Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-4/2023 17.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri 20 yanvar küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərər çəkmiş şəxsin üzərində zor tətbiq edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etmiş, təkrarən özgənin əmlakının məhv edilməsi ilə müşayət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, 2022-ci il iyulun 19-da saat 14 radələrində ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək X3 ünvan 1 ünvanında yerləşən filialının qarşısına gəlib bir gün əvvəl aparıb küçədə digər yerə qoyduğu şirkətə məxsus inventar zibil qabının şirkətin işçiləri tərəfindən yenidən geri qaytarılıb əvvəlki yerinə qoyulmasına görə heç bir əsaslı səbəb olmadan şirkətin işçilərini nalayiq ifadələrlə təhqir etmiş, səbəbsiz yerə 25-30 dəqiqə müddətində münaqişə yaradıb şirkətin gündəlik iş prosesini pozmuş və daha sonra şirkətin qarşısında yenidən öz qərəzli hərəkətlərini davam etdirərək həmin vaxt üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı və əlləri ilə zərər çəkmiş şəxs yəni şirkətin təhlükəsizlik rəisi Zərərçəkmiş şəxs zor tətbiq etməklə, sonuncuya boynun aşağı üçdə birinin sağ nahiyəsinin sıyrığı, sol bazunun yuxarı üçdə birinin bayır səthinin yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci il avqustun 15-də saat 19-20 radələri arasında X3 ünvan 1 ünvanında yerləşən filialının qarşısına gələrək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək mühafizəçilərdən oturmaq üçün stul aldıqdan sonra heç bir əsaslı səbəb olmadan şirkətlər qrupuna daxil olan "xxxx" MMC-yə məxsus 30 (otuz) manat dəyərində inventar stulu sındırıb şirkətin işçilərini nalayiq ifadələrlə təhqir etmiş, səbəbsiz yerə 25-30 dəqiqə müddətində münaqişə yaradıb şirkətin gündəlik iş prosesini pozmuş və daha sonra şirkətin qarşısında yenidən öz qərəzli hərəkətlərini davam etdirərək təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, o, təkrarən 2022-ci il avqustun 23-də saat 15 radələrində X3 ünvan 1 ünvanında yerləşən filialının qarşısına gələrək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə özgənin əmlakının məhv edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək şirkətin qarşısına qoyulmuş içərisində su olan vedrəni küçənin ortasına tulladıqdan sonra heç bir əsaslı səbəb olmadan şirkətlər qrupuna daxil olan "xxxx" MMC-yə məxsus 2 ədəd hər biri 35 manat dəyərində 3 metr uzunluğunda olmaqla ümumilikdə 70 manat dəyərində inventar plastik su borularını sındırıb şirkətin işçilərini nalayiq ifadələrlə təhqir etmiş, səbəbsiz yerə 25-30 dəqiqə müddətində münaqişə yaradıb şirkətin gündəlik iş prosesini pozmuş və daha sonra şirkətin qarşısında yenidən öz qərəzli hərəkətlərini davam etdirərək təkrarən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittiahm üzrə özünü təqsirli bilmiş və göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində “Veysəloğlu” şirkətinə məxsus olan zibilqabını götürüb yolun o biri tərəfində olan dayanacağa qoymuşdur. 19 iyul 2022-ci il tarixdə saat 14 radələrində həmin yerə gələrkən zibil qabının oradan götürülüb yenidən əvvəlki yerinə, yəni şirkətin qarşısına qoyulduğunu gördükdə əsəbləşmiş və həmin səbəbdən şirkətin mühafizə rəisi Zərərçəkmiş şəxsla mübahisə etmiş və mübahisə zamanı onu yüngülcə qolundan bıçaqla vurmuşdur. 15 avqust 2022-ci il tarixdə axşam saatlarında yenə də şirkətin qarşısına gələrək işçilərdən şirkətin qarşısında oturmaq üçün stol istəmişdir. Təxminən 1 saat sonra yəni saat 20 radələrində əsəbiləşmiş şirkətin işçilərini hədələyib həmin stolu sındırmış və götürüb şirkətin həyətinə tullamışdır. Həmin vaxt orada şirkətin mühafizəçiləri və növbə rəisi Elsevər də olmuşdur. 23 avqust 2022-ci il tarixdə şirkətin plastik su borularını qırmamış və məhv etməmişdir.Özünün iki azyaşlı uşağının olduğunu, törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən “Veysəloğlu” şirkətinin təhlükəsizlik xidmətinin rəisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə axşam saat 20 radələrində işdən sonra evdə olarkən şirkətin növbədə olan mühafizəçisi Hikmət Səmədov ona zəng edərək Təqsirləndirilən şəxs şirkətə məxsus inventar olan şirkətin darvazasının qarşısına qoyulmuş zibil qabını aparmaq istədiyini, ona mane olmaq istədikdə isə Adilin münaqişə yaratdığını bildirmişdir. O isə Hikmətə problem yaranmasın deyə Adilin nə istəyirsə onu da etməsini yəni inventar zibil qabını aparmasını bildirmişdir. Növbəti gün yəni 19 iyul 2022-ci il tarixdə səhər saatlarında işə gələrkən Adilin şirkətin inventar zibil qabısının yolun o tərəfində dayanacağa qoyduğunu görmüşdür. O, işçilərə zibil qabını yenidən geri qaytarıb şirkətin qarşısına qoymalarını bildirmiş və işçilər də bunu etmişlər. Bundan sonra həmin gün saat 14 radələrində Adil yenə şirkətə yaxınlaşıb üzərindən bıçaq çıxarıb havada silkələyərək küçədə nalayiq söyüşlər söyməyə başlamışdır. Adil zibil qabını niyə onun qoyduğu yerdən götürdüklərini demiş və münaqişə yaratmışdır. O, Adili şirkətdən bir neçə metr uzaqlaşdırıb sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Adil onu da nalayiq söyüşlərlə təhqir edib qəfildən əli ilə boyun nahiyəsindən yapışıb barmaqları ilə boynunu sıyırmışdır. Ondan uzaqlaşmaq istədikdə Adil əlində olan bıçağı havada silkələyərkən bıçaqla onun sol qoluna bir zərbə vurub xəsarət yetirmişdir. Bundan sonra orada olan şirkətin işçiləri araya girmiş və o, Adilin yanından uzaqlaşmışıdır. Şirkətin inzibati ərazisinə daxil olan kimi xəsarət almağı ilə bağlı DİN-in 102 Xidməti-X8 məlumat vermişdir. Bildirmişdir ki, onun və şirkətin işçilərinin Adil ilə heç bir problemi yoxdur. Buna baxmayaraq, Adil hər gün şirkətin qarşısına gəlib əlində bıçaqla işçiləri təhqir etmiş və gündəlik iş prosesini pozmuşdur. Sonuncu dəfə də Adil şirkətin inventar zibil qabısını apardıqdan sonra yenidən zibil qabını geri qaytarmışlar. Adil də şirkətin qarşısına gəlib üzərindən bıçaq çıxararaq səbəbsiz yerə münaqişə yaratmış və əli ilə boyun nahiyəsindən və bıçaqla isə sol qolundan xəsarət yetirmişdir. Baş verən hadisə təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin vaxtı ətrafda növbə rəisi Şahid3, əməkdaş Şahid4 və əməkdaş Vadim İsmayılov olmuşdur.Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir ona görə sonuncuya ağır cəza verilməsini xahiş etdi. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində məhkəmədə ifadə verən Nümayəndə göstərmişdir ki, 2022ci ilin oktyabr ayının 7-dən AVT Logistics məhdud məsuliyyətli cəmiyyətində hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. Bildirmişdir ki, Salyan şəhəri 20 yanvar küçəsi ərazisində yaşayan Təqsirləndirilən şəxs hər gün AVT Logistics şirkətinin də daxil olduğu, həmin küçə ərazisində yerləşən “Veysəloğlu” şirkətinin qarşısına gəlib işçilər ilə səbəbsiz yerə münaqişə yaradaraq şirkətin gündəlik iş fəaliyyətini pozmuşdur. Qeyd etmişdir ki, 18 iyul 2022-ci il tarixdə saat 18 radələrində yenə də “Veysəloğlu” şirkətinin darvazasına yaxınlaşmış, şirkətə məxsus olan zibilqabını götürmüş və aparıb yolun o biri tərəfində olan dayanacağa qoymuşdur. Daha sonra həmin inventar zibil qabı şirkətin təhlükəsizlik rəisi Zərərçəkmiş şəxs tapşırığı ilə Adilin qoyduğu yerdən götürülərək əvvəlki yerinə qaytarılmışdır. Növbəti gün yəni 19 iyul 2022-ci il tarixdə saat 14 radələrində Adil zibil qabının oradan götürülüb yenidən əvvəlki yerinə yəni şirkətin qarşısına qoyulduğunu gördükdə əsəbləşib orada münaqişə yaratmağa başlamış, üzərində gəzdirdiyi bıçağı çıxarıb havada silkələyərək şirkətin işçilərini küçədə nalayiq söyüşlərlə təhqir edib nə üçün zibil qabının onun qoyduğu yerdən götürülüb əvvəlki yerinə qoyulduğunu bildirmiş, həmin vaxt şirkətin mühafizə rəisi rəisi Zərərçəkmiş şəxs küçəyə çıxıb ona söyüş söyməməyini və oradan getməyini bildirdikdə, ona məhəl qoymayıb nalayiq söyüşlər söyməkdə davam edərək əli ilə İlqarın boyun nahiyəsindən yapışıb barmaqları ilə boynunu sıyırmışdır. İlqar ondan uzaqlaşmaq istədikdə əlində olan bıçağı havada silkələyərək bıçaqla İlqarın sol qoluna bir zərbə vurub xəsarət yetirmişdir. Qeyd etmişdir ki, Adil mütəmadi olaraq şirkətin işçilərini təhqir etməkdən və hədə-qorxu gəlməkdən əlavə şirkətin əmlaklarını da sındırıb şirkətə maddi ziyan vurmuşdur. Bununla bağlı bildirmişdir ki, 15 avqust 2022-ci il tarixdə axşam saatlarında Adil yenə də şirkətin qarşısına gələrək səbəbsiz yerə orada münaqişə yaratmaq və işçiləri narahat edib iş prosesini pozmaqdan ötrü işçilərdən şirkətin qarşısında oturmaq üçün stol istəmiş, işçilər də ona heç bir söz deməyib şirkətin ofisindən stol gətirib oturmağı üçün ona vermişlər. Bundan təxminən 1 saat sonra yəni saat 20 radələrində Adil yenə də səbəbsiz yerə şirkətin qarşısında işçiləri nalayiq şəkildə təhqir edərək onları hədələyib həmin stolu sındırmış və götürüb şirkətin həyətyanı sahəsinə tullamışdır. Həmin vaxt orada şirkətin növbə rəisi Elsevər də olmuşdur. Elsevər onu sakitləşdirmək istəsə də, Adil sakitləşməyib hərəkətlərini davam etdirib işçiləri təhqir etməkdə davam etmişdir. Adil təxminən 25-30 dəqiqə müddətində səbəbsiz yerə şirkətin qarşısında işçiləri uca səslə qışqıraraq təhqir etdikdən sonra çıxıb getmişdir. Daha sonra yəni 23 avqust 2022-ci il tarixdə 15 radələrində Adil yenə də həmişə olduğu kimi şirkətin qarşısına gəlib səbəbsiz yerə uca səslə qışqıraraq işçiləri təhqir edib hədə-qorxu gəlməyə başlamış, əvvəlcə şirkətin qarşısında, lakin şirkətə məxsus olmayan içərisində su olan vedrəni götürüb küçənin ortasına tullamış, daha sonra heç bir səbəb olmadan şirkətə məxsus olan həyətyanı sahəsinin qarşısına vurulmuş 2 ədəd hər biri 3 metr uzunluğunda olan plastik su borularını əli ilə dartıb yerindən çıxarmış və sındırıb küçənin ortasına tullamışdır. Həmin vaxt orada şirkətin mühafizəçisi Ülvi də olmuşdur. Daha sonra oraya şirkətin təsərrüfat inzibatçısı Qələbə də gəlmiş, Qələbə Adilə nə etdiyini və nə üçün boruları sındırdığını soruşduqda, Adil səbəbsiz yerə küçənin ortasında uca səslə nalayiq ifadələr işlədərək “yaxşı etdiyini və əcəb edib sındırdığını” bildirmişdir. Adil yenə də təxminən 25-30 dəqiqə müddətində səbəbsiz yerə şirkətin qarşısında işçiləri uca səslə qışqıraraq təhqir etdikdən sonra çıxıb getmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixində şirkətə məxsus 30 manat dəyərində inventar stolu və 23 avqust 2022-ci il tarixində isə şirkətə məxsus 2 ədəd hər biri 35 manat dəyərində 3 metr uzunluğunda olmaqla ümumilikdə 70 manat dəyərində inventar plastik su borularını sındırmışdır. Bildirmişdir ki, ziyan aktında naqillərin qeyd olunması mexaniki səhv getmiş və naqillər yararsız hala salınmamışdır. Yalnız plastik su boruları sınıdırılaraq yararsız hala salınmışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərdən başqa 19 iyul 2022-ci il tarixdə icazəsiz şirkətin ərazisinə girməyə cəhd etmiş, həmin tarixdə şirkətin mühafizəçilərin otağına girərək onları hədələyərək təhqir etmiş, 20 iyul 2022-ci il tarixdə şirkətin önündə işçilərlə mübahisə edərək onları təhqir etmiş, 09 avqust 2022-ci il tarixdə şirkətin Tariyel adlı mexanikinin şəxsi avtomobilini şirkətin qarşısında saxlayıb onu təhqir etmiş, növbəti gün yəni 10 avqust 2022-ci il tarixdə mexanik Tariyel sürücü Əlmərdanla şirkətin xidməti avtomobilində oturarkən arxa qapını açıb oturacağa oturub Tariyeli və şirkətin digər işçilərini təhqir etmiş, 15 avqust 2022-ci il tarixdə üzərində gəzdirdiyi bıçaqla şirkətə məxsus kondisionerin kabelini kəssə də, şirkətə heç bir maddi ziyan dəyməmiş, bundan başqa 20 avqust 2022-ci il tarixdə şirkətin sürücüsü Ceyhunu idarə etdiyi xidməti avtomobilinin içərisində təhqir etmiş, həmin tarixdə yenə də şirkətin sürücüsü Əfqanla mübahisə edərək onun yaxasından yapışıb təhqir etmiş, 23 avqust 2022-ci il tarixdə kibritlə şirkətin qarşısında palma ağacını yandırmağa cəhd etsə də, mühafizəçilər tərəfindən dərhal söndürülmüş və şirkətə maddi ziyan dəyməmiş, habelə növbəti gün yəni 24 avqust 2022-ci il tarixdə şirkətin önündə sürücülərlə mübahisə edərək yenə də onları təhqir etmişdir.Təqsirləndirilən şəxs vurduğu ziyanı ödəməmiş, onunla barışmamışlar.Ona görə də şikayətçi olduğunu qeyd edərək ona qanuni cəza verilməsini xahiş etdi. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə saat 14 radələrində Adil yenə şirkətə yaxınlaşıb üzərindən bıçaq çıxarıb havada silkələyərək küçədə nalayiq söyüşlər söyməyə başlamışdır. Adil şirkətin işçilərinə şirkətə məxsus zibil qabını niyə onun qoyduğu yerdən götürdüklərini deyərək münaqişə yaratmışdır. Şirkətin mühafizə rəisi Zərərçəkmiş şəxs onu şirkətdən bir neçə metr uzaqlaşdırıb sakitləşdirməyə çalışmışdır. Adil həmin vaxt əlində olan bıçağı havada silkələyərkən bıçaqla Zərərçəkmiş şəxs sol qoluna bir zərbə vurub xəsarət yetirmişdir. Həmin vaxt o, şirkətin inzibati binasında olmuşdur. İlqar xəsarət alaraq şirkətin inzibati ərazisinə daxil olduqdan sonra ona Təqsirləndirilən şəxs tərəfindən bıçaqla xəsarət yetirildiyini bilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə axşam saatlarında münaqişə yaradaraq və işçiləri narahat edib iş prosesini pozaraq yenə də səbəbsiz yerə şirkətin qarşısında işçiləri nalayiq şəkildə təhqir etmiş, onları hədələyib şirkətə məxsus stulu sındırmış və götürüb şirkətin həyətyanı sahəsinə tullamışdır. Bundan başqa 23 avqust 2022-ci il tarixdə 15 radələrində Adil yenə də həmişə olduğu kimi şirkətin qarşısına gəlib səbəbsiz yerə uca səslə qışqıraraq işçiləri təhqir edib hədə-qorxu gəlməyə başlamış, əvvəlcə şirkətin qarşısında, lakin şirkətə məxsus olmayan içərisində su olan vedrəni götürüb küçənin ortasına tullamış, daha sonra heç bir səbəb olmadan şirkətə məxsus olan həyətyanı sahəsinin qarşısına vurulmuş 2 ədəd hər biri 3 metr uzunluğunda olan plastik su borularını əli ilə dartıb yerindən çıxarmış və sındırıb küçənin ortasına tullamışdır. Təqsirləndirilən şəxs yuxarıda göstərilənlərdən başqa 19 iyul 2022-ci il tarixdə icazəsiz şirkətin ərazisinə girməyə cəhd etmiş, həmin tarixdə şirkətin mühafizəçilərin otağına girərək onları hədələyərək təhqir etmiş, 20 iyul 2022-ci il tarixdə şirkətin önündə işçilərlə mübahisə edərək onları təhqir etmiş, 09 avqust 2022-ci il tarixdə şirkətin Tariyel adlı mexanikinin şəxsi avtomobilini şirkətin qarşısında saxlayıb onu təhqir etmiş, növbəti gün yəni 10 avqust 2022-ci il tarixdə mexanik Tariyel sürücü Əlmərdanla şirkətin xidməti avtomobilində oturarkən arxa qapını açıb oturacağa oturub Tariyeli və şirkətin digər işçilərini təhqir etmiş, 15 avqust 2022-ci il tarixdə üzərində gəzdirdiyi bıçaqla şirkətə məxsus kondisionerin kabelini kəssə də, şirkətə heç bir maddi ziyan dəyməmiş, bundan başqa 20 avqust 2022-ci il tarixdə şirkətin sürücüsü Ceyhunu idarə etdiyi xidməti avtomobilinin içərisində təhqir etmiş, həmin tarixdə yenə də şirkətin sürücüsü Əfqanla mübahisə edərək onun yaxasından yapışıb təhqir etmiş, 23 avqust 2022-ci il tarixdə kibritlə şirkətin qarşısında palma ağacını yandırmağa cəhd etsə də, mühafizəçilər tərəfindən dərhal söndürülmüş və şirkətə maddi ziyan dəyməmiş, habelə növbəti gün yəni 24 avqust 2022-ci il tarixdə şirkətin önündə sürücülərlə mübahisə edərək yenə də onları təhqir etmişdir. Bildirmişdir ki, onun və şirkətin işçilərinin Təqsirləndirilən şəxs ilə heç bir problemi yoxdur. Buna baxmayaraq, Adil hər gün səbəbsiz yerə şirkətin qarşısına gəlib əlində bıçaqla işçiləri təhqir etmiş və gündəlik iş prosesini pozmuşdur. 18 iyul 2022-ci il tarixdə Adil şirkətin inventar zibil qabısını apardıqdan sonra şirkətin işçiləri yenidən zibil qabını geri qaytarmışlar. Adil də növbəti gün şirkətin qarşısına gəlib üzərindən bıçaq çıxararaq səbəbsiz yerə münaqişə yaratmış və bıçaqla Zərərçəkmiş şəxs sol qolundan xəsarət yetirmişdir. Daha sonra 15 avqust və 23 avqust 2022-ci il tarixlərində şirkətə məxsus stulu və plastik su borularını sındıraraq şirkətə maddi ziyan vurmuşdur. Baş verən hadisələr təxminən 25-30 dəqiqə davam etmişdir. Həmin vaxtlarda ətrafda növbə rəisi Şahid3, əməkdaşlar Şahid4, Qələbə, Elsevər, Ülvi və digərləri olmuşdur. Şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki,15 avqust 2022-ci il tarixdə günorta saatlarında Adil yenə də şirkətin qarşısına gələrək işçilərdən şirkətin qarşısında oturmaq üçün stul istəmişdir. İşçilər də bir söz deməyib şirkətin ofisindən stul gətirib oturması üçün Adilə vermişlər. Bundan təxminən 1 saat sonra Adil şirkətin qarşısında işçiləri nalayiq şəkildə təhqir edərək onları hədələyib stulu sındırmış və götürüb şirkətin həyətyanı sahəsinə tullamışdır. Daha sonra yəni 23 avqust 2022-ci il tarixdə 15 radələrində şirkətin ofisində olarkən mühafizəçilər onu çölə yəni şirkətin qarşısına çağırmışlar. Çölə çıxdıqda şirkətin qarşısına vurulmuş 2 ədəd hər biri 3 metr uzunluğunda plastik su borularının Adil tərəfindən sındırılıb küçənin ortasına atıldığını görmüşdür. Adilə nə etdiyini və nə üçün boruları sındırdığını soruşduqda, Adil səbəbsiz yerə küçənin ortasında nalayiq ifadələr işlədərək “yaxşı etdiyini və əcəb edib sındırdığını” bildirmişdir. Bildirmişdir ki, Adil 15 avqust 2022-ci il tarixində şirkətə məxsus inventar stulu və 23 avqust 2022-ci il tarixində isə şirkətə məxsus 2 ədəd hər biri 3 metr uzunluğunda inventar olan plastik su borularını sındırmışdır. 15 avqust və 23 avqust 2022-ci il tarixlərində ondan başqa orada şirkətin mühafizəçiləri də olmuş və baş vermiş hadisələr təxminən 25-30 dəqiqə müddətində davam etmişdir. Şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, 15 avqust 2022-ci il tarixdə axşam saatlarında Adil yenə də şirkətin qarşısına gələrək mühafizənin ondan əvvəlki növbəsinin işçilərindən şirkətin qarşısında oturmaq üçün stul istəmişdir. İşçilər də bir söz deməyib şirkətin ofisindən stul gətirib oturması üçün Adilə vermişlər. Həmin gün saat 20 radələrində əvvəlki növbədən növbəni təhvil alarkən Adil şirkətin qarşısında əsəbi halda stolu sındırmış və götürüb şirkətin həyətyanı sahəsinə tullamışdır. O, nə qədər onu sakitləşdirmək istəsə də, Adil sakitləşmək bilməyib təkidlə qışqıraraq şirkətin təhlükəsizlik rəisi İlqarın oraya gəlməsini tələb etmişdir. Adilə İlqarı nə üçün çağırdığını soruşduqda, Adil İlqarla işi olduğu üçün onun oraya gəlməsini inadla bildirmişdir. Adil təxminən 20-25 dəqiqə müddətində bu hərəkətlərini davam etdirdikdən sonra çıxıb getmişdir. Bildirmişdir ki, Adil 15 avqust 2022-ci il tarixində şirkətə məxsus inventar stulu sındırmışdır. 15 avqust 2022-ci il tarixində ondan başqa orada şirkətin mühafizə xidmətinin əvvəlki növbə rəisi Məftun və Əli adlı mühafizəçisi də olmuş və baş vermiş hadisə təxminən 20-25 dəqiqə müddətində davam etmişdir. Şahid qismində dindirilmiş X2 göstərmişdir ki, 09 avqust 2022-ci il tarixdə saat 18 radələrində özünə məxsus olan idarə etdiyi həmin avtomobil ilə şirkətin ərazisindən çıxıb yaşadığı evə gedərkən Adil şirkətin qarşısında avtomobili saxlayıb ona səbəbsiz yerə nalayiq ifadələr işlətməklə “saymamazlıq edirsən” deyə bildirmişdir. O isə ona məhəl qoymayıb avtomobili sürüb getmişdir. Bundan sonra növbəti gün yəni 10 avqust 2022-ci il tarixdə günorta saat 14 radələrində şirkətin sürücüsü Şahid11 ilə birlikdə şirkətə məxsus “Pikap” avtomobili ilə şirkətin ərazisindən çıxıb xidməti əraziyə getmişlər. Həmin vaxt şirkətin qarşısında avtomobildə dayanarkən Adil icazə almadan avtomobilin arxa qapısını açıb oturacaqda oturmuşdur. Həmin vaxt Adil yenə də onlara qarşı səbəbsiz yerə nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra şirkətin işçiləri avtomobilin qapısını açıb Adili avtomobildən düşürərək aparmış və onlar da çıxıb getmişlər. Bildirmişdir ki, 09 avqust və 10 avqust 2022-ci il tarixlərində baş vermiş hadisələr zamanı Adil onun sağlamlığına və avtomobillərə heç bir zərər yetirməmişdir. Sadəcə avtomobilin içərisində onu və şirkətin işçilərini nalayiq formada təhqir etmişdir. Təqsirləndirilən şəxs ona soyuq silahla hücum etməmişdir. Təqsirləndirilən şəxs həmin gün yəni 10 avqust 2022-ci il tarixdə şirkətin avtomobilinin arxa qapısını açıb arxa oturacaqda oturarkən onun belində bıçağın olmasını görmüş, lakin Adil onun üstünə bıçaqla hücum etməmişdir. Adil həmin vaxt onu və şirkətin digər işçilərini təhqir etmişdir. Məhkəmədə elan olunmuş videogörüntüyə baxış keçirilməsi haqqında 26 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Salyan şəhəri 20 yanvar küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs birinci videogörüntüdə 20 avqust 2022ci il tarixdə saat 17 radələrində Veysəloğlu şirkətinin Salyan şəhəri 20 yanvar küçəsi ərazisində yerləşən filialının qarşısında şirkətə məxsus avtomobilin qapısını açıb sürücüyə əl-qol hərəkətləri ataraq içəri daxil olmağa cəhd etmiş, ikinci videogörüntüdə şirkətin qarşısında işçi ilə mübahisə edərək əlbəyaxa olmuş, üçüncü videogörüntüdə yenə də şirkətin işçisi ilə mübahisə edərək içəriyə daxil olmağa cəhd etmiş, dördüncü videogörüntüdə 19 iyul 2022-ci il tarixdə saat 14 radələrində şirkətin qarşısında təhlükəsizlik rəisi Zərərçəkmiş şəxs qarşı əlində bıçaqla hücum etdikdən sonra növbə rəisi Şahid3 araya girmiş və daha sonra əlində bıçaqla Zərərçəkmiş şəxs kənara aparmış, beşinci videogörüntüdə 19 iyul 2022-ci il tarixdə saat 20 radələrində şirkətin ərazisinə girməyə cəhd etmiş və işçilər tərəfindən oradan çıxarılmış, altıncı və yeddinci videogörüntülərdə 20 iyul 2022-ci il tarixdə saat 19 radələrində şirkətin qarşısında işçilərlə mübahisə etmiş, səkkizinci videogörüntüdə şirkətin işçisinin şəxsi avtomobilinin qapısını açmış və daha sonra avtomobilin arxası ilə qaçaraq əli ilə avtomobilə vurmuş, doqquzuncu videogörüntüdə 10 avqust 2022-ci il tarixdə saat 16 radələrində şirkətin qarşısında işçilərlə mübahisə edib əlbəyaxa olmuş, onuncu videogörüntüdə 15 avqust 2022-ci il tarixdə saat 19-20 radələri arasında şirkətə məxsus stulu sındıraraq şirkətin həyətinə tullamış, daha sonra şirkətin qarşısında bir neçə dəqiqə ərzində öz hərəkətlərini davam etdirmiş, on birinci videogörüntüdə 23 avqust 2022-ci il tarixdə şirkətin qarşısında palma ağacını yandırmış, lakin mühafizəçi tərəfindən ağac tez söndürülmüş, on ikinci videogörüntüdə şirkətin qarşısına qoyulmuş su vedrəni götürüb küçəyə tullamış, daha sonra öz hərəkətlərini davam etdirərək şirkətə məxsus plastik su borularını sındırıb küçəyə tullamışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli 397 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boynun aşağı üçdə birinin sağ nahiyəsinin sıyrığı, sol bazunun yuxarı üçdə birinin bayır səthinin yarası deşici-kəsici alət və əşyanın təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. Məhkəmə-ballistik ekspertizasının 28 iyul 2022-ci il tarixli 18/792 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, üzərində sonradan təyinatını dəyişdirən dəyişikliklər edilməmişdir və soyuq silah hesab edilmir. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 26 avqust 2022-ci il tarixli 2288 nömrəli rəyindən görünür ki; - Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan əməli törədərkən onda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. - Təqsirləndirilən şəxs diqqətində dayanıqsızlıq (tez yayınıb gec mərkəzləşməsi), abstrakt anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi, həmin anlayışları məhdud şəkildə şərh etməsi, nitqində lənglik, təfəkkürünün torpid olması müəyyən edilir. Təfəkkürünün ümumiləşdirmə və təhliletmə, proqnozlaşdırma proseslərində normadan kənara çıxma hallarına təsadüf olunmamaqla, koqnitiv imkanlarının çevik olmadığı, ümumilikdə əqli imkanlarının normaya uyğun olması aşkar olunur. O, hadisəni düzgün qavrayıb təsvir etmək və düzgün ifadə vermək qabiliyyətinə malikdir. - Təqsirləndirilən şəxs emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hərəkət və davranışı üzərində iradi tənzimləmənin çatışmazlığı, emosional qeyri-sabitlik, şəxsi keyfiyyətlərində konfliktə və mübahisəyə meyillilik aşkar olunur. - Təqsirləndirilən şəxs yalan danışmağa, özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. 10 oktyabr 2022-ci il tarixli ziyan aktından görünür ki, Təqsirləndirilən şəxs 15 avqust 2022-ci il tarixdə X3 "xxxx" MMC-yə məxsus 1 ədəd 30 (otuz) manat dəyərində stulu və 23 avqust 2022-ci il tarixdə 70 (yetmiş) manat dəyərində plastik su borularını sındırmaqla həmin məbləğlərdə maddi ziyan vurmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Əliyev X7 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 70-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 1 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş turist bıçağı 26 oktyabr 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsin yaşaış yeri üzrə müsbət xarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi, himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs 24.08. 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş və 25.08. 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddələrlə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmüyü qaydasında ona təyin olunmuş cəzaları qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, X6 Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 avqust 2022-ci ildən hesablanmalıdır. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri manat 114 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə bir il, 221.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu üzərində iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 avqust 2022-ci ildən hesablansın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-4/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-4/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver