Məhkəmə qərarları › İş №1(057)-39/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-39/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-39/2023 14.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Müdafiəçi iştirakı ilə xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Salyan şəhəri, B.Talıblı küçəsi ev 52-də qeydiyyatda olan və orada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, Salyan şəhəri, B.Talıblı küçəsi ev 25, mənzil 10-da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə 14 fevral 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq və tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə təkrarən qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd, habelə qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 10-da saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq qurutma sexinin cəmi 1440 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 4 metr uzunluğunda olan 9 ədəd pəncərə üstü atmalarını və cəmi 480 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 6 metr uzunluğunda olan 2 ədəd avtomobilin giriş qapı üstü atmalarını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 1920 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 11-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 400 manat dəyərində hər biri 9 metr uzunluğunda olan 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd böyük dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 12-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 220 manat dəyərində hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd kiçik dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 13-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 3240 manat dəyərində hər biri 12 metr uzunluğunda 300 mm enində 9 ədəd metal şvellerləri özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 14-də saat 15 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan 60 manat dəyərində olan 02 metr uzunluğunda 300 mm enində 01 ədəd metal şvelleri və cəmi 120 manat dəyərində hər biri 02 metr uzunluğunda 100 x 10 mm ölçüdə 3 ədəd metal boruları özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində yaxalandıqlarından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə cəmi 180 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci il noyabrın 8-də saat 20 radələrində Salyan rayonu Aşağı Kürkənd kəndi ərazisində piyada və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan körpünün metal konstruksiyalı dayağı olan 469 kq çəkidə, 12 metr uzunluğunda, 120 mm diametrində en kəsiyi 15 mm olan metal borunu özü ilə gətirdiyi qaynaq aparatı vasitəsilə doğrayan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs2 hadisə yerinə gəlib onun qanunsuz hərəkətlərinin qarşısını aldığından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs2 420,00 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Bundan başqa, o, qanunsuz olaraq məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,537 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində qanunsuz olaraq saxlamaqla daşımış, 2022-ci il noyabrın 9-da saat 16:40 radələrində Salyan şəhəri B.Talıblı küçəsində yaşadığı evin yaxınlığında Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq və tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə təkrarən qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talamaqla oğurluğa cəhd cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 10-da saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq qurutma sexinin cəmi 1440 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 4 metr uzunluğunda olan 9 ədəd pəncərə üstü atmalarını və cəmi 480 manat dəyərində R43 markalı dəmiryolu relsindən hazırlanmış hər biri 6 metr uzunluğunda olan 2 ədəd avtomobilin giriş qapı üstü atmalarını özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 1920 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 11-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 400 manat dəyərində hər biri 9 metr uzunluğunda olan 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd böyük dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 12-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 220 manat dəyərində hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd kiçik dayağı özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 13-də saat 09 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan cəmi 3240 manat dəyərində hər biri 12 metr uzunluğunda 300 mm enində 9 ədəd metal şvellerləri özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayıb özgə əmlakını gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2022-ci il oktyabrın 14-də saat 15 radələrindən başlayaraq Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsinin saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq pambıq talvarının metal konstruksiyaları olan 60 manat dəyərində olan 02 metr uzunluğunda 300 mm enində 01 ədəd metal şvelleri və cəmi 120 manat dəyərində hər biri 02 metr uzunluğunda 100 x 10 mm ölçüdə 3 ədəd metal boruları özləri ilə gətirdikləri qaynaq aparatı vasitəsilə doğrayan zaman Salyan RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerində yaxalandıqlarından öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyib zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə cəmi 180 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməyə cəhd etmişdir. Hər iki təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlləri törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsindən üç dəfə dəmir oğurlamış, oğurladığı dəmirlər ittihamda qeyd olunduğu qədər olmamışdır.Üçüncü dəfə oğurluq etmək istədiyi vaxt Zaur onunla olmuş, həmin vaxt ora gələn polis işçilərini gördükdə Zaur qaçmışdır. Bunlardan başqa Salyan rayonu Aşağı Kürkənd kəndi ərazisində piyada və avtomobillərin hərəkəti üçün nəzərdə tutulan körpünün metal konstruksiyalı dayağı kəsmək istəyərkən bir nəfər ona yaxınlaşdığı üçün həmin dəmiri oğurlamaqdan imtina etmişdir.Onda aşkar olunmuş metamfetamin ona məxsus deyil, həmin maddəni onun üzərinə polis əməkdaşları qoymuşlar.Polisdə döyülməkdən qorxduğu üçün hər şeyi etiraf etmişdir.Bütün bunlara baxmayaraq oğurluq etdiyini etiraf edir, himayəsində iki azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə ona yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki,tarix yadında olmadığı vaxt Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASC-nin Bəşirabad pambıq qəbulu məntəqəsindən birinci dəfə Əli ilə birlikdə 3-4 ədəd dəmiri oğurlamışlar.Həmin dəmirləri metal qəbulu məntəqəsinə təhvil verərək 95 manat pul əldə etmişlər.İkinci dəfə yenə həmin yerdən oğurluq etmək istəyərkən polis əməkdaşları onları gördüyü üçün qoyub qaçmışdır.Oğurluq etməyi ona Əli təklif etmişdir.Qaynaq aparatı da Əliyə məxsus olmuşdur.Himayəsində bir azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında zidiyyət olduğundan Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur.O, həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, ailəsilə birlikdə Salyan şəhəri B.Talıblı küçəsi ev 52-də yaşayırmış. 2022-ci ildə Salyan rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsilə 2 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda cəzasını çəkir. Anasının adına olan “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmişdir, BC dərəcəli sürücülük vəsiqəsi vardır, lakin həmin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi yoxdur. Həmin avtomobil ilə Salyan rayonu ərazisində metal tullantıları toplayıb metal qəbulu məntəqlərinə aparıb təhvil verməklə məşğul olmuşdur. Salyan rayonu Qırxçıraq kəndi ərazisinə yerləşən fəaliyyət göstərməyən Bəşirabad pambıq qəbulu məntəqəsinin metal konstruksiyalarını tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə doğramışlar. Təqsirləndirilən şəxs2 onun qonşusu və dostudur, aralarında yaxın münasibətlər vardır, ədavət və ziddiyyətləri olmamışdır, hazırda da yoxdur. Oktyabr ayının əvvəllərində Zaur ilə birlikdə Bəşirabad pambıq məntəqəsinin yaxınlığından keçərkən pambıq məntəqəsinin ərazisində gördükləri metal talvarı doğrayıb satmaq qərarına gəlmişlər. Ona görə 2022-ci il oktyabrın 10-da səhər saat 09 radələrində Zaur ilə məhəllədə görüşüb birlikdə “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə özünə məxsus qaynaq aparatını yükləyib Bəşirabad pambıq məntəqəsinin ərazisinə gəlmişlər və qaynaq aparatını avtomobildən düşürüb işə salıb talvar ilə üzbəüz yerləşən mişar daşından olan tikilinin 6 ədəd pəncərə və 1 ədəd giriş qapısının üzərindəki dəmiryolu relsindən olan atmaları doğramağa başlamışlar. Günorta saatlarınadək işləyib doğradıqları relsləri “Ford Tranzit” markalı avtomobilə yükləyib köhnə Salyan-Astara avtomobil yolunun kənarındakı “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanındakı dəmiryolu keçidinin yaxınlığındakı Cəfərin işlətdiyi metal qəbulu məntəqəsinə gətirib qara metalın hər bir kiloqramını 50 qəpikdən hesablamaqla cəmi 175 manata təhvil vermişlər. Ertəsi gün oktyabrın 11-də səhər saatlarında Zaur ilə öz məhəlləmizdə görüşüb söhbət edərkən yenidən qərara gəlmişlər ki, birlikdə gedib yenidən həmin pambıq məntəqəsində metal hissələri doğrayıb aparıb təhvil versinlər. Ona görə birlikdə həmin gün pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb bu dəfə talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib Cəfərin metal qəbulu məntəqəsinə cəmi 150 manata təhvil vermişlər. Oktyabrın 12-də səhər saatlarında Zaur ilə məhəlləmizdə görüşdükdə yenidən qərara gəlmişlər ki, birlikdə gedib yenidən həmin pambıq məntəqəsində metal doğrayıb aparıb təhvil versinlər. Ona görə həmin gün birlikdə pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib yenidən Cəfərin metal qəbulu məntəqəsinə 120 manata təhvil vermişlər. Oktyabrın 13-də səhər saatlarında Zaur ilə məhəllədə görüşdükdə yenidən qərara gəlmişlər ki, birlikdə həmin pambıq məntəqəsinə gedib yenidən talvarın metal hissələrini doğrayıb aparıb metal qəbulu məntəqəsinə təhvil versinlər. Bu dəfə də birlikdə həmin pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib Cəfərin metal qəbulu məntəqəsinə 110 manata təhvil vermişlər. Növbəti dəfə oktyabrın 14-də günorta saatlarında Zaur ilə məhəllədə görüşüb söhbət edərkən yenidən pambıq məntəqəsinin ərazisinə gedib metal hissələri doğrayıb aparıb satmaq qərarına gəlmişlər. Bu dəfə də Zaur ilə birlikdə həmin pambıq məntəqəsinin ərazisinə gəlib talvarın metal konstruksiyalarını doğramağa başlamışlar. Lakin bir müddət işləmişlər ki, pambıq məntəqəsinin ərazisinə polis avtomobilinin gəldiyini görmüşlər. Polis əməkdaşlarını görən Zaur qaçıb oradan getmişdir, o isə yerində qalmışdır. Polis əməkdaşları nə etdiklərini soruşduqda cavab vermiş ki, fəaliyyət göstərməyən pambıq məntəqəsinin talvarını doğrayırlar. Bundan sonra polis əməkdaşları onu Salyan rayon polis şöbəsinə gətirmişlər. Hər dəfə Zaur ilə Bəşirabad pambıq məntəqəsinin ərazisində metal doğrayan zaman özlərinə söz vermişlər ki, bir daha pambıq məntəqəsinə gəlməyəcəklər və metal doğramayacaqlar. Lakin hər dəfə doğradıqları metalı aparıb metal qəbulu məntəqəsinə təhvil verdikdən sonrakı gün Zaur ilə məhəllədə görüşdükdə öz aralarında söhbət edərkən yenidən qərara gəlmişlər ki, son dəfə gedib pambıq məntəqəsindən metal doğrayıb aparıb satsınlar. Sonuncu dəfə oktyabrın 14-də Zaur ilə birlikdə Bəşirabad pambıq məntəqəsinin ərazisindəki talvardan bir ədəd metal şveller və 3 ədəd metal boru kəsmişlər. Həmin metalın çəkisi təxminən 250 kq olduğundan dəyəri də təxminən 125 manat təşkil etmişdir və əgər polis əməkdaşları onu və Zauru cinayət başında yaxalamasaydılar onlar həmin metalı aparıb həmin qiymətə metal qəbulu məntəqəsinə təhvil verəcəkmişlər. Çünki pambıq məntəqəsinin ərazisində doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib aparıb metal qəbulu məntəqəsinə təhvil verdikləri metalın dəyəri hər dəfə təxminən 110- 150 manat civarında olmuşdur. O və Zaur Bəşirabad pambıq məntəqəsinin ərazisində birlikdə doğrayıb oğurladıqları metalı təhvil verdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüb öz ehtiyaclarına xərcləmişlər. O, uzun müddət “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edirmiş. 2022-ci il noyabrın 8-də saat 11 radələrində yaşadığı evin yaxınlığından keçən Akkuşa çayının kənarı ilə piyada qaydada evinə tərəf gedən zaman yerdə bir ədəd sellofan torbacıq olduğunu görmüşdür. Həmin torbacığı əlinə götürüb baxdıqda içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, psixotrop maddə qəbul etdiyi üçün yerdən tapdığı həmin kütlənin də metamfetamin olduğunu dərhal anlamışdır. Ona görə yerdən tapdığı psixotrop maddəni özü istifadə etmək üçün götürüb üzərində saxlamışdır. 09 noyabr 2022-ci il tarixdə saat 16:40 radələrində Salyan şəhəri, B.Talıblı küçəsində yaşadığı evin yaxınlığında dayandığı vaxt mülki geyimdə olan polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edib onun psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdə müstəntiq tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu ona elan olunmuş, şübhəli şəxs kimi tutularkən ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunaraq bildiriş təqdim edilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmiş ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə varsa təqdim etsin. O da, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olan 1 ədəd sellofan torbacığı çıxarıb masanın üzərinə qoymüşdur. Bundan sonra onun üzərində şəxsi axtarış keçirildi və üzərindən 02 ədəd “Prima” siqaret qutusu və 02 ədəd alışqan aşkar edilmiş, həmin əşyalara baxış keçirildikdən sonra saxlanılması və daşınması qanunsuz olmadığı üçün dərhal özünə qaytarılmışdır. Müstəntiq tərəfindən onun təqdim etdiyi 1 ədəd sellofan torbacıqda nə olduğu soruşulduqda bildirmişdir ki, həmin kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, 2022-ci il noyabrın 8-də saat 11 radələrində Salyan şəhəri ərazisindən keçən Akkuşa çayı kənarında yerdən tapmışdır, özü istifadə etmək məqsədilə üzərində saxlamışdır, həmin kütlədən heç kimə verməmişdir və satmamışdır, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbacıqda olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №113” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra özü və digər iştirakçılar protokolu imzalamışlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman heç bir psixi və ya fiziki təzyiqə məruz qalmamışdır. 2022-ci il noyabrın 8-də axşam saatlarında qərara gəlmişdir ki, yeniən bir qədər köhnə metal toplayıb aparıb metal qəbulu məntəqəsinə təhvil versin. Ona görə idarə etdiyi “Ford-Tranzit” markalı avtomobilə özünə məxsus qaynaq aparatını yükləyib Aşağı Kürkənd kəndi ərazisinə gəlmişdir. Kənd qəbirstanlığının yanından keçərkən avtomobil yolunun sol tərəfindəki su kollektor kanalının üzərindən qəbirstanlığa gedən yolun üzərindən çəkilmiş beton körpünün altındakı metaldan olan dayaq borusunu görüb həmin borunu kəsmək qərarına gəlmişdir. Həmin vaxt artıq hava qaralmışdır, saat 20 radələri idi və qəbirstanlıqda heç kimin olmadığına əmin olub avtomobili həmin körpünün yanında saxlayıb qaynaq aparatını avtomobildən düşürüb aparatı işə salmışdır. Daha sonra qəbirstanlığa gedən körpünün alt dayağı olan təxminən 12 metr uzunluğunda 120 mm diametrli metal borunun hər iki başını qaynaq aparatı ilə kəsib əsas dayaqlardan ayırmışdır və kəsdiyi borunu öz avtomobilinə yükləmək istədikdə yanında “Muravey” markalı yük motorollerin dayandığını görmüşdür. Motorolleri sürən şəxs onun bu vaxtı burada nə etdiyini soruşduqda cavab vermişdir ki, körpünün lazım olmayan metal hissəsini kəsmişdir və aparıb metal qəbulu məntəqəsinə təhvil verəcəkdir. Bundan sonra motorollerin sürücüsü öz telefonu ilə DİN-in 102 xidmətinə zəng edib onun burada körpünün metal dayağını kəsdiyi barədə məlumat verdiyini görüb tələsik qaynaq aparatını öz avtomobilinə yükləyib oradan uzaqlaşmışdır, körpünün dayağı olan kəsdiyi metal boru isə hadisə yerində qalmışdır. Sonradan rayon polis şöbəsində izahat verərkən ona məlum olmuşdur ki, körpünün metal dayağını doğrayan zaman hadisə yerinə gəlmiş şəxs Zərərçəkmiş şəxs2 olmuşdur. Noyabrın 8-də Aşağı Kürkənd kəndi ərazisindəki körpünün dayağı olan 12 metr uzunluğunda 120 mm diametrli metal borunun çəkisi təxminən 200-250 kq olduğundan dəyəri də təxminən 100-120 manat olacaqdır. Çünki metal qəbulu məntəqəsində qara metalın hər bir kiloqramını hazırda 0,50 manatdan qəbul edirmişlər. O, noyabrın 8-də Aşağı Kürkənd kəndinə tək getmişdir və körpünün metal borudan olan dayağını doğrayan zaman tək olmuşdur, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsi ilə istintaq zamanı vermiş olduğu ifadəsi arasında zidiyyət olduğundan Azərbaycan Respublikası CPM-nın 327.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, ailəsilə birlikdə Salyan şəhəri B.Talıblı küçəsi ev 25, mənzil 10-da yaşayır, məhkum olunmamışdır, günəmuzd fəhlə işləyirmiş. Təqsirləndirilən şəxs1 qonşudur, aralarında bir neçə ildir yaxın dost münasibətləri vardır, ədavət və ziddiyyətləri olmamışdır, hazırda da yoxdur. BC dərəcəli sürücülük vəsiqəsi vardır və hərdən Təqsirləndirilən şəxs1 anasının adına olan “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobil ilə Əli ilə birlikdə Salyan rayonu ərazisində metal tullantıları toplayıb aparıb metal qəbulu məntəqələrinə təhvil verməklə məşğul olmuşlar. Salyan rayonu Qırxçıraq kəndi ərazisinə yerləşən və hazırda fəaliyyət göstərməyən Bəşirabad pambıq qəbulu məntəqəsinin metal konstruksiyalarını dostu və qonşusu Təqsirləndirilən şəxs1 ilə birlikdə doğramışlar. Oktyabr ayının əvvəllərində Əli ilə birlikdə Bəşirabad pambıq məntəqəsinin yaxınlığından keçərkən Əli pambıq məntəqəsinin ərazisindəki metal talvarı göstərib talvarı doğrayıb satmaq təklifini vermişdir və o, Əlinin bu təklifini qəbul edib razılaşmışdır. Ona görə 2022-ci il oktyabrın 10-da səhər saat 09 radələrində Əli ilə öz məhəllələrində görüşüb birlikdə “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə Əliyə məxsus qaynaq aparatını yükləyib Bəşirabad pambıq məntəqəsinin ərazisinə gəlmişlər və qaynaq aparatını avtomobildən düşürüb işə salıb talvar ilə üzbəüz yerləşən mişar daşından olan tikilinin 6 ədəd pəncərə və 1 ədəd giriş qapısının üzərindəki dəmiryolu relsindən olan atmaları doğramağa başlamışlar. Günorta saatlarınadək işləyib doğradıqları relsləri “Ford Tranzit” markalı avtomobilə yükləyib köhnə Salyan-Astara avtomobil yolunun kənarındakı “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanındakı dəmiryolu keçidinin yaxınlığındakı Cəfərin işlətdiyi metal qəbulu məntəqəsinə gətirib qara metalın hər bir kiloqramını 50 qəpikdən hesablamaqla cəmi 175 manata təhvil vermişlər. Ertəsi gün oktyabrın 11-də səhər saatlarında Əli ilə məhəllədə görüşüb söhbət edərkən yenidən qərara gəlmişlər ki, birlikdə gedib həmin pambıq məntəqəsində metal hissələri doğrayıb aparıb təhvil versinlər. Ona görə birlikdə həmin gün pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb bu dəfə talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib Cəfərin metal qəbulu məntəqəsinə 150 manata təhvil vermişlər. Oktyabrın 12-də səhər saatlarında Əli ilə məhəllədə görüşdükdə yenidən qərara gəlmişlər ki, yenidən birlikdə gedib həmin pambıq məntəqəsində metal doğrayıb aparıb təhvil versinlər. Ona görə həmin gün birlikdə pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib yenidən Cəfərin metal qəbulu məntəqəsinə 120 manata təhvil vermişlər. Oktyabrın 13-də səhər saatlarında Əli ilə məhəllədə görüşdükdə yenidən qərara gəlmişlər ki, birlikdə həmin pambıq məntəqəsinə gedib talvarın metal hissələrini doğrayıb aparıb metal qəbulu məntəqəsinə təhvil versinlər. Bu dəfə də birlikdə həmin pambıq məntəqəsinin ərazisinə gəlib qaynaq aparatını işə salıb talvarın metal hissələrini doğrayıb “Ford Tranzit” markalı avtomobilə yükləyib gətirib Cəfərin metal qəbulu məntəqəsinə 110 manata təhvil vermişlər. Növbəti dəfə oktyabrın 14də günorta saatlarında Əli ilə məhəllədə görüşüb söhbət edərkən yenidən pambıq məntəqəsinin ərazisinə gedib metal hissələri doğrayıb aparıb satmaq qərarına gəlmişlər. Bu dəfə də Əli ilə birlikdə həmin pambıq məntəqəsinin ərazisinə gəlib talvarın metal konstruksiyalarını doğramağa başlamışlar. Lakin həmin gün bir müddət işləmişlər ki, pambıq məntəqəsinin ərazisinə polis avtomobilinin gəldiyini görmüşlər. O, polis əməkdaşlarını gördükdə qaçıb oradan getmişdir, Əli isə yerində qalmışdır. Əlinin polis şöbəsində onun adını verəcəyini bildiyi üçün qorxudan həmin gün Bakı şəhərinə getmişdir və bir neçə gün Bakı şəhərində qaldıqdan sonra Salyan rayonuna qayıdıb rayon polis şöbəsinə gələrək Təqsirləndirilən şəxs1 ilə birlikdə pambıq məntəqəsinin ərazisindən oğurluq etdiklərini etiraf etmişdir. Hər dəfə Əli ilə Bəşirabad pambıq məntəqəsinin ərazisində metal doğrayan zaman özlərinə söz vermişlər ki, bir daha həmin yerə gedib metal doğramayacaqlar, lakin hər dəfə doğradıqları metalı aparıb metal qəbulu məntəqəsinə təhvil verdikdən sonrakı gün Əli ilə məhəllədə görüşüb söhbət edərkən yenidən qərara gəlmişlər ki, son dəfə gedib pambıq məntəqəsindən metal doğrayıb aparıb satsınlar. Oktyabrın 14-də sonuncu dəfə Əli ilə birlikdə Bəşirabad pambıq məntəqəsinin ərazisindəki talvardan bir ədəd metal şveller və 3 ədəd metal boru kəsmişlər. Həmin metalın çəkisi təxminən 250 kq olduğundan dəyəri də təxminən 125 manat təşkil etmişdir. Əgər polis əməkdaşları onları cinayət başında yaxalamasaydılar həmin metalı aparıb həmin qiymətə metal qəbulu məntəqəsinə təhvil verəcəkmişlər. Pambıq məntəqəsinin ərazisində doğrayıb Əlinin “Ford Tranzit” markalı avtomobilinə yükləyib aparıb metal qəbulu məntəqəsinə təhvil verdikləri metalın dəyəri hər dəfə təxminən 110-150 manat arasında olmuşdur. O, Əli ilə birlikdə Bəşirabad pambıq məntəqəsinin ərazisində doğrayıb oğurladıqları metalı təhvil verdikdən sonra əldə etdikləri pulu öz aralarında bölüb öz ehtiyaclarına xərcləmişlər. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3 rayon məhkəməsinə verdiyi ərizəsində dəymiş ziyanın ödənildiyini, hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin baş mühasibi vəzifəsində işləyir. Salyan rayonu Qırxçıraq kəndi ərazisində "xxxx" ASC-nin hazırda fəaliyyət göstərməyən Bəşirabad pambıq qəbulu məntəqəsi vardır. 2022-ci il oktyabrın 14-də həmin pambıq qəbulu məntəqəsinin ərazisindəki pambıq qurutma sexindən və pambıq talvarının metal konstruksiyalarının oğurlandığı barədə məlumat əldə etmişlər. İlkin olaraq "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Salyan RPŞ-nə verilmiş məktubda ASC-yə dəymiş ziyanın miqdarı 635 manat kimi göstərilmişdir. Lakin sonradan aparılmış hesablamalar zamanı müəyyən edilmişdir ki, Bəşirabad pambıq məntəqəsinin ərazisindən ayr-ayrı vaxtlarda naməlum şəxslər tərəfindən pambıq talvarının metal konstruksiyaları olan hər biri 9 metr uzunluğunda 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd dayaq, hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd dayaq, talvarın şifer örtüyünün alt dayaqları olan hər biri 12 metr uzunluğunda 300 mm enində metal şvellerlər, pambıq məntəqəsinin ərazisindəki pambıq qurutma sexinin hər biri 4 metr uzunluğunda 9 ədəd R43 markalı dəmiryolu relsindən hazırlanmış pəncərə üstü atmaları və hər biri 6 metr uzunluğunda 2 ədəd R43 markalı dəmiryolu relsindən hazırlanmış avtomobil üçün nəzərdə tutulan giriş qapısının üst atmaları qaynaq aparatı vasitəsilə doğranıb oğurlanmışdır və nəticədə "xxxx" ASC-yə ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurulmuşdur. Odur ki, bununla bağlı "xxxx" ASC-nin rəhbərliyi tərəfindən Salyan RPŞ-nə əlavə məktub göndərilmişdir. Daha sonra "xxxx" ASC-ni istintaq prosessində nümayəndə kimi təmsil etmək ona həvalə edilmiş və bu məqsədlə rəhbərlik tərəfindən ona müvafiq etibarnamə verilmişdir. Bəşirabad pambıq məntəqəsinin metal konstruksiyalarının uzun illər istismar edildiyi, sonrakı illərdə açıq hava şəraitində qalmaqla aşılanması nəzərə alınmaqla aparılmış təxmini hesablamalarla müəyyən edilmişdir ki, pambıq talvarının metal konstruksiyaları olan hər biri 9 metr uzunluğunda 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd böyük dayağın qiyməti təxminən 250 manat, hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd kiçik dayağın qiyməti təxminən 200 manat, talvarın şifer örtüyünün alt dayaqları olan hər biri 12 metr uzunluğunda 300 mm enində 9 ədəd metal şvellerlərin təxmini qiyməti 700 manat, pambıq məntəqəsinin ərazisindəki pambıq qurutma sexinin hər biri 4 metr uzunluğunda 9 ədəd R43 markalı relsdən hazırlanmış pəncərə üstü atmaların və hər biri 6 metr uzunluğunda 2 ədəd R43 markalı relsdən hazırlanmış avtomobil üçün nəzərdə tutulan giriş qapısının üst atmalarının təxmini qiyməti 200 manat təşkil etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəməyə verdiyi ərizəsində dəymiş ziyanın ödənildiyini, hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun ifadəsi məhkəmə baxışı zamanı elan olunmuşdur. O, həmin ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Aşağı Kürkənd kəndində yaşayır, məhkum olunmamış, Aşağı Kürkənd kənd orta məktəbində gecə gözətçisi, gündüzlər isə günəmuzd fəhlə işləyirmiş. Salyan şəhəri sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır, ilk dəfə 2022-ci il noyabrın 8-də görüb tanımışdır. Belə ki, noyabrın 8-də saat 20 radələrində özünə məxsus “Muravey” markalı yük motosikleti ilə yaşadığı evə qayıdarkən Aşağı Kürkənd kəndin girəcəyindəki kənd qəbirstanlığının yanından keçən zaman qəbirstanlığa gedən yolda kollektor su kanalın üzərindəki piyada və avtomobil körpüsünün yanında “Ford-Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanaqlı vəziyyətdə olduğunu, körpünün altında isə bir nəfərin qaynaq aparatı ilə körpünün alt dayağı olan metal borunun hər iki baş hissələrini kəsdiyini görmüşdür. O, yaxınlaşıb həmin şəxsin kim olduğunu, burada nə etdiyini soruşduqda həmin şəxs adının Təqsirləndirilən şəxs1 olduğunu, özündən razı halda körpünün metal borudan olan dayağını kəsib aparıb metal qəbulu məntəqəsinə təhvil verib pul qazanacağını bildirmişdir. O, vəziyyəti belə gördükdə özünə məxsus mobil telefon ilə DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Onun DİN-in 102 xidmətinə zəng etdiyini görən Əli gördüyü işi dayandırıb tələsik qaynaq aparatını öz avtomobilinə yükləyib oradan getmidir. Bir azdan hadisə yerinə polis əməkdaşları gəlmiş və o, baş vermiş hadisə barədə ərizə və izahat vermişdir. Ertəsi gün yenidən polis əməkdaşları ilə birlikdə hadisə yerinə gəlib bir gün əvvəl Təqsirləndirilən şəxs1 adlı şəxsin körpünün metal borudan olan dayağı kəsdiyi yerin müayinəsində iştirak etmiş, bu barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Hadisə yerinin müayinəsi zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən kəsilmiş körpünün dayağı olan metal borunun uzunluğu 12 metr, diametri 120 mm və en kəsiyi 15 mm olmuşdur. Həmin körpü təxminən 20 il əvvəl kənd qəbirstanlığı təşkil edilən zaman kənd sakinlərinin birgə səyi və vəsaiti hesabına tikilmişdir. O, Təqsirləndirilən şəxs1 tərəfindən kəsilmiş həmin metal borunu isə körpü inşa edilən zaman öz həyətindən gətirib körpünün dayaqlarından biri kimi istifadə edilməsi üçün vermişdir və həmin metal boru onun özünə məxsusdur. Körpünün dayağı olan həmin metal borunun Təqsirləndirilən şəxs1 tərəfindən kəsilməsi nəticəsində ona təxminən 300-400 manat ziyan vurulmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Salyan RPŞ-nin PPXB-nün tağım komandiri Şahid4 göstərmişdir ki, 2022-ci il oktyabrın 14-də saat 15 radələrində PPXB-nün digər tağım komandiri Şahid5 ilə birlikdə xidməti avtomaşında xidməti ərazidə olarkən Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən və hazırda fəsliyyət göstərməyən Bəşirabad pambıq məntəqəsinin ərazisində uzaqdan qaynaq işlərin aparıldığını müşahidə etmişlər. Onlar xidməti avtomaşınla pambıq məntəqəsinin ərazisinə daxil olub qaynaq işləri aparılan yerə yaxınlaşdıqda uzaqdan 2 nəfər şəxsin qaynaq işləri gördüklərini, onlardan birinin onların olduqları polis avtomobilini görüb işini yarımçıq saxlayıb qaçıb həmin ərazidən uzalaşdığını, ikinci şəxsin isə öz yerində qaldığını görmüşlər. Onlar həmin şəxsə yaxınlaşıb burada nə işlə məşğul olduqlarını, özünün və qaçıb getmiş şəxsin kim olduğunu soruşduqda həmin şəxs özünü Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 kimi təqdim edib qaçıb getmiş yoldaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə metal qəbulu məntəqəsinə təhvil vermək üçün hazırda fəaliyyət göstərməyən pambıq məntəqəsinin ərazisində bir neçə gün ərzində köhnə metal konstruksiyaları doğramaqla məşğul olduqlarını bildirmişdir. Qaynaq işləri görülən yerdə “Ford-Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin və qaynaq işlərin görülməsi üçün lazımi ləvazimatların olduğunu nəzərə alıb hadisə yerinin mühafizəsi təşkil edildikdən sonra Təqsirləndirilən şəxs1 Salyan rayon polis şöbəsinə gətirilib növbətçi hissəyə təhvil vermişlər. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid5 da, Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Şahid qismində məhkəmədə dindirilmiş Salyan Rayon Polis X2 Qrupunun əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, vəzifəsində xidmət edir. 2022-ci il noyabrın 09-da Salyan şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxladığı barədə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumatın yoxlanılması üçün yaradılmış əməliyyat qrupun tərkibində Təqsirləndirilən şəxs1 ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 16:40 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evinin yaxınlığında Salyan şəhəri B.Talıblı küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunusz dövriyyəsində şübhəli olduğuni bildirib birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 təklif olunmuş ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində “patı” vardır və əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd selofan büküm çıxardıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda orada ağ rəngli kristalik kütlə olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin özünə məxsusdur, həmin metamfetamini bir gün əvvəl, noyabrın 8-də yaşadığı evin yaxınlığından keçən Akkuşa çayının sahilində yerdən tapmışdır, metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb cibində saxlamışdır, bir qədər özü qəbul etmişdir, lakin heç kimə satmamışdır, satmaq niyyəti və məqsədi olmamışdır. Bundan başqa keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən 2 ədəd “Prima” siqaret qutusu və alışqan aşkar edilmişdir, digər cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir, siqaret qutuları və alışqan özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə müstəntiq tərəfindən kağız zərfə qoyulub qablaşdırılıb məhürlənmiş, iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola özü və iştirakçılar tərəfindən imza olunmuşdur. Şahid qismində məhkəmədə dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid2 da, Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunmuş şəxsi axtarış və götürmə protokolundan görünür ki, 2022ci il noyabrın 09-da Salyan RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 özünün və müdafiəçisinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilib götürülmüşdür. Məhkəmədə elan olunmuş hadisə yerinə baxış və götürmə protokolundan görünür ki, 2022-ci il oktyabrın 14-də Salyan rayonu Qırxçıraq kəndi ərazisində yerləşən "xxxx" ASCnin Bəşirabad pambıq qəbulu məntəqəsinin ərazisinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, pambıq qurutma sexinin R-43 markalı relsdən hazırlanmış hər biri 4,0 metr uzunluğunda 9 ədəd pəncərə üzərindəki atmalar, hər biri 6,0 metr uzunluğunda 2 ədəd giriş qapısı üzərindəki atmalar, metal konstruksiyalı pambıq talvarının hər biri 9,0 metr hündürlüyündə 120x10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd dayaq, hər biri 6,0 metr hündürlüyündə 100x10 mm ölçüdə metal borudan hazırlanmış 2 ədəd dayağı, hər biri 12,0 metr uzunluğunda 30 sm enində cəmi 9 ədəd talvarın tavanını saxlayan metal şvellerlər qaynaq aparatı vasitəsilə kəsilib hadisə yerindən aparılmışdır, həmin talvarın yanında 01 ədəd qaynaq aparatı və 2 ədəd qaz balonu, 2,0 metr uzunluğunda 30 sm qalınlığında şveller hissəsi, hər biri 2,0 metr uzunluğunda 100x10 mm ölçüdə boruların 3 ədəd doğranmış hissələri, “Ford Tranzit” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində qaynaq aparatının daha 2 ədəd qaz balonu aşkar edilmiş və maddi sübut kimi götürülmüşdür. Hadisə yerinə baxış və götürmə protokolundan görünür ki, 2022-ci il noyabrın 09-da Salyan rayonu Aşağı Kürkənd kəndi ərazisində hadisə yerinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən həmin tarixdə Aşağı Kürkənd kəndi ərazisində kollektor su kanalının üzərindəki körpünün dayağı olan 12 metr uzunluğunda, 120 mm diametrli, en kəsiyi 15 mm olan metal boru qaynaq aparatı vasitəsilə kəsərək oğurlanmağa cəhd edilmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1206 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 0,537 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1167 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (toksikomaniya) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8227 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən 12 metr uzunluğunda, 120 mm diametrində, en kəsiyi 15 mm olan metal borunun ümumi çəkisi 469 kq olmaqla 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 420,00 (12 metr x 35,0) manat müəyyən olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/8779 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti və ümumi dəyəri təxminən 3080,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir:

1. hər biri 9 metr uzunluğunda 120 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 dəst dayaq – 400 manat;

2. hər biri 6 metr uzunluğunda 100 x 10 mm ölçüdə metal borudan hazırlanmış 2 dəst dayaq – 220 manat;

3. hər biri 4 metr uzunluğunda R43 markalı 9 ədəd dəmiryolu relsi – 1440 manat;

4. hər biri 6 metr uzunluğunda R43 markalı 2 ədəd dəmiryolu relsi – 480 manat;

5. 2 metr uzunluğunda 300 mm enində 01 ədəd metal şveller – 60 manat;

6. Hər biri 2 metr uzunluğunda 100 x 10 mm ölçüdə 3 ədəd metal borular – 120 manat. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinin arayışından görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs1 cəza müddətinin əvvəli xx.xx.2022-ci il, cəza müddətinin sonu xx.xx.2024-cü il tarixdir. Təqsirləndirilən şəxs1 tutulduğu xx.xx.2022-ci il tarixə çəkilməmiş cəzası 01 il 09 ay 15 gün təşkil edir. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci ildən “tiryək narkomaniyası” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır, digər hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Salyan RİHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 2 azyaşlı uşağı vardır. Salyan "xxxx" MMC tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı vardır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış metal şvellerin və metal borunun hissələri, Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış Aşağı Kürkənd kəndindəki körpünün dayağı olan doğranmış metal boru, keçirilmiş baxış zamanı hadisə yerindən aşkar edilib götürülmüş Salyan RPŞ-də saxlanılan qaynaq aparatı və 4 ədəd qaz balonu iş üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi qismində tanınmış Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ərizəsindən görünür ki, Bəşirabad pambıq məntəqəsinin ərazisindən oğurlanmağa cəhd edilmiş metal şveller və metal boru hissələri təsərrüfata qaytarılmışdır. Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ərizəsindən görünür ki, oğurlanmağa cəhd edilmiş Aşağı Kürkənd kəndi ərazisindəki körpünün dayağı olan metal boru zərərçəkmişə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,487 qram psixotrop maddə metamfetamin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmışdır. Hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunması təqsirlərini səmimi etiraf edərək peşimançılıq hissi keçirmələri, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, onlara dəymiş ziyanın tamamilə ödənilməsi,zərərçəkmişlərin şikayətçi olmamaları və himayələrində azyaşlı uşaqlarının olması onların cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 09 noyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 10 noyabr 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, hökm qanuni qüvvəsini alana kimi həmin qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2022-ci ildə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli,məhkəmə iclası zalında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar həmin maddlərlərlə təqsirli bilinməli və sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdırlar. Onların hər ikisini qeyd olunan maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Təqsirləndirilən şəxs1 əvvəllər oxşar cinayətə görə məhkum olunması və onların törətdiyi cinayət əməllərinin çoxlu epizodlarla əhatə olunması halları bir daha onu göstərir ki,onları azadlıqdan məhrum etmə cəzasına nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, hər iki təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmuyu qaydasında ona təyin olunmuş cəzaları qismən toplama yolu üzərində qəti cəza saxlanılmalıdır. Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci il tarixə çəkilməmiş hissəsi 01 il 09 ay 15 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 09 noyabr 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, cəzaçəkməsinin əvvəli 14 fevral 2023-cü ildən hesablanmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, Təqsirləndirilən şəxs1 ayrıca 49,74 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülməlidir. İş üzrə maddi sübut kimi zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış metal şvellerin və metal borunun hissələri, Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış Aşağı Kürkənd kəndindəki körpünün dayağı olan doğranmış metal boru, keçirilmiş baxış zamanı hadisə yerindən aşkar edilib götürülmüş Salyan RPŞ-də saxlanılan qaynaq aparatı və 4 ədəd qaz balonu iş üzrə maddi sübut kimi tanınmalı və sahibi Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,487 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29, 177.2.3 maddələri ilə təqsirli bilinib iki il altı ay müddətə azadlıqdan məhrum etmə, CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib bir il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində üç il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 09 ay 15 gün müddət Azərbaycan Respublikası CM-nın 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla 10 ay 22 gün azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə üzərində qəti olaraq üç il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 noyabr 2022-ci ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İş üzrə maddi sübut kimi zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış metal şvellerin və metal borunun hissələri, Zərərçəkmiş şəxs2 məhkəmə baxışınadək saxlanılması üçün qaytarılmış Aşağı Kürkənd kəndindəki körpünün dayağı olan doğranmış metal borunun qaytarılması nəzərə alınsın, keçirilmiş baxış zamanı hadisə yerindən aşkar edilib götürülmüş Salyan RPŞ-də saxlanılan qaynaq aparatı və 4 ədəd qaz balonu Təqsirləndirilən şəxs1 ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,487 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, Təqsirləndirilən şəxs1 ayrıca 49,74 manat alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı hər iki təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar