Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-41/2024 12.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 16 avqust 1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli höküm ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.10. 2023-cü ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxladığı narkotik vasitə olan heroinin bir hissəsini 08 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində valideyinləri ilə birlikdə yaşadığı və atası Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qəbul etdikdən sonra, narkotik vasitənin təsiri altında həmin evi yandırmaq məqsədi ilə ümumi təhlükəli üsulla üzərində gəzdirdiyi alışqanla həmin evin zal hissəsində yerləşən stolun üzərindəki stolüstünü yandıraraq ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə tikinti üzrə 28575,00 manat, həmin vaxt evdə olan 500 manat dəyərində bir ədəd işlənmiş “ŞHİVAKİ”i markalı kondisioneri, 2500 manat dəyərində Rusiya istehsalı bir ədəd işlənmiş şifoner, bir ədəd trimo, bir ədəd şarpayı dəsti, bir ədəd stol, 6 ədəd stul, iki ədəd kreslo, iki ədəd jurnal stolunu, 200 manat dəyərində bir dəst işlənmiş divar (stenka) servantını, 1500 manat dəyərində bir ədəd Rusiya və bir ədəd Türkiyə istehsalı olan 2 ədəd işlənmiş divanı, 120 manat dəyərində 3 ədəd işlənmiş lüstürü, 3x4 metr ölçüdə işlənmiş, Gəncə istehsalı olan hər birinin dəyəri 300 manat olmaqla 3000 manat dəyərində 10 ədəd xalçanı, 500 manat dəyərində bir ədəd işlənmiş “Vestel” markalı soyuducunu, 100 manat dəyərində bir ədəd ORSK markalı işlənmiş soyuducunu, 500 manat dəyərində LG markalı bir ədəd televizoru, 500 manat dəyərində işlənmiş “Rossiya” markalı bir ədəd televizoru, bir ədəd 200 manat dəyərində işlənmiş mebel kitab rəfini, 100 manat dəyərində “Soni” markalı bir ədəd işlənmiş televizor altlığını, 120 manat dəyərində bir ədəd İran istehsalı olan işlənmiş qaz sobasını, 300 manat dəyərində bir ədəd Krasnodar istehsalı olan işlənmiş şifoneri, 300 manat dəyərində bir ədəd Bakı istehsalı olan işlənmiş şifoneri, bir ədəd 300 manat dəyərində işlənmiş servantı, 100 manat dəyərində iki ədəd işlənmiş dəmir çarpayını, 60 manat dəyərində plastik materialdan hazırlanmış bir ədəd işlənmiş stol, 6 ədəd stulu, 100 manat dəyərində bir ədəd işlənmiş qaz sobasını, 300 manat dəyərində 8 ədəd işlənmiş döşəyi, 250 manat dəyərində 10 ədəd işlənmiş yorğanı, 200 manat dəyərində 4 ədəd işlənmiş odeyalı, 300 manat dəyərində 5 ədəd işlənmiş xrustal güldanı, 400 manat dəyərində 8 ədəd işlənmiş xrustal meyvə qabını, 500 manat dəyərində işlənmiş Almaniya istehsalı olan nahar dəstini, 300 manat dəyərində Rusiya istehsalı olan işlənmiş bir çay servız dəstini, işlənmiş bir ədəd 30 manat dəyərində Çexiya istehsalı olan xrustal konfet qabını, hər birinin dəyəri 5 manat olan 60 manat dəyərində 12 ədəd işlənmiş xrustal stəkanı, 60 manat dəyərində işlənmiş fincan dəstini, işlənmiş 40 ədəd 120 manat dəyərində işlənmiş boşqab dəstini, işlənmiş 100 manat dəyərində qaşıq dəstini, 25 manat dəyərində bir ədəd işlənmiş ütünü, 2 ədəd işlənmiş 100 manat dəyərində divan və kreslo üzlüyünü, 30 manat dəyərində bir ədəd işlənmiş saç qurudan aparatı (FEN), hər birinin dəyəri 15 manat olan cəmi 60 manat dəyərində 4 ədəd çayniki, hər birinin dəyəri 15 manat olmaqla 45 manat dəyərində 3 ədəd işlənmiş çaydanı, bir ədəd işlənmiş 15 manat dəyərində termosu, 60 manat dəyərində işlənmiş qazan dəstini, 50 manat dəyərində işlənmiş stəkan dəstini, 20 manat dəyərində bir ədəd işlənmiş tefal tava dəstini, 400 manat dəyərində 11 ədəd hər birinin uzunluğu 3 metr olan işlənmiş pərdələri, hər bir komplektin dəyəri 60 manat olmaqla 180 manat dəyərində 3 dəstdən ibarət ağ rəngli plastik stol və stullar (hər komplektə bir stol, 6 stul daxildir), 100 manat dəyərində 2 ədəd işlənmiş lüstürü, 50 manat dəyərində bir ədəd işlənmiş qaz sobasını, 120 manat dəyərində işlənmiş mətbəx qaz sobasını, dəyəri 30 manat olan bir ədəd işlənmiş telefon aparatını, dəyəri 25 manat olan bir ədəd işlənmiş Krosna antenn aparatını, dəyəri 15 manat olan bir ədəd işlənmiş İnternet aparatını, 40 manat dəyərində bir ədəd işlənmiş ayaqqabı yığılan şkafı, 100 manat dəyərində 10 ədəd işlənmiş yasdıq dəstini, bir ədəd 60 manat dəyərində işlənmiş sandığı, hər birinin dəyəri 10 manat olmaqla 100 manat dəyərində 10 ədəd işlənmiş kiçik döşəyi (nalça), 120 manat dəyərində bir ədəd işlənmiş əl ilə işlədilən tikiş maşınını, 1500 manat dəyərində işlənmiş müxtəlif geyim əşyalarını, bir ədəd 65 manat dəyərində işlənmiş çörək sobasını, 40 manat dəyərində bir ədəd divar saatını qəsdən məhv etməklə 16.970 manat, ümumilikdə isə Zərərçəkmiş şəxs məxsus cəmi 45.545 manat məbləğində xeyli miqdarda əmlakı qəsdən yandıraraq məhv etməklə ziyan vurmuş, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 dekabr 2023-cü il tarixdə saat 10:45 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 5 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd sellofan kəsiyi bükümdə çəkisi-0,622 qram xeyli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 186.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 08 dekabr 2023-cü il tarixdə axşam üstü valideynləri evdə olmadığı vaxt əsəbindən yaşadığı evi yandırmaq fikrinə düşmüşdür.Ona görə də evdə stolun üzərinə sərilmiş süfrəni alışqanla yandırıb çıxıb getmiş, nəticədə ev yanmışdır. Səhəri günü saat 11 radələrində evlərinə tərəf gedərkən yolda polis əməkdaşları onu tutub polisə aparmışlar. Polis şöbəsində üzərində heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür.Həmin maddəni tapdığını etiraf etmişdir.Eyni zamanda yaşadığı evi də yandırdığını bildirmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ona dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən şikayəti və tələbi olmadığını qeyd edərək işə onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində qeyd etmişdir ki, arvadı Mahuzər və oğlu Məhəmmədlə birlikdə 08 dekabr 2023-cü il tarixə kimi Salyan şəhəri, Ə. Hüseynzadə küçəsi 91 ünvanında yerləşən evdə yaşamış, 08 noyabr 2023-cü il tarixdə ailəvi yaşadıqları evin yaxınlığındakı "Sevinc" şadlıq sarayında keçirilən toy mərasiminə dəvət olunduqlarından arvadı ilə birlikdə saat 17:00 radələrində həmin şadlıq sarayına getmiş, toyda olan zaman saat 21:16 radələrində ona evində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş, ona görə də dərhal arvadı ilə birlikdə tez evinə gəlmiş, küçələrinə çatanda artıq evinin alovlandığını görmüş, həmin vaxt yanğınsöndürən maşınlar da ora gəlmiş və onların köməyi ilə yanğın söndürülsədə evi demək olar ki, yanaraq tam yararsız hala düşmüşdür. Əvvəlcə evində baş vermiş yanğın hadisəsinin nədən, hansı səbəbdən baş verməsini bilməmiş, lakin sonradan ona məlum olmuşdur ki, evini onların evdə olmamasından istifadə edən oğlu Məhəmməd yandırmışdır. Məhəmməd narkotik vasitə aludəçisi olduğundan 3 dəfə məhkumluq həyatı yaşamış, buna baxmayaraq evi yandırılana kimi Məhəmmədlə nə özünün, nə də arvadının arasnda heç bir narazılıq olmamışdır. Məhəmməd yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 09 dekabr 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutulmuş və evinin yanması nəticəsində evində yanıb külə dönmüş əşyaları aşağıdakılardan ibarət olmuşdur:
1. Evin üstünə 2021-ci ildə vurulmuş şifer - 2500 manat dəyərində 2.Kondisioner "ŞHİVAKİ" i markalı bir ədəd-500 manat dəyərində 3. Rusiya istehsallı bir ədəd Şifoner, bir ədəd trimo, bir ədəd çarpayı dəsti, bir ədəd stol, 6 ədəd stul, iki ədəd kreslo, iki ədəd jurnal stolu - 2500 manat dəyərində 4. bir dəst divar (stenka) servantı - 200 manat dəyərində 5. Bir ədəd Rusiya və bir ədəd Türkiyə istehsalı olan 2 ədəd divan - 1500 manat dəyərində
6. 3 ədəd lüstür - 120 manat dəyərində 7. Xalça 3x4 metr ölçüdə Gəncə istehsalı,10 ədəd - 800 manat dəyərində 8. Bir ədəd "Vestel" markalı soyuducu - 500 manat dəyərində 9 . Bir ədəd ORSk markalı soyuducu - 300 manat dəyərində 9. LG markalı bir ədəd televizor - 500 manat dəyərində 9. "Rossiya" markalı bir ədəd televizor 500 manat dəyərində 10. Mebel kitab rəfi bir ədəd - 200 manat dəyərində 11."Soni" markalı bir ədəd televizor altlığı - 100 manat dəyərində 12. Bir ədəd İran istehsallı qaz sobası - 120 manat dəyərində 13. Bir ədəd Krasnodar istehsallı şifoner - 300 manat dəyərində 14. Bir ədəd Bakı istehsalı olan şifoner- 300 manat dəyərində 15. Bir ədəd servant - 300 manat dəyərində 16. İki ədəd dəmir çarpayı 17. Plastik materialdan bir ədəd stol, 6 ədəd stul -100 manat dəyərində 18.Qaz sobası bir ədəd - 100 manat dəyərində 19. 8 ədəd döşək - 300 manat dəyərində 20. 10 ədəd yorğan - 250 manat dəyərində 21. Odeyal 4 ədəd - 200 manat dəyərində 22. Xrustal güldan 5 ədəd - 300 manat dəyərində 23. Xrustal meyvə qabı 8 ədəd - 400 manat dəyərində 24. Almaniya istehsalı olan nahar dəsti - 500 manat dəyərində 25. Rusiya istehsalı olan bir dəst çay servızi 26. Çexiya istehsalı olan bir ədəd xrustal konfet qabı -100 manat dəyərində 27. 12 ədəd xrustal stakan -120 manat 28. Fincan dəsti - 60 manat dəyərində 29. 40 ədəd boşqab dəsti - 120 manat dəyərində 30. Qaşıq dəsti - 100 manat dəyərində 31. Bir ədəd ütü - 25 manat dəyərində 32. 2 ədəd divan və kresli üzlüyü - 100 manat dəyərində 33. Saç qurudan aparat (Fen) bir ədəd - 30 manat dəyərində 34. Çaynik 4 ədəd - 25 manat dəyərində 35. Çaydan uç ədəd - 60 manat dəyərində 36. Termos bir ədəd - 15 manat dəyərində 37. Qazan dəsti - 60 manat dəyərində 38. Stakan dəsti - 50 manat dəyərində 39. Tefal tava dəsti - 80 manat dəyərində
40. 11 ədəd 3 metr uzunluğunda pərdələr - 400 manat 41. Ağ rəngli plstik stol və stullar - 3 komplekt (hər komlektə bir stol, 6 stul daxildir) - 300 manat dəyərində 42. 2 ədəd lüstür - 100 manat dəyərində 43. Bir ədəd qaz sobası - 50 manat dəyərində 44. Mətbəx qaz sobası - 120 manat dəyərində 45. Bir ədəd telefon aparatı - 30 manat dəyərində 46. Bir ədəd Krosna antenn apratı 35 manat dəyərində 47. İnternet aparatı - 30 manat dəyərində
48. Bir ədəd ayaqqabı yığılan şkaf - 40 manat dəyərində 49. 10 ədəd yasdıq dəsti - 100 manat dəyərində 50. Sandıq bir ədəd - 60 manat dəyərində 51. Nalça( kiçik döşəy) 10 ədəd - 100 manat dəyərində 52. Əl tikiş maşını bir ədəd - 120 manat dəyərində 53. Müxtəlif geyim əşyaları - 1500 manat dəyərində 54. Çörək sobası bir ədəd - 65 manat dəyərində 55. Divar saatı bir ədəd - 40 manat dəyərində Yanan evinin bir hissəsi ikimərtəbəli, digər hissəsi isə bir mərtəbli olmaqla 20x12 metr ölçüdə mişar daşından inşa edilmiş, 3,5x7 metr ölçüdə bir zal, 4x4 metr ölçülərdə 4 yataq otağından və hər birinin uzunluğu 15 metr, eni 3,5 metr olan 2 ədəd bağlı və bir 3x3 metr ölçüdə kiçik balkondan ibarət olmuş, baş vermiş həmin yanğın hadisəsi nəticəsində ona 80.000 manat məbləğində, evdəki əşyalarının yanması nəticəsində isə 20.000 manatdan çox ziyan dəydiyini göstərsədə iş üzrə zərər çəkmiş şəxs qismində əlavə dindirilərkən o, ifadəsində iş üzrə təyin edilmiş məhkəmə, yanğın-texniki, yanğın və texnoloji partlayışların tədiqiqi, məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərin tədqiqi, məhkəmə-əmtəəşünaslıq ekspertizası, "ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi barədə rəylə tanış olduqdan sonra rəydə göstərilmiş qiymətlərlə razılaşdığını, həmin rəylə bağlı heç bir vəsatətinin olmadığını göstərmişdir. İş üzrə şahid kimi dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 Fizuli oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 09 dekabr 2023-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə edilmiş və əməliyyat axtarış tədbirlərinə başlanılmışdır.Həmin gün saat 10:45 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Hüseynzadə küçəsində, yaşadığı evin yaxınlığında görmüş və onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsində Məhəmmədin üzərinə baxış keçirilmiş və baxış zamanı üzərindən heroinə oxşar kütlə aşkar olunub götürülmüşdür. Məhəmməd həmin maddəni 07 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Salyan şəhərindəki “Sevinc" şadlıq sarayının yaxınlığında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş büküm içərisindəki kütlə ilə birlikdə kağız paketə qoyulub qablaşdırılmış, kağız paketin ağzı möhürlənərək bağlanmış, paketin üzərinə bütün iştirakçılar kimi o da imza etmişdir. Bu barədə tərtib olunmuş protokola özü və başqa iştirakçılar da imza etmişlər. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 və Kərimov X3 Tural Fizuli oğlunun ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə elan olunmuş 09 dekabr 2023-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindən bir bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. 08 dekabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, həmin gün axşam saatlarında ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində həmin ev içərisindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşmüşdür. 09 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması həyata keirilərkən o, yaşadığı atası Zərərçəkmiş şəxs məxsus ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evini 08 dekabr 2023-cü il tarixdə axşam saatlarında alışqanla qəsdən necə yandırmasını əyani şəkildə göstərib təqdim etmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09 dekabr 2023-cü il tarixli, 18/1108 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözlər və imzalar olan kağız paketdəki bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,622 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 125 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2022-ci ildən "Toksikoman" diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə, yanğın-texniki, yanğın və texnoloji partlayışların tədiqiqi, məhkəmə mühəndis-texniki ekspertizası, tikinti-texniki obyektlərin tədqiqi, məhkəmə-əmtəəşünaslıq ekspertizası, "ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi barədə 12 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/217-9/141 nömrəli rəyindən görünür ki, ekspertiza təyini barədə qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitini, iş materiallarında olan məlumatları nəzərə aldıqda belə nəticəyə gəlmək olar ki. yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir, yanğın nəticəsində ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 28.575 manat təşkil edir, ekspertiza təyini barədə qərarda qeyd edilən malların yanmamışdan əvvəl normal vəziyyətdə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3695,00 manat müəyyən olunur. Qərarda qeyd edilən və cədvəldə göstərilən digər mallar haqqında kifayət qədər məlumat (ölçü,model, marka, istehsal yeri, istehsal ili) olmadığından onların qiymətləndirilməsi mümkün olmamışdır. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.3-cü maddəsi ilə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli höküm ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.10. 2023-cü ildə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,572 qram narkotik vasitə olan heroin 25 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 12 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 7 ünvanda qeydiyyatda olduğu və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 186.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələrlə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır.Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza nəzərdə tutulmuş olsa belə, onu azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza ilə islah oluna bilməz. Onun oxşar cinayətlərə görə əvvəllər məhkum olunması, əməlində cinayətlərin residivi olması kimi halların olması bir daha onu göstərir ki, onu azadlıqdan məhrum etməyə nisbətən yüngül cəza ilə islah etmək mümkün deyildir.Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona hər iki cinayətə görə təyin olunmuş cəzaları qismən toplama yolu ilə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2023-cü ildən hesablanmalıdır. Barəsində seçilmiş 11 dekabr 2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0.572 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 214,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə dörd il, 234.1-ci maddəsi ilə təqsirli bilinib ona həmin maddə ilə iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində dörd il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş xx.xx.2023-cü il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2023-cü ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,572 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 214,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV