, ədavəti olmamış, münasibətləri də həmişə normal olmuşdur. İşlədiyi Ərazi Nümayəndəliyinə rayonun Qarabağlı, Təzəkənd, Gomuşlu və Kolanı kəndləri daxildir. Bu kəndlərində hamısı biri-birinə birləşdiiyindən 4 kəndin sakinləri həmişə özlərini hər yerdə Salyan rayonu, Qarabağlı kənd sakinləri kimi təqdim edib göstərmişlər. 26 oktyabr 2024-cü il tarixdə saat 16 radələrində kənddə olarkən Təqsirləndirilən şəxs atası ilə aralarında baş vermiş mübahisədən sonra yaşadıqları evi qəsdən yandırması barədə məlumat aldıqdan sonra həmin evə gəlmiş, hadisə yerinə gələndə artıq yanğınsöndürənlər tərəfindən yanğının söndürülsədə bir mərtəbəli fərdi yaşayış evinin, onun həyətindəki iki talvarın və ot tayasının tamamilə yanıb yararsız hala düşdüyünü görmüşdür. Tutduğu vəzifəsi ilə əlaqədar əvvəllər bir neçə dəfə Zərərçəkmiş şəxs məxsus evdə olmuş və həmin ev köhnə kənd evi olsada evin içərisində yaşayış üçün lazım olan bütün əşyalar, o cümlədən iki ədəd televizor, soyuducu, xalça-palaz, yorğan-döşək, müxtəlif mətbəx əşyaların olmasını da görmüş, lakin həmin əşyaların markaları, istifadə müddətləri və sair əlamətlərinə əvvəldən fikir vermədiyindən bu barədə dəqiq bir şey deyə bilmir. Yanğın hadisəsi baş vermiş ev Zərərçəkmiş şəxs atası Nadir kişidən qalma ev olmuş, Nadir rəhmətlik özü ev ustası olduğundan həmin evi də ailəsi üçün onun özü inşa edib tikmişdir. Əksər kənd evləri kimi bu evə də sahibləri tərəfindən mülkiyyət hüququnu təsdiq edən sənəd, o cümlədən heç bir Cıxarış alınmamış, həmin ev əvvəllər iki otaq və bir aynabəndddən ibarət olmaqla ümumi 100 kv.m sahəsi olsada sonradan Nadil evi bir qədər genişləndirərək orada əlavə bir otaq və bir aynabənddə tikmiş, ona görə də evin ölçüləri dəyişib 15x9 m təşkil etmişdir. Yanğın zamanı Nadilin həm də həyətindəki öz deməsinə görə 350 ot kipindən ibarət tayası da yanmışdır. Həmin yanğın hadisəsinin hansı səbəbdən baş verməsi barədə dəqiq bir şey bilmədiyindən bu barədə heç nə deyə bilmir, bildiyi qədər ata-oğul arasında yaranmış mübahisədən sonra Nadilin oğlu Anar evi və həyətdəki talvarları, ot tayasını yandırmışdır. İşlədiyi Qarabağlı kənd Ərazi Nümayəndəliyinə daxil olan kəndlər üzrə Zərərçəkmiş şəxs yanmış evi kimi kənd evlərinin qiyməti hazırda bazar qiymətləri ilə təxminən 45.000-50.000 manat dəyərində qiymətləndirilir. Həmçinin onu da bildirir ki, hadisəni törətmiş Təqsirləndirilən şəxs İİ Qarabağ Müharibəsi iştirakçısıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, həmin tarixdə AR CM-nin 186.2.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3ində yaşayan Şahid2 ***-***-**-** nömrədən zəng edərək, qonşusu Təqsirləndirilən şəxs ailəsi ilə münaşiqə edərək evi dağıtması və yandırması barədə məlumat vermişdir.Odur ki, 102 xidmətindən daxil olmuş məlumatların yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3ində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrədən zəng edərək, vetaran olan oğlu Anarın evdə münaşiqə yaratması, evi yandırmaq və onları bıçaqlamaq istəməsini bildirmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatların yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, 112 xidmətindən Şıxıyeva ***- ***-**-** nömrədən zəng edərək, ünvan 3ində ata ilə oğul arasında münaqişə olduğunu, ot tayasını yandırması və evidə yandırmaq istəmələri barədə məlumat vermişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatların yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, FHN əməkdaşı X5 ***-***-**-** nömrədən zəng edərək, ünvan 3ində yanğın olması hadisə yerinə gedən zaman bir nəfər şəxs avtomobilin qarşısını kəsərək avtomobilə təpik vurması və özünə xəsarət yetirmək istəməsi polisin təcili yaxınlaşmasını istəmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatların yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3ində yaşayan Şahid3 Vasif oğlu ***-***-**-** nömrədən zəng edərək, təcili polisin yaxınlaşmasını bildirmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatların yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan RMX-dan Həşimova Salyan RPŞ-nin NH-ya telefonla məlumat verərək bildirmişdir ki, ünvan 3ində yaşayan xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hər iki saidin çoxsaylı kəsilmiş yarası və sağ əlin əzilməsi diaqnozu ilə xəstəxanada tibbi yardım almasını və deməsinə görə öz evlərində əsəbləşərək özünə xəsarət yetirməsini bilsirmişdir. Odur ki, məlumatın yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Salyan RPŞ-nə xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində onunla birlikdə yaşayan oğlu Anarla aralarında yaranmış mübahisədən sonra sərxoş vəziyyətdə əvvəlcə həyətdəki 350 ot kipindən ibarət tayanı, daha sonra isə yaşadıqları rəhmətlik atasından qalmış bir mərtəbli, 15x9 metr ölçüdə, 3 otaq və 2 aynabənddən ibarət evlərini qəsdən yandırmışdır. Bu yanğınlar nəticəsində evdə olan bütün əşyaları, sənədləri hamısı yanmış, ev də yararsız hala düşmüşdür. Hələlik hesablama apara bilmədiklərindən dəymiş ziyanı da hesablamamışdır. Ona görə də törətdiyi bu əməllərə görə oğlu Təqsirləndirilən şəxs Nadir oğlu barəsində qanuni tədbir görülməsi haqqında müvafiq göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli “evə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, həmin tarixdə hadisə yerinə baxış protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, 2024-cü il 26 oktyabr tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs yaşadıqları Salyan rayonu, Təzəkənd kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evlərini və evin həyətindəki 350 ədəd ot kipindən ibarət ot tayasını, həmçinin iki ədəd talvarı qəsdən yandırması nəticəsində həmin ev, ot tayası və talvarlar tamamilə yanaraq yararsız hala düşmüşdür. Zərərçəkmiş şəxs “evdə yanan əşyaların siyahısı və qiyməti barədə” əlavə izahatından görünür ki, həmin vaxt evdə olan 250 manat dəyərində bir ədəd işlənmiş, 1.70 diaqonallı "LG" markalı televizoru, 350 manat dəyərində bir ədəd 82 diaqonallı "LG" markalı televizoru, 500 manat dəyərində bir ədəd "İndensit" markalı işlənmiş soyuducunu, 360 manat dəyərində bir ədəd qaz sobasını, cəmi 1200 manat dəyərində 3x2 ölçüdə 8 ədəd işlənmiş xalçanı, cəmi 500 manat dəyərində olan 4x4 ölçüdə iki ədəd işlənmiş xalçanı, cəmi 600 manat dəyərində olan 4x3 metr ölçüdə üç ədəd işlənmiş xalçanı, 100 manat dəyərində bir ədəd taxt divanı, 150 manat dəyərində bir ədəd tək divanı, cəmi 160 manat dəyərində iki ədəd işlənmiş kreslonu, cəmi 300 manat dəyərində iki ədəd işlənmiş şifoner güzgüsünü, cəmi 150 manat dəyərində 4 ədəd işlənmiş stolu, cəmi 100 manat dəyərində 12 ədəd işlənmiş stulu, cəmi 200 manat dəyərində 2 ədəd işlənmiş setkalı dəmir çarpayını, 300 manat dəyərində bir ədəd işlənmiş dördgöz sobanı, bir ədədinin dəyəri 40 manat olan cəmi 80 manat dəyərində olan 2 ədəd işlənmiş "ARİ" markalı sobanı, 100 manat dəyərində bir ədəd işlənmiş tozsoran aparatı, hər birinin dəyəri 6 manat olmaqla cəmi 300 manat dəyərində 50 ədəd döşəkçəni, cəmi 500 manat dəyərində 10 ədəd işlənmiş döşəyi, cəmi 300 manat dəyərində 10 ədəd işlənmiş yorğanı, cəmi 100 manat dəyərində 10 ədəd işlənmiş yasdığı, 100 manat dəyərində bir ədəd işlənmiş termonu, 200 manat dəyərində olan 2 qramlıq bir ədəd qızıl üzüyü, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 25 manat olmaqla 50 ədəd işlənmiş boşqabları, hər birinin dəyəri 50 qəpik olmaqla cəmi 30 manat dəyərində 60 ədəd kasanı, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 20 manat dəyərində olan 40 ədəd salat boşqabını, hər birinin qiyməti 50 qəpik olmaqla cəmi 25 manat dəyərində 50 ədəd dəmir qaşıqları, hər birinin dəyəri 60 qəpik olmaqla cəmi 12 manat dəyərində 20 ədəd duzqabını, hər birinin dəyəri 1 manat olmaqla cəmi 10 manat dəyərində 10 ədəd qəndqabını, hər birinin qiyməti 2 manat olmaqla cəmi 30 manat dəyərində 15 ədəd meyvə qabını, hər birinin qiyməti 10 manat olmaqla cəmi 40 manat dəyərində 4 ədəd teşti, 100 manat dəyərində bir ədəd işlənmiş ütünü, 150 manat dəyərində bir ədəd işlənmiş tozsoranı, cəmi 120 manat dəyərində olan iki ədəd işlənmiş sərinkeşi, 300 manat dəyərində olan bir ədəd işlənmiş velosipedi, hər birinin qiyməti 5 manat olmaqla 50 manat dəyərində 10 ədəd əl-üz dəsmalını, hər birinin qiyməti 5 manat olmaqla cəmi 50 manat dəyərində olan 10 ədəd pastel dəstini, 500 manat pulun, yanmış evinin dəyəri əlli min manat olduğunu bildirmişdir. Salyan RPŞ-nin məsul növbətçisi vəzifəsini müvəqqəti icra edən polis baş leytenantı Ramin Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Salyan RMX-dan Həşimova Salyan RPŞ-nin NH-ya telefonla məlumat verərək bildirmişdir ki, ünvan 3ində yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrədən zəng edərək, “Vaz 2107” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin oğlu Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatın yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Əliyev X8 RPŞ-nə xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ona məxsus olan, lakin öz pulu ilə aldığı “Vaz 2107” markalı ** FB *** dövlət qeydiyyat nişanlı avtomaşını ondan icazəsiz götürüb Bakı şəhərinə getmişdir. Avtomaşının geri qaytarılmasına köməklik edilməsini xahiş etmişdir. Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Röyal Səmədov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:55-də Salyan RPŞ-nin NH-nin radio rabitə vasitəsi ilə vaz 2107 markalı, ağ rəngli, ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin Salyan RPŞ-nin xidməti ərazisindən qaçırılması barədə məlumatı aldıqları üçün özlərində qeydlər aparmışlar, xx.xx.2024-cü il tarixdə saat 11:10 radələrində PPXB-nin polis nəfəri, polis serjantı Ramal Əzizov ilə birlikdə xidmətdən sonra istirahət vaxtlarında Salyan rayonu Babazanlı qəsəbəsi ərazisindən özlərinə məxsus şəxsi avtomobil ilə keçərkən həmin qaçırılmış maşının yolun kənarında dayandığını görüb dərhal ona yaxınlaşmışlar, vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Bu barədə PPXB-nin bölük komandirinə və NH-ə mobil telefon vasitəsi ilə məlumat vermişlər və tərəflərindən həmən şəxs RPŞ-nə gətirilərək NH-ə təhvil verilmişdir. Odur ki, raportuna dair aidiyyətı üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi polis leytenantı Tarverdi Xudaverdiyev tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 3ində yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən zəng edərək, 2 ay bundan öncə atasının ona vaz 2107 markalı 90FB 767 dövlət qeydiyyat nişanlı avtomobili sürmək üçün etibarnamə sənədi verməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə evini yandırması, atasının avtomobili axtarışa verməsi səbəbindən avtomobili yandıracağını bildirmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatın yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 520 nömrəli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sifətin sol nahiyəsinin sıyrığı küt əşya, sağ və sol saidin, sağ əlin 2-ci barmağının yaraları kəsici səthli əşyanın təsirindən törənmiş, qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən cırmaqlama və özü-özünü kəsmə nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X13 Yanğın Nəzarəti İdarəsinin 3-18-76/2-3854/2024 saylı 06 may 2024-cü il tarixli “yanğın haqqında ilkin” aktan görünür ki, xx.xx.2024-cü il saat6 19:09 radələrində açıq alov içində idi, ilkin çatan anda ev sahibinin oğlu yanğın avtomobilinin qarşısını kəsərək maneələr törətmişdir. Sonra polis əməkdaşları ilə yanğın avtomobili hadisə yerinə çatmışdır, ümumi sahəsi 130 m olan yaşayış evinin yanar, kontruksiyaları, evə bitşik 20 m talvar və həyətyani sahədə 27 m talvar və onun altına yığılmış 6 ton ot bağlaması yanmışdır. Yanğın ev sahibinin oğlu 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədildiyi bildirilmişdir. Salyan RPŞ-nin məsul növbətçisi, polis mayoru Elman Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:32-də Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil ********** nömrəli raportda ünvan 3ində yaşayan Təqsirləndirilən şəxs ********** nömrədən zəng edərək, atası ilə münaqişə etməsi, atasının ona narkotik maddə qəbul etməsilə bağlı böhtan atması səbəbilə evi yandırması ilə bağlı Salyan RPŞ-də araşdırma aparılması, atasının adına etibarnamə olan VAZ 2107 markalı AZ ** FB *** dövlət qeydiyyat nişanlı avtomobilin atasının avtomobilin qaçırılması ilə bağlı etdiyi şikayət əsasında Salyan RPŞ-nin Arzu adlı əməkdaşının göstərişi ilə saxlanılması, hazırda avtomobil üçün adına baş etibarnamə alması və etibarnaməni RPŞ-nə təqdim etməsinə baxmayaraq avtomobilin buraxılmamasından narazı olmasını bildirmişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatının yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin məsul növbətçisi, polis mayoru Elman Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:34-də Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil ********** nömrəli raportda ünvan 3ində yaşayan Təqsirləndirilən şəxs ********** nömrədən zəng edərək, atası ilə münaqişə etməsi, atasının ona böhtan atması səbəbilə evi yandırması barədə məlumat vermişdir. Odur ki, 102 xidmətindən daxil olmuş məlumatının yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi üzrə növbətçi-Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə əməliyyatçısı X1 xx.xx.2024-cü il tarixli “təqrir” məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:22də ünvan 3i ünvanında yaşayan Zərərçəkmiş şəxs Nadim oğlu ***-***-**-** nömrəli telefon ilə Azərbaycan Respublikasının Baş prokurorluğunun Çağrı Mərkəzinə müraciət edərək bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları evi qəsdən yandırması ilə bağlı Salyan RPŞ-nin İB-də qeyri-obyektiv araşdırma aparılmışdır. Bununla bağlı tədbir görülməsini və işinin nəzarətə götürülməsini xahiş etmişdir. Odur ki, müvafiq göstəriş verilməsini xahiş etmişdir. 10 yanvar 2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Salyan rayon İHB-nın Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 5-71-17/2-40/2025 nömrəli məktubdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, həmin Nümayəndəliyə daxil olan Salyan rayonu, Təzəkənd kəndində Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə yaşadığı yanğın hadisəsi baş vermiş fərdi yaşayış evi 1953-cü ildə 5 daş üstündə çiy kərpicdən 1 mərtəbəli, 2 otaqlı və 1 aynabənddən ibarət, ümumi sahəsi 100 kv.m, yaşayış sahəsi 40 kv.m olmaqla tikilmişdir. Sonradan həmin evə 1 otaq və 1 aynabənd əlavə olunduğundan evin ümumi ölşüsü 15mx9m olmuşdur. Həmin ev Zərərçəkmiş şəxs mərhum atasının mülkiyyətində olmuşdur. Sözügedən qeyd edilən fərdi yaşayış evinin Çıxarışı olmadığı üçün onun qiymətləndirilməsinə aid məlumat Ərazi Nümayəndəliyinə məxsus təsərrüfatbaşına kitabda qeydə alınmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Qarabağlı kənd ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 13 fevral 2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Təzəkənd kəndində yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Onun ailə tərkibi xx.xx.1969cü il təvəllüdlü-atası Zərərçəkmiş şəxs-xx.xx.1982-ci il təvəllüdlü-anası Şahid5, xx.xx.2003-cü il təvəllüdlü-qardaşı Şahid6 ibarətdir. Salyan şəhər evlərin alqı-satqısı və kirayəsi xidmətindən alınmış 14 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yerləşən 1953-cü ildə 5 daş üzərində çiy kərpicdən inşa edilmiş 15mx9m ölçüdə 3 otaq və 2 aynabənddən ibarət olan fərdi yaşayış evinin bu günkü günə təxmini bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edir. 17 yanvar 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və Şahid5 Əligullah qızı arasında ayrı-ayrılıqda üzləşdirmələr keçirilmiş və həmin üzləşdirmələr zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə atası Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisədən sonra əvvəlcə kibritlə od vurub qəsdən həyətlərindəki 350 ədəd ot kipi yığılmış tayanı,həmin ot kiplərinin yığıldığı talvarı, daha sonra isə yanan ot kiplərindən evlərinə gətirib onları evin döşəməsinə atmaqla yaşadıqları evi və evə bitişik talvarı da qəsdən yandırması faktı bir daha öz təsdiqini tapmış, lakin həmin üzləşdirmələr zamanı hadisə zamanı Zərərçəkmiş şəxs əlində balta olması və onun həmin balta ilə Təqsirləndirilən şəxs qəsdən vuraraq ona xəsarət yetirməsi faktı öz təsdiqini tapmamışdır. İş üzrə təyin edilmiş kompleks məhkəmə, yanğın-texniki, yanğın və texnoloji partlayışların tədiqiqi, məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərin tədqiqi, məhkəmə-əmtəəşünaslıq ekspertizasına cavab olaraq alınmış "Yanğın və texnoloji partlayışların tədiqiqi" ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 10/9219 nömrəli rəyindən görünür ki, yanğının, istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni Salyan rayonu, Qarabağlı kəndində Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəsində yerləşən ot tayasını kibritdən və fərdi yaşayış evinin isə alışmış vəziyyətdə olan ot-saman topasından odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbələrinin təsirindən baş verməsi mümkündür. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 9/9551 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş siyahıda göstərilən, qiymətləndirilməsi mümkün olan 04 adda malların orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri olaraq 1 ədəd ot kipinin dəyəri 3 manatdan olmaqla 350 ədəd ot kipinin dəyəri 1050, istifadədə olmuş "Ari" markalı bir ədəd sobanın dəyəri 40, 1 ədədinin dəyəri 6 manat olmaqla 50 ədəd istifadədə olmuş döşəkçənin dəyəri 300, bir ədədinin dəyəri 10 manat olmaqla 10 ədəd istifadədə olmuş yastığın dəyəri 100 manat olmaqla həmin malların təxmini dəyəri 1490,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Bir qayda olaraq hər hansı bir əmtəənin qiymətləndirilməsi üçün onun markası, modeli, texniki göstəriciləri, parametrləri, təyinatı, istifadəyə yararlılığı, keyfiyyəti, qızılın əyarı və sair müəyyən edilməlidir. Bu səbəbdən də tədqiqata təqdim edilmiş siyahıda qeyd edilən 35 adda mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.Təqdim edilmədiyindən qiymətləndirməsi mümkün olan mallar üzrə müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. İş üzrə tikinti-texniki ekspertizası aparılmasından imtina edilməsi barədə xx.xx.2025-ci il tarixli məlumatın məzmunundan görünür ki, məhkəmə yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası üzrə ekspert Əlihüseyn Süleymanov tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş rəyin təsviri hissəsində yanmış fərdi yaşayış evinin həyətə girişdə bir qədər irəlidə yerləşdiyi, lakin baxış zamanı evin tamamilə söküldüyünün müəyyən edildiyi qeyd edilmişdir. Ekspert tərəfindən qeyd olunmuşdur ki, tamamilə sökülmüş, mövcud olmayan fərdi yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi mümkün olmadığı üçün qərarda qoyulmuş sual üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının yuxarıda göstərilən müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş vəona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimlan tədbiri seçilmişdir. “Məhkəmə psixiatrik ekspertiza mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 387 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. İİ Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş suallan aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Əliyev X9 RPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində atası Zərərçəkmiş şəxs Nadim oğlu ilə yaşadıqları ünvan 3indəki evlərinin həyətində aralarında yaranmış mübahisə zamanı atası onun boğazından yapışıb onu boğarkən həmdə əli ilə sifətini cırıb ona xasarət yetirmişdir. Hazırda o, atası ilə barışmış və atasından heç bir şikayət və tələbi olmadığından bütün bunların nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 186.2.1 və 186.2.2-ci maddələrinə tövsif olunsun və o, həmin maddələrlə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilsin və ona həmin maddələrdə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs etirafedici ifadəsi, hadisə yerinə baxış protokolu və ona əlavə edilmiş fotocədvəllər, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə, yanğın və texnoloji partlayışların tədiqiqi, məhkəmə-əmtəəşünaslıq, ambulator məhkəmə psixatrik ekspertizalarının rəyləri, Salyan rayon İHB-nın Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 5-7117/2-40/2025 nömrəli və Salyan şəhər evlərin alqısatqısı və kirayəsi xidmətindən alınmış 14 yanvar 2025-ci il tarixli məktublar cinayət işi üzrə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə anası Şahid5 məxsus, sonuncunun əri Zərərçəkmiş şəxs vəsaiti hesabına alınmış bir ədəd işlənmiş vəziyyətdə, dəyəri 300 manat olan "Samsunq" markalı mobil telefonu Şahid5 əlindən alaraq onu su kanalına atması ilə bağlı da Təqsirləndirilən şəxs yenidən ittiham elan edilərkən göstərilən xüsusat nəzərə alınmış, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə yaşadıqları Salyan rayonu, Təzəkənd kəndində yerləşən fərdi yaşayış evinin həyətində atası Zərərçəkmiş şəxslə ilə mübahisə etdikdən sonra əlinə bıçaq götürüb onunla əvvəlcə atasını, sonradan isə yandırdığı ot tayasını söndürmək istəyən anası Şahid5 vuracağı ilə hədələsə də buna imkanı olduğu halda həmin vaxt onlara qarşı heç bir başqa hərəkət etmədiyindən və onlara hər hansı bir xəsarət də yertirmədiyindən göstərilən xüsusatla bağlı Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, xx.xx.2024-cü il tarixdə yaşadıqları Salyan rayonu, Qarabağlı kəndindəki evlərinin həyətində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əlində balta olması və onun həmin balta ilə Təqsirləndirilən şəxs vurub ona xəsarət yetirmək istəməsi xüsusatı öz təsdiqini Zərərçəkmiş şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş,Təqsirləndirilən şəxs məhkəmə tibb ekspertizasında iri onda aşkar edilimiş xəsarətlər, yəni sağ və sol saidində, sağ əlin 2-ci adından araları onun özü tərəfindən özünə yetirildiyindən bu xüsusat üzrə cinayət təqibinin və inzibati icraatın başlanması rədd edilmiş, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus yanğın hadisəsi baş vermiş fərdi yaşayış evi Salyan rayonu İHB-nın Qarabağlı kənd inzibati ərazi nümayəndəliyinə daxil olan Salyan rayonu, Təzəkənd kəndində yerləşdiyindən iş üzrə şənədlərdə səhvən yanğın hadisəsinin baş verdiyi yer kimi göstərilmiş Salyan rayonu, qarabağlı kəndi sözləri Salyan rayonu, Təzəkənd kəndi kimi oxunub qəbul edilmişdir. Qərarın surəti məlumat üçün Salyan rayon prokuroruna göndərilmişdir. “Təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan yeni məzmunda ittiham ona elan olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “gəlir məlumatları” bölməs(lər)ində görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində pensiya alır. Göründüyü kimi, Təqsirləndirilən şəxs yandırmaqla və külli miqdarda ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etməsi, bununla da onun Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 186.2.1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə — cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 186.2.2-ci maddəsinə əsasən, eyni əməllər yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, il eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və 44 günlük Vətən müharibəsində iştirak etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini (CM-58.3.) nəzərə alınmaqla hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmiş əmlakın yandırılması cinayəti (külli miqdarda ziyan vurmaqla) yüksək ictimai təhlükə daşıyır. Bundan başqa, o zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, ona dəymiş ziyanın aradan qaldırılması istiqamətində heç bir addım atmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs azadlıqdan məhrum etmə cəzasını məhz real olaraq çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə, həmçinin, hesab edir ki, Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 10 saat vaxt sərf etdiyi üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat olmaqla 110 manat məbləğində pul vəsaiti onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 06 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə 150 (bir yüz əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin - VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 10 saat vaxt sərf etdiyi üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat olmaqla 110 manat məbləğində pul vəsaiti onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Vəkilə dövlət hesabına göstərilən hüquqi yardıma görə haqqın ödənilməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-38/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-38/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver