Məhkəmə qərarları › İş №1(057)-39/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-39/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-39/2024 02.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X24 Yaqub oğlunun sədrliyi, X16 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3-cü qrup əlil, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayonməhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci il iyul ayının əvvəllərində Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 4000 manat pul verəcəyi halda onun mərhum əri X8 veteranlıq düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs 2022-ci il iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı evin həyətində 2500 manat pul almış, bir neçə gün sonra istintaqa dəqiq məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı evin qarşısında 1500 manat pul alaraq Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadədə verərək göstərmişdir ki, 2022-ci il iyulun əvvəllərində tanışı Şahid1 ona qohumunun veteranlıq ala bilmədiyini, ona köməklik etməyini ondan xahiş etmiş, o, isə Elnura 4000 manat qarşılığında həll edə biləcəyini demişdir. Bir neçə gün sonra Elnur mobil telefon vasitəsilə ona zəng edərək qohumunun razılaşdığını və onun yaşadığı evinə getməklərini bildirmiş, o, Elnur ilə birlikdə qohumunun yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsindəki evinə getmişlər. Elnurun qohumları Elbəyi və Nuridə ilə görüşmüş və onlarla söhbət etmiş, Elbəyi döyüşlərdə iştirak etdiyini, lakin veteranlıq ala bilmədiyini ona bildirmişdir. O, Elbəyiyə və onun arvadı Nuridəyə narahat olmamalarını və köməklik edə biləcəyini demişdir. Onlar da onunla razılaşmışlar və yaşadıqları evin həyətində Elbəyi 2500 manat pulu sayaraq ona vermiş, o da 2500 manat pulu alaraq cibinə qoymuşdur. Onlara narahat olmamalarını və işi həll edəcəyini demişdir. Yerdə qalan 1500 manat pulu da yaxın vaxtda verməyini demiş, Elbəyi də pulunun olmadığını, iş düzəldikdən sonra verə biləcəyini bildirmişdir. O da pul tam verildikdən sonra işi düzəldəcəyini demişdir. Təxminən bir neçə gündən sonra Elnurla birlikdə yenidən həmin ünvana gedərək avtomobildən yerə düşərək Nuridənin yaşadığı evin darvazasının qarşısına getmiş, Elnur isə avtomobildə oturmuşdur. O, Nuridə ilə görüşmüş və Nuridə 1500 manat pulu sayaraq ona vermiş, o da 1500 manat pulu alaraq cibinə qoymuşdur. O, Nuridəyə işi yaxın günlərdə həll edəcəyini demişdir. Sonra pula ehtiyacı olduğu üçün Nuridədən aldığı ümumilikdə 4000 manat pulu öz şəxsi məsrəfləri üçün xərcləmişdir. Bir neçə aydan sonra Nuridə mobil telefon vasitəsilə ona zəng edərək işin həll olmadığını və pulu qaytarmağını bildirmişdir. O da hal-hazırda pulunun olmadığını, problemlərinin olduğunu deyərək qaytaracağını demişdir. X14 barəsində şikayət etdiyini öyrənmişdir. Şahid1 Nuridədən pul almamış, ümumilikdə 4000 manat pulu o, almışdır, həmin puldan Elnura verməmiş, Elnurun burada heç bir günahı yoxdur, o, heç kimi aldatmamış, bütün işi onun özü qurmuş, aldığı pulu öz şəxsi ehtiyacları üçün aldadıb almışdır. O, etdiyi səhvi başa düşür və etdiyi əməlindən peşimandır. Hazıradək maddi imkanı olmadığına görə ziyanı ödəməmiş, İ-ci Qarabağ müharibəsi əlili olduğuna nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Salyan rayonu Arxarası kənd orta məktəbində müəllimə işləyir. Onun mərhum əri X11 1993-cü ildə Qarabağ döyüşlərində iştirak etmiş və müharibədə yaralanmışdır. Həmin vaxtdan sonra mərhum əri Elbəyi Qurbanov həkim tərəfindən verilmiş sənədləri itirdiyi üçün onun veteranlığını ala bilməmişlər. 2022-ci ildə mərhum əri Elbəyi ağır xərçəng xəstəliyinə tutulmuş və kimyaterapiya olmuşdur. X1 qeyri-rəsmi münasibəti olan Salyan şəhər sakini Şahid1 tanıyır. 2022-ci ilin iyul ayının əvvəllərində Şahid1 yaşadığı evə gəlmiş, həmin vaxt mərhum əri X19 Qədirov 1993-cü ildə Qarabağ döyüşlərində iştirak etdiyini, lakin veteranlıq ala bilmədiyini demiş, Elnur isə Elbəyiyə narahat olmamasını və tanışlarının olduğunu deyərək onun veteranlığını düzəltdirə biləcəyini bildirmişdir. Elnur tanışı ilə danışdığını, 4000 manat qarşılığında düzəldə biləcəyini bildirmişdir. O, isə Elnura işi həll etməsini, ondan sonra pulu verəcəyini bildirmiş, lakin Elnur pulun qabaqcadan verilməsini bildirmişdir. 2022-ci il iyul ayının əvvəllərində o, Elnura mobil telefon vasitəsilə zəng edərək 2500 manat pul düzəltdiyini və gəlib evdən götürməsini demişdir. Həmin vaxt Elnur tanımadığı bir nəfər şəxs ilə birlikdə yaşadığı evə gəlmiş, Elnur yanındakı tanışının adının Səfər olduğunu, işi onun düzəldəcəyini bildirmişdir. O, Elnura Səfəri tanımadığını deyərək mərhum əri Elbəyinin yanında 2500 manat pulu sayaraq Şahid1 vermiş, Elnur da 2500 manat pulu alaraq cibinə qoymuşdur. Səfər onlara narahat olmamalarını deyərək işi həll edəcəyini bildirmiş, qalan 1500 manat pulu da yaxın vaxtda vermələrini demişdir. O, isə pulunun olmadığını, iş düzəldikdən sonra verəcəyini demiş, lakin Səfər işin elə olmadığını, pulun tam verilməsini və işin ondan sonra düzələcəyini bildirmişdir. Təxminən bir neçə gündən sonra o, 1500 manat borc taparaq Elnura mobil telefon vasitəsilə zəng edərək gəlib pulu götürməsini demiş, Elnur yaşadığı evə gəlmiş, o, həyətdə 1500 manat pulu sayaraq Elnura vermiş, Elnur isə həmin pulu Səfərə vermişdir.Həmin vaxtı orada o, Elnur, Səfər, Elbəyi və anası Gülsüm olmuşlar. Elnur narahat olmamağı və Səfərin işi həll edəcəyini onlara bildirmiş, 2022-ci il sentyabrın 19-da əri Elbəyi Qurbanov ölmüşdür. O, Elnura mobil telefon vasitəsilə zəng edərək pulu qaytarmasını demiş, Elnur narahat olmamağını, düzəldəcəyini, mərhum əri Elbəyinin pulunu az yaşlı uşağının 18 yaşı tamam olanadək alacağını bildirmişdir. O da Elnura inanmış və onunla razılaşmışdır. Bir müddət sonra işin düzəlmədiyini görüb Elnura mobil telefon vasitəsilə zəng edərək pulunu geri qaytarmasını demiş, Elnur ondan vaxt istəyərək maşını satıb və yaxud lotareya oynayıb pulu qaytaracağını bildirmişdir. Təxminən 1 ildən sonra Elnura inanmamağa başlamış və Elnurun onu aldatdığını başa düşmüşdür. Buna görə də o, ərizə ilə Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Ona dəymiş ziyan hazıradək ödənməmiş, şikayətçidir, pulunu tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, taksi fəaliyyəti ilə məşğuldur. Onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun baldızıdır. O, Nuridənin bacısı Sevinc Abbasova ilə qeyri-rəsmi ailə kimi yaşayır. 2022-ci il iyulun əvvəllərində o, Nuridənin yaşadığı Salyan rayonu Qaraçala qəsəbəsindəki evə gəlmiş, Nuridə ilə söhbət zamanı mərhum əri X4 veteranlıq pulunu ala bilmədiyini bildirmişdir. Nuridə ondan köməlik etməyini xahiş etmişdir. O, da tanışı Səfər adlı şəxsin köməyi ilə Elbəyiyə veteranlıq ala biləcəklərini onlara demişdir. O, Səfər ilə görüşmüş və ona qohumu olduğunu, veteranlıq ala bilmədiyini, ona köməklik etməyini xahiş etmiş, Səfər də 4000 manat pul qarşılığında işi həll edəcəyini bildirmiş, o, isə bu barədə Elbəyiyə demişdir. 2022-ci il iyul ayının əvvəllərində Nuridə mobil telefon vasitəsilə ona zəng edərək 2500 manat pul düzəltdiyini və gəlib evdən götürməsini bildirmişdir. O, Səfər ilə birlikdə Nuridənin yaşadığı evə getmiş, həyətdə Elbəyi cibindən 2500 manat pulu çıxarıb stolun üstünə qoymuş, Səfər pulu sayaraq cibinə qoymuş, onlara narahat olmamalarını işi həll edəcəyini bildirmiş, qalan 1500 manat pulu da yaxın vaxtda vermələrini demişdir. Bir neçə gün sonra Nuridə mobil telefon vasitəsilə ona zəng edərək 1500 manat pulu düzəltdiyini və Səfərə məlumat verməyini bildirmişdir. O, da Səfər ilə birlikdə idarə etdiyi avtomobilə Nuridənin yaşadığı evin qarşısına getmişlər, Səfər avtomobildən yerə düşərək darvazanın qarşısına getmiş, o isə maşında oturmişdur. Nuridə Səfərə 1500 manat pulu vermiş və oradan çıxıb getmişlər. Səfər aldığı puldan ona verməmiş, Səfərin Nuridəgili aldatmasını sonradan bilmişdir. Sonradan ona məlum olmuşdur ki, Səfər aldığı 4000 manat pulu öz şəxsi ehtiyacları üçün almışdır. O, Nuridədən pul almamış, pulları onun yanında Səfərə vermişlər. Həmin işi qohumlarına kömək etmək məqsədi ilə Səfərdən xahiş etmiş, başqa heç bir marağı və niyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Mamed qızı ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs anasıdır. Nuridənin mərhum əri Elbəyiyə veteranlıq düzəldilməsi üçün tanışları Elnura müraciət olunmuş, 2022-ci ilin iyul ayının əvvələrində Elnur tanımadıqları Səfər adlı şəxslə qızının yaşadığı evə gəlmiş, Səfər 4000 manat pulun müqabilində veteranlıq düzəldəcəyini Nuridəyə bildirmişdir.Qızı Nuridə əvvəlcə 2500 manat pulu sayaraq Elnura vermiş, sionra Elnur və Səfər çıxıb getmişlər.Sonradan eşitmişdir ki, qızı Nuridə 1500 manat pulu Elnura vermişdir.Hazıradək qızı tərəfindən verilmiş 4000 manat pul qaytarılmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, bacısı Sevincin vasitəsilə 1 neçə il bundan əvvəl Salyan şəhərində yaşayan Şahid1 adlı şəxslə tanış olmuşdur. Elnur onun mərhum həyat yoldaşı X8 əlilik dərəcəsi almaq üçün 2022-ci ilin iyul ayında onun yaşadığı evdən ondan 4000 manat pul alımışdır.Ona pul verəndən 2 ay sonra həyat yoldaşı vəfat etmişdir.Ondan sonra Elnurdan pulu qaytarmağını tələb etmiş, lakin o, müəyyən bəhanələrlə onu aldatmışdır. O, aldığı 4000 manat pulu geri qaytarmamışdır. Artıq ona məlum olmuşdur ki, Elnur onun etibarından suiistifadə edərək onu aldadıb ona qarşı dələduzluq etmişdir. Bildirmişdir ki, Elnura 4000 manatı 2 dəfəyə vermişdir. Birinci dəfə 2500, ikinci dəfə isə 10 gündən sonra da 1500 manat vermişdir. Ona dəymiş maddi ziyanın ödənilməsində köməklik edilməsini xahiş etmişdir. İş materiallarında olan AZ-İİ 283297 saylı xx.xx.2022-ci il tarixli “Ölüm haqqında şəhadətnamənin” surətindən X11 xx.xx.2022-ci il tarixdə “bədxassəli yenitörəmə” səbəbindən Yevlax rayonu Nemətabad kəndində ölmüşdür. İş materiallarında olan Salyan Rayon Polis X7 müstəntiqi, polis kapitanı X10 tərəfindən 02 dekabr 2023-cü il tarixli “təqdim olunan yazışmalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında olan “whatsapp” sosial şəbəkə vasitəsilə olan mesajlaşmalardan aydın görünür ki, Nuridə ilə Elnurun arasındakı dialoq üçüncü şəxsdən, yəni Təqsirləndirilən şəxs bəhs edir və Nuridə Elnurun yanında pulu Səfərə vermiş, buna görə də mesajlarda Elnura “sənə inanıb verdik”, “mən səni tanıyıram onu hardan tanıyıram” sözlərini demişdir. İş materiallarında olan Salyan Rayon Polis X7 müstəntiqi, polis kapitanı X10 tərəfindən 02 dekabr 2023-cü il tarixli “səs danışıqlarına baxış keçirilməsi haqqında protokoldan” görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 01 ədəd səs danışığının köçürüldüyü 01 ədəd CD diskdə olan həmin səs danışıqlarına “ACER” markalı komputerdə nümayiş etdirməklə baxış keçirilmiş, baxış zamanı həmin CD diskin içində 01 ədəd “PTT-20230301-WA0001” adda audiofayıl aşkar olunmuş, həmin audiofayıla baxış keçirilən zaman aşağıfa qeyd olunan məlumatlar aşkar olunmuşdur: “PTT-20230301-WA0001” saylı fayla baxış keçirildikdə həmin səs yazının 21 saniyə olduğu müəyyən edilmiş, “Bacı darıxmada, sənki başqa adam deyilsən, sənə qurban olaram, narahat olma da, mən onu vara bugün sürüyəcəm, gedirəm Bakıya, immini Bakıya gedirəm onun dalınca, narahat olma, çünki dünənəri mənə söz verdi ki, axşama çatır, amma indi görürəm ki, axşam telefonu açmadı, sən narhat olma, o dedi ki balamın ölmüşünə, ujey tay onun üçün keşdi yoxdu, qurtardı, narahat olma...” Səs danışıqlarına baxış saat 11:30-da başlanılmış, saat 11:35-də tərtib edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun 28 dekabr 2023-cü il tarixli “əməliyyat tapşırığına” cavab olaraq həmin şöbənin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Vasif Sadıqovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Şahid1 sözügedən cinayət əməlini törətməmiş, həmin cinayət əməlini Təqsirləndirilən şəxs törətməsi müəyyən olunmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 2022-ci ilin iyul ayında sonuncunun mərhum əri X8 əlillik dərəcəsi almaq üçün köməklik edəcəyi adı ilə ümumilikdə onun 4000 manat məbləğində pulunu ələ keçirmiş, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini tək halda törətmiş, hər hansı şəxsin köməyindən istifadə etməmişdir. İş üzrə əlavə zərərçəkmiş şəxslərin olması, həmçinin Təqsirləndirilən şəxs tərəfindən hər hansı digər cinayətin törədilməsi və onun hər hansı cinayət əlaqəsinin olması müəyyən edilməmişdir. Odur ki, məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 5(057)-224/2023 saylı 27 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PXN-nin 5 saylı CÇM-dən 30 (otuz) gün müddətinə Bakı İstintaq Təcridxanasına keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qisimində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin nəzərə alınması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-91/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü madddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkməsinin əvvəli tutulduğu gündən yəni 11 iyul 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbs olnumuş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 01 fevral 2024-cü il tarixli 18-1-68/2-291/2024 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın və həkim-narkoloqu Saraxanım Zərgərlinin məlumatlarına əsasən Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 701 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla Salyan şəhəri A.Həsənov küçəsində yaşayır, onun ailə tərkibi həyat yoldaşı 1976-cı il təvəllüdlü X5, oğlu 2005-ci il təvəllüdlü X6, oğlu 2000-ci il təvəllüdlü X9 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin verdiyi xx.xx.2024-cü il tarixli 3-21-3-38/2-393/2024 saylı məktubundan görünür ki, elektron məlumat bazasında JN-665 saylı “Torpağa mülkiyyət hüquqununa dair Dövlət Aktına” əsasən Təqsirləndirilən şəxs adına Salyan rayonu Qarabağlı kəndində yerləşən, ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə olan 0.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına “NAZLİFAN LF7132/2-320” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş və sonuncu dəfə o, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 2 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il fevralın 01-də Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi elan edimş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1 maddəsi cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmesi bütün sübutların məcmusu iə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş; Zərərçəkmiş şəxs ifadəsində 4000 manat pulun Təqsirləndirilən şəxs tərəfindən deyil, Şahid1 tərəfindən ələ keçirilməsi ilə bağl göstərdiyi xüsusatlar yuxarda sadalanan sübutlarla təkzib olunduğundan rədd edilmiş; Şahid1 əməlində Azərbaycan Respublikas CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin aparılası rədd edilmiş; cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuş; istintaq materiallarında olan Şahid2 Mamed qızının ata Məmməd kimi qeyd olunduğundan istintaq materiallarında “Məmməd” adı “Mamed” adı kimi tanınmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyinin PX-nin 5 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs həmin müəssisədən 2 (iki) ay müddətində Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasından 10 (on) gün müddətinə Salyan RPŞ-nin MSY-nə keçirilmiş və 19 mart 2024-cü il tarixdə saat 10:00-da Salyan rayon məhkəməsinə gətirilməsi qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci il iyul ayının əvvəllərində Salyan rayonu Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 4000 manat pul verəcəyi halda onun mərhum əri X8 veteranlıq düzəldəcəyi barədə yalan vəd verməklə aldadıb inandırması, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs 2022-ci il iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı evin həyətində 2500 manat pul alması, bir neçə gün sonra istintaqa dəqiq məlum olmayan gündə və vaxtda sonuncunun yaşadığı evin qarşısında 1500 manat pul alaraq Zərərçəkmiş şəxs ümumilikdə 4000 manat məbləğində pulunu ələ keçiməklə dələduzluq cinayət əməlini törətməsi, bununla da onun Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, dəymiş ziyanı ödəməməsini, habelə ziyanı ödəməyə heç bir cəhd etməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını isə şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, cəzaçəkməsinin əvvəlinin 11 iyul 2023-cü il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzalardan hər hansı birinin təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, Təqsirləndirilən şəxs zərərçəkmişə vurduğu ziyanın heç bir hissəsini ödəməmiş, vurduğu ziyanı aradan qaldırmağa və zərərçəkmiş şəxslə barışmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxs ondan şikayətçidir.Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə mülkiyyət əleyhinə cinayətlər törətməsinə görə məhkum olunmasını, həmin məhkumluqlarının ikisinin məhz dələduzluq cinayətinə görə olmasını onun islah olunmayaraq dələduzluq cinayətini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və onun Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə məhkum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 5 saylı cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar