Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-4/2024 06.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, himayəsində bir azyaşlı uşağı olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, K.Fərəcova adına X1 tibb bacısı işləmiş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab küçəsi 5, inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında faktiki yaşamış, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun özünə və bibisi Şahid Azərbaycan Respublikası Mənzil X9 nəzdində olan sosial mənzillərdən 2 ədədinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən notariat ofisində Zərərçəkmiş şəxs 16000 manat pulu almış, sonrakı müddətdə öz istəyi əsasında Zərərçəkmiş şəxs onun bacısı X7 məxsus, lakin onun sərəncamında olan “Kapital bank” debet kartına Salyan şəhərində yerləşən “Ay işığı” supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsilə 2021-ci ilin oktyabr ayında 3200 manat, 2021-ci ilin noyabr ayında isə 1800 manat pul köçürmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 21000 (iyirmi bir min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadədə verərək göstərmişdir ki, X2 əvvəlki müddətdə ümumiyyətlə tanımamış, heç bir münasibətləri olmamışdır. 2021-ci ilin ortalarında şəxsi işləri ilə bağlı çoxsaylı adamlara borcu olmuş, subay olduğu və heç bir yerdə işləmədiyi üçün həmin borcları qaytara bilməmişdir. Eyni zamanda, azyaşlı oğlu olduğu üçün onun xərclərini də təkbaşına qarşılmışdır. Bundan başqa, bir neçə şəxsə MİDA-ya məxsus sosial evlərin alınmasında köməklik etmişdir. Buna baxmayaraq, çoxsaylı şəxslərlə aralarında anlaşılmazlıq olduğu üçün həmin vaxt onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmış və istintaq aparılmışdır. 2021-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Bakı şəhərində olduğu vaxt həmin vaxt rəfiqəsi olan Pəri adlı qadın ona zəng etmiş və ona işlədiyi paltar dükanına gələn 2 nəfər müştərinin MİDA-ya məxsus sosial evlərdən almaq istədiyini demişdir. Pəriyə onun mobil nömrəsini həmin şəxslərə verməsini demiş, bir neçə dəqiqədən sonra Savalan ona zəng edib görüşmək istədiyini demişdir. Həmin gün Bakı şəhəri, Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən kafedə Savalan və bibisi Dilarə ilə görüşmüşlərş. Dilarəni də əvvəlki müddətdə görməmiş və tanımamışdır. Söhbət zamanı Savalan özü və bibisi üçün 2 ayrı 4 otaqlı mənzil almaq istədiklərini demişdir. Həmin vaxt onun 25000 manat borcu olmuş və həmin borcu qaytarmaq üçün 21000 manata ehtiyacı olduğundan düşünmüşdür ki, Savalana kömək edəcəyini vəd edərək ümumilikdə 21000 manat pul alsın, sonrakı müddətdə isə pulunu hissə-hissə qaytarsın. Həmin məbləğ isə böyük olduğu üçün Savalandan pulu hissə-hissə almaq qərarına gəlmişdir. Savalana MİDA-ya məxsus sosial evlərdən ev amaqda onlara kömək edə biləcəyini, hətta çox adama belə köməklik etdiyini demişdir. Savalana hər evin ilkin ödənişinin 8000 manat olduğunu dedikdə Savalan razılaşaraq ona 2 ev üçün ümumilikdə 16000 manat pul verə biləcəklərini demişdir. Onları inandırmaq üçün notariusa gedib müqavilə bağlaya biləcəklərini demiş, Savalan da onunla razılaşmışdır. Bundan sonra ayrılmışlar, 3-4 gün sonra Savalan və bibisi Dilarə yenə də Bakı şəhərinə gəlmişlər. Bu dəfə “Gənclik” metrostansiyasının yaxınlığında onlarla görüşmüş və yaxınlıqda yerləşən notariusa getmişlər. Notariusda Savalanla borc müqaviləsi bağlamış, Savalan bundan sonra ona notariusda 16000 manat pul vermişdir. Bundan sonra o, mənzillərin rəsmiləşdirilməsi ilə bağlı bir nəfərlə görüşəcəyini demiş və birlikdə Nəsimi rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə getmişlər. Orada görüntü yaratmaq məqsədilə avtomobildən düşüb “ASAN” xidmət mərkəzinə daxil olmuş, Savalan və bibisi Dilarə isə avtomobildə qalmışlar. Bir neçə dəqiqə içəridə gözlədikdən sonra o, yenidən geri qayıtmış və Savalana ilkin sənədləşmə işini həll etdiyini, qısa zamanda onlarla əlaqə saxlayacağını demişdir. Bundan sonra Savalan və bibisi Dilarə çıxıb getmişlər. Savalanın verdiyi 16000 manat pulu isə borclarına və digər məsrəflərinə xərcləmişdir. Arabir isə Savalanla əlaqə saxlayıb narahat olmamasını, işi həll edəcəyini demişdir. 2021-ci ilin oktyabr ayında ona yenə də pul lazım olduğu üçün Savalana zəng edib 4 otaqlı hər bir mənzil üçün əlavə 1600 manat pul lazım olduğunu demiş və ona 3200 manat pul göndərməsini istəmişdir. Savalan isə Bakı şəhərinə gedə bilməyəcəyini, kart vasitəsilə pulu göndərə biləcəyini demişdir. Həmin vaxt onun şəxsi kartı olmadığı üçün bacısı X7 məxsus “Kapital bank” debet kartını müvəqqəti olaraq götürmüş və özü istifadə etmişdir. Buna görə də, həmin kartın fotoşəklini çəkib Savalana göndərmiş və pulu həmin karta göndərməsini demişdir. Savalan isə bir neçə dəqiqədən sonra həmin karta 3200 manat pul göndərmişdir. O da sonrakı müddətdə bankomat vasitəsilə həmin pulu çıxarıb borclarına və ev məsrəflərinə xərcləmişdir. Savalanın şübhələnməməsi üçün 3-4 gün sonra onu Bakı şəhərinə çağırmış, Savalan bibisi Dilarə ilə Bakı şəhərinə gəldikdən sonra birlikdə Nəsimi rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə getmişlər. Orada Dilarənin adına portalda kabinetin açılmasına köməklik etmiş, Savalan isə əvvəlki müddətdən öz adına kabinet açmışdır. Söhbət əsnasında o, Savalana mənzillərin artıq hazır olduğunu, qısa müddətdən sonra aylıq ödənişə başlayacağını demişdir. Sonuncu dəfə 2021-ci ilin noyabr ayında ona təcili pul lazım olduğu vaxt Savalana zəng edib hər bir mənzil üçün əlavə 900 manat pul lazım olduğunu demiş və ona 1800 manat pul göndərməsini istəmişdir. Savalan razılıq verdiyi üçün o, yenə də bacısına məxsus “Kapital bank” debet kartının fotoşəklini Savalana göndərmişdir. Savalan isə bir neçə dəqiqədən sonra həmin karta 1800 manat pul göndərmiş, o, yenə də həmin pulu bankomatdan çıxarıb borclarına və ev məsrəflərinə xərcləmişdir. Bununla da, Savalanın ona verdiyi pulun ümumi məbləği 21000 manat olmuşdur. Sonrakı müddətdə Savalan ona zəng etdiyi vaxtlarda isə müxtəlif bəhanələr deyərək vaxt istəmiş, lakin əlavə borcları yarandığından Savalanın pulunu qaytara bilməmişdir. Buna görə də, Savalanı aldadaraq işin həll olunacağını, gözləməsini demişdir. Bir neçə ay keçdikdən sonra Savalan artıq aldadıldığını başa düşmüş və tez-tez ona zəng edərək ya işi həll etməyini, ya da pulu qaytarmağını tələb etmişdir. Savalana gözləməyini desə də, lakin Savalan artıq şikayət edəcəyini demişdir. Buna görə də, sonrakı müddətdə pul əldə etdiyi vaxtlarda Savalanın həyat yoldaşı Aytaca pul göndərməyə başlamışdır. Bundan başqa, 2022-ci ilin dekabr ayında onunu barəsində aparılan cinayət işinin istintaqı yekunlaşmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lakin azyaşlı oğlu olduğu üçün oğlu 14 yaşına çatanadək cəzası təxirə salınmışdır. Sonrakı 3-4 ay ərzində Savalana pul göndərə bilməmiş, buna görə də, Savalan onun barəsində şikayət etmişdir. Lakin sonuncu dəfə 2023-cü il avqust ayının əvvəlində Savalana pul göndərmiş və aldığı 21000 manat pulu tam şəkildə Savalana qaytarmışdır. Savalanı özü və bibisi Dilarə üçün MİDA-ya məxsus sosial evlərdən ev alacağı barədə yalan vəd verib aldadaraq Savalandan ümumilikdə 21000 manat pul almış, sonrakı müddətdə həmin pulu hissə-hissə olmaqla tam şəkildə Savalana qaytarmışdır. Həmin cinayət əməlini tək törətmiş və heç kim ona kömək etməmişdir. Törətdiyi əməldən peşmandır və özünü təqsirli hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş və onunla artıq barışmışdır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, son 6-7 ildir Bakı şəhərində öz ailəsi üçün mənzil almaq istəmiş, lakin maddi imkanı kifayət etmədiyindən mənzili nağd pul verərək ala bilməmişdir. 2016-cı ildə MİDA-nın sosial evləri inşa edildiyi vaxt portalda qeydiyyatdan keçmiş, lakin sonrakı müddətdə keçirilən müsabiqələrdə mənzil alan şəxslərin siyahısına seçilə bilməmişdir. Buna görə də bu işdə ona kömək edə biləcək şəxs axtarmışdır. 2021-ci ilin avqust ayında yenə də mənzil axtarışı üçün bibisi Dilarə ilə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhəri Yasamal rayonunda yerləşən paltar dükanında təsadüfən əslən Salyan rayonundan olan Pəri adlı xanımla tanış olmuşlar. Pəriyə Bakı şəhərində mənzil almaq istədiklərini dedikdə Pəri Günay adlı tanışının ayrı-ayrı şəxslərə MİDA-nın sosial evlərindən almaqda köməklik etdiyini demişdir. Həmin evlərin ilkin ödənişi və aylıq ödənişləri münasib olduğundan bibisi ilə birlikdə Günayla görüşmək və məhz MİDA-nın sosial evlərindən mənzil almaq qərarına gəlmişlər. Buna görə də, Pəri mobil telefonla Günaya zəng edərək danışmış, Günay görüşə razılıq verdiyi üçün Pəri Günayın mobil nömrəsini onlara vermişdir. Həmin gün Yasamal rayonunda “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən kafelərdən birində Günayla görüşmüş, görüş vaxtı Günaya ev almaq istədiklərini demişlər. Günay bu işdə çox adama köməklik etdiyini, ev aldığını və onlara da kömək edə biləcəyini demişdir. Günay MİDA-nın sosial evlərindən mənzil almaqda onlara köməklik edə biləcəyini, hər mənzilin ilkin ödənişinin 8000 manat olacağını demişdir. Həmin məbləğ münasib olduğu üçün bibisi Dilarə ilə hər birinə ayrı mənzil almaq qərarına gəlmişlər. Günay hətta inanmaqları üçün pulu notarius vasitəsilə ödəmələrini təklif etmiş, onlar da razılaşmışlar. Günaya qısa müddətdə ilkin ödənişləri verəcəklərini demiş və daha sonra Salyan rayonuna qayıtmışlar. Təxminən 3-4 gün sonra bibisi Dilarə ilə birlikə yenidən Bakı şəhərinə getmiş, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən notariat ofisində Günayla görüşmüşlər. Notariusda ümumilikdə 16000 manat pulu notariusda bağladıqları borc müqaviləsinə əsasən Günaya vermişlər. Həmin pul onun özünə məxsus olmuş, bibisi Dilarənin də əvəzində pulu o vermişdir. Həmin anda Günayın şəxsiyyət vəsiqəsini gördüyü üçün ad, soyad və ata adının Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Notariusda müqavilə bağladıqdan sonra birlikdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Asan” xidmət mərkəzinə getmişlər. Orada Günay onların mənzil almağı ilə bağlı bir nəfər şəxslə görüşəcəyini deyərək “Asan” xidmət mərkəzinə daxil olmuş, həmin müddətdə o, bibisi Dilarə ilə avtomobildə gözləmişdir. Təxminən 15-20 dəqiqə sonra Günay yenidən onların yanına qayıtmış və qısa müddət ərzində mənzil alınması işini həll etdikdən sonra onunla əlaqə saxlayacağını demişdir. Onlar da razılaşmış və Salyan rayonuna qayıtmışlar. Sonrakı müddətdə 2021-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Günay ona zəng edərək 4 otaqlı mənzilin sahəsi üçün əlavə rüsum ödənməli olduğunu demişdir. Günay göndərdiyi kart hesabına hər mənzil üçün 1600 manat, yəni ümumilikdə 3200 manat pul göndərməyini istəmişdir. Həmin gün Günayın göndərdiyi kart hesabına Salyan şəhərində yerləşən “Ay işığı” supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsilə 3200 manat pul göndərmiş, Günayın fotoşəklini göndərdiyi “Kapitalbank”a məxsus kartın üzərində “Fəridə Cəfərova” adı qeyd olunmuşdur. Bir neçə gün sonra Günay onları yenidən Bakı şəhərinə çağırmış, birlikdə Nəsimi rayonunda yerləşən “ASAN” xidmət mərkəzinə getmişlər. Orada bibisi Dilarənin adına mənzil alınması üçün portalda kabinet açılmış, onun adına əvvəldən kabinet olduğu üçün yeni kabinet açılmamışdır. Söhbət əsnasında Günay onun mənzilinin artıq hazır olduğunu, qısa müddət sonra “Kapitalbank”a aylıq olaraq 120 manat civarında ödəniş etməyə başlayacağını demişdir. Sonrakı müddətdə 2021-ci ilin noyabr ayında Günay yenə də ona zəng edərək hər mənzil üçün rüsum olaraq 900 manat, yəni ümumilikdə 1800 manat pul göndərməyini istəmişdir. O, yenə də Salyan şəhərində yerləşən “Ay işığı” supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsilə Günayın ona əvvəl fotoşəklini göndərdiyi karta 1800 manat pul göndərmiş, beləcə, Günaya verdiyi pulun ümumi məbləği 21000 manat olmuşdur. Sonrakı müddətdə Günayın mənzil alınması məsələsini uzatdığını gördüyü üçün Günayla mütəmadi olaraq əlaqə saxlamağa başlamış, Günay hər dəfə xırda problemlərin olduğunu deyərək qısa müddətdə məsələnin həll olunacağını demişdir. 2022-ci ilin ortalarında artıq Günayın onu aldatdığını düşünmüş və həmin vaxt MİDA ilə əlaqə saxlamışdır. MİDA əməkdaşları Günay adlı qadının ayrı-ayrı şəxslərə qarşı eyni əməlləri törətdiyini bildirmişlər. Bundan başqa, həmin vaxt MİDA sosial evlərinin alınmasında dələduzluq edən şəxslər barəsində araşdırma aparıldığını və bir neçə şəxsin tutulduğunu eşitmişdir. Artıq Günayın onu aldatdığına əmin olduğu üçün Günaya zəng edərək şikayət edəcəyini demiş, Günay isə şikayət etməməyini, pulu qısa müddətdə qaytaracağını demişdir. Sonrakı müddətdə hissə-hissə olmaqla Günay onun həyat yoldaşının kart hesabına ümumilikdə 21000 manat pulu tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxs ona və bibisi Dilarəyə MİDA-nın sosial evlərindən 2 ayrı mənzil almaqda kömək edəcəyini vəd edib aldadaraq onun ümumilikdə 21000 manat pulunu ələ keçirmiş, sonradan isə həmin pulu tam şəkildə ona qaytarmışdır. Hazırda Günayla barışmışdır, Günaya qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ələ keçirdiyi ümumilikdə 21000 manat pul ona məxsus olmuşdur. Belə ki, bibisi Dilarənin də əvəzinə pulu o vermişdir. Buna görə də, hadisə nəticəsində ancaq ona maddi ziyan dəymiş, bibisi Dilarəyə heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs ona fotoşəklini göndərdiyi bank kartının üzərində olan 16 rəqəmli kodu xatırlamır yaxud həmin ödənişlərə dair qəbzləri saxlamamışdır. Sadəcə kart “Kapital bank”a məxsus olmuş və üzərində “Fəridə Cəfərova” yazılmışdır. Təqsirləndirilən şəxs ilə bağladığı borc müqaviləsini də saxlamadığı üçün istintaqa təqdim edə bilməmişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, onunla barışmış və hazırda şikayətçi deyildir. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid istintaq zamanı Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmiş və baş vermiş hadisə nəticəsində ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 21 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə Salyan Rayon Prokuroru Rəşad Mansurovun qərarından görünür ki, Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Nahid Abbaslının HK-1/853 nömrəli material üzrə «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» 12 may 2023-cü il tarixli qərarı ləğv edilmişdir. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlansın. Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə Salyan rayon polis şöbəsinin istintaq bölməsinə göndərilsin. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 12 may 2023-cü il tarixli qərarından görünür ki, Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X6 “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı"'-da 853 saylı qeydiyyata alınmış materialı nəzərdən keçirib, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti nəzarət qaydasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. Məcburi gətirilmə haqqında 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis kapitanı X8 icraatında olan ********* saylı cinayət işinin istintaq materiallarını nəzərdən keçirib, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olan, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzade küçəsi, 5 inzibati/bina-da qeydiyyatda olan, lakin istintaqa məlum olmayan ünvanda yaşayan Təqsirləndirilən şəxs məcburi qaydada istintaq orqanına gətirilməsi, qərarın surəti icra olunması üçün Salyan RPŞ-ə təqdim edilməsin. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Şübhəli şəxs barəsində axtarış elan edilməsi və ittiham elan edilməsidən ötrü tutulması haqqında 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiam elan edilməsindən ötrü axtarış elan edilmiş və müəyyən edildikdə tutularaq Salyan RPş-nin MSY-ə təqdim edilməsi qərara alınmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs X20 Xidmət Mərkəzinin Notariat Ofisində verdiyi xx.xx.2023-cü il arixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də, olmayacaqdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs Salyan RPŞ-nin Msy-dən azad edilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində 1 azyaşlı uşağı var. Cinayət işinin istintaq materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 1(101)-249/2022 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsi tətbiq edilməklə himayəsində olan on dörd yaşına çatmamış 30 sentyabr 2012-ci il təvəllüdlü oğlu X13 on dörd yaşına çatanadək ona təyin edilmiş cəzanın çəkilməsi təxirə salınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-649/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-ci maddəsi ilə təqsirləndirilməsinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-249/2022 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılmış və Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq olunmasına dair müddəalar çıxarılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təyin olunan 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün dərhal məhkəmə iclas zalında həbs edilmiş, təyin edilmiş əlavə cəzanın müstəqil icra olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmiş, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və həbsetmənin əvvəli – xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-70/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)- 649/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanılmış və Təqsirləndirilən şəxs qəti olaraq 01 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs barəsində AR Cinayət Məcəlləsinin 32.4, 312.2- ci maddəsi ilə cinayət işinə həmin hissədə ayrıca qərarla xitam verilməsi nəzərə alınmış, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(103)- 649/2023 saylı qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarına əsasən “həbs” qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 01 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X17 tərəfindən verilmiş mülki iddia tam təmin edilmiş, 5.777 (beş min yeddi yüz yetmiş yeddi) manat pul Təqsirləndirilən şəxs tutularaq, zərərçəkmiş şəxs X12 ödənilməsi və zərərçəkmiş şəxs (mülki iddiaçı) X14 tərəfindən verilmiş mülki iddianın tam təmin edilməsi, 11.750 (on bir min yeddi yüz əlli) manat pulun Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs X11 ödənilməsi hökm edilmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, övladı 14 yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmışdır. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 30 aprel 2022-ci il tarixdə məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İstintaqla müəyyən nedilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2023-cu il sentyabrın 9-da Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3 və 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasen Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 29,312-ci maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsəsı kimi qəbul edilmiş, Azərbaycan Respublikası CM-in 59.14-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri cinayət işinin digər rəsmi sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs, həqiqətən də, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun özünə və bibisi Şahid Azərbaycan Respublikası Mənzil X9 nəzdində olan sosial mənzillərdən 2 ədədinin alınmasında köməklik edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra vahid niyyətlə 2021-ci ilin avqust ayında Bakı şəhəri, Nərimanov rayonu, “Gənclik” metrostansiyasının yaxınlığında yerləşən notariat ofisində Zərərçəkmiş şəxs 16000 manat pulu almış, sonrakı müddətdə öz istəyi əsasında Zərərçəkmiş şəxs onun bacısı X7 məxsus, lakin onun sərəncamında olan “Kapital bank” debet kartına Salyan şəhərində yerləşən “Ay işığı” supermarketində quraşdırılmış ödəmə terminalı vasitəsilə 2021-ci ilin oktyabr ayında 3200 manat, 2021-ci ilin noyabr ayında isə 1800 manat pul köçürmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda 21000 (iyirmi bir min) manat məbləğində pulunu ələ keçirməklə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.4-cü maddəsinə əsasən bu Məcəllənin 178.1—178.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olmasını, CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-70/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplansın və Təqsirləndirilən şəxs 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 (on) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını, cəzaçəkməsinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edirki, Təqsirləndirilən şəxs CM-nin 178.4-cü maddəsi ilə artıq məhkum olunduğundan təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023cü il tarixli, 1(103)-649/2023 saylı qərarı ilə məhkum olunaraq hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin BİT-də azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-70/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplansın və Təqsirləndirilən şəxs 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə, 10 (on) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 (on) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 dekabr 2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(103)-649/2023 saylı qərarına əsasən həbs qətimkan tədbirinin seçildiyi vaxtdan, yəni 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və onun Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə faktiki azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-4/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-4/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver