Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-40/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X21 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil bürosunu vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi, Engels küçəsi, ev 8F-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 63,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, yerini dəyişməklə etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə daşıyıb həmin avtomobilin salonunda gizlədərək saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmağı (kaster) əldə edib idarə etdiyi həmin avtomobildə saxlamaqla gəzdirmiş, 2025-ci il fevralın 09-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, idarə etdiyi “Hyundai Elantra” markalı, **- NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün o, həmin tarixdə saat 22:11 dəqiqədə Ələt-Astara avtomobil yolunun Salyan rayonu, Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda saxlanılmış, polis əməkdaşları tərəfindən idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoxlanılmış, həmin avtomobilin qabaq sağ oturacağının arxa nahiyəsində yerləşən cibindən xeyli miqdarda təmiz çəkisi 60,0 qram təmiz çəkisi 3,91 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, arxa oturacaqda olan boz rəngli çiyin çantasından isə soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əvvəllər Türkiyədə kuryer işləyərkən 1-2 dəfə narkotik vasitə marixuana istifadə etmişdir. O, xx.xx.2025-ci ildə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən yaşadığı evə piyada gedən zaman zibil qutularının yanından sellofan torba tapmış, içərisinə baxdıqda orada narkotik vasitə marixuana, bundan başqa əlavə olaraq içərisində marixuana olan 1 ədəd sellofan büküm olduğunu görüb narkotiki özü qəbul etmək üçün götürmüşdür. O, şəxsi işləri ilə əlaqədar “Rentacar”dan “Hyundai Elantra” markalı **-NU-*** dövlət nömrə nişanlı avtomobil icarəyə götürmüş, Cəlilabad rayonuna gəzməyə getmək qərarına gəlmişdir. 2025-ci il fevralın 09da axşam saatlarında o, şəxsi əşyalarını, kəmərin üzərindən çıxan beşbarmağı, sənədlərini çiyin çantasına qoymuş, çantanı maşının arxa oturacağına, tapmış olduğu narkotik vasitə marixuananı isə parça dəsmala büküb avtomobilin sağ oturacağının arxa hissəsində yerləşən cibinə qoymuşdur. Avtomobil ilə Bakı şəhərindən çıxaraq Cəlilabad rayonuna gəzməyə gedən vaxt saat 22 radələrində Bakı-Astara magistral yolunun Salyan rayonundan keçən hissəsində DYP-nin stasionar postunda polis əməkdaşları onun avtomobilini saxlamışlar, o, maşından düşmüş, ona qanunsuz narkotik vasitələri əldə etmə, saxlama və idarə etdiyi avtomobildə narkotik vasitə olmasında şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah etmişlər. Sonra polis əməkdaşları çəkiliş aparmaqla onun üzərini yoxlamışlar, onun üzərindən cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Ondan avtomobildə narkotik vasitə və ya cinayət xarakterli əşya olubolmaması soruşulduqda, olduğunu demiş, avtomobilin qapısını açaraq dəsmala büküb qoyduğu narkotik vasitə marixuananı avtomobilin sağ oturacağının arxa hissəsində yerləşən cibindən götürmüş və təqdim etmişdir. Polis əməkdaşı tərəfindən dəsmalın içərisinə baxış keçirilmiş, dəsmalın içərisində narkotik vasitə marixuananın, eləcə də 1 ədəd sellofan bükümün içərisində narkotik vasitə marixuananın olması müəyyən olunmuş, həmin dəsmal bükülərək sellofan torbanın içərisinə qoyularaq elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 95 qram olması müəyyən olunmuşdur. Ondan həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, qorxduğu üçün yalandan sosial media hesabından tanımadığı İran İslam Respublikasının vətəndaşından 500 manat qarşılığında Hövsan qəsəbəsindən götürdüyünü demişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan başqa avtomobilin arxa oturacağındakı çiyin çantasına baxış keçirilmiş, 1 ədəd qutuda elektron tərəzi aşkar olunmuş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Həmin elektron tərəzini həmin gün evdə istifadə etmək üçün Bakı şəhərinin çıxışında yerləşən “Araz” marketdən almışdır. Onda olan narkotik vasitəni maraq üçün aldığı elektron tərəzidə çəkmişdir. Elektron tərəzinin xüsusi xarakterli predmet olduğunu bilməmişdir. Çiyin çantasından əlavə olaraq 1 ədəd beşbarmaq da aşkar olunmuş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Beşbarmağı kəmərin üzərindən çıxarmış, maraq üçün onu götürüb özündə saxlamış, heç vaxt istifadə etməmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gəlmiş, polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, protokolu imzalamışdır. Daha sonra təqdim olunmuş müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli şəxs qismində tutulduğu ona elan olunmuşdur. Narkotiki heç kimə verməmiş, satmamış, satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hüquqazidd əməllərə yol verməyəcək. Əvvəllər məhkum olunmamışdır. Mebel ustasıdır, sexdə işləyir. Ata və anası ilə birlikdə yaşayır, atası Nəvai Nadirov hərbi qulluqçu olmaqla “Vətən Müharibəsi”nin iştirakçısıdır, Zəngilan, Qubadlı, Füzuli rayonları, sonuncu dəfə isə Qubadlı rayonun Xəndək kəndində müharibə iştirakçısı olmuş, çoxsaylı medallarla təltif olunmuşdur. Göstərilənləri nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin verdikləri ifadələr ilə, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə, məhkəmə-bioloji, məhkəmə-ballistik və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il fevralın 09-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, barədə Salyan RPŞ-yə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında həmin tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Ələt-Astara avtomobil yolunun Salyan rayonu Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən DYP-nin stasionar postunda saxlamışlar. Təqsirləndirilən şəxs maşından düşmüş, ona qanunsuz narkotik vasitələri əldə etmə, saxlama və idarə etdiyi avtomobildə narkotik vasitə olmasında şübhəli olduğunu bildirib, hüquq və vəzifələrini izah etmişlər. Sonra çəkiliş aparmaqla onun üzərində baxış keçirilmiş, cinayət xarakterli hər hansı predmet aşkar edilməmişdir. CAB-nin rəisi Şahid1 tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və ya cinayət xarakterli əşya olub-olmaması soruşulduqda, o da olduğunu bildirmiş, avtomobilin qapısını açaraq avtomobilin sağ oturacağının arxa hissəsində yerləşən cibinə qoyulmuş içərisində narkotik vasitə marixuananın olduğu dəsmalı götürərək təqdim etmiş, dəsmalın içərisinə baxış keçirilmiş, baxış zamanı dəsmalın içərisində açıq vəziyyətdə narkotik vasitə marixuananın, eləcə də 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə marixuananın olması müəyyən olunmuşdur. Həmin dəsmal bükülərək 1 ədəd sellofan torbanın içərisinə qoyularaq elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 95 qram olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulduqda, o da sosial media hesabından tanımadığı İran İslam Respublikasının vətəndaşından 500 manat qarşılığında Hövsan qəsəbəsindən götürdüyünü bildirmişdir. Həmin narkotik vasitə sellofan torba ilə birlikdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sonra avtomobilə baxış keçirilmiş, avtomobilin arxa oturacağında olan çiyin çantasına baxış keçirilmiş, çantadan 1 ədəd qutuda elektron tərəzi aşkar olunmuş, zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin elektron tərəzini ev üçün aldığını bildirmişdir. Çiyin çantasından əlavə olaraq 1 ədəd beşbarmaq aşkar olunmuş, Təqsirləndirilən şəxs beşbarmağı haradan əldə etməyi şoruşulduqda, kəmərin üzərindən çıxardığını bildirmişdir. Həmin beşbarmaq zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə Salyan Rayon polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində protokol tərtib olunmuş, protokolu imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin beşbarmaqla hər hansı bir hadisənin törətməsi barədə onlarda əməliyyat məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş əməliyyatda iştirak etmiş polis əməkdaşları Şahid3, Şahid4 və Şahid5 Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahid Salyan RPŞ-nin CABnin rəisi Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 məhkəmə istintaq zamanı verdiyi ifadəsinə anoloji olmuşdur. İş materiallarında olan 10 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, idarə etdiyi Hyundai Elantra markalı, **- NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 09 fevral 2025-ci il tarixdə saat 22:11-də YPXA-nın 728 saylı stasionar postunda saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış və əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung A24 markalı mobil telefon, həmin şalvarın sol yan cibindən İphone markalı mobil telefon və idarə etdiyi avtomobilin açarını, şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış və yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, 77-NU237 dövlət qeydiyyat nişanlı avtomobilinin salonuna baxış keçirilərkən qabaq sağ oturacağın arxasında yerləşən cibindən 1 ədəd dəsmalın içərisində olan spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin dəsmalın içərisindən əlavə olaraq 1 ədəd sellofanda olan spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə tərəflərindən aşkar edilərək götürülmüş və olduğu dəsmal ilə birlikdə 1 ədəd sellofan torbada qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaqda olan boz rəngli çiyin çantasının içərisində 1 ədəd elektron tərəzi və 1 ədəd beşbarmağa bənzər predmet aşkar olunmuşdur və həmin əşyalar hər ikisi ayrı-ayrılıqda qablaşdırılmışdır. Baxış keçirilərkən həmin çantanın içərisində 2 ədəd pul qabı və şəxsi istifadəsi üçün əşyalar aşkar olunmuşdur. Pul qabıların içərisinə baxış keçirilən zaman 1-ci pul qabıdan köhnə iş yerinə aid vizit kartlar, digərindən isə 7 ədəd plastik bank kartı, 1 ədəd köhnə iş yerinə aid giriş kartı, 1 ədəd Azərfona aid nömrə qabı və 2 ədəd üzərində yazı olan kağızın olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs saat 23:15-də Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “əməliyyataxtarış tədbirinin keçirilməsinə, üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair” protokoldan görünür ki, baxış 22:11-də başlanmış, 22:43-də bitmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, idarə etdiyi Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 09 fevral 2025-ci il tarixdə saat 22:11 -də YPXA-nın 728 saylı stasionar postunda saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış və əynində olan boz rəngli cins şalvarın sağ an cibindən 1 ədəd üzərində ***-***-**-** nömrəsi olan Samsung A24 markalı mobil telefon, həmin şalvarın sol yan cibindən İphone markalı mobil telefon və idarə etdiyi avtomobilin açarını, şalvarın arxa sağ cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar olunmuşdur. Baxış və yoxlama zamanı Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi Hyundai Elantra markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobilində narkotik vasitə olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə ehtimal edilən narkotik vasitəni göstərməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş və avtomobilin salonuna baxış keçirilərkən qabaq sağ oturacağın arxasında yerləşən cibindən 1 ədəd dəsmalın içərisində olan spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin dəsmalın içərisindən əlavə olaraq 1 ədəd sellofanda olan spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Narkotik vasitə olan kütlələr olduğu dəsmal ilə birlikdə sellofan torbaya qoyularaq elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0.095 qram olması müəyyən olunmuş və həmin kütlələr olduğu dəsmal ilə birlikdə sellofan torbada qablaşdırılaraq tərəflərindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacaqda olan boz rəngli çiyin çantasının içərisində 1 ədəd elektron tərəzi və 1 ədəd beşbarmağa bənzər predmet aşkar olunmuş və həmin əşyalar hər ikisi ayrı-ayrılıqda qablaşdırılmış və götürülmüşdür. Baxış və götürmə havanın qaranlıq vaxtı, süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefonun videokamerası vasitəsi ilə NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib edilmiş, imzalarla təsdiq edilmiş, protokola 1(bir) ədəd disk əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 2025-ci il fevralın 09-da saat 22:11 dəqiqədə Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda saxlanılaraq üstü yoxlanılmış onun üzərindən cinayət xarakterli bir əşya və ya predmet aşkar olunmamış, idarə etdiyi avtomobilin salon hissəsindən 01 ədəd dəsmalda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin dəsmalın içərisindən əlavə 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd beşbarmağa bənzər predmet aşkar edilərək götürülmüş və 03 ədəd zərfdə qablaşdırılmışdır. Təqdim olunan 03 ədəd zərfə və 01 ədəd DVD diskə baxış keçirilmiş, 01 ədəd DVD diskə xidməti otaqda “HP” markalı komputerdə baxış keçirilmişdir. DVD diskdə olan görüntülərdə istintaqa təqdim olunan “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən, “İphone” markalı mobil telefon və idarə etdiyi avtomobilin açarı əynində olan cins şalvarın sol yan cibindən, 01 ədəd şəxsiyyət vəsiqəsinin isə əynində olan həmin şalvarının sağ arxa cibindən aşkar olunması öz əksini tapmışdır. Bundan başqa 01 ədəd dəsmalda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, həmin dəsmalın içərisindən əlavə 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sağ sərnişin oturacağının arxa cibindən aşkar olunması, 01 ədəd elektron tərəzinin və 01 ədəd beşbarmağa bənzər predmetin isə həmin avtomobilin arxa oturacağında olan boz rəngli çiyin çantasından aşkar olunması əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs çiyin çantasının içindəki pul qabından vizit kartları, digər pul qabından isə 07 ədəd plastik bank” kartı, 01 ədəd köhnə iş yerinin giriş kartı, 2 ədəd yazı yazılmış kağız, 01 ədəd Azerfona məxsus olan nömrə qabının aşkar olunması əksini tapmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər predmetə tərəfindən yenidən baxış keçirilmişdir. Baxış zamanı 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin olması, həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 190 qram olması müəyyən edilmişdir. Bundan başqa 01 ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər predmetə də baxış keçirilmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, 01 ədəd elektron tərəzi və 01 ədəd beşbarmağa bənzər predmet tərəfindən ayrı-ayrılıqda 03 ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. Baxış və götürmə havanın qaranlıq vaxtı, süni işıqlandırma şəraitində rayon polis şöbəsinin inzibati binasının xidməti otağında keçirilmişdir. Baxış və götürmə zamanı “Samsung” markalı mobil telefon vasitəsi ilə Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparılmış, protokol tərtib edilmiş, imzalarla təsdiqlənmiş, protokola 01 ədəd DVD disk əlavə olunmuşdur. Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması 09 fevral 2025-ci il tarixdə saat 23:56-da başlanmış, 10 fevral 2025-ci il tarixdə saat 00:58-də başa çatmışdır. İş materiallarında olan Salyan rayon Polis şöbəsinin İB-nin baş müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib edilmiş 10 fevral 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan "xxxx" MMC-yə (RENT A CAR) məxsus “Hyundai Elantra” markalı 77-NU 237 dövlət nömrə nişanlı avtomobilin icarəyə verilməsi haqqında xx.xx.2025-ci il tarixli 131 saylı müqavilədən görünür ki, həmin avtomobil müvəqqəti istifadə etmək üçün Təqsirləndirilən şəxs verilmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/115 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs..marixuanaya oxşar...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada olan 01 ədəd parça hissəsində təmiz çəkisi — 60, 0 qr, həmin parçanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi — 3,91qr, ümumi çəkisi —63,91 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “..Təqsirləndirilən şəxs.. tərəzi..” sözləri və imzalar olan kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə marixuananın mikrohissəcikləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Həmin rəyin təsviri - əsaslandırıcı hissəsindən görünür ki, marixuananın ümumi çəkisi - 63,91 qram, cəmi tədqiqata istifadə olundu-0,20 qram (hər obyektdən 0,10 qram), qalıq – 63,71 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/115 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2025-ci il tarixli 18/120 saylı rəyindən görünür ki,tədqiqata təqdim edilmiş 01 ədəd predmet -kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18/120 saylı rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X13 Yoxlamanın nəticəsinə dair (məhkəmə-narkoloji ekspertizası) xx.xx.2025-ci il tarixli 67 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılıq olmadan kannobinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji, məhkəmə-ballistik ekspertizalarının rəylərini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qisimində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞnin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 11 fevral 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 63,71 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona yenidən elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 18 fevral 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş üzərində təyinatını dəyişdirən və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vurucuəzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq (kaster) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmalarından ötrü Salyan RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi şəxs 21 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikada narkoloji və psixonevroloji qeydiyyatda deyil. İş materiallarında olan 6 saylı Bakı “Asan Xidmət” X6 tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli 05/09İS/022384-25 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri – atası xx.xx.1977-ci il təvəllüdlü X9, anası xx.xx.1976-cı il təvəllüdlü X5, bacısı xx.xx.1995-ci il X10, xx.xx.1996-cı il təvəllüdlü X7, bacısı xx.xx.2011-ci il təvəllüdlü X11, qardaşı xx.xx.2019-cu il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RİHB-nin Zabrat qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 fevral 2025-ci il tarixli 585 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Engels küçəsi ev 8f-də yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Müdafiə Nazirliyi tərəfindən verilmiş vəsiqələrdən görünür ki, X9 xx.xx.2007-ci il tarixli 045t saylı əmrlə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal, xx.xx.2008-ci il tarixli 084t saylı əmrlə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) Yubiley medalı, xx.xx.2011-ci il tarixli əmrlə 025t “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal, xx.xx.2013-cü il tarixli 0106t saylı əmrlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə; xx.xx.2020-ci il tarixli 0253t saylı əmrlə “hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 əməliyyat tapşırığına cavab olaraq verdiyi xx.xx.2025-ci il tarixli raportundan görünür ki, əməliyyat tapşırığının icrası ilə bağlı tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və əldə edilmiş məlumatlara əsasən müəyyən olunmuşdur ki, 2025-ci il fevralın 09-da saat 22:11 dəqiqədə Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun Salyan rayonu, Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda saxlanılmış Bakı şəhər sakini, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qabaq sağ oturacağının arxa nahiyəsində yerləşən cibindən xeyli miqdarda təmiz çəkisi 60,0 qram, təmiz çəkisi 3,91 qram, ümumi təmiz çəkisi 63,91 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 63,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı tutulmamışdan təxminən 2 həftə əvvəl axşam saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən yaşadığı evə piyada gedən zaman yol kənarındakı zibil qutularının yanında yerdən tapmış, özü qəbul etmək üçün üzərində, sonra da avtomobildə saxlamış, həmin narkotik vasitə qurudulmuş marixuanadan hər hansı bir şəxsə və ya şəxslərə satmaması müəyyən olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arxa oturacağında olan boz rəngli çiyin çantasından aşkar olunaraq götürülmüş 01 ədəd soyuq silah hesab edilən beş barmağı haradan və hansı məqsəd ilə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən tərtib edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixli, 5(057)-24/2025 saylı məktuba əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş ağ fonlu “CD” diskə Salyan RPŞ-nin İB-də yerləşən xidməti iş otağında baxış keçirmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 02 i il fevralın 18-də Azərbaycan Respublikası CM-in 234.1 və 228.4cü maddələri ilə yenidən elan edilmiş ittihama dəyişiklik edilərək Azərbaycan Respublikası CM-in 234.1 və 228.5-ci maddələri ilə yenidən ittiham elan edilmiş; ona Azərbaycan Respublikası CM-in 234.2 və 234.1-ci maddələri ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusatlar üzrə cinayət təqibinin başlanılması rədd edilmiş; “Hyundai Elantra” markalı, 77-NU237 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş təmiz çəkisi 60.0 qram, həmin parçanın içərisində 01 ədəd bükümdə təmiz çəkisi 3.91 qram, xeyli miqdarda ümumi təmiz çəkisi 63,91 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və soyuq silah hesab edilən beşbarmaqı (kaster) heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü dim etmə kimi qiymətləndirilməməsi nəzərə alınmış, onun törətdiyi əməli səmimi etiraf si bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, onun idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 63,71 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi və üzərində təyinatını dəyişdirən və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vunucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq (kaster) cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış; məhkəmə-bioloji ekspertizasının 10 fevral 2025-ci il tarixli, 18/115 nömrəli, məhkəmə-ballistik ekspertizasının 14 fevral 2025-ci il tarixli, 18/120 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2025-ci il tarixli, 67 nömrəli rəyləri, ifadələr və protokollar, “Əməliyyat axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə və idarə etdiyi avtomobilə baxış keçirilməsinə dair” və “Təqdim olunan əşyaya baxış keçirilməsini və götürməni” əks etdirən DVD disklər iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuş; Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 0,095 qram kimi qeyd olunmuş narkotik vasitə marixuananın çəkisi 95 qram kimi oxunmuş; ondan aşkar olunaraq götürülmüş ona məxsus olan “Samsung Galaxy A24” və “İphone” markalı mobil telefonların Təqsirləndirilən şəxs özünə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimov tərəfindən qəbul edilmiş 12 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 228.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona yenidən elan olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq ümumi təmiz çəkisi 63,91 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, yerini dəyişməklə etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə daşıyıb həmin avtomobilin salonunda gizlədərək saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmağı (kaster) əldə edib idarə etdiyi həmin avtomobildə saxlamaqla gəzdirmiş, 2025-ci il fevralın 09-da Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərindən Salyan rayonuna narkotik vasitə gətirməsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün o, həmin tarixdə saat 22:11 dəqiqədə Ələt-Astara avtomobil yolunun Salyan rayonu, Kürsəngi kəndi ərazisindən keçən 29-cu kilometrliyində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının 728 saylı stasionar postunda saxlanılmış, polis əməkdaşları tərəfindən idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yoxlanılmış, həmin avtomobilin qabaq sağ oturacağının arxa nahiyəsində yerləşən cibindən xeyli miqdarda təmiz çəkisi 60,0 qram təmiz çəkisi 3,91 qram olan bitki mənşəli kütlələr orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, arxa oturacaqda olan boz rəngli çiyin çantasından isə soyuq silah aşkar edilərək götürülməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasını, atası Nəvai Nadirovun “Vətən müharibəsi”ndə iştirak edərək medalla təltif olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi CM-nin 228.5-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının; CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini; CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Engels küçəsi ev 8F-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər məhkəmə msuliyyətinə cəlb olunmamış, hal-hazırda əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa atası Nəvai Nadirov hərbi qulluqçu olmaqla “Vətən Müharibəsi”nin iştirakçısıdır, medallarla təltif edilmişdir. Bu isə Təqsirləndirilən şəxs ailə üzvlərinin vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılıq olmadan kannobinoidlərdən istifadə halları olub. Lakin asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməli, o yalnız ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 63,71 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi və üzərində təyinatını dəyişdirən və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq (kaster) hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə məhkəmə xərcləri cəmi 66,33 (altmış altı manat otuz üç qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.5-ci və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 228.5-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Engels küçəsi ev 8F-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 63,71 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, **-NU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar olunaraq götürülmüş 01 ədəd elektron tərəzi və üzərində təyinatını dəyişdirən və dəyişiklik edilməyən kustar üsulla hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silah hesab edilən beşbarmaq (kaster) hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə məhkəmə xərcləri 66,33 (altmış altı manat otuz üç qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 03 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-40/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-40/2025
06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver