Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-41/2025 03.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X12 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X7 iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixli hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının cəkilməmiş qalan 01 il 01 ay hissəsi 06 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il fevralın 09-da saat 17:02 dəqiqədə Salyan şəhəri, T.Davudzadə küçəsində şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümün içərisindən xeyli miqdarda təmiz çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yerləşən “Qala” adlı restoranda ofisiant işləyir. Arada bir “kakos” kimi tanıdığı narkotik vasitə heroin qəbul edir. Təxminən 2 gün bundan əvvəl o işlədiyi restorana gedən zaman Ramana qəsəbəsində dayanacağın kənarında yerdə kağız büküm olduğunu görüb həmin kağız bükümü götürüb içərisinə baxmışdır. Bu zaman kağız bükümün içərisinə “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Həmin “kakos” kimi tanıdığı narkotik vasitə olan bükümü istifadə etmək məqsədilə götürüb cibinə qoymuşdur. 2025-ci il fevralın 09-da saat radələrində o, Salyan rayonuna gəlmişdir. O, əvvəl yaşadığı evə getmişdir. Həmin tarixdə saat 17:02 dəqiqədə T.Davudzadə küçəsi ilə hərəkət edən zaman mülki geyimdə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Salyan Rayon polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla onun üzərini yoxlamışlar, əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibində olan 1 ədəd kağız bükümü polis əməkdaşlarına təqdim emişdir. Onun üzərində baxış keçirilmiş, lakin əlavə olaraq cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Onun təqdim etdiyi 01 ədəd kağız bükümə baxıldıqda, həmin bükümün içində isə narkotik vasitə heroinə oxşar kütlə olduğu müəyyən edilmişdir. Həmin kütləni təxminən 2 gün bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində dayanacağın kənarından yerdən tapmış və istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. O həmin kütlədən heç kimə verməmiş yaxud satmamışdır. Həmçinin, həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamışdır. Polis əməkdaşı tərəfindən onun üzərindən aşkar edilmiş içində “kakos” kimi tanıdığı narkotik vasitə heroinə oxşar kütlə olan 1 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,34 qram olması müəyyən olunmuşdur. Onun üzərindən aşkar edilmiş içində “kakos” kimi tanıdığı narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm polis əməkdaşı tərəfindən boş zərfə qoyularaq qablaşdırılmış, sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Saxlanılarkən, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində ona heç bir zorakılıq edilməmişdir. Evin yeganə qazanc gətirəni olduğunu, təxminən 1-2 aya ata olacağını, törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 baş əmaliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X1 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsındə xidmət edir, 2025 il fevralın 09-da ünvan 1-da qeydiyyatda olan və ünvan 3-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamnsı barədə Salyan Rayon Polis Şöbəsinə məlumat davil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 17:02 dəqiqədə o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, Şahid2 va PPXB-nın polis seriantları Şahid3 və Şahid4 ilə birlikdə X14 şəhəri T.Davudzadə küçəsində müşahidə edib yaxınlaşıb özlərini təqdim edib ona qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər, Bundan sonra isə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya predmet və ya narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan boz rəngli çıns şalvarının sağ yan cibindən 01 ədəd bükümü onlara təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərindən əlavə olaraq əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar bükümün olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Fişən İbrahimov bildirmişdir ki, həmin büküm “kakos” kimi tanıdığı narkotik vasitədir və özünə məxsusdur. Həmin bükümü 2025-ci il fevralın 07-də işlədiyi restorana gedən zaman Ramana qəsəbəsində dayanacağın kənarında yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin bükümü əldə etdiyi və üzərində saxladığı vaxt satış məqsədi olmamış, heç kimə pay verməmiş, yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0.34 qram olduğu müəyyən edilmişdir. Baxışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd büküm onlar tərəfindən qablaşdırılmış, möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra onlar tərəfindən götürülmüşdür. Bu barədə protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Salyan RPŞ-nin inzibati binasında tərtib olunaraq oxunduqdan sonra imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin PPXB-nın polis nəfərləri Şahid3 da Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 10 fevral 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ev 79-da qeydiyyatda olan və Salyan şəhəri, C.Cabbarlı küçəsi ev 2, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə saat 17:02-də Salyan şəhəri T.Davudzadə küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən narkotik vasitə olan heroinə bənzər kütlə tərəfimizdən aşkar edilərək götürüldü və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs saat 17:20-də Salyan RPŞ-nə gətirilmişdir.Əməliyyat-axtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. Göstərilənlərə əsasən müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ev 79-da qeydiyyatda olan və Salyan şəhəri, C.Cabbarlı küçəsi ev 2, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu barədə Salyan RPŞ-nə məlumat daxil olmuşdur.Göstərilən şəxsin cinayət əməlinin ifşa edilib, cinayət başında yaxalanmasından ötrü ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 Fizuli oğlu, həmçinin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid2, PPXBnin polis nəfərləri, polis serjantı Şahid3 və Şahid4 iştirakları ilə tərtib edilmiş protokoldan görünür ki, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ev 79-da qeydiyyatda olan və Salyan şəhəri, C.Cabbarlı küçəsi ev 2, mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə daxil olmuş məlumatın yoxlanılması və tədbirin həyata keçirilməsi məqsədilə yuxarıda göstərilən əməkdaşlardan ibarət əməliyyat qrupu təşki olunmuş və bütün iştirakçılara davranış xətti izah edilmişdir. Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Salyan Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” qərardan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 fevral 2025-ci il tarixdə saat 18:50 dəqiqədə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2025-ci il tarixli 18/114 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi -0,200 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı 1). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X11 Bölməsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli 18/114 №-li rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. xx.xx.2025-ci il tarixli “vəsatətə baxılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs vəsatəti tam rədd edilmişdir. Salyan rayon Polis X6 müstəntiqi polis leytenantı Orxan Axundov tərəfindən tərtib edilmiş protokoldan görünür ki,250720018 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb göstərmədən “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərar qəqsirləndirilən şəxsi ekspert rəyi ilə tanış etmə haqqında” protokol və “məhkəməyə təqdim - ediləcək sənədlərin məzmunu ilə tanış olma haqqında” protokol sənədlərinə imza etməyəcəyini bildirərək imza etməkdən imtina etmişdir. Odur ki, bu barədə protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, əlavə, düzəliş və qeyd daxil olmadı, ona görə də imzalarla təsdiq edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-7/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Salyan şəhəri Ə.Hüseynzadə küçəsi, ev 79-da qeydiyyatda olan və ünvan 2yan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 17:02-dən hesablansın.Qərarın surəti Təqsirləndirilən şəxs, onun müdafiəçi X9, Salyan Rayon Polis X6 müstəntiqi, polis leytenantı X10 təqdim edilsin, ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Salyan Rayon Prokuroruna və təqsirləndirilən şəxsin həbsdə saxlanılmasından ötrü Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işi üzrə xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan rayon Polis şöbəsinin maddi sübutların saxlaması otağına təhvil verilmişdir. Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis leytenantı Orxan Axundovun əməliyyat tapşırığından görünür ki, xx.xx.1994-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5an Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2025-ci il fevralın 09-da saat 17:02 dəqiqədə Salyan şəhəri, T.Davudzadə küçəsində şübhəli bilinərək saxlanılıb və üzərinə keçirilmiş axtarış zamanı üzərindən 01 ədəd kağız bükümün (içərisindən xeyli miqdarda təmiz çəkisi 0,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş və saat 17:20 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir.İstintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-in 85.4.5-ci maddəsini rəhbər tutaraq aşağıda göstərilən xüsusatların hər birini ayrı-ayrılıqda əməliyyataxtarış tədbirləri yolu ilə yoxlamaqla görülmüş işlərin nəticəsi barədə istintaqa məlumat verilməsini təmin edilməsini xahiş etmişdir.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini nə vaxt və haradan əldə etməsi, həmin narkotik vasitə heroini hansı məqsədlə əldə etməsi, qeyd olunan cinayət əməlini törədərkən hər hansı şəxsin köməyindən istifadə edibetməməsi, həyat tərzi, cinayət əlaqələri, hər hansı digər cinayətin törədilməsində iştirakının olub-olmadığı, törətdiyi cinayət əməlindən məlumatı olan şəxslərin dairəsi.Göstərilənlərlə kifayətlənməyərək əməliyyat-axtarış tədbirlərinin həyata keçirildiyi müddətdə ortaya çıxan və maraq doğuran xüsusatlar ətraflı yoxlanılmalı və mütəmadi olaraq istintaqda görülmüş işlər barədə məlumat verilməsi göstərilmişdir. “Salyan rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 20 fevral 2025-ci il tarixli 18-1- 68/2-349/2025 saylı arayışından görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 2018-ci ildən “Tiryək” diaqnozu ilə narkoloji qeydiyyatdadır. Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası verilmiş, xx.xx.2024-cü il tarixli qərarı ilə 06 ay 15 gün azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili polis leytenantı Alxan Mehdiyevin tərtib etdiyi raportdan görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini nə vaxt, harada, kimdən və nə məqsədlə əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 mart 2025-ci il tarixli, 5-71-6/2-59/2025 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs anası ilə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs ailə üzvü anası 1969-cu il təvəllüdlü X5 ibarətdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-84/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 01 ay gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının hər iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 06 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 23 may 2024-cü il tarixdən hesablanması, qərarın icrasının Salyan rayon PŞ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə-narkoloji ekspertizasının 10 fevral 2025-ci il tarixli, 66 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloy xəstəxanasında 2023-cü ildən “Toksikomaniya” diaqnozu ilə qeydiyyatda durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2025-ci il tarixli “təqsriləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasında 10 gün müddətinə Salyan RPŞ-nin MSY keçrilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2025-ci il tarixdən CM-nin 234.1-ci maddəsi ilə istintaq aparılır. Hazırda isə tutduğu əməldən çox peşmandır, təxminən 1-2 ay sonra ata olacağını bildirərək ona köməklik göstərilməsini xahiş etmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025-ci il fevralın 11-də Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin işlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Röşən oğlu narkotik vasitə olan heroini heç bir etiraz etmədən polis əməkdaşlarına təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilmədiyi nəzərə alınmış, onun törətdiyi əməli səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2025-ci il tarixli 3- 16-16/2-18/114 №-li və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 66 №-li rəyləri, ifadələr və protokollar, “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şəxsin üzərinə baxış keçirilmə dair” protokolu və “Təqdim olunan əşyaya baxış və götürmə” protokolunu əks etdirən ədəd DVD disk iş üzrə sübut növü kimi qiymətləndirlmiş və cinayət işinə əlavə olunmuşdur.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçir Salyan prokuroruna göndərilmişdir. Salyan Rayon Polis X6 müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən tərəfindən tərtib olunmuş 19 fevral 2025-ci il tarixli raportdan görünür ki, zərbaycan es ublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət sinin ibtidai istintaqının qurtarması ilə əlaqədar olaraq cinayət işinin materialları və maddi sübutlar tanış olması üçün təqsirləndirilən şəxsə təqdim edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun xəstə yaşlı anası və həyat yoldaşı var, onlara o baxır, atası rəhmətə gedib, evin tək uşağıdır, onsuz onlara çox çətin olacağını bildirmişdir.Evə yeganə qazan gətirən özüdür,1-2 aya ata olacağını bildirirərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Salyan rayon Polis şöbəsinin İB-nin müstəntiqi polis baş leytenantı Orxan Axundov tərəfindən tərtib edilmiş raportdan görünür ki, Azərbaycan Republikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət sinin ibtidai istintaqının qurtarması ilə əlaqədar olaraq cinayət işinin materialları və maddi sübutlar tanış olması üçün təqsirləndirilən şəxsə təqdim edilməlidir. Həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir.Hazırda cinayət işi üzrə ibtidai istintaqın yekunlaşması ilə əlaqədar olaraq, qeyd edilən maddi sübutun cinayət işinin materialları ilə tanış olarkən iş üzrə təqsirləndirilən şəxsə təqdim edilməsi məqsədilə istintaqa verilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsini xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum edilmədən islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab etmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında “Toksikomaniya” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci 31,95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil X8 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 09 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,150 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında “Toksikomaniya” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31,95 manat (otuz bir manat doxsan beş qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil X8 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-41/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-41/2025
03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver