Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-42/2023 03.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi X2 iştirakı ilə xx xxxxxx 2003-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində Salyan rayon məhkəməsinin qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Azərbaycan Respublikası CM-nin 133.2.4 və 152.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, 2022-ci il iyul ayının 19-da evliliklə bağlı təşkil olunmuş məclisdən sonra Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı fərdi yaşayış evində həmin gün həmkəndlisi, aralarında üç il yaş fərqi olan, on altı yaşına çatmamış, xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs özünün razılığı ilə, on altı yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, bundan sonra həmin ilin sentyabr ayının 20-dək keçən müddət ərzində yuxarıda göstərilən ünvanda mütəmadi olaraq, on altı yaşına çatmamış Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Bundan başqa o, Zərərçəkmiş şəxs ilə 2022-ci il iyul ayının 19-da evləndikdən sonrakı günlərdən başlayaraq həmin il sentyabr ayının 20-dək Salyan rayonu Aşağı Kürkənd kəndində birgə yaşadıqları fərdi yaşayış evində onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq döyüb zorakı hərəkətlər tətbiq etməklə güclü fiziki ağrı və psixi iztirab vermiş, eləcə də 2022-ci il avqust ayının sonlarında saat 22 radələrində Zərərçəkmiş şəxs əzab verdiyini dərk edərək bu məqsədlə siqaret kötüyünü sonuncunun sağ əlinə basıb yandırmaqla sağ əlinin arxa səthində piqment sahəsi-yüksək hərarətin yerli təsirindən əmələ gəlmiş, yanıqdan sonra qalan xəsarət izi, həmin ilin sentyabr ayının əvvəllərində saat 11 radələrində isə yerə yıxıb təpiklə döyməklə Zərərçəkmiş şəxs sağ budun orta-aşağı 1/3-də piqment sahələri-küt əşya təsirindən törənmiş, sıyrıqların sağalmasından sonra qalan izlərlə müşayiət olunan ümumilikdə sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə, aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verərək əzab vermə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.4 və 152.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib göstərmişdir ki, Aytacla 19 iyul 2022-ci ildə evlənmiş və onun yetkinlik yaşına çatmadığını bilmişdir. 2022-ci ilin avqustun sonunadək aralarında münasibətlər yaxşı olmuşdur.Tələbə yoldaşı olan qızlarla danışanda Aytac görmüş, buna görə aralarında mübahisə olmuş və anasını, nənəsini çağırmış, Aytac onlarla evlərinə getmişdir. Sonradan atası ona zəng edərək onu söymüş , qarşılııqlı olaraq cavab mesejlar yazmışdır. 17 noyabr 2022-ci ildə bilet alıb Türkiyəyə getmək istəyərkən aeroportda onun çıxışana qadağa qoyulduğunu bilmişdir. Sonra aeroport polisləri onu polisə gətirmiş və sonradan Salyan RPŞ-nin polisləri Salyana aparmışlar. Anası ilə mübahisəsi avqust ayının sonunda olmamış, heç vaxt Aytacın əlinə siqaret basmamış və onu döyməmişdir. Evdə anası, qardaşı və onlar yaşamışlar. Aytacın bud nahiyyəsində xəsarətləri yetirməmişdir.Evdə ola bilsin ki, budu harasa dəymiş və xəsarət almışdır. Aytacla barışmaq istəyir. Aytacın atası onu söyəndən sonra sentyabrın sonunda həyətdə özünə qəsd etmək istəmişdir.Üstünə tibbi spirt tökərək yandırmaq istəmişdir. Əlləri, ayağı və bədəni yanmışdır. Dayısı qızı Sevər və Rəsul yanğını söndürmüşlər. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqsirləndirilən şəxslə qohumluğu və şəxsi qərəzliyi olmamışdır. 19 iyul 2022-ci ildə Tunarla evlənmiş və 20 sentyabr 2022-ci ilə kimi Tunarın anasının yaşadığı evdə Aşağı Kürkənd kəndində yaşamışlar. Həmin müddət ərzində ər-arvad münasibətində olmuşlar.Təqribən 2022-ci ilin avqust ayının sonunda Tunar anası ilə mübahisə etmiş və hirsini ona tökmüşdür. Saat təqribən 22 radələrində Tunar siqaret çəkdiyi vaxt ona bezdiyini deyərək, daha sonra alışqan siqareti sağ əlinin arxa səthinə basaraq saxlamış və həmin vaxt güclü ağrı hiss etmişdir. Sentyabrın əvvələrində qızlarla yazışdığına görə ata evinə getmək istəmiş, lakin Tunar qoymamışdır. Ona görə Tunar onu vurmuş və qızlarla yazışmasını boynuna almamışdır. 20 sentyabr 2022-ci ildə Tunar yenə qızlarla yazışdığı üçün anasına zəng edərək gəlib onu aparmasını demişdir. Saat təqribən 23 radələrində anası gəlib onu aparmışdır.Anası ilə evinə getmiş, sonra Tunar onların telefonuna söyüşlər yazmağa başlamışdır. Təqribən oktyabrın 10-14 aralarında polisə şikayət eləmiş və narahat olduğunu demişdir. Sonra polislər gələrək tədbir görmüşlər.Tunar onu sentyabrın əvvəllərində evdə əli və ayağı ilə buduna vurmuşdur. Ailə olduğu üçün şikayət etməmişdir.Valideynlərinə nalayiq mesajlar göndərdiyi üçün şikayət etmişdir.Tunar hərbi xidmətə getmək istəmədiyi üçün özünü yanıdırmaq istəmişdir. Tunar onun yetkinlik yaşına çatmadığını bilmişdir.Tunar onu avqust ayının sonundan sentyabr ayının sonuna kimi 3-4 dəfə vurmuşdur. Tunarın nənəsi və anası onun bud nahiyyəsində xəsarətləri görmüşlər.Döyülməsi barədə məlumatları valideynlərinə deməmişdir.Tunar onları mesajlarda təhdid və təhqir etmişdir. Tunarın anası onu söymüş, siqareti Tunar onun qoluna basanda anası orada olmamışdır.Bir dəfə Tunar onu döyəndə anası onu aralaşdırmışdır. Tunarla 5-6 ay sevgili olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu qeyd edərək ona ağır cəza verilməsini xahiş etdi. Zərərçəkmişin qanuni nümayəndəsi X4 bildirmişdir ki, qızı Tunarla 19 iyul 2022-ci ildə evəlnmişdir. 20 sentyabr 2022-ci ilədə Aytac ona zəng edərək dözə bilmədiyini və gəlib onu aparmasını demişdir.Saat 23-30 da ora getmiş Tunarın anası qızını aparmasını demiş, Tunar isə evdə gizlənmişdir.Qızı evinə gətirmiş, Aytac Tunarın qızlarla yazışdığını bildiyini demiş, həmin günü Aytacı Tunar döymüşdür. Aytacı evə gətirdikdən 10 gün sonra Tunar onlara pis mesajlar atmağa başlamışdır. Ona görə də polisə şikayət etmişlər. Anası mesajları silməyi təklif etmişdir.Aytac evə gələndən sonra Tunarın hirsləndiyi üçün siqareti onun əlinə basdığını demişdir.Hətta Tunar alışqanla Aytacın boğaz hissəsini də yandırmışdır. İz qalmadığı üçün ekspertə göstərməmişlər. Qızının boğaz və bud nahiyyəsində qollarında və əlində xəsarətlər görmüşdür. Şahid qismində məhkəmədə ifadə verən Şahid2 oğlu bildirmişdir ki, Aytac 19 iyul 2022-ci ildə Tunarla evlənmişdir. Münasbətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin sentyabr ayın axırında qısqanclıq zəminində saat 24 radələrində balaca oğlu Əli ona Aytacın evdən getdiyini demişdir.Aytacı çağırmış, nə olduğunu soruşmuş, Tunarın qızla mesajlaşmasını demiş, Tunarı danlamış, Tunar dinməmiş, sonra Aytaca yerində oturmasını demişdir.Valideynləri gəlib sonra getmişdir.Aytacın döyülməsi və söyülməsini eşitməmiş və görməmişdir. Şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, Tunar bibisi oğludur. Aytacın Tunarla münasibətləri yaxşı olmuşdur.Toydan sonra arabir Tunarın evinə gəlib bir iki gün qalaraq getmişdir.Tunarla Aytacın dalaşmasını və mübahisəsini görməmiş, bibisi ona zəng edərək onun aparıldığını demişdir. Aytacın baldırında xəsarətlərin olmasını görməmişdir. Şahad qismində məhkəmədə ifadə verən X5 bildirmişdir ki, Tunar qonşusudur. Onlar 18 iyul 2022-ci ildə evlənmiş, ilk vaxtlar münasibətləri yaxşı olmuşdur. Evləri arasında 1-2 metr məsafə vardır.Onların dalaşmasını və mübğahisəini görməmiş və eşitməmişdir. Aytacın da evdən getməsini görəməmişdir. Aytacın bədənində heç bir xəsarət görməmişdir. Şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Tunarın anasının rəfiqəsidir. Onların evləndiklərini bilir, lakin aralarında dava dalaş görməmişdir. Aytacın evdən getmə səbəbini bilmir. Tunarın anası Tunarın telefonunda onun qızlarla olan mesajını Aytac gördüyü üçün evdən getdiyini demişdir. Şahid qismində məhkəmədə ifadə verən X3 bildirmişdir ki, Tunar bacısı oğludur.Dava dalaş və Aytacın bədənində xəsarət görməmişdir.Tunar Türkiyədə olan qızlarla mesajlaşdığı üçün Aytac qısqanclıq zəminində evdən getmişdir. Şahid qismində məhkəmədə ifadə verən X1 bildirmişdir ki, Tunarın anası ilə rəfiqədir.Onların evinə gəlib getmişdir.Toydan sonra da evlərinə getmiş, hər ikisi mehriban olmuşlar.Onları heç vaxt görməmişdir. Aytac qısqancılıq zəminində evdən getmişdir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-tibb ekspertizasının 10 noyabr 2022-ci il tarixli, 585 nömrəli rəyinə əsasən - Zərərçəkmiş şəxs qızının bədən səthində aşkar olunan xəsarətlər-sağ əlin arxa səthində piqment sahəsi-yüksək hərarətin yerli təsirindən əmələ gəlmiş, yanıqdan sonra qalan xəsarət izidir, sağ budun orta-aşağı 1/3-də piqment sahələri-küt əşya təsirindən törənmiş, sıyrıqların sağalmasından sonra qalan izlərdir, müayinə olunanın dediyi tarix və şəraitdə əmələ gəlməsi inkar olunmur və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. - Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə əvvəl və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün hesab olunmasa da müayinə olunanın göstərdiyi tarixdə pozulması inkar olunmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 09 yanvar 2023-cü il tarixli, 56 nömrəli arayışda və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı və onun barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Təqsirləndirilən şəxs 2022-ci il avqust ayının sonunda saat 22 radələrində Salyan rayonu Aşağı Kürkənd kəndində yaşadığı fərdi yaşayış evində alışqan vəziyyətdə olan siqaret kötüyünü onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs sağ əlinin arxa səthinə basaraq bir müddət saxlamış və nəticədə zərərçəkmişə güclü fiziki ağrı yetirmişdir. Onun bu hərəkətləri istintaq orqanı tərəfindən haqlı olaraq əzab vermə kimi qiymətləndirilərək ona Azərbaycan Respublikası CM-nın 133.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nın 133.2.4-cü və 152.1-ci maddələrinin tərkibi var, o, həmin maddələrlə təqsirli bilinib, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Zərərçəkmiş onunla barışmamış və şikayətçidir, hər iki madənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablanmalıdır. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.4-cü maddəsi ilə təqsirli bilinib ona iki il, CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaqla üzərində iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasısı saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci ildən hesablansın. Barəsində seçilmiş xx.xx.2022-ci il tarixli həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-42/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-42/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver