Məhkəmə qərarları › İş №1(057)-4/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-4/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-4/2025 15.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1994-cü ildə Neftçala rayonu, Abasallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Salyan Rayon Məhkəməsinin 4(057)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə saat 17 radələrində, aralarında on beş il yaş fərqi olduğunu bilə-bilə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmamış, xx xxxxxxxx 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs öz razılığı ilə yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi ev 63, mənzil 8-ə aparıb orada Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Fidanla əmisi oğlu Mərdanın vasitəsi ilə tanış olmuşdur. Əmisi oğlu Mərdan Fidanla tanış olmuş, sonradan “Whatsapp” qrupu yaratmış həmin qrupa o, Fidan və tanımadığı başqa bir qız qoşulmuşdur. Fidanın yazdığı mesaj və etdiyi zənglərdən sonra onunla telefonda tanış olmuş və ondan sonra onunla telefon vasitəsi ilə mütəmadi olaraq yazışaraq əlaqə saxlamışlar. Fidan ona öz şəkillərini göndərsə də onunla görüntülü danışmamışdır. Növbəti dəfə yazışarkən Fidan onu yaxından tanımaq istədiyini, oturub çay içməyi təklif etmişdir. Ona 05 mart 2024-cü il tarixdə qardaşının ad günü olacağını, ona görə həmin gün evdəkilərin başının qarışıq olacağını və bundan istifadə edərək evdən çıxmağa imkanın ola biləcəyini ona demiş və o da Fidanla görüşmək istədiyini Fidana demişdir. 05 mart 2024-cü il tarixdə, saat 15 radələrində onu Neftçala rayonu, Qaralı kəndindəki körpünün yanında gözləyəcəyini bildirmiş, bu səbəbdən o da taksi çağıraraq sürücüyə onu öz maşını ilə Neftçala rayonuna aparıb-gətirməsini xahiş etmişdir. Taksi maşını ilə Neftçala rayonu, Qaralı kəndindəki körpünün yanına gəlmiş və orada onu gözləyən Fidanı maşına götürüb geri, Salyan şəhərinə qayıtmışlar. Salyan şəhərində Fidanla birlikdə çay içib kəndə geri qayıdarkən Fidan avtomobildən yerə düşməmiş kənd insanları avtomobilin üzərinə hücum edərək onu döyməyə başlamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Fidanın razılığı ilə onunla yaxınlıq etmişdir. Fidandan yaşını soruşduqda 18 yaşı olduğunu demişdir. Neftçala Rayon Polis Şöbəsində Fidanın real yaşını bilmişdir. O, Fidanla “Whatsapp” vasitəsi ilə 20 gün müddətində yazışmışdır. Onlar görüşərkən nə edəcəklərini bir-birlərinə yazmışlar. Onun 29 yaşı var, Fidanla ailə qurmaq fikiri olduğu üçün onun yaşını soruşmuşdur. Hazırda da Fidanla ailə qurmaq istəyir, lakin Fidanın ailəsi onun təklif ilə razı olmamışdır. Sonda Təqsirləndirilən şəxs Azərbaycan Respubliksı CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü günahkar bilərək bağışlanmasını, yaşlı, xəstə anasına və atasına görə ona köməklik göstərilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Fidanla Salyan şəhərində olan evlərində görüşərkən Fidanın yaşını və məktəbli olduğunu bilmiş, bundan sonra Fidana etiraz edərək onun barəsində cinayət işinin açıla biləcəyini deyərək onu evlərinə aparmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda o, valideynləri ilə birlikdə Neftçala rayonu, Kürqarabucaq kəndində yaşamaqla həmin kənd məktəbinin 9-cu sinfində oxuyur. 2024-cü ilin fevral ayının ortalarında telefonundakı "İnstaqram" sosial şəbəkə vasitəsi ilə sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuş, tanış olduqdan sonra Şəhriyar ona Salyan şəhərində yaşadığını, subay olduğunu bildirib ondan mobil telefonunun nömrəsini istəmiş və o da həmin vaxt öz mobil nömrəsini Şəhriyara vermişdir. Bundan sonra mobil telefon vasitəsi ilə biri-birləri ilə tez-tez əlaqə saxlamış, öz fotoşəkillərini qarşılıqlı şəkildə biri-birlərinə göndərmişlər. Telefon vasitəsi ilə əlaqə saxladıqları müddət ərzində Şəhriyar bir neçə dəfə ona görüşməyi, daha sonra isə evlənməyi təklif etmiş, 05 mart 2024-cü il tarixdə növbəti dəfə telefonda danışarkən Şəhriyar ona görüşməyi təklif edən zaman o Şəhriyara həmin gün qardaşı İsanın ad günü olduğunu, buna görə evdəkilərinin başının qarışıq olduğunu bildirib onunla görüşə biləcəyini demişdir. Ona görə də Şəhriyar Neftçala rayonuna gəlmiş və ona zəng edərək kəndlərindəki "Şəhidlər abidəsi"nin yanında onu gözlədiyini demiş, o da anası Azadəyə mağazaya gedəcəyini deyib saat 16 radələrində həmin bəhanə ilə evdən çıxıb Şəhriyarın onu gözlədiyi yerə gəlmişdir. Orada Şəhriyarla görüşüb onun gəldiyi taksi maşını ilə Salyan şəhərindəki Şəhriyarın yaşadığı evə gəlmiş, taksi maşınının sürücüsü saat 17 radələrində onları orada düşürəndən sonra çıxıb getmiş, onlar isə Şəhriyarın yaşadığı evə keçmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs günahı olsa da bağışlayır. Hazırda Şəhriyarla heç bir əlaqəsi yoxdur. Şəhriyar ona öz yaşını 24-25 olaraq demişdir. Əvvəldən Şəhriyara bildirmədiyindən Şəhriyar onun 15 yaşı olmadığını bilmişdir. Şəhriyargilin evində olanları demək istəmir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə izahatında göstərmişdir ki, 05 mart 2024-cü il tarixdə oğlu İsanın ad günü olduğundan evdə hazırlıq işlərinə başı qarışıq olmuş, o, hamamda olduğu zaman Fidan ona kənd mağazasına gedib qardaşına hədiyyə almaq istədiyini bildirib evdən çıxıb getmiş, mağaza onlardan çox uzaqda yerləşir. Xeyli gözləsədə Fidanın evə qayıtmamışdır. Onun öz telefonu yoxdur. Əri anasının telefonuna zəng vuraraq ondan Fidanı soruşmuşdur. O, da Fidanın harda olmasını soruşmuş, o, Fidan mağazadan qardaşı üçün hədiyyə almağa getdiyini demişdir. Yoldaşı ona ola bilməz demiş, ona zəng gəldiyini Fidanın avtomobilə mindiyini bildirmişlər. Onu xeyli axtarsalar da tapa biməmişlər. Həmin gün saat 18 radələrində Fidan evlərinə qayıtdıqdan sonra ondan harada olmasını soruşanda Fidan ona mobil telefonda Salyan şəhərindən olan Şəhriyar adlı oğlanla tanış olduğunu, Şəhriyarın ona evlənmək təklif etdiyini və onu Salyan şəhərindəki evlərinə aparıb orada onunla arxadan cinsi əlaqədə olduğunu bildirmişdir. Ona görə Fidanı da götrürüb Neftçala Rayon Polis Şöbəsinə getmiş və baş vermiş bu hadisə ilə əlaqədar ərizə ilə polisə müraciət etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, özünə məxsus VAZ 2106 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilindən taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanır və Salyan şəhər sakini olan Şəhriyarı bir müddət əvvəldən tanımış, müştəri kimi Şəhriyarı dəfələrlə 3-4 nəfər iş yoldaşı ilə birlikdə işə aparmışdır. Onlar öz aralarına bir manatdan yığıb ona yol pulunu verirmişlər. 05 mart 2024-cü il tarixdə saat 16 radələrində Şəhriyar ona zəng edərək Salyan şəhərində yerləşən evlərində olduğunu, Neftçala rayonu, Kürqarabucaq kəndinə getməli olduğunu bildirib ondan maşını ilə gəlib evlərindən onu götürüb həmin kəndə aparmasını xahiş etmişdir. O da Şəhriyara hazırda Neftçala şəhərində olduğunu, qayıdan kimi onun dalınca gələcəyini bildirmişdir. Şəhriyarı yaşadığı evlərindən götürmüş və Neftçala rayonu, Kürqarabucaq kəndinə aparmışdır. Həmin kənddəki təzə abidənin yanında maşını saxlamış və Şəhriyar maşına tanımadığı bir qızı mindirmiş, sonra ona maşını evlərinə sürməyi tapşırmışdır. Şəhriyarla tanımadığı qızı gətirib Şəhriyargilin evində düşürdükdən sonra öz evinə getmiş və evdə nahar edib namaz qılandan təqiribən 1 saat sonra Şəhriyar ona zəng edib dalınca gəlməsini demişdir. Şəhriyarın yaşadığı evin yanında adını bilmədiyi qızı il Şəhriyar avtomobilə əyləşərək onları Kürqarabucaq kəndinə aparmış, həmin kənddəki abidənin yaxınlığında avtomaşını saxlayıb Şəhriyargili maşından düşürmək istədikdə tanımadığı 15-20 şəxs avtomobilinə yaxınlaşıb qapını açaraq Şəhriyarı döyməyə başlamışlar. Avtomobildə olan qız dərhal maşından düşüb qaçmış, özü isə avtomobilini sürüb getmək istəsədə avtomobilin ətrafında olan şəxsləri vuracağından qorxub avtomobilini söndürmüşdür. Ondan kim olması, nə üçün kəndə gəlməsi barədə soruşduqda o, kənd adamlarına taksi sürücüsü olduğunu və öz avtomobili ilə taksi kimi fəaliyyət göstərdiyini demişdir. Sonradan hadisə yerinə polis əməkdaşları gəlmiş və onların hamısını Neftçala RPŞ-nə aparmışlar. Həmin gün Şəhriyarın adını bilmədiyi qızı nə məqsədlə evlərinə aparmasını, orada ona qarşı nə etməsini bilməmiş, bu barədə heç bir məlumatı da olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məsləhət oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma əmisioğludur. X3 “İnstagram” sosial şəbəkəsində tanımışdır. Fidanla İnstagram vasitəsi ilə qarşılıqlı olaraq yazışmışlar və sonradan o, Şəhriyar və Fidan olmaqla 3 nəfərlik qrup yaratmışdır. Bir müddət sonra Fidan onun nömrəsini bloka atmışdır. Təxminən 2024-cü ilin mart ayının əvvəllərində əmisi Mərfət gecə vaxtı ona zəng vurub Şəhriyarın Neftçalada tutulub polis şöbəsinə aparıldığını bildirmiş, ondan sonra ona məlum olmuşdur ki, Şəhriyarla Fidan bir müddət telefon əlaqəsi saxlayandan sonra Fidanın öz istəyi və razılığı ilə Şəhriyar onu yaşadığı evə gətirib onunla cinsi əlaqədə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Neftçala RPŞ-nin İQ-un baş müstəntiqi, polis polkovnik-leytenantı İsmayıl Zeynalovun 06 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış HK-1/208 saylı material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqının aparılması davam etdirilmişdir. Cinayət işinin 3-cü vərəqində olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin 26 aprel 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi istintaqının davam etdirilməsi üçün icraatına qəbul edilmişdir. Cinayət işinin 13-cü vərəqində olan 05 mart 2024-cü il tarixli “tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 26-cı vərəqində olan 05 mart 2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdə, saat 21:48-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 39-40-cı vərəqlərində olan 07 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Redmi” markalı mobil telefonda istifadə etdiyi ***-***-**-** mobil nömrəsinin “vatsapp” sisteminə baxış keçirilərkən Neftçala rayonu, Kürqarabucaq kənd sakini Zərərçəkmiş şəxs məxsus olan ***-***-**-** saylı mobil nömrədən gələn yazılarla Təqsirləndirilən şəxs yazdığı yazıların qeyri-təbii yolla cinsi əlaqəyə aid olan sözlərlə ifadə olunduğu müəyyən olunmaqla öz təsdiqini tapmışdır. Cinayət işinin 41-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X14 52 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs ilə arxa keçəcək vasitəsi ilə tək-tək cinsi əlaqədə olunması inkar olunmur, dəqiq müddət təyin etmək mümkün olmasa da, müayinə olunanın dediyi tarix və şəraitdə əmələ gələ bilərdi. Arxa keçəcək girəcəyində sfinktorun tonusunun zəifləməsi bunu sübut edən əlamətlərdən hesab olunur. Cinayət işinin 43-44-cü vərəqlərində olan 07 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə nəzərdə tutulmuş ittiham ona elan olunmaqla qərarın surəti təqdim edilmişdir. Cinayət işinin 58-60-cı vərəqlərində olan Neftçala Rayon Məhkəməsinin 4(053)- 9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqində olan Neftçala RİHB-nın Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Quluzadə X4 rayonu, Kürqarabucaq kəndində ailəsi birlikdə qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin 87-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs 2016-cı ildən Kürqarabucaq kənd ümumi orta məktəbdə təhsil alır. Zərərçəkmiş şəxs təhsil aldığı müddət ərzində özünü sakit bir şagird kimi aparmış, məktəbin nizam-intizam qaydalarına əməl etmişdir. Dərslərini zəif qiymətlərlə oxumuş, məktəbdə ciddi nöqsanlara yol verməmişdir. Cinayət işinin 88-89-cu vərəqlərində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin 120-121-ci vərəqlərində olan Salyan "xxxx" tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Həsənov küçəsi, ev 63, mənzil 8 ünvanında ailəsi ilə birlikdə yaşayır və Təqsirləndirilən şəxs barədə Salyan "xxxx" MMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 123-124-cü vərəqlərində olan Salyan Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, 05 mart 2024-cü il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs barəsində tərəflərindən CM-in 152.1-ci maddəsi ilə ********* saylı cinayət işinin ibtidai istintaqının aparıldığını və onun hal-hazırda həbsdə olduğunu bilir. Lakin bu ərizəsi ilə bildirir ki, o Təqsirləndirilən şəxsla barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur, cinayət işinin istintaqı zamanı da olmayacaqdır. Cinayət işi üzrə aparılan ibtidai istintaq zamanı onun bu ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət işinin 125-ci vərəqində olan “Elektron notariat” X1 vasitəsilə “X2” AQİS-dən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il tarixdə Neftçala rayonu, Aşağı Qaramanlı kəndində anadan olmuş, atası X6, anası X7r. Cinayət işinin 135-136-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 25/2020 saylı, 12 may 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tutulduğu iki gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 140-143-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 “Kompleks Ambulator Məhkəmə- Psixiatrik və Psixoloji” Ekspertizasının 1179 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs həmçinin qərarda göstərilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs bu iş üzrə zərərçəkmiş şəxs qismində keçdiyi üçün onun məcburi müalicəyə ehtiyacının olub-olmaması barəsində qoyulmuş sual ona şamil edilmir. Zərərçəkmiş şəxs əqli və intellektual inkişafı normaya uyğundur. Zərərçəkmiş şəxs ünsiyyətçilik, aktivlik, emosionallıq, etiraz etməyi bacarmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilməmişdir. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar edilməmişdir. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla, onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq onunla edilən qanunazidd hərəkətlər zamanı müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs əqli inkişafı normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Cinayət işinin 145-147-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X14 176 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxsun xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Cinayət işinin 150-156-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 05 iyun 2024-cü il tarixədək müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında Salyan Rayon Məhkəməsinin 1(057)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə məhkəməpsixiatrik ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 “Amdulator Məhkəmə Psixiatrik Ekspertizasının” 2648 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs ittihamda qeyd olunan cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə etiraz yoxdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, ifadələrin yerində yoxlanması, sərxoşluq hallarının təyini məqsədilə tibbi müayinə, axtarış, baxış, ekspertiza və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.). Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizmcinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, zərər çəkmiş şəxsin barışması, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı, qərarın icrası Salyan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 05 mart 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək olan 10 ay 10 gün müddətin bir həbs günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 20 (iyirmi ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş üzrə maddi ziyan yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında qaldığı 05 mart 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək olan 10 ay 10 gün müddətin bir həbs günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq hesablanmaqla ona təyin olunmuş 1 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 20 (iyirmi ) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs onun üzərində saxlanılmış 08 (səkkiz) ay 20 (iyirmi ) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Salyan rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar