Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-40/2023 22.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1968-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Kürsəngi kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 28 mart 2017-ci il tarixdə keçirdiyi hərracın qərarı ilə Salyan rayonu, Kürsəngi kəndində yerləşən 510.0 kv.metrlik qeyri-yaşayış binasının Zərərçəkmiş şəxs satılmasına, bu barədə Zərərçəkmiş şəxs RX ******* nömrəli çıxarış verilməsinə baxmayaraq keçirilmiş hərracın nəticəsindən narazı qaldığı üçün qohumu X6 ilə birlikdə Salyan Rayon Məhkəməsində həmin qərarın ləğv olunması barədə iddia qaldırsalar da Salyan Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə onların iddiasının təmin edilməməsinə, Şirvan Apelyasiya Məhkəməsinin MK-nın 21 fevral 2019-cu il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-82/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılmasına, xx.xx.2022-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən ona məxsus məişət əşyalarının Salyan rayonu, Kürsəngi kəndində yerləşən həmin 510.0 kv. metrlik qeyri-yaşayış binasından çıxarılaraq onun özünə təhvil verilərək bu barədə Salyan Rayon Məhkəməsinin 2(57)-06/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasının təmin edilməsinə baxmayaraq sonradan qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına, yəni Salyan rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 31 avqust 2018-ci il tarixli qətnaməsinə zidd olaraq Zərərçəkmiş şəxs məxsus Salyan rayonu, Kürsəngi kəndində yerləşən 510.0 kv.m-lik qeyri-yaşayış binası olan yeməkxananın giriş qapısındakı qıfılı qəsdən qırıb Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022ci il tarixdə oradan çıxarılmış məişət əşyalarını yenidən qaytarıb həmin binanın içərisinə yığaraq binadan, eləcədə binadakı Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş elektrik sayğacından öz məqsədləri üçün qanunsuz olaraq özbaşına istifadə etmiş, Zərərçəkmiş şəxs həmin binadan istifadə etməyə imkan verməməklə sonuncunun qanunla qorunan mülkiyyət hüququna mühüm ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1967-ci ildə yaşadığı Salyan rayonunun, Kürsəngi kəndində keçmiş Salyan Neft İdarəsi tərəfindən yeməkxana binası inşa olunmuş və uzun müddət həmin yeməkxanada qohumu X6 işləmişdir. Salyan Neft İdarəsi sonralar ləğv olunduğundan həmin bina Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin balansına keçmiş, buna baxmayaraq onlar yenə də həmin obyektdən istifadə etmiş və istifadə etdiyi dövr ərzində obyektin təmirinə 28.000 manata yaxın pul xərcləmişdir. 2013-cü ildə ona obyekti alması barədə Azneftdən təklif olunmuşdur. Obyekt onların xəbəri olmadan hərraca çıxarılmış və Zərərçəkmiş şəxs satılmışdır. Bunu biləndən sonra müxtəlif instansiyalara müraciət etsələrdə onların şikayəti təmin olunmamış, məhkəmədə qaldırdıqları iddiaları da təmin olunmamışdır. Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən onların obyektə çəkdikləri 28.000 manat xərcin əvəzində onlara cəmi 1500 manat pul verilməsi qət olunmuş, məhkəmənin həmin qərarı ilə razılaşmadığından qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət etmişdir. Bu şikayətinə baxılmadığı üçün İbadətə icazə verməmişdir ki, obyekti söksün, orada təmir işləri apartdırsın. 07 sentyabr 2022-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları gəlib həmin obyektdən ona məxsus məişət əşyalarınnı çıxarıb obyekti İbadətə təhvil vermiş, o, isə qonşuluqda yerləşən həmkəndlisi, Azərin obyektindən istifadə etməyə başlamış, isti vaxtlarda da Azərin obyektinə yığdığı stol və stulları götürüb İbadətin özünün hesab etdiyi obyektin çöl tərəfdən kölgəlik yerinə qoyub oradan istifadə etmişdir. Obyektə işıq sayğacını əvvəldən özü qoydurmuş, sonradan kart sisteminə keçiləndə də o karta pul yükləyib kartdan istifad etmişdir. Həmin obyektin qonşuluğunda obyekti olan Azər adlı həmkəndlisi ondan xahiş etdiyi üçün ona öz sayğacından elektrik enerjisi vermiş, Azər də istifadə etdiyi elektrik enerjisinə görə ona hər ay 20 manat pul vermişdir. Buna da səbəb o olub ki, o, Azərdən 2022-ci ilin aprel ayından etibarnamə almış və həmin etbarnamə əsasında da Azərin obyektindən istifadə etmişdir. Həmin vaxtlarda da hər ay Azərdən 20 manat işıq pulu almış, həmin pulu karta yükləyib elektrik enerjisindən birlikdə istifadə etmişlər. İbadətin özünün hesab etdiyi obyektdən 2022-ci ilin sentyabr ayından bəri istifadə etməmiş, əmlaklarını da ora yağış ziyan vurub məhv etməsin deyə yığımışdır. Bir dəfə İbadət obyektə boşaltmaq üçün sürücüsünün adını bilmədiyi bir “KAMAZ” markalı maşınla mişar daşı gətizdirmiş, həmin vaxtlarda İbadətlə arasında qeyd olunan obyektə görə mübahisə olduğundan sürücüyə yaxınlaşıb ona "sənə bura daşı boşaltmağa icazə vermirəm, maşını sür buradan get" deyə bildirmiş, sürücü də ona bir söz deməyib maşını sürüb getmiş, daha orada başqa heç nə olmamışdır. Barəsində rayon polis şöbəsində cinayət işi açıldıqdan sonra səhv iş tutduğunu başa düşüb gedib həmin obyektə yığdığı bütün əşyalarını oradan çıxardıb obyekti boşaltmışdıdr. Hazırda obyekt tam olaraq İbadətin sərəncamındadır. Yalnız su çəni və şüşə vitirin soyuducu var ki, onlar da obyektin ətrafındadı. Tutduğu əməldən səmimi peşiman olmaqla söz verir ki, göstəriş verəcəkdir ki, su çəni və şüşə vitirin soyuduçunu ordan götürsünlər. Bir də heç vaxt özbaşınalıq edib gedib həmin obyektə girməyəcək və məhkəmə qərarlarına qarşı da hörmətsizlik etməyəcəkdir. Əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində cərimə cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, uzun illər X2 müxtəlif vəsifələrdə işləmiş və 2012-ci ildə təqaüdə çıxmışdır. Təqaüdə çıxdıqdan sonra boş vaxtları çox olduğundan həmin yeməkxana binasının hərraca çıxarıldığını öyrənib oranı almaq qərarına gəlmiş və 28 mart 2017-ci il tarixdə keçirilmiş hərracda iştirak edərək hərracı udmuşdur. Həmın hərracın qərarı ilə ona Salyan rayonu, Kürsəngi kəndindəki 0,16461 ha torpaq sahəsinin üzərində yerləşən 510.0 kv. m qeyd edilən qeyri-yaşayış sahəsi satılmış, əvəzində 25.200 manat pul ödəmiş və 20 may 2017-ci ildə RX seriyalı, ******* nömrəli çıxarış əldə etmişdir. Obyektdən istifadə etmək istəsədə həmkəndlisi Təqsirləndirilən şəxs, oğlu Şahid8 və ardaşı oğlu Şahid7 ona həmin obyektdən istifadə etməyə icazə verməmişlər. Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsində hərrac qərarının, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv olunması tələbi ilə iddia qaldırsa da məhkəmənin 31 avqust 2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmiş, sonra onlar həmin qətnamədən apellyasiya şikayəti versələrdə şikayət təmin olunmamışdır. 16 sentyabr 2020-ci ildə məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün inzibati həbs cəzası verilmiş, 15 oktyabr 2021-ci il tarixdə isə Musa obyektlə bağlı çıxarılmış məhkəmə qətnaməsinin icrasına maneçilik törətdiyindən 600 manat məbləğində cərimə olunmuşdur. 07 sentyabr 2022-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs məxsus məişət əşyaları çıxarılaraq Musaya təhvil verilmiş və obyekti onun özünə qaytarılmışdır. O da öz qıfılını asıb qapını bağlamış, İcra və Probasiya şöbəsinin əməkdaşları da icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişlər. Səhəri günü, yəni 08 sentyabr 2022-ci il tarixdə həmin obyektdə istifadə etmək üçün aldığı mişar daşlarını maşından binanın qarşısına tökdürmək istəyəndə obyektin qapısına bağladığı qıfılın sındıırıldığını, Təqsirləndirilən şəxs oradan çıxarılmış məişət əşyalarını yenidən obyektin içərisinə yığdığını görmüşdür. Təqsirləndirilən şəxs və onun qardaşı oğlu Şahid7 həmin vaxt obyekti üçün aldığı mişar daşlarını maşından boşaltmağa imkan verməmiş, onu hədələyərək obyektindən heç vaxt istifadə etməyə ona imkan verməyəcəyini bildirmişdir. Bununla əlaqədar Salyan Rayon PŞ-nə şifahi müraciət etsədə şikayəti təmin olunmamış, ona görə də məcbur qalıb mərkəzi instansiyalara müraciət etmiş, həmin müraciətlərinə baxılarkən ona yazılı ərizə ilə Salyan Rayon PŞ-nə təkrar müraciət etməyi məsləhət bilmişlər. Bu səbəbdən də 05 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və onun ailə üzvlərinin ona qarşı özbaşınalıq hərəkətləri ilə bağlı yazılı ərizə ilə Salyan Rayon PŞ-nə müraciət etmişdir. Təqsirləndirilən şəxs hazırda özbaşınalıq edərək obyektindən istifadə etməyə ona imkan vermir, onu hədələyir, qanunların ona aidiyyəti olmadığını, dövlət orqanlarının ona heç nə edə bilməyəcəyini bildirir. O, obyektdə istifadə etdiyi elektrik enerjisindən də hazırda qanunsuz şəkildə istifadə edir. Belə ki, elektrik enerjisinin obyektə verilməsi üçün orada quraşdırılmış elektrik sayğacı onun adına olsada Təqsirləndirilən şəxs özbaşına olaraq heç kimə demədən sayğaca qanunsuz qoşulmaqla oradan texniki təhlükəsizlik qaydalarına riayət etmədən istifadə edir ki, bu da obyektində yanğına səbəb olma ehtimalını artırır. Ona görə də dövlət orqanlarından onun konstitusiya ilə nəzərdə tutulmuş mülkiyyət hüququnun qanuni yolla təmin olunmasını və qanuni yolla bu şəxslər barəsində müvafiq tədbirlər görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi, Zərərçəkmiş şəxs isə xalası oğludur. 1967-ci ildə yaşadığı Salyan rayonu, Kürsəngi kəndində keçmiş Salyan Neft idarəsi tərəfindən yeməkxana binası inşa olunmuş və uzun müddət həmin yeməkxanada qohumu X6 işləmişdir. Sonradan Zərərçəkmiş şəxs Dünyaba oğlu yeməkxananı almışdır. Əmisi Musa da bunu biləndən sonra bununla bağlı müxtəlif instansiyalara müraciət etsədə onun şikayətləri təmin olunmamışdır. 07 sentyabr 2022-ci il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları gəlib həmin obyektdən əmisinə məxsus məişət əşyalarınnı çıxarıb obyekti İbadətə təhvil verən zaman, eləcədə sonradan obyektdən çıxarılmış əşyaların yenidən həmin obyektə qaytarılıb yığılmasında o, iştirak etməmiş, həmin vaxtlarda ümumiyyətlə orada olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, Salyan rayon İcra Hakimiyyəti Başçısının Kürsəngi kəndi üzrə ərazi nümayəndəsi işləyir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəldən həmkəndli kimi tanımış, onların heç biri ilə qohumluğu, ədavətim olmamışdır. Yaşadıqları kənddə olan yeməkxana binası əvvəllər Azərneft İdarəsinə məxsus olmuş, sonradan həmin yeməkxananı Zərərçəkmiş şəxs hərrac vasitəsi ilə almış, İbadət həmin yeməkxananı alsada bildiyi qədər Təqsirləndirilən şəxs yeməkxananın özünün olduğunu bildirib İbadətə həmin yeməkxanadan istifadə etməyə imkan və icazə verməmişdir. Bundan sonra Musa ilə İbadət arasında mübahisə yaranmış və onlar bununla bağlı məhkəməyə müraciət etmişlər. 2022-ci ilin sentyabr ayında məhkəmə işçilərinin kəndə gəlib mübahisəli yeməkxanadan Təqsirləndirilən şəxs məxsus bütün əşyaları çıxarıb obyekti də boşaldıb İbadətə təhvil verdikləri zaman o da orada olmuş, həmin vaxt mübahisəli obyektdən məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs məxsus bütün əşyalar çıxarılsada sonradan Musanın yenə də obyektdən çıxarılmış əşyalarını geri qaytararaq öz yaxınları ilə həmin yeməkxanadan istifadə etdiyini görmüşdür. xx.xx.2022-ci il tarixdə polisin kəndə gəldiyini bilən kimi onlar yeməkxananı bağlayıb getmiş, yeməkxanaya həmin gün keçirilən baxışda o da iştirak etmiş, baxış zamanı Zərərçəkmiş şəxs hazırda yeməkxanada olan əşyaların ona məxsus olmadığını, həmin əşyaların məhkəmə işçiləri tərəfindən 2022-ci ilin sentyabr ayında oradan çıxarıldığını, məhkəmə işçiləri gedəndən sonra Təqsirləndirilən şəxs onun yeməkxanaya asdığı qıfılı qıraraq yenidən öz əşyalarını ora yığıb istifadə etdiyini bildirmişdir. Baxış zamanı yeməkxananın qapısı bağlı olsada pəncərədən baxan zaman yeməkxananın içərisində müxtəlif stol və stulların, eləcədə digər məişət əşyalarının olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 16 fevral 2022-ci ildən Salyan rayon Elektrik Şəbəkəsində nəzarətçi mühəndis vəzifəsində işləyir və xidməti ərazisinə rayonun Kürsəngi kəndi daxildir. Nəzarətçi mühəndis kimi vəzifəsi kənd ərazisindəki sayğacları yoxlamaq, onlar üzrə enerji istehlakına dair qəbzlər tərtib edib vətəndaşlara paylamaq və elektrik enerjisindən düzgün istifadəyə nəzarət etməkdən ibarətdir. Kürsəngi kəndinin mərkəzində, yol kənarındakı yeməkxana bildiyi qədər əvvələr idarə yeməkxanaslı olmuş və oranı Musa işlətmişdir. Lakin sonradan hərrac vasitəsi ilə Zərərçəkmiş şəxs almış və həmin vaxtdan da onlar arasında bu obyektə görə mübahisə mövcuddur. Yeməkxanadakı elektrik sayğacı da əvvəllər Təqsirləndirilən şəxs adına olsada təxminən bir neçə aydır ki, həmin sayğac Elektrik Şəbəkəsi tərəfindən Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmişdir. Həmin sayğac smart kart tiplidir və sayğaca qəbz yazılarkən də qəbzdə avtomatik olaraq Zərərçəkmiş şəxs adı çıxır. Bildiyi qədər Zərərçəkmiş şəxs öz adına olan həmin obyektdəki sayğacından Təqsirləndirilən şəxs qanunsuz istifadəsinin qarşısını almaq üçün Elektrik Şəbəkəsinə müraciət etmiş və 2022ci ilin sentyabr ayından da saygac İbadətin adına rəsmiləşdirilmişdir. O, özü həmin kənddə işlədiyindən çox vaxt həmin yeməkxanadan istifadə etmiş və yeməkxananın da 2022-ci il ərzində Təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyini görmüşdür. 2022-ci ilin sentyabr ayında məhkəmə işçilərinin gəlib Təqsirləndirilən şəxs aid əşyaları yeməkxanadan çıxardıqlarını və obyektin Zərərçəkmiş şəxs təhvil verilməsini, lakin bir neçə gün sonra Təqsirləndirilən şəxs obyektdən çxarılmış əşyalarını yenidən ora yığıb oradan təkrar istifadə etdiyini o da görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin mart ayından Salyan rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində işləyir. Zərərçəkmiş şəxs mülkiyyətinə verilmiş, lakin həmin binadan istifadə edən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsində həmin qərarın ləğv olunması barədə iddia qaldırsada Salyan Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətanməsi ilə onun bu iddiası təmin edilməmiş, sonradan Şirvan Apelyasiya Məhkəməsinin 21 fevral 2019-cu il tarixli qərarı ilə Salyan Rayon Məhkəməsinin 2(057)-82/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi də öz qüvvəsində saxlanılmışdır. 04 fevral 2022-ci il tarixdə Salyan rayonu Kürsəngi kəndinə gedib qətmanənin icrasını həyata keçirsələrdə qətnaməni tam şəkildə icra etmək mümkün olmamış, belə ki, oradan 4 ədəd elektrik sobasını, 1 ədəd su çənini, qab-qaşıq yumaq üçün "moyka"nı, bir ədəd şüşə vitrini böyük və ağır olduğundan çıxarmaq mümkün olmamışdır. Qalan əşyaları isə çıxarılaraq Təqsirləndirilən şəxs təhvil verilmiş və bu barədə onlar tərəfindən akt yazılaraq icra sənədinin xitam olunması barədə qərar qəbul olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əşyalarını həmin binadan tam çıxarmadığı üçün Zərərçəkmiş şəxs yenidən məhkəmədə bununla əlaqədar müraciət etmiş məhkəmə icraat təzələnmiş, ona görə də xx.xx.2022-ci il tarixdə tərəflərindən Təqsirləndirilən şəxs məxsus bütün məişət əşyaları mübahisəli binadan tam şəkildə çıxarılmış və obyekt boşaldığı üçün icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Bina Zərərçəkmiş şəxs təhvil verildikdən sonra həmin vaxt binanın hər üç qapısına Zərərçəkmiş şəxs tərəfindən qıfıl vurulub qapılar bağlanmışdır. Lakin sonradan eşitdiyinə görə məhkəmə qərarını icra etmələrinə baxmayaraq Təqsirləndirilən şəxs yenidən oradan çıxarılımış əşyalarının bir hissəsini qaytarıb binaya yığmışdır. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət etmiş Zərərçəkmiş şəxs aidiyyət üzrə Salyan RPŞ-nə müraciət etmək təklif olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, yaşadığı Salyan rayonu Kürsəngi kəndində onun özünə məxsus mağazası var və həmin mağazada o, meyvə-tərəvəz məhsulları satmaqla məşğul olur. Kənddəki mağazasının qonşuluğunda yerləşən yeməkxana binasını Zərərçəkmiş şəxs hərrac vasitəsi ilə almışdır. İbadət həmin yeməkxananı alsada oranı Təqsirləndirilən şəxs özü işlətmiş, buna görə Musa ilə İbadət arasında mübahisə yaranmış və onlar bununla bağlı məhkəməyə müraciət etmişlər. 2022-ci ilin sentyabr ayında məhkəmə işçiləri kəndə gəlib yeməkxanadan Təqsirləndirilən şəxs məxsus bütün əşyaları çıxarıb obyekti boşaldıb İbadətə təhvil verən zaman o öz mağazasında olmuş, Musa həmin vaxt məhkəmə işçilərinin çıxardığı əşyaları müvəqqəti olaraq onun icazəsi ilə mağazasının qarşısına yığmışdır. Bundan bir neçə gün sonra Musa gəlib onun obyektinə yığdığı əşyalarını yenidən qaytarıb aparıb yeməkxana binasına yığmış və öz yaxınları ilə yenə də oradan istifadə etməyə başlamışdlr. Onun işlədiyi mağazada elektrik enerjisi olmadığına görə təxminən 6 ay əvvəl Musadan icazə alıb yeməkxananın sayğacından öbyektinə elektrik xətti çəkmiş və 2022-ci ilin noyabr ayının əvvələrinə kimi həmin elektrik xəttindən istifadə edərək Musa ilə arasındakı razılığa əsasən elektrik enerjisindən istifadə etməyə görə hər ay Musaya 20 manat pul ödəmişdir. Sonradan İbadət onun yanına gələrək ona "sən nə üçün mənə məxsus sayğacdan elektrik enerjisi götürürsən" deyə soruşduqda İbadətə bu barədə Musa ilə danışıb razılaşdığını demiş, İbadət isə ona "Musa kimdir ki, mənim obyektimdən sənə elektrik enerjisi verir, obyekt mənimdir və mən də buna icazə vermirəm" deyə bildirmişdir. Ona görə də həmin vaxtdan yeməkxananın sayğacından daha elektrik enerjisi götürməmiş və həmin xəttdən də istifadə etməmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid6 və Şahid8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid6 və Şahid8 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 54-55-ci vərəqələrində olan “baxış keçirilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli saat 11:10-12:30-da tərtib olunmuş protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün hamı tərəfindən protokola imza edilmişdir. Cinayət işinin 56-60-cı vərəqlərində olan 21 noyabr 2022-ci il tarixdə hadisə yerində keçirilmiş baxış zamanı çəkilmiş foto şəkillərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus yeməkxananın giriş qapısına bağlanmış qıfıl qırılaraq yenisi ilə əvəz olunmuş, yeməkxanaya pivə süzülüb satılması üçün istifadə olunan aparatı, stollar, stullar, məişət əşyaları və piştaxta qoyulmuş və elektrik sayğacına qanunsuz qoşulma aşkar edilmişdir. Cinayət işinin 69-70-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli X8 İş üzrə Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Cinayət işinin 72-73-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 15 oktyabr 2021-ci il tarixli X8 İş üzrə Qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Cinayət işinin 79-cu vərəqində olan 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 icraatında icra vərəqəsinə əsasən Salyan rayonunun Kürsəngi kəndinə gələrək hal şahidlərinin iştirakı ilə qeyri-yaşayış binası boşaldılaraq tələbkara təhvil verilən zaman heç bir şikayət və etiraz daxil olmamış və əşyaları çıxarılaraq Təqsirləndirilən şəxs təhvil verilmiş və bu barədə onlar tərəfindən akt yazılaraq icra sənədinin xitam olunması barədə qərar qəbul olunmuşdur. Cinayət işinin 77-ci vərəqində olan 04 fevral 2022-ci il tarixli aktdan görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 icraatında olan icra vərəqəsinə əsasən Salyan rayonunun Kürsəngi kəndinə gələrək hal şahidlərinin iştirakı ilə qeyriyaşayış binası boşaldılaraq tələbkara təhvil verilən zaman heç bir şikayət və etiraz daxil olmamış və əşyaları çıxarılaraq Təqsirləndirilən şəxs təhvil verilmiş və bu barədə onlar tərəfindən akt yazılaraq icra sənədinin xitam olunması barədə qərar qəbul olunmuşdur. Cinayət işinin 79-cu vərəqində olan 07 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 icraatında olan icra işi üzrə Salyan rayonunun Kürsəngi kəndinə gələrək hal şahidlərinin iştirakı ilə qeyri-yaşayış binası Təqsirləndirilən şəxs iştirakı ilə ona məxsus bütün məişət əşyaları mübahisəli binadan tam şəkildə çıxarılmış yeməkxana binası Zərərçəkmiş şəxs təhvil verildikdən sonra həmin vaxt binanın hər üç qapısına Zərərçəkmiş şəxs tərəfindən qıfıl vurulub qapılar bağlanmışdır. Cinayət işinin 114-117-ci vərəqlərində olan 22 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs ifadəsində həmin gün Salyan RPŞ-nə gəlməzdən əvvəl Zərərçəkmiş şəxs məxsus Salyan rayonu Kürsəngi kəndində yerləşən obyektin qapısına bağladığı qıfılı qırıb kənara atdığını, obyektin içərisinə yığdığı məişət əşyalarının hamısını oradan tam şəkildə çıxarıb obyekti boşaltdığını və bundan sonra Zərərçəkmiş şəxs həmin obyektdən istifadə etməyə maneçilik törətməyəcəyini bildirmişdir. Cinayət işinin 119-120-ci vərəqlərindən olan arayışdan və xasiyyətnamədən görünür ki, Salyan rayon İHB-nın Kürsəngi kəndi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 05 yanvar 2023-cü il tarixli, 16 nömrəli arayışda Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Salyan rayonu Kürsəngi kəndində yaşadığı, həmin tarixli xasiyyətnamədə isə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin 160-161-ci vərəqlərində olan “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Cinayət işinin 139-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda-min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1000 (bir min) manat miqdarında cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X9 31 yanvar 2023-cü il – 14 və 22 fevral 2023-cü il tarixlərdə keçirilmiş 3 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 6 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 6 iş saatına görə 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X9 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 6 (altı) iş saatı üçün cəmi 36 (otuz altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Salyan Rayon Vəkil Bürosunun "xxxx" ASC-nin Salyan rayon filialında olan, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-40/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-40/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver